Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-718/2025 26.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1990-cı il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinin materialına Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Lökbatan yolunun kənarındakı köhnə fabrik yerləşən ərazinin giriş darvazasının qarşısında tanışı Zərərçəkmiş şəxs ilə arasında sonuncunun ondan 110 manat borcunu tələb etməsi və telefon danışığı zamanı onu söyüb təhqir etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifət və baş nahiyəsindən qəsdən vuraraq, ona başın alın nahiyəsinin hematoması (dərialtına qansızma), sıyrığı, alt dodağın selikli qişasının şişkin fonda cırılmış yarası ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ittiham olunduğu cinayət əməli ilə bağlı uzun müddət keçdiyindən hazırda hadisəni təfərrüatı ilə xatırlaya bilmədiyini, bununla əlaqədar istintaqda verdiyi ifadəsini təstiq etdiyini bildirdi. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2024-cü ildə özünə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Cəlal adlı şəxsdən özünə torpaq sahəsi almış və həmin torpaq sahəsində özünə ev tikməyə başlamışdır. Bundan başqa o, usta işləyir və iş olmadığı vaxtlarda öz evini inşa edir. Hadisə baş verməzdən 3 ay əvvəl Abşeron rayonu, Qobu qəsəbəsi, C.Cabbarlı küçəsində yeznəsi Rəşada məxsus torpaq sahəsində ev tikməyə başlamış, bu müddətdə isə həmin torpağın sahibi Azər adlı şəxsin evində qalmış, bu minvalla ümumilikdə Azərin evində 21 gün qalmış, belə ki, sonuncunun evində qalmağı Azər özü ona təklif etmişdir. Lakin Azər onun evində qalacağı müddət ərzində ona pul verəcəyini deməmiş, sonradan Azər onun evində qaldığı hər gününü 5 manatdan hesablayacağını bildirmişdir. Belə olan halda, ona demişdir ki, «bunu əvvəlcədən deyərdin, bəlkə mən aylığı ucuz olan ev tapacaqdım». Buna baxmayaraq birlikdə yemək yemiş və rayondan göndərilmiş ərzaqdan birlikdə istifadə etmişdir. O, özünə aldığı torpaq sahəsində ev tikdikdən sonra orada yaşamağa başlamış, bundan sonra Azər ona bildirmişdir ki, onun evində qaldığı müddətin də pulunu ona verməlidir. Bundan başqa Azərin oğlu Nurlan onun yanında fəhlə işləmiş və ona günəmuzd olaraq 20 manat pul vermişdir. Ona verdiyi və kartına göndərdiyi pulları həm çekləri və də qeydləri özündədir. Son vaxtlar Azər və onun oğlu ondan 110 manat pul tələb etmiş və görülmüş işdən borclu qaldığını bildirmiş, o ödədiyi pullar barədə qeydlər apardığını desə də, sonuncular pul tələb edirdilər və onu həmin torpaq sahəsində işləməsinə imkan verməmişlər. O da məcbur qalıb tikintini aparan şəxsə bu barədə məlumat vermiş, onun Azərə və onun oğluna pul borcu qalmasa da, sonuncuların ondan tələb etdikləri 110 manat pulu verməkdən imtina etmir, lakin işləyib pulu verəcəyini demişdir. Son vaxtlar isə onun kart hesabına 50 manat pul göndərmiş və aralarında 60 manat pul qaldığını ona bildirmişlər. Hər vasitə ilə onunla mübahisə yaradıb dava dalaş etməyə çalışmışlar. 14 dekabr 2024-cü il tarixdə Azərin oğlu Nurlan ona zəng vurmuş və onunla görüşüb söhbət etmək istədiyini bildirmiş, həmin vaxtı o, qəbirstanlığın yanında kafedə əyləşmiş, sonuncuya isə yaşadığı yeri bildiyini və orada yerləşən köhnə tikiş fabrikinin qarşısına gəlməsini demişdir. Üstündən bir qədər keçmiş Nurlanın həmin yerə gəldiyini bilmiş, belə ki, qonşuluqda yaşayan Cəmil aldı şəxs ona zəng vurub evinin yaxınlığında bir nəfər şəxsin onu axtardığını bildirmişdir. O, kafedən çıxıb həmin yerə, yəni Qobu-Lökbatan yolunun kənarındakı köhnə fabrik deyilən ərazinin qarşısına gəldikdə orada onu axtaran şəxsin Nurlan olduğunu görmüş, təxminən saat 18 radələrində, hava qaralan vaxtı Nurlanın yolun kənarında qaranlıq yerdə dayandığını görüb ona yaxınlaşmışdır. Bu vaxtı Nurlan ona heç bir söz demədən gözləmədiyi anda ona hücum etmiş və onu vurmağa çalışmış, lakin Nurlan ondan yaşca kiçik olduğundan onunla dalaşmamış, yalnız yaxasından tutub kənara itələmiş, sonra isə oradan çıxıb evə getmişdir. Təxminən saat 21 radələrində polis əməkdaşları tərəfindən axtarıldığını bilmiş və görüşdükdə məlum olmuşdur ki, Nurlan onun barəsində DİN-nin 102 xidmətinə zəng etmişdir. Göstərmişdir ki, hadisə təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxtı orada ikilikdə olmuş və yanlarında, həmçinin ətrafda kənar heç kəs olmamışdır. Nurlan onun üstünə hücum edib vurmağa cəhd etdikdə sonuncunun yaxasından, qolundan tutub kənara itələmiş və çıxıb getmiş, Nurlanın onun barəsində etdiyi şikayətdən sonra onunla görüşüb xəsarətləri barədə maraqlanmaq istəsə də, onu qəbul etməmişlər, buna görə də sonuncunun üzərində xəsarət olduğunu görməmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı ödəyərək, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncunun şikayəti və tələbinin olmadığını bildirməklə, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, yaşadığı evin yanında olan onlara məxsus olan torpaq sahəsini atası Şahid Mübariz adlı şəxsə satmış və həmin torpaq sahəsində Mübarizin kürəkəni Rəşad ev tikdirmişdir. Qeyd olunan evi isə Elvin adlı usta tikir, o həmin tikilidə bir müddət fəhlə kimi işləmiş və həmin işin müqabilində Elvin ona 110 manat verməli olduğu halda həmin məbləği vermir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə Elvinlə vatsapda danışdıqda onu telefonda söyüb təhqir etmiş, sonra onu Qobu qəsəbəsindəki köhnə fabrikin qarşısına çağırmış, o həmin günü Elvinin dediyi yerə getmiş, sonuncu oraya taksi ilə gəlmişdir. Elvin orada ona yaxınlaşan kimi ona iki-üç dəfə yumruq zərbəsi ilə ağız nahiyəsindən və başından vurmuşdur. Onun aldığı zərbədən dodaq nahiyəsindən qan gəlmiş, oradan çıxıb atasının yanına gəlmiş, atası onun ağzından qan gəldiyini görüb bu barədə maraqlandıqda o, Mirelvin tərəfindən döyüldüyünü bildirmiş, belə olduqda atası Azər onun döyülməsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Göstərmişdir ki, hadisə Abşeron rayonu, Qobu qəsəbəsində, Qobu-Lökbatan yolunun kənarındakı köhnə fabrik deyilən ərazinin qarşısında baş vermiş, sonuncudan işlədiyi işin pulunu, yəni 110 manat zəhmət haqqını istəmiş, buna görə də Elvin onunla mübahisə yaratmış və onu döyüb xəsarət yetirmişdir. Həmin vaxtı onlar ikilikdə olmuş, yanlarında və kənarda kimsənin olmasını görməmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, dörd övladı vardır, onlardan 3-ü qız, biri isə oğlandır, Zərərçəkmiş şəxs onun oğul övladıdır. Mirelvin təxminən 2024-cü ilin iyun ayından tanıyır, sonuncu onun həyətində usta işləmiş və oğlu Nurlan da onun yanında fəhlə işləmişdir. Bundan sonra Mirelvinin onun oğlu Nurlana 110 manat pul borcu yaranmışdır, lakin sonuncu oğlunun zəhmət haqqını verməmişdir. 14 dekabr 2024-cü il tarixdə təxminən saat 19 radələrində, evdə olarkən Mirelvin Nurlanla telefon danışığı etdiyini bilmiş və sonuncu oğlunu görüşə çağırmışdır. Ona bu barədə oğlu bildirdikdə ona demiş ki, get gör nə deyir. Oğlu Nurlan çıxıb getdikdən təxminən 30-40 dəqiqə sonra döyülmüş vəziyyətdə evə qaytmış, onun ağız nahiyəsində qan olmuş, Nurlandan nə baş verdiyini soruşduqda ona bildirmişdir ki, Mirelvin onu yumruqla döyüb xəsarət yetirmişdir. Belə olduqda oğlunun döyülməsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 14 dekabr 2024-cü il tarixli, 2/69796 saylı protokoluna əsasən Təqsirləndirilən şəxs alkaqol sərxoşluğunun dərəcəsi orta olaraq qiymətləndirilmişdir;
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 24 dekabr 2024-cü il tarixli 2907 nömrəli rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın alın nahiyəsinin hematoması (dərialtına qansızma), sıyrığı, alt dodağın selikli qişasının şişkin fonda cırılmış yarası - bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş zamanı yumruq zərbələrinin təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir;
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır;
4. “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Abşern RPİ-nin Təhqiqat Şöbəsində topanmış HK-1/3149 nömrəli materia üzrə fakta görə Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır;
5. “Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs qismində tanınma” haqqında 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs qismində tanınmışdır;
6. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 04 mart 2025ci il Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyi, baxış protokolu və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir;
7. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir;
8. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi” haqqında 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” qətimkan tədbiri seçilmişdir;
9. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyindən, sonuncu ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir.
10. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək, onunla barışmış, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur, həmin işin bəraətverici əsaslar olmadan xitam olunmasına etiraz etmir.
Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, şikayət vermiş şəxsin istintaq zamanı verdiyi ifadəsinin məhkəmə iclasında elan olunması, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, lakin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar məhkəmə baxışı dövründə aşkara çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4- cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasına dair iş materiallarında olan yazılı ərizəsi və həmin qeyd olunmuş təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair razılığını, həmçinin sonuncunun əvvəllər eyni əsaslarla məsuliyyətdən azad edilməsi halının olmamasını, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. İş üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 hüquqi yardıma görə sərf etdiyi 03 saatın hər iş saatının 6 manatdan, 8 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 116 manat (03 saat x 18 AZN + 8 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 116 (bir yüz on altı) manat məbləğində vəsait müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi2 116 (bir yüz on altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov