Məhkəmə qərarları › İş №1(012)-72/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-72/2022

04.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-72/2022 04.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 qızının, Zərərçəkmiş şəxs12, zərərçəkmiş hüquqi şəxs, (mülki iddiaçı) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs, (milki cavabdeh) Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs, (milki cavabdeh) Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Abşeron Rayon Məhkəməsinin 17.05.2016-cı tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum edilmiş, 21.10.2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməyən, Abşeron rayonu Hökməli qəsəbəsi, ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs1 və xx.xx.1989-cu ildə Abşeron rayonu Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birlikdə 21.02.2021-ci il tarixdə saat 19 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən avtomobillərin təmiri sexinin həyətinə hasardan tullanmaqla, sonra isə sexə-binaya qanunsuz daxil olaraq, bir ədəd dəyəri 1200 manat olan kompressor, bir ədəd dəyəri 200 manat olan 20 m-lik kabel dolanmış katuşka, bir ədədinin qiyməti 80 manat olmaqla 19 ədəd cəmi qiyməti 1520 manat dəyərində kombi radiatorları, bir kisəsinin qiyməti 857,19 manat olmaqla 3 kisə cəmi 2571,57 manat dəyərində kombi ləvazimatları, bir ədədinin qiyməti 85,34 manat olmaqla 9 ədəd cəmi 768,06 manat dəyərində pilləkən yığmaq üçün alınmış künc ləvazimatları 40-lıq dirsək, bir ədəd 48,6 manat dəyərində olan boya, bir ədədinin qiyməti 12,96 manat olmaqla 2 ədəd cəmi 25,92 manat dəyərində rolik, bir ədədinin qiyməti 1,89 manat olmaqla 2 ədəd cəmi 3,78 manat dəyərində fırça, bir ədəd 40 manat dəyərində olan «Vaz» qıfılı, bir ədədinin qiyməti 200 manat olmaqla 4 ədəd cəmi 800 manat dəyərində “Mitsubishi L200” markalı su radiatorları, bir kiloqramının qiyməti 2 manat olmaqla 200 kq cəmi 400 manat dəyərində düralümünum materiallarını gizli olaraq talayaıb zərərçəkmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə cəmi 7577,93 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin aprel ayının 20-də axşam saatlarında Zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evə qanunsuz olaraq daxil olub evin içindən tavan üçün nəzərdə tutulmuş əqrəblər,14 qutu şurup,mismar,elektrik uzadıcı, 4 top 100 metr uzunluğunda kabel və bir ədəd elektrik artırıcısını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs11 ümumilikdə 400 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14.05.2021-ci il tarixdə saat 02:00 radələrində Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs8 qızına məxsus tikilməkdə olan fərdi yaşayış evinə pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə qanunsuz daxil olaraq həmin evdən 200 manat dəyərində elektrik naqillərini, 50 manat dəyərində 50 metr uzunluğunda elektrik kabelini, 1 ədəd 50 manat dəyərində laqondanı,1 ədəd 60 manat dəyərində elektrik ütüsünü, 1 ədəd 30 manat dəyərində kiçik ölçülü dreli, 1 ədəd 80 manat dəyərində böyük ölçülü dreli və 1 ədəd 75 manat dəyərində profili gizli olaraq talayaraq zərəçəkmiş Zərərçəkmiş şəxs8 qızına cəmi 545 manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29.05.2021-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində yerləşən X7 məxsus tikilməkdə olan fərdi həyət evinə plastik pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq oradan 1 ədəd 90 manat dəyərində bozqara rəngli markası məlum olmayan laqondanı, 1 ədəd 50 manat dəyərində yaşıl rəngli markası məlum olmayan dreli, 1 ədəd 80 manat dəyərində boru birləşdirmək üçün nəzərdə tutulan ütünü, 50 metr hər metrinin qiyməti 1 manat olan ümumilikdə 50 manat dəyərində elektrik naqillərini, 1 ədəd 135 manat dəyərində markası məlum olmayan perforatoru, 1 ədəd 297 manat dəyərində hamam aksessuarlarını gizli olaraq talayaraq Cavid Əlimirzəyevə cəmi 702 manat məbləğində ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs12 məxsus təmirsiz fərdi yaşayış evinin pəncərəsini özü ilə gətirdiyi dəmir parçası ilə açaraq içəri qanunsuz daxil olub, oradan 440 manat dəyərində elektrik naqilləri, 160 manat dəyəriəndə plastik boru əyriləri və 9 manat dəyərində mismarları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs12 cəmi 609 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11.11.2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsini sındırmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, hər bir ədədinin qiyməti 10 manat olmaqla, ümumilikdə 90 manat dəyərində olan 09 ədəd pərdə asılqanlarını, 200 manat dəyərində 01 ədəd çilçırağı, 200 manat dəyərində 01 ədəd istilik peçini, 100 manat dəyərində 01 ədəd stolu, 130 manat dəyərində 01 ədəd ət çəkən maşını, 100 manat dəyərində 01 ədəd qab-qacaqları, 500 manat dəyərində 01 ədəd gümüş bıçaq və qaşıq dəstini, 200 manat dəyərində 01 ədəd yataq örtükləri, ümumilikdə 100 manat dəyərində süfrə dəsmallarını, ümumilikdə 100 manat dəyərində soyuducuya aid aksesuarların və soyuducu mühərriyini, 80 manat dəyərində 01 ədəd ütünü, 150 manat dəyərində 01 ədəd tozsoranı, 50 manat dəyərində 01 ədəd elektrik gecə lampasını, 200 manat dəyərində 01 ədəd qazan dəstini, 30 manat dəyərində 01 ədəd dəmir vedrəni və 20 manat dəyərində qaz peçinin üzərində olan 01 ədəd dəmir barmaqlığı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 cəmi 2250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 21.01.2021-ci il tarixdə saat 04:40 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evinin hasarından tullanmaqla qanunsuz həyətə daxil olaraq, saxlanc yeri kimi evinin qarşısında olan plastik materialdan quraşdırılmış dolabın qapısını açıb oradan qiyməti 300 manat olan bir ədəd istifadə olunmuş mis materialdan olan 5 litr su tutumuna malik olan samovar, qiyməti 50 manat dəyərində bir ədəd istifadə olunmuş ütü, qiyməti 280 manat dəyərində bir ədəd istifadə olunmuş şirə çəkən maşın, qiyməti 180 manat dəyərində olan istifadə olunmuş elektrik cərəyanı ilə işləyən samovar, qiyməti 10 manat dəyərində bir ədəd uşaq karşoku, bir kiloqramının qiyməti 7 manat olmaqla 5 kq qoz, 1 kiloqramının qiyməti 6 manat olmaqla 5 kq fındığı gizli olaraq talayaıb Zərərçəkmiş şəxs2 cəmi 885 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Hüseynzadə küçəsi 15A nömrəli fərdi yaşayış evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub, sayğacdan evə gələn 375 manat dəyərində 25 metr uzunluğunda 8 sm-lik mis naqilin, evin bayır tərəfindən olan 75 manat dəyərində işıq cihazları və elektrik naqilləri, 20 manat dəyərində su mühərrikindən evə qədər olan naqilləri, həmçinin evin birinci mərtəbəsində olan pəncərənin dəmir barmaqlığını özü ilə götürdüyü dəmir alətlə əyərək evə qanunsuz olaraq daxil olub evin içərisində olan işıq avtomatıdan işıq lampalarına qədər dəyəri 200 manat olan 200 metr uzunluğunda naqili və hər birinin qiyməti 10 manat, cəmi 30 manat dəyərində 3 ədəd elektrik uzadıcısını gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs4 cəmi 700 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birlikdə 21.02.2021-ci il tarixdə saat 19 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən avtomobillərin təmiri sexinin həyətinə hasardan tullanmaqla, sonra isə sexə-binaya qanunsuz daxil olaraq, bir ədəd dəyəri 1200 manat olan kompressor, bir ədəd dəyəri 200 manat olan 20 m-lik kabel dolanmış katuşka, bir ədədinin qiyməti 80 manat olmaqla 19 ədəd cəmi qiyməti 1520 manat dəyərində kombi radiatorları, bir kisəsinin qiyməti 857,19 manat olmaqla 3 kisə cəmi 2571,57 manat dəyərində kombi ləvazimatları, bir ədədinin qiyməti 85,34 manat olmaqla 9 ədəd cəmi 768,06 manat dəyərində pilləkən yığmaq üçün alınmış künc ləvazimatları 40-lıq dirsək, bir ədəd 48,6 manat dəyərində olan boya, bir ədədinin qiyməti 12,96 manat olmaqla 2 ədəd cəmi 25,92 manat dəyərində rolik, bir ədədinin qiyməti 1,89 manat olmaqla 2 ədəd cəmi 3,78 manat dəyərində fırça, bir ədəd 40 manat dəyərində olan «Vaz» qıfılı, bir ədədinin qiyməti 200 manat olmaqla 4 ədəd cəmi 800 manat dəyərində “Mitsubishi L200” markalı su radiatorları, bir kiloqramının qiyməti 2 manat olmaqla 200 kq cəmi 400 manat dəyərində düralümünum materiallarını gizli olaraq talayıb zərərçəkmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə cəmi 7577,93 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 23.02.2021-ci il tarixdə gecə saat 02:10 radələrində Zərərçəkmiş şəxs10 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə yerləşən evinin hasarından tullanmaqla saxlanc yeri kimi həyətə qanunsuz daxil olaraq, həyətdəki sanitar qovşağın 240 manat dəyərində plastik qapı-pəncərəsini, qiyməti 30 manat olan bir ədəd samovar, qiyməti 40 manat olan bir ədəd elektrik naqil uzadıcısını və qiyməti 10 manat olan elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 cəmi 320 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 01.03.2021-ci il tarixdə gecə saat 03:35 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə yerləşən evin zirzəmisinin dəmir barmaqlıqlıqlarını sındırmaq yolu ilə qanunsuz içəri daxil olaraq, oradan 70 manat dəyərində 35 metr uzunluqunda 10-luq ölçüdə elektrik kabeli, bir topunun qiyməti 50 manat olmaqla, cəmi 150 manat dəyərində 3 top 2,5-lik ölçüdə elektrik kabeli, bir topun qiyməti 80 manat olmaqla cəmi 240 manat dəyərində 3 top 4-lük elektrik kabeli,120 manat dəyərində 1 ədəd laqonda, 180 manat dəyərində 1 ədəd qaynaq aparatı, 40 manat dəyərində 1 ədəd lobzik, hər birinin qiyməti 140 manat olmaqla, cəmi 280 manat dəyərində 2 ədəd «BOSH» markalı perforator, 50 manat dəyərində 1 ədəd çəkic, 1 ədəd balta, 1 ədəd kəlbətin və açar dəsti, bir metrinin qiyməti 1,50 manat olmaqla, cəmi 120 manat dəyərində 80 metr uzunluğunda 18-lik armatur, cəmi 100 manat dəyərində 3 ədəd 3,5 metrlik şvelleri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 cəmi 1350 məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 04.03.2021-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə yerləşən evin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə evə qanunsuz daxil olaraq, oradan bir ədəd 350 mana dəyərində xalça, bir ədəd 140 manat dəyərində qaz sobası, bir ədəd 130 manat dəyərində su qızdırıcısı, bir ədəd 105 manat dəyərində hamam aksessuarları, eləcə də evin zirzəmisinin kilidini sındırmaqla içəri daxil olub oradan 80 manat dəyərində su mühərrikini, hidrofor və 80 manat dəyərində 2 top elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 885 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən tamah niyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 mart 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, fərdi yaşayış evin hasarından aşmaqla həyətinə, sonra isə evin birinci mərtəbəsində olan pəncərəsini özü ilə götürdüyü dəmir alətlə əyərək evə qanunsuz olaraq daxil olub evin içərisində olan hər birinin qiyməti 18 manat olan 28 ədəd divar kağızı, qyməti 150 manat olan bir ədəd xalça, bir topunun qiyməti 55 manat olan 9 top kabel, bir ədədinin qiyməti 6 manat olan 21 ədəd işıq başlığı və 130 manat dəyərində ərzaq mallarını gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 1405 manat ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddia qaldıraraq, QSC-yə dəymiş maddi zərərin əvəzinə mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 7577,93 manat məbləğində pulun və 96 manat ödənilmiş dövlət rüsumunun tutulub QSC-ya verilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər göstərilən cinayət əməlini aşağıdakı qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, X17 məxsus Abşeron rayonu Hökməli qəsəbəsi Nübar yaşayış massivində yerləşən avto təmir sexindən hava kompreksorları, 19 ədəd istilik radiatorları, 200 kq aliminum və kombi ehtiyyat hissələrini 21.02.2021-ci il tarixdə saat təxminən 19 radələrində anasının dayısı oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin sexin qarşısına gedib ordan oğurluq etmək üçün ətrafa nəzarət etdik heç kəsin olmadığını dəqiqləşdirdikdən sonra mişar daşlarından olan hasardan tullanaraq təmir sexinə daxil olduq. Həmin vaxtı sexdə heç kimin olmadığını görüb həyətdə mişar daşlarından 3 mərtəbəli tikilmiş tikiliyə yaxınlaşıb gördük ki, tikilinin qapısı yoxdur. Oğurluq məqsədi ilə içəri daxil olub oradan Mircabir ilə birlikdə bir ədəd kompreksoru oğurlayıb tanımadığı taksiyə qoyub öz yaşadığım Hökməli qəsəbəsindəki Hökməli kənd hamamına aparıb gzilətdik. Sonra isə həmin kompreksoru Mircabir tanımadığım şəxsə 100 manat satdı pulunu isə yarı böldük. Qeyd edimki, mən kompreksorrdan başqa həmin sexdən heç nə oğurlamamışam və Mircabirində ordan kompersordan başqa nələrisə oğurlamasından xəbərim yoxdur. Bundan başqa 2021-ci ilin aprel ayının 20-də axşam saatlarında oğurluq etmək məqsədilə evdən çıxmış və Abşeron rayonu Qobu qəsəbəsində məhəllələrin arasında gəzmiş, görmüşdür ki, təmiri tam başa çatmamış bir ev var. Ətrafa baxmış və heç kimin olmadığını əmin olduqdan sonra həmçinin evin işıqlarının yanmadığını, gözətçinin və ümumiyyətlə kimsənin olmadığı görüb hasardan tullanıb həyətə daxil olmuşdur. Evin giriş qapısı olmadığı üçün evin içinə daxil olmuş və sağdakı otaqdan tikinti materialları yəni şurup, əqrəb, mismar, probka, kabel və balaca stabilizator oğurlamış, daha sonra həmin əşyaları bir qutuya yığıb oradan uzaqlaşmış və yaxınlıqda boş sahədə gizlətmiş başqa bir gün onları satmışdır. Səhərisi günü Qobu qəsəbəsində tanımadığı yoldan keçən ustalara hazırda yadında qalmayan qiymətə həmin materialları satmışdır. Bundan başqa 14.05.2021-ci il tarixdə axşam saat 02 radələrində yaşadığım Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində gəzərək oğurluq etmək üçün münasib ev axtarmaq qərarına gəlmişdir. Bu məqsədlə Hökməli qəsəbəsi ərazisində gəzərkən tikilməkdə olan və yaşayış olmayan bir evin olduğunu görmüşdür. Həmin evin həyətinin qapısı olmadığı üçün rahat şəkildə həyətə daxil olmuşdur. Evin pəncərəsini sıxıb açaraq mənzilin birinci mərtəbəsinə daxil olmuşdur. Mənzilin birinci mərtəbəsindən 1 ədəd laqondanı 1 ədəd elektrik ütüsünü 2 ədəd direli, 1 ədəd profili və elektrik naqillərini götürüb evdən tapdığı torbaya yığaraq gəldiyi yolla pəncərədən çıxaraq getmişdir. Həmin günün səhəri günü o, yaşadığı Hökməli qəsəbəsi ərazisində həmin təmir tikinti alətlərini tanımadığı şəxslərə satış üçün təklif etmiş və bütün hamısını ümumilikdə 90 manat pul müqabilində satmışdır. Həmin pulu isə öz şəxsi ehtiyaclarıma xərcləmişdir. Bundan başqa 29.05.2021-ci il tarixdə axşam saat 23 radələrində yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində gəzərək oğurluq etmək üçün münasib ev axtarmaq qərarına gəlmişdir. Bu məqsədlə Hökməli qəsəbəsi ərazisində gəzərkən tikilməkdə olan və yaşayış olmayan bir evin olduğunu görmüşdür. Həmin evin həyətinin qapısı olmadığı üçün rahat şəkildə həyətə daxil olmuşdur. Evin pəncərəsini sıxıb açaraq mənzilin birinci mərtəbəsinə daxil olmuşdur. Mənzilin birinci mərtəbəsindən 1 ədəd laqondanı, 1 ədəd direli, 1 ədəd plastik boru birləşdirmək üçün ütünü ,1 ədəd pereferatoru, hamam aksessuarlarını və yerdə olan kəsik halda elektrik naqilini götürüb evdən tapdığım torbaya yığaraq gəldiyi yolla pəncərədən çıxaraq evinə getmişdir. Həmin günün səhəri yaşadığı Hökməli qəsəbəsi ərazisində həmin təmir tikinti alətlərini tanımadığı şəxslərə satış üçün təklif etmiş və bütün hamısını ümumilikdə 86 manat pul müqabilində satmışdır. Həmin pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, maddi vəziyyəti yaxşı olmadığına, maddi vəziyyəti yaxşı olmadığına, özünə heç bir yerdə iş tapa bilmədiyinə görə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində oğurluq etmək qərarına gəlmişdir. Həmin ərazidə o, yaşayış olmayan müxtəlif evlərə və yaşayış olan evlərin həyətinə girib oradan oğurluq etmişdir. 11.10.2020-ci il tarixdə saat 02 radələrində oğurluq etmək qərarımna gəlmiş və bu səbəbdən yaşadığı evdən çıxıb yaxınlıqda yerləşən evlərdən oğurluq etmək məqsədilə küçə ilə gəzmişdir ki, hansı evdə yaşayış yoxdursa oradan oğurluq etsin. 11 oktyabr 2020-ci il tarixdə saat 02 radələrində Hökməli qəsəbəsi, M.Muxtarov küçəsində gəzərkən evlərin birində işıq yanmadığını görmüş, hasardan boylanıb həyətdə kimsənin olmadığını görmüş, buna görə də hasardan həyətə daxil olmuş, həyətdə dəmir alət tapmış, pəncərəni həmin alətlə açmış, sonra yarımtikilinin içində olan naqilləri dartıb çıxartmış, plastik boru əyrilərini və mismarları oğurlamışdır. Yığdığı bütün naqilləri, plastik boru əyrilərini və mismarları evinin yaxınlığına aparmış, onların içini soyub çıxartmış və mis olanı bir torbaya yığmışdır. Həmin kabellərin içindən çıxan misləri və plastik əyriləri və mismarları 35 manata tanımadığı şəxslərə satmışdır. Bundan başqa 11.11.2020-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən iki mərətbəli evin həyətinə hasardan aşmaq yolu ilə keçmişdir. Bundan sonra həmin evin pəncərəsinin şüşəsini həyətdən tapdığı taxta parçası ilə sındırıb evə daxil olmuşdur. Evdə qiymətli qızıl və pul tapa bilmədiyindən, evdə olan 09 ədəd pərdə asılqanlarını, 01 ədəd çilçırağı, 01 ədəd istilik sobasını, 01 ədəd stolu, 01 ədəd ət çəkən maşını, 01 ədəd qab-qacağı, 01 ədəd gümüş bıçaq və qaşıq dəstini, 01 ədəd yataq örtüklərini, süfrə dəsmallarını, soyuducuya aid aksessuarları və soyuducunun mühərrikini, 01 ədəd ütünü, 01 ədəd tozsoranı, 01 ədəd gecə lampasını, 01 ədəd qazan dəstini, 01 ədəd dəmir vedrəni, qaz peçinin üzərində olan dəmir barmaqlığı götürüb evə girdiyi pəncərədən hissə-hissə çıxardıb evin yaxınlığında olan yerdə gizlətmişdir. Səhəri gün, yəni 12.11.2020-ci il tarixdə saat 08 radələrində dövlət nömrəsini xatırlmadığı «Volqa» markalı taksi ilə həmin yerə gəlib oğurladığı əşyaları avtomobilə yükləyib Hökməli qəsəbəsində yerləşən bazarda tanımadığı şəxsə hamısını 120 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları öz şəxsi ehtiyaclarıma xərcləmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, həmin oğurluğu tək törətmiş, oğurluq yolu ilə əldə etdiyi əşyaları satan zaman həmin əşyaların özünə məxsus olduğunu demişdir. Bundan başqa 2021-ci ilin yanvar ayının 21-də saat 03 radələrində Hökməli qəsəbəsində gəzərkən evlərin birində işıq yanmadığını görmüş, hasardan boylanıb baxanda həyətdə kimsənin olmadığını görüb hasardan həyətə daxil olmuş, həyətdə ətrafa baxmış və həyətdə qapısı plastik materialdan olan dolab olmuşdur. Dolabın qapısını açıb oradan mis materialdan olan samovar, 1 ədəd ütü, bir ədəd şirə çəkən maşın, bir ədəd tok samovarı, bir ədəd uşaq karişoku, təxminən 5 kq qoz və fındığı oğurlamışdır, Metal əşyaları 50 manata metal qəbul edən tanımadığı şəxsə satmışdır. Bundan başqa Hökməli qəsəbəsində yaşayış olmayan evlərdən oğurluq etməklə məşquldur. Oğurluqları əsasən qaranlıq vaxtı gecə saatlarında törədir. Təxminən 2021-ci ilin fevral ayının əvvəli idi, tarixi dəqiq xatırlamır, saat 23 radərindən sonra idi, Hökməli qəsəbəsində gəzərkən M.Hüseynzadə küçəsində yerləşən evlərin birində işıq yanmadığını görmüşdür. Hasardan boylanıb baxanda həyətdə kimsənin olmadığı görmüş, buna görə də hasardan həyətə daxil olmuş, həyətdə ətrafa baxmış və dəmir alət tapmış, pəncərənin çərçivəsini həmin alətlə əymiş, sonra bayır tərəfdən evin içinə gedən naqilləri dartıb çıxartmış, bayır tərəfdə mühərrik görmüş, həmin mühərrikdən evə gedən naqili də dartıb çıxartmış, sonra evin içinə əydiyi çərçivənin arasından daxil olmuş və ümumi işıqlandırma olan yerdən paylanan naqilləri həmçinin elektrik uzadıcısının naqillərini kəsmiş, demək olar ki, evin bütün naqillərini oğurlamış, naqilləri dartanda naqillər elektrik cihazları ilə birlikdə çıxdığı üçün onları da oğurlamışdır. Sonra yığdığı bütün naqilləri evinin yaxınlığına aparmış, onların içini soyub çıxartmış və mis olan bir torbaya yığmışdır. Kəndin içində həmişə köhnə maşınlar hərəkət edir və sürücülər dəmir, mis və sair alətlər alırlar. Həmin kabellərin içindən çıxan misləri də təxminən 40 manata tanımadığı həmin şəxslərə satmışdır. Bundan başqa X17 məxsus Abşeron rayonu Hökməli qəsəbəsi Nübar yaşayış massivində yerləşən avto təmir sexindən hava kompreksorları, 19 ədəd istilik radiatorları, 200 kq aliminum və kombi ehtiyyat hissələrini 21.02.2021-ci il tarixdə saat təxminən 19 radələrində anasının dayısı oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin sexin qarşısına gedib ordan oğurluq etmək üçün ətrafa nəzarət etmişlər, heç kəsin olmadığını dəqiqləşdirdikdən sonra mişar daşlarından olan hasardan tullanaraq təmir sexinə daxil olmuşlar. Həmin vaxtı sexdə heç kimin olmadığını görüb həyətdə mişar daşlarından 3 mərtəbəli tikilmiş tikiliyə yaxınlaşıb görmüşlər ki, tikilinin qapısı yoxdur. Oğurluq məqsədi ilə içəri daxil olub oradan Mircabir ilə birlikdə bir ədəd kompreksoru oğurlayıb tanımadığı taksiyə qoyub öz yaşadığı Hökməli qəsəbəsindəki Hökməli kənd hamamına aparıb gzilətmişlər. Sonra isə həmin kompresoru Mircabir tanımadığı şəxsə 100 manata satmış, pulunu isə yarı bölmüşlər. Qeyd etmişdir ki, o, kompreksordan başqa həmin sexdən heç nə oğurlamamış və Mircabirində ordan kompersordan başqa nələrisə oğurlamasından xəbəri yoxdur. Abşeron rayon Hökməli qəsəbəsi ərazisində bir neçə evlərdən elektrik kabelləri və drel, laqonda oğurlamışdır. Həmin oğurluq hadisəsini tək etmişdir. Həmin oğurladığı əşyaları tanımadığı şəxslərə satmışdır. Pulunu isə öz ehtiyyaclarına xərcləmişdir. Bundan başqa 23 fevral 2021-ci il tarixdə saat 02:10 radələrində Abşeron rayonu Hökməli qəsəbəsində gəzərkən evlərin işığının yanmadığını görüb hasara çıxaraq baxanda gördüm ki, həyətdə kimsə yoxdur. Bunda görə də hasardan evin həyətinə tullanmışdır. Ətrafa baxıb dəmir alət tapdım, evin yan tərəfində olan nəfəsliyin dəmir barmaqlıqlarını həmin alətlə əymiş, içəri keçib oradan bir ədəd metal samovar, bir ədəd naqil uzadıcısı, sanitar qovşağın plastik qapı və pəncərəsini sökdüm, sonra isə evin həyətindən təxminən 20 metr uzunluğunda elektrik naqilini oğurlamışdır. Bundan sonra bütün əşyaları evin yaxınlığına yığmışdır. Oradan bütün əşyaları hasardan çölə atdıqdan sonra özüm hasardan tulllanıb çölə çıxmışdır. Əldə etdiyi bütün əşyaları hazırda xatırlamadığı şəxsə satıb pul əldə etmiş və özü üçün xərcləmişdir. Bundan başqa 01 mart 2021-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu Hökməli qəsəbəsində gəzərkən evlərin birində işıq yanmadığını görüb hasardan boylanıb baxanda həyətdə kimsənin olmadığını görmüşdür. Buna görə də hasardan evin həyətinə tullanmışdır. Ətrafa baxıb dəmir alət tapmış, zirzəminin pəncərəsinin dəmir barmaqlıqlarını həmin alətlə əymiş, sonra zirzəmiyə girmişdir. Zirzəmidən elektrik alətlərini, təxminən 20 metr uzunluğunda elektrik naqili, 2 ədəd perefarator, çəkic, balta və açar dəstindən ibarət komplekti, təxminən 70-80 metr uzunluğunda armaturu özü ilə gətirdiyi torbalara yığmışdır. Sonra hasardan həmin torbaları çölə atmışdır. Özü də hasardan tullanıb çölə düşmüşdür. Əldə etdiyi bütün əşyaları hazırda xatırlamadığı şəxsə satıb pul əldə etmiş və özü üçün xərcləmişdir. Həmin oğurladığı əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bundan başqa 04 mart 2021-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu Hökməli qəsəbəsində piyada gəzərkən bir mərtəbəli fərdi yaşayış evinin işıqlarının yanmadığını görüb ətrafa ətrafa baxmışdır ki, heç kəs yoxdur və hasardan həyətə daxil olmuşdur. Ətrafa baxıb dəmir alət tapmış, evin pəncərəsinin dəmir barmaqlıqlarını həmin alətlə əymiş, sonra evin içərisinə girmişdir. Evdən bir ədəd xalça, bir ədəd qaz sobası, bir ədəd su qızdırıcısı, hamam aksessuarlarını götürüb çölə çıxartmış, sonra evin zirzəmisinin kilidini dəmir alətlə sındırıb açaraq oradan su mühərrikini, hidrofor və elektrik naqilini özü ilə gətirdiyi torbalara yığmışdır. Sonra hasardan həmin torbaları çölə atmışdır. Özü də hasardan tullanıb çölə düşmüşdür. Əldə etdiyi bütün əşyaları hazırda xatırlamadığı şəxsə satıb pul əldə etmiş və özü üçün xərcləmişdir. Bundan başqa 13 mart 2021-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu Hökməli qəsəbəsində piyada gəzərkən beton yola yaxın birmərtəbəli fərdi yaşayış evinin işıqlarının yanmadığını görüb ətrafa baxmışdır ki, heç kəs yoxdur və hasardan həyətə daxil olmuşdur. Evin pəncərəsini əlində olan dəmir alətlə açıb evin içinə daxil olmuşdur. Evdə olan şkafda tünd və açıq rəngdə olan oboyları yəni divar kağızlarını görmüş, sayı hazırda yadında deyil həmin divar kağızlarını, bir ədəd xalça, bir ədəd kabel topu və işıq başlıqlarını bir kənara yığıb hissə-hissə yaxınlıqda olan boş əraziyə aparmışdır. Bir neçə gündən sonra oğurladıqlarını tanımadığı şəxslərə hazırda yadında qalmayan qiymətə satmışdır. Bundan başqa 2021-ci ilin aprel ayının ayının axırlarında dəqiq tarix yadında deyil oğurluq məqsədilə axşam saatlarında Qobu qəsəbəsində məhəllələrin arasında gəzərəkn təmiri tam başa çatmamış ev olduğunu, evin işıqlarının yanmadığını, gözətçinin və ümumiyyətlə kimsənin olmadığını görüb həyətə daxil olmuş, evin giriş qapısı olmadığı üçün içinə daxil olmuş və sağdakı otaqdan tikinti materialları oğurlayıb Qobu ərazisində boş sahədə gizlətmiş və səhərisi günü tanımadığı yoldan keçən ustalara satmışdır. Hazırda neçə manata satdığını xatırlamır. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 13 il bundan əvvəl Abşeron rayonu Hökməli qəsəbəsində yeni məhəllədə 0,09 ha torpaq sahəsi almışdır. Təxminən 4 il bundan əvvəl həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirmişdir. Lakin, həmin evdə yaşamasa da mütəmadi olaraq həmin evə nəzarət üçün gəlib getmişdir. 21.02.2021-ci il tarixdə evə getdikdə evin həyətində və içərisində olan əşyalar yerində idi. 20.03.2021-ci il tarixdə günorta saatlarında yenidən nəzarət üçün Hökməli qəsəbəsində yerləşən evimə gəlmişdir. Həmin vaxtı görmüşdür ki, evinin həyətindəki sanitar qovşağının qapısı yerində yoxdur. DİN-nin 102 xidmətinə zəng vurub ona məxsus evdən oğurluq olması barədə məlumat vermişdir. Evin həyətinə daxil olduqda evin yan tərəfində olan nəfəsliyin dəmir barmaqlıqların sındırılmış vəziyyətdə olmasını görmüşdür. Bundan sonra ona məxsus evdən oğurluq hadisəsi olması ona məlum olmuşdur. Polis əməkdaşları yaşadığı evə gələrək baxış keçirmişlər. Həmçinin o, evə ətraflı baxış keçirtdikdən sonra evin həyətində olan sanitar qovşağının plastik qapı və pəncərəsi, evin həyətindəki saxlanc yerindən bir ədəd samovar, bir ədəd elektrik naqil uzadıcısı və evin həyətindən elektrik naqilinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması məlum olmuşdur. Ona məxsus evin həyətindən sanitar qovşağının 240 manat dəyərində plastik qapı və pəncərəsi, evin həyətindəki saxlanc yerindən 1 ədəd 30 manat dəyərində metal samovar, 1 ədəd 40 manat dəyərində elektrik naqil uzadıcısı və evin həyətindən 10 manat dəyərində təxminən 20 metr 2,5-lik elektrik naqilinin oğurlanması nəticəsində ona ümumilikdə 320 manat ziyan dəymişdir. Oğurlanmış elektrik naqilinin 1 metri 0,50 qəpidir. Təqsirləndirilən şəxslərdən şikayətçi deyil. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2016-cı ildən etibarən Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evində yaşayır. 21.01.2021-ci il tarixdə gecə saat 03:30da yatmışdır. Həmin vaxta qədər onun evindən heç bir oğurluq hadisəsi baş verməmişdir. O, 21.01.2021-ci il tarixdə səhər saat 06 radələrində yuxudan oyanıb yaşadığı evin eyvanına çıxmış, həmin vaxtı eyvanda sağ tərəfdə divara quraşdırılmış plastik materialdan olan dolabın qapısının və həyət darvazasının qapısının açıq olduğunu görmüşdür. Ona məxsus fərdi yaşayış evinin eyvanında quraşdırılmış dolabın içərisindən naməlum şəxs və ya şəxslər 21.01.2021-ci il tarixdə gecə saat 03:30 radələrindən 06:00-dək olan müddət ərzində oğurluq hadisəsi baş vermişdir. O, həmin eyvanda olan dolaba tərəf yaxınlaşıb görmüşdür ki, dolabın içərisində ona məxsus olan 1 ədəd istifadə olunmuş mis materialdan olan 5 litr su tutumuna malik olan samavar qiyməti 300 manat, 50 manat dəyərində 1 ədəd istifadə olunmuş markasını dəqiq bilmədiyi ütü, 1 ədəd markasını dəqiq bilmədiyi istifadə olunmuş qiyməti 280 manat dəyərində olan sok çəkən maşın, 1 ədəd 180 manat dəyərində olan 1 ədəd markasını dəqiq bilmədiyi istifadə olunmuş elektrik samovarı, 1 ədəd 10 manat dəyərində olan uşaq karişoku, 1 kq 7 manat olamaqla ümumilikdə 5 kq 35 manat dəyərində qoz, 1 kq 6 manat olmaqla ümumi 5 kq 30 manat dəyərində fındıq oğurlandığını aşkar etmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə məlumat vermişdir. Oğurlanmış əşyaları istifadə olunmuş vəziyyətdə olmaqla saz vəziyyətdə olmuşdur. Oğurluq nəticəsində isə ona ümumilikdə 885 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxslərdən şikayətçi deyil. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 10 ildir ki, Abşeron rayonu Hökməli qəsəbəsində yeni məhəllədə ona məxsus fərdi yaşayış evi vardır. O və ailəsi həmin evdə yaşamasalar da mütəmadi olaraq həmin evə nəzarət üçün gəlib getmişlər. 21.02.2021-ci il tarixdə evə getdikdə evdə olan bütün əşyalar yerində idi. 05.03.2021-ci il tarixdə səhər saat 09 radələrində yenidən nəzarət üçün Hökməli qəsəbəsində yerləşən evinə gəlmiş, həmin vaxtı görmüşdür ki, evinin yan tərəfində olan pəncərəsinin dəmir barmaqlıqları sındırılmış vəziyyətdədir. Bundan sonra ona evdən oğurluq olması məlum olmuşdur. Onda DİN-nin 102 xidmətinə zəng vurub ona məxsus evdən oğurluq olması barədə məlumat vermişdir. Sonradan polis əməkdaşları yaşadığı evə gələrək baxış keçirmişlər. Həmçinin evə ətraflı baxış keçirtdikdən sonra ona evin yan tərəfindəki pəncərəsinin dəmir barmaqlıqlarının sındırılması yolu ilə içəri daxil olmaqla evin içərisində olan 1 ədəd xalça, 1 ədəd qaz sobası, 1 ədəd su qızıdırıcısı, hamam aksesuarları, eləcədə evin zirzəmisinin kilidinin sındırılması yolu ilə daxil olmaqla oradan su mühərriki, hidarfor və 2 top elektrik 4-lük ölçüdə naqilinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması məlum olmuşdur. Ona məxsus evin içərisindən 1 ədəd 350 manat dəyərində istifadə olunmuş 5x3 ölçüdə olan xalça, 1 ədəd 140 manat dəyərində markasını dəqiq bilmədiyi qaz sobası, 1 ədəd 130 manat dəyərində markasını dəqiq bilmədiyi su qızdırıcısı, 105 manat dəyərində hamam aksesuarları yəni su kranı, duş, eləcədə evin zirzəmisindən 80 manat dəyərində markasını dəqiq bilmədiyi su mühərriki və hidrafor, 80 manat dəyərində 2 top 4-lük ölçüdə elektrik naqilinin oğurlanması nəticəsində ona ümumilikdə 885 manat ziyan dəymişdir. Oğurlanmış əşyalar istifadə olunmuş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Hökməli qəsəbəsində ona məxsus fərdi yaşayış evi vardır. Həmin evdə təmir başa çatmadığı üçün yaşayış yoxdur. Mütəmadi olaraq evinə nəzarət üçün gəlib gedir. Sonuncu dəfə 03.02.2021-ci il tarixdə həmin evdə nəzarət üçün olmuşdur. Həmin vaxtı heç bir oğurluq hadisəsi baş verməmişdir. 08.03.2021-ci il tarixdə təmiri davam etdirmək üçün Hökməli qəsəbəsində yerləşən evinə gəlmişdir. Həmin vaxtı evin zirzəmisinin pəncərəsinin dəmir barmaqlıqlarının birinin sınmış olduğunu və evin içərisində elektrik alətləri, usta təmir alətləri və bəzi tikinti materiallarının oğurlanmasını müəyyən etmiş, sonra isə bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Evindən ona məxsus 35 metr 10-luq ölçüdə elektrik kabeli metrəsi 2 manat olmaqla 70 manat dəyərində, 3 top 2,5-lik ölçüdə elektrik kabeli 1 topu 50 manat olmaqla 150 manat, 1 top 100 metrdən ibarətdir, 3 top 4-lük elektrik kabeli 1 topu 80 manat olmaqla 240 manat, 1 ədəd ona məxsus istifadə olunmuş markasını dəqiq bilmədiyi 120 manat dəyərində laqonda, 1 ədəd istifadə olunmuş vəziyyətdə olan 180 manat dəyərində qaynaq aparatı, 1 ədəd markasını dəqiq bilmədiyi istifadə olunmuş 40 manat dəyərində lobzik, 2 ədəd istifadə olunmuş BOSH markalı pereparatorları hər birinin qiyməti 140 manat olmaqla 280 manat, 1 ədəd çəkic, 1 ədəd balta, 1 ədəd kəlbətin və açar dəsti ümumilikdə 50 manat dəyərində, 80 metr uzunluğunda 18-lik metri 1,50 qəpik olmaqla ümumilikdə 120 manat dəyərində armatur, 3 ədəd 3,5 metrlik şveller ümumilikdə 100 manat olmaqla oğurluq nəticəsində ona ümumilikdə 1350 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayının 27-dən fevral ayının 8-nə qədər Neftçala rayonunda olmuşdur. 08 fevral 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı Hökməli qəsəbəsi M.Hüseynzadə küçəsi 15A saylı ünvana gəlmiş, darvazanı açandan sonra görmüşdür ki, evin birinci mərtəbəsinin çərçivəsinin əyildiyini görmüşdür. Başa düşmüşdür ki, evə oğru daxil olmuş ona görə də DİN-in 102 xidmətinə zəng vurmuşdur. Ətrafa baxdıqda sayğacdan evə qədər olan 8 sm-lik mis naqilin, evin bayır tərəfində olan bayır işıq cihazlarının və elektrik naqillərinin, həyətdə olan su mühərrikindən evə qədər gedən naqilin, sonra evə daxil olduqda evin içində olan avtomatdan işıq lampalarına qədər gedən naqillərin kəsilərək oğurlanmasını, həmçinin evin içində 3 ədəd elektrik uzadıcısının naqillərinin kəsilərək oğurlandığını aşkar etmişdir. Oğurlanmış 8sm-lik ölçüsündə 25 metr uzunluğunda naqilin qiyməti 375 manat, evin bayır tərəfində yerləşən elektrik naqilinin və işıqlandırma cihazlarının dəyəri 75 manat, evin girişində yerləşən elektrik şitindən otaqlardakı işıq lampalarına qədər 200 metr naqilin qiyməti 200 manat, elektrik uzadıcısının qiyməti 30 manat, mühərrikin naqilinin qiyməti isə 20 manat təşikl edir. Ümumilikdə mənə 700 manat ziyan vurulmuşdur. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində, nömrəsiz fərdi yaşayış evi var. Ona məxsus evin hasarı və darvazası var, qapı və pəncərələri quraşdırılıb. Tam təmir olunmadığı üçün orada daimi yaşamır, lakin mütəmadi olaraq gəlib nəzarət edir. 13.03.2021ci il tarixdə özünə məxsus fərdi yaşayış evinə ailə üzvləri ilə birgə gəlmiş və həmin evdə işlər görüb evini səliqəyə salmışdır ki, yaxın vaxtlarda həmin evə köçsün. Özü və ailə üzvləri evdən 13.03.2021-ci il tarixdə saat 21 radələrində getmişlər, həmin vaxt evindən heç bir oğurluq hadisəsi olmamışdır. Növbəti gün yəni 14.03.2021-ci il tarixdə saat 10 radələrində ailə üzvləri ilə birlikdə yenidən evinə gələn zaman evinin pəncərəsinin açıq olduğunu görmüş və evinin içinə baxanda ev əşyalarının və tikinti ləvazimatlarının oğurlandığını müəyyən etmişdir. Naməlum şəxs və ya şəxslər ona məxsus Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evindən 13.03.2021-ci il tarixdə saat 21 radələrində 14.03.2021-ci il tarixdə saat 10 radələrinə qədər olan vaxt ərzində birinin qiyməti 18 (on səkkiz) manat olan 28 (iyirmi səkkiz) ədəd divar kağızı, qiyməti 150 (yüz əlli) manat olan bir ədəd xalça, bir topunun qiyməti 55 ( əlli beş) manat olan 9 (doqquz) top kabel, birinin qiyməti 6 (altı) manat olan 21 (iyirimi bir) ədəd support (işıq başlığı) və 13.03.2021-ci il tarixdə evinə 130 (yüz otuz) manat dəyərində aldığım ərzağı oğurlayaraq ona ümumilikdə 1515 (min beş yüz on beş) manat maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 qızı ifadəsində göstərmişdir ki, təxminən 10 il bundan öncə Abşeron rayonu Hökməli qəsəbəsində ev tikməyə başlamışdır. Maddi vəziyyəti yaxşı olmadığı üçün həmin evin tikintisini hal-hazıradək başa çatdıra bilməmişdir. Özü isə ailəsi ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri Nəbi Xəzri 4 ünvanında yaşayır. 14.05.2021-ci il tarixdə saat 20 radələrində Hökməli qəsəbəsində qonşusu ona zəng vurraraq evinin pəncərəsinin açıq olduğunu bildirmişdir. Bundan sonra saat 22 radələrində Hökməli qəsəbəsində tikdirdiyi yarım tikiliyə baş çəkmək üçün gedən zaman evin pəncərəsinin dəmir barmaqlıqlarının sındırıldığını və həmin evdən 200 manat dəyərində elektrik naqillərinin, 50 manat dəyərində 50 metr uzunluğunda elektrik kabellərinin,1 ədəd 50 manat dəyərində markasını bilmədiyi laqondanın, 1 ədəd 60 manat dəyərində markasını bilmədiyi elektrik ütüsünün, 1 ədəd 30 manat dəyərində markasını xatırlamadığı kiçik ölçülü drelin,1 ədəd 80 manat dəyərində markasını xatırlamadığı böyük drelin, 1 qutu 75 manat dəyərində profilin oğurlandığını aşkar etmişdir. Sonuncu dəfə 13.05.2021-ci il tarixdə həmin evdə olmuş və həmin vaxtı bütün bu əşyalar yerində olmuşdur. Əşyalarının oğurlanması nəticəsində ona 545 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Muxtarov küçəsi, ev 101-də ailəsi ilə birlikdə yaşayır. Həçmin evin aprxasında yeni tikdirdiyi təmirsiz fərdi yaşayış evi vardır. Ev təmirsiz olsa da elektrik naqillərini çəkdirmişdir. 11.10.2020-ci il tarixdə saat 08 radələrində yeni tikilinin plastik pəncərələrindən birinin açıq olduğunu görüb içəriyə daxil olmuşdur. Evin içərisinə baxdıqda çəkilmiş elektrik naqillərinin kəsilərək oğurlandığını, bir ədəd sintetik kisədə olan plastik boru əyriləri, iki top 4 mm diametrlik 100 metr uzunluğunda elektrik naqillərinin, 3 kq 120-lik mismarların evində olmadığını görmüşdür. Həmin səbəbdən də DİN-nin 102 xidmətinə zəng vauraraq oğurluq olması barədə məlumat vermişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, ona məxsus olan ünvan 5 ünvanında yerləşən təmirsiz fərdi yaşayış evindən 440 manat dəyərində elekğtrik naqilləri, 160 manat dəyərində plastik boru əyriləri və 9 manat dəyərində mismarlar oğurlanması nəticəsində ona ümumilikdə 609 manat ziyan dəymişdir. Hazırda şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs, (mülki iddiaçı) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, avtotəmir sexi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur. Həmin cəmiyyətdə Nəqliyyat və texniki qulluq şöbəsinin meneceri vəzifəsində işləyir. Onun işi orada avtomobil və aqreqatların təmiri (qazma qurğusu dəzgahlarının təmiri) planlaşdırmasından ibarətdir. Bildirmişdir ki, avtotəmir sexinə bitişik binadan anbar kimi istifadə edirlər. Həmin bina üç mərtəbədən ibarətdir. Həmin binada təmir işləri aparılmış və binanın birinci mərtəbəsindən anbar kimi istifadə etmişlər. Cəmiyyətə məxsus dəzgahları anbara yığmışlar. 02 dekabr 2020-ci il tarixdə cəmiyyət tərəfindən 2 aylıq müqavilə əsasında X19, Təqsirləndirilən şəxs1, X2, X6, X12 işə qəbul olunmuş, 18.02.2021-ci il tairixdə iş başa çatdığına görə həmin şəxslərin əmək müaviləsinə xitam verilmişdir. 03 mart 2021-ci il tarixdə Abşeron rayonu Nübar qəsəbəsində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus təmir sexində olan kompressoru axtararkən tapa bilməmişlər. Əvvəlcə onlar həmin ehtiyat hissələrini istifadə edib harasa qoyduqlarını zənn etsələr də axtarıb tapa bilmədikdən sonra təmir sexində olan video müşahidə kameralarına baxdıqda 21.02.2021-ci il tarixdə saat 21:35 radələrində iki nəfər naməlum şəxslərin təmir sexində olan əşyaları gizlicə aparmasının şahidi olmuşlar. Video müşahidə kameralarına baxdıqda hadisə gecə baş verdiyi üçün qaranlıqda həmin şəxslərin sifət nahiyələrini seçmək olmamışdır. Tikintiyə cavabdeh olan İlqar Talıblıya müraciət etmişdir ki, sexdə olan əşyaların yerində olub-olmadığını yoxlasın. İlqar Talıblı da ona 20 metrlik elektrik naqili, 19 ədəd müxtəlif ölçülü kombi radiatoru, 3 kisə kombi ləmazimatları, 9 ədəd pilləkən yığmaq üçün avadanlıqlar, 1 ədəd boya, 2 ədəd fırça, 2 ədəd boya çəkmək üçün rolik, bir ədəd dəmir qapı açarı, 4 ədəd “Mitsubishi L200” markalı su radiatorları, 200 kiloqrama qədər düraliminum oğurlandığını bildirmişdir. Bundan sonra 11 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası 102 xidməti zəng mərkəzi sisteminə zəng edib hadisə barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsində fəhlələr X23, Rahim Gülmaliyev, Mobil Əliyev, X19, X3, X8, X12, Təqsirləndirilən şəxs1, mühafizəçilər X15, X24 adlı şəxslərdən şübhələnir. Yuxarıda qeyd olunan əşyalardan başqa heş bir əşya oğurlanmamışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus avtotəmir sexinə bitişik binadan bir ədəd dəyəri 1200 manat olan kompressor, bir ədəd dəyəri 200 manat olan 20 mlik kabel dolanmış katuşka, bir ədədinin qiyməti 80 manat olmaqla 19 ədəd cəmi qiyməti 1520 manat dəyərində kombi radiatorları, bir kisəsinin qiyməti 857,19 manat olmaqla 3 kisə cəmi 2571,57 manat dəyərində kombi ləvazimatları, bir ədədinin qiyməti 85,34 manat olmaqla 9 ədəd cəmi 768,06 manat dəyərində pilləkən yığmaq üçün alınmış künc ləvazimatları 40-lıq dirsək, bir ədəd 48,6 manat dəyərində olan boya, bir ədədinin qiyməti 12,96 manat olmaqla 2 ədəd cəmi 25,92 manat dəyərində rolik, bir ədədinin qiyməti 1,89 manat olmaqla 2 ədəd cəmi 3,78 manat dəyərində fırça, bir ədəd 40 manat dəyərində olan Vaz qıfılı, bir ədədinin qiyməti 200 manat olmaqla 4 ədəd cəmi 800 manat dəyərində “Mitsubishi L200” markalı su radiatorları, bir kiloqramının qiyməti 2 manat olmaqla 200 kq cəmi 400 manat dəyərində düralümünum materialların oğurlanması nəticəsində cəmiyyətət ümumilikdə 7577,93 manat ziyan dəymişdir. Oğurlanmış əşyalar istifadə olunmuş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxslərdən şikayətçidir, mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Qobu qəsəbəsində fərdi yaşayış evi tikdirirmiş, demək olar ki, gün aşırı ora gedib baxmış, hər dəfə gedəndə də tikinti üçün aldığı alətlərə nəzər yetirmişdir. Sonuncu dəfə 10 aprel 2021-ci il tarixdə saat 20 radələrində həmin evdə olmuşdur. Səhəri günü saat 18 radələində yenə Qobu qəsəbəsinə gəlmiş və evinə daxil olanda bir neçə gün əvvəl aldığı tikinti materialları və dörd top naqilin yerində olmadığını aşkar etmişdir. Ümumilikdə ona 400 manat ziyan dəymişdir. Onun evindən tavan üçün nəzərdə tutulmuş əqrəblər, 14 ədəd qutuda şurup, mismar, elektrik uzadıcısı, dörd ədəd, yəni 4 top naqil və 100 manat dəyərində elektrik artırıcısı oğurlanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində 2 mərtəbəli fərdi yaşayış evi vardır. Təxminən 11 ildir ki, həmin evdə yaşayış olmasa da, arada bir evinə gedib nəzarət edir. Sonuncu dəfə 01.11.2020-ci il tarixdə evinə baş çəkən zaman, hər şey öz qaydasında idi. Növbəti dəfə 14.11.2020-ci il tarixdə saat 11 radələrində evinə gəlib baş çəkən zaman, evin pəncərəsinin şüşəsini sınmış vəziyyətdə olduğunu aşkar etmişdir. Bundan sonra evə daxil olduqda, hər bir ədədinin qiyməti 10 manat olmaqla, ümumilikdə 90 manat dəyərində olan 09 ədəd pərdə asılqanların, 200 manat dəyərində 01 ədəd çilçırağın, 200 manat dəyərində 01 ədəd istilik peçinin, 100 manat dəyərində 01 ədəd stolun, 130 manat dəyərində 01 ədəd ət çəkən maşının, 100 manat dəyərində 01 ədəd qab-qacaqların, 500 manat dəyərində 01 ədəd gümüş bıçaq və qaşıq dəstinin, 200 manat dəyərində 01 ədəd yataq örtüklərin, ümumilikdə 100 manat dəyərində süfrə dəsmallarının, ümumilikdə 100 manat dəyərində soyuducuya aid aksesuarların vəsoyuducu mühərrikinin, 80 manat dəyərində 01 ədəd ütünün, 150 manat dəyərində tozsoranın, 50 manat dəyərində 01 ədəd gecə lampasının, 200 manat dəyərində 01 ədəd qazan dəstinin, 30 manat dəyərində 01 ədəd dəmir vedrənin, 20 manat dəyərində qaz sobasının üzərində olan dəmir barmaqlıqlarının oğurlandığını aşkar etmişdir. Bundan sonra o, dərhal DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək, hadisə barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2250 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 29 may 2021-ci il tarixdə o, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən tikilməkdə olan fərdi həyət evinə gələn zaman evin pəncərəsinin açıq olduğunu və evdən bəzi əşyaların oğurlandığını aşkar etmişdir. Həmin ev hal-hazırda tikilməkdə olduğu üçün həmin evdə heç kim yaşamır. Mənzildən oğurluq olduğunu gördüyü üçün dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Polis əməkdaşları ilə birlikdə evə baxan zaman evdən ona məxsus 1 ədəd 90 manat dəyərində boz-qara rəngli markası məlum olmayan laqondanı, 1 ədəd 50 manat dəyərində yaşıl rəngli markası məlum olmayan dreli, 1 ədəd 80 manat dəyərində boru birləşdirmək üçün nəzərdə tutulan ütünü ,50 metr hər metrinin qiyməti 1 manat olan ümumilikdə 50 manat dəyərində elektrik naqillərini ,1 ədəd 135 manat dəyərində markası məlum olmayan pereferatoru, 1 ədəd 297 manat dəyərində hamam aksessuarlarının oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 702 manat məbləğində maddi ziyan dəymişdir. Bunun üçün də o, DİN-nin 102 xidmətinə və ərizə ilə Abşeron RPİ-nə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 2019-cu il tarixdən etibarən Abşeron rayonu Hökməli-Qobu yolunun kənarında yerləşən metal qəbulu sexində işləyir. Qara və əlvan metalların alqı-satqısı ilə məşğul olur. Tullantı metalları gətirib pul müqabilində mənə təhvil verirlər. Təxminən 11-12 oktyabr 2020-ci il tarixində bir nəfər şəxs adını sonradan bildiyi Əlislam adlı şəxs tanımadığı taksi nişanlı avtomobillə işlədiyi sexə gəlmişdir. Əlislam avtomobildən plastik boru əyriləri, təxminən 600 metr uzunluğunda elektrik naqillərini, təxminən 2-3 kq çəkisi olan mismar gətirmişdir. Əlislam həmin əşyaların özünə məxsus olduğunu və satdığını bildirmişdir. O, həmin naqilin bir topunu 100 metrini 15 manatdan götürmüşdür. Mismarın kilosunu bir manatdan, yarım kisə boru əyrilərinə 10 manata almışdır. Gətirdiyi mallara görə ümumilikdə Əlislam adlı şəxsə 103 manat pul vermişdir. Həmin malları alarkən Əlislam adlı şəxsdlən onun şəxsiyyət vəsiqəsinin kserosurətini almış, həmin malları zavoda təhvil vermişdir. Təxminən 12-13 noyabr 2020-ci il tarixində Əlislam adlı şəxs nömrə nişanını və markasını xatırlamadığı taksi nişanlı avtomobillə işlədiyi sexə gəlmişdir. Avtomobildən təxminən 10 ədədə yaxın karniz, bir ədəd çilçıraq, istilik sobası, bir ədəd ət çəkən maşını, qaşıq dəsti, soyuducuya məxsus aksessuarlar və soyuducu mühərriyi gətirmişdir. Həmin əşyaların özünə məxsus olduğunu və satdığını bildirmişdir. On ədəd karnizə görə 7 manat, bir ədəd çilçırağa görə 10 manat, bir ədəd ətçəkən maşina 5 manat, qaşıq dəstinə görə 10 manat, soyuducuya məxsus aksessuarlar 15 manat, soyuducu mühərriki 4 manata almışdır. Gətirdiyi mallara görə ümumilikdə Əlislam adlı şəxsə 51 manat pul vermişdir. Həmin malları alarkən Əlislam adlı şəxsdlən onun şəxsiyyət vəsiqəsinin kserosurətini almışdır. Həmin malları zavoda təhvil vermişdir. Əlislam adlı şəxs həmin malların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Əlislamdan şəxsiyyət vəsiqəsini alıb kserokopiya edərək özünə qaytarmışdır.Bundan başqa təxminən 2021-ci ilin yanvar ayının ortalarında Əlislam adlı şəxs tanımadığı taksi nişanlı avtomobillə işlədiyi sexə gəlmişdir. Əlislam avtomobildən bir ədəd mis materialdan olan 5 litr su tutumuna malik samovar, bir ədəd ütü, bir ədəd şirə çəkən maşın və bir ədəd elektrik samovarı gətirmişdir. 5 litr su tutumuna malik samovara görə 30 manat, şirəçəkən maşina görə 15 manat, elektrik samovarına görə 20 manat, bir ədəd ütü yə görə 17 manat pul vermişdir. Həmin əşyalara görə görə ümumilikdə Əlislam adlı şəxsə 82 manat pul vermişdir. Həmin malları alarkən Əlislam adlı şəxsdlən onun şəxsiyyət vəsiqəsinin kserosurətini almışdır. Həmin malları zavoda təhvil vermişdir. Bundan başqa təxminən 2021-ci ilin fevral ayının əvvəllərində Əlislam tanımadığı taksi nişanlı avtomobillə işlədiyi sexə gəlmişdir. Əlislam avtomobildən təxminən 25 metr uzunluğunda mis naqili, elektrik naqilləri gətirmişdir. Həmin naqllərə görə ümumilikdə Əlislam adlı şəxsə 100 manat pul vermişdir. Həmin malları alarkən Əlislam adlı şəxsdlən onun şəxsiyyət vəsiqəsinin kserosurətini almışdır. Həmin malları zavoda təhvil vermişdir. Bundan başqa təxminən 2021-ci ilin fevral ayının əvvəllərində Əlislam adlı şəxs tanımadığı taksi nişanlı avtomobillə işlədiyi sexə gəlmişdir. Avtomobildən hissələrə doğranmış formada plastik qapı-pəncərə, bir çədəd samovar və elektrik naqili gətirmişdir. O, qapı-pəncərəyə görə görə 20 manat, samovara görə 5 manat, hissə-hissə elektrik naqilinə görə 3 manat pulu Əlislama vermişdir. Həmin əşyalara görə görə ümumilikdə Əlislam adlı şəxsə 28 manat pul vermişdir. Həmin malları alarkən Əlislam adlı şəxsdlən onun şəxsiyyət vəsiqəsinin kserosurətini almış və həmin malları zavoda təhvil vermişdir. Əlislam adlı şəxs həmin malların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Əlislamdan şəxsiyyət vəsiqəsini alıb kserokopiya edərək özünə qaytarmışdır. Bundan başqa təxminən 2021-ci ilin mart ayının əvvəllərində Əlislam adlı şəxs tanımadığı taksi nişanlı avtomobillə işlədiyi sexə gəlmişdir. Avtomobildən qaz sobası, su qızdırıcı, hamam aksessuarları, su mühərriki hidrofor və 2 top 4-lük ölçüdə naqil gətirmişdir. Həmin əşyalara görə görə ümumilikdə Əlislam adlı şəxsə 60 manat pul vermişdir. Həmin malları alarkən Əlislam adlı şəxsdlən onun şəxsiyyət vəsiqəsinin kserosurətini almış və həmin malları zavoda təhvil vermişdir. Bundan başqa təxminən 2021-ci ilin mart ayının əvvəllərində Əlislam adlı şəxs tanımadığı taksi nişanlı avtomobillə işlədiyi sexə gəlmiş, avtomobildən müxtəlif ölçülü elektrik naqilləri, bir ədəd laqonda, br ədəd qaynaq aparatı, bir ədəd lobzik, bir ədəd perefarator, bir ədəd çəkic, bir ədəd balta, bir ədəd kəlbətin və açar dəsti, armatur gətirmişdir. Həmin əşyalara görə ümumilikdə Əlislam adlı şəxsə 125 manat pul vermişdir. Həmin malları alarkən Əlislam adlı şəxsdlən onun şəxsiyyət vəsiqəsinin kserosurətini almış, həmin malları zavoda təhvil vermişdir. Bundan başqa təxminən 2021-ci ilin mart ayının sonlarında Əlislam adlı şəxs tanımadığı taksi nişanlı avtomobillə işlədiyi sexə gəlmişdir. Əlislam avtomobildən hissələrə doğranmış formada plastik qapı-pəncərə, bir çədəd samovar və elektrik naqili gətirmişdir. Qapı-pəncərə görə görə 20 manat, samovara görə 5 manat, hissə-hissə elektrik naqilinə görə 3 manat pul vermişdir. Həmin əşyalara görə görə ümumilikdə Əlislam adlı şəxsə 28 manat pul vermişdir. Həmin malları alarkən Əlislam adlı şəxsdlən onun şəxsiyyət vəsiqəsinin kserosurətini almışdır. Həmin malları zavoda təhvil vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin 17.05.2016-cı tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrum edilmiş və Bakı şəhəri Nizami Rayonu Məhkəməsinin 29.03.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif olunmaqla cəzası 05 il saxlanılmış, 21.10.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Cəlb edilmə haqqında 19.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Abşeron Rayon Məhkəməsinin 19.06.2021-ci il tarixli qərarından görünür ki, X4 həbsetmənin əvvəli 19.06.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cəlb edilmə haqqında 20.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şəsx barəsində axtarış elan edilməsi haqqında 08.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması barədə 17.05.2021-ci il tarixli qərardan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 tutularaq Abşeron RPİ-nin MSY-yə təhvil verildiyindən cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş, Təqsirləndirilən şəxs2 barəsində 19.05.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadələr, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X14 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs1 səmimi etirafını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndiyi maddələrin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarsından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19.06.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs2 səmimi etiraf etməsini, zərəçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs2 şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır . Məhkəmədə, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddələrinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 17.05.2021-ci il tarixdən 19.05.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 04.02.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Aşagıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülki iddiası təmin edilməlidir. Beləki, Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmədə mülki cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində mülki iddiaçıya maddi ziyan vurulması sübuta yetirilmişdir. Mülki iddiaçı cinayət əməli nəticəsində vurduğu ziyana görə 7577,93 manat məbləğində pulun və 96 manat ödənilmiş dövlət rüsumunun mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq, mülki iddiaçıya ödənilməsini tələb etmiş, məhkəmə istintaqı zamanı dindirilmiş mülki cavabdeh iddiaçı tərəfindən ona qarşı qaldırılmış iddianı qəbul etmişdir. Buna görə də məhkəmə hesab edir ki, 7577,93 manat məbləğində pul və 96 manat ödənilmiş dövlət rüsumu mülki cavabdehlərdən alınaraq, mülki iddiaçıya ödənilməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs8 qızına, X7 cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxslərə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları olması izah edilməlidir. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19.06.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 17.05.2021-ci il tarixdən 19.05.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 04.02.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Mülki iddia təmin edilsin. Mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 7577,93 manat məbləğində pul və 96 manat ödənilmiş dövlət rüsumu alınaraq, mülki iddiaçı zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs8 qızına, X7 cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxslərə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları olması izah edilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar