Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-721/2022 20.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Yardımlı rayonu, Gügavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, Yardımlı rayonu, Honuba ərazi dairəsi, Gügəvar kəndində qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllə nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16 radələrində yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində yerləşən yardımçı otaqda mobil telefonla yad bir kişi ilə danışdığına görə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs paltarından tutaraq onu qəsdən divara çırpmış və daha sonra əli ilə onun sifət və bədən nahiyəsinə bir neçə dəfə sillə ilə vuraraq, ona sol göz qapaqlarının və sol gözlatı almacıq nahiyəsinin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır şişkinliyi, sağ göz qapaqlarının və sağ gözaltı almacıq nahiyəsinin olunan qançır şişkinliyi, sol kürək, bel, hər iki bazu və sol bud nahiyələrinin iri ölçülü qançırlarından ibarət sağlamlığına qəsdən Yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Belə ki, onlar rəsmi nigah əsasında 2016-cı il tarixdən ər-arvad münasibətində yaşayır və onların bu münasibətdən 2 azyaşlı övladı vardır. Nuranə ilə münasibətləri evliliklərinin ilk 1-ci ilində normal olmuşdur və aralarında heç bir xoşagəlməz hal yaşanmamışdır. Lakin ilk övladları dünyaya gəldikdən sonra Nuranənin ona qarşı münasibətləri dəyişmiş və Nuranə onun ailəsinə qarşı laqeyd davranmağa başlamışdır. Belə ki, Nuranənin valideyni Şahid1 mütəmadi olaraq onların ailə işlərinə müdaxilə edərək Nuranəni ondan uzaqlaşdırmağa çalışmışdır. Bunun nəticəsində Nuranə onun ailə üzvlərinə qarşı hörmətsizlik edərək valideynlərinə kobud ifadələr işlətmiş və evdə narazılıq yaratmışdır. Bu səbəbdən ailə daxili mübahisəyə müdaxilə edən Əntiqə Nuranəni onların birgə yaşadıqları ünvandan aparmış və boşanmaq üçün Nuranəyə təzyiqlər göstərmişdir. Lakin o, Nuranəni bu fikrindən yayındararaq boşanma prosesinin qarşısını ala bilmişdir. Bu kimi hal bir müddət sonra bir daha yaşansa da o, yenidən ailəsinin dağılmasının qarşısını almışdır. Bir müddətdir ki, o, Nuranənin mobil telefonunu mütəmadi üzərində gəzdirməsi və telefonu səssiz rejimdə istifadə etməsindən şübhələnib Nurənini izləməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində birgə yaşadıqları evə daxil olan zaman Nuranənin mobil telefonu səs ucaldandan istifadə edərək, yəni mikrofonda danışdığını eşitmişdir. Bu zaman qapının arxasından danışığa qulaq asdıqda digər danışan şəxsin səsindən kişi cinsindən olduğuna əmin olub otağa daxil olmuşdur. Bu zaman Nuranə telefondan bir qədər kənarda olduğundan telefonu götürməyə cəhd etdikdə o, Nuranənin paltarından tutub itələyib divara çırpmışdır. Telefonda danışan şəxs onun səs-küyünü eşitdikdə isə zəngi dərhal sonlandırmışdır. O, Nuranədən telefonda danışdığı şəxsin kim olduğunu soruşduqda Nuranə həmin şəxsin səhv zəng etdiyini ona bildirmişdir. Sonradan həmin nömrəyə zəng etdikdə isə zəngə cavab verən şəxs yanlış zəng etdiyini desə də o, Nuranəyə təzyiq edib yenidən həmin nömrəyə zəng edərək bu dəfə Nuranənin özünü telefonla danışdırmışdır. Lakin həmin şəxs Nuranə ilə öz tanışı kimi danışıb səs-küyün səbəbini soruşub Nuranənin özü üçün hər hansı bir problemin yaranıb-yaranmamasını maraqlanmışdır. Bu zaman o, Nuranənin yalan danışdığına və telefondan başqa bir kişi ilə danışdığına, eləcə də həmin şəxsə Nuranənin özünün dəfələrlə zəng etdiyinə əmin olmuşdur. Həmin zaman əsəbi olduğu üçün Nuranənin sifət və bədən nahiyəsinə bir neçə dəfə sillə zərbəsi endirmişdir. Daha sonra evi tərk edib sakitləşməyə çalışmış və geri qayıtdıqda Nuranənin valideyni Əntiqəni öz yaşadıqları evə çağırmışdır. Evdə aralarında bu barədə söhbət olduqdan sonra Əntiqə Nuranəni danlayaraq səhv etdiyini və onun Nuranəni bağışlamayacağı təqdirdə Nuranəni öz yaşadığı evə aparacağını bildirmişdir. Lakin o, Əntiqəyə mane olaraq ailə işlərinə müdaxilə etməməsini və Nuranəni aparmamasını bildirmişdir. O, Əntiqə və öz valideynləri ilə Nuranənin danışıq zənglərini müəyyən etdikdə məlum olmuşdur ki, 5-6 dəfə Nuranədən həmin şəxsə zəng edilmiş və onların arasında uzun müddətli danışıqlar olmuşdur. xx.xx.2022-ci il tarixdə o, Nuranəyə iradını bildirərək hansı səbəbdən belə bir hərəkət etdiyini dedikdə Əntiqə aqressiv qaydada Nuranəni aparmaq istəmişdir. Lakin o, Əntiqəyə mane olduğundan Əntiqə bu barədə 102 xidmətinə şikayət etmişdir. Telefonu götürmək istədikdə Nuranənin ona mane olduğundan o, əsəbləşib Nuranənin paltarından tutub itələyərək Nuranəni divara çırpmışdır. Daha sonra Nuranənin sifət və bədəninə əli ilə bir neçə dəfə sillə vurmuşdur. Mübahisəyə səbəb kimi Nuranənin başqa bir kişi ilə telefonla danışaraq onu aldatmasının olmuş və mübahisə birgə yaşadıqları evdə baş vermiş, həmin zaman evdə onlardan başqa valideynləri də olsa da valideynləri mübahisənin şahidi olmamış, mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Belə ki, onlar rəsmi nigah əsasında 2016-cı il tarixdən ər-arvad münasibətində yaşayır və onların bu münasibətdən 2 azyaşlı övladı vardır. Əlizadə ilə münasibətləri əvvəllər yaxşı olsa da sonradan münasibətləri qaydasında olmadığından o, 2 dəfə boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Lakin Əlizadə ilə barışdığı və azyaşlı övladları olduğu üçün o, fikrindən yayınaraq boşanmaqdan imtina etmişdir. Əlizadə son zamanlar onun mobil telefonla danışmağına irad bildirib onu qısqanmağa başlamışdır və dəfələrlə bu səbəbdən aralarında sözlə mübahisə baş vermişdir. xx.xx.2022-ci il tarixdə birgə yaşadıqları evdə olan zaman Əlizadə onun mobil telefonla danışdığını görüb qısqanaraq telefonu əlindən almışdır. O, həmin zaman tanımadığı nömrədən zəng gəldiyini və zəng edən şəxsə yanlış zəng etdiyini izah etdiyini Əlizadəyə bildirdikdə sonuncu, ona inanmayaraq mübahisə etməyə başlamışdır. Həmin tarixdə saat 16 radələrində Əlizadə ilk öncə onun baş nahiyəsindən yumruqla və sifət nahiyəsindən sillə ilə vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra Əlizadə təpik zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Daha sonra Əlizadə valideyni Şahid1 zəng edərək öz yaşadıqları evə çağırıb hadisə barəsində məlumat vermişdir. O, ailəsinin dağılmaması üçün həmin tarixdə şikayət etmək istəməmişdir. Lakin sonradan Əlizadənin onunla aqressiv davranması səbəbindən şikayət etmək qərarına gəlmiş və bu barədə anası Əntiqəyə bildirmişdir. Bundan sonra anası Əntiqə də öz növbəsində 102 xidmətinə zəng edərək hadisə barəsində məlumat vermişdir. Təqsirləndirilən şəxs mübahisə zamanı ilk öncə sillə və yumruq zərbələri ilə onun sifət və baş nahiyəsindən, daha sonra isə təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Mübahisəyə səbəb Təqsirləndirilən şəxs mütəmadi olaraq onu qısqanmasıdır. Sonuncu dəfə də xx.xx.2022-ci il tarixdə ona tanımadığı nömrədən zəng gəldiyi üçün Əlizadənin ondan şübhələnərək mübahisə etmiş və onu döymüş, mübahisə birgə yaşadıqları evin həyətində yerləşən və evə bitişik olan yardımçı otaqda baş vermiş, həmin zaman evdə onlardan başqa qaynatası Şahid2 və qaynanası Şahid3 olmuş, lakin həmin şəxslərin mübahisənin şahidi olmamışlar. Mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. Belə ki, Əlizadə onun övladı olan Zərərçəkmiş şəxs ilə rəsmi nigah əsasında 2016-cı il tarixdən ər-arvad münasibətində yaşayır və bu münasibətdən onların 2 azyaşlı övladı vardır. Əlizadə ilə Nuranənin münasibətləri əvvəllər yaxşı olsa da sonradan münasibətləri qaydasında olmadığından Nuranə 2 dəfə boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Lakin barışdıqları və azyaşlı övladları olduğu üçün Nuranə fikrindən yayınaraq boşanmaqdan imtina etmişdir. xx.xx.2022-ci il tarixdə Əlizadə ona zəng edərək yaşadıqları evə çağırmışdır. O, həmin ünvana getdikdə Əlizadə ilə Nuranənin mübahisə etdiyi və Nuranənin xəsarət aldığı ona məlum olmuşdur. O, Nuranəni özü ilə aparmaq istəsə də Əlizadə buna razı olmamışdır. O, həmin zaman Əlizadə ilə Nuranənin barışacaqlarını düşünüb şikayət etməmişdir. Lakin xx.xx.2022-ci il tarixdə yenidən övladına baş çəkmək üçün Nuranənin ailəsi ilə yaşadığı ünvana getdikdə Əlizadənin kobud danışıq tərzindən əsəbləşib 102 xidmətinə şikayət etmişdir. Belə ki, Nuranə özü ondan şikayət etməyini xahiş etmişdir. O, hadisənin şahidi olmamışdır, mübahisə barəsində sonradan Əlizadə özü ona məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma övladı, Zərərçəkmiş şəxs isə onun gəlinidir. Belə ki, Əlizadə ilə Nuranə rəsmi nigah əsasında 2016-cı il tarixdən ər-arvad münasibətində yaşayır və bu münasibətdən 2 azyaşlı övladı vardır. Əlizadə ilə Nuranə ailə həyatı qurduğu zamandan onlarla eyni evdə yaşayırlar. Əlizadə ilə Nuranənin münasibətləri əvvəllər yaxşı olsa da sonradan münasibətləri qaydasında olmadığından Nuranə 2 dəfə boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Lakin barışdıqları və azyaşlı övladları olduğu üçün Nuranə fikrindən yayınaraq boşanmaqdan imtina etmişdir. Həmçinin Nuranə evli olduğu ilk illərdə ona və əri Şahid2 qarşı mehriban davransa da son 2-3 il ərzində laqeyd davranmış, sözlərinə diqqət etməyərək bəzi zamanlarda aqressiv davranıb onların barəsində kobud ifadələr işlətmişdir. Lakin o, həmin zamanlarda Əlizadəyə bu barədə heç bir məlumat verməmişdir. Buna səbəb Əlizadənin ailə işlərində problem yaratmaq istəməməsi olmuşdur. Eləcə də o, son zamanlarda Nuranənin mütəmadi olaraq telefon ilə çox danışdığının şahidi olmuşdur. Nuranə onu görən kimi isə telefonu gizlədərək özünü şübhəli aparmışdır. O, Nuranənin bu cür davranışlarından başqa bir kişi ilə danışa bilməsini ehtimal etməsə də xəbərdarlıq edərək telefondan az istifadə etməsini və gizlində danışmamasını Nuranədən tələb etmişdir. Çünki Nuranənin bu cür davranışlarının Əlizadə ilə aralarında mübahisəyə səbəb olacağını düşünmüşdür. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində əri Əkbər ilə yaşadıqları evdə, gəlini Nuranə isə evin həyətində evə bitişik olan yardımçı otaqda olmuşdur. O, anidən sözü gedən otaqda səs-küy eşidib oraya getdikdə Əlizadənin əsəbi halda qışdırıb Nuranəyə telefonu göstərib “bu kimdir” dediyinin şahidi olmuşdur. O, arvadı Xanım ilə otağa daxil olan zaman Nuranənin sifət nahiyəsindən xəsarət aldığını görmüşdür. Məsələni aydınlaşdıran zaman isə Nuranə yanlış nömrədən zəng gəldiyini, zəngə cavab verən zaman isə Əlizadənin bunu səhv başa düşərək mübahisə edib döydüyünü, sifət və bədən nahiyəsindən vuraraq xəsarət yetirdiyini onlara bildirmişdir. Onlar hamısı sonradan ailə şəklində məsələyə son qoyaraq Əlizadənin ailəsinin dağılmamasına çalışsalar da Nuranənin özü və valideyni Şahid1 buna mane olmaqla Əlizadənin barəsində şikayət etmişdir. Nuranə Əlizadənin barəsində şikayət etdikdən sonra azyaşlı övladlarını qəbul etməyərək geri qayıtmamış, həmçinin övladlarından imtina edərək özü ilə də aparmamışdır. Həmçinin o, Nuranə ilə dəfələrlə əlaqə saxlayıb uşaqların azyaşlı olmasını və analarını istədiklərini desə də Nuranə uşaqları aparmaqdan imtina etmişdir. O və əri Əkbər mübahisənin şahidi olmamışdır. Əlizadənin Nuranəni nə ilə harasından vurduğunu görməmişdir. Lakin Nuranə və Əlizadə sonradan özləri mübahisə etdiklərini və həmin zamanda da Əlizadənin Nuranəni döyərək xəsarət yetirdiyini onlara bildirmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 şahid Xanim Ağayevanın ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 2717 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol göz qapaqlarının və sol gözlatı almacıq nahiyəsinin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır şişkinliyi, sağ göz qapaqlarının və sağ gözaltı almacıq nahiyəsinin olunan qançır şişkinliyi, sol kürək, bel, hər iki bazu və sol bud nahiyələrinin iri ölçülü qançırları bərk-küt əşya (əşyalar) təsirindən əmələ gəlmişdirlər qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələrinin (əl, baş, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixdə notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-721/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-721/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver