Məhkəmə qərarları › İş №1(012)-728/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-728/2023

17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-728/2023 17.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə, xx xxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmiş İttiham aktı ilə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(012)-134/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(105)-353/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 1(012)-134/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı və xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, Abşeron Rayon Məhkəməsinin 1(012)-134/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Abşeron Rayon məhkəməsinə məhkəmənin hazırlıq iclası keçirilməsi mərhələsinə qaytarılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.2-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasında tərəflərin iştirakı ilə iş üzrə aparılmış ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəllənin tələblərinin pozulubpozulmaması barədə məsələlərə də baxılır. İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək sonuncuya ipotaka krediti ilə sosial ev düzəldəcəyini vəd edib aldadaraq ondan bu niyyətlə ona məxsus kapital bankda olan **********6035917104 hesab nömrəsinə Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Bazar Store” mağazasında yerləşən “Milliön” ödəmə terminalından xx.xx.2020-ci il tarixdə 1400 manatı, xx.xx.2020-ci il tarixdə 1000 manatı, xx.xx.2020-ci ildə 1200 manatı, xx.xx.2020-ci il tarixdə 500 manatı, xx.xx.2020-ci ildə 2000 manatı, xx.xx.2020-ci ildə 1970 manatı, xx.xx.2020-ci il tarixdə 30 manatı, xx.xx.2020-ci il tarixdə 340 manatı, xx.xx.2020-ci il tarixdə 360 manatı, xx.xx.2020-ci il tarixdə 2400 manatı, xx.xx.2020-ci il tarixdə 2500 manatı, xx.xx.2020-ci il tarixdə 1100 manatı, xx.xx.2020-ci il tarixdə 100 manatı, xx.xx.2020-ci il tarixdə 1000 manatı, xx.xx.2020-ci il tarixdə 350 manatı, xx.xx.2020-ci il tarixdə 1800 manatı və xx.xx.2020-ci il tarixdə tarixdə 100 manat ödənilmiş pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs aldadıb ona ümumilikdə vahid niyyətlə 18150 manat,yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə, cinayət işi üzrə keçirilən məhkəmənin hazırlıq iclasında ittiham və müdafiə tərəflərini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, ibtidai araşdırma (məhkəməyədək araşdırma) zamanı yol verilmiş kobud pozuntulara görə cinayət işinin baxılmasına xitam verilməli və yol verilmiş kobud pozuntuların aradan qaldırılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət işi üzrə keçirilən məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi üzrə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində (müstəntiq X4) aparılan ibtidai araşdırma (məhkəməyədək araşdırma) zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri pozulmuş və cinayət prosesi üzrə kobud pozuntu hesab edilən aşağıdakı nöqsanlara yol verilmişdir: Belə ki, cinayət işinin materiallarından görünür ki, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində xx.xx.2021-ci ildə başlanaraq istintaq edilən ********* nömrəli cinayət işi üzrə xx.xx.2021-ci ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü xx.xx.2021-ci il tarixli Orderlə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs müdafiəçisi qismində cinayət işinə buraxılmış və o, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs iştirakı ilə aparılan istintaq hərəkətlərində müdafiəçi qismində iştirak etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi vəkil Müdafiəçi2 vəsatət verərək Təqsirləndirilən şəxs barəsində aparılmış ibtidai istintaq zamanı müdafiə hüququnun pozulması, cinayət işinin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatətdə qeyd etmişdir ki, Abşeron Rayon Məhkəmənin 1(012)-134/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərarı ilə hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra prosesual pozuntulara da yol verilmişdir. Belə ki, ibtidai istintaq zamanı hüquqlamı müdafiə etdiyi şəxsin hüquqları kobud şəkildə pozulub, yəni o müdafiəçinin iştirakı olmadan dindirilmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs 17 mart 2021-ci il tarixli izahatında fondun köməkliyi ilə zərərçəkmiş şəxsə ev götürmək üçün ondan pul almadığını bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs hüquqları məhdudlaşdırıldıqdan, yəni tutulduqdan sonra o, müstəntiqin diqtəsi ilə zərərçəkmiş şəxsin ərizəsində qeyd olunanları təsdiq etmişdir. xx.xx.2020-ci il tarixdə zərərçəkmiş şəxs tərəfindən yazılmış və cinayət işinin materiallarında olan sənəddən görünür ki, zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs heç bir rüşvət və şirinlik verilməmiş və onun barəsində rüşvətlə bağlı heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaq. Kart hesabına mədaxil olunan pulun isə bu işə heç aidiyyəti yoxdur. Zərərçəkmiş şəxs həmçinin həmin sənəddə qeyd etmişdir ki, iltizamı özü yazdığı imza ilə təsdiq edir. İbtidai araşdırma zamanı xx.xx.2020-ci il tarixdə zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizə ilə bağlı təqsirləndirilən şəxsdən ifadə alınmamışdır. Bu halın özü də, kobud prosessual pozuntudur. İbtidai istintaq zamanı CPM-nin 224.2-ci maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, müstəntiq tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarı elan edildikdən sonra elan edilən ittihamın mahiyyəti izah edilməmişdir. Əgər müstəntiq tərəfindən elan edilmiş ittihamın mahiyyəti təqsirləndirilən şəxsə izah edilsə idi bu barədə cinayət işinin materiallarında sənəd mövcud olardı. Lakin iş materiallarında belə bir sənəd yoxdur. xx.xx.2021-ci il tarixdə cinayət işi üzrə icraatın dayandırılması haqqında, təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında və təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilmişdir. Müstəntiq tərəfindən cinayət işi üzrə icaat dayandırıldıqdan sonra təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilmişdir, (bunun əksini sübut etmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür). Hazırki cinayət işi üzrə ibtidai istintaq yekunlaşdıqdan sonra təqsirləndirilən şəxs və onun müdafiəçisi tanış olmamışdır. Cinayət işi üzrə ibtidai araşdırma 2021-ci ilin dekabr ayında yekunlaşsa da təqsirləndirilən şəxs və onun müdafiəçinin 11 dekabr 2018-ci il tarixdə cinayət işinin materialları ilə tanış edilməsi göstərilmişdir. Yəni, cinayət işinin 122-ci səhvəsində istintaq materialları ilə təqsirləndirilən şəxsin tanış olması haqqında 11 dekabr 2018-ci il tarixli protokol mövcuddur. Cinayət işi üzrə ibtidai araşdırma 2021-ci ilin dekabr ayında yekunlaşsa da təqsirləndirilən şəxs və onun müdafiəçinin 11 dekabr 2018-ci il tarixdə cinayət işinin materialları ilə tanış edilməsi göstərilmişdir. Yəni, cinayət işinin 122-ci səhvəsində istintaq materialları ilə təqsirləndirilən şəxsin tanış olması haqqında 11 dekabr 2018-ci il tarixli protokol mövcuddur. İbtidai istintaqı aparan şəxs tərəfindən X8 oglu tərəfindən Təqsirləndirilən şəxs göndərilmiş pul vəsaitlərinin Abşeron ravonu Sarav qəsəbəsində fəaliyyət—göstərən—“Bazar Store” mağazasında verləsən “Milliön” ödəmə terminalından göndərilməsini təsdiq edən sübutlar mövcud deyildir. Bununla bağlı müstəntiq—tərəfindən—aidiyyəti qurumlara sorğu verilməmiş və cavablar alınmamışdır. Yəni əməlin bas vermə veri sübut olunmamışdır. Bununla da. CPM- nin 216.1-ci maddəsinin tələbləri kobud səkildə pozulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs barəsində aparılmış ibtidai istintaq zamanı müdafiə hüququnun pozulması, cinayət işinin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə baxılması üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Belə olan halda aydın olur ki, cinayət işində müdafiəçi qismində işə buraxılmış və bir sıra prosessual hərəkətlərin keçirilməsində müdafiəçi qismində iştirak etmiş müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X1 Elnur Qəşəm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsində və eyni tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsində iştirak etməmiş, həmin istintaq və prosessual hərəkətlər müdafiəçinin iştirakı olmadan aparılmış, cinayət işi üzrə ibtidai istintaq yekunlaşdıqdan (xx.xx.2021-ci il tarixdə) sonra təqsirləndirilən şəxs və onun müdafiəçisi tanış olmamış, cinayət işinin materiallarında qeyd olunan zəruri istintaq hərəkətlərinin aparılmasına dair sənədin mövcud olmaması, həmçinin müdafiə tərəfin cinayət işinin materialları ilə tanış edilməsi 11 dekabr 2018-ci il tarixli protokolun mövcud olması isə Təqsirləndirilən şəxs həqiqətəndə də öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt verilmədiyini, müvafiq imkan yaradılmadığını və bununlada onun hüquqlarının kobud şəkildə pozulmasını təsdiq edir. Bundan başqa xx.xx.2020-ci il tarixdə zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizə ilə bağlı təqsirləndirilən şəxsdən ifadə alınmamışdır. Daha sonra xx.xx.2021-ci il tarixdə cinayət işi üzrə icraatın dayandırılması haqqında, təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. Müstəntiq tərəfindən cinayət işi üzrə icaat dayandırıldıqdan sonra CPM-nin 277.6-cı maddəsinin tələbləri kobud səkildə pozularaq, eyni tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilmişdir. Cinayət işində olan xx.xx.2021ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarda, 09 iyun 2021-ci il tarixli cinayət işi üzrə icaatın təzələnməsi haqqında qərarda və 09 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərarda kobud səhvlərə yol verilmişdir. Belə ki, həmin qərarlarda cinayət işinin Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə başlanılması qeyd edilmiş, eyni zamanda qeyd oluna qərarlarda cinayət işi üzrə icraatın dayandırılmasının motivləri səhv göstərilmişdir. Yəni hər iki qərarda istintaqdan yayınan və qaçıb gizlənən şəxs qismində Təqsirləndirilən şəxs yox, Zərərçəkmiş şəxs göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 19.1-ci maddəsinə görə cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. 19.4-cü maddəsinə görə cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək; hüquqlarını izah etmək; öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq; şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq; onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək. 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: - uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; - cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. 91.4-cü maddəsinə görə müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı və onun xahişi ilə müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir. 91.5-ci maddəsinə görə təqsirləndirilən şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:.. 91.5.5. müdafiəçinin yardımından pulsuz istifadə etmək, 91.5.15. öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək. 216.1-ci maddəsinə əsasən ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi vahidi üzrə) aparılır. 224.1-ci maddəsinə görə müstəntiq tərəfindən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın çıxarıldığı andan 48 saatdan gec olmayaraq və hər bir halda təqsirləndirilən şəxsin gəldiyi, yaxud tutulduğu və məcburi gətirildiyi gündən gec olmayaraq ona ittiham elan edilməlidir. 224.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən etdikdən sonra müstəntiq ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarı elan edir və elan edilən ittihamın mahiyyətini izah edir. Bu hərəkətlərin yerinə yetirilməsi, ittihamın elan edildiyi saat və tarix, təqsirləndirilən şəxsin və müstəntiqin imzaları ilə qərarda təsdiq edilir. Hər hansı şəxsə ittihamın elan edilməsində təqsirləndirilən şəxsin müdafiəçisi iştirak etmək hüququna malikdir. 233.1-ci maddəsinə görə müstəntiq təqsirləndirilən şəxsin dindirilməsini ona ittiham elan edildikdən dərhal sonra aparmalıdır. 233.5-ci maddəsinə görə təqsirləndirilən şəxsin dindirilməsində müdafiəçi iştirak etmək hüququna malikdir. 233.5-1-ci maddəsinə görə hüquqi yardım istədiyini bildirən təqsirləndirilən şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir. 277.6-cı maddəsinə əsasən icraatı dayandırılmış cinayət işi üzrə istintaq hərəkətlərinin aparılmasına yol verilmir. 286.4-cü maddəsinə əsasən protokolda cinayət işinin materialları ilə tanış etmənin hər günü üçün tanış etmənin başlanmasının və qurtarmasının tarixi, saatı və dəqiqəsi göstərilir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cinayət-Prosessual Qanunvericilik öz müdafiəsini hazırlamaq üçün təqsirləndirilən şəxsə kifayət qədər vaxt verməyi və imkan yaratmağı, habelə hüquqi yardım istədiyini bildirən təqsirləndirilən şəxs hüquqi yardımı almayanadək dindirilməni və ya onun dindirilməsinin vəkilin iştirakı olmadan davam etdirilməsinin, icraatı dayandırılmış cinayət işi üzrə istintaq hərəkətlərinin aparılmasının, cinayət işinin materialları ilə tanış edilməməsinin yolverilməzliyini tələb edir. Bunun hər hansı bir formada pozulması isə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikası CPM-in 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və yaşərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10cumaddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Məhkəmə onuda qeyd edir ki, müstəntiq tərəfindən hazırki cinayət işi təqsirləndirilən şəxsə istinad edilən son əməlin törədildiyi yer dəqiq müəyyən edilməyindən, həmin cinayət işinin məhkəmə aidiyyəti də pozulmuşdur. Belə ki, zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs axırıncı dəfə pulun verilməsi Bakı şəhəri Yasamal rayon Polis idarəsinin qarşında baş tutmuşdur. Həmin vaxtı zərərçəkmiş şəxs qeyd edilən əraziyə VAZ-2107 markalı, ağ rəngdə olan avtomaşınla gəlmişdir. Elnur zərərçəkmiş şəxsdən axırıncı pul vəsaitini Bakı şəhəri Yasamal RPİ-nin qarşısında almışdır. İbtidai istintaqı aparan şəxs tərəfindən X8 oglu tərəfindən Təqsirləndirilən şəxs göndərilmiş pul vəsaitlərinin Abşeron ravonu Sarav qəsəbəsində fəaliyyət göstərən “Bazar Store” mağazasında verləsən “Milliön” ödəmə terminalından göndərilməsini təsdiq edən sübutlar mövcud deyildir. Bununla bağlı müstəntiq tərəfindən aidiyyəti qurumlara (anten dairələri məlumatlarının müəyyən edilməsi) sorğu verilməmiş və cavablar alınmamışdır. Təsvir olunanlarla müəyyən edilir ki, yuxarıda qeyd olunan həmin nöqsanlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 216.1, 224.2, 277.6, 286.4, 303.3.1-ci maddələri ilə nəzərdə tutulan kobud pozuntuya, yəni Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulmasına, təqsirləndirilən şəxs hüquqi yardımı almayanadək dindirilməsi və ya onun dindirilməsinin vəkilin iştirakı olmadan davam etdirilməsinə, icraatı dayandırılmış cinayət işi üzrə istintaq hərəkətlərinin aparılmasına, cinayət işinin materialları ilə tanış edilməməsinə, həmçinin cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəmə aidiyyətinin pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3 və 303.3.1-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün)cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasının əsaslarından biridir. Beləliklə də, cinayət işi üzrə ibtidai araşdırma (məhkəməyədək araşdırma) zamanı yuxarıda qeyd edilən verilmiş kobud pozuntuya görə cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına (o cümlədən də, 303.3.1-ci maddəsində nəzərdə tutulan kobud pozuntuya) yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqı aparmış Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X4 tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 216.1, 224.2, 277.6, 286.4, 303.3.1-ci maddələrində nəzərdə tutulan kobud pozuntuya yol verildiyi üçün - cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar