Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-729/2025 18.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi:Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2 Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Zəngilan rayonu, Rəbənd kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 26-cı məhəllə, Xəzər bağlar massivi ərazisində fərdi tikilidə yaşamış, barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 10 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır kəndi, Bülbül küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yeni tikilən fərdi yaşayış evinin pəncərəsini istintaqa məlum olmayan predmetlə sındırdıqdan sonra Şahid2 ilə birlikdə binaya qanunsuz daxil olmuş, Şahid1 isə evin qarşısında dayanıb ətrafı müşahidə etmiş və oradan hər biri 67 manat 50 qəpik olan 270 manat dəyərində 4 top elektrik naqilini, bir ədəd 400 manat dəyərində yeni mikrodalğalı sobanı, hər biri 140 manat olmaqla ümumi dəyəri 280 manat olan iki ədəd havalandırıcını, 250 manat dəyərində yataq dəstini cəmi 1200 manat dəyərində əmlakını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, lakin ifadə verməkdən imtina edərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasında elan olunmasını xahiş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Xəzər bağları adlanan ərazidə yerləşən “uçuq bina” adı ilə tanınan yataqxanada yaşayır. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Sumqayıt şəhər məhkəməsinin hökmünə əsasən 02 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 18 oktyabr 2022-ci il tarixdə isə Sumqayıt şəhər məhkəməsinin qərarı ilə ona təyin edilmiş cəza 01 il 01 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. 29 sentyabr 2023-cü il tarixdə isə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra Sumqayıt şəhər ərazisində şəhərdaxili işləyən 7 nömrəli avtobusda pul yığan işləmişdir. X3 orada işlədiyi müddətdən tanımışdır. Kamal da onun kimi 7 nömrəli avtobusda pul yığan işləmişdir. Kamal işə gəlmədiyi günlərdə onun əvəzində Emral işə çıxmışdır. 09 sentyabr 2024-cü il tarixdə, saat 11 radələrində Sumqayıt şəhərində yerləşən “Rəşad” çay evinin yaxınlığında olan zaman Elvinlə birlikdə olmuşdur. Həmin vaxt Emralı orada görmüşdür. O sonuncu ilə söhbətləşən zaman Emral ona pulsuzluqdan və işsizlikdən gileylənmişdir. O isə sonuncuya birlikdə oğurluq etməyi təklif etmişdir. Emral da, Elvin də onun təklifini qəbul etmişdir. Onun da, Emralında istifadəsində mobil telefon olmadığından razılaşmışlar ki, həmin gün yəni 09 sentyabr 2024-cü il tarixdə saat 21:00-da “Rəşad” çay evinin yaxınlığında görüşsünlər. Aralarında razılaşdıqdan sonra saat 21:00-da Sumqayıt şəhərində yerləşən “Rəşad” çay evinin qarşısında Emralla görüşmüşlər. Onlar birlikdə saat 23 radələrinədək Elvini gözləmişlər. Elvin gəldikdən sonra Sumqayıt şəhərindən 20 yanvar metrostansiyasına hərəkət edən mikroavtobusa əyləşmişlər. Abşeron rayonu ərazisində yerləşən “Monza” şadlıq sarayının yaxınlığında olarkən o avtobusu saxlatdırmış və onlar avtobusdan düşmüşlər. “Monza” şadlıq evinin arxa tərəfindən piyada olaraq hərəkət edib tanımadığı küçəyə daxil olmuşlar. O həmin küçədə yerləşən lakin işıqları yanmayan və təmir işi aparılan evlərə Elvin ilə birlikdə girəcəklərini və Emralın ətrafı nəzarət etmək üçün küçədə onları gözləyəcəyini bildirmişdir. O orada bir mərtəbəli işıqları yanmayan təmir işləri aparılan evi görüb həmin evi işarə edərək bu evə daxil olacaqlarını Elvin və Emrala demişdir. Bundan sonra o Elvin ilə birlikdə hasardan tullanaraq evin həyətinə daxil olmuşlar. Emral isə küçədə qalaraq ətrafa nəzarət edirmiş ki, kiminsə gələcəyi halda onlara məlumat versin. O isə Elvin ilə birlikdə həyətə tullandıqdan sonra evin qarşısına keçib pəncərəni açmaq istəsələr də, aça bilmədikləri üçün evin həyətindən tapdığı dəmir parçası ilə pəncərəni sındırmış və evə daxil olmuşlar. Evin içərisində 2 top qırmızı rəngli, bir top göy rəngli və təxminən 3 metr uzunluğunda elektrik naqilini kisələr yığıb evdən çıxmışlar. Onlar birlikdə həmin naqilləri əritmək üçün Sumqayıt şəhərinə dəniz kənarına getdik orada yandırıb əritdikdən sonra mis əldə etmişlər. Həmin misi isə Sumqayıt şəhərində yerləşən metal qəbul edilən yerdə satmışlar. Satdıqları mis 10 kiloqram gəldiyi üçün bir kiloqramı 10 manatdan olmaqla 100 manata satmışlar. Əldə etdikləri pulu isə öz aralarında bölmüşlər. Oradan ancaq elektrik naqilləri oğurlamışlar. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş zərəri ödəməsə də, zərərçəkmiş şəxsin onu bağışlamasını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməsə də, sonuncu ilə barışıq əldə edərək, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş, həmçinin məhkəmə iclasının onun iştirak olmadan keçirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Abşeron rayon, Masazır qəsəbəsi, Bülbül küçəsində özümə iki mərtəbəli fərdi yaşayış evi tikdirir. Evin təmir işləri tam yekunlaşmadığından orada yaşayış yoxdur. 09 sentyabr 2024-cü il tarixdə evə nəzarət etmək məqsədilə getmiş, oradan isə saat 15 radələrində çıxmışdır. 10 sentyabr 2024-cü il tarixdə saat 20 radələrində ağacları sulamaq üçün Masazır qəsəbəsi, Bülbül küçəsində yerləşən evinə getmişdir. Evin həyətinə daxil olduqda taxtadan olan ayaqaltının hasarın yanında olduğunu görmüşdür. Evdən oğurluq hadisəsinin baş verdiyindən şübhələnib evin arxa tərəfinə keçmişdir. Evin arxa pəncərəsinin şüşəsinin sındırılaraq açıldığını görmüşdür. Həmin sındırılmış yerdən evə daxil olmuş və evin ikinci mərtəbəsinə qalxdıqda evdən oğurluq hadisəsinin baş verdiyinə əmin olmuşdur. Oğurluq hadisəsi nəticəsində evindən ümumi dəyəri 270 manat olan 4 top elektrik naqili,bir ədəd 400 manat dəyərində yeni mikrodalğalı soba, hər biri 140 manat olmaqla ümumi dəyəri 280 manat olan iki ədəd havalandırıcı və 250 manat dəyərində yataq dəsti oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1500 manat maddi ziyan dəymişdir. Belə ki, pəncərənin sındırılması nəticəsində 300 manat, əşyalarının oğurlanması nəticəsində isə 1200 manat ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadə verməkdən imtina etdiyini bildirməklə, istintaq zamanı verdiyi ifadəsinin elan edilməsini xahiş etdi. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid1 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 09 sentyabr 2024-cü il tarixdə, saat 11 radələrində Sumqayıt şəhərində yerləşən “Rəşad” çay evinin yaxınlığında olan zaman Asimlə və Elvinlə rastlaşmışdır. Onlar söhbətləşən zaman o, pulsuzluqdan və işsizlikdən gileylənmişdir. Asim isə birlikdə oğurluq etməyi təklif etmişdir. Onlar da təklifi qəbul etmişlər. Razılaşmışlar ki, həmin gün yəni 09 sentyabr 2024-cü il tarixdə saat 21:00da “Rəşad” çay evinin yaxınlığında görüşsünlər. Bundan sonra Sumqayıt şəhərindən 20 yanvar metrostansiyasına hərəkət edən mikroavtobusa əyləşmişlər. Abşeron rayonu ərazisində yerləşən “Monza” şadlıq sarayının yaxınlığında olarkən Asim avtobusu saxlatdırmış və onlar avtobusdan düşmüşlər. “Monza” şadlıq evinin arxa tərəfindən piyada olaraq hərəkət edib tanımadığı küçəyə daxil olmuşlar. Asim həmin küçədə yerləşən lakin işıqları yanmayan və təmir işi aparılan evə onunla birlikdə girəcəklərini və ona ətrafı nəzarət etmək üçün küçədə onları gözləyəcəyini bildirmişdir. Bundan sonra Elvin və Asim birlikdə hasardan tullanıb evin həyətinə daxil olmuşlar. O, isə küçədə qalaraq ətrafa nəzarət edirmiş ki, kiminsə gələcəyi halda onlara məlumat versin. Evdən yalnız elektrik naqili çıxmışlar. Onlar birlikdə həmin naqilləri əritmək üçün Sumqayıt şəhərinə dəniz kənarına gedib orada yandırıb əritdikdən sonra mis əldə etmişlər. Həmin misi isə Sumqayıt şəhərində yerləşən metal qəbul edilən yerdə satmışlar. Satdıqları mis 10 kiloqram gəldiyi üçün bir kiloqramı 10 manatdan olmaqla 100 manata satmışlar. Əldə etdikləri pulu isə öz aralarında bölmüşlər. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ailə üzvlərim ilə birlikdə yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə isə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 02 sentyabr 2024-cü il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra hər hansı bir yerdə işləmədiyindən pula ehtiyacı yaranmışdır. 09 sentyabr 2024-cü il tarixdə, saat 11 radələrində Sumqayıt şəhərində yerləşən “Rəşad” çay evinin yaxınlığında olan zaman Asimlə birlikdə olmuşdur. Həmin vaxt Emralı da orada görmüşlər. Onlar söhbətləşən zaman Emral pulsuzluqdan və işsizlikdən gileylənmişdir. Asim isə birlikdə oğurluq etməyi təklif etmişdir. Emral da, o da təklifi qəbul etmişlər. Razılaşmışlar ki, həmin gün yəni 09 sentyabr 2024-cü il tarixdə saat 21:00-da “Rəşad” çay evinin yaxınlığında görüşsünlər. Saat 23 radələrində o həmin yerə getmiş və Asim ilə Emralın onu gözlədiyini görmüşdür. Bundan sonra Sumqayıt şəhərindən 20 yanvar metrostansiyasına hərəkət edən mikroavtobusa əyləşmişlər. Abşeron rayonu ərazisində yerləşən “Monza” şadlıq sarayının yaxınlığında olarkən Asim avtobusu saxlatdırmış və onlar avtobusdan düşmüşlər. “Monza” şadlıq evinin arxa tərəfindən piyada olaraq hərəkət edib tanımadığı küçəyə daxil olmuşlar. Asim həmin küçədə yerləşən lakin işıqları yanmayan və təmir işi aparılan evə onunla birlikdə girəcəklərini və Emralın ətrafı nəzarət etmək üçün küçədə onları gözləyəcəyini bildirmişdir. Asim orada bir mərtəbəli işıqları yanmayan təmir işləri aparılan evi görüb həmin evi işarə edərək bu evə daxil olacaqlarını demişdir. Bundan sonra o Asim ilə birlikdə hasardan tullanıb evin həyətinə daxil olmuşlar. Emral isə küçədə qalaraq ətrafa nəzarət edirmiş ki, kiminsə gələcəyi halda onlara məlumat versin. O isə Asim ilə birlikdə həyətə tullandıqdan sonra evin qarşısına keçib pəncərəni açmaq istəsələr də, aça bilmədikləri üçün Asim evin həyətindən tapdığı dəmir parçası ilə pəncərəni sındırmış və evə daxil olmuşlar. Evin içərisində 2 top qırmızı rəngli, bir top göy rəngli və təxminən 3 metr uzunluğunda elektrik naqilini kisələr yığıb evdən çıxmışlar. Onlar birlikdə həmin naqilləri əritmək üçün Sumqayıt şəhərinə dəniz kənarına gedib orada yandırıb əritdikdən sonra mis əldə etmişlər. Həmin misi isə Sumqayıt şəhərində yerləşən metal qəbul edilən yerdə satmışlar. Satdıqları mis 10 kiloqram gəldiyi üçün bir kiloqramı 10 manatdan olmaqla 100 manata satmışlar. Əldə etdikləri pulu isə öz aralarında bölmüşlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işi üzrə icraatın təzələnərək, qəbul edilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması” haqqında 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə icraat təzələnərək, icraata qəbul edilmiş, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır;
2. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı həmin maddə ilə cinayət işi başlamış, istintaq aparılması üçün icraata qəbul edilmiş və Zərərçəkmiş şəxs maddi ziyan vurulduğundan iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;
3. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 25 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:05 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;
4. “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs A240271192 №-li cinayət işi üzrə zərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir;
5. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi və digər qətimkan tədbirinin seçilməsinə” dair 27 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, o, Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir;
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 15 mart 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinərək, 1000 manat cərimə cəzasına məhkum olunmuş, Sumqayıt şəhər Probasiya Şöbəsinin 08 sentyabr 2019-cu il tarixli N1769 saylı arayışına əsasən cəriməni tam ödəmişdir. Bundan başqa o, Sumqayıt şəhər Məhkəməsinin 18 iyun 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edimiş, həmin cəza Sumqayıt şəhər Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli qərarı ilə 05 ay 22 gün müddətiinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 22 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Daha sonra Sumqayıt şəhər Məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, ona 02 il 09 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin cəza Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərarı ilə 01 il 01 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzanı çəkməkdən 01 ay 03 gün vaxtından əvvəl şərti azad edilməklə, 04 dekabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir.
7. “Sübutların qiymətləndirilməsi haqqında” 13 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittiham qüvvədə saxlanılmış, iş üzrə zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin və şahidin ifadələri, ifadənin yerində yoxlanılması haqqında protokol iş materiallarına uyğundan sübut növü kimi qiymətləndirilmişdir;
8. Sumqayıt şəhər Məhkəməsinin 02 may 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinərək, 04 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edimişdir;
9. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, lakin sonuncu ilə barışıq əldə edərək, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş, həmçinin məhkəmə iclasının onun iştirak olmadan keçirilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin tərkib əlamətləri vardır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 10 sentyabr 2024-cü il tarixdə Abşeron rayonu, Masazır kəndi, Bülbül küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin pəncərəsini naməlum predmetlə sındırdıqdan sonra Şahid2 ilə birlikdə binaya qanunsuz daxil olmuş, ümumilikdə dəyəri 1200 manat dəyərində müxtəlif əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Beləliklə Təqsirləndirilən şəxs tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxs və şahidlərin istintaq zamanı verdikləri ifadələrdən başqa istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslə aralarında razılığa gələrək, barışığa nail olması onun əməlində cəzanı yüngülləşdirən hal olaraq nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir; Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə törətdiyi cinayət əməlinə görə Sumqayıt şəhər Məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzanın çəkilməmiş hissəsi Sumqayıt şəhər Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərarı ilə 01 il 01 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzanı çəkməkdən 01 ay 03 gün vaxtından əvvəl şərti azad edilməklə, 04 dekabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə yuxarıda göstərilən hallarla bağlı qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər törədilməsində təqsirləndirildiyi cinayət əməli üzrə azadlığın mədudlaşdırılması cəzasına məhkum olunması, lakin həmin cəzanın azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-ci maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Lakin bu hal onun şəxsiyyətini mənfi xarakterizə edən amil hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinə əsasən əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə cinayət qanunvericliyinin tələbələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanın yüngülləşdirici halı olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmçinin əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan hökmə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu əməlləri barəsində çıxarılmış Sumqayıt şəhər Məhkəməsinin 1(060)-183/2025 saylı, 02 may 2025-ci il tarixli hökmü ilə məhkum olunmamışdan əvvəl, yəni 10 sentyabr 2024-cü il tarixdə törətdiyinə görə ona hazırkı cinayət işi üzrə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs ittiham olunduğu bu cinayət əməli residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-183/2025 saylı, 02 may 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4.8-ci bəndində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün və hazırki cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün, ümumilikdə 4 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Sumqayıt şəhər Məhkəməsinin 1(060)-183/2025 saylı, 02 may 2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş 18 noyabr 2024-cü il tarixdən hesablanmalı, həmçinin sonuncunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hər-hansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 (iyirimi) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət iş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-183/2025 saylı, 02 may 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün və hazırki cinayət işi üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün, ümumilikdə 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli Sumqayıt şəhər Məhkəməsinin 1(060)-183/2025 saylı, 02 may 2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş 18 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış əşyanın, xüsusi müsadirə edilməli əmlakın, mülki iddianın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 (iyirimi) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirimi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov