Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-72/2021 15.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Səttar oğlunun və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1977-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, məhkumluğu olmayan, Ağsu rayonu Qarağaşlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Səttar oğlunun Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Səttar oğlu özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq Massivində yerləşən Şahid məxsus 66 sot torpaq sahəsini Zərərçəkmiş şəxs göstərək, həmin torpaq sahəsinin özünə məxsus olması və həmin torpaq sahəsinin hər sotunu 6600 manatdan olmaqla 15 sotunu ona satacağı və sənədləşdirəcəyi adı ilə aldadaraq, sonuncudan xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən «Şok» marketin qarşısında 5000 manat məbləğində pulunu alıb ələ keçirərək, ona qarşı dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Səttar oğlunun həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Səttar oğlu ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu ərazisində torpaq alqı-satqısı ilə məşğul olur. Şahid Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində 66 sot torpaq sahəsi olması və həmin torpaq sahəsini satmaq istəməsi barədə məlumat almış və Şahid əlaqə telefonunu öyrənmişdir. xx xxxxxx 2020-ci il tarixdə özünə məxsus ***-***-**-** saylı GSM mobil nömrədən Şahid istifadəsində ***-***-**-** saylı GSM mobil nömrəyə zəng vuraraq Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində 66 sot torpaq sahəsini satıb satmaması ilə bağlı maraqlanmış, Zöhrab torpağı 120.000 manata satdığını ona bildirmişdir. Həmin torpaq sahəsinin sənədlərinin olub-olmadığı barədə Zöhrabdan soruşduqda sonuncu ona torpaq sahəsinin çıxarışının surətini vermiş, ona müştəri olduqda sonuncuya məlumat verəcəyini bildirmişdir. Belə olduqda həmin torpağı hissəhissə satmağı qərara alıb müştəri axtarmağa başlamışdır. Bundan sonra Zərərçəkmiş şəxs ilə tanış olmuş, sonuncu Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivində özünə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi axtardığını bildikdə ona Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 7 nömrəli məktəbin arxasında Zöhraba məxsus torpaq sahəsi göstərmiş, Zərərçəkmiş şəxs torpaq sahəsinə baxıb bəyəndiyi üçün 15 sotunu almaq qərarına gəlmişdir. Həmin torpaq sahəsinin x xxxxxx 6600 manata Zamana satacağına razılaşmış, bundan sonra ilkin olaraq xx xxxxxx 2020-ci il tarixdə Abşeron rayonu Masasır qəsəbəsində yerləşən Şok marketin qarşısında ona 5000 manat pul vermiş, aralarında olan razilaşmaya görə qalan pulu torpağı onun adına sənədləşdirdikdən sonra Zaman ona verməli olmuşdur. Lakin həmin ərəfədə maddi sıxıntıları olduğu üçün Zaman tərəfindən ona verilmiş pulu xərcləmiş və həmin torpağın satılması və sənədləşməsi ilə bağlı heç bir iş görə bilməmiş, bu səbəbdən də Zaman hər dəfə ona almaq istədiyi torpaq sahəsinin sənədləşməsi ilə bağlı müraciət etdikdə sonuncuya müxtəlif bəhanələr gətirmiş, üstündən bir müddət keçdikdən sonra isə Zamanın onun barəsində polisə ərizə ilə müraciət etməsi barədə məlumat almışdır. Haxzırda vurduğu ziyanı tam ödəmiş zərərçəkmiş şəxslə barışmışdır.Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivində özünə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi axtarmış, bu zaman Xırdalan şəhərində ev alqı satqısı işi ilə məşğul olan Ceyhun adlı şəxslə tanış olmuş, həmin vaxtı Ceyhuna torpaq sahəsinin harada olmasını soruşmuş, Ceyhun ona Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi 7 nömrəli məktəbin arxasında torpaq sahəsi göstərmiş, torpaq sahəsinə baxdıqda bəyəndiyi üçün 15 sotunu almaq qərarına gəlmişdir. Ceyhunla həmin torpaq sahəsinin x xxxxxx 6600 manata satacağına razılaşmış, sonra torpaq sahəsi xoşuna gəldiyi üçün qərar gəlmişdir ki, torpaq sahəsini alsın. Ceyhuna ilkin olaraq xx xxxxxx 2020ci il tarixdə Abşeron rayonu Masasır qəsəbəsində yerləşən Şok marketin qarşısında 5000 manat pul vermiş, razilaşmaya görə qalan pulu torpağı onun adına sənədləşdirdikdən sonra verməli olmuş, bundan bir neçə gündən sonra Ceyhunla əlaqə saxlayıb torpağı onun adına sənədləşməsini bildirdikdə sonuncu ona müxtəlif bəhanələr gətirərək torpağı onun adına keçirməmiş və onu aldadaraq 5000 manat pulunu da qaytarmamışdır. Bundan sonra, yəni xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət etmiş, sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsi Ceyhuna məxsus deyil, torpaq sahəsi Şahiddur. Ceyhun ondan aldığı 5000 manat puluda özü dələduzluq yolu ilə ələ keçirmişdir. Ceyhuna 5000 manat pulu Ceyhunun idarə etdiyi “Land Rover” markalı **-PB- *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində vermiş, sonradan Ceyhun ona demişdir ki, pulu verə bilmir, lakin özü könüllü olaraq idarə etdiyi “Land Rover” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili ona pulun əvəzində ona vermişdir ki, pulu yəni 5000 manat pulunu ona verdikdən sonra avtomobili götürəcəkdir, hal-hazırda təqsirləndirilən şəxs tərəfindən pulu ona tam ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində özünə məxsus 66 sotdan bir az çox torpaq sahəsi vardır. Son zamanlar həmin torpaq sahəsini satmaq qərarına gəlmiş, xx xxxxxx 2020-ci il tarixdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs ***- ***-**-** saylı GSM mobil nömrədən ona məxsus ***-***-**-** saylı GSM mobil nömrəyə zəng vuraraq həmin torpaq sahəsini satıb-satmamasını soruşduqda, torpağı 120.000 manata satdığını bildirmişdir. Sonradan Ceyhun həmin torpaq sahəsinin sənədlərinin olubolmadığını soruşduqda sonuncuya torpaq sahəsinin sənədinin çıxarışının surətini vermiş, sonuncu da ona müştəri olduqda ona məlumat verəcəyini bildirmişdir. Belə ki, Ceyhun ona alqı-satqı üzrə mütəxəssis olduğunu bildirmişdir. xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ona torpaq sahəsinin 15 sotunu almaq üçün Ceyhuna 10.000 manat pul verdiyini bildirmiş, bu prosesdən xəbərsiz olduğunu Zərərçəkmiş şəxs demişdir. Torpaq sahəsini Ceyhuna satdığını bildirsə də, bununla bağlı sonuncudan hər hansı miqdarda pul almamış, Ceyhunun kimdən hansı miqdarda pul almasından məlumatsız olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Səttar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, CM-in 69.4-cü maddəsinə əsasən 4500 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə cərimə tam ödənildiyindən şöbədə qeydiyyatdan çıxarılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Səttar oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs Səttar oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Səttar oğlunun göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Səttar oğlunun həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Səttar oğluna cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Səttar oğlunun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Səttar oğlunun barəsində Azərbaycan Respublikasının CPM-nin 73- 1.1-ci maddəsi tətbiq edilməklə başlanmış cinayət işinin icraatına xitam verilmişdir. Göründüyü kimi Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Səttar oğlu bir dəfə cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs Səttar oğlunun böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun cinayət törədildikdən sonrakı davranışını, onun cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Bakı şəhər Probasiya İdarəsi tərəfindən icra edilməlidir. Təqsirləndirilən şəxs Səttar oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Səttar oğlunun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs Səttar oğlunun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X3 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, eyni zamanda məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Səttar oğlu Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1000 (bir min) manat miqdarında cərimə edilsin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs Səttar oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X3 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına, eyni zamanda məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB**********0420151123, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-72/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-72/2021
15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver