Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-73/2021 19.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Rizvan qızının, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Oğuz rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək olan müddət ərzində kirayə yaşadığı Zərərçəkmiş şəxs2 Rizvan qızına məxsus Abşeron rayonu, Gənclər şəhərciyində yerləşən mənzildən Zərərçəkmiş şəxs2 məxsus 5 ədəd hər biri 10 seksiyalı olan radiatorlardan, bir ədəd suşilkadan ibarət 3000 manat dəyərində «BAYMAK» markalı kombi aparatını, bir ədəd 500 manat dəyərində «SWİZERLAND» markalı soyuducunu, bir ədəd 400 manat dəyərində «REQAL» firmalı 6 kq-lıq paltaryuyan maşını, bir ədəd 400 manat dəyərində 102 sm ekranlı, «LG» markalı plazma televizoru, 1ədəd 100 manat dəyərində yorğanı, ümumi 100 manat dəyərində 3 ədəd odeyalı, ümumi 100 manat dəyərində 5 dəst yataq dəstini, yəni ümumilikdə 4600 manat dəyərində əmlakı gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə hər hansı bir öhdəlik yaradan müqavilə olmadan lakin,Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksi, bina 10, mənzil 6 ünvanında yerləşən evində kirayə yaşayan zaman ev sahibi Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 500 manat dəyərində LG markalı televizorun, 1 ədəd 1000 manat dəyərində Samsung markalı soyuducunu, 1 ədəd 500 manat dəyərində Hoffman markalı paltaryuyan maşın, 2 ədəd hər birinin dəyəri 150 manat olan radiatoru gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 2300 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2019-cu il tarixdə qeyri-rəsmi münasibətdə olduğu X6 ilə birlikdə gəlib Abşeron rayonu ərazisində kirayə ev axtarmış, adını bilmədiyi və tanımadığı ev alqı satqısı və kirayəsi ilə məşğul olan bir şəxs onlara Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Gənclər şəhərciyində kirayə ev olduğunu və həmin evi onlara göstərə biləcəyini demişdir. O, Xaliqlə birlikdə həmin mənzilə baxmaq üçün getmiş, həmin evə baxdıqdan sonra evi kirayə verən şəxslə hər ay üçün 350 manat ödəniş müqabilində razılaşmışlar. Bundan sonra o, 350 manat pul vermiş, Xaliqlə həmin kirayə qaldığı mənzildə 12 gün qalmış, sonra isə Xaliq yaşadığı Naxçıvan MR-sı Şərur rayonuna getmiş, onun da həmin vaxtı pula ehtiyacı olmuş, bu məqsədlə kirayə götürdüyü evdə olan «BAYMAK» markalı kombi aparatını, 5 ədəd istilik radiatorları, hamam qızdırıcısı, 1 ədəd «SVİZERLAND” markalı plazma televizoru, evin içərisində olan 1 ədəd yorğanı, 3 ədəd odeyalı, 5 ədəd yataq dəstini oğurlayaraq evdən çıxarmışdır. Bundan sonra həmin əşyaları Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığında yerləşən məişət əşyaları alqı- satqısı ilə məşğul olan mağazaya yaxınlaşmış və həmin mağazada işləyən şəxsə 1 ədəd «SVİZERLAND” markalı plazma televizoru 50 manata satmış, daha sonra oradan çıxaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metro stansiyasının yaxınlığında yerləşən istilik sitemləri mağazasına yaxınlaşaraq kombi və istilik radiatorlarının olduğunu və onları satmaq istədiyini bildirmiş, mağazada işləyən həmin şəxsdə kombi və istilik radiatorlarını hansı qiymətə sata biləcəyini ondan soruşduqda həmin əşyaları 300 manata sata biləcəyini demişdir. O da həmin şəxslə razılaşaraq oğurladığı əşyaları 300 manata satmış, bundan sonra həmin pulları götürərək şəxsi ehtiyaclarına xərcləmiş, bundan sonra götürdüyü kirayə mənzilin bir ayı çatdığına görə ev sahibi ona zəng vurmuş və evdə olan əşyaların yerində olmadığını, oğurlandığı həmin əşyaları geri qaytarmasını və onun tərəfindən oğurladığını bildirmiş, o, bundan sonra telefonu söndürmüş və bir daha zənglərə cavab verməmişdir. Bundan başqa göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə qeyri-rəsmi münasibətdə olduğu X6 ilə birlikdə gəlib Abşeron rayonu ərazisində kirayə ev axtarmış, adını bilmədiyi və tanımadığı ev alqı satqısı və kirayəsi ilə məşğul olan bir şəxs onlara Abşeron rayonu Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksində kirayə ev olduğunu və həmin evi onlara göstərə biləcəyini demişdir. O, Xaliq ilə birlikdə həmin mənzilə baxmaq üçün getmiş, onlar həmin evə baxdıqdan sonra evi kirayə verən Namiq adlı şəxslə hər ay üçün 300 manata razılaşmış, bundan sonra Xaliq 300 manat pulu Namiqə vermiş, Xaliqlə həmin kirayə qaldığı mənzildə 2 gün qaldıqdan sonra Xaliq yaşadığı Naxçıvan MR-sı Şərur rayonuna getmişdir. Onun da həmin vaxtı pula ehtiyacı olduğu üçün kirayə götürdüyü Namiq adlı şəxsə məxsus evdə olan 1 ədəd «LG» markalı televizoru, 1 ədəd markasını dəqiq xatırlamadığı soyuducunu, 1 ədəd paltaryuyanı, 2 ədəd isitilik radiatoru oğurlayaraq evdən çıxartmışdır. Bundan sonra həmin əşyaları Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yaxınlığında yerləşən məişət əşyaları alqı satqısı ilə məşğul olan mağazaya yaxınlaşmış və həmin mağazada işləyən şəxsə 1 ədəd pataryuyan maşını 450 manata satmış, daha sonra oradan çıxaraq Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyasının yaxınlığında yerləşən istilik sitemləri mağazasına yaxınlaşaraq istilik radiatorlarının olduğunu və onları satmaq istədiyini bildirmiş, mağazada işləyən həmin şəxsdə istilik radiatorlarını neçəyə sata biləcəyini ondan soruşduqda onları həmin əşyaları 60 manata sata biləcəyini demişdir. O, da həmin şəxslə razılaşaraq Namiqin evindən oğurladığı əşyaları ümumilikdə 510 manata satmış, sonra həmin pulları götürərək şəxsi ehtiyyaclarına xərcləmişdir. Əlavə olaraq göstərmişdir ki, AAAF Park yaşayış kompleksində kirayə yaşadığı mənzildən oğurluğu tək etmiş və Xaliqin bundan xəbəri olmamışdır. Oğurladığı həmin əşyaları satdığı şəxslərə həmin əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmiş, əşyaların oğurluq əşya oİduğunu deməmişdir. Sonda o, ilk dəfə cinayət törətməsini və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Rizvan qızı ifadəsində göstərdi ki, özünə məxsus Abşeron rayonu ərazisində yerləşən Abşeron Gənclər şəhərciyində 3 otaqlı evi var. Həmin evi təxminən xx.xx.2019-cu il tarixdə Əmanət adlı qadına ayı 300 (üç yüz) manata kirayə vermiş, hər ayın 10-da Əmanət ona evin kirayə pulunu verməyi razılaşmışdır. Buna görə də xx xxxxxx 2019-cu il tarixdə Əmanətə zəng vurub ona kirayə pulunu istəmiş, sonuncu isə hazırda rayonda olduğunu bildirmiş və xx xxxxxx 2019-cu il tarixdə gəlib kirayə pulunu verəcəyini demişdir. xx xxxxxx 2019- cu il tarixdə Əmanətin telefonuna zəng çatmamış, təxminən 3 gün gözləmiş, lakin Əmanət telefonunu açmamış, bundan sonra məcburi qaydada kirayə verdiyi özünə məxsus evin qapısını evi kirayə verdiyi zaman vasitəçilik edən makler Ramin adlı şəxsin iştirakı ilə ilə evin qapısının qıfılını sındırıb evə daxil olmuş və evinin içərisində heç kim olmadığını və ona məxsus ev əşyalarının oğurlandığını görmüş, bundan sonra həmin əşyaları evində kirayə yaşayan Əmanət adlı qadın oğurlayıb apardığını və buna görə də mobil telefonunu söndürdüyünü başa düşmüşdür. Əlavə olaraq evi kirayə verən zaman evində «BAYMAK» markalı kombi aparatı, 5 ədəd hər biri 10 seksiyalı olan radiatorlar, hamamın suşılkası, 1 ədəd «SWİZERLAND» markalı soyuducu, REQAL» markalı 6 kq-lıq paltaryuyan maşını, 102 ekranlıq LG markalı plazma televizoru, evin içərisində olan 1 ədəd yorğanı, 3 ədəd ədyalı, 5 dəst pasteli olmuşdur və anların hər biri oğurlandığını göstərmiş, oğurlanmış kombi aparatına radiatorları və suşulka ilə birlikdə 2016-cı ildə 3500 manat yeni vəziyyətdə pul verib almış, hazırki istifadə olunmuş vəziyyətdə isə qiyməti təxminən 3000 (üç min) manat dəyərindədir, soyuducunu isə 2014-cü ildə təzə vəziyyətdə 650 manata almış, hazırki istifadə olunmuş vəziyyətdə olan qiyməti isə təxminən 500 (beş yüz) manat qiymətindədir, paltaryuyan maşınını isə 2014-cü ildə 600 manata təzə vəziyyətdə almış, hazırki istifadə olunmuş vəziyyətdə qiyməti təxminən 400 (dörd yüz) manat dəyərindədir, LG markalı televizoru isə 2014-cü ildə təzə vəziyyətdə 500 manat almış, hazırki istifadə olunmuş vəziyyətdə isə qiyməti təxminən 400 (dörd yüz) manat dəyərindədir, istifadə olunmuş 1 ədəd yorğan qiyməti 100 (yüz) manat, 3 ədəd odeyalın 3-ü birlikdə 100 (yüz) manat, 5 ədəd yataq dəsti birlikdə 100 (yüz) manat olmaqla oğurluq nəticəsində ona ümumilikdə 4600 (dörd min altı yüz) manat ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilmədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 1 ünvanında 2 otaqlı evi vardır və həmin evi kirayə verməklə məşğuldur. xx.xx.2019-cu il tarixdə özünü Xaliq kimi təqdim edən şəxs istifadəsində olan mobil nömrəyə zəng vurarq həmin evi kirayə götürmək istədiyini bildirmiş, onunla görüşüb evi göstərmiş, evdəki əşyaların hamısını bir-bir Xaliqə göstərmiş, sonuncu evi bəyənmiş və 300 manat müqabilində evi kirayə verməyə razılaşmış, lakin Xaliqlə arasında hər hansı bir müqavilə və razılaşma olmamış, Xaliqdən şəxsiyyət vəsiqəsinin surətini istədikdə isə o, şəxsiyyət vəsiqəsinin üzərində olmadığını və bir neçə günə təqdim edəcəyini bildirmişdir, amma 300 manat məbləğində pulu ona vermiş, həmin vaxt Xaliqin yanında Əmanət adlı qadın da olmuş, o, bu müddət ərzində bir neçə dəfə Xaliqə zəng vuraraq şəxsiyyət vəsiqəsinin surətini almaq istəmiş, sonuncu isə hər dəfə ona müxtəlif bəhanələr gətirmiş, xx.xx.2019-cu il tarixdə Xaliqə zəng vurarkən zəng çatmadığı üçün şübhələnmiş, xx.xx.2019-cu il tarixdə evə getmiş, qapını döydükdə qapını açan olmamışdır. Bundan sonra özündə olan açarla qapını açdıqda evdə olan 1 ədəd 500 manat dəyərində «LG» markalı televizorun, 1 ədəd 1000 manat dəyərində «Samsung» markalı soyuducunun, 1 əd 500 manat dəyərində «Hoffman» markalı paltaryuyan maşının, 2 ədəd hər birinin dəyəri 150 manat olan istilik radiatorunun oğurlandığını aşkar etmiş, sonra həmin əşyaları onun evində kirayədə yaşayan şəxsin oğurladığını bilmiş və oğurluq nəticəsində ona ümumilikdə 2300 manat maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilmədiyini bildirdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, Bakı şəhəri Xətai rayonu V.Taun küçəsində icarəyə tikili götürüb orada kombi, radiator və idman alətlərinin təmiri ilə məşğul olur. Təxminən 2019-cu ilin dekabr ayında adını sonradan bildiyi Əmanət adlı şəxs Qara Qarayev metrosunun yaxınlığında onunla görüşüb bildirmişdir ki, təxminən 8 ədəd qızdırcısı vardır və onu satır. Həmin qızıdırıcıların onun özünə məxsus olduğunu sadəcə olaraq hazırda imkanı olmadığı üçün satdığını demiş, o da həmin qızıdırcıları almağa razılaşmış, əvvəlcə 6 ədəd qızdırıcını Əmanət ona gətirib vermiş, o da hər birinə görə 30 (otuz) manat olmaqla ümumilikdə 180 (yüz səksən) manat pulu Əmanətə ödəmişdir. Təxminən bir neçə gün sonra yenidən Əmanət ona 2 ədəd də qızdırcı gətirmiş və o da həmin 2 ədəd qızdırıcıya görə 60 (altmış) manat pul verib almışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs ona satmış olduğu 8 ədəd qızıdırıcıların oğurluq olmasından xəbərsiz olduğunu, belə ki, qızıdırıcıları Əmanət ona gətirib verən zaman onların özünə məxsus olduğunu, sadəcə olaraq hazırda maddi imkansızlığına görə satdığını bildirmişdir.Təqsirləndirilən şəxs bundan əlavə ona əvvəllər heç bir əşya satmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanımır, onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. O, Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospektində yerləşən icarə əsasında 2005-ci ildən elektronik məhsulların sexini işlədir. O, onlayn vasitə ilə işlənmiş elektronik məhsullar alıb həmin məhsulları təmir edib satmaqla məşğul olur. Təxminən 2019-cu ilin dekabr ayında internet vasitəsi ilə ona adını sonradan bildiyi Əmanət adlı şəxs soyuducu olduğunu və həmin soyuducunu satmaq istədiyini bildirmiş, o da Əmanət adlı qadınla Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Gənclər şəhərciyində görüşmüş, Əmanət ona soyuducunun motorunun yandığını və həmin soyuducunu ona görə satmaq istədiyini bildirmiş, o Əmanətdən soyuducunu hansı qiymətə satmaq istədiyini bildirdikdə sonuncu 150 manata sata biləcəyini bildirmiş, o da həmin soyuducunun işlək olmamasına görə 120 manat pul verə biləcəyini bildirmişdir. Bundan sonra Əmanət onunla razılaşmış, o da Əmanətə hər aldığı əşyaya görə satan adamın şəxsiyyət vəsiqəsinin surətini aldığını və ona görə də şəxsiyyət vəsiqəsinin surətini Əmanətdən istəmiş, sonuncu da şəxsiyyət vəsiqəsini ona göstərmiş və surətinin olmadığını, lakin şəklini çəkib çıxarda biləcəyini demiş, o da Əmanətlə razılaşmış və şəxsiyyət vəsiqəsinin şəklini öz mobil telefonu vasitəsi ilə çəkmiş, sonra 120 manat pulu Əmanətə verərək soyuducunu həmin yerdən götürüb aparmışdır. Əlavə olaraq Əmanət adlı qadından bir ədəd markasını xatırlamadığı soyuducu aldığını və həmin soyuducunu alanda Əmanətin şəxsiyyət vəsiqəsini çəkib götürdüyünü, Əmanətin soyuducunu ona satarkən həmin soyuducunun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün atmaq istədiyini göstərmişdir. Təqsirləndirilən şəxs həmin əşyadan əlavə əvvəllər ona başqa hər hansı əşya satmamışdır. X9 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X9 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1976 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş, üzərində hər hansı zədə, nöqsan olmamaqla normal vəziyyətdə olan 2 ədəd ağ rəngli hər biri 8 bölümlü, “LOMBARDİ” markalı istilik radiatorlarının 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti ümumi dəyəri təxminən 192 (2 x 96) manat müəyyən edilir.Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarından görünür ki, iş üzrə maddi sübut olan normal vəziyyətdə olan 2 ədəd ağ rəngli hər biri 8 bölümlü, “LOMBARDİ” markalı istilik radiatorlar sahibinə təhvil verilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək olan müddət ərzində kirayə yaşadığı Zərərçəkmiş şəxs2 Rizvan qızına məxsus Abşeron rayonu, Gənclər şəhərciyində yerləşən mənzildən Zərərçəkmiş şəxs2 məxsus 5 ədəd hər biri 10 seksiyalı olan radiatorlardan, bir ədəd suşilkadan ibarət 3000 manat dəyərində «BAYMAK» markalı kombi aparatını, bir ədəd 500 manat dəyərində «SWİZERLAND» markalı soyuducunu, bir ədəd 400 manat dəyərində «REQAL» firmalı 6 kq-lıq paltaryuyan maşını, bir ədəd 400 manat dəyərində 102 sm ekranlı, «LG» markalı plazma televizoru, 1ədəd 100 manat dəyərində yorğanı, ümumi 100 manat dəyərində 3 ədəd odeyalı, ümumi 100 manat dəyərində 5 dəst yataq dəstini, yəni ümumilikdə 4600 manat dəyərində əmlakınını, o, cümlədən təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə hər hansı bir öhdəlik yaradan müqavilə olmadan, lakin Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksi, bina 10, mənzil 6 ünvanında yerləşən evində kirayə yaşayan zaman ev sahibi Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 500 manat dəyərində LG markalı televizorun, 1 ədəd 1000 manat dəyərində Samsung markalı soyuducunu, 1 ədəd 500 manat dəyərində Hoffman markalı paltaryuyan maşını, 2 ədəd hər birinin dəyəri 150 manat olan radiatoru gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 2300 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekpertiza rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə xx.xx.2020-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Oğuz RİH başçısının Yaqublu kəndi İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayonu, Yenikənd kəndində anası-1965-ci il təvəllüdlü X2, əri- 1988-ci il təvəllüdlü X3, oğlu-2010-cu il təvəllüdlü X4 və 2012-ci il təvəllüdlü X5 ilə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməklə əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən axtarış elan edilmiş, o, xx.xx.2020-ci il tarixində Abşeron rayonu ərazisində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra məhkəmənin çağırışlarına gəlmədiyi üçün xx.xx.2020-ci il tarixdə barəsində qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və o, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində tutularaq Abşeron rayon Məhkəməsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Oğuz rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 2 ədəd ağ rəngli hər biri 8 bölümlü, “LOMBARDİ” markalı istilik radiatorlar sahibinə təhvil verilməsi nəzərə alınsın. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Hökmün icrası Oğuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Rizvan qızına və Zərərçəkmiş şəxs1 törədilmiş cinayət nəticəsində dəymiş və ödənilməmiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Oğuz rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Oğuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan 2 ədəd ağ rəngli hər biri 8 bölümlü, “LOMBARDİ” markalı istilik radiatorlar sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Rizvan qızına və Zərərçəkmiş şəxs1 törədilmiş cinayət nəticəsində dəymiş və ödənilməmiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-73/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-73/2021
19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver