Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-73/2022 05.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1987-ci ildə Tovuz rayonu, Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmyan, Tovuz rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır kəndi, «Qurtuluş 93» yaşayış massivində yaşayan və barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurub dələduzluq etmiş və təkrarən özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Masazır kəndində yerləşən bələdiyyə mülkiyyətində olan 1,5 sot torpaq sahəsini göstərib özünə məxsus olduğunu bildirməklə istintaqa məlum olmayan mənbədən əldə etdiyi Abşeron rayonu Masazır Bələdiyyəsinin adından verildiyi göstərilən Zərərçəkmiş şəxs1 adına yazılmış nömrəsiz və tarixsiz Yerquruluşu planından çıxarışını təqdim edib həmin torpaq sahəsində ev tikib ona təhvil verəcəyinə dair yalan vəd verərək inandırmış, bu niyyətlə 06.08.2020-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, «Bravo» marketin qarşısındakı ərazidə 500 manat, 07.08.2020-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, «Zəfər» kafesində 4000 manat, 08.08.2020-ci il tarixdə eyni ünvanda 1500 manat, 09.08.2020-ci il tarixdə eyni ünvanda 2000 manat, 10.08.2020-ci il tarixdə eyni ünvanda sayğacların quraşdırılması xərci ilə birlikdə 3000 manat və 24.08.2020-ci il tarixdə eyni ünvanda 500 manat pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 11.500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyətilə özgənin əmlakını gizli talama məqsədi ilə 31 avqust 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Masazır kəndi, “Damla mebel” fabrikinin yaxınlığında yerləşən sərhədlənməmiş və əhatəyə alınmamış torpaq sahəsində olan 1000 manat dəyərində dəmir konstruksiyalı vaqonu, onun içərisində saxladığı bir ədəd 50 manat dəyərində Rusiya istehsalı olan işlənmiş paltaryuyanı, bir ədəd 30 manat dəyərində Rusiya istehsalı olan işlənmiş ütünü, hər birinin dəyəri 50 manat olmaqla ümumi 150 manat dəyərində üç ədəd işlənmiş xalçanı və 300 manat dəyərində qab-qacaq servizini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 1530 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 hadisədən əvvəl təxminən üç ay olardı ki, Əli adlı şəxsin vasitəsi ilə tanış olmuşdu. Belə ki, 2020ci ilin iyul-avqust ayında Əli ona onun qohumu Anarın əlində 11500 manat pulu ilə ona ev tikib vermək lazım olduğunu bildirəndə Əli ilə razılaşmış və onunla görüşüb ona torpaq alaraq orada ev tikib satmağı razılaşmışlar. Evin tikintisini bir qədər apardıqdan sonra Anarda və İcra Hakimiyyətində müəyyən problemlər yarandığı üçün tikinti işləri yarımçıq qalmış, evi tam tikib qurtara bilməmişdir. O, Anarın evinin tikilməsi məqsədi ilə armatur və taxtalar almış, müxtəlif vaxtlarda tikintisi yarımçıq qalmış evə gəlsə də, oradan aldığı hər hansı əşyanı götürməmişdir. Anarla torpağın alınması və evin tikilib satılmasını ümumilikdə 11500 manat pula danışıb razılaşsada Anar həmin məbləğdə pulu ona verməmişdir. Belə ki, Anardan 2020-ci ilin avqust ayında torpağın ona satılması üçün 4000 manat və evin tikintisi üçün 3500 manat, cəmi 7500 manat Anardan pul almışdır. Anara verdiyi torpağın sənədi ilə bağlı həmin torpaq sahəsinin ona məxsus olduğunu, torpağı Anara satsa da, torpağın sənədini Anarın özünün gedib alacağını bildirmişdir. Anarın torpağın sənədini kimdən aldığınıbilmir. O, əlavə olaraq göstərdi ki, Abşeron rayonu, Masazır kənd ərazisində müxtəlif evlərdə tikinti işlərində ustalıq edib ailəsini dolandırır, bundan başqa ərazidən dəmir yığıb dəmir qəbulu yerlərinə sataraq pul əldə edir. 30 avqust 2020ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, “Qurtluş-93” yaşayış massivinin arxa tərəfində, “Damla mebel” fabrikinin yaxınlığında boş sahədə dəmir axtaran zaman orada dəmir vaqonun olduğunu görüb həmin vaqona yaxınlaşaraq baxarkən vaqonun qapısının bağlı olduğunu, həmçinin içərisində heç kimin olmadığını, vaqonun sahibsiz və tullantı kimi oraya qoyulduğunu düşünərək həmin vaqonu götürüb dəmir qəbulu yerinə satmağıvə dolanışığı üçün pul əldə etməyi fikirləşmiş və 31 avqust 2020-ci il tarixdə saat 10 radələrində MAN sürücüsü kimi tanıdığı, lakin adını bilmədiyi şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib torpaq sahəsində olan vaqonun götürmək lazım olduğunu həmin şəxsə demişdır. 31 avqust 2020-ci il tarixdə saat 12 radələrində Ramazan adlı şəxs MAN markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə vaqonun olduğu yerə gələrkən Ramazan adlı şəxsə özünə məxsus torpaq sahəsini satdığını, torpağı satdığı üçün vaqonu buradan götürüb satmaq üçün apardığını bildirmişdir. Ramazan kran sürücüsü çağırmış, 31 avqust 2020-ci il tarixdə saat 16 radələrində Rəşad adlı şəxs kran markalı avtomobil ilə oraya gəlmiş, kran sürücüsü vaqonu kranla götürüb Ramazanın idarə etdiyi avtomobilinin yük yerinə qoymuşdur. O, xidmət haqqı olaraq Rəşada 50 manat pul vermişdir. Bundan sonra o, Ramazanın avtomobilinə əyləşmiş, birlikdə Abşeron rayonu Saray qəsəbəsi yeni Saray yolunda yerləşən dəmir qəbulu yeri olan “Azkal”-a getmiş, orada vaqonu 500 manata satmışdır. O, ilkin olaraq Ramazanla xidmət haqqını 100 manata danışsada, lakin bir neçə saat orada olduğuna görə Ramazan ondan əlavə 50 manat da pul istəmiş, o, Ramazana ümumilikdə 150 manat pul vermişdir. Vaqonun içərisində olan paltaryuyan, xalça, qab-qacaq və ütünü isə Saray yolunda yolun kənarına tökmüşdür. Etdiyi əməldən peşmandır. Rəşad və Ramazan vaqonun oğurluq olmasını bilməmiş, onlara torpaq sahəsinin ona məxsus olduğunu, torpaq sahəsini satdığına görə vaqonu oradan götürüb apardığını demişdir. O, “Azkal”-da işçiyə həmin vaqonun özünə məxsus olduğunu demiş, həmçinin öz mobil nömrəsini və adını dəftərə qeyd etdirmişdir. Sonda o, cinayət əməli törətmədiyi üçün məhkəmədən cəza verilməməsini, cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Əli adlı şəxsin vasitəsi ilə tanımışdır. 2020-ci ilin avqust ayında o, torpaq alıb ev tikmək qərarına gəlmişdir. Əli adlı tanıdığı şəxsə bu barədə müraciət etdikdə Zöhrab adlı ustanın ev tikib təhvil verməklə məşğul olduğunu bildirmiş və Zöhrabın mobil telefon nömrəsini onunla danışmaq üçün vermişdir. Zöhrab ona Masazır qəsəbəsində Qurtuluş 93 yaşayış massivinin arxasındakı «Limon» marketin yaxınlığında torpaq sahəsi olduğunu, həmin torpağın bir sotunda ev tikib ona təhvil verəcəyini və bütövlükdə ondan 10.000 manat pul alacağını bildirəndə onunla razılaşmış, lakin əlində pul olmadığı üçün onunla görüşməmişdir. Bundan sonra rayona gedib atasıgilin köməkliyi ilə bankdan 10.000 manat pul götürüb geri qayıtmış, 05.08.2020-ci il tarixdə həmin pulu götürmüş, 06 avqust 2020-ci il tarixdə evin tikilməsi ilə bağlı Masazır qəsəbəsi ərazisində yerləşən «Bravo» marketin qarşısında Zöhrabla görüşdükdə ona işin başlanması üçün 500 manat pul vermişdir. Həmin günün səhərisi Masazır qəsəbəsində yerləşən «Zəfər» kafesində səhər saat 10-11 radələrində onunla görüşmüş, Zöhrab sement, daş, qum və beton alınması üçün ondan pul istəmiş və kafedə ona 4000 manat da pul vermişdir. Buna baxmayaraq Zöhrab tikinti aparılması üçün yenidən pul lazım olduğunu demiş, o, da işin ləngiməməsi üçün 08 avqust 2020-ci il tarixdə axşam radələrində «Zəfər» kafesində Zöhrabla görüşmüş, ona yenidən 1500 manat pul vermişdir. Zöhrab hər dəfə ondan pul istədikdə onun sözünü yerə salmadığını görüb yenidən pul tələb etməyə başlamışdır ki, işi görüb qurtarsın. O, Zöhraba xatırlatmışdır ki, «sən mənə torpağın satılması üçün deyil, bütöv evin tikilib təhvilv verilməsi üçün 10.000 manat pul demisən»-deyə bildirəndə Zöhrab da 15 gün ərzində evi tikib təhvil verəcəyinə onu tam əmin etmişdir. Həmçinin ondan sayğacların quraşdırılması üçün əlavə pul tələb etməyə başladıqda ona danışıqlarının 10.000 manat olacağını bildirsə də, Zöhrab razılaşmamış və əlavə xərclər çıxdığını ona demiş, buna görə də işin tamamlanması üçün razılaşmış və danışıqlarından qalıq qalmış 2000 manatın üstünə 1000 manat da əlavə edib ümumi 3000 manat pulu 10 avqust 2020-ci il tarixində yenidən həmin “Zəfər” kafesində Zöhraba vermişdir. Belə ki, Zöhrab hər gün axşamlar həmin kafedə yeyib içdiyi üçün orada onunla görüşmüşdür. Bundan sonra Zöhrab tikdiyi evin yan divarlarının hörgü daşlarını hörməyə başlamış, sonuncu dəfə 24 avqust 2020-ci il tarixdə Zöhrabla yenidən həmin kafedə görüşərkən işin görülməsi üçün aldığı pulların azlıq etdiyini, əlavə pul lazım olduğunu bildirdikdə ondan nə qədər pul lazım olduğunu soruşarkən 500 manat da pul lazım olduğunu demiş, o, da həmin vaxt 500 manat pulu çıxarıb vermişdir. Zöhrabdan aldığı pulun miqdarında iş görmədiyini deyərkən onu işin görülüb qurtaracağına əmin etmişdir. Zöhraba ümumilikdə saycağın da quraşdırılması ilə birlikdə 11.500 manat pul verməyinə baxmayaraq 24 avqust 2020-ci il tarixindən 06 sentyabr 2020-ci il tarixinədək olan müddətdə Zöhrab heç bir iş görmədiyi üçün onun tərəfindən aldanıldığını başa düşmüşdür. Ona zəng edib işini tələb etdikdə isə telefonda aralarında mübahisələr yaranmağa başlamışdır. Həmin ərəfədə Zöhrab evin tikintisi üçün oraya alınıb gətirilmiş taxtaların və armaturların tədricən bir hissəsini daşıyıb aparmış, bu barədə zəng edib ona bildirdikdə etdiyi əməli boynuna almamışdır. Bundan sonra o, Zöhrabı bir daha tapa bilməmiş və ancaq onunla telefonda zəngləşib işini tələb etdikdə onunla söyüşlə danışmış və buna görə də aralarında mübahisələr davam etmişdir. Bundan sonra telefonda ondan şikayət edəcəyini bildirdikdə haraya istəyirsən şikayət et demişdir. Belə olduqda artıq Zöhrab tərəfindən aldanıldığı üçün Abşeron rayon Pİ-nə ərizə ilə müraciət etmişdir. O, Zöhraba pulu verdikdən sonra aldığı torpağa görə ondan sənəd tələb etməyə başlamış, Zöhrab isə heç bir problem yoxdur demişdir. Səhəri günü Zöhrab ona torpaq sənədi gətirib verdikdə həmin sənədin üzərində başqa bir qadının adının yazıldığını görüb Zöhraba bu barədə iradını bildirdikdə sonuncu ona «narahat olma bilirəm»-deyə cavab vermişdir. Bundan sonra gətirdiyi sənədin şəklini telefonda çəkib onun istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefonun «Watsap» nömrəsi ilə Rafiq adlı şəxsin istifadəsində olan ***-***-**-** GSM mobil telefonun «Watsap» nömrəsinə göndərmiş, həmin nömrənin sahibinin BTİ-də və yaxud bələdiyyədə işlədiyini bildirmişdir. Səhəri günü isə Zöhrab həmin sənədin onun adına yazılmış formasını ona təqdim etmiş və ona satdığı torpağın sənədi olduğunu bildirmişdir. Lakin həmin sənədə baxdıqda onun üzərində möhür olmadığını görmüş və bu barədə Zöhraba deyəndə ondan sənədi almış və təxminən 3 saat ərzində həmin sənədi möhürlü vəziyyətdə gətirib ona qaytarmışdır. Zöhrab artıq onun işlərini görməyib yarımçıq saxladıqdan sonra Zöhrabın ona verdiyi torpaq sənədinə əsasən torpaq sahəsinə qaz çəkdirilməsini təmin etmək üçün özü Masazır bələdiyyəsinə müraciət etmiş, Masazır bələdiyyəsindən arayış alınması üçün bələdiyyə sədrinin yanında olduqda Zöhrabın ona satdığı torpağa görə verdiyi sənədi bələdiyyə sədrinə təqdim etmiş, bələdiyyə sədri ona təqdim etdiyi sənədlərə baxdıqda həmin sənədin printerdə çıxarıldığını və saxta sənəd olduğunu, həmçinin sənədin üzərində olan imzanın ona aid olmadığını və möhürün də onun tərəfindən vurulmadığını bildirmişdir. Bundan sonra o, ki, Zöhrabın ona satdığı torpağa görə təqdim etdiyi sənədində saxta olduğunu başa düşmüşdür. Zərərçəkmiş şəxs1 əlavə olaraq ifadəsində göstərdi ki, o, Zöhrabdan 4500 manat pul verib torpaq sahəsini almış, sonra isə aralarındakı razılaşma əsasında həmin topraq sahəsində ona dediyi formada evi tikməyi, tam şəkildə təmir edib ona təhvil verməsi üçün ona 11500 manat pul vermişdir. Bundan sonra isə Zöhrab əlavə olaraq ondan qaza, işığa və suya sayağac qoymaq üçün 1000 manat pul almış, ancaq həmin pulu ona versə də o, qaz, işıq su sayağacını qoymamış, o, yenidən qaza, işığa və suya görə sayağacı özü qoydurmuşdur. Zöhrab verdiyi 11500 manat pulu aldıqdan sonra işini başa vurmadan qaçıb çıxıb getmişdir. Həmin evi isə o, öz pulu hesabına tikdirmişdir. Zöhrab yalnız onun evinin 3 tərəfli mişar daşlarından hörgü işini görüb çıxıb getmişdir, evin yerdə qalan bütün işlərini öz vəsaiti hesabına görmüşdür. Təxminən o, Zöhraba verdiyi 11500 manat puldan əlavə evinin başa çatdırılmasına 20000 manat pul xərcləmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsi “Damla” mebel fabrikinin yaxınlığında 2016-cı ildə 6 sot torpaq sahəsi almış, həmin torpaq sahəsində şəxsi problemləri olduğu üçün heç bir tikinti işləri apara bilməmişdir. 27 avqust 2020-ci il tarixdə saat 10 radələrində ustaların yerləşməsi, yemək yeməsi və tikinti işlərinə başlaması üçün içərisində ona məxsus əşyalar olan 3x4 metr ölçüdə dəmir vaqonu həyətyanı torpaq sahəsinə gətirib qoymuşdur. Sonuncu dəfə həyətyanı torpaq sahəsində 28 avqust 2020-ci il tarixdə 16 radələrində olmuş, sonra o, yaşadığı Yardımlı rayonuna getmişdir. 01 sentyabr 2020-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu Saray qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinə getdikdə orada olan vaqonun yerində olmadığını görmüşdür. Bu barədə Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə məlumat vermiş, hadisə yerinə gələn polis əməkdaşları onun iştirakı ilə hadisə yerini müayinə etmişlər. Oğurlanmış vaqonun dəyəri 1000 manat olmaqla onun içərisində Rusiya istehsalı olan 50 manat dəyərində işlənmiş paltaryuyan, Rusiya istehsalı olan 30 manat dəyərində işlənmiş ütü, hər birinin dəyəri 50 manat olmaqla üç ədəd işlənmiş xalça və 300 manat dəyərində qab-qacaq servizi var idi. O, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, ona dəyən ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs1 tanımır, lakin Təqsirləndirilən şəxs Masazır qəsəbə sakini kimi tanımışdır. Bundan əlavə o, 2019-cu ilin axırlarında işdən azad olunmuş, ona görə də 2020-ci ilin avqust ayında Sumqayıt şəhərində 12 saylı MİS-də işləyir. Sözügedən sənədlə tanış olmuş və həmin sənədlə bağlı bildirmişdir ki, Şahid1 sözünün qarşısındakı imza ona məxsusdur, həmçinin həmin qrafada olan möhür Masazır kənd Bələdiyyəsinə məxsusdur. Lakin qeyd etmişdir ki, o, sənədə imza edərkən həmişə göy rəngli qələmdən istifadə etmiş, heç vaxtı qara rəngli qələmdən istifadə etməmişdir. Bunqdan əlavə həmin sənəd hər hansı rəsmi sənədin surətidir. Yəni saxta şəkildə hazırlanmışdır. Bələdiyyənin möhürünü isə o, işdən çıxdıqdan sonra yeni bələdiyyə sədrinə təhvil verilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilən X5 oğlu göstərdi ki, o, hörgü ustası olmaqla Təqsirləndirilən şəxs sifarişi ilə Masazır qəsəbəsində Qurtuluş 93 yaşayış massivinin arxasındakı «Limon» marketin yaxınlığında tikilən evdə yarımçıq və əyri tikilmiş daş işlərini görmüş, lakin Abşeron rayon İcra Hakimiyyətinin işçiləri torpağın sənədi və tikintiyə icazə olmadığı üçün işini dayandırmışlar. O, Zöhrabdan gördüyü işin müqabilində 400 mamat pul almışdır. Verilən pulun 100 manatı əyri tikilmiş hörgünün düzəlməsi ilə əlaqədar ödənmişdir. Ev sahibi Anarı orada görmüşdür. Evin qarşısı boş qalmaqla daş işi yarımçıq “P” şəklində tikilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, “MAN” yük markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində dayanır. Müştəri olduqda, həmin müştərinin yükünü avtomobili ilə daşıyır. 31 avqust 2020-ci il tarixdə saat 10 radələrində onun istifadəsində olan ***-***-**-** mobil telefonuna ***-***-**-** telefon nömrəsindən zəng gəlmiş və ona özünü Zöhrab kimi təqdim edən şəxs Abşeron rayonu, Masazır kəndi Qurtuluş-03 yaşayış massivinin arxa tərəfində boş torpaq sahəsindən vaqonu olduğunu və həmin vaqonu daşımaqda ona köməklik etməyini xahiş etmişdir. O, da 31 avqust 2020-ci il tarixdə saat 12 radələrində Zöhrabın dediyi yerə, yəni Abşeron rayonu, Saray qəsəbəsi, “Damla mebel” fabrikinin yaxınlığına getmişdir. Həmin ərazidə Zöhrab onu gözləmişdir. Boş torpaq sahəsində dəmirdən 3x4 metr ölçüdə vaqonu görüb həmin vaqonun kimə məxsus olduğunu Zöhrabdan soruşduqda Zöhrab torpaq sahəsinin və vaqonun ona məxsus olduğunu, lakin torpaq sahəsini satdığına görə vaqonu buradan götürüb metal qəbulu yerinə satacağını bildirmişdir. O, tanışı Rəşad adlı şəxsə zəng etmiş və kran markalı avtomobili ilə oraya gəlməsini və vaqonu onun avtomobilinə yükləməsini xahiş etmişdir. Rəşad kran markalı aavtomobili ilə 31 avqust 2020-ci il tarixdə saat 16 radələrində oraya gəlmiş, vaqonu onun idarə etdiyi avtomobilə yüklədikdən sonra Zöhrab ona xidmət haqqı olaraq 50 manat pul vermişdir. Rəşad oradan çıxıb getmiş, o, idarə etdiyi avtomobil ilə Zöhrabın göstərdiyi yolla hərəkət etmiş, Zöhrab yolda vaqonu dəmir qəbulu yerinə satmağını demiş və ondan yaxınlıqda dəmir qəbulu yeri olub-olmamasını soruşduqda, o, Zöhraba Saray yolunun üstündə “Azkal” dəmir qəbulu yeri olduğunu bildirib Zöhrabla birlikdə “Azkal” dəmir qəbulu yerinə getmişlər. Orada Zöhrab dəmir vaqonu satdıqdan sonra ona 100 manat vermək istəyəndə, o, neçə saat olarki orada, yəni vaqonun olduğu yerdə onu gözlədiyinə görə əlavə 50 manat pul da verməsini bildirdikdə Zöhrab ona əlavə olaraq 50 manat, yəni ümumilikdə 150 manat pul vermişdir. Vaqonun içərisində xalça, qab-qacaq və paltaryuyan olmuş, həmin əşyaları zavoddan çıxdıqdan sonra yolun kənarına atmışdır. O, ifadəsində əlavə olaraq göstərmişdir ki, əgər həmin vaqonun Zöhrab tərəfindən oğurlanmasını bilsəydi, bu barədə polisə məlumat verərdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2007-ci ilin aprel ayından etibarən Abşeron rayon DƏDRX-də texnik vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs üzdən, Zərərçəkmiş şəxs1 isə tanımır. Təqsirləndirilən şəxs 2020-ci ildə Zöhrabın «Watsap» vasitəsi ilə Masazır bələdiyyəsinin Yerquruluşu Planından çıxarış şəklini çəkib onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə göndərməsi ilə bağlı Zöhraba sənədlərdə texniki səhvlərə yol verilirsə həmin səhvlərin düzəldilməsi üçün rayon icra hakimiyyətinin memarlıq şöbəsində baxıldığını izah etmişdir. O, ifadəsinə əlavə olaraq onun Zöhrab ilə Anarın arasında olan alqı-satqı ilə bağlı heç bir məlumatı olmadığını göstərmişdir ki. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Abşeron rayonu Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi bina 14b mənzil 32-də ailəsi ilə birlikdə yaşayır. O, Zöhrabı ev tikib satan şəxs kimi tanımış, lakin onunla heç bir iş birliyi və əlaqəsi olmamışdır. O, 2020-ci ilin avqust aylarında işsiz olarkən Abşeron rayonu Qurtuluş 93 yaşayış kompleksində yerləşən kafedə gəlib-gedərkən orada Zöhrabla tanış olmuş, təxminən həmin ərəfədə Zərərçəkmiş şəxs1 Naxçıvanda olarkən ona zəng edib Masazır qəsəbəsində bir sot torpaq alıb orada ev tikdirmək istədiyini, hazırda əlində 10.000 manat pul olduğunu bildirdikdə o, isə Anara torpaq işi ilə məqşğul olmadığını, lakin burada ev tikib satan şəxsləri tanıdığını demiş, Anar həmin şəxsin nömrəsini ondan istədikdə o, Zöhrabın mobil telefonunu ona vermiş, Anar Zöhrabla telefonla əlaqə saxlamışdır. Sonradan eşitmişdir ki, Zöhrab ona Masazır qəsəbəsi ərazisində torpaq sahəsi almış və orada ona ev tikir. Bir neçə vaxtdan sonra isə eşitmişdir ki, Anarla Zöhrab arasında ev üstündə mübahisə var. O, qeyd etmişdir ki, Anarla danışarkən sonuncu Naxçıvan MR-da olmuşdur. Pandemiya dövrü olduğu üçün Anar Naxçıvandan gələ bilməmişdir. Lakin onun Anarla Zöhrabın arasında olan mübahisədən heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2019-cu ilin fevral ayından etibarən Abşeron rayon Saray qəsəbəsi ərazisində yerləşən «AZKAL» metal qəbulu sexində işləyir. Təqsirləndirilən şəxs tanımır, onunla əlaqəsi yoxdur. 2020-ci ilin 30 avqust tarixində Təqsirləndirilən şəxs dəmir vaqonu sexə gətirib 500 manata ona satmış və həmin vaqonun ona məxsus olduğunu, pul lazım olduğu üçün vaqonu satdığını bildirmişdir. O, da vaqonu Zöhrabdan alıb 500 manat pulu sonuncuya vermiş, sonra vaqonu sexin həyətinə yerləşdirmişdir. Səhəri günü isə həmin şəxs adını sonradan bildiyi Zöhrab sexə gəlib verdiyi pulu geri qaytarıb vaqonu satası olmadığını bildirdikdə o, da Zöhraba verdiyi pulu ondan alıb vaqonu onun özünə geri qaytarmışdır. Zöhrab vaqonu “Kamaz” markalı avtomobilə mindirib aparmış, ancaq hara apardığını bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir İş materiallarında olan məhkəmə tikinti və əmtəəşünaslıq ekspertizasının 05 avqust 2021-ci il tarixli 10/2536 nömrəli rəyindən görünür ki, Abşeron rayonu Masazr qəsəbəsi Qurtuluş 93 massivində yerləşən fərdi yaşayış evində aparılmış tikinti işlərinin bazar qiymətlərinə uyğun olapraq ümumi dəyəri təqribən 13997.3 manat məbləğində müəyyən olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli 7 №-li Qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vazifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istintaq orqanına və məhkəmə baxışında verdiyi ifadələrində ümumilikdə Zərərçəkmiş şəxs1 7500 manat pul aldığını göstərsədə zərərçəkmiş şəxsin ifadəsi, tərəflər arasında keçirilmiş üzləşmə protokolları ilə Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır kəndində yerləşən bələdiyyə mülkiyyətində olan 1,5 sot torpaq sahəsini göstərib özünə məxsus olduğunu bildirməklə Abşeron rayonu Masazır Bələdiyyəsinin adından verildiyi göstərilən Zərərçəkmiş şəxs1 adına yazılmış nömrəsiz və tarixsiz saxta Yerquruluşu planından çıxarışı əldə edib həmin torpaq sahəsində ev tikib ona təhvil verəcəyinə inandıraraq ümumilikdə 11500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi, o cümlədən Təqsirləndirilən şəxs təkrarən, tamah niyyətilə özgənin əmlakını gizli talama məqsədi ilə 31 avqust 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Masazır kəndi, “Damla mebel” fabrikinin yaxınlığında yerləşən sərhədlənməmiş və əhatəyə alınmamış torpaq sahəsində olan 1000 manat dəyərində dəmir konstruksiyalı vaqonu, onun içərisində saxladığı bir ədəd 50 manat dəyərində Rusiya istehsalı olan işlənmiş paltaryuyanı, bir ədəd 30 manat dəyərində Rusiya istehsalı olan işlənmiş ütünü, hər birinin dəyəri 50 manat olmaqla ümumi 150 manat dəyərində üç ədəd işlənmiş xalçanı və 300 manat dəyərində qabqacaq servizini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 1530 manat dəyərində ziyan vurmaqla oğurluq etməsi şahid ifadələri ilə kifayət qədər sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs torpaq sahəsi alaraq orada ev tikdirmək adı altında Zərərçəkmiş şəxs1 11.500 manat pulunu almaq xüsusatı üzrə gətirdiyi dəlillər, eləcə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməməsi cinayət məsuliyyətindən yaxa qurtarmağa yönələn özünü müdafiə xarakterli hərəkətlər kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Abşeron RİHB-nın Masazır kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, onun barəsində şikayət və ərizə daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və Zərərçəkmiş şəxs2 ziyanının ödənilməsini onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması, 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanının çağırışlarına gəlmədiyi üçün barəsində 01.01.2021-ci il tarixdə axtarış elan edilmiş və o, 13.02.2021-ci il tarixdə tutulmuşdur. Daha sonra Abşeron RM-nin 15.02.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və 15.02.2021-ci il tarixdə onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs istintaq orqanının çağırışlarına gəlmədiyi üçün barəsində 14.06.2021-ci il tarixdə təkrar axtarış elan edilmiş və o, 15.09.2021-ci il tarixdə tutulmuş, 17.09.2021-ci il tarixdə onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli 05.03.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarətinə vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 176 (yüz yetmiş altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirli bilinib ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmənin 01 gününə hesablanmaqla 01 (bir) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə, Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 gün həbsdə saxlandığı müddət azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla ona qəti cəza 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarətinə vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 05.03.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılsın. İş üzrə zərərçəkmiş şəxsə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 176 (yüz yetmiş altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-73/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-73/2022
05.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver