Məhkəmə qərarları › İş №1(012)-73/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-73/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-73/2025 08.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkən-mülki iddiaçı Zərərçəkmiş şəxs6-onun vəkili-nümayəndəsi Müdafiəçi1 Təqsirləndirilən şəxs və müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi ev 14-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edərək, sonuncunun Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş oğlu X9 cəzasını yüngülləşdirəcəyini yalandan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən “Bravo” marketin yaxınlığında 13.000 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 13.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü işgüzar şəxs kimi təqdim edib aralarında olan tanışlıq münasibətlərindən istifadə etməklə Zərərçəkmiş şəxs2 etibarından sui- istifadə edərək onun üçün Gürcüstandan «Nissan Macx» markalı avtomobil alıb gətirəcəyinə dair yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin oktyabr ayında ünvan 1 ünvanında yerləşən yaşayış binasının qarşısında 1500 manat və 2021-ci ilin dekabr ayında həmin ünvanda 500 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 2000 (iki min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şahid7 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs8 övladı X14 təhsil aldığı Xəzər Universitetindən Azərbaycan Dillər Universitetinə köçürülməsində köməklik edəcəyini və təhsil haqqını ödəyəcəyini yalandan vəd edərək inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs8 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, «Memar Əcəmi» metrostansiyasının yaxınlığında tanışı Şahid7 vasitəsilə verdiyi 13.000 manat, 2021-ci ilin noyabr ayında Bakı şəhəri, Nəsimi rayonu M.Qaşqay küçəsində 5200 manat pulu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 18.200 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakının etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 bacısı X8 Azərbaycan Dillər Universitetinin kitabxanasına işə düzəldəcəyi və tanışı X15 əlillik təqaüdü düzəldəcəyi barədə yalan vəd verərək, 2021-ci ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs3 bacısı Aynur Rizayevanı Azərbaycan Dillər Universitetinin kitabxanasına işə düzəltməsi məqsədilə onun Kapital Bank kartına göndərdiyi 350 manat pulu, 2021-ci ilin dekabr ayının axırlarında tanışı Mürsəl Ağayevə əlillik təqaüdü düzəltməsi məqsədilə ünvan 2 ünvanında yerləşən “Həyat” şadlıq evində verdiyi 4000 manat pulu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 4350 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 4350 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakının etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid4 vasitəsilə qiyabi olaraq tanış olduğu Sabirabad rayonu, Cəngan kənd sakini Zərərçəkmiş şəxs4 pensiyasını bərpa etdirmək adı ilə sonuncuya anasının Dövlət Sosial Müdafiə Fondunda işləməsi və özünün geniş əlaqələri və təsir imkanlarının olması barədə yalan məlumatlar verərək inandırıb Zərərçəkmiş şəxs4 30 aprel 2022-ci il tarixdə göndərdiyi 3000 manat, 01 iyun 2022-ci il tarixdə isə 700 manat pulu Şahid4 şəxsi istifadəsində olan Kapital Banka məxsus 4169 7385 4814 8869 saylı bank hesab kartı vasitəsilə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mikrorayon ərazisində yerləşən “Tayqa” marketin qarşısında quraşdırılmış Kapital Banka məxsus bankomat vasitəsilə nağdlaşdırıb vahid niyyətlə ələ keçirməklə, zərərçəkmiş şəxs Nüsrət Məmmmədova cəmi 3700 manat maddi ziyan vuraraq özgənin əmlakını aldatma üsulu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakının etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Şahid4 vasitəsilə qiyabi olaraq tanış olduğu Sabirabad rayonu, Cəngan kənd sakini Zərərçəkmiş şəxs4 pensiyasını bərpa etdirmək adı ilə sonuncuya anasının Dövlət Sosial Müdafiə Fondunda işləməsi və özünün geniş əlaqələri və təsir imkanlarının olması barədə yalan məlumatlar verərək inandırıb onun qardaşı Bayramqulu Məmmədovun barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə sonuncuya əvvəlcə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi müqabilində 04 iyun 2022-ci il tarixdə göndərdiyi 4000 manat, daha sonra isə B.Məmmədovun şərti olaraq azadlığa buraxılması üçün 11 iyun 2022-ci il tarixdə isə 1500 manat, 30 iyun 2022-ci il tarixdə isə 1000 manat pulu Şahid4 şəxsi istifadəsində olan Kapital Banka məxsus 4169 7385 4814 8869 saylı bank hesab kartı vasitəsilə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mikrorayon ərazisində yerləşən “Tayqa” marketin qarşısında quraşdırılmış Kapital Banka məxsus bankomat vasitəsilə nağdlaşdırıb vahid niyyətlə ələ keçirməklə, zərərçəkmiş şəxs Nüsrət Məmmmədova cəmi 6500 manat maddi ziyan vuraraq özgənin əmlakını aldatma üsulu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə mülkiyyətində olmayan “X33” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 25000 ABŞ dollarına satması barədə “turbo.az” saytında saxta elan yerləşdirdikdən sonra həmin avtomobili almaq istəyən Zərərçəkmiş şəxs5 ilə 03 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində ünvan 3 ünvanında yerləşən yaşayış binasının qarşısında görüşüb ondan beh kimi 2000 manat pul alıb növbəti gün nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə tərtib edilməsini təmin edəcəyini yalan vəd etmiş, lakin vədinə əməl etməyərək Zərərçəkmiş şəxs5 pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etməyə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü işgüzar şəxs kimi təqdim edib yalandan özünə məxsus «BMW 328İ» markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini satdığını bildirməklə Zərərçəkmiş şəxs6 ilə avtomobilin qiymətini 12500 ABŞ dollarına razılaşıb avtomobilin mülkiyyətçisi X6 verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi Şahid3 həmin avtomobili Zərərçəkmiş şəxs6 icarəyə vermək istədiyi barədə həqiqətə uyğun olmayan məlumat verməklə 05 sentyabr 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 21 saylı Notariat ofisində Şahid3 adından Zərərçəkmiş şəxs6 nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə tərtib edilməsinə nail olduqdan sonra həmin ünvanın qarşısında Zərərçəkmiş şəxs6 10370 manat və 10880 manat ekvivalentində 6400 ABŞ dolları pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 ümumilikdə 21250 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “X33” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 25000 ABŞ dollarına satması barədə “turbo.az” saytında saxta elan yerləşdirdikdən sonra həmin avtomobili almaq istəyən Zərərçəkmiş şəxs7 ilə 12 sentyabr 2022-ci il tarixdə avtomobilin satışı barədə razılaşmış, həmin gün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində görüşüb sonuncudan beh kimi 200 manat pul alıb bir həftə ərzində nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə tərtib edilməsini təmin edəcəyini vəd etmiş, bundan sonra Zərərçəkmiş şəxs7 beh kimi əlavə olaraq pul istədiyindən sonuncunun onun istifadəsində olan **********061585 saylı bank kartına 14 sentyabr 2022-ci il tarixdə saat 16:40-da ünvan 5 ünvanında yerləşən «Oba market» mağazasında quraşdırılmış «eManat» ödəniş terminalı vasitəsi ilə göndərdiyi 100 manat, 16 sentyabr 2022-ci il tarixdə saat 11:25-də Hövsan qəsəbəsi, Quşçuluq massivində yerləşən «Araz market»də quraşdırılmış «eManat» ödəniş terminalı vasitəsi ilə göndərdiyi 200 manat və axırıncı dəfə 22 sentyabr 2022-ci il tarixdə saat 20:32də Abşeron rayonu, Digah qəsəbəsi, Vaqif küçəsində yerləşən «Digah market» mağazasında quraşdırılmış «eManat» ödəniş terminalı vasitəsi ilə göndərdiyi 500 manat, ümumilikdə vahid niyyətlə 1000 (min) manat pul pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, vurulmuş ziyandan Lali İsabəiyevaya 7000 manat, Zərərçəkmiş şəxs2 ziyanı ödəyib 700 manat borcu qalıb, Zərərçəkmiş şəxs4 2000 manat ödəyib, həbsdə olduğundan ziyanı ödəmək imkanı olmadığını, əməlindən peşiman olduğunu bildirərək cəza təyinində bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4 -ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Orxan İsabalıyevin məhkəmədə olan işinin həlli üçün onun anası Zərərçəkmiş şəxs1 Binəqədi rayonu Ş.Məmmədova küçəsində yerləşən «Bravo» marketin qarşısında 13000 manat pulu götümüş və onun oğlu Orxanın Bakı Ağır Cinayətlər məhkəməsində olan işinə köməklik göstərməyə söz vermişdir. Lakin sonradan Orxana 10 il azadlıqdan məhrum etmə cəzası verilmişdir. Bundan sonra Apelyasiya Məhkəməsinə şikayət verilmiş və Orxanın məhkəmədə hüquqlarını müdafiə etməsi üçün vəkil tapıb həmin vəkilə 500 manat pul vermişdir. Həmin işin həlli alınmadığından Orxanın anası verdiyi pulu ondan geri istədikdə, o da 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs1 3000 manat pulu Bakı Apellyasiya Məhkəməsinin qarşısında geri özünə qaytarmış, lakin qalan 10.000 manat pulu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs2 qıznı təxminən 2021-ci ilin əvvəllərindən tanımış, tanışlıqdan sonra aralarında yaxın münasibətlər yaranmışdır. Münasibətdə olduğu dövrdə Günelə bildirmişdir ki, ona Gürcüstan Respublikasından ucuz qiymətə maşın alıb gətirə bilər. Belə ki, Günel istifadəsində olan «Opel» markalı avtomobili satmış və «Nissan Macx» markalı avtomobil almaq istəmişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində Günel ona bu barədə deyib köməklik etməyi xahiş etmişdir. O da sonuncuya çox asanlıqla ən geci 2 ay müddətində Gürcüstan Respublikasından «Nissan Macx» markalı avtomobil alıb gətirə biləcəyini bildirmişdir. Söhbət əsnasında əvvəlcədən 2000 manat pul verəcəyini, avtomobil Azərbaycana gəldikdən sonra bankda girov qoyularaq pul götürələcəyi və gömrük rəsmiləşdirilməsi üçün lazım olan pulun götürülmüş kredit hesabına ödəniləcəyini ona demişdir. Günel onun təklifi ilə razılaşmış və 2021-ci ilin oktyabr ayının ortalarında Günellə ünvan 6 ünvanında yerləşən yaşayış binasının qarşısında görüşmüşlər. Günel həmin yerdə ona əvvəlcə 1500 manat pul vermişdir. Sonra isə 2021-ci ilin dekabr ayının əvvəllərində qalan 500 manat pulu ona vermişdir. O da bildirmişdir ki, ən geci 2021-ci ilin dekabr ayının 10-a qədər avtomobil artıq Bakı şəhərində olacaqdır. Söhbət əsnasında demişdir ki, ondan aldığı pulu avtomobili alıb Azərbaycana yola salması üçün Gürcüstan Respublikasında yaşayan tanışına göndərmiş və həmin tanışı da Gürcüstanda avtomobil bazarına gedib yaxşı vəziyyətdə olan «Nissan Macx» markalı avtomobil seçib aldıqdan sonra Azərbaycana yola salacaqdır. Bundan tsonra Günel mütəmadi olaraq avtomobilin alınıb yola salınmasının nə vəziyyətdə olması ilə dəfələrlə məndən maraqlandıqda ona bütün işlərin qaydasında olduğunu demiş, bir neçə dəfə ona zəng etdikdən sonra ona güya aldığı avtomobilin fotoşəkilini göndərmiş ki, ondan şübhələnməsin. Lakin sonradan Günel ona verdiyi vaxtın daha çox uzandığını görüb başa düşmüşdür ki, onu aldadır. Bu səbəbdən də Nərimanov RPİ-nin 18-ci PŞ-nə barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Güneldən aldığı 2000 manat puldan onun şikayət etdiyi dövrə qədər 320 manat, araşdırma dövründə isə 400 manat pul ödəmişdir. Bundan başqa göstərmişdir ki, 2021-ci ilin oktyabr ayında tanışı Şahid6 ilə birlikdə olarkən sonuncu tanımadığı bir nəfər ilə telefonda danışarkən kəsr imtahanlarına köməklik göstərmək barədə söhbət apardığını eşitmiş və ona bu işdə köməklik göstərə biləcəyini bildirmişdir. Bundan sonra ona Rəna adlı qadın zəng edərək nömrəsini Elkindən aldığını bildirərək müdirinin övladının Xəzər Universitetində təhsil aldığını və onun imtahanlardan kəsrlərinin olduğunu bildirmiş və bu işdə onlara köməklik göstərməyi xahiş etmişdir. O sonuncudan kəsr imtahanı olan tələbənin ad soyadını ona göndərməsini xahiş etmişdir. Rəna ad soyadı ona göndərdikdən sonra o Xəzər Universitetinə gedərək orada adını bilmədiyi qadına yaxınlaşaraq tələbənin ad soyadını bildirmiş və həmin tələbənin hansı sayda kəsrləri olması barədə çıxarış vermələrini xahiş etmiş və həmin çıxarışı əldə edərək şəklini çəkmiş və Rənaya göndərmişdir. Bundan sonra Rəna ona həqiqətən köməklik göstərəcəyinə inanaraq onunla Yasamal rayonu ərazisində onun müdirinə məxsus ofisdə görüşmüşlər. Onlar orada söhbət apararkən orada Rəna və sonuncunun müdiri Zərərçəkmiş şəxs8 da olmuş, söhbət əsnasında sonuncu övladının kəsrlərinin düzəldilməsinə və onu Azərbaycan Dillər Universitetinə köçürülməsinə köməklik göstərməyi xahiş etmişdir. Ona qeyd edilən məsələ barədə maraqlandıqdan sonra cavab verəcəyini bildimiş, bir neçə gündən sonra istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Rənanın istifadə etdiyi ***-***-**-** saylı mobil telefonuna zəng edərək kəsr imtahanlarına köməklik göstərəcəyini bildirərək bu işin müqabilində ondan 13.000 manat pul istəmişdir. Rəna müdiri ilə danışıb ona cavab verəcəyini bildirmişdir. 2-3 gün sonra Rəna ona zəng edərək müdiri ilə danışdığını və onun istənilən məbləğ ilə razılaşdığını bildirmişdir. Bundan sonra Rəna ilə Nəsimi rayonu ərazisində yerləşən 32 saylı notariat kontorunda görüşərək müqavilə bağlamış və ondan 13.000 manat pul almış, pulu aldıqdan sonra həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bir müddət sonra Rənaya zəng edərək verilən pulun az olduğunu və Dillər Universitetinə köçürülmə və təhsil haqqı üçün yenidən 5200 manat pul istəmişdir. Rəna onunla razılaşaraq 28 may metrostansiyasının yaxınlığında görüşərək 5200 manat pulu ona vermişdir. O, pulu aldıqdan sonra 2022-ci ilin aprel ayınadək tələbənin kəsrlərinin həll olunacağını və onun Dillər Universitetinə köçürüləcəyini bildirmişdir. Bundan sonra köçürülmə prosesi baş tutmadığı və verdiyi vədə əməl etmədiyi üçün Rəna mütəmadi olaraq ona zənglər etməyə başlamış, o isə hər dəfəsində müxtəlif bəhanələr gətirərək yaxın günlərdə həll olunacağına dair yalan vədlər vermiş, hal-hazıradək aldığı pulu geri qaytarmamış və verdiyi vədə əməl etməmişdir. Bundan başqa, göstərmişdir ki, 2021-ci ilin dekabr ayının əvvəllərində xeyli vaxtdır ki tanıdığı tanışı Zərərçəkmiş şəxs3 zəng edərək guya ki, anasının Azərbaycan Dillər Universitetinin kitabxanasında işlədiyini, ona görə də yaxın adam olarsa anasının vasitəsilə həmin kitabxanaya 350 manat müqabilində işə düzəldə biləcəyini, həmçinin tanış adam olarsa X23 imtiyazlı ailə kimi qeydiyyata aldırıb təqaüd düzəldə biləcəyini, bu işin də həmin fonda depozit olaraq əvvəlcədən 4000 manat qoyularsa həll oluna biləcəyini, depozit qoyan şəxsin də hər ay 280 manat pul yardımı və bayram günlərində ərzaq yardımı ilə təmin olunacağı barədə yalan məlumat vermişdir. Həmin telefon danışığı zamanı tanışı Zərərçəkmiş şəxs3 onun bu təklifi ilə razılaşaraq bacısı X8 Azərbaycan Dillər Universitetinin kitabxanasında işə düzəltməyini, həmçinin Quba rayonunda yaşayan və maddi durumu pis olan Mürsəl adlı tanışını X23 imtiyazlı ailə kimi qeydiyyata aldırıb ona təqaüd düzəltməyini xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs3 bacısının işə düzəlməsi üçün lazım olan 350 manat pulu və tanışı Mürsəlin təqaüd məsələsinin həll olunmasına lazım olan 4000 manat pulu yaxın vaxtlarda ona çatdıracağını bildirmişdir. Bundan bir neçə gün sonra, yəni 2021-ci ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs3 bacısı X8 Azərbaycan Dillər Universitetinin kitabxanasında işə düzəltməyi üçün onun Kapital Bank kartına 350 manat göndərmişdir. Həmçinin 2021-ci ilin dekabr ayının axırlarında da Oruc, tanışı Mürsəl və o ünvan 2 ünvanında yerləşən “Həyat” şadlıq evində görüşmüşlər. Həmin vaxt Oruc tanışı Mürsəl adlı şəxsin X23 imtiyazlı ailə kimi qeydiyyata alınıb ona təqaüd düzəltməyi məqsədilə ona 4000 manat pulu vermişdir. Göstərmişdir ki, söhbət əsnasında Oruc tanışı Mürsələ görə verdiyi pulu öz cibindən verdiyini, çünki, Mürsəlin maddi durumunun çox pis olduğunu, ona görə də bu işi mümkün qədər tez həll olunmasını xahiş etmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs3 bacısının işə düzəlməsi və tanışı Mürsəlin təqaüd məsələlərini həll edə bilmədiyini, eləcə də ona verdiyi pulları geri qaytarmadığını görüb barəsində şikayət etmişdir. Səmimi olaraq etiraf etmişdir ki, həmin ərəfədə onun pula ehtiyacı olduğuna görə Mürsəldən 350 manat və 4000 manat olmaqla ümumilikdə 4350 manat pulu alarkən niyyəti həmin işləri həll etmək yox, ona qarşı dələduzluq etmək olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs4 müraciəti ilə bağlı göstərmişdir ki, Nüsrəti əvvəllər tanımamış, Nüsrəti Bakı şəhəri, Binəqədi rayonu. 7-ci mikrorayon ərazisində ət mağazasında qəssablıqla məşğul olan Şahid4 vasitəsilə tanımışdır. Onun nə Nüsrətlə, nə də ki, Şükürlə heç bir düşmənçilik və ədavəti yoxdur. Şükürün işlədiyi ət mağazasından bir neçə dəfə ət almış və buradan Şükürlə münasibəti yaranıb. Şükür onu maşın alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımış, hətta Şükürə avtomobil də satmışdır. 2022-ci ilin aprel ayının sonlarında Şükürlə onun işlədiyi ət mağazasında ət alan zaman görüşüb bir qədər söhbətləşmiş, söhbət zamanı Şükür ona əmisioğlunun qohumu olan Nüsrət adlı şəxsin pensiyasının kəsildiyini, Nüsrətin pensiyasını bərpa etdirmək istədiyini və bunun üçün də onun bu işdə ona köməklik göstərəcək bir şəxs axtardığını demişdir. Həmin ərəfələrdə maddi vəziyyəti yaxşı olmamışdır. Əvvəllər dələduzluq cinayətlərinə görə bir neçə dəfə məhkum olunmuş, dələduzluq bir növ onun peşəsi olmuş, dələduzluq cinayətlərini törətməyinə görə azadlıqdan məhrumetmə cəzasına da məhkum edilmiş, işləmədiyi və maddi vəziyyəti yaxşı olmadığı üçün Şükürün ona dedikləri onda bir qədər maraq oyatmışdır. Özlüyündə düşünmüşdür ki, “onsuzda pulum-param yoxdur, elə bəlkə bu işə girişib pul qazanım və xərcləyim”. Şükürə yalandan anasının Dövlət Sosial Müdafiə Fondunda işləməsini və onun dediyi məsələ ilə bağlı maraqlanacağını bildirmişdir. Əslində anası Dövlət Sosial Müdafiə Fondunda işləmir və heç Şükürün ona dediyi məsələ ilə bağlı da maraqlanmaq niyyətində olmamışdır. Sadəcə Şükürə ilkin olaraq yalan məlumatlar vermiş ki, onda və onun qohumu Nüsrətdə ona qarşı bir qədər inam yaransın. Çünki, dərhal elə bu məsələni həll edəcəyini Şükürə desəydi bir qədər ona qarşı inamsızlıq da yarana bilərdi. 29 aprel 2022-ci il tarixdə Şükürlə telefonda danışmış, Şükürə bu məsələni həll edə biləcəyini bildirmişdir. Daha sonra Şükür əvvəlcə telefon vasitəsilə Nüsrətlə danışıb ona məlumat vermiş, bundan sonra Şükür ona zəng etmiş və Nüsrətin mobil telefon nömrəsini ona vermişdir. O, da istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Nüsrətlə əlaqə saxlamış, Nüsrətlə salamlaşıb onunla tanış olaraq hal-əhval tutmuşdur. Nüsrətə Şükürün yaxın dostu olmasını bildirmiş, Əslində Şükür onun yaxın dostu olmamış, sadəcə olaraq bilərəkdən Şükürlə olan yaxın münasibətləri barədə Nüsrətə yälan məlumat vermiş ki, sonuncu ona inansın. Nüsrətə məsələsinin nə olması barədə sual etdikdə, ona Şükürün dediklərini bildirmiş, Nüsrət pensiyasının kəsildiyini və pensiyasını bərpa etdirmək istədiyini və bu işdə ona köməklik göstərməyinii xahiş etdmişdir. O, telefonda Nüsrətə onun məsələsi ilə maraqlanıb dərhal məlumat verəcəyini bildirmiş, sonra telefonu söndürüb Şükürə yığmış, Şükürdən Nüsrətə zəng edib sənədlərini göndərməsini xahiş etmişdir. Şükür də heç bir etiraz etməmiş, bir qədər sonra Şükür telefonla ona zəng edib Nüsrətə bu barədə dediyini və onun sənədləri göndərəcəyini bildirmişdir. Elə həmin günü bir neçə saat sonra Şükür telefonla ona zəng etmiş və Nüsrətin taksi vasitəsilə sənədləri göndərdiyini bildirmişdir. O Şükürlə sonuncunun işlədiyi yerdə görüşüb söhbət etmiş və sənədləri ondan almış, sənədləri götürdükdən sonra Nüsrətə zəng edərək sənədləri aldığını və sənədləri anasına göstərəcəyini, işin düzələcəyi təqdirdə onunla əlaqə saxlayacağını demişdir. Əslində bütün bu hərəkətlərinin heç bir məntiqi olmamış, çünki, mən bütün bunları Şükür və Nüsrətə qarşı yalandan, onlarda özümə qarşı inam yaratmaq üçün etmişdir. Şükürün az da olsa ona qarşı inamı olmuş, belə ki, ona maşın alıb vermişdir. Həm də onunla bir müddət olar ki, tanış olmuşdur. Təqribən 1 saat sonra yenidən Nüsrətə zəng edərək “narahat olma sənin sənədlərin qaydasındadır və işin düzələcək” demiş, telefonda Nüsrətə işin həll olunması, onun pensiyasının bərpa edilməsi üçün 4000(dörd min) manat pul verməli olduğunu demişdir. Nüsrət ona həmin məbləğin çox olduğunu, həmin pulu verməsi üçün maddi imkanı olmadığı bildirmişdir. O da sonuncuya “özün bilərsən” deyib bir növ jest etmişdir. Bundan bir neçə dəqiqə sonra Şükür ona zəng edərək tələb etdiyi pulu verməyə Nüsrətin gücünün çatmadığını bildirmiş və köməklik etməyi xahiş etmişdir. Bundan sonra yenidən Nüsrətə zəng edib “Şükür mənim dostumdur, onun üçün 3500 manata sənin işini həll edərəm” demiş, Nüsrət yenə də məbləğin çox olmasını ona demişdir. Bundan sonra Şükür yenə də ona zəng edib xahiş etmiş, o da Şükürə “yaxşı, sənin xətrinə ona aşağı qiymətə köməklik göstərərəm” demişdir. Sonra Nüsrətə yenidən zəng etmiş, Nüsrətə 3 min manatdan aşağı işin həll olunmayacağnı və işi Şükürə görə həll etdiyini demişdir. Nüsrət ona və Şükürə minnətdarlığını edib həmin məbləğlə razılaşmış, telefon danışığı zamanı Nüsrətdən pulu dərhal göndərməsini tələb etmiş və pensiyasının 1 ay ərzində bərpa ediləcəyini bildirmişdir. Sabahı günü, yəni 30 aprel 2022-ci il tarixdə Nüsrət ona zəng edərək pulu hara göndərəcəyini soruşmuş, ona heç bir fərq etmədiyini demişdir. Ona “onda pulu Şükürün kartına atacam, ondan götürərsən” demiş, o da etiraz etməyib razılaşmış, elə həmin günü Nüsrət 3000 manat pulu Şükürə məxsus bank hesab kartına göndərmiş və ona bu barədə telefonla zəng edib demişdir. Daha sonra Şükürlə zəngləşib görüşmüş və onun bank hesab kartına pul gəlməsini bildirmiş, Şükürlə birlikdə onun işlədiyi yerin yaxınlığında yerləşən "Tayqa” marketin qarşısında quraşdırılmış Kapital banka məxsus bankomatdan həmin pulu çıxarmışlar. Şükür pulu kartdan çıxarıb ona vermiş, sonra həmin pulu heç bir işin(Nüsrətin pensiyasının) düzəlməsinə sərf etməyərək öz şəxsi ehtiyaclarına xərcləmiş, 1 ay ərzində məsələnin həll ediləcəyini Nüsrətə demiş, həmin 1 ay ərzində Nüsrət ona bir neçə dəfə telefonla zəng etmiş, lakin, hər dəfəsində ona yalan vədlər verib onu aldatmışdır. Nüsrəti arxayın etmiş ki, pensiyası bərpa ediləcəkdir. Nüsrətdən aldığı pulu öz şəxsi ehtiyaclarına xərclədikdən sonra yenidən pula ehtiyacı olmuş, həmin aralarda Nüsrət ona zəng edib öz işi ilə maraqlanmış, bundan başqa da əvvəllər aralarında olan söhbətlərdən biri zamanı Nüsrət pensiyasının ömürlük düzələcəyi təqdirdə ona əlavə olaraq da pul verəcəyini bildirmişdir. Pula ehtiyacı yarandığı üçün bu amildən istifadə edib Nüsrətdən bir qədər də pul ələ keçirmək qərarına gəlmişdir. Aralarında olan telefon danışıqlarından biri 01 iyun 2022-ci il tarixdə mən Nüsrətə 1000 manat pul verəcəyi təqdirdə pensiyasını ömürlük düzəldə biləcəyini demişdir. Nüsrət də pensiyasının ömürlük verilməsi üçün ona telefonda 700 manat verə biləcəyini demiş və pula ehtiyacı olduğu üçün dərhal onunla razılaşmışdır. O, sonuncudan pulu dərhal göndərməsini tələb etmiş, o da pulu Şükürn kartına göndərəcəyini bildirmişdir. Elə həmin günü Nüsrət 700 manat pulu Şükürün bank kartına göndərmiş və bu barədə ona demişdir. O da Şükürlə görüşüb onunla birlikdə həmin pulu yuxarıda göstərdiyi bankomatdan çıxarmış, Şükür 700 manat pulu kartdan çıxarıb ona vermişdir. Bu aralar Nüsrət pulu göndərdikdən sonra da onunla danışmışdır. O, yenə də yalan vədlər verərək onu aldatmış, çünki, heç bir məsələ həll olunmayacaqdır. Sadəcə pulu xərclədiyi üçün vaxtı uzatmış və vəziyyətdən çıxmağa çalışmışdır. Pulu aldıqdan bir neçə gün sonra Nüsrət telefonla ona zəng edərək qardaşı Bayramqulu Məmmədovun barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotiklə bağlı cinayət işinin olmasını və məhkəmə proseslərinin keçirildiyini bildirmişdir. O, lazım olarsa bu işdə də ona kömək edə biləcəyini və bunun üçün əlaqələrinin geniş olduğunu və münasib bir adam olduğunu yalandan demişdir. Əslində heç bir adamı olmamış, sadəcə Nüsrətin yenə işinin düşdüyünü bilmişdir. Fürsətdən istifadə edib pul ələ keçirmək niyyətində olmuş, Nüsrət ona inanaraq qardaşının cəza müddətinin azaldılması ilə bağlı köməklik göstərməyi xahiş etmişdir. O da yalandan tanışları ilə əlaqə saxlamalı olduğunu demişdir. Bir qədər sonra isə Nüsrətə zəng edərək işin düzələcəyini və bunun üçün 4 min manat pul verməli olduğunu, onun qardaşıa həmin pulun müqabilində 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasının veriləcəyini bildirmişdir. Nüsrət də razılaşmış, Nüsrətdən pulu tez göndərməsini istəmişdir. 04 iyun 2022-ci il tarixdə Nüsrət ona zəng edərək 3800 manat pulu Şükürn kartına göndərdiyini bildirmiş, Şükürlə danışıb görüşmüş və həmin pulu da yuxarıda göstərdiyi ünvanda yerləşən bankomatdan Şükürlə birlikdə çıxarmışdır. Şükür həmin pulu kartdan çıxaran kimi ona vermiş, həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra yenə də pula ehtiyacı olduğu üçün Nüsrətə zəng etmiş, telefonda ona “qardaşın Bayramquluya qan xəstəliyi ilə bağlı xəstəlik kağızı düzəltdirib hakimlə danışıb şərti olaraq iş aldıracam, bunun üçün 1500 manat əlavə olaraq pul verəcəksən” demişdir. 11 iyun 2022-ci il tarixdə Nüsrət Şükürə məxsus bank hesab kartına 1500 manat pul göndərmiş, yenə də həmin pulu Şükürlə birlikdə yuxarıda göstərdiyi ünvanda yerləşən bankomatdan çıxarmışdır. Şükür 1500 manat pulu kartdan çıxaran kimi ona vermişdir. O, həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmiş, Nüsrətdən aldığı pulların demək olar ki. hamısını əyləncəyə və öz digər şəxsi ehtiyaclarına xərcləmiş, bundan bir neçə gün sonra 2022-ci ilin iyun ayında yenə də pula ehtiyacı olduğu üçün Nüsrətə zəng etmişdir. Ona telefonda yalandan işə baxan hakimin razılaşmadığını və əlavə olaraq 1000 manat pulun da lazım olduğunu bildirmişdir. Nüsrət də ona dediyi yalan sözlərin qarşısında aciz qalıb pulu göndərəcəyini demişdir. O, 1000 manat pulu 30 iyun 2022-ci il tarixdə yenə də Şükürə məxsus bank hesab kartına göndərmiş və ona məlumat vermişdir. O, həmin pulu da Şükürlə birlikdə həmin bankomatdan çıxarmış, Şükür pulu kartdan çıxarıb ona vermişdir. O, həmin pulu da öz şəxsi ehtiyaclarına xərcləmiş, bundan sonra Nüsrət bir neçə dəfə telefonla zəng edərək pensiyası və qardaşının işi ilə bağlı maraqlanmışdır. O da yalan vədlər verib onu hər telefon zəngində aldatmış, bundan sonra Nüsrət bir dəfə həmin ilin avqust ayında yaşadığı ünvana gəlmiş, onu aldatdığını demiş və pullarını tələb etmişdir. O isə “pulu kimə vermisənsə get ondan da pulu al” demiş, bundan sonra Nüsrətin təklifi ilə Şükürün yanına gəlmiş, orada Şükür ona “mən bütün pulları götürüb sənə vermişəm” demiş, bu zaman məsuliyyəti öz üzərindən atmaq üçün Şükürə “ödəyəcəksən, yoxsa birlikdə ödəyəcəyik?” demişdir. Şükürsə yenə də pulu kartdan çıxarıb ona verdiyini Nüsrətə demiş və bu işlə bağlı pul məsələsində heç bir əlaqəsinin olmamasını bildirmişdir. Bundan sonra Nüsrət pulları verməyəcəyi təqdirdə polisə müraciət edəcəyini ona demiş və çıxıb getmişdir. Nüsrətdən ümumilikdə 10200 manat pul almış, 3700 manat pulu Nüsrətin pensiyasını düzəltmək, qalan 6500 manatı isə onun qardaşı Bayramqulunun barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsində olan cinayət işi ilə bağlı onun cəzasının azaldılması və ona şərti cəza təyin edilərək azadlığa buraxılması adı ilə alaraq onu aldatmışdır. Cinayəti tək törətmiş, Nüsrətə qarşı törətdiyi cinayət əməlində hər hansı bir şəxsin iştirakı olmamış, Nüsrəti aldadaraq pulları ondan almış, bunun da müqabilində ona yalan vədlər vermiş, Nüsrət bütün pulları ona tanışı Şahid4 məxsus Kapital banka aid olan bank hesab kartına göndərmiş, bütün pulları bankomatdan Şükür çıxarmış və dərhal da ona vermişdir. Bundan başqa göstərmişdir ki, Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixdə saat təxminən 21:00 radələrində Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində “X33” markalı, **-HG-*** d.q.n-lı avtomaşınına yaxınlaşmış, həmin avtomobilin yanında dayanmışdır. Böyükağa həmin avtomobilin internetə qoyulduğu barədə ona sual verdikdə avtomaşının yaxın dostuna məxsus olduğunu demişdir. Daha sonra alqı-satqı barədə söhbət etməyə başlamış, söhbət zamanı ona avtomaşını 20000 ABŞ dollarına sata biləcəyini söyləmiş və demişdir ki, əgər avtomobili istəyirsənsə 20000 manat beh verərsən. Böyükağa onunla razılaşmış və demişdir ki, 2000 (iki min) manat beh verə biləcəkdir və avtomaşını yaşadığı binanın qarşısında saxlanılacağı təqdirdə növbəti gün avtomaşının öz adına sənədləşməsi əsnasında qalan 32000 manat pulu ödəyəcəyini bildirmişdir. Aralarında şifahi razılaşma olmuş, buna görə də həmin yerdə Böyükağa ona 2000 manat beh vermiş və oradan getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 11:00 radələrində Böyükağaya zəng edərək Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində, avtomaşının sahibi İsif adlı şəxslə birgə 32 saylı notariat kontorunda olduğunu bildirmiş və ondan özünə məxsus şəxsiyyət vəsiqəsinin fotoşəkillərini çəkərək Whatsapp mobil tətbiqi vasitəsi ilə göndərməsini bildirmişdir. Böyükağa da şəxsiyyət vəsiqəsinin fotosunu ona göndərmiş, üstündən 20 dəqiqə keçmiş Böyükağaya təkrar zəng edərək avtomaşının üzərində məhkəmə həbsi olması səbəbi ilə etibarnamə verilməsinin mümkün olmadığı barədə yalan məlumat vermiş və demişdir ki, növbəti gün həbs məsələsini həll edib ona baş etibarnamə veriləcəkdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 13:00 radələrində Böyükağaya yenidən zəng edib məhkəmə həbsinin aradan qaldırılması məsələsinin 2-3 gün daha ləngiyəcəyini demiş, belə olan halda Böyükağa avtomaşının sənədlərini ona verməsini tələb etmiş, o isə demişdir ki, görüşüb söhbət edərlər. Bir qədər sonra Böyükağa görüşə adını sonradan bildiyi X19 və Şahid8 ilə birlikdə gəlmiş, Nazim və Arif həmin vaxtı onun yanında olan Şahid5 tanımış və həmin şəxsləri bir gün əvvəl 32 saylı notariat kontorunün qarşısında gördüklərini bildirmişlər, eləcə də Şahid5 bunu təstiq etmişdir. Bundan sonra söhbət əsnasında avtomaşının texniki şəhadətnaməsinin məhkəmə işində lazım olacağını deyib arxa qeydiyyat nişanını çıxarıb ona vermiş, həmin vaxt Böyükağa avtomaşını almaq fikrindən yayındığını dediyi üçün avtomaşını qısa müddətdə, saxlanıldığı yerdə sataraq ondan aldığı 2000 manat pulu qaytaracağını bildirmiş, bundan sonra telefonu söndürmüş və Böyükağa onunla əlaqə saxlaya bilməmişdir. Bundan başqa göstərmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə 16 radələrində Nərimanov küçəsində «Cıdır» restoranının yaxınlığında adını sonradan bildiyi Zərərçəkmiş şəxs6 ilə görüşmüş və internetə satışa qoyulmuş «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı söhbət etmişdir. Zərərçəkmiş şəxs6 avtomobilə baxıb bəyəndiyini demiş və həmin avtomobili 12500 (on iki min beş yüz) ABŞ dollarına almağa razılaşmışlar. «Cıdır» restoranının yaxınlığında olarkən «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili Həsənə və onunla birlikdə gəlmiş şəxslərə təqdim edib avtomobilin tamamilə saz vəziyyətdə olduğunu bildirmişdir. Onlar avtomobilə baxıb bəyənmiş və alqı-satqı etmək üçün ünvan 7 ünvanında yerləşən 21 saylı notariat ofisinə getməyi təklif etmişlər. O, sonuncularla razılaşmış, Zərərçəkmiş şəxs6 avtomobili oğlu Ayxanın adına rəsmiləşdirməyi bildirmiş va birlikdə sənədləşdirmə üçün ünvan 7 ünvanında yerləşən 21 saylı notariat ofisinə gəlmişlər. Təxminən 10-15 dəqiqə sonra Ayxan da taksi avtomobili ilə notariat ofisinin qarşısına gəlmiş, orada gözlənilmədən bildirmişdir ki, avtomobil ona məxsus olsa da, avtomobilə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsinin qohumu Şahid3 adınadır və Etibarla danışmışdır, bir neçə dəqiqə sonra sənədləşdirmə aparmaq üçün notariat ofisinə gələcəkdir. Elə həmin vaxt Həsən bunu eşidib təccüblənsə də, onun səmimiyyətinə şübhə etməyib razılaşmışdır. Bir neçə dəqiqə sonra Şahid3 idarə etdiyi «BMW F10» minik markalı dövlət qeydiyyat nişanlı avtomobillə notariat ofisinin qarşısına gəlmişdir. Notariat ofisində Şahid3 etibarnamə əsasında «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6 adından çıxış edərək həmin avtomobilə dair ona sərəncamvermə hüququnu nəzərdə tutan, o cümlədən bağışlamaq, ipoteka qoymaq, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və sürücülük hüququ olduqda idarə etmək üçün 6 (altı) ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək etibarnamə vermişdir. Həmin vaxt Həsənə məlum olmuşdur ki, avtomobilin mülkiyyətəçisi X7r. Etibarnamə rəsmiləşdikdən sonra Etibar sağollaşaraq çıxıb getmişdir. Etibarnaməni əldə etdikdən sonra notariat ofisinin qarşısında «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda ona 6400 (altı min dörd yüz) ABŞ dolları və 6100 (altı min yüz) ABŞ dolları ekvivalentində 10370 (on min üç yüz yetmiş) manat pul verilmişdir. O, sükan arxasında oturduğu vəziyyətdə pulu sayıb qəbul etdikdən sonra avtomobili sonuncu dəfə idarə edərək evə getmək istədiyimi bildirmişdir. Onlar etiraz etməmiş və sükan arxasına keçmişdir. Avtomobili bir neçə metr idarə etdikdən sonra sükanı təhvil verib taksi ilə evinə gedəcəyini demişdir. Sonradan məlum olmuşdur ki, növbəti gün «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X39 İdarəsinə getmişlər. Orada BDYP-nin əməkdaşları tərəfindən müvafiq sənədləşdirmə aparılaraq avtomobil baxış keçirilən zaman ***-***-**-** mobil telefon nömrəsindən Faiq adlı şəxs Ayxana zəng edərək «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin onlara məxsus olduğunu, həmin avtomobilin qanunsuz olaraq satıldığını, bu səbəbdən verilmiş etibarnaməni artıq ləğv etdirdiklərini söyləyib sənədləşdirməni saxlamağı tələb etmişlər. Sonra isə avtomobilin mühərrik sisteminin GPS vasitəsilə söndürülmüşdür. Belə olduqda sonuncular onunla əlaqə saxlamış və avtomobilin pulunu tələb etməyə başlamışlar. O, isə onlarla görüşüb söhbət edəcəyini bildirmiş və Nərimanov parkında görüşəcəklərini demişdir. Lakin onlarla görüşə getməyib telefonu söndürmüş, sonradan bilmişdir ki, barəsində Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edilmişdir. Bundan başqa göstərmişdir ki, “turbo.az” internet saytında “X33” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin 24000 ABŞ dollara satılması barədə “Ağa” adı ilə elan yerləşdirilmişdim və elanın altında ***-***-**-** mobil nömrəsini yazmışdır. 03 sentyabr 2022-ci il tarixdə adını sonradan bildiyi Zərərçəkmiş şəxs7 ona zəng etmiş və Kooperasiya Universitetinin yaxınlığında görüşüb avtomobilə baxmağı təklif etmişdir. O, avtomobillə həmin əraziyə gəlmiş və o, avtomobilə baxmış, lakin qiymətində razılaşmamışlar. O, Vüsala özünü Famil kimi təqdim etmiş və əsl adının Faiq olduğunu deməmişdir. 12 sentyabr 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən Vüsala zəng edərək avtomobili alıb-almayacağı barədə maraqlanmış, Vüsal maşını sürüb yoxlamaq istədiyini demiş və o da avtomobili saxladığı yeri bildirib açarını ona göndərmişdir. Vüsal avtomobilə yaxınlaşdıqda nömrə nişanının yerində olmadığını gördükdə ona zəng etmiş və ona demişdir ki, nömrələrin oğurlanmaması üçün açıb götürmüşdür. Bundan sonra avtomobili Vüsal avtomobili idarə edib yoxlamış, həmin gün axşam saatlarında Vüsala zəng edib avtomobili 25000 manata sata biləcəyini demiş və aralarında razılaşma əldə olunmuşdur. 12 sentyabr 2022-ci il tarixdə saat 20:00 radələrində Vüsalın yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsinə gəlib alqı-satqı ilə əlaqədar ondan 200 manat beh almış, həmin vaxt Vüsal avtomobilin məhkəmə problemi olub-olmaması barədə ondan soruşmuş, o da məhkəmə işinin olduğunu və 3-4 gün ərzində yekunlaşacağını bildirmişdir. Bundan sonra Vüsalla yenidən əlaqə saxlayıb 300 manat pul sonuncudan əlavə almışdır. Sonra isə yenidən zəng edib avtomobilin məhkəmə problemini həll etməli olduğu üçün daha 500 manat pul almışdır. Daha sonra yenidən əlavə 500 manat da pul lazım olduğunu Vüsala demiş və 22 sentyabr 2022-ci ildə terminaldan onun kart hesabına həmin məbləği köçürmüşdür. Sonradan avtomobilin rəsmiləşdirilməsinin gecikdiyini görüb Vüsal ona verdiyi ümumi 1000 manat pulun qaytarılmasını tələb etməyə başlamış, o da mobil nömrəsini söndürüb onunla əlaqəni kəsmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs6 ibtidai istintaqda verdiyi ifadəsinə uyğun izahat verdi, mülki iddiasını müdafiə edib təmin edilməsini təqsirləndirilən şəxsdən onun xeyrinə vurulmuş ziyanla bağlı 21377manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etdi. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə günorta saat 15 radələrində evdə olan zaman oğlu Ayxan ona yaxınlaşaraq dostu Zamirin turbo.az saytında 2015-ci ildə buraxılmış «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin satışına dair elan yerləşdirilməsi barədə ona məlumat verdiyini bildirib Zamirlə birlikdə gedib Bakı şhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən «Cıdır» restoranının yaxınlığında saxlanılmış həmin avtomobilə baxmaq istədiyini demişdir. Ayxan evdən çıxdıqdan təxminən 1 (bir) saat sonra, yəni saat 16 radələrində ona zəng edərək dostu Zamirlə birlikdə Nəcəf Nərimanov küçəsinə gedib «Cıdır» restoranının yaxınlığında özünü avtomobilin mülkiyyətçisi kimi təqdim edən Təqsirləndirilən şəxs ilə görüşərək sözügedən «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə baxıb bəyəndiyini və Faiqlə danışaraq avtomobili 12500 (on iki min beş yüz) ABŞ dollarına almağa razılaşdığını bildirmişdir. Ayxanla razılaşıb avtomobili almaq üçün evdən 6400 (altı min dörd yüz) ABŞ dolları və 6100 (altı min yüz) ABŞ dolları ekvivalentində 10370 (on min üç yüz yetmiş) manat pul götürüb Ayxanla görüşüb avtomobili almaq üçün Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsinə getmişdir. Orada «Cıdır» restoranının yaxınlığında oğlu Ayxan dostu Zamir və özünü avtomobilin mülkiyyətçisi kimi təqdim edən Təqsirləndirilən şəxs ilə birlikdə onu qarşılamışdır. Salamlaşdıqdan sonra Faiq orada «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili ona təqdim edib şəxsi mülkiyyətində olan həmin avtomobilin tamamilə saz vəziyyətdə olduğunu bildirmişdir. Avtomobilə baxıb bəyənərək Faiqə alqı-satqı etmək üçün ünvan 7 ünvanında yerləşən 21 saylı notariat ofisinə getməyi təklif etmişdir. Faiq razılaşaraq şəxsi mülkiyyətində olan «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə dair ona sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə verəcəyini söyləmişdir. Mövcud qanunvericiliyə görə nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan müvafiq etibarnaməyə əsasən avtomobili mülkiyyətçi kimi oğlu Ayxanın adma rəsmiləşdirə biləcəyini düşünüb növbəti gün Ayxanın adma həmin avtomobilə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsi almaq qərarına gələrək Faiqin bu təklifi ilə razılaşmışdır. Bundan sonra sənədləşdirmə üçün ünvan 7 ünvanında yerləşən 21 saylı notariat ofisinə getmişdir. Təxminən 10-15 dəqiqə sonra oğlu Ayxan taksi avtomobili ilə notariat ofisinin qarşısına gəlmişdir. Onun ardınca isə Faiq idarə etdiyi «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə ofisin qarşısına gəlmişdir. Orada gözlənilmədən Faiq həmin avtomobil ona məxsus olsa da, avtomobilə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsinin qohumu Şahid3 adma olduğunu bildirib artıq Etibarla danışdığını və Etibarın bir neçə dəqiqə sonra sənədləşdirmə aparmaq üçün notariat ofisinə gələcəyini demişdir. Həmin vaxt bunu eşidib təəccüblənsə də, Faiqin səmimiyyətinə şübhə etməyib razılaşmışdır. Bir neçə dəqiqə sonra Şahid3 idarə etdiyi «BMW F10» minik markalı dövlət qeydiyyat nişanının sonu 610 rəqəmi ilə bitən avtomobillə notariat ofisinin qarşısına gəlib onlarla salamlaşaraq görüşmüşdür. Faiq Etibarla görüşdükdən sonra onun adma «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə verməsini söyləmişdir. Etibar etiraz etməmiş və Etibarla birlikdə notariat ofisinə daxil olmuşlar. Bu zaman Faiqin həyacanlanaraq kənara çəkildiyini və onlarla birlikdə notariat ofisin daxil olmadığını görüb Etibardan bunun səbəbini soruşmuşdur. Etibar cavabında Faiqin ürək nahiyəsindən cərrahi əməliyyat keçirdiyini və tünlük yerlərdə sıxıldığı üçün ofisə girmək istəmədiyini demişdir. Həmin vaxt ofisdə cəmi 3-4 nəfər şəxs olduğundan Faiqin bu hərəkəti ona təəccüblü gəlsə də, daha bir söz soruşmamışdır. Notariat ofisində Şahid3 etibarnamə əsasında «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6 adından çıxış edərək həmin avtomobilə dair ona sərəncamvermə hüququnu nəzərdə tutan, o cümlədən bağışlamaq, ipoteka qoymaq, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və sürücülük hüququ olduqda idarə etmək üçün 6 (altı) ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək etibarnamə vermişdir. Məhz həmin vaxt ona məlum olmuşdur ki, avtomobilin mülkiyyətəçisi X7r. Lakin notarial qaydada sənədləşdirmə aparıldığı üçün Etibar və Faiqin hərəkətlərindən şübhələnməmişdir. Etibarnamə rəsmiləşdikdən sonra Etibar sağollaşaraq çıxıb getmişdir. Etibarnaməni əldə etdikdən sonra notariat ofisinin qarşısında «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda oğlu Ayxanm yanında Faiqə 6400 (altı min dörd yüz) ABŞ dolları və 6100 (altı min yüz) ABŞ dolları ekvivalentində 10370 (on min üç yüz yetmiş) manat pul vermişdir. Faiq sükan arxasında oturduğu vəziyyətdə pulu sayıb qəbul etdikdən sonra avtomobili sonuncu dəfə idarə edərək evə getmək istədiyini bildirmişdir. Faiqə etiraz edərək artıq avtomobilin pulun ödədiyini bildirib hörmət əlaməti olaraq hara istəyirsə, oğlu Ayxanm onu apara biləcəyini demişdir. Faiq razılaşmış və Ayxan Faiqdən avtomobilin açarlarını alıb sükan arxasına keçmişdir. Lakin avtomobil təxminən 10-15 metr məsafə qət etdikdən sonra Faiqin avtomobildən düşdüyünü görüb yaxınlaşaraq nə baş verdiyini soruşduqda Faiq Ayxana əziyyət vermək istəmədiyini və taksi ilə gedəcəyini demişdir. Daha ona bir söz deməmiş və sağollaşıb halallaşaraq Ayxanın idarə etdiyi «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə evə getmişlər. Növbəti gün, yəni 06 sentyabr 2022-ci il tarixdə səhər saat 15 radələrində oğlu Ayxanm adına həmin avtomobilə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsi almaq üçün Ayxanm idarə etdiyi «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X39 İdarəsinə getmişlər. Orada BDYP-nin əməkdaşları tərəfindən müvafiq sənədləşdirmə aparılaraq avtomobil baxış keçirilən zaman ***-***-**-** mobil telefon nömrəsindən Faiq adlı şəxs oğlu Ayxana zəng edərək «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin onlara məxsus olduğunu, Təqsirləndirilən şəxs həmin avtomobili qanunsuz olaraq satdığını, bu səbəbdən ona verilmiş etibarnaməni artıq ləğv etdirdiklərini söyləyib sənədləşdirməni saxlamağı tələb etmişlər. Nə baş verdiyini tam başa düşməyərək onları gözləməyi qərara almışlar. Bu vaxt Ayxan avtomobilin mühərrik sisteminin GPS vasitəsilə söndürüldüyünü bildirmişdir. Təxminən 25-30 dəqiqə sonra Şahid5 övladları X28 və X24 ilə birlikdə BDYP-yə gəlib onlara yaxınlaşaraq «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin onlara məxsus olduğunu və avtomobili GPS vasitəsilə söndürdüklərini bildirmişlər. Onları təccüblə qarşılayaraq həmin avtomobilin müqabilində Təqsirləndirilən şəxs 12.500 (on iki min beş yüz) ABŞ dolları pul verdiyini və avtomobili tam qanuni şəkildə aldığını bildirmişdir. İsif həmin avtomobilə dair Şahid3 verilən etibarnaməni də ləğv etdirdiklərini bildirmişdir. Vəziyyətin belə olduğunu görüb Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək vəziyyəti ona izah etmişdir. Faiq məsələni aydınlaşdırmaq üçün Nərimanov parkında görüşməyi təklif etmişdir. Bundan sonra İsifin övladları avtomobilin GPS sistemini qoşmuşlar və oğlu Ayxanın idarə etdiyi «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov parkına getmişlər. Həmin vaxt İsifin oğlu Fərid Azayev də onların avtomobilində əyəlşmişdir. İsif və digər oğlu Faiq Azayev də öz avtomobilləri ilə onların ardınca hərəkət etmişlər. Nərimanov parkında yerləşən çayxanada birlikdə stol arxasında əyləşib Təqsirləndirilən şəxs gözləməyə başlamışlar. Həmin çayxanada əyləşib təxminən 1 saat Təqsirləndirilən şəxs gözləmişlər, lakin Faiq gəlib çıxmamışdır. Söhbət əsnasında İsif Bakı şəhərində avtomobillərin icarəyə verilməsi ilə məşğul olduqlarını, «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs icarəyə verdiklərini və Faiqin qanunsuz olaraq həmin avtomobili ona satdığını bildirmişdir. Həmin vaxt Faiqə zəng edərək harada olduğunu soruşduqda Faiq İsifgilin məsələ ilə bağlı polisə şikayət etdiklərini, bu səbəbdən ondan aldığı pulu qaytarmaq üçün pul tapmaq məqsədi ilə Goranboy rayonuna getdiyini bildirmişdir. Telefon söhbəti zamanı Faiqdən niyə onu aldatdığını soruşduqda Faiq onunla görüşərək məsələni izah edəcəyini vəd etmişdir. Çayxanada olan zaman «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə dair ona etibarnamə vermiş Şahid3 da çayxanaya gəlib onlarla birlikdə əyləşmişdir. İsif Etibardan niyə görə həmin avtomobilə dair ona sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə verdiyini soruşduqda İsif Faiqin xahişi ilə guya alqı-satqıdan xəbəri olmadan belə bir hərəkət etdiyini, Faiqi 8-9 ildir ki, tanıdığını, Faiqlə birlikdə avtomobilləri icarə verməklə məşğul olduğunu və Faiqin xahişi ilə ona belə bir etibarnamə verdiyini demişdir. Bundan sonra İsif «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili ona təhvil verməsini tələb etmişdir. Başqa çıxış yolu görməyib məcburiyyət qarşısında qalaraq «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili İsifə təhvil vermişdir. Həmin vaxt İsif və övladları onun mobil telefonu ilə Faiqlə danışıb onu hədələyərək aldığı pulu dərhal qaytarmasım tələb etmişlər. Faiq həmin gün saat 21 radələrində ona zəng edərək Goranboy rayonundan pul tapa bilmədiyi üçün Şəmkir rayonuna getdiyini və Şəmkir rayonunda bankdan anasının adma kredit götürüb onun pulumu qaytaracağını vəd etmişdir. 07 sentyabr 2022-ci il tarixdə Faiq ona zəng edərək anasının adma lazımi məbləğdə kredit götürə bilmədiyi üçün Şəmkir rayonunda yerləşən evlərini banka girov qoyub lazımi məbləğdə kredit götürərək onun pulunu qaytaracağını vəd etmişdir. Faiqin onun pulunu ödəmək niyyətində olmadığını və dələduzluq edərək onu aldatdığını görüb 07 sentyabr 2022-ci il tarixdə Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinə onun barəsində şikayət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında yaxın dostları ilə bir neçə məclislərdə olarkən X20 ilə tanış olmuş, sonuncu yaxından tanış olduqdan sonra, bir neçə dəfə oturub yeyib içmiş, bundan sonra Faiq Abıyevlə onun arasında yaxın dostluq münasibəti yaranmışdır. Faiq Abıyev onun Bakı şəhərində mobil telefon satışı ilə məşğul olan və dükan mağaza işlədən dostlarının olduğunu əvvəlcədən bilmişdir. 2021-ci ilin sentyabr ayında dəqiq tarix yadında deyil, Faiq Abıyev ona xalası oğlu kimi qələmə verdiyi Sənan Pənahov adlı şəxsə, mobil telefon almaq üçün müraciıt etmişdir. O da Nəsimi rayonu 28 may küçəsində yerləşən soyadını atasının adını unutduğu Əli adlı şəxsin dükanından 1 ədəd qiyməti 3350 manat olan “İponi 13 Pro” markalı mobil telefonu, 6 ay kredit ödəmək şərti ilə götürüb ona vermişdir. Bundan təxminən 10 gün sonra 2021-ci ilin sentyabr ayının axırlarında Faiq Abıyev həyat yoldaşına 1 ədəd qiyməti 3350 manat olan “İponi 13 Pro” markalı mobil telefonu kreditə almaq şərti ilə ona müraciət etmiş, o da yuxarıda qeyd etdiyi 28 may küçəsində yerləşən Əli adlı şəxsin işlətdiyi mağazadan Faiq Abıyevin istədiyi telefonu götürüb ona kredit şərtlərinə uyğun olaraq sonuncuya vermişdir.Təxminən 2021-ci ilin oktyabr ayında dəqiq tarix yadında deyil, Faiq Abıyev yenidən ona müracit etmiş, 01 ədəd qiyməti 3350 manat olan “İponi 13 Pro” markalı mobil telefonunu almaq istədiyini bildirmiş və həmin mobil telefonunun pulunu bir ay ərzində ödəcəyini ona demiş və bir ay ərzində həmin mobil telefonun pulunu tam olaraq ona ödəmişdir. 2021-ci ilin noyabr ayının axırlarında dəqiq tarix yadında deyil, Faiq Abıyev ona yenidən 40 gün ərzində pulunu tam ödəmək şərti ilə 3 ədəd 1 ədədinin qiyməti 2465 manat olan “İponi 13 Pro” markalı mobil telefonları almaq istədiyini bildirmiş, o da Faiq Abıyevin sözlərinə inanıb həmin telefonları ona gedib Əlinin işlədiyi mağazasından götürməsini bildirmişdir. Faiq Abıyev onsuz gedib Əlinin mağazasından həmin telefonları götürmüş, onların arasında olan danışığa əsasən Faiq Abıyev həmin 3 ədəd mobil telefonlara görə 4350 ABŞ dolları pulu 40 gün ərzində ödəməli olmuşdur. 2021-ci ilin dekabr ayının əvvələrində Faiq Abıyev ona zəng edib bildirmişdir ki, anası Azərbaycan Dillər Universitetində işləyir. Ona görə də yaxın adam olarsa anasının vasitəsilə 350 manat müqabilində Azərbaycan Dillər Universitetinin kitabxanasına işə düzəldə bilər. Həmçinin telefon danışıqları zamanı Faiq Abıyev tanış adam olarsa, X23 imtiyazlı ailə kimi qeydiyyata aldırıb təqaüd düzəldə biləcəyini, bu işin də həmin fonda depozit olaraq əvvəlcədən 4000 manat qoyularsa həll oluna biləcəyini, depozit qoyan şəxsin də hər ay 280 manat pul yardımı və bayram günlərində ərzaq yardımı ilə təmin olunacağını bildirmişdir. O da həmin vaxt Faiq Abıyevin bu təklifi ilə razılaşaraq bacısı X8 universtetin kitabxanasına işə düzələtməyini, həmçinin Quba rayonunda yaşayan və maddi durumu pis olan tanışı X16 X23 imtiyazlı ailə kimi qeydiyyata aldırıb ona təqaüd düzəltməyini xahiş etmişdir. Göstərmişdir ki, bacısının işə düzəlməsi üçün lazım olan 350 manat pulu və tanışı Mürsəlin təqaüd məsələsinin həll olunmasına lazım olan 4000 manat pulu yaxın vaxtlarda ona çatdıracağını bildirmişdir. Bundan bir neçə gün sonra, yəni 2021-ci ilin dekabr ayının əvvəllərində yaşadığı evdə olarkən mobil telefonunda olan “Birbank” mobil tətbiqi vasitəsilə bacısı X8 Azərbaycan Dillər Universitetinin kitabxanasına işə düzəltməsi üçün Faiqin “Kapital Bank” kartına 350 manat göndərmişdir. Həmin vaxt Faiq Abıyev ondan bacısına aid sənədlərin surətini istədiyi üçün o, sonuncuya bacısına məxsus bir çox sənədlərin surətlərini də göndərmişdir. Faiq Abıyev ona yaxın günlərdə bacısı X18 Dillər Unverstetinin kitabxanasına işə çıxacağını bildirmişdir. Həmçinin 2021-ci ilin dekabr ayının axırlarında da tanışı Mürsəl Ağayevlə görüşüb ünvan 2 ünvanında yerləşən “Həyat” şadlıq evinə gedərək orada Faiq Abıyevlə görüşmüşlər. Həmin vaxt onlar bir qədər söhbət etdikdən sonra tanışı Mürsəli X23 imtiyazlı ailə kimi qeydiyyata aldırıb ona təqaüd düzəltməyi üçün Faiqə istədiyi 4000 manat pulu vermişdir. Göstərmişdir ki, həmin vaxt Faiqə bildirmişdir ki, həmin 4000 manat pulu o, öz cibindən verir. Çünki, Mürsəlin maddi vəziyyəti çox pisdir. Ona görə də Mürsəlin təqaüd məsələsini mümkün qədər tez düzəltməsini xahiş etmişdir. Bundan bir neçə gün sonra Faiqin istəyi ilə Mürsəlin ailə üzvləri Bakı şəhərinə gəlmiş və Faiq Abıyev onlar üçün kart hesabı açdırmışdır. 2022-ci ilin yanvar ayında isə Mürsəlin ailə üzvülərinə yardım göndərilsədə pul verilməmişdir. Bildiyinə görə Faiq Abıyev yardımı özü taksi ilə göndərmişdir. Bir müddət sonra isə Faiq Abıyev vədlər verməyə başlamış, lakin məlum olmuşdur ki, sonuncu ona qarşı dələduzluq edib verdiyi pulları mənimsəmişdir. Ona görə də o, bununla bağlı ərizə ilə Faiq Abıyevdən şikayət ərizəsi vermişdir. Göstərmişdir ki, Faiq Abıyevə telefonları, pulu verəndə heç bir sənəd tərtib etməmiş və bununla bağlı onda ancaq telefon danışıqları vardır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2022-ci il tarixdə “turbo.az” internet saytında “X33” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin 24.000 ABŞ dollara satılması barədə “Ağa” adı ilə yerləşdirilmiş elanla əlaqədar ***-***-**-** mobil nömrəyə zəng etmiş, özünü Rüfət adı ilə təqdim edən şəxs Kooperasiya Universitetinin yaxınlığında olduğunu demiş və bundan sonra həmin əraziyə gedərək Rüfət adlı şəxslə görüşüb avtomobilə baxmışdır. Lakin avtomobilin alış qiymətində endirim etmədiyinə görə həmin şəxslə razılaşmamışdır. 12 sentyabr 2022-ci il tarixdə həmin şəxs ***-***-**-** saylı mobil nömrədən ona zəng edərək avtomobili alıb-almayacağı barədə maraqlandıqda həmin şəxsə avtomobili idarə edib yoxlamaq istədiyini demiş, Rüfət olduğu yeri dedikdən sonra Rüfət avtomobilin açarını xalası oğlu ilə göndərdiyini bildirmişdir. Həmin vaxt avtomobilə yaxınlaşarkən dövlət qeydiyyat nişanlarının olmadığını görüb Rüfətə zəng etdikdə sonuncu ona nömrələrin oğurlanmaması üçün açıb götürdüyünü demişdir. Bundan sonra avtomobili idarə edib yoxlamış və həmin yerdə saxlayaraq açarı Rüfətin qohumuna vermişdir. Həmin gün axşam saatlarında Rüfət ona zəng edib avtomobili 25000 manata sata biləcəyini demiş və danışıq zamanı aralarında razılaşma əldə olunmuşdur. Bundan sonra “X33” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq qaydada yoxlatdıran zaman Yasamal rayon məhkəməsində mülki mübahisəyə görə avtomobilin üzərində həbs olduğunu öyrənmiş, lakin Rüfətdən bu barədə heçnə soruşmamışdır. 12 sentyabr 2022-ci il tarixdə saat 20:00 radələrində Rüfət idarə etdiyi «Kia Optima» markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsinə gəlib alqı-satqı ilə əlaqədar ondan 200 manat beh almış, həmin vaxt sözügedən şəxs avtomaşında atası, qohumunun gözlədiyi demiş, həmin vaxt avtomobilin məhkəmə problemi barədə Rüfətdən soruşduqda sonuncu ona 3-4 gün ərzində məhkəmə işinin yekunlaşacağını bildirmişdir. Bundan sonra Rüfət ona zəng edib ailəsindən ayrılmasına görə problemləri olduğunu, oğlunun fiziki qüsurlu olmasını iddia edərək bəhanələr gətirməklə müxtəlif vaxtlarda ondan ümumilikdə 300 manat pul almış, sonradan isə zəng edib avtomobilin məhkəmə problemini həll etməli olduğu üçün inandıraraq daha 500 manat pul istəmişdir. Buna gör də 22 sentyabr 2022-ci ildə saat 20:32-də Nərimanov rayonu, Azadlıq prospektində fəaliyyət göstərən «Bravo» adlı marketdə quraşdırılmış «e- Manat» ödəmə terminalından 500 manat pulu Rüfətin Whatsapp mobil tətəbiqində ona fotoşəklinin göndərdiyi kart hesabına köçürmüşdür. Növbəti günlərdə Rüfət təkrar ona zəng edib pul istədikdə şübhələnərək həmin şəxsdən avtomaşını adına sənədləşməsini və ya verdiyi ümumi 1000 manatı qaytarılmasını tələb etmiş, eləcə də şübhələndiyi üçün avtomobilin park olunduğu Kooperasiya Universitetinin yaxınlığına getmiş və avtomobilin orada olmadığını görmüşdür. Bundan sonra həmin ərazidə işləyən adını bilmədiyi mühafizəçiyə yaxınlaşaraq “X33” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə maraqlanmış, mühafizəçi avtomobilin təxminən 10 gün əvvəl aparıldığını, yaxınlıqda yaşayan Ağa adlı şəxsin də bu barədə maraqlandığını demişdir. Bu zaman Ağa adlı şəxsin kimliyi və harada yaşaması barədə soruşduqda mühafizəçi ona sözügedən şəxsin yaşadığı binanı göstərmiş, Ağa adlı şəxsin «Audi Q7» markalı avtomobilinin olduğunu demişdir. Növbəti günlərdə mühafizəçinin göstərdiyi binanın qarşısına getdikdə sonuncu ona «Audi Q7» markalı, **-TR-*** d.q.n-lı avtomobili göstərib həmin avtomobilin Ağaya məxsus olduğunu, Ağanın avtomobili satışa qoyduğunu bildirmişdir. Bundan sonra «turbo az.» saytında satına daxil olub baxış keçirdikdə «Audi Q7» markalı, **-TR-*** d.q.nlı avtomobilin “Seyid” adlı şəxs tərəfindən satışa qoyulduğunu görmüş və həmin elanda qeyd olunan ***-***-**-** saylı mobil nömrəyə zəng edib şəxsiyyəti sonradan ona məlum olan, “Seyid” ləqəbli Zərərçəkmiş şəxs5 ilə görüşmüş və sonuncu ona «X33» markalı, ** HG *** dövlət d.q.n-lı avtomobil barədə alqı-satqı söhbətləri əsnasında Faiq adlı şəxsin Böyükağadan 2000 manat beh alıb vədinə əməl etmədiyini öyrənmişdir. Bundan sonra Böyükağa ilə məsləhətləşmiş və həmin şəxs DİN-in «102» xidmətinə zəng edib hadisələr barədə qısa məlumat vermiş, ardınca isə Zərərçəkmiş şəxs5 ilə birgə Nərimanov RPİ-nin 16-cı PB-nə yaxınlaşıb ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 nümayəndəsi X11 ifadəsində göstərmişdir ki, zərərçəkənin qızıdır. 2022-ci ilin aprel ayının 30-da uzaq qohumu olan Şahid4 ilə söhbət edən zamam Şükür ona tanışı Təqsirləndirilən şəxs təqaüdü düzəltdiyini lazım olsa köməklik edə biləcəyini demişdir. O da Şükürə problem olmadığını, bu işdə ona köməklik etməyini istəmiş, Şükür ona həmin gün Faiqin nömrəsini verərək bununla əlaqə saxlamağını demişdir. O da Faiqin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq Faiqə nömrənin Şükür tərəfindən verildiyini bildirib ona təqaüdü bərpa etməkdən köməklik etməyini demişdir. Şükür də problem olmadığını deyib, ona məxsus olan əllik sənədlərini göndərməyini istəmişdir. O da həmin gün sənədləri Salyan rayonundan taksi ilə yola salmışdır. Faiq sənədləri Bakı şəhərində qəbul etdikdən sonra ona yenidən zəng edib pensiyanı bərpa edəcəyini deyib 3000 manat pul istəmişdir. O da Faiq ilə razılaşıb, qeyd olunan tarixdə qohumu Şahid4 ilə əlaqə saxlayıb Şükürə Faiqin ondan 3000 manat pul istədiyini demişdir. Şükür problem olmadığını deyib ortada özünün olduğunu, Faiqin onu aldada bilməyəcəyini demişdir. O da xx.xx.2022-ci il tarixdə Şükürün atdığı və öz adına çıxdığı Kapital Banka məxsus olan 4169 7385 4814 8869 sayiı hesab nömrəyə Salyan şəhəri, Y.Qasımov küçəsində yerləşən «Neptun» marketdən 3000 manat pul köçürtmüşdür. Şükür ona zəng edərək, pulun karta köçdüyünü bildirmişdir. Bundan sonra Faiq ona zəng edərək sənədlərin 1 ay müddətində düzələcəyini və pensiyanın yenidən bərpa olunacağını demişdir. O, da bu müddət ərzində Faiqdən xəbər gözləmiş, xx.xx.2022-ci il tarixdə o, Faiq ilə əlaqə saxladıqda sonuncu ona birazda səbirli olmağını demişdir. Faiq ona harada olduğunu soruşmuş, o, qardaşı X3 həbs oldunduğuna görə qardaşının işlərinə başının qarışdığım demişdir. Faiq ondan nə söhbət olduğunu soruşmuş, o, Faiqə qardaşının külli miqdarda narkotik vasitələrin daşıdığına görə həbs olundğunu demişdir. Faiq Məhkəmə gedişatı zamam qardaşının cəzasını yüngülləşdirə biləcəyini demiş, bununla telefonu söndürmüşdür. xx.xx.2022-ci il tarixdə Faiq onunla əlaqə saxlayan zaman ondan qardaşının cəzasım yüngülləşdirmək üçün 4000 manat pul istəmiş, o da Faiqə problem olmadığını demiş, və Faiq ona pulu yenə Şükürün kartına atmağını demişdir. O, yenə Şükürə zəng edərək Faiqə göndərəcəyi pulu onun kartına atmağı Faiqin dediyini bildirmiş, Şükür yenədə problem olmadığını deyib kartına pulu atmağı demişdir. O, hesab nömrəsinə Salyan şəhəri Qasımov küçəsində yerləşən «Neptun» marketdən 4000 manat pul göndərmiş, sonra Faiqiə əiaqə saxladıqsa sonuncu pulun köçdüyünü deyib biraz səbirli olmağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Faiq yenə zəng edərək pulun az olduğunu deyib əlavə olaraq 2500 manatda pul köçürməyini demiş, o da həmin tarixdə 1500 manat pulu yenədə Şükürün hesab nömrəsinə Sabirabad rayonu, Çəngən kəndində yerləşən Ticarət Mərkəzində olan MilliÖn terminal vasitəsi ilə göndərmişdir. Qalan 1000 manat pulu isə hələlik pulunun olmadığını deyib bir həftəyə atacağını bildirmiş, həmin pulu Salyan rayonu Qaracala qəsəbəsində yerləşən marketdə olan MilliÖn terminalı vasitəsilə 1000 manat pulu Şükürün hesabına köçürtmüşdür. O, bir müddət gözlədikdən sonra Faiq ilə əlaqə saxlayıb işlərin necə getdiyini soruşduqda sonuncu ona müxtəlif bəhanələr gətirərək söhbətdən yayındığını görmüş, belə olduqda Faiqdən pullarını geri tələb etməyə başlamışdır. Lakin Faiq ona pulu Şükürə verdiyini bildirib alıb verəcəyini demiş, həmin gündən 1 ay keçməyəsinə baxmayaraq, Faiq pulu ona verməkdən imtina etmiş, Faiqin onu aldatdığını görüb xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzinə məlumat vermişdir. Əlavə olaraq Faiqin onu aldadaraq ümumilikdə 10200 manat pulu ələ keçirtdiyini bildirmişdir.Nümayəndə eyni zamanda mülki iddia ərizəsini məhkəməyə təqdim edərək, təqsirləndirilən şəxsin vurulan ziyandan 2000manat ödəməsi barədə məlumatı olmamasını bildirərək təqsirləndirilən şəxsdən və Şahid4 ona dəyən 10200 manat məbləğində pulun tutulub verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, oğlu Orxan İsabalayevə xx.xx.2021-ci il tarixdə AR CM-nin 234cü maddəsinə əsasən azadlıqdan məhrum edilmişdir. Həmin vaxtlar oğlunun cəzasını yüngülləşdirmək üçün adam axtarmış, bu zaman oğlu Kamranın tanışı olan Faiq adlı şəxs oğlu Kamrana və ona vədlər vermişdir ki, həbsdə olan oğlu Orxana köməkilik edəcəkdir. Bunun müqabilində həmin işlə bağlı ondan 13.000 manat pul istəmişdir. Faiqin ona dediyi pulu əldə etmək yaşadığı mənzili girov qoyub 13000 manat pulu götürmüşdür. xx.xx.2021ci il tarixdə Binəqədi rayonu Ş.Məmmədova küçəsində yerləşən Bravo marketin qarşısında 13000 manat pulu Faiq adlı şəxsə əlbəəl vermişdir. Bundan sonra Faiq adlı şəxslə oğlunun məhkəmədə işlə bağlı maraqlanmağa başlamış, Faiq hər dəfə onu araxayın etmişdir ki, narahat olmasın. Lakin xx.xx.2022-ci il tarixdə oğlum Orxana Bakı Ağır Cinayətlər məhkəməsi 10 il azadlıqdan məhrum etmə cəzası vermişdir. O, bu barədə Faiqə bildirdikdə o yenədə onu aldatmağa başlamışdır. Bundan sonra Apelyasiya Məhkəməsinə şikayət vermişlər. Faiq bu işlə bağlı Apelyasiya məhkəməsindən vəkil tapmış və həmin vəkilə 5000 manat pulu Faiqin özü vermişdir ki, bu işdə ona köməkilik etsin. Məhkəmə prosesləri yekunlaşdıqda 10 il həbs cəzası qüvvədə qaldığı zaman 2022ci ilin aprel ayında Faiq ona 3000 manat pulu Bakı Apellyasiya Məhkəməsinin qarşısında geri özünə qaytarmışdır. Hər dəfə ondan pulunu istəyəndə ona müxtəlif bəhanələr gətirərək pulunu verməkdən yayınmışdır. Göstərmişdir ki, bankdan 10.000 ABŞ dolları kredit pul götürmüş, həmin pulun bir hissəsini manata çevirib 13000 manat pulu Faiqə vermiş, qalan pulu özündə saxlamış, sonradan Faiq ona cəmisi 4000 manat pul qaytrmış, qalan pul ödənilməmiş qalmışdır. Eyni zamanda ərizə ilə müraciət edərək pulun ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Rəfael oğlu ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayında tanışı Şahid7 ona zəng edərək müdirinin oğlunun Xəzər Universitetində təhsil aldığını və həmin tələbənin kəsr imtahanlarının olduğunu və bu işdə ona köməklik göstərə biləcək şəxs axtardığını bildirmişdir. Həmin vaxt yanında əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs olmuş, onun Rəna ilə telefonda apardığı danışığı Faiq eşitdiyi üçün həmin məsələyə özünün köməklik göstərə biləcəyini bildirmişdir. O Rənaya zəng edərək Faiqin əlaqə nömrəsini ona vermiş, Rənanın ona dediklərinə əsasən bilirmişdir ki, Təqsirləndirilən şəxs Rənanın müdirinin oğlunun imthanlardan 6 ədəd kəsrini həll etmək üçün ümumilikdə 6.000 manat pul istəmişdir. Lakin bundan sonra ona məlum olmuşdur ki, Rəna Faiqə zəng edərək onunla görüşmüş, Faiq ona qeyd edilən məsələdə deyil, digər bir təkliflə, Rənanın müdirinin oğlu Hüseyn İmanovun təhsil aldığı Xəzər Universitetindən Azərbaycan Dillər Unversitetinə köçürülməsinə görə köməklik göstərəcəyini vəd edərək 13.000 manat pul almışdır. Daha sonra Faiq Rənadan təhsil haqqı ödənilməsi üçün əlavə olaraq Rənadan 5.200 manat da pul almış, bununla da Faiqin Rənadan aldığı pulun ümumi məbləği 18.200 manat təşkil etmişdir. Lakin Faiq verdiyi vədə əməl etməmiş və həmin pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Göstərmişdir ki, Faiqin Rənadan aldığı pulların heç birindən əvvəldən məlumatı olmamış, Faiq pulu aldıqdan sonra həmin tələbənin kəsrlərinin hansı sayda olması barədə universitet tərəfindən verilmiş çıxarışı ona vermiş, o, isə həmin çıxarışı Rənaya vermiş, daha sonra Faiqi nə görməmiş, nə də onunla heç bir əlaqəsi olmamışdır. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin əvvəllərindən tanıyır, tanışlıqdan sonra aralarında yaxın münasibətlər yaranmışdır. Münasibətdə olduğu dövrdə Faiq ona bildirmişdir ki, Gürcüstan Respublikasından ucuz qiymətə maşın alıb gətirə bilər. O, istifdəsində olan «Opel» markalı avtomobili satdığından və «Nissan Macx» markalı avtomobil almaq istədiyindən 2021-ci ilin oktyabr ayının əvvəllərində Faiqə bu barədə məlumat vermiş və köməklik etməsini xahiş etmişdir. Faiq çox asanlıqla onun üçün ən geci 2 ay müddətində Gürcüstan Respublikasından «Nissan Macx» markalı avtomobil alıb gətirə biləcəyini bildirmişdir. Sonuncu avtomobilin qiymətinin 2000 manat təşkil etdiyini, avtomobil Azərbaycana gəldikdən sonra bankda girov qoyularaq pul götürəcəyini və gömrük rəsmiləşdirilməsi üçün lazım olan pulun götürülmüş kredit hesabına ödəniləcəyini bildirmişdir. Faiqin təklifi ilə razılaşmış və onun üçün avtomobil alıb gətirməsi məqsədi ilə 2021-ci ilin oktyabr ayının ortalarında ünvan 6 ünvanında yerləşən yaşayış binasının qarşısında ikilikdə Faiqə 1500 manat, 2021-ci ilin dekabr ayının əvvəllərində isə həmin ünvanda 500 manat pul vermişdir. Faiq ona vəd vermişdir ki, ən geci 2021-ci ilin dekabr ayının 10-a qədər avtomobil artıq Bakı şəhərində olacaqdır. Faiqin ona deməsinə görə ondan aldığı pulu avtomobili alıb Azərbaycana yola salması üçün Gürcüstan Respublikasında yaşayan tanışına göndərmişdir, həmin tanışı Gürcüstanda avtomobil bazarına gedib yaxşı vəziyyətdə olan «Nissan Macx» markalı avtomobil seçib aldıqdan sonra Azərbaycana yola salacaqdır. O, mütəmadi olaraq Faiqdən avtomobil alınıb yola salınmasının nə vəziyyətdə olması ilə maraqlandıqda sonuncu bütün işlərin qaydasında olduğunu ona demişdir. Hətta Faiq onun üçün aldığı avtomobilin fotoşəkilini də ona göstərdiyindən ilk başda ondan şübhələnməmişdir. Lakin vəd etdiyi vaxt başa çatdıqdan sonra Faiqin hər dəfə müxtəlif bəhanə gətirərək vaxtı uzatmağa çalışmasından başa düşmüşdür ki, onu aldadır. Bu səbəbdən də 19 dekabr 2021-ci il tarixdə DİN-in 102 Xidmətinə zəng edərək və ərizə ilə Nərimanov RPİ-nin 18-ci PŞ-nə şikayət etmişdir. Göstərmişdir ki, Təqsirləndirilən şəxs aldığı 2000 manat puldan şikayət etdiyi dövrə qədər 320 manat, araşdırma dövründə isə 400 manat pul ödəmişdir. Bu hesabla onun ona 1280 manat borcu qalmışdır. İş üzrə Zərərçəkmiş şəxs8 teleqramma ilə məhkəməyə müraciət edərək üzürül səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2021-ci ildə mən "xxxx" ASC yanında Satınalmalar və Müqavilələrin İcrasına Nəzarət İdarəsində direktor işləmişdir. 2021-ci ilin təxminən oktyabrnoyabr aylarında işlədiyi idarədə aparıcı mütəxəssis işləyən Şahid7 ilə söhbət əsnasında ona Xəzər Universitetində oxuyan oğlu X12 dərslərinin çox çətin olduğunu, imtahanlardan kəsrlərinin olduğunu bildirib ondan bu işdə ona köməklik göstərən hər hansı bir tanışının olub-olmadığını soruşmuşdur. Bundan bir müddət sonra Rəna ona bir nəfər şəxsin bu işdə köməklik göstərə biləcəyini, belə ki, oğlu Hüseyn İmanovu oxuduğu Xəzər Universitetindən Azərbaycan Dillər Universitetinə köçürməyə köməklik göstərə biləcəyini bildirmişdir. Həmçinin Şahid7 bu işdə onlara köməklik göstərməyə razılıq verən şəxsin bu işi 13000 manat müqabilində edəcəyini dediyini bildirmişdir. O, Rənanın onunla tanış etdiyi həmin Faiq adlı şəxslə görüşüb bu barədə bir qədər söhbət etdikdən sonra ona əvvəlcə inanmasa da sonradan bu işi görməyə razılıq vermişdir. Ona görə də həmin ərəfədə Rənaya 13000 manat vermişdir ki. Faiqə versin. Bundan bir müddət sonra Rəna ona Faiqin ona zəng etdiyini, işləri həll etdiyini, 5200 manat təhsil haqqı ödənilməli olduğunu bildirmişdir. Ona görə də Faiqə çatdırması üçün əlavə olaraq Rənaya 5200 manat da vermişdir. Rəna da öz növbəsində 13000 manatı və 5200 manatı, yəni ümumilikdə 18200 manatı Təqsirləndirilən şəxs versə də sonradan Faiqin vədinə əməl etmədiyi, onlara qarşı dələduzluq edərək 18200 manat pulunu ələ keçirdiyi, həmçinin onun Bakı şəhərində onlardan başqa şəxslərə qarşı da dələduzluq etdiyi ona məlum olmuş, ona görə də Şahid7 bu barədə polis şikayət əizəsi ilə müraciət etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 18:00 radələrində “Turbo.az” internet saytında “X33” markalı, 90- HG-999 d.q.n-lı avtomaşının 24000 ABŞ dollarına satışı barədə elan görmüş və həmin elanda qeyd olunan ***-***-**-** saylı mobil nömrəyə zəng etsə də, zəng cavabsız qalmışdır. Həmin gün saat təxminən 21:00 radələrində Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində, yaşadığı evin yaxınlığında “X33” markalı, **-HG-*** d.q.n-lı avtomaşını görüb avtomaşına yaxınlaşmış, avtomaşının yanında dayanmış və özünü “Faiq” adı ilə təqdim edən şəxsə elan barədə sual verdikdə həmin şəxs avtomaşının yaxın dostuna məxsus olduğunu demişdir. Daha sonra alqı-satqı barədə söhbət edərkən Faiq ona avtomaşını 20.000 ABŞ dollarına sata biləcəyini söyləmiş və ondan 20.000 manat beh istəmişdir. Bu zaman həmin şəxslə razılaşmamış, sonuncuya 2000 (iki min) manat beh verə biləcəyini, avtomaşının yaşadığı binanın qarşısında saxlanılacağı təqdirdə növbəti gün avtomaşının öz adına sənədləşməsi əsnasında qalan 32.000 manat pulu ödəyəcəyini demiş, aralarında şifahi razılaşma əldə olunmuş, buna görə də həmin yerdə Faiqə 2000 manat beh vermiş və Faiq oradan getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 11:00 radələrində Faiq ona zəng edərək Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində, avtomaşının sahibi İsif adlı şəxslə birgə 32 saylı notariat kontorunda olduğunu bildirmiş, ondan özünə məxsus şəxsiyyət vəsiqəsinin fotoşəkillərini çəkərək Whatsapp mobil tətbiqi vasitəsi ilə göndərməsini xahiş etmişdir. Belə olan halda dərhal həmin şəxsin tələbini icra etmiş, bundan 20 dəqiqə sonra Faiq təkrar zəng edərək avtomaşının üzərində məhkəmə həbsi olması səbəbi ilə etibarnamə verilməsinin mümkün olmadığını, növbəti gün həbs məsələsini həll edib ona baş etibarnamə veriləcəyini demişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 13:00 radələrində özü Faiq adlı şəxsə zəng etdikdə sonuncu məhkəmə həbsinin aradan qaldırılması məsələsinin 2-3 gün daha ləngiyəcəyini dediyi üçün həmin şəxsdən avtomaşının sənədlərini ona verməsini tələb etmiş, belə olan halda Faiq onunla görüşüb söhbət etmək istədiyini demişdir. Bir qədər sonra Faiqlə görüşə tanışı X19 və Şahid8 ilə birlikdə gedib görüşən zaman Nazim və Arif Faiqin yanında olan Şahid5, həmçinin sonuncunun övladları Faiq və Fəridi tanımış, həmin şəxsləri bir gün əvvəl 32 saylı notariat kontorunün qarşısında gördüklərini demişlər, eləcə də Şahid5 bunu təstiq etmişdir. Bundan sonra söhbət əsnasında Faiq avtomaşının texniki şəhadətnaməsinin məhkəmə işində lazım olacağını deyib arxa qeydiyyat nişanını çıxarıb ona vermiş, həmin vaxt avtomaşını almaq fikrindən yayındığını dediyi üçün Faiq avtomaşını qısa müddətdə, saxlanıldığı yerdə sataraq ondan aldığı 2000 manat pulu qaytaracağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə “X33” markalı, **-HG-*** d.q.n-lı avtomaşının yerində olmadığını gördükdə dərhal Faiqə zəng etmiş, lakin həmin şəxsə zəng çatmamışdır. Bu zaman tanışı Nazim Nəzərova zəng etmiş və Nazim ona avtomaşının Şahid5 oğlanları Faiq və Fərid tərəfindən aparıldığı, həmin şəxslərin onda olan qeydiyyat nişanına qarşılıq 500 manat təklif etdiklərini və əlaqə saxlamaq istəmələrini söyləmişdir. Bundan sonra həmin şəxslərlə özü dəfələrlə əlaqə saxlayıb onun ilkin tanış olduğu Faiq adlı şəxslə əlbir olduqlarını demiş, Faiq adlı şəxsə verdiyi 2000 manat pulu həmin şəxslərdən tələb etmişdir. Həmin ərəfədə Faiq adlı şəxsin özü ilə də bir neçə dəfə telefon əlaqəsi saxlamış, pulunu tələb etmiş, lakin həmin şəxs müxtəlif bəhanələr irəli sürərək pulu qaytarmaqdan yayınmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 17:00 radələrində 070-220-22- 48 saylı mobil nömrədən zəng edən, əvvəllər tanımadığı, şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs7 onunla görüşmək istədiyini bildirmiş, Vüsal Yaradanqyliyev ilə görüş zamanı “X33” markalı, **-HG- *** d.q.n-lı avtomaşının satışı ilə bağlı “turbo.az” internet saytında “Ağa” adı ilə elan yerləşdirmiş şəxs tərəfindən Zərərçəkmiş şəxs7 1000 (min) manat pulunun ələ keçirildiyi məlum olmuşdur. Bundan sonra özü DİN-nin 102 xidmətinə zəng edərək hadisələr barədə qısa məlumat vermiş, daha sonra isə Zərərçəkmiş şəxs7 ilə birlikdə Nərimanov RPİ-nin 16-cı PB-nə yaxınlaşaraq hər ikisi ərizə ilə müraciət etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Mənsim oğlu ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, üzürlü səbəbdən məhkəmə iclasında iştirak etmədiyini bildirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 Mənsim oğlu və Şahid2 ifadələrində Zərərçəkmiş şəxs6 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadələr vermişlər. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ev 16, mənzil 20-də qeydiyyatda olmaqla övladı X29 ilə birlikdə həmin ünvanda yaşayır. 2013-cü ildən qazanc əldə etmək məqsədi ilə Bakı şəhərində minik avtomobillərinin icarəyə verilməsi ilə məşğul olan müxtəlif firmalarla müştərək qaydada fəaliyyət göstərir, lakin avtomobil icarəyə vermək üçün şəxsi obyekti yoxdur. Zərurət olduqda minik avtomobillərinin icarəyə verilməsi ilə məşğul olan firmaların əməkdaşları ona zəng vurub əlaqə saxlayaraq avtomobil lazım olduğunu bildirir, o da öz növbəsində avtomobil icarəyə götürmək istəyən şəxslərlə görüşüb müvafiq sənədləşdirmə aparmaqla, o cümlədən notarial qaydada etibarnamə verməklə özünə məxsus minik avtomobillərini ödəniş müqabilində müəyyən müddətə icarəyə verir. Şəxsi mülkiyyətində hazırda 6 (altı) ədəd minik avtomobili vardır. «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili təxminən 2022-ci ilin əvvəllərində X4 20500 (iyirmi min beş yüz) manat müqabilində almış və avtomobil mülkiyyətçi kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X37 İdarəsində onun adma rəsmiləşdirilmişdir. Şahid3 05 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində ona müraciət edərək hər birinin müqabilində ayda 2000 (iki min) manat məbləğində icarə haqqı ödəmək şərti ilə şəxsi mülkiyyətində olan «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı və «X33» minik markalı ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilləri iltizam yazıb verməklə 6 (altı) ay müddətinə sürmək üçün icarəyə götürmüşdür. Şahid3 özü də Bakı şəhərində minik avtomobillərinin icarəyə verilməsi ilə məşğul olur. Etibar qazanc əldə etmək məqsədi ilə ondan icarəyə götürdüyü hər iki avtomobili aylıq 2500 (iki min beş yüz) manat müqabilində icarəyə vermək istədiyini söyləyib bu məqsədlə hər iki avtomobilə dair ona baş etibarnamə verməsini xahiş etmişdir. Etiraz etməyərək həmin gün Etibarın xahişi ilə həmin avtomobillərə dair ona sərəncam vermə hüququnu nəzərdə tutan, o cümlədən bağışlamaq, ipoteka qoymaq, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və sürücülük hüququ olduqda idarə etmək üçün 6 (altı) ay müddətinə notarial qaydada etibarnamə vermişdir. Etibar 05 sentyabr 2022-ci il tarixdə axşam saatlarmadək hər iki avtomobilin müqabilində ona cəmi 4000 (dörd) min manat icarə haqqı verəcəyini vəd etsə də, həmin axşam ona hər hansı məbləğdə pul verməmişdir. Bununla əlaqədar 05 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Etibara zəng edərək icarə haqqını ödəməməsinin səbəbini soruşduqda o, həmin gün günorta saatlarında «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil üçün artıq müştəri taparaq həmin avtomobili notarial qaydada sənədləşdirmə aparmaqla icarəyə verdiyini və növbəti gün, yəni 06 sentyabr 2022-ci il tarixdə səhər satalarmda onun 2000 (iki min) manatını çatdıracağını, «X33» minik markah ** HG *** dövlət qeydiyyat nişanlı avtomobili isə icarəyə vermək üçün hələ müştəri tapmadığını bildirmişdir. Etibara inanaraq etiraz etməyib bir söz deməmişdir. Növbəti gün, yəni 06 sentyabr 2022-ci il tarixdə saat 15 radəlrində Etibarın ona zəng etmədiyini və vəd etdiyi kimi, səhər saatlarında «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin icarə haqqını gətirib vermədiyinə görə narahat olaraq hər ehtimala qarşı avtomobil və bütün növ nəqliyyat vasitələrini izləmək və nəzarət etmək üçün istifadə olunan «GPS» (Qlobal mövqe təyinetmə sistemi) vasitəsilə avtomobilin harada olduğunu müəyyən etməyi qərara almışdır. Bu məqsədlə özünə məxsus «Samsung» markah smartfon tipli mobil telefonla «GPS» proqramından istifadə edərkən «BMW 3281» minik markah ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X39 İdarəsində olduğunu görüb narahat olaraq dərhal «GPS» sistemi vasitəsilə həmin avtomobilin mühərrikini söndürmüşdür. Sonra Etibarın mobil telefonuna zəng vuraraq bu barədə ondan soruşub ona məxsus «BMW 3281» minik markah ** CU *** dövlət qeydiyyat nişanh avtomobilin Baş X39 İdarəsində nə gəzdiyini soruşuşmuşdur. Etibar bu barədə məlumatı olmadığını demişdir. Əsəbiləşərək Etibardan avtomobili kimə icarəyə verdiyini soruşub əlaqə saxlayıb danışmaq üçün həmin şəxsin telefon nömrəsini söyləməsini tələb etmişdir. Etibar avtomobili etibarnamə ilə Nərimanov rayon sakini Bakı şəhər sakni Zərərçəkmiş şəxs6 verdiyini bildirib həmin şəxsin mobil telefonunu öyrənmək üçün Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 21 saylı notariat ofisinə getməli olduğunu demişdir. Təxminən 15-20 (on beş - iyirmi) dəqiqə sonra Etibar ona zəng vuraraq Zərərçəkmiş şəxs6 ***-***-**-** nömrəsini ona söyləmişdir. Dərhal həmin nömrəyə zəng vurub Zərərçəkmiş şəxs6 ilə danışaraq «BMW 3281» minik markah ** CU *** dövlət qeydiyyat nişanh avtomobilin ona məxsus olduğunu bildirib həmin avtombillə bağlı Baş X39 İdarəsində hər hansı rəsmiləşdirmə aparmamasını tələb etmişdir. Həmçinin hər ehtimala qarşı Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vuraraq ona məxsus «BMW 3281» minik markah ** CU *** dövlət qeydiyyat nişanh avtomobillə bağlı Baş X39 İdarəsində hər hansı sənədləşdirmə aparılmasına imkan verməməyi xahiş etmişdir. Sonra oğlu Faiqlə birlikdə Baş X37 İdarəsinə gedib orada Zərərçəkmiş şəxs6 ilə görüşərək ona məxsus «BMW 3281» minik markah ** CU *** dövlət qeydiyyat nişanh avtomobili nə məqsədlə Baş X39 İdarəsinə gətirdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs6 bir gün öncə, yəni 05 sentyabr 2022-ci il tarixdə həmin avtomobili Fuad adlı şəxsdən satın aldığını bildirib avtomobili mülkiyyətçi kimi oğlu Şahid1 adma rəsmiləşdirmək üçün Baş X39 İdarəsinə gətirdiyini söyləyib məsələni aydınlaşdırmaq üçün mobil telefonu ilə həmin şəxsə zəng etmişdir. Zərərçəkmiş şəxs6 Fuad adlı şəxslə danışdıqdan sonra onunla görüşüb söhbət etmək üçün Nərimanov parkına getmişlər. Nərimanov parkında yerləşən çayxanada birlikdə stol arxasında əyləşib təxminən 1 (bir) saat Fuadı gözləmişlər, lakin Fuad gəlib çıxmamışdır. Zərərçəkmiş şəxs6 vəziyyəti izah edib Bakı şəhərində minik avtomobillərinin icarəyə verilməsi ilə məşğul olduğumu və özünə məxsus «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili Şahid3 icarəyə verdiyini demişdir. Söhbət əsnasında Zərərçəkmiş şəxs6 Fuad adlı şəxsə zəng edərək harada olduğunu soruşduqda o, üzrxahlıq edərək gələ bilməyəcəyini demişdir. Bu zaman Zərərçəkmiş şəxs6 telefonu alıb Fuad adlı həmin şəxslə əsəbi vəziyyətdə danışaraq hansı səlahiyyətlə ona məxsus avtomobili Həsənə satdığını soruşmuşdur. Fuad bu məsələnin ona heç bir aidiyyətinin olmadığını və tezliklə Zərərçəkmiş şəxs6la aralarında olan narazılığı həll edəcəyini vəd etmişdir. Sonra Zərərçəkmiş şəxs6 «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilini təhvil almışdır. Bir neçə dəqiqə sonra həmin çayxanaya gələn oğlu Fəridin idarə etdiyi avtomobillə Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinə gedib hadisə ilə bağlı ərizə və izahat vermişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 Mənsim oğlunu 2019-cu ildən etibarən tanıyır, onunla qohumluğu yoxdur, aralarında ədavət və ziddiyyət olmamışdır. Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci ildən etibarən tanıyıram, onunla qohumluğu yoxdur, aralarında ədavət və ziddiyyət olmamışdır. 01 noyabr 2016-cı ildən əmək müqaviləsi ilə "xxxx" MMC-də layihələr üzrə menecer vəzifəsində işləyir. Şahid1 Mənsim oğlu 2019-cu ildə bir neçə ay əmək müqaviləsi ilə "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Məhz həmin vaxtdan Ayxanı tanıyır və aralarında səmimi dostluq münasibətləri yaranmışdır. 2022-ci ilin avqust ayında söhbət əsnasında Ayxan ona atası Həsənin onun üçün avtomobil almaq istədiyini söyləyib satın almaq üçün ona avtomobil tapmaqda köməklik göstərməyi xahiş etmişdir. O, razılaşmış və həmin vaxtdan etibarən turbo-az saytında yerləşdirilən avtomobil satışına dair elanlarla maraqlanmağa başlamışdır. 05 sentyabr 2022-ci il tarixdə günorta saat 14 radələrində turbo.az saytında avtomobil elanlarına baxan zaman saytda 2015-ci ildə buraxılmış «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin 13800 (on üç min səkkiz yüz) ABŞ dolları müqabilində satışına dair elan yerləşdirildiyini görmüşdür. Elanla yaxından tanış olub avtomobilin şəkillərinə baxaraq bəyənmiş.eElanda qeyd olunmuş Fuad adlı satıcının ***-***-**-** mobil telefon nömrəsinə zəng edib «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin şəkillərinə baxıb bəyəndiyini söyləyərək avtomobilə yaxından baxmaq istədiyini demişdir. Özünü Fuad kimi təqdim edən həmin şəxs avtomobili Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən «Cıdır» restoranının yaxınlığında saxladığını bildirib onu həmin ünvana dəvət etmişdir. O, taksi avtomobili ilə həmin ünvana getmiş və orada özünü avtomobilin mülkiyyətçisi və Faiq kimi təqdim edən sonradan adını, soyadını və atasının adını bildiyi Təqsirləndirilən şəxs onu qarşılayıb salamlaşaraq «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili ona təqdim etmişdir. Bu zaman sonradan adını bildiyi Həsən adlı şəxs tanımadığı digər bir şəxslə birlikdə avtomobilə yaxınlaşıb avtomobili kimin satdığını soruşmuşdur. O, Fuad adlı şəxsə işarə edərək avtomobili həmin şəxsin satdığını demiş, bu zaman Həsən alıcı olduqlarını və avtomobilə baxmaq istədiklərini demişlər. Bunu görən Fuad onu göstərərək onlardan öncə gəldiyi üçün avtomobilə ondan sonra baxmalarını təklif etmişdir. Həsən adlı şəxs bir söz deməyib yanındakı oğlanla birlikdə kənara çəkilib gözləməyə başlamışlar. O, avtomobilə ətraflı baxıb bəyənərək Faiqə düşünəcəyini söyləyib öz işlərinin ardınca getmişdir. Təxminən saat 15 radələrində dostu Ayxana zəng edib «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil barədə danışaraq avtomobilə baxmasını təklif etmişdir. Ayxan razılaşmış və təxminən 10- 15 dəqiqə sonra Ayxanla yaşadığı ünvanda görüşüb avtomobilə baxmaq üçün “Cıdır” restoranının yerləşdiyi ünvana getmişlər. Orada Ayxan özünü avtomobilin mülkiyyətçisi və Fuad kimi təqdim edən Təqsirləndirilən şəxs təqdim etdiyi «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə baxıb bəyəndikdən sonra avtomobilin qiyməti ilə maraqlanmışdır. Faiq avtomobili 13800 (on üç min səkkiz yüz) ABŞ dolları müqabilində satdığını desə də, Ayxan razılaşmayaraq satış məbləği ilə bağlı mümkün qədər güzəşt etməsini xahiş etmişdir. Faiq bir qədər fikirləşdikdən sonra avtomobili 12500 (on iki min beş yüz) ABŞ dollarına satmağa razılaşmışdır. Ayxan razılaşaraq təxminən saat 16 radələrində atası Həsənə zəng vurub həmin ünvana çağırmışdır. Təxminən 20 dəqiqə sonra Həsən «Cıdır» restoranının yanma gəlib onlarla görüşərək avtomobilə baxmışdır. Faiq «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili Ayxanın atası Həsənə göstərib şəxsi mülkiyyətində olan həmin avtomobilin tamamilə saz vəziyyətdə olduğunu demişdir. Həsən avtomobilə baxıb bəyənərək Faiqə alqı-satqı etmək üçün Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 21 saylı notariat ofisinə getməyi təklif etmişdir. Faiq razılaşaraq şəxsi mülkiyyətində olan «BMW 3281» minik markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Həsənə sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə verəcəyini söyləmişdir. Həsən etiraz etməyib Faiqin bu təklifi ilə razılaşmışdır. Bundan sonra Həsən sənədləşdirmə üçün Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 21 saylı notariat ofisinə getmişdir. Ayxan da onunla sağollaşıb atasının ardınca taksi avtomobili ilə həmin notariat ofisinə getmişdir. O, daha orada qalmayıb öz işlərinin ardınca getmişdir. Növbəti gün, yəni 06 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Ayxan mənə zəng vuraraq həmin gün səhər saatlarında Baş X37 İdarəsində atası Həsənlə birlikdə avtomobili öz adına rəsmiləşdirmək istəyərkən İsif adlı şəxsin övladları ilə birlikdə gəlib avtomobilin ona məxsus olduğunu iddia edərək bir gün öncə, yəni 15 sentyabr 2022-ci il tarixdə Faiqin çağırdığı Şahid3 21 saylı notariat ofisində atası Həsənə verdiyi etibarnaməni ləğv etdirdiyini və avtomobili götürüb apardığını bildirmişdir. Məhz bundan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs özünü avtomobilin mülkiyyətçisi kimi təqdim edərək Ayxanın atası Həsəni aldatmışdır. Sonradan məsələ ilə bağlı maraqlandıqda Ayxan artıq hadisə ilə bağlı polisə şikayət etdiklərini demişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, uzun müddətdir vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə Bakı şəhərində avtomobillərin icarəyə verilməsi fəaliyyəti ilə məşğul olur. Belə ki, müxtəlif şəxslərdən aylıq icarəyə götürdüyü avtomobilləri müştərilərə günlük, yaxud aylıq icarəyə verməklə dolanışığını təmin edir. İşlədiyi Təqsirləndirilən şəxs təxminən 5 ildən çoxdur tanıyır. Onunla iş şəraitində tanış olmuşdur. Belə ki, Faiq dəllal kimi ondan, yaxud avtomobillərin icarəsi ilə məşğul olan başqa şəxs və ya şirkətlərlə müştərilərin arasında vasitəçilik edir. Təqsirləndirilən şəxs həmişə «Fuad» adı ilə müraciət etmiş və onun əsl adının Faiq olduğunu sonradan bilmişdir. Şahid5, X28 və X24 ilə də iş şəraitində tanış olmuş, sonuncular da onun kimi avtomobillərin icarəsi ilə məşğul olurlar. O, əvvəllər bir neçə dəfə onlara məxsus avtomobili aylıq icarəyə götürüb başqa şəxslərə icarəyə vermişdir. Təqsirləndirilən şəxs, Şahid5, X28 və X24 ilə arasında heç bir ədavət, düşmənçilik olmamışdır. 01 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib müştərisi olduğunu və aylıq icarəyə vermək üçün 3-cü seriya «BMW» markalı avtomobil lazım olduğunu bildirmişdir. Həmin vaxt özündə bu növ avtomobil olmadığından bildirmişdir ki, maraqlanıb xəbər edər. O da avtomobil icarəyə verən tanışları ilə maraqlandıqda öyrənmişdir ki, Faiq Azayevdə bu model avtomobil vardır. 04 sentyabr 2022-ci il tarixdə Faiq Azayevə zəng edib onunla metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında görüşmüş və F.Azayev «BMW 328İ» markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini ona göstərmiş, həmin avtomobili aylıq 2000 manata icarəyə verdiyini bildirmişdir. O, həmin avtomobilin şəkilini çəkib Təqsirləndirilən şəxs göndərmiş, Təqsirləndirilən şəxs hazır müştərisi olduğunu, avtomobili aylıq 3000 manata icarəyə verəcəyini bildirdiyindən onunla aralarında olan söhbəti Faiq Azayevə danışmışdır. Faiq Azayev və atası Şahid5 3-cü şəxsə etibarnamə verə bilməyi üçün ona baş etibranamə verməyə razılaşmış, həmçinin öz xətti ilə iltizam yazıb imzalamış, həmin iltizamı ondan başqa orada iştirak edən Faiq Azayev, Şahid5 və Həsən Əzizov da imzalamışdır. O, iltizamda avtomobili aylıq 2000 manat ödəməklə 6 aylıq icarəyə götürdüyünü qeyd etmişdir. Elə həmin gün təxminən saat 13-14 radələrində Tərlan şadlıq evinin yaxınlığında yerləşən notariat ofisində Şahid5 həmin avtomobilə dair ona baş etibarnamə vermişdir. Faiq Azayev avtomobilin açarlarını ona təhvil verdikdən sonra sağollaşıb getmişlər. O, notariat ofisindən çıxdıqda Təqsirləndirilən şəxs də oraya gəlmişdir. Bundan sonra «BMW 3281» markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini, o da öz avtomobilini idarə edib Azadlıq prospektinə gəlmişlər. X30 ofisində kompüterdə xidməti müqavilə tərtib edib qeyd olunan nəqliyyat vasitəsini aylıq 2500 manat müqabilində Təqsirləndirilən şəxs icarəyə verdiyini qeyd etmiş, müqaviləni hər ikisi imzalamışlar. Təqsirləndirilən şəxs ona demişdir ki, növbəti gün oea xəbər edəcək, o da notariat ofisinə gəlib etibarnamə yazsın. Faiq həm də demişdir ki, aylıq ödənişi etibarnamə yazılan gün axşam ona ödəyəcəkdir. O, etiraz etməmiş və sağollaşıb getmişdir. 05 sentyabr 2022-ci il tarixdə təxminən saat 11 radələrində Təqsirləndirilən şəxs ona zəng etdikdən sonra Təbriz küçəsində yerləşən 31 saylı notariat ofisinə getmişdir. Faiqin yanında iki nəfərin olduğunu görmüş, həmin şəxslər əvvəllər tanımadığı, şəxsiyyətləri sonradan ona məlum olan Zərərçəkmiş şəxs6 və Şahid1 olmuşdur. o, Zərərçəkmiş şəxs6la birlikdə notariat ofisinə daxil olub ona baş etibarnamə yazdırmışdır. Avtomobilin iki nəfər tərəfindən idarə olunacağını Təqsirləndirilən şəxs öncədən ona demiş olduğundan Zərərçəkmiş şəxs6 sürmək üçün yox, baş etibarnamə yazdırmışdır. Notariat ofisində sənədləşdirmə bitdikdən sonra çölə çıxmış, Təqsirləndirilən şəxs ona bildirmişdir ki, axşam görüşüb icarə haqqını ona ödəyəcək. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs zəng etsə də mobil nömrəsi sönülü olmuşdur. O, sonuncunun həmin vaxt yaşadığı evin qarşısına gedib bir qədər gözləmiş, amma Faiq gəlmədiyindən evə qayıtmışdır. Səhərisi gün, 06 sentyabr 2022-ci il tarixdə Faiqə zəng etdikdə telefona cavab vermiş və bildirmişdir ki, özü ona zəng edəcəkdir. O, sonuncudan aylıq ödənişi ödəməsini, avtomobil sahibinin ondan pulu gözlədiyini bildirmişdir. Bir qədər sonra Şahid5 ona zəng edib avtomobili Baş X37 İdarəsində aşkar etdiklərini bildirmişdir. Şahid5 təklifi ilə Nərimanov parkına gedib orada onunla, həm də avtomobili almış Zərərçəkmiş şəxs6la görüşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs onların yanına zəng etmiş, Faiq də telefona cavab vermişdir. Təqsirləndirilən şəxs telefonda ona demişdir ki, ehtiyacı olduğundan belə edib, Bakıya qayıdıb pulunu qaytaracaqdır. Həmin gün axşam məlum olmuşdur ki, bu məsələ ilə əlaqədar polisə şikayət edilmişdir. Təqsirləndirilən şəxs avtomobili Zərərçəkmiş şəxs6 satması, bu məqsədlə ondan pul alması barədə mənim əvvəlcədən heç bir məlumatı olmamış, Faiq onu da aldatmışdır ki, guya avtomobili Zərərçəkmiş şəxs6 icarəyə verir, o bu barədə yalnız xx.xx.2022-ci il tarixdə Şahid5 mənə zəng etdikdən sonra xəbərdar olmuşdur. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 təxminən 20 ildir tanıyır, onunla eyni məhəllədə yaşayır, aralarında dostluq münasibətləri vardır, eyni zamanda uzaq qohumluq əlaqəsi vardır. Təqsirləndirilən şəxs təxminən 3-4 ildir tanıyır, onunla ortaq dostları vardır, amma aralarında heç bir şəxsi münasibət, eləcə də düşmənçilik, ədavət yoxdur. Şahid5 04 sentyabr 2022-ci ildə 32 saylı notariat ofisində görüb tanımış, həmin vaxt məni onunla qardaşı Nazim tanış etmiş və bildirmişdir ki, onlar birlikdə məhkumluq həyatı yaşayıblar. Həmin vaxt İsifin yanında oğlu Faiq də olmuşdur. Şirvan şəhərində qeydiyyatda olduğundan özünə aldığı avtomobili Zərərçəkmiş şəxs5 adma rəsmiləşdirmişdir. 04 sentyabr 2022-ci il tarixdə Böyükağa ilə danışıb razılaşmış ki, 32 saylı notariat ofisinə getmiş və onun öz avtomobilinə görə ona etibarnamə yazdırsın. Həmin gün təxminən saat 11-12 radələrində qardaşı Nazim Nəzərovla birlikdə 32 saylı notariat ofisinə getmiş, bir qədər gözlədikdən sonra Böyükağaya zəng edib notariat ofisində onu gözlədiyini bildirmişdir. Böyükağa da ona demişdir ki, özünə maşın alır və maşını satan şəxs yaşadığı məhəlləyə gəlməlidir, həmin şəxsi gözləyir, yola saldıqdan sonra notariat ofisinə gələcəkdir. Qardaşı ilə birlikdə notariat ofisində gözləyərkən təsadüfən Təqsirləndirilən şəxs qardaşı Nazimlə dayanıb söhbət etdiyini görmüş, yaxınlaşıb Faiqlə salamlaşmışdır. Qardaşı Faiqin yanında olan Şahid5 ona təqdim edib bildirmişdir ki, İsiflə birlikdə məhkumluq həyatı yaşayıb. O, İsifin yanındakı cavan oğlanı da göstərib İsifin oğlu olduğunu bildirmişdir. Söhbət edərkən İsif «rent a car» şirkəti olduğunu, «Land Cruiser» markalı avtomobili satmaq istədiyini, həmin avtomobilin alıcısına baş etibarnamə yazdırmaq üçün notariat ofisinə gəldiklərini bildirmişdir. Qardaşı ilə birlikdə notariat ofisində təxminən 1 saatdan artıq gözləmiş, Faiq və İsifgil isə təxminən 30-40 dəqiqə sonra getmişlər. Böyükağa həmin gün notariat ofisinə gəldikdə Faiqgil artıq getmişlər. 05 sentyabr 2022-ci il tarixdə Böyükağa ona bildirmişdir ki, bir avtomobilə görə 2000 manat beh verib, behi verən şəxs məhləyə gələcək və onunla tək görüşmək istəmir. Böyükağa ona və qardaşı Nazimə təklif etmişdir ki, həmin görüşdə iştirak etsinlər. Onlar da etiraz etməmiş və məhəllədə saxlanılmış «X33» markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin saxlanıldığı yerə getmişlər. Bir qədər sonra Təqsirləndirilən şəxs bir nəfər əvvəllər tanımadığı, anket məlumatlarını bilmədiyi şəxslə birlikdə oraya gəlmişdir. Həmin vaxt başa düşmüşdür ki, Faiq bir gün öncə elə Böyükağaya etibarnamə yazdırmaq üçün İsiflə birlikdə 32 saylı notariat ofisində olmuşdur. O, Faiqi tanıdığını və notariat ofisində görüşdüyünü orada danışmış, Faiq də təsdiq etmişdir. Söhbət edərkən avtomobilin texniki şəhadətnaməsinin məhkəmədə lazım olacağını, bu səbəbdən də şəhadətnaməni Böyükağaya verə bilməyəcəyini bildirib təklif etmişdir ki, avtomobilin dövlət nömrə nişanının birini çıxarıb verə bilər. Elə də etmiş və Faiq avtomobilin dövlət qeydiyyat nişanlarından birini çıxarıb onların yanında Böyükağaya vermişdir. Həmin hadisədən 3-4 gün sonra Faiq Azayev qardaşı Nazimə zəng etdikdən sonra onların yaşadığı məhəlləyə gəlmişdir. Həmin vaxt qardaşı ilə birlikdə olmuş, Faiq oraya qardaşı Fəridlə birlikdə gəlmişmişdir. Sonuncular onların Böyükağa ilə münasibəti olması səbəbindən təklif etmişlər ki, Böyükağadan avtomobilin dövlət qeydiyyat nişanını alıb qaytarmaqda köməklik etsinlər, bunun üçün də sonuncular Böyükağaya 500 manat pul verəcəklər. Onlar isə bildirmişlər ki, Böyükağa avtomobilə görə 2000 manat beh vermişdir, həmin pulun hamısını ödəsələr o da nömrəni qaytarar. Hətta söhbət edərkən Faiq Azayev demişdir ki, onların Təqsirləndirilən şəxs 8000 manat pul verəcəkləri vardır. O da demişdir ki, lap yaxşı, əgər onların Faiqə borcları varsa Böyükağanın pulunu qaytarsınlar və həmin borclarından silsinlər. Lakin onlar razılaşmamış, sonradan bilmişdir ki, Böyükağa bu hadisə ilə bağlı polisə şikayət etmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun uzaq qohumudur. Münasibətləri normal olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 2022-ci ilin aprel ayının 30-da Nüsrət ilə mobil telefonda söhbət edən zaman sonuncu ona 2021-ci ilin iyun ayından təqaüdünün kəsildiyini və bərpa etdirmək istədiyini bildirmişdir. O, Nürətə yaxın bir tanışı olduğunu deyib bu işlərlə məşğul olduğunu bildirmişdir. Nüsrət ona həmin şəxs ilə tanış olmaq istədiyini demiş, o da tanışı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni verərək əlaqə saxlamağı demişdir. Faiqin ona bu isdə köməklik edəcəyini demiş, o, Faiqə bu barədə qabaqcadan zəng edib tanışı Nüsrətin təqaüdünü bərpa etdirmək istədiyini deyib bu məsələdə köməklik edib edə bilməyəcəyini soruşmuşdur. Faiq ona anasının Dövlət Sosial Müdafiə Fondunda işlədiyini deyib köməklik edə biləcəyini demişdir. Bundan sonra Nüsrətə Faiqə zəng etməyini demişdir. Sonradan onlar danışdıqdan sonra Faiq yenidən ona zəng edərək, ona məxsus olan plastik kartın olubolmadığını soruşmuş, o, Faiqə “Kapital Banka”a məxsus olan plastik kartının olduğunu demişdir. Faiq ona həmin kartı Whatsapp vasitəsi ilə Nüsrətə atmasını və Nüsrətin həmin karta 3000 manat pul atacağını demişdir. O, da Faiq ilə razılaşıb telefonu söndürmüş, təxminən 10 dəqiqədən sonra Nüsrət ona zəng edərək, Faiq ilə danışdığı və Faiqin pensiyasını bərpa etdirmək üçün ilkin olaraq 3000 manat pul istədiyini demişdir. O Faiqə problem olmadığını ortada özünün olduğunu deyib Faiqin onu aldatmayacağını demiş, bundan sonra Nüsrətə kart hesab nömrəisini vermişdir. Nüsrətdə qeyd olunan tarixdə ona məxsus olan 4169 7385 4814 8869 saylı hesab nömrəsinə 3000 manat pul göndərmiş, Nüsrət ona zəng edərək karta pulu göndərdiyini deyib telefonu söndürmüşdür. Sonra isə Faiq ona zəng edib 1 saat sonra görüşməklərini və pulu gedib kartdan çıxartmaqlarını demişdir. Təxminən 1 saatdan sonra Faiq onun Bakı şəhəri, 7-ci mikrorayonda işlədiyi ət dükanına gələrək onunla görüşüb birliktə Kapital Banka məxsus olan ATM-nin qarşısına gedib oradan karta pulun köçürməsi ilə əlaqdara olaraq 2970 manat pul çıxarıb Faiqə vermişdir. Faiq ona 3000 manat olacağını demişdir. O. Faiqə xidmət haqqı olaraq 1 faiz tutulduğunu demişdir. Lakin Faiq ondan 30 manat pul istəmişdir. O da Nüsrətə görə öz cibindən 30 manat pul vermişdir. Faiqə Nüsrətin qohumu olduğunu deyib bir daha köməklik etməyi xahiş etmişdir. Bundan sonra təxminən 1 ay zaman çərçivəsində Nüsrət ona zəng edərək, Faiqin etirbarlı adam olub-olmadığını soruşmuş, o Nüsrətə Faiqin etibarlı olduğunu problem olmayacağını demişdir. Təxminən 1 ay sonra Nüsrət yenidən ona zəng edərək ondan yenidən kart nömrəsini atmağını demişdir. O Nüsrətə nə məsələ olduğunu soruşduqda Nüsrət ona Faiq ilə danışdığını pensiya ilə bağlı əlavə pul köçürtməli olduğunu demişdir. O da Nüsrətə heç bir söz deməyib kart nömrəsini Nüsrətə Whatsapp vasitəsi ilə atmışdır. Təxminən 1-2 saat sonra onun hesab nömrəsinə 700 manat pul köçmüş, Faiq yenə ona zəng edərək kartına 700 manat pul köçürüldüyünü, həmin pulu Nüsrətin köçürdüyünü demişdir. O Faiqə bu pulun nəyə lazım olduğunu soruşduqda sonuncu ona təqaüdü ömürlük olacağını deyib ona görə əlavə 700 manat pul atdığını demişdir. Təxminən 1 saatdan sonra Faiq yenədə onun işlədiyi dükana gələrək onun ilə birliktə Kapital Banka məxsus olan ATM-nin qarşısına gedib oradan karta pulun köçürməsi olaraq 693 manat pul çıxardıb Faiqə vermişdir. Pulu verib yenidən işlədiyi yerə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə Nüsrət ona zəng edərək qardaşı Bayramqulu Məmmədovun həbsinin yüngülləşdirilməsi ilə əlaqədar olaraq Faiqin ona köməklik etmək istədiyini və buna görədə 4000 manat pul istədiyini demişdir. O da Nüsrətə Faiqin əlinin hər yerə çatdığım deyib yəqin ki, bu məslədədə köməkhik edəcəyini demişdir. Bundan sonra Nüsrət onun hesabına 4000 manat pul göndərmişdir. Faiq yenədə ona zəng edərək kartına Nüsrət tərəfindən 4000 manat pul köçdüyünü və gedib onu çıxartmalı olduğunu demişdir. O, Faiqə bu qədər pul aldığını deyib işləri yoluna qoyub-qoya bilməyəcəyini soruşmuşdur. Faiq qardaşının məsələsinə görə pul aldığını onun cəzasını yüngülləşdirəcəyini demişdir. O da Faiqə bir söz deməmiş, eyni qaydada Faiq onun işlədiyi dükana gəlib onun ilə birliktə Kapital Banka məxsus olan ATM-nin qarşısına gedib oradan karta pulun köçürməsi ilə əlaqdara olaraq 3960 manat pul çıxardıb Faiqə vermişdir. Pulu verib yenidən işlədiyi yerə qayıtmışdır. 11,06.2022-ci il tarixdə Nüsrət yenədə onun hesabına 1500 manat pul köçürtmüş, o, da həmin pulu yenidən Faiq ilə birliklə çəkib Faiqə vermişdir. Sonuncu pulu isə Faiqə 1000 manat pulu işlədiyi dükanda vermişdir. Bunu ona Nüsrətin qardaşı Bayramqulu Məmmədovun yanında işlədiyi dükanda vermişdir. Nüsrətə zəng edib bu barədə məlumat vermişdir. Nüsrət problem olmadığını təxminən 1-2 saata pulu kartına köçürəcəyini demişdir. Təxminən 2 saatdan sonra Nüsrət onun hesab nömrəsinə 1000 manat pul göndərib Nüsrətin əvəzinə verdiyi pulun qarşılığını ödəmişdir. 2022-ci ilin iyul ayında Nüsrət ona zəng edərək, Faiqin işlər ilə bağlı heç bir iş görmədiyini deyib Faiqin aldatdım demişdir. O, Nüsrətə Faiqin onu aldada bilməyəcəyini deyib Faiqin özü ilə danışacağını demişdir. O, Faiqə zəng edib məsələni öyrənməyə çalışmışdır. Faiq sabah yanına gələcəyini deyib ətraflı söhbət edəcəyini demişdir. Sabahı Faiq atası ilə birliktə onun yanına gəlmiş, orada Faiqin atası İbrahim Nüsrətə zəng edərək pulun yarısını 6500 manatını avqust ayının 27-nə kimi ödəyəcyini deyib sağollaşmışdır. Lakin həmin müddət ərzində Nüsrət Faiqin istifadəsində olan mobil nömrəyə dəfələrlə zəng etsə də Faiq Nüsrətin zənglərini açmamışdır. Bundan sonra Nüsrət ona zəng edib bu barədə məlumat vermişdir. O da Faiqə zəng etsədə Faiq onun zəngləridə açmamışdır. Bundan sonra Nüsrət ona bu barədə polisə şikayət edəcəyini demişdir. O da Nüsrətə gedib bu barədə polisə şikayət etməyini demişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, "xxxx" ASC yanında Satınalmalar və Müqavilələrin İcrasına Nəzarət İdarəsində aparıcı mütəxəssis vəzifəsində işləyir. 2021-ci ilin oktyabr ayında həmin vaxt işlədiyi şirkətdə direktor olan Zərərçəkmiş şəxs8 ona övladı Hüseyn İmanovun təhsil aldığı Xəzər Universitetində imtahandan kəsrlərinin olduğunu və bu işdə ona köməklik göstərə biləcək bir şəxs axtardığını və mənə də, tanışı olduğu təqdirdə ona bildirməyini xahiş etmişdir. O da, bu barədə tanışım Şahid6 ilə söhbət aparmış və sonuncu bu işdə onlara köməklik göstərə biləcək Faiq adlı şəxsin olduğunu bildirərək Faiqin əlaqə nömrəsini ona vermişdir. O, istifadəsində olan ***-***-**-** saylı mobil telefonumdan Faiqin istifadəsində olan ***-***- **-** saylı telefon nömrəsinə zəng edərək nömrəni Elkindən aldığını ona bildirərək ona direktorunun oğlunun Xəzər Universitetində təhsil aldığını və onun imtahandan kəsrlərinin olduğunu bildirərək həmin kəsrlərin həll olunmasında onlara köməklik göstərməsini xahiş etmişdir. Faiq ondan tələbənin soyadını öyrənərək Təhsil Nazirliyində yüksək vəzifədə çalışan tanışı ilə bu barədə söhbət apardıqdan sonra onunla əlaqə saxlayacağını bildirmişdir. Bir neçə gün sonra Faiq ona zəng edərək bu məsələ ilə maraqlandığını və kəsr imtahanlarına köməklik göstərməyin mümkün olmadığını bildirərək, həmin tələbəni Xəzər Universitetindən Azərbaycan Dillər Universitetinə köçürməyə köməklik göstərə biləcəyini və qeyd edilən məsələyə köməklik göstərmək müqabilində 13.000 manat pul alacağını bildirmişdir. O sonuncuya bu barədə direktoru Elman müəllim ilə danışaraq məlumat verəcəyini bildirmişdir. Bundan sonra bu barədə Elman müəllimə məlumat vermiş, sonuncu isə onunla razılaşaraq övladının təhsilini davam etdirməsi üçün Xəzər Universitetindən Azərbaycan Dillər Universitetinə köçürülməsini istəmişdir. O, bu barədə Faiq ilə danışaraq sonuncunun təklifi ilə razılaşdıqlarını bildirmişdir. Bundan sonra Faiq onunla görüşmək istədiyini bildirmişdir. Bir neçə gündən sonra Faiq ona Hüseynin hansı sayda kəsr imtahanlarının olması barədə Xəzər Universitetinin təqdim etdiyi sənədi Elkinin vasitəsi ilə ona göndərmişdir. O. həmin sənədi gördükdən sonra ona inamı daha da artmış və onunla görüşmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Nəsimi rayonu, Əcəmi metrosunun yaxınlığında Faiq ilə görüşmüş, görüş zamanı Faiq ondan 13.000 manat pulu aldıqdan sonra yaxın günlərdə direktorunun övladı X14 təhsil aldığı Xəzər Universitetindən Azərbaycan Dillər Universitetin köçürülməsinə köməklik göstərəcəyini vəd etmişdir. Təxminən 1 ay sonra Faiq ona zəng edərək artıq köçürülmə prosesinin başlanıldığını bildirərək təhsil haqqı üçün 5200 manat əlavə pul verməyi bildirmişdir. O bu barədə direktoru Elman müəllimə bildirdikdən sonra əlavə 5200 manat pulu mənə vermişdir. O Faiqə zəng edərək yaşadığı evin yaxınlığında yəni, 2021-ci ilin noyabr ayında dəqiq xatırlamadığı tarixdə saat 16 radələrində Nəsimi rayonu M.Qaşqay küçəsində onunla görüşmüş və təhsil haqqı üçün ödəniləcək 5200 manat pulu ona vermişdir. Bir müddət sonra Hüseynin köçürülmə məsələsinin gecikdiyini gördüyü üçün mütəmadi olaraq ona zənglər etməyə başlamış, lakin hər dəfə müxtəlif bəhanələr gətirərək köçürülmə prosesinin yaxın günlərdə baş tutacağına dair vədlər vermiş, lakin halhazıradək verdiyi vədə əməl etməmiş və aldığı pulu geri qaytarmamışdır. Göstərmişdir ki, Faiq X5 Xəzər Universitetindən Azərbaycan Dillər Universitetinə köçürülməsində ona köməklik göstərəcək tanışınlarının kimliyi barədə məlumat verməmiş, o xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Nəsimi rayonu, Əcəmi metrosunun yaxınlığında Faiq ilə görüşərək 13.000 manat, 2021-ci ilin noyabr ayında isə saat 16 radələrində Faiq ilə yaşadığım evin yaxınlığında yəni, Nəsimi rayonu, M.Qaşqay küçəsində onunla görüşərək 5200 manat pulu ona vermiş, Təqsirləndirilən şəxs 13000 manat və əlavə 5200 manat pulu ona verən zaman yanlarında heç kim olmamış, Təqsirləndirilən şəxs ödədiyi ümumilikdə 18.200 manat pulu direktoru olmuş Zərərçəkmiş şəxs8 oğlu Hüseyn İmanovun təhsil aldığı Xəzər Universitetindən Azərbaycan Dillər Universitetinə köçürülməsinə və təhsil haqqının ödənilməsi üçün alıb vermişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan cinayət əməli törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi,şahid ifadələri və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, BACM-nin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 178.3.2 maddəsi ilə təqsirli bilinib 07 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 02 il sınaq müddəti ilə cəzası şərti hesab edilmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə o, CM-nin 178.2.2, 67-ci maddələri ilə ona 08 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 178.3.2, 66.5-ci maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Xəzər rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə əməli CM-nin 178.2.4-cü maddəsinə tövsif edilərək cəzası 09 il 06 aya endirilmişdir. xx.xx.2018-ci ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci tarixli qanunun tətbiqi əsasında AR CM-nin 178.2.4-cü maddəsindən 178.2.4-cü maddəsinə tövsif edilərək cəzası 06 il 06 aya endirilib. xx.xx.2018-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəza 04 ilə endirilmişdir. xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab olunur və əməlində cinayətin təhlükəli residivi vardır. Cinayət nəticəsində dəymiş ziyandan zərərçəkənlərə qismən ödənilməsi və təqsirləndirilən şəxsin himayəsində xx.xx.2021-ci il təvəllüdlü X25 adlı bir azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə əməlinin cinayətin residivini yaratması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. İş materiallarından görünür ki, Salyan rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 03 may 2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş, seçilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin təhlükəli residivinin olması müəyyən edildiyindən o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmənin əvvəli 03 may 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, iş üzrə zərərçəkən Zərərçəkmiş şəxs6 mülki iddia ilə məhkəməyə müraciət edərək 12500 ABŞ dolları ziyanın hazırkı manat kursu ilə ekvivalenti olan 21377manat məbləğində pulun təqsirləndirilən şəxsdən onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir.İşin məhkəmə baxışında iddianın əsaslı olması sübut olundu.Odur ki, iddia təmin edilməli və Təqsirləndirilən şəxs zərərçəkən Zərərçəkmiş şəxs6 xeyrinə 21377manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 127 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iş üzrə zərərçəkən Zərərçəkmiş şəxs4 Əlövsət oğlunun cavabdehlər Təqsirləndirilən şəxs və Şahid4 qarşı mülki iddia ilə bağlı qeyd edir ki, Şahid4 iş üzrə təqsirləndirilən şəxs deyildir.Odur ki, onun iddia ərizəsi baxılmamış saxlanmalı, ona mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə iş üzrə zərərçəkən Zərərçəkmiş şəxs1 iddia ərizəsi ilə baglı qeyd edir ki, onun tərəfindən dövlət rüsumu ödənilməsini təsdiq edən və ya rüsumdan azad edilməsi barədə sənəd ərizəsinə əlavə edilmədiyindən onun iddia ərizəsi baxılmamış saxlanmalı və ona mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmçinin , məhkəmə qeyd edir ki, digər zərərçəkənlərə də vurulan ziyanla bağlı məhkəməyə mülki iddia ilə müraciət etmək hüquqları izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmündə iddianın baxılmamış saxlanması səbəbləri göstərilir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. İş üzrə digər mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin və cəzaçəkmənin əvvəli 03 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs zərərçəkən-mülki iddiaçı Zərərçəkmiş şəxs6 xeyrinə 21377 (iyirmi bir min üç yüz yetmiş yeddi) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 127(yüz iyirmi yeddi) manat məbləğində pul tutulsun. Zərərçəkən Zərərçəkmiş şəxs4 Əlövsət oğlunun cavabdehlər Təqsirləndirilən şəxs və Şahid4 qarşı pul tələbi və zərərçəkən Zərərçəkmiş şəxs1 pul tələbi iddia ərizələri baxılmamış saxlanılsın və onlara mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Zərərçəkənlərə də vurulan ziyanla bağlı məhkəməyə mülki iddia ilə müraciət etmək hüquqları izah olunsun. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar