Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-719/2024 24.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yuridiksiyasında olan birinci instansiya məhkəmələri üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı ünvan 1-də qonaq olan qohumu Zərərçəkmiş şəxs məxsus mobil telefonun “Birbank” mobil tətbiqinə qanunsuz daxil olaraq informasiya texnologiyasından istifadə etməklə sonuncuya məxsus "xxxx" ASC-yə aid 4169-7387-5142-0203 saylı bank kartından 300 (üç yüz) manat məbləğində pulu tanışı Şahid2 məxsus "xxxx" ASC-yə aid 4169-7385-1727-1098 saylı bank kartına köçürərək gizli olaraq talamış, bundan sonra sonuncunun onun arvadı Şahid1 məxsus 4169-7388- 4530-2375 saylı "xxxx" kartına göndərdiyi həmin 300 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bibisi oğludur. Təxmini 2023cü ilin iyun-iyul aylarında Zərərçəkmiş şəxs ondan 2 dəfəyə ümumilikdə 150 manat borc pul almışdır.O, Fəridə 150 manat borc verdikdən bir müddət sonra borcunu istəsə də, Fərid müxtəlif bəhanələrlə pulunu geri verməmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Fərid onlara qonaq gələn zaman o, sonuncunun yatmağından istifadə edib əvvəlcədən parolunu bildiyi üçün telefonuna daxil olmuş və telefondakı “Birbank” mobil tətbiqindən Fəridin xeyli pulunun olduğunu görmüş, lakin ona pulu olmadığına görə borcunu qytara bilmədiyini deməsindən esəbləşərək dostu Şahid2 zəng etmiş və kartına 300 manat pul vuracağını və görüşəndə həmin pulu ona verməyini bildirmişdir. Həmçinin Şahid2 özünə məxsus **********271098 saylı "xxxx" ASC-yə aid bank kartının fotoşəklini ona “Whatsapp” mobil tətbiqi ilə göndərmişdir. O, da Fəridin telefonundakı “Birbank” mobil tətbiqindən Şahid2 bank kartına 300 manat pulu göndərmişdir. Şahid2la isə həmin günün axşamı olan görüşü baş tutmamış və o, sonuncudan kartındakı pulu arvadı Şahid1 məxsus ”Kapitalbank” ASC-yə aid 4169-7388-4530-2375 saylı bank kartına köçürməsini xahiş etmiş, Namiq də 300 manat pulu həmin karta köçürmüşdür. Onun məqsədi Fəridə irad bildirmək, gələcəkdə ona olan borcunu geri qaytardıqda həmin pulu Fəriddən almamaq və baş verən hadisələri danışmaq idi. O, sonradan Zərərçəkmiş şəxs polisə şikayət etdiyindən xəbər tutmuşdiur. Sonda himayəsində iki azyaşlı uşağının olmasını, ailədə yeganə gəlir gətirən şəxsin özünün olduğunu, törətdiyi əməldən peşman olduğunu və hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri ödəyərək, barışıq əldə etməsini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində dayısı İsmayıla məxsus Abşeron rayonu. Novxanı kəndində yerləşən evə qonaq getmişdir. Onlar çox yaxın olduqları üçün həmin evin otaqların birində yatmış və həmin gün saat 16 radələrində Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən evinə getmişdir. Evdə olanda isə saat 19 radələrində etibarnamə ilə idarə etdiyi **-PT-*** qeydiyyat nişanlı “Saipa Saina” markalı avtomobil ilə yaşadığı ünvandan Binəqədi rayonuna getməyi qərarlaşdırmışdır. Bu zaman yanında xalası oğlu Elçin Mədədovun nahiyyəsində ağrılar olduğu üçün Binəqədi rayonunda yaşayan Füzuli adlı sınıqçıya aparırmışlar. O, yol üzərində bankomatdan pul çıxarmaq istəmişdir. Buna görə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən “Mehdiabad-Pirşağı” yolunun üzərindəki “Bolmart” mağazasının yaxınlığına quraşdırılmış "xxxx" ASC-yə aid bankomata yaxınlaşmış, bu zaman ona məxsus bank kartını bankomata daxil etmiş, lakin hesabında 600 manata yaxın məbləğ olmalı olduğu halda həmin məbləğdən 300 manat əksik olmuşdur. Bundan sonra isə "xxxx" ASC-nin Binəqədi rayon filialına getmiş və oradan çıxarış götürmüş, ona hər hansısa ödənişin hesaba oturmadığını bildirmiş, lakin bir neçə gün gözləsə də, yenə də hesabında pul görsənməmişdir. Buna görə də kartından pul oğurlanması barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişdir. Bu hadisə zamanı ona 300 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid2 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, o, rəsmi olaraq işləməsə də, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Belə ki, kondisoner ustasıdır. Təqsirləndirilən şəxs də işi ilə bağlı tanıyır. Belə ki, Təqsirləndirilən şəxs avtosəbət işi ilə məşğuldur və o, sonuncunun xidmətindən işinə görə tez-tez istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ona zəng edərək 300 manat pul göndərilməli olduğunu, lakin bank kartı olmadığını və buna görə həmin pulu onun kartına göndərmək istədiyini bildirərək daha sonra ondan həmin pulu götürəcəyini demişdir. O, Elməddinə köməklik məqsədilə ona məxsus **********271098 saylı "xxxx" ASC-yə aid bank kartının fotoşəklini “Whatsapp” mobil tətbiqi ilə göndərmişdir. Bir neçə dəqiqə sonra 300 manat pul həmin karta göndərilmiş, lakin bir müddət sonra Elməddin yenidən ona zəng etmiş və ona bank kartı fotoşəklini göndərəcəyini və 300 manat pulu həmin karta göndərməyini xahiş etmişdir. Buna görə də o, Elməddinin “Whatsapp” mobil tətbiqi ilə fotoşəklini göndərdiyi ”Kapitalbank” ASC-yə aid 4169-7388-4530-2375 saylı bank kartına 300 manat pulu köçürmüşdür. Onun Təqsirləndirilən şəxs ona məxsus bank kartına köçürdüyü pulun oğurluq olmasından məlumatı olmamış və sonuncuyla qabaqcadan bu hadisə barədə əlbirliyi mövcud olmamışdır. O, sadəcə olaraq Təqsirləndirilən şəxs köməklik məqsədilə hər hansı işindən çatmalı olan pulu əldə etməsinə görə bank kartına pulun köçürülməsinə icazə verdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs onun xalası oğludur. "xxxx" ASC-yə edilmiş sorğu nəticəsində əldə edilmiş məlumat, yəni xx.xx.2024cü il tarixdə Şahid2 məxsus bank kartından ona məxsus”Kapitalbank” ASC-yə aid 4169- 7388-4530-2375 saylı bank kartına 300 manat pulun köçürülməsi hadisəsi doğrudur. Lakin həmin bank kartını əri Təqsirləndirilən şəxs istifadə edir. Buna görə də həmin məbləğin necə və ya nəyə görə köçürülməsindən məlumatı yoxdur. Həmçinin Şahid2 adlı şəxsi də tanımır. Şahid2 əri Təqsirləndirilən şəxs tanıdığını güman edir. Bundan əlavə xalası oğlu Zərərçəkmiş şəxs bank kartından pulunun oğurlanması barədə də məlumatı olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - Zərərçəkmiş şəxs məxsus 4169 7387 5142 0203 saylı ödəniş kartından xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə 300 manat pulu **********271098 nömrəli karta köçürüb, zərərçəkmiş şəxsə ümumilikdə 300 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. - “Cinayət işinin başlanması” barədə 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə başlanılmış və istintaqı aparılmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 04 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 04 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, X5 himayəsində xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 adlı uşaqları vardır. - Zərərçəkmiş şəxs tərəfindən verilmiş Notariat qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, maddi ziyan ödənilmiş, hər hansı tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd) “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərər çəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompüter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Hazırki işin faktiki hallarından aydın olur ki, Əliyev X2 Fərid Məhəmməd oğluna məxsus elektron məlumat daşıyıcısı hesab edilən, "xxxx" ASC tərəfindən verilmiş 4169 7387 5142 0203 saylı plastik debet kartından 30 avqust 2023-cü il tarixdə 300 manat pulunu **********271098 nömrəli "xxxx" kartına köçürüb ümumilikdə 300 manat məbləğində pulu çıxarıb ələ keçirməklə oğurluq etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus kartdan pul köçürdüyünü etiraf etsə də, həmin pulu ələ keçirmək məqsədi olmadığını, zərərçəkmiş şəxsin ona borcu olduğundan həmin pulu ələ keçirmısini, sonuncu ona olan borcunu geri ödədikdə məlumat verəcəyini bildirmişdir. Təqsirləndidilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar cinayət işinin materiallarında olan materiallarla öz təsdiqini tapmır. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri bilir ki, həmin cinayət əməli zərərçəkmiş şəxsə məxsus pul vəsaitinin digər karta köçürdüyü an başa çatmış hesab edilir. Təqsirləndirilən şəxsin bundan sonrakı hərəkətlərini (dəymiş zərəri ödəmək və s.) onu cinayət məsuliyyətindən azad etmək üçün deyil, gələcəkdə tətbiq ediləcək cəzanı yüngülləşdirən hallar kimi hesab etmək üçün əsas ola bilər. Bununla da, məhkəmə təqsirləndirilən şəxsin ifadəsini inandırıcı hesab etmir və ona tənqidi yanaşaraq, məsuliyyətdən boyun qaçırmaq üçün vermiş olduğu kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Qeyd olunanları nəzərə almaqla, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin məhkəmə cəza təyin edərkən onun himayəsində azyaşlı uşaqlarının olmasını, ailə vəziyyətini (ailədə yeganə işləyən şəxs onun olmasını, arvadının sağlamlıq məhdudiyyətli şəxs olmasını) nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 25 saat üçün nəzərdə tutulan 150 manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Xidmətinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-719/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-719/2024
24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver