Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-728/2024 30.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbayacan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 19 avqust 2024-cü il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri AAAF yaşayış kompleksi 11-ci binanın qarşısında olarkən həmin binada yaşayan Zərərçəkmiş şəxs binanın həyətində olan sakinlərin yanında söyüş söymüş azyaşlı Hilala qarşı etdiyi iradı cüzi səbəb gətirərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib, heç bir əsaslı səbəb olmadan insanların gözü qarşısında bir dəfə yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sifətindən vuraraq ona burun sümüyünün yerdəyişməyən sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuraraq qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs əvəllər tanımamış, onunla düşmənçiliyi və ya ədavəti olmamışdır. 20 avqust 2023-cü il tarixdə, saat təxminən 19:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri, AAAF yaşayış kompleksində yerləşən stadionda futbol oynamaq istəyən zaman tanışı Hilal ona yaxınlaşaraq bir nəfərin Hilala qarşı valideyn söyüşü söydüyünü bildirmişdir. Bundan sonra həmin şəxsin yəni, Əmrahın yanına gedib, onu dinlədikdən sonra Əmraha «sən niyə belə edirsən, o, səndən üzr istəyib axı» ifadəsini işlətmiş, lakin sonuncu isə onunla söyüşlə cavab vermişdir. O, Əmraha «bəs özün Hilala irad bildirirsən, lakin özün mənimlə söyüşlə danışırsan» demiş, sonuncu isə yalandan müxtəlif bəhanələr gətirməyə başlamışdır. Həmin zaman onların mübahisələri düşmüşdür. Söhbət əsnasında Əmrah söyüş söymək istəmədiyini desə də o, sonuncunun sifət nahiyəsindən sol yumruq zərbəsi ilə vurmuşdur. Həmin vaxt ətrafda olan şəxslər onları ayırmışdırlar. Baş vermiş mübahisəyə səbəb Əmrahın Hilala irad tutması və onun da yanında eyni sözləri təkrar etməsi olmuşdur. Mübahisə təxminən 10 dəqiqə davam etmiş və ətrafda olan şəxsləri tanımamışdır. Baş vermiş mübahisə zamanı o yumruqla Əmrahın sifət nahiyəsindən vurmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilən zaman verilən suallara cavab olaraq bildirdi ki, Hilal ona yaxınlaşaraq heyətdə bilmədən söyüş söydüyünü, bu zaman Əmrahın ona “həyət söyüş söymək yeri deyil, get evində belə danış” deməsi ilə əlaqədar, Əmraha irad tutaraq bildirmişdir ki, Hilal səhv etdiyini başa düşmüş və üzr istəmişdir. Belə olan halda o, Hilala o sözləri deməkdə haqlı olmamışdır. Əmrah isə ona düz etdiyini dediyi zaman özünü saxlaya bilməmiş ona yumruqla zərbə endirmişdir. Zərərçəkmiş şəxsə maddi köməklik göstərməyə imkanının olmasa da səhv etdiyini anlayaraq, ondan üzr istəmiş barışıq üçün təşəbbüs göstərmişdir. Əməlindən səmimi peşman olduğunu ifadə edərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, 19 avqust 2023-cü il tarixdə, təxminən saat 20:00 radələrində işdən yaşadığı ünvana yəni Abşeron rayonu, Xırdalan şəhəri «AAAF» yaşayış kompleksinə gələrkən, qonşusu Talehin binanın qarşısında dayandığını görmüş, ondan nə baş verdiyini soruşmuş, sonuncu isə balaca uşağın onun ailəsinin yanında söyüş söydüyünü, buna görə ona öz iradını bildirdiyini, uşağın da üzr istədiyi barədə məlumatlar bildirmişdir. Taleh uşağa “get yaşadığın binanın həyətində söyüş söy” ifadəsini işlətmiş, uşaq isə “mən səndən üzr istədim niyə uzadırsan, indi böyük qardaşımı çağıraram səni başa salar” deyə cavab vermişdir. O da evə getməyərək, Talehin yanında dayanıb gözləmişdir ki, mübahisə olmasın. Bir neçə dəqiqə sonra onların yanına əvvəllər tanımadığı 15-20 yaş aralığında 3 nəfər cavan oğlan gəlmişdir. Taleh həmin uşaqlarla söhbət etmiş, o isə onların söhbətinə qarışmayaraq, kənardan müşahidə etmişdir. O, şəxslərin arasında olan söhbət zamanı “söyüş söyülüb, üzr istənilib boş verin getsin” deyə ifadə işlətmiş, bu zaman Radmir qəfildən heç bir səbəb olmadan onun burun nahiyəsinə yumruq zərbəsi vurmuşdur. O, həmin yerdən uzaqlaşmış, burun nahiyəsi sındığı üçün xəstəxanaya getmişdir. Onun yumruqla vuran şəxslə mübahisəsi olmamış, həmin şəxs ona qəfildən yumruq vurmuşdur. Hal-hazıradək təqsirləndirilən şəxs tərəfindən ona maddi köməklik göstərilməsə də, o həmin şəxs barəsində ağır cəza verilməməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid məhkəməyə teleqram ünvanlayaraq, ezamiyyətdə olması ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə məhlədə uşağı ilə gəzərkən tanımadığı uşaq nalayiq ifadələrdən istifadə etdiyini görmüş, həmin zaman binanın qadın sakinləri həyətin oturacaqlarında əyləşib istrahət etmişlər. O, həmin şəxsə söyüş söyməməsini xahis etmiş və bildirmişdir ki, dəfələrlə söyüşə görə xəbərdarlıq etmiş və uşaq isə hər dəfə üzr istəməklə kifayətlərənək yenidən hərəkətlərinə davam etmişdir. O da həmin uşağa öz yaşadığı binanın qarşısında oynamasını bildirmişdir. Həmin şəxs ona həmin uşağın yiyəsiz olmadığını söyləyib çıxıb getmişdir. Həmin şəxs gedəndən sonra qonşusu Əmrahla binanın qarşısında təsadüfən görüşmüş, təxminən 10 dəqiqə sonra həmin uşaq yanında ona tanış olmayan şəxslə uşağın qardaşı kimi özünü təqdim edərək onlara yaxınlaşmış və uşaq onu göstərərək demişdir ki, güya uşağı təhqir etmişdir. Əmrah və o həmin şəxsə demişlər ki, burda söhbəti uzatmağa heç bir əsas yoxdur, həmin uşaq sizə səhv məlumat verib, amma həmin şəxs uşağa inanıb onlara bildirmişdir ki, «çəkilək bir qırağa sakit olan yerə söhbət edək». Onlar kənara çəkilib gedən zaman «Araz» marketin qarşında tanımaığı şəxs arxadan gəlib Əmrahın qarşına keçmiş və onu yumruq zərbəsi ilə burun nahiyyəsindən vurub hadisə yerinən aralaşmışdır. Belə olduqda o, Araz marketə girmiş və oradan su və salfetka alıb Əmraha yardım göstərmişdir. Bu hadisədən təxminən 40 dəqiqə sonra məhəllədə gözləmişlər ki, həmin şəxs gəlib üzr istəsin, çünki zərbə vurmağa heç bir əsas olmamışdır. Bir qədər gözlədikdən sonra təxminən 1 saat keçmiş qonşudan xahiş etmişdir ki, Əmrahı təcili yardıma aparmaqda köməklik etsin. Bundan sonra onlar Abşeron mərkəzi xəstəxanasına getmişlər və orada rentgen həkimi olmadığı üçün çıxıb Xətai Tibb mərkəzinə apırmış, orada tibbi yardım göstərilmişdir. Göstərmişdir ki, Əmrahı vuran şəxsi əvvəllər tanımamış, onunla düşmənçiliyi və ya ədavəti olamışdır. Əmrahı yumruqla vuran şəxslə onun mübahisəsi olmamış, həmin şəxs qəfildən getdiyi yerdə vurmuş, bundan sonra heç bir mübahisə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X5 Abşeron rayon şöbəsinin 29 avqust 2023-cü il tarixli, 1787 saylı rəyinə əsasən 1990-cı il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – burun sümüyünün yerdəyişməyən sınığı küt əşyanın təsirindən təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 19 avqust 2023-cü il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədən hissəsinin (əl, ayaq və sair) təsirindən yaranmağa uyğundur; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata başlanılaraq, icraata qəbul edilmişdir; Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; “Diskə baxış keçirilməsi haqqında” 10 noyabr 2023-cü il tarixli protokolda qeyd olunur ki, görüntünün 00:13 saniyəsində 7 nəfər cavan oğlan uşağının kameranın görüntü dairəsində göründüyü və həmin şəxslərin piyada hərəkət edərək kameranın fiksə etdiyi əraziyə tərəf gəldikləri görünür. Görüntünün 00:20 saniyəsində 7 nəfər cavan uşağıın içərisində qarşıda gedən iki nəfər şəxsdən sağ tərəfdə olan cavan oğlanın yanındakı hündürboylu şəxslə əl işarələri ilə danışdığı və üzünü yola tərəf tutub hərəkət etdiyi görünür. Bu anda sol tərəfdə hərəkət edən hündürboylu cavan oğlan ani anda sifətini sağ tərəfində piyada hərəkət edən şəxsə çevirir və həmin anda da bir dəfə qarşısındakı şəxsin sol sifət nahiyəsindən vurur və arxaya doğru hərəkət edir. Bu anda sifətindən zədə alan şəxs həmin xəsarəti yetirən şəxsə tərəf irəliləmək istəsə də, ətrafda olan şəxslər buna imkan vermir və xəsarət yetirən şəxsi hadisə baş verdiyi ərazidən uzaqlaşdırılıb aparılır. Görüntüyə baxışda iştirak etmiş Zərərçəkmiş şəxs bildirdi ki, sifətindən xəsarət alan şəxs özüdür, belə ki, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində işdən yaşadığıünvana, yəni Abşeron rayonu, Xırdalan şəhəri «AAAF» yaşayış kompleksinə gələrkən görmüşdür ki, qonşusu Taleh binanın qarşısında dayanıb. Sonuncudan nə baş verdiyini soruşmuş, Taleh ona demişdir ki, balaca uşaq onun ailəsinin yanında söyüş söyüb. Taleh ona öz iradını bildirib, uşaq da üzr istəyib, Taleh də ona deyib ki, get yaşadığın binanın həyətində söyüş söy. Uşaq da Talehə deyib ki, «mən səndən üzr istədim niyə uzadırsan, indi böyük qardaşımıçağıraram səni başa salar». O da Talehin yanında dayanıb gözləmiş ki, görsün kim gələcəkdir. Bir neçə dəqiqə sonra onların yanına 3 nəfər əvəllər tanımadığı 15-20 yaş arasıüç nəfər cavan oğlan gəlmişdir. Taleh həmin uşaqlarla söhbət etmiş, o da müdaxilə etməmişdir. Söhbət zamanı demişdir ki, söyüş söyülüb üzr istənilib boş verin getsin. Onların içərisində adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona demişdir ki, «bura səs küydir gedək kənarda söhbət edək». Həmin vaxt onlar kənara çəkilərkən yolda bildirmişdir ki, mənasız söhbətdir, mübahisə eləməyə dəyməz, anlaşılmazlıq olub. Həmin vaxt Təqsirləndirilən şəxs qəfildən yol gedə-gedə yumruq zərbəsi ilə onun burun nahiyəsindən güclü zərbə ilə vurmuşdur; “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 13 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; “Təqsirləndirilən şəxsin cəlb edilməsi” haqqında 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur; “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 15 dekabr 2023-cü il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Abşeron rayon X3 Saxlama Yerindən azad edilmişdir. “Cinayət əməlinin tövsif olunması haqqında” 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayıt Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilməklə, istintaqı davam etdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 mart 2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 15 aprel 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş ittiham yenidən elan edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF X2rşısında quraşdırılmış görüntü kameralarından hadisənin baş vermə anlarını fiksə edən görntünün köçürüldüyü və istintaqa təqdim edilmiş 01 ədəd DVD fornatlı kompakt diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş, iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadəsi, məhkəmətibbi ekspertizasının rəyi və təqsirləndirilən şəxsin əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar cinayət işi üzrə sbut növü kimi qəbul edilmiş və hadisə baş verən zaman ətrafda olmuş şəxslər zərərçəkmiş şəxsə hər hansı xəsarət yetirmədiklərindən və mübahisəyə müdaxilə etmədiklərindən Təqsirləndirilən şəxsin və digərlərinin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən tərkib əlamətləri olmadığı üçün barələrində olan cinayət işinin başlanılması rədd edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək” haqqında 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan ittiham yenidən elan olunmuşdur; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, R. Borisov Ə. Məmmədhüseynlinin Hilal adlı şəxsə irad tutmasını bəhanə gətirərək, ətrafda olan şəxslərə məhəl qoymadan öz şəxsiyyətini zərərçəkmiş şəxsin şəxsiyyətindən üstün tutaraq onu cəzalandırmaq qərarına gəlmiş və onun sağlamlığına yüngül zərər vurmaya səbəb olan hərəkətə yol vermişdir ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsin tərkibini yaradır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət törətməsini, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmaq üçün əsaslı təşəbbüs göstərməsinə dair hərkətlərinin müəyyən olunmadığını, zərərçəkmişə maddi köməklik göstərməməsini, biganəlik nümayiş etdirərək, zərərçəkmiş şəxslə barışığa cəhd etməməsini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ münasibətdə ona azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi ilə şəxsin islah olunması mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (bir yüz əlli) manat pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutularaq saxlanıldığı 2 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayon hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən-probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-728/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-728/2024
30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver