Məhkəmə qərarları › İş №1(012)-730/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-730/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-730/2024 10.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X5 vəkili-nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Cəlilabad rayonu, Kövüzbulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, DİNnin BDYPİ-nə bilavasitə tabe olan YPXA-nın 11-ci taqımının operatoru vəzifəsində, polis serjantı rütbəsində xidmət etmiş, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Abasov X20 İşlər Nazirliyinin Baş X36i İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 11-ci taqımında operator vəzifəsində, polis serjantı rütbəsində xidmət edərkən, 19 yanvar 2024-cü il tarixdə saat 14 radələrində ona təhkim olunmuş “BMW” markalı “330” modelli, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki xidmət göstərilməsinin təmin edilməsi məqsədilə həmin nəqliyyat vasitəsini özü idarə etməklə Abşeron rayonu, Novxanı kəndi, Novxanı-Masazır yolu ilə Binəqədi rayonu istiqamətində təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsində qeyd olunan “əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir" tələbini pozaraq, qarşıda piyada keçidinin olmasını və keçidə yaxınlaşarkən piyada keçidi ilə piyadanın yolu keçməsini nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobili piyada keçidinə daxil etmədən dayandırmalı, piyadaya yol verməli, piyada keçidi ilə yolu keçən piyadanın onun hərəkət zolağını boşaltdıqdan sonra hərəkətini davam etdirməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı və hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq, mobil telefonuna zəng gəlməsi səbəbindən diqqəti yayınaraq idarəetməni itirmiş və ehtiyatsızlıqdan həmin yol üzərində yerləşən “Rahat” marketin yaxınlığında nizamlanmayan piyada keçidindən yolu sağdan sola keçən piyada X6 avtomobilinin ön hissəsi ilə vurması nəticəsində sonuncu dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid və ölümünə səbəb olan “Baş beyninin əzilməsi. Baş beyinin qişaları altına və maddəsinə qansızmalar. Kəllə sümüklərinin sınığı. Burun sümüklərinin qapalı, yerdəyişən sınıqları. Hər iki ağciyərin əziyi. Qanitirməyə səbəb olan cırılmış yaraları. Sağ tərəfli 111, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların, sol tərəfli İİ, İİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların, döş sümüyünün qapalı, yerdəyişən sınıqları. Başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası. Başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası. Bədənin qançır və sıyrıqları” xəsarətlərini almasına və ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunan ittihamda təqsirli bilmiş, ifadəsində göstərmişdir ki, 19 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Masazır duz gölünü keçib Masazır-Novxanı yolu ilə 60-65 km/saat sürətlə hərəkətdə olan zaman yolun sağ tərəfində “Rahat” marketin yanından keçən zaman telefonuna zəng gəlmiş, telefonu həmin vaxt avtomobilin şitinin altında, yəni sürətlər qutusunun yanında üzü aşağı vəziyyətdə olmuş, Telefonu götürmək istəyəndə diqqəti yoldan ayrılmış və birdən ani olaraq idarə etdiyi avtomobilin nəyəsə dəydiyini eşidib dərhal avtomobili saxlamış, bu vaxt avtomobilin ön şüşəsi qırılmışdır. Dərhal düşəndə avtomobilin qabağında asfalt örtüyünün üstündə bir kişinin uzandığını görüb həmin kişini avtomobillə vurduğunu başa düşmüş, onu kömək etmək üçün qaldırmaq istəsə də, tək olduğu üçün gücü çatmamış və ətrafda olan tanımadığı şəxslərdən ona kömək etmələrini xahiş etmiş və ətrafdakı larin köməyi ilə onu xidməti avtomobilin arxa oturacağına qoymuşdur. Həmin vaxt vurduğu təxminən 55-60 yaşlarında olan kişi nəfəs alsa da, huşunu itirmiş, kimsə təxminən 1 km məsafədə tibb müəssisəsi olduğunu dediyi üçün dərhal avtomobilə əyləşib komandiri Qurban Gülməmmədova zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş və tibb müəssisəsinə çatanda oranın “Novxanı Ailə Sağlamlıq Mərkəzi” olduğunu görmüşdür. Avtomobildən düşüb orada tanımadığı DYP-nin BMW markalı **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin və X25 əməkdaşlarının olmasını görmüş, onlar birlikdə xəstəxanaya daxil olub tibb personalından həmin kişiyə zəruri tibbi yardım göstərməsini xahişi etsələr də, onlar kişiyə baxıb bu işə baxmadıqları üçün onu qəbul edə bilməyəcəklərini demiş, lakin onun baş hissəsinə buz qoyub üzünün qanını silmiş, naşatır spirtini pambığa qoyub onun buruna söykəsələr də, kişi ayılmamışdır. Onlar özləri X31 Xidmətinə məlumat verdiklərini və həkim briqadasının 3-5 dəqiqəyə gələcəyini desələr də, orada təxminən 15 dəqiqə gözləmələrinə baxmayaraq, heç kim gəlmədiyi üçün həkimlərin məsləhəti ilə kişinin yaxınlıqda yerləşən “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə aparmağı qərarlaşdırmışdır. Həmin vaxtı avtomobilin ön şüşəsi qırıldığından və buna görə yolu görmək mümkün olmadığından orada olan polis əməkdaşları ilə köməkləşib həmin kişini qeyd etdiyi 99- YP-629 dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilinin arxa oturacağına qoymuş, huşsuz olsa da, kişinin nəfəsi gəlmişdir. Təxminən 15-20 dəqiqədən sonra xəstəxanaya gəlib ACİL şöbəsinin giriş hissəsində saxlayaraq xəstəxanaya daxil olub həkimlərdən kömək istəmiş, lakin onlar heç bir səbəb bildirmədən və xəstəyə baxmadan onu qəbul etməyəcəklərini, başqa xəstəxanaya aparmalarını demişlər. Orada olan adlarını bilmədiyi həkimlər ambulans çağırdıqlarını deyib küçəyə çıxaraq kişiyə baxmış, həmin vaxt onun burnundan azca qan gəlmiş, sağ gözünün üstü göyərmiş, yəni o sağ olmuş, nəfəs almış, lakin hələ də huşsuz olmuşdur. Orada təxminən 15 dəqiqə gözləsələr də, ambulans avtomobili gəlməmiş, daha sonra məcbur qalıb yenidən **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin avtomobilinə əyləşib sayrışan işıqları qoşub X23 getmiş və ora təxminən 25-30 dəqiqəyə çatmış, həkimlər dərhal xəstəni xərəklə götürüb reanimasiya şöbəsinə aparıb müayinə etmiş və zəruri tibbi tədbirlər görməyə başlamışlar. Təxminən bir saata yaxın orada olmuş, bu müddət ərzində tez-tez həkimlərdən onun səhhəti ilə maraqlanmış, son anda həkimlər göstərilən səylərə baxmayaraq həmin kişinin vəfat etdiyini demişlər.Hadisədən sonra qohumları mərhum X3 yas mərasimlərində iştirak etmiş, o özü və ailə üzvləri baş vermiş bədbəxt hadisəyə görə zərərçəkmişin qohumları ilə dəfələrlə görüşmüş və üzrxahlıq etmiş, zərərçəkən tərəfin qəbul etməmələrinə baxmayaraq 10 000 manat maddi yardım etmişlər. Diqqətsizliyi səbəbindən baş vermiş bədbəxt hadisəyə, yəni ehtiyatsızlıqdan törətdiyi cinayətə görə əməlindən peşmançılıq çəkir,himayəsində üç azyaşlı uşağının, valideynlərinin olmasının nəzərə alınmasını məhkəmədən cəza təyin edərkən nəzərə almasını xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 vəkili-nümayəndəsi Nümayəndə qeyd etmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X9 nümayəndəsi–vəkili olaraq ona bildirmişdir ki, onun etirazlarına baxmayaraq Təqsirləndirilən şəxs tərəfindən onlara 10 000 (on min) manat məbləğində maddi dəstək olunmuşdur. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi yoxdur. İbtidai istintaqda zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində bildirmişdir ki, atası X8 faktiki Abşeron rayonu, Novxanı qəsəbəsi, Gəray Əsədov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, 3-cü qrup əlil olmuş və Sumqayıt şəhərində yerləşən Əmanətlərin Sığortalanması Fonduna aid sahədə bağban işləmişdir. Hadisə baş verən gün, yəni 19 yanvar 2024-cü il tarixdə işdə olmuş, saat 14 radələrində Mehdi adlı qonşu ona zəng edib atasının yol qəzasına düşdüyünü və onun xəstəxanaya aparıldığını demiş, hadisə yerinə gələndə atasının polis əməkdaşlarının “Abşeron Rayon Mərkəzi Xəstəxanası”- na apardıqlarını bilib xəstəxanaya getmiş, oradan isə atasının X23 aparıldığını öyrənmiş, ora gedəndə isə həkimlər ona atasının öldüyünü demişlər. Hadisə günü ona məlum olmuşdur ki, həmin yol-nəqliyyat hadisəsi X36 İdarəsinin əməkdaşı olan polis serjantı Təqsirləndirilən şəxs tərəfindən idarə etdiyi xidməti avtomobillə törədilmiş və hadisə zamanı atası yolu piyada keçidi olan yerdən keçən zaman baş vermiş, yəni atasının X32 məxsus avtomobillə vurulduğu yer Abşeron rayonu Novxanı qəsəbəsindən keçən avtomobil yolunda piyadalar üçün nəzərdə tutulan zolaqlı piyada keçidi olmuşdur. Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir münasibəti, düşmənçiliyi və ədavəti olmamış, o, özü yas mərasiminə gəlməmiş, lakin onun ailə üzvləri hadisə günü, dəfn günü, üçü və yeddisi günləri yas mərasimində iştirak etmiş, hətta maddi dəstək olmağa çalışsalar da, onların köməyindən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o Abşeron Rayon Polis İdarəsinin X36i şöbəsinin yol patrul xidmətinin inspektoru vəzifəsində, polis baş serjantı rütbəsində xidmət edir. 19 yanvar 2024-cü il tarixdə inspektor, polis serjantı Şahid2la birlikdə Novxanı-Binəqədi yolunda xidmət aparmış, təxminən saat 14:30 radələrində xidmət apardıqları ərazidə onlara təhkim olunmuş BMW markalı 330 modelli, 90-YP- 629 dövlət qeydiyyat nişanlı xidməti avtomobil “Noil” YDM yanında olan zaman yanlarında xatırlamadığı avtomobil saxlayıb gəldiyi istiqamətdə bir qədər arxada yol patrul xidməti avtomobilinin qəza törətdiyini demiş, daha sonra digər bir avtomobil də bu hadisə barədə məlumat vermiş, avtomobili işə salıb sayrışan işıqları yandırıb hadisə olan istiqamətə sürmüş və “Novxanı Ailə Sağlamlıq Mərkəzi”-nə çatan zaman qarşı istiqamətdən bir DYP avtomobilinin gəldiyini görmüş, həmin avtomobil uzaq vuran işıqlarla ona işarə etmişdir. DYP-nin xidməti avtomobili olan BMW markalı 330 modelli, **-YP-*** dövlət qeydiyyat nişanlı və bort nömrəsi də “950” olan avtomobillə birlikdə xəstəxananın yanında dayanmış, həmin avtomobilin ön şüşəsinin sürücü tərəfdən böyük zədəsi olmuşdur. Avtomobildən DYP-nin xidməti geyimdə olan tanımadığı bir əməkdaşı düşüb idarə etdiyi avtomobilin arxa oturacağında kişiyə təcili kömək lazım olduğunu demiş, o, hadisə barədə dərhal rəhbərliyə məlumat vermiş və dərhal “Novxanı Ailə Sağlamlıq Mərkəzi”-nin həkimlərini dəvət etmiş, həkimlər həmin yaşlı kişini ilkin müayinə edib baş hissəsinə buz qoyub xəstənin xəsarətlərinin ağır olduğundan orada zəruri tibbi yardım göstərmək imkanlarının olmadığını demişlər. Təcili-tibbi yardım xidməti gec gəldiyi üçün həkimlər özlərinin xəsarət almış şəxsi “Abşeron Rayon Mərkəzi Xəstəxanası”-na aparmağı tövsiyə etmiş, avtomobilin ön şüşəsindəki zədəyə görə görmə imkanı məhdud olduğu üçün həmin şəxsi **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobildən idarə etdiyi xidməti avtomobilə qoymuşlar. Xəsarət almış şəxsin huşu aydın olmasa da, sağ və həyat əlamətləri olmuş, yəni nəfəsi gəlib-getmiş, o, həmin əməkdaşla öz xidməti avtomobili ilə xəstəxanaya getmiş, iş yoldaşı Elvin isə **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında qalmış və sonradan evakuator çağırıb onu duracağa aparmışdır. Yolda olan zaman o, hadisə barədə danışıb kişini görmədiyi üçün öz idarə etdiyi xidməti avtomobillə vurduğunu demişdir. Həmin ərazidə daim xidmət apardığı üçün qəza baş vermiş yerdə olan piyada keçidi çox narahat yerdə qoyulmuş, yəni Duz gölü yanından üzü Novxanı kəndinə hərəkət edən zaman yol üzü yuxarı doğru getmiş, piyada keçidi yerləşdiyi yer məhdudiyyətli görünmə sahəsi olmuş və orada daim qəza şəraiti olmuş, bu hadisədən bir gün əvvəl də həmin piyada keçidinin təhlükəli yerdə yerləşməsi barədə şifahi olaraq komandiri ilə müzakirə etmiş və onun yerini dəyişmək barədə söhbət aparmışlar. Təxminən 15-20 dəqiqədən sonra xəstəxanaya gəlib ACİL şöbəsində həkimlərdən kömək istəmiş, lakin orada olan həkimlər heç bir səbəb bildinmədən və xəstəyə heç baxmadan kişini qəbul etməyəcəklərini və başqa xəstəxanaya aparmalarını demiş, orada olan adlarını bilmədiyi həkimlər ambulans çağırdıqlarını deyib küçəyə çıxıb kişiyə baxmışlar. Həmin vaxt onun burnundan azca qan gəlmiş, sağ gözünün üstü göyərmiş, yəni sağ olmuş, nəfəs almış, lakin hələ də huşsuz olmuşdur. Təxminən 15 dəqiqə gözləsələr də, ambulans avtomobili gəlmədiyi üçün məcbur qalıb yenidən idarə etdiyi **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin avtomobilinə əyləşib sayrışan işıqları qoşub kişini X23 aparmış, orada həkimlər dərhal xəstəni xərəklə götürüb reanimasiya şöbəsinə aparıb müayinə etmiş və zəruri tibbi tədbirlər görməyə başlamış, lakin göstərilən səylərə baxmayaraq həmin kişi vəfat etmişdir. Sonra o, qəza törətmiş inspektoru Təqsirləndirilən şəxs xəstəxanada saxlayıb özü xidmətə qayıtmış, hadisəni törətmiş inspektorun Təqsirləndirilən şəxs olmasını yolda onunla xəstəxanaya gedən zaman bilmiş, onu əvvəllər görməmiş və tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 teleqram ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin X18 təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi vəzifəsində çalışır. 19 yanvar 2024-cü il tarixdə iş yerində növbətçi həkim olmuş, saat 14 radələrində bölməyə X26 iki əməkdaşı daxil olub xidməti avtomobildə olan yol nəqliyyat hadisəsində xəsarət almış şəxsə kömək etmək lazım olduğunu demiş, onlar həyəcanlı olmuş, dərhal tibbi müdaxilə etməyi xahiş etmişlər. Bölmədən çıxanda orada iki DİN-nin xidməti avtomobili olmuş, onların birinin arxa oturacağında bir orta yaşlı kişi uzadılmışdır. Yaxınlaşıb baxanda tənəffüsü olsa da, xəstənin huşunun aydın olmadığını üz, baş nahiyəsində qan olduğunu, qulağından da qan gəldiyini görüb ilkin olaraq kəllə-beyin travması aldığını başa düşmüş, xəstəxanada neyrocərrah, yəni ümumiyyətlə ştatda həkim olmadığına görə polislərə xəstəni qəbul etməyəcəyini, ixtisaslı tibbi yardım göstərilməsi üçün dərhal “X27” PHŞ-nə aparmaq lazım olduğunu demişdir. X31 briqadasının gec gələcəyinə görə vaxtı itirməmək üçün özləri xəstəni avtomobildən düşürmədən “X27” PHŞ-nə aparmış, həmin vaxt müvafiq qaydada heç bir sənədləşmə işi apara bilməmiş, yəni xəstənin şəxsiyyətini onlar da bilməmiş, onu gətirən polis əməkdaşlarının anket məlumatlarını qeyd etməmiş, lakin polis əməkdaşları getdikdən sonra triaj kartı açıb polis əməkdaşları tərəfindən naməlum xəstə gətirilməsini və onu müayinə edən zaman müşahidə etdiklərini qeyd etmişdir. “Abşeron Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də X24 xəstələrə ilkin tibbi yardım göstərilməsi üçün bütün avadanlıqlarla və tibbi ləvazimatlarla təchiz olunmuş, lakin həmin vaxt neyrocərrahm olmamasını nəzərə alaraq və vaxt itkisinə yol verməmək üçün xəstəni qəbul etməyib “X27” PHŞ-nə aparılmasını tövsiyə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış zamanı hadisə yerinin Abşeron rayonu, Novxanı kəndi, Novxanı-Masazır yolunda baş verməsi və piyada X3 vurulduğu müəyyən edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 19 yanvar 2024-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur. DİN-nin Baş X36i İdarəsi rəisinin 14 noyabr 2015-ci il tarixli Ə/1998/h-016-15 saylı əmri ilə, Cəlilabad RPŞ-dən gəlmiş polis serjantı Təqsirləndirilən şəxs 15 noyabr 2015-ci il tarixdən DİN-nin BDYPİ-nə bilavasitə tabe olan Yol-patrul xidməti Alayının 11-ci taqımının operatoru vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs əmək kitabçasında olan məlumatlara əsasən, Təqsirləndirilən şəxs DİN-nin BDYPİ rəisinin 19 mart 2024-cü il tarixli 3-13-16/Ə(ş/h) 115/2024 saylı əmri ilə işdən azad olunmuş və daxili işlər orqanlarında xidmət müddəti 13 il, 11 ay, 09 gün təşkil etmişdir. DİN-nin Baş X36i İdarəsi rəisinin 27 avqust 2023-cü il tarixli 3-13- 16/Ə(ş/h)37/2023 saylı əmri ilə “BMW-330” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil taqım komandiri, polis mayoru X4, YPX baş inspektoru, polis kapitanı X11, YPX inspektoru, polis baş serjantı X14 və operator, polis serjantı Təqsirləndirilən şəxs təhkim edilmişdir. “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin salonunda ön tərəfdə quraşdırılmış kamerasındakı görüntülərə əsasən, avtomobil Abşeron rayonu, Masazır-Novxanı yolu ilə hərəkətdə olan zaman piyada keçidinə yaxınlaşır, bu zaman piyada keçidi ilə X8 yolun sağ tərəfindən sol tərəfə keçir, keçdiyi yola deyil, yolun digər hərəkət hissəsinə baxır və yolun ortasında olarkən yol patrul xidməti avtomobili onu vurur. Zərbədən E.Cəfərov yuxarı qalxaraq yerə düşür və avtomobilin ön alın şüşəsində piyadanın vurulması nəticəsində çatlar əmələ gəlir. Bundan sonra, xidməti avtomobilin sürücüsü, polis əməkdaşı avtomobildən düşür və vurduğu piyadaya yaxınlaşır. Hadisə yerinə ətrafda olan çoxlu sayda digər şəxslər də yaxınlaşır və piyadaya köməklik göstərilərək yaxınlıqda olan tibb müəssisəsinə aparılır. Beləliklə, baxış zamanı müəyyən edildi ki, BMW” markalı “330” modelli, **-YP-*** dövlət qeydiyyat nişanlı və bort nömrəsi “950” olan xidməti avtomobilin sürücüsü Təqsirləndirilən şəxs piyada keçidinin üzərində yolun digər tərəfinə keçmək istəyən X6 vurmuş, daha sonra ona tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı tibb müəssisəsinə aparmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X35 Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının (meyitin ekspertizası) 19 yanvar 2024-cü il tarixli 07 saylı rəyindən görünür ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı onda aşkar edilmiş “Baş beyinin əzilməsi. Baş beyinin qişaları altına və maddəsinə qansızmalar. Kəllə sümüklərinin sınığı; Burun sümüklərinin qapalı, yerdəyişən sınıqları; Hər iki ağciyərin əziyi. Qanitirməyə səbəb olan cırılmış yaraları; Sağ tərəfli İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların, sol tərəfli İİ, İİİ, İV, V, Vİ. Vİİ, Vİİİ qabırğaların, döş sümüyünün qapalı, yerdəyişən sınıqları; Başın alın nahiyəsinin əzilmiş- cırılmış yarası; Bədənin qançır və sıyrıqları” xəsarətləri həyati olub küt əşyanın (əşyaların) təsirindən ölümündən bir qədər əvvəl qərarın təsviri hissəsində göstərilən 19 yanvar 2024-cü il tarixdə əmələ gəlmişlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Bu xəsarətlərin qərarda təsviri hissədə göstərilən şəraitdə, yəni X3 piyada qismində hərəkətdə olan avtomobillə vurulması nəticəsində əmələ gələ bilməsi mümkündür. E.Cəfərovun ölümünə səbəb - Baş beyin əzilməsi. Baş beyinin qişaları altına və maddəsinə qansızmalar. Kəllə sümüklərinin sınığı. Hər iki ağciyərin əziyi. Qanitirməyə səbəb olan cırılmış yaraları; Sağ tərəfli İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların, sol tərəfli İİ, İİİ, İV, V, Vİ. Vİİ, Vİİİ qabırğaların, döş sümüyünün qapalı, yerdəyişən sınıqları nəticəsində baş verən travmatik-hemorragik şok olmuşdur. İlkin meyit əlamətlərinə əsasən, E.Cəfərovun ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (19 yanvar 2024-cü il, saat 18:45) təxminən 3-5 saat əvvəl baş vermişdir. E.Cəfərovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, feniklamin, qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salsilatlar aşkar edilmədi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2024-cü il tarixli 8/793 saylı rəyindən görünür ki, “BMW-330” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsində qeyd olunan “əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir ” tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 19 yanvar 2024-cü il tarixli protokoluna əsasən, “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilinin Masazır-Novxanı yolu ilə üzü Binəqədi istiqamətində hərəkətdə olarkən “Al” marketin yaxınlığında piyada zolağı ilə yolu sağdan sola keçən piyadanı vurması ilə əlaqədar hadisə yeri müayinə olunarkən müəyyən edilmişdir ki, hadisə yeri Abşeron rayonu, Novxanı kəndi, Novxanı-Masazır yolu, “Al” marketin yaxınlığıdır, yolun işlək hissəsi yoxuşlu-enişlidir, asfalt-beton örtüklüdür və qurudur. Yol örtüyünün eni 10 metr olmaqla hərəkət zolaqlarının sayı 2-dir, işlək hissədə qarşı- qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa 1.3 üfüqi nişanlanma xətti vardır və hər istiqamət bir zolaqlıdır. Yolun işlək hissəsinin sol və sağ tərəflərində fərdi yaşayış evləri vardır. Həmin sahədə hərəkətin nizamlanma üsulu - nizamlanmayandır. Hadisə yerində şinlərin və tormozlanma izləri, nəqliyyat vasitəsinin hərəkət istiqaməti əlamətləri, nəqliyyat vasitəsinin sınmış və itmiş hissələri, nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunması və digər izlər aşkar olunmadı. Hadisə yerinə baxış protokoluna əlavə edilmiş hadisənin görüntüləri olan bir ədəd diskə baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur: “Yol Patrul Xidməti avtomobili (kameralarda dövlət qeydiyyat nişanı görünməsə də, hadisənin “BMW” markalı “330” modelli, **-YP-*** dövlət qeydiyyat nişanlı və bort nömrəsi “950” olan xidməti avtomobil tərəfindən törədilməsi nəzərə alınmalıdır) Abşeron rayonu, Masazır- Novxanı yolu ilə hərəkətdə olan zaman piyada keçidinə yaxınlaşır. Bu zaman piyada keçidi ilə X8 yolun sağ tərəfindən sol tərəf keçir və yolun ortasında olarkən yol patrul xidməti avtomobili onu vurur. Zərbədən E.Cəfərov yuxarı qalxaraq yerə düşür, xidməti avtomobilin sürücüsü, polis əməkdaşı avtomobildən düşür və vurduğu piyadaya yaxınlaşır. Azərbaycan Respublikası DİN-nin tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cəlilabad RİHB-nın Privolnoye İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Abasov X1 yaşadığı müddətdə kənd ictimaiyyətinin, ağsaqqallarının və ziyalılarının hörmətini qazanmışdır. Onun barəsində nümayəndəliyə heç bir təqsirləndirici məlumat daxil olmamışdır. Doğum haqqında şəhadətnamlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X19 və X15, xx.xx.2018-ci il təvəllüdlü X16 adlı üç azyaşlı övladları vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan və məhkəmə istintaqı zamanı vəkil-nümayəndəsinin verdiyi ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkən tərəflə barışıq əldə etməsi, himayəsində üç azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmədə, Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun zərərçəkən tərəflə barışıq əldə etməsi, himayəsində üç azyaşlı övladlarının olması kimi cəzasını yüngülləşdirən halları,cəzanı ağırlaşdıran halların olmamasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən onun cəzasını yüngülləşdirən halları, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60-cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CPM-nin Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron İcra Şöbəsinə və Azərbaycan Respublikası Baş X36 idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 ( iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar