Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-729/2023 06.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx xxx 1990-cı ildə İmişli rayonu, Sarıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, İmişli rayonu, Sarıxanlı ərazi dairəsi, Sarıxanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində tanışı, Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Cavadxan küçəsi 20 nömrəli evdə olarkən, sonuncunun həyətdə olmasından istifadə edərək, evin yataq otağında olan Zərərçəkmiş şəxs məxsus əl çantasından 800 manat pulu götürüb gizli olaraq talamışdır. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hal hazırda subaydır. Əvvəllər dəfələrlə oğurluq cinayətləri törətdiyi üçün məhkum olunmuşdur. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Binəqədi rayon Məhkəmnəsinin qərarı ilə 01 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhrum edilmişdir. Sabunçu rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli hökmü ilə vaxtından əvvəl həbsdən azad edilmiş, bundan sonra heç bir işlə məşğul olmamışdır. Buna görə də maddi durumu çox aşağı səviyyədə olmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində, Yoncalıq yaşayış massivində qardaşı Müşviq ilə birlikdə yaşayır. Hal hazırda etibarnamə əsasında idarə etdiyi **-PT-*** dövlət qeydiyyat nişanlı “Ravon” maraklı avtomobil ilə Xırdalan şəhəri ilə Bakı şəhəri arasında gündəlik taksi fəaliyyəti ilə məşğul olur. Bundan başqa gündəlik olaraq icarə əsasında **-XP-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobuil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən iki il müddət olar ki tanıyır. Bu müddət ərzində onunla münasibətləri normal olmuşdur. Hətta onunla ailə qurmağı da fikirləşdiyini bildirmişdir. Mütəmadi olaraq Müşviqənin yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Cavadxan küçəsində yerləşən fərdi yaşayış evinə gələrək orada qaldığını bildirmişdir. Bu müddət ərzində sonuncunun valideynləri olmadığı zaman arada gecə Müşviqə ilə bir otaqda da qaldığını göstərmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Cavadxan küçəsi 20 saylı mənzilə gəlmişdir. Zərərçəkmiş şəxs həmin gün evdə tək olmuşdur. Bir neçə saat Müşviqə ilə söhbət edib çay içdikdən sonra onlarda qalmağa qərara almışdır. Bu zaman Zərərçəkmiş şəxs ilə ayrı ayrı otaqlarda gecələmişdirlər. Növbəti gün səhər saat 12 radələrində Müşviqənin evin həyətində olmasından istifadə edib evin içərisində gəzməyə başlamışdır. Evdə olan zaman Müşfiqə aslanovaya məxsus lakin gecə mənim yatdığım otaqda Zərərçəkmiş şəxs qara rəngli dəmirdən qulpu olan çantasını görmüşdür. Təqsirləndirilən şəxs maraq üçün çantaya baxan zaman orada bir miqdar pul olduğunu görmüşdür. Əlimi çantanın içərisinə salıb orada olan bir miqdar pulları götürmüşdür. Lakin çantanın içərisndə birəz pul saxlamışdır ki, ondan şübhələnməsinlər. Pulları sayan zaman 800 manat pul olduğunu görmüşdür. Daha sonra bayıra çıxaraq Zərərçəkmiş şəxs işi çıxdığını və dostları ilə birlikdə gedəcəyini bildirmişdir. Daha sonra maşına minərək oradan uzaqlaşmışdır. Bu zaman telefonunun enerjisi az qaldığı üçün bir müddət sonra Müşviqə ona zəng eləsə də telefonunun sönülü olduğundan onun mənə zəng eləməsini görməmişdir. Zərərçəkmiş şəxs ayrıldıqdan sonra onun evindən oğurladığı pulları saymağa başlamışdır. Orada təxminən 800 manat pul olduğunu görmüşdür. Həmin pulları maddi ehtiyyacı olduğundan və imkanı zəif olduğundan şəxsi ehtiyyaclarıma xərcləmişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Cavadxan küçəsində anası ilə birlikdə yaşayır. Latın əlifbası ilə sərbəst oxuya bildiyimə görə ifadəsinin latın əlifbalı qrafikası ilə kompyuter vasitəsi ilə yazılmasına etiraz etməmişdir. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun keçmiş nişanlısıdır. Təqsirləndirilən şəxs ilə iki il bundan qabaq tanış olmuşdurlar. Daha sonra formal nişanlanmışdırlar. Təqsirləndirilən şəxs qohumlarından dünyasını dəyişən şəxs olduğu üçün toy edə bilməmişdirlər. Təqsirləndirilən şəxs mütəmadi olaraq onun anası ilə birlikdə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Cavaxdan küçəsində yerləşən 20 saylı fərdi yaşayış evinə gəlirdi. Biz eyni rayonlu olduğumuza görə, eyni zamanda Maqsuda etibar etdiyimə görə ona yaşadığım evə gəlməyinə və yorğun olan vaxtlarında gecəni qalmağa icazə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onlara məxsus evin bütün otaqlarına keçə, evdə olan əşyalardan istədiyi kimi istifadə edə bilərdi. Bununla bağlı Təqsirləndirilən şəxs heç bir qadağası yox idi. Müşfiqə Aslanovanın anası ilə birlikdə yaşadığı fərdi yaşayış evi iki otaqdan və bir hamam otağından ibarətdir. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Maqsud onun yaşadığı Masazır qəsəbəsi, Cavadxan küçəsində yerləşən evə gəlmişdir. Həmin gün Müşfiqə Aslanova evdə tək olmuşdur. Təqsirləndirilən şəxs evdə olan zaman onun gözü qarşısında özünə məxsus 2550 manat pulu sayıb, özünə məxsus qara rəngli əl çantasına qoymüşdur və əl çantasını yataq otağında olan dolabın üzərinə qoymuşdur. Həmin gün Təqsirləndirilən şəxs getməyə yeri olmadığı üçün onlarda qalmışdır. O, yataq otağında yəni çantanın olduğu otaqda Müşfiqə Aslanova isə isə digər otaqda gecələmişdir. Bir gün sonra yəni xx.xx.2023-cü il tarixdə yuxudan durandan sonra səhər yeməyi yemişdirlər və bundan sonra o, ev işləri ilə məşğul olmağa başlamışdır. Həmin gün saat 14 radələrində zirzəmidə suyu tənzimləyən zaman yataq otağında səs eşitmişdir. Özünə məxsus pulun olduğu çantanın qulp hissəsi dəmirdən olduğuna görə tərpədiləndə səs edir. Lakin həmin vaxt Maqsuddan şübhələnməmişdir. Çünki Maqsdun onun pulunu oğurlamasını və ya oğurlamaq istəməsini heç cür düşünməmişir. Bundan bir neçə dəqiqə sonra sonra Təqsirləndirilən şəxs dostunun avtomaşınını götürüb geri qayıdacağını və onunla birlikdə geədəcəyini bildirib evdən çıxmışdır. X3 əlavə olaraq bildirmişdir ki, o, 2550 manat pul ilə öz adına maşın almaq və aldığı maşını Maqsuda taksi fəaliyyəti ilə maşğul olmaq üçün ilkin ödəniş kimi vermək istədiyini bildirmişdir. Maqsud da onunla birlikdə getməli idi. Müşfiqə Aslanovanın fikri həmin avtomobili öz adına alıb, Maqsuda verib, onun taksi fəlaiyyəti ilə məşğul olaraq ona da pul verməsindən ibarət idi. Təqsirləndirilən şəxs evdən gedəndən bir neçə saat sonra ona zəng vurmuş, lakin onun telefonuna zəng çatmadığını görmüşdür. Bir neçə dəfə ona yığandan sonra şübhələndiyi yataq otağında dolabın üzərində olan çantasına baxmışdır və çantasında olan 2550 manatdan 800 manatın əksik olduğunu aşkar etmişdir. Onun çantasında 1750 manat pul qalmışdır. Əvvəlcə onun gələcəyini düşünsədə sonradan artıq ona məxsus 800 manatı oğurlayıb pulunu geri qaytarmadığını başa düşüb, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs həmin gündən sonra onunla əlaqə saxlamamışdır. Bundan başqa Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Maqsudla biz nişanlı olduğları vaxtdan bir dəfə də olmamışdır ki, uzun müddətli danışığları olmasın. Ona dəymiş maddi ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi məhkəməsinin xx.xx.2011-ci il tarxli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.1-ci və 62-ci maddələri ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmiş, Bundan başqa Təqsirləndirilən şəxs barəsində xx.xx.2015-ci il tarixdə Nərimanov RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan 15066089 nömrəli cinayət işinin icraatına xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsi ilə xitam verilmişdir. Bundan başqa həmin tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər, Sabunçu Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Zərərçəkmiş şəxs X3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, onun sonuncuya qarşı şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü qərardan görünür ki, ibtidai istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü qərardan görünür ki, ibtidai istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Abşeron RPİ-in MSY-nə təhvil verilmiş və barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxs ifadəsinin, mütəxəssis rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X5 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət olamaqla cəmi 04 gün azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət olamaqla cəmi 04 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş islah işləri cəzasından çıxılsın və üzərində qəti olaraq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 il 05 ay 14 gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-729/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-729/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver