Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-72/2025 07.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 Zərərçəkmiş şəxsin hüquqi varisi: X3 Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1982-ci ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatd olan və yaşamış, Abşeron rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli qərarı ilə axtarış verilərək, barəsində "həbs" qətimkan tədbiri seçilmiş, hazırda Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-245/2024 saylı, 07 may 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 yüksək vəzifələrdə işləyən tanışlarının vasitəsilə sonuncunun oğlu Şahid2 Azərbaycan X8 və İdman Akademiyasına tələbə kimi qəbul etdirəcəyinə dair yalan vəd verərək, Yavər Turavun xx.xx.2022-ci il tarixdə saat 12:18-də Nərimanov rayonu, Nərimanov metrostansiyasının yaxınlığında “MilliÖN” ödəmə sistemi vasitəsi ilə ona məxsus **********822750 nömrəli "xxxx" ASC-yə aid plastik kart hesabına köçürülmə yolu ilə göndərdiyi 5500 (beş min beş yüz) manat pulu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 5500 (beş min beş yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 yüksək vəzifələrdə işləyən tanışlarının vasitəsilə sonuncunu Azərbaycan Respublikası Elmlər Akademiyasında təsərrüfat müdiri vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verərək, sonuncudan 2022-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metrostansiyasının yaxınlığında 310 manat, ona məxsus "xxxx" ASC-yə aid **********407769 nömrəli plastik kart hesabına Turabov tərəfindən 25 dekabr 2022-ci il tarixdə saat 11:36-da Yavər Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə göndərilən 200 (iki min) manat, 02 yanvar 2023-cü il tarixdə saat 12:08-də Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə göndərilən 160 (yüz altmış) manat, 08 yanvar 2023-cü il tarixdə saat 15:57-də Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə göndərilən 80 (səksən) manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 750 (yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində işlədiyini yalandan deyərək, yüksək vəzifələrdə işləyən tanışlarının vasitəsilə sonuncunu Azərbaycan Dövlət Neft Şirkətinə xadimə, övladı Şahid1 isə göstərilən şirkətdə “Socar”da mühasib köməkçisi vəzifəsinə işə qəbul etdirilməsinə dair yalan vədlər verərək, onun adına olan "xxxx" ASCyə məxsus **********407769 nömrəli plastik kart hesabına Zərərçəkmiş şəxs1 tərəfindən 15 mart 2023-cü il tarixdə saat 11:25-də ünvan 3 ünvanda yerləşən “Araz” marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə göndərilən 3.000 (üç min) manat, 16 mart 2023-cü il tarixdə saat 14:35-də Sumqayıt şəhəri, Azərbaycan küçəsində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə göndərilən 300 (üç yüz) manat, 16 mart 2023-cü il tarixdə saat 14:36da Sumqayıt şəhəri, Azərbaycan küçəsində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə göndərilən 200 (iki yüz) manat, 18 mart 2023-cü il tarixdə saat 10:02-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “MilliÖN” ödəmə sistemi vasitəsi ilə göndərilən 2.000 (iki min) manat, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi 23-də yerləşən «101 Qızılgül» dükanında Zərərçəkmiş şəxs1 məxsus **********679612 nömrəli "xxxx" ASC-nin “Leobank” a aid plastik kart hesabından mobil tətbiqi vasitəsilə 18 mart 2023-cü il tarixdə saat 16:34-də göndərilən 500 (beş yüz) manat, 18 mart 2023-cü il tarixdə saat 16:41-də göndərilən 400 (dörd yüz) manat, 24 mart 2023-cü il tarixdə saat 17:33-də göndərilən 900 (doqquz yüz) manat, 24 mart 2023-cü il tarixdə saat 21:30-da gönədirlən 500 (beş yüz) manat, 25 mart 2023-cü il tarixdə saat 13:15-də gönədirlən 500 (beş yüz) manat, 28 mart 2023-cü il tarixdə saat 17:48-də göndərilən 250 (iki yüz əlli) manat, 29 mart 2023-cü il tarixdə saat 16:26-da göndərilən 250 (iki yüz əlli) manat, 02 aprel 2023-cü il tarixdə saat 16 radələrində ünvan 4 ünvanın yaxınlığında 3000 (üç min) manat olmaqla ümumilkdə 14050 (on dörd min əlli) manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 14050 (on dörd min əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 ona oğlu Şahid2 Azərbaycan X8 və İdman Akademiyasına tələbə kimi düzəltmək üçün ona məxsus olan "xxxx" ASC-yə məxsus 6768-6771-7782-2750 saylı plastik kart hesabına 5500 manat pul göndərmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 onu «Elmlər Akademiyasında» təsərrüfat müdiri vəzifəsinə də işə düzəldə biləcəyini və bunun üçün 750 manat pul lazım olduğunu bildirmiş, sonuncu isə həmin təkliflə razılaşaraq, müxtəlif vaxtlarda ona qeyd olunan məbləği vermiş, lakin işlər alınmadığından həmin pulu 2023-cü ilin yanvar ayında ona qaytarmışdır. O, Yavərdən oğlu üçün aldığı pulu isə maddi imkanı olmadığından qaytara bilməmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 ilə 2020-ci ildə “101 Qızılgül” mağazasında tanış olmuşdur.O, Vüsalə ilə tanış olan zamandan etibarən özünü ona “Dadaş” kimi təqdim edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi çalışdığına dair yalanlar danışmışdır. 2023-cü ilin mart ayında Vüsalə ona mobil telefon vasitəsi ilə zəng edərək, Dövlət Vergi Xidmətinin əməkdaşlarının onun işlədiyi mağazada yoxlama keçirdiklərini, satış zamanı kassaya mədaxil olunmadığına görə 1000 manat cərimə olunduğunu və həmin cərimənin silinməsi üçün köməklik etməsini xahiş etdikdə, həmin məsələni həll etməsi üçün 500 manat pulun lazım olacağı ilə bağlı ona yalandan vəd verərək, istifadəsində olan 6768-6771-7782-2750 nömrəli kart hesab nömrəsini “Whatsapp” mobil tətbiq vasitəsi ilə sonuncuya məxsus mobil nömrəyə göndərmişdir. Vüsalə onun təklfii ilə razılaşaraq, 07 mart 2023-cü il tarxidə axşam saatlarında 500 manat məbləğində pulu ona məxsus 6768-6771-7782-2750 nömrəli kart hesabına göndərmiş, o isə, sonuncuya həmin cərimə məbləğini 21 iş günü ərzində Emil adlı tanışının vasitəsi ilə sildirəcəyinə dair sözlər verrmiş və daha da doğru görünməsi üçün səs tonunu dəyişərək, ona başqa nömrə ilə zəng edərək, Emil müəllim olmasını inandırmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 ilə telefonla danışarkən onu və qızı Şahid1 işə düzəlmək üçün köməklik etməsini xahiş etmiş, o, isə yenidən bu haldan istifadə edərək, onu aldatmaq qərarına gəlmiş və bu məqsədlə sonuncunu “Socar” neft şirkətinə xadimə, qızı Şahid1 isə həmin şirkətə mühasib köməkçisi vəzifəsinə düzəldə biləcəyinə dair yalandan vədlər vermişdir. Vüsalə onun təklifi ilə razılaşmış, qızı Firuzənin işi üçün ona məxsus olan "xxxx" ASC-yə məxsus 4169 7385 5640 7769 nömrəli plastik kart hesabına müxtəlif tarixlərdə 11050 (on bir min əlli) manat pulu köçürmə yolu ilə, özünün işə düzəlməsi üçün isə 3000 (üç min) manat pulu isə nağd olaraq vermişdir. Həmin müddətdə onun digər şəxslərə borcu çox olduğundan Vüsalədən aldığı pulları həmin borcların bağlanması üçün sərf etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, Zərərçəkmiş şəxs1 aldatma yolu ilə əldə etdiyi puldan cəmi 4050 manatın, Zərərçəkmiş şəxs2 aldığın pulun isə 750 manatını qaytarasa da, lakin hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanın qalan hissəsini ödəyə bilmir. Nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etdi. 10 fevral 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o. «101 Qızılgül» mağazasında günəmuzd xadimə işləmiş, bəzi hallarda isə mağazaya daxil olan zəngləri cavablandırmış, mağazada olduğu vaxtlarda bir çox müştərilərlə ünsiyyəti yaranmış, həmin müştərilərdən biri də Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs mağazaya gəlib-getdikdə adını «Dadaş» kimi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı kimi təqdim etmiş, hətta vergi ilə bağlı hər hansı problem yaranarsa ona müraciət etməyini demiş, özünü işgüzar və mehriban bir insan kimi təqdim edib, tez-tez mağazadan gül sifariş verdiyinə görə onunla yaxın münasibəti yaranmışdır. 07 Mart 2023-cü il tarixdə işdə olduğu zaman Dövlət Vergi Xidmətinin əməkdaşları «101 Qızılgül» mağazasında yoxlama keçirərək satış vaxtı kassaya mədaxil etmədiyimizə görə 1.000 (bir min) manat cərimə yazmış, həmin cərimənin silinməsinə görə ilk ağlına gələn özünü Vergi Xidmətinin əməkdaşı kimi təqdim edən mağazanın müştərisi Təqsirləndirilən şəxs olmuşdur. O, Təqsirləndirilən şəxsz məxsus nömrəyə zəng edərək, vergi tərəfindən keçirilmiş yoxlamada mağazada aşkar olunmuş qanunsuzluqlarla bağlı 1.000 manat cərimə yazılmasını və həmin cərimənin silinməsində köməklik göstərməsini xahiş etmiş, sonuncu həmin işi həlli müqabilində 500 manat pul lazım olduğunu bildirərək, özünə məxsus kart nömrəsini ona vermişdir. O, həmin gün axşam saatlarında mağazada olarkən Zaur Quliyevə məxsus 409858*****2934 nömrəli "xxxx" ASC-nin “Leobank” a məxus plastik kart hesabından mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs məxsus 6768-6771-7782-2750 saylı kart hesabına 500 manat pul göndərmişdir. Bundan sonra Balağa ona həmin 1000 manat cərimənin 21 iş günü ərzində Emil adlı tanışı vasitəsi ilə silinəcəyinə dair yalan vədlər vermiş, lakin 21 gün müddətində həmin əməliyyat baş tutmamış, yazılan cərimə məbləği öz qüvvəsində qalmışdır. O, Balağadan bununla bağlı soruşduqda sonuncu ona narahat olmamasını, qısa müddətdə düzələcəyinə dair yalandan vədlər vermişdir. Bundan başqa o, təkrar olaraq Balağaya müraciət edərək, özünü və qızının işi düzəlməsi üçün köməklik göstərməsini xahiş etdikdə sonuncu 15 min manat manat pul qarşılığında qızını «Socar» dövlət neft şirkətində mühasib köməkçisi, özünü isə həmin şirkətə xadiməçi kimi düzəldə biləcəyini demiş, adının orada xadiməçi kimi gedəcəyini, özü isə başqa işləri ilə məşğul olacağını, hər ay 800 manat, qızı isə 1000-1500 manat maaş alacağına dair təklif vermişdir. O, Balağanın təklifinin sərfəli olduğunu düşündüyündən razılaşmış, qızın işi üçün 10000 manat, öz işi üçün isə 3000 manat pul lazım olduğunu dedikdə, həmin pulları ancaq hissə-hissə bir ay müddətində verə biləcəyini bildirmişdir. O, X2 Azərbaycan Dövlət Neft Şirkətində “Socar”a mühasib köməkçisi vəzifəsinə işə qəbul etdirmək üşün 15 mart 2023-cü il tarixdə saat 11:25-də ünvan 3 ünvanda yerləşən “Araz” marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə 3.000 (üç min) manat, 16 mart 2023-cü il tarixdə saat 14:35-də Sumqayıt şəhəri, Azərbaycan küçəsində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə 300 (üç yüz) manat, 16 mart 2023-cü il tarixdə saat 14:36-da Sumqayıt şəhəri, Azərbaycan küçəsində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə 200 (iki yüz) manat, 18 mart 2023-cü il tarixdə saat 10:02-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “MilliÖN” ödəmə sistemi vasitəsi ilə 2.000 (iki min) manat, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi 23-də yerləşən «101 Qızılgül» dükanında özümə məxsus **********679612 nömrəli "xxxx" ASC-nin “Leobank” a məxus plastik kart hesabından mobil tətbiqi vasitəsilə 18 mart 2023-cü il tarixdə saat 16:34-də 500 (beş yüz) manat, 18 mart 2023-cü il tarixdə saat 16:41-də 400 (dörd yüz) manat, 24 mart 2023-cü il tarixdə saat 17:33-də 900 (doqquz yüz) manat, 24 mart 2023-cü il tarixdə saat 21:30-da 500 (beş yüz) manat, 25 mart 2023-cü il tarixdə saat 13:15-də 500 (beş yüz) manat, 28 mart 2023-cü il tarixdə saat 17:48-də 250 (iki yüz əlli) manat, 29 mart 2023-cü il tarixdə saat 16:26-da 250 (iki yüz əlli) manat olmaqla ümumilkdə 11050 (on bir min əlli) manat pulu Balağanın adına olan "xxxx" ASCyə məxsus **********407769 nömrəli plastik kart hesabına köçürmə yolu ilə, özünün Azərbaycan Dövlət Neft Şirkətində “Socar”a xadimə kimi işə düzəlməyi üçün isə 02 aprel 2023-cü il tarixdə saat 16 radələrində ünvan 4 ünvanın yaxınlığında nağd olaraq 3000 (üç min) manat pul vermişdir. Bundan sonra Balağa ilə nəqədər əlaqə saxlamağa çalışsa da o, müxtəlif bəhanələr gətirərək, verdiyi vədinə əməl etmədiyindən məcbur qalaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə Balağa barəsində şikayət ərizəsi yazmış və yalnız bundan sonra sonuncu həmin puldan 4050 manat pul qaytarsa da lakin qalan hissəsini bu günə kimi geri qaytarmamışdır. Sonda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmədiyi üçün şikayətçidir və sonuncu barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslnda zərərçəkmiş hüquqi şəxsin varisi qismində tanınaraq dindirilmiş X6 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs2 onun əridir. Onun bildiyinə görə mərhum özünü Dadaş kimi təqdim edən Təqsirləndirilən şəxs yaşadığı binada mühafizəçi kimi işləmişdir. 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs oğlu Şahid2 Azərbaycan X8 və İdman Akademiyasına tələbə kimi düzəldə biləcəyini və bunun üçün 5500 manat pul lazım olduğunu bildirmiş, oğlu mərhum atasına bildirmişdir. Mərhum Balağanın istifadəsində olan mobil nömrə ilə danışdıqdan sonra sonuncunun istifadəsində olan "xxxx" ASC-yə məxsus 6768-6771-7782-2750 saylı kart hesabına Nərimanov metrostansiyasının yaxınlığında “MilliÖN” ödəmə sistemi vasitəsi 5500 manat pul göndərmişdir. Bundan sonra mərhum dəfələrlə Təqsirləndirilən şəxs zəng edərək, işin nə zaman düzələcəyini soruşduqda yaxın zamanlarda məsələnin öz həllini tapacağını bildirmişdir. Bundan başqa mərhum Yavər həmin müddətdə təqaüddə olmasını, hər hansı bir işə düzəlib-düzəldə bilməyəcəyini soruşmuş, sonuncu həmin vaxt 750 manat manat pulun qarşılığında «Elmlər Akademiyasında» təsərrüfat müdiri kimi düzəldə biləcəyini demiş, həmçinin hər ay 500-600 manat maaş alacağını vəd etmişdir. Mərhum Balağnın dedikləri ilə razılaşmış, bu məqsədlə 2022-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metrostansiyasının yaxınlığında 310 manat pulu Təqsirləndirilən şəxsla görüşərək nağd olaraq, 25 dekabr 2022-ci il tarixdə saat 11:36-da Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə 200 (iki min) manat, 02 yanvar 2023-cü il tarixdə saat 12:08-də Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə 160 (yüz altmış) manat, 08 yanvar 2023-cü il tarixdə saat 15:57-də Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə 80 (səksən) manat pulu "xxxx" ASC-yə məxsus 4169 7385 5640 7769 nömrəli plastik kart hesabına köçürmüşdür. Bundan sonra mərhum nə qədər Balağa ilə əlaqə saxlamağa çalışsa da, lakin o, müxtəlif bəhanələrlə vədlərinə əməl etməmiş o, da məcbur qalaraq barəsində DİN-nin 102 XZM-nə və Abşeron RPİ-nin Qobu PB-nə şikayıt ərizəsi yazmışdır. Sonda ona dəymiş zərərdən 750 manatın ödənildiyi, qalan hissəsi ödənilmədiyi üçün Təqsirləndirilən şəxs şikayətçidir və sonuncu barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dəvət olunaraq, dindirilmiş Şahid2 istintaqda verdiyi ifadəni təsdiq edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs yaşadığı binada mühafizəçi kimi işləfiyindən onların arasında münasibət yaranmışdır. 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs onu 5500 manat pul qarşılığında Azərbaycan X8 və İdman Akademiyasına tələbə kimi düzəldə biləcəyini dedidkə o, mərhum atasına bu barədə danışaraq, onları görüşdürmüşdür. Mərhum atası Balağa inandığı üçün xx.xx.2022-ci il tarixdə Nərimanov metrostansiyasının yaxınlığında “MilliÖN” ödəmə sistemi vasitəsi sonuncunun istifadəsində olan 6768-6771-7782-2750 nömrəli "xxxx" ASC-yə məxsus plastik kart hesabına köçürülmə yolu ilə 5500 (beş min beş yüz) manat pul göndərmişdir. Həmin ərəfələrdə Balağa ona mərhum atasını 750 manat pul qarşılığında «Elmlər Akademiyasında» təsərrüfat müdiri kimi düzəldə biləcəyini və hər ay 500-600 manat maaş alacağına dair təklif ettdikdə, atası 2022-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metrostansiyasının yaxınlığında 310 manat pulu ona vermişdir. Bundan sonra atası 25 dekabr 2022-ci il tarixdə saat 11:36-da Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə 200 (iki min) manat, 02 yanvar 2023-cü il tarixdə saat 12:08-də Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə 160 (yüz altmış) manat, 08 yanvar 2023-cü il tarixdə saat 15:57-də Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə 80 (səksən) manat pulu Balağanın adına olan "xxxx" ASC-yə məxsus **********407769 nömrəli plastik kart hesabına köçürmüşdür. Balağa ona verilən pulları aldıqdan sonra zənglərə cavab verməmiş, müxtəlif bəhanələr gətirmiş, bunun üçün də atası məcbur qalaraq sonuncu barəsində Azərbaycan Respublikasının DİN-nin 102 XZMnə və Abşeron RPİ-nin Qobu PB-nə şikayıt ərizəsi yazmış və yalnız bundan sonra 750 manat pulu qaytarmış, lakin qalan hissəsini bu günə kimi geri qaytarmamışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, Anası Zərərçəkmiş şəxs1 «QızılGülBaku» internet səhifəsində güllərin satışı ilə məşğul olmuş, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi 23-də yerləşən «101 Qızılgül» dükanında güllərin satışı ilə məşğul olmuş, həmin Təqsirləndirilən şəxsla da orada tanış olmuş, İqtisadiyyat Unifersitetini bitirmiş, 2023-cü ilin mart ayının ortalarında anası Balağa adlı şəxsin Azərbaycan Dövlət Neft Şirkətində “Socar”a mühasib köməkçisi vəzifəsinə, özünü isə həmin şirkətə xadimə düzəldə biləcəyini bildirmiş, bunun qarşılığında anasından hər iki üçün 13000 manat pul istəmiş, anası da Balağa ilə razılaşmış və bu məqsədlə də 15 mart 2023-cü il tarixdən 29 mart 2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs öz işi üçün anasından 11050 manat, 02 aprel 2023-cü il tarixdə isə anasının işi üçün 3000 (üç min) manat pul almışdır. Lakin Təqsirləndirilən şəxs pulu aldıqdan sonra vədinə əməl etməyərək anasını aldatmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işinin başlanması” barədə 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunazidd əməlləri ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır;
2. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır;
3. “İttiham elan etmək üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi” haqqında 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanılmış ********* saylı cinayət işi üzrə xx xxxx 1982-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs barəsində ittiham elan edilməsi üçün axtarış elan olunmuşdur;
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 sentyabr 2023-cü il tarixli arayışına əsasən Əzimov X4 rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3000 manat cərimə cəzasına məhkum edilmiş, bundan sonra Siyəzən rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikaası Cinayət Məcəlləsinə Dəyişiklik Edilməsi Haqqında xx.xx.2017-ci il tarixli qanuna əsasən cəzadan azad olunduğu üçün qeydiyyatdan çıxarılmışdır;
5. “Axtarışda olan şübhəli şəxsin tutulmasına dair” 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qeydiyyatda olduğu ünvanda tutularaq, Abşeron RPİ-yə gətirilmişdir;
6. “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;
7. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi” barədə 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə xx xxxx 1982-ci ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 6 ünvanda yaşayan, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir;
8. “Materialın cinayət işinə birləşdirilməsi” haqqında 29 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ərizəsi əsasında toplanmış material Təqsirləndirilən şəxs barəsində istintaq olunan ********* saylı cinayət işi ilə birləşdirilmişdir;
9. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 29 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır;
10. “Əməlin tövsif olunması və yeni ittiham elan edilməsi” haqqında 29 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan yeni məzmunda ittiham elan edilmişdir;
11. “Sübutların qiymətləndirilməsi haqqında” 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham və həmçinin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam növündə qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması, iş üzrə şübhəli və təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadəkəri, üzləşmə keçirilməsi haqqında protokollar, whatsapp yazışmaları, ödəniş qəbzləri, həmçinin əhəmiyyət kəsb edən digər sənədlər iş materialları ilə ziddiyyət yaratmadığından sübut növü kimi qəbul edilmişdir;
12. Siyəzən rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 noyabr 2023-cü il tarixli, 1(059)-76/2023 saylı qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam növündə qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur;
13. Siyəzən rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli, 1(059)-4/2024 saylı hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, onun həbsdə saxlanıldığı 01 (bir) ay 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır”;
14. Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 1(012)-382/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, barəsində axtarış verilmişdir.
15. Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 may 2024-cü il tarixli, 1(005)-245/2024 saylı hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Siyəzən rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 1(059)-4/2024 saylı hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmış və ona 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Siyəzən rayon Məhkəməsində baxılmış iş üzrə onun 01 ay 04 gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 04 il 04 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının əvvəli 05 mart 2024-cü il tarixdən hesablanmışdır;
16. Abşeron rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasının 1(012)-382/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərərin bir qisminin ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamşdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanın yüngülləşdirici halı olaraq zərərçəkmiş şəxslərə dəymiş ziyandan qismən ödəniş etməsini, həmçinin əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan hökmə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu əməlləri barəsində çıxarılmış Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-245/2024 saylı, 07 may 2024-cü il tarixli hökmü ilə məhkum olunmamışdan əvvəl, yəni müxtəlif tarixlərdə törətdiyinə görə ona hazırkı cinayət işi üzrə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu bu cinayət əməli residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-245/2024 saylı, 07 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki cinayət işi üzrə tutulduğu 01 (bir) ay, 04 (dörd) gün və hazırkı iş üzrə tutulduğu 02 (iki) gün, ümumilikdə 01 (bir) ay 06 (altı) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində məhkəmə dövründə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli isə Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 may 2024-cü il tarixli, 1(005)-245/2024 saylı hökmü ilə müəyyən edilmiş 05 mart 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Bundan başqa qeyd olunan Məcəllənin 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyana görə X3 xeyrinə 5500 manat və Zərərçəkmiş şəxs1 xeyrinə 10500 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, sonuncuların xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)-245/2024 saylı, 07 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki cinayət işi üzrə tutulduğu 01 (bir) ay, 04 (dörd) gün və hazırkı iş üzrə tutulduğu 02 (iki) gün, ümumilikdə 01 (bir) ay 06 (altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 04 (dörd) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 may 2024-cü il tarixli, 1(005)-245/2024 saylı hökmü ilə müəyyən edilmiş 05 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə X3 xeyrinə 5500 manat və Zərərçəkmiş şəxs1 xeyrinə 10500 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, sonuncuların xeyrinə ödənilsin. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov