Məhkəmə qərarları › İş №1(012)-733/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-733/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-733/2025 16.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Əməli törədən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.1991-ci il İsmayıllı rayonu, Quşencə kəndi. Azərbaycan Respublikası subay (evli olub boşanmış) məhkum olunmamış işləməyən İsmayıllı rayonu, Quşencə kəndi. Abşeron rayonu, Xırdalan şəhəri, Zərdabi küçəsində yerləşən fərdi yaşayış evi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 fevral 2025-ci il saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Zərdabi küçəsində yerləşən fərdi yaşayış evində qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı Zərərçəkmiş şəxs evdəki ətirini tapa bilməməsində ittiham edərək həmin səbəbdən aralarında şəxsi münasibətlər zəmnində yaranmış narazılıqla bağı mübahisə etdikdə həmin mübahisə əsnasında əsəbiləşib həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edərək əvvəlcə qəsdən əli ilə sonuncunun boğazından tutmaqla sıxıb, əli ilə Zərərçəkmiş şəxs saçından tutaraq yumruqla sonuncunun ağız nahiyəsinə vurub, ardınca əlləri ilə Zərərçəkmiş şəxs sağ qolundan tutub sıxaraq əl (yumruq) zərbələri ilə sinəsinə, təpiklə isə ayaq və bədəninin müxtəlif nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs boyunun ön, sağ və sol yan səthlərinin şişkinliklə və udqunma aktının çətinləşməsi ilə müşayiət olunan çoxsaylı sıyrıqları, sağ saidin iki ədəd, sol saidin bir ədəd, sol bazunun bir ədəd geniş sahəli qançırları, sol bud, sağ əl, döş qəfəsinin ön səthinin yuxarı hissəsi nahiyələrinin sıyrıqları ilə müşahidə olunan dərəcəsinə görəümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və bildirmişdir ki, onun iş üzrə şikayət verən Zərərçəkmiş şəxs ilə barışmışlar,əməlindən peşimandır, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Təhqiqatda əməli törədən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş və bildirmişdir ki, 23 fevral 2025-ci il saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Zərdabi küçəsində yerləşən fərdi yaşayış evində qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı Zərərçəkmiş şəxs evdəki ətirini tapa bilməməsində ittiham edərək həmin səbəbdən aralarında şəxsi münasibətlər zəmnində yaranmış narazılıqla bağı mübahisə etdikdə həmin mübahisə əsnasında əsəbiləşib həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edərək əvvəlcə qəsdən əli ilə sonuncunun boğazından tutmaqla sıxıb, əli ilə Zərərçəkmiş şəxs saçından tutaraq yumruqla sonuncunun ağız nahiyəsinə vurub, ardınca əlləri ilə Zərərçəkmiş şəxs sağ qolundan tutub sıxaraq əl (yumruq) zərbələri ilə sinəsinə, təpiklə isə ayaq və bədəninin müxtəlif nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs boyunun ön, sağ və sol yan səthlərinin şişkinliklə və udqunma aktının çətinləşməsi ilə müşayiət olunan çoxsaylı sıyrıqları, sağ saidin iki ədəd, sol saidin bir ədəd, sol bazunun bir ədəd geniş sahəli qançırları, sol bud, sağ əl, döş qəfəsinin ön səthinin yuxarı hissəsi nahiyələrinin sıyrıqları ilə müşahidə olunan dərəcəsinə görəümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Zərərçəkmiş şəxs teleqramma ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayəti tələbi olmadığını bildirmişdir. Təhqiqatda şikayət verən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə DİN-in “102” xidmətinə məlumatı özü vermişdir. Müraciət etdiyi Təqsirləndirilən şəxs onun tanışı, yəni qeyri-rəsmi münasibətdə olduğu şəxsdir. O, təxminən 9 il bundan əvvəl qeyri-rəsmi ər-arvad münasibətində olduğu X2 ayrılmış və birgə nigahından bir azyaşlı övladı, X3 doğulmaqla hazırda onun himayəsində yaşayır. Təxminən 8 il əvvəl Pərvizlə tanış olmuş, həmin vaxtdan onunla birlikdə yaşayır. Həmçinin Təqsirləndirilən şəxs da əvvəllər evli olmuş və sonra həyat yoldaşından ayrılaraq boşanmışdır. Pərvizin də iki övladı var, lakin Pərvizlə yaşamırlar. Onlar təxminən 3-4 ay bundan əvvəl Abşeron rayonu, Xırdalan şəhəri, Zərdabi küçəsində yerləşən fərdi evə köçərək kirayədə yaşayırar. Pərvizlə aralarında əvvəllər heç bir mübahisə olmasa da,onun atası vəfat edəndən sonra Pərvizlə alarında sözlə mübahisələri olur. Yəni təxminən 1 ildir ki, atası vəfat etmiş və Pərviz bundan sonra onunla əsassız mübahisələr edir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 11 radələrində yaşadığı evdə olarkən Pərvizlə aralarında mübahisə baş vermiş, buna səbəb Pərviz evdən çıxarkən parfümünü tapmadığı üçün onunla mübahisə etməyə başlamışdır. Pərviz ətrinin onun itidirdiyini bəhanə edib onu döyməyə başlamışdır. Əvvəlcə əli ilə onun boğazından tutub sıxaraq buraxmış, daha sonra saçından tutaraq yumruğu ilə dodağından vurmuş və dodağı qanamağa başlamışdır. Bundan sonra Pərvizdən uzaqlaşmaq istəyərkən Pərviz yenə də əlləri ilə onun sağ qolundan tutub sıxaraq əl, yumruqla sinəsindən, təpiklə isə ayaq nahiyələrindən və bədəninin müxtəlif nahiyələrindən vuraraq onu döyməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. O, da bu barədə DİN-in “102” xidmətinə zəng edərək məlumat vermişdir. Pərviz onun barəsində şikayət etdiyini bildirkdən sonra evdən qaçıb getdiyini göstərmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizası ilə əlaqədar "MTE və PA ETT Birliyi" X6 Abşeron rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 387 nömrəli rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - boyunun ön, sağ və sol yan səthlərinin şişkinliklə və udqunma aktının çətinləşməsi ilə müşayiət olunan çoxsaylı sıyrıqları, sağ saidin iki ədəd, sol saidin bir ədəd, sol bazunun bir ədəd geniş sahəli qançırları, sol bud, sağ əl, döş qəfəsinin ön səthinin yuxarı hissəsi nahiyələrinin sıyrıqları küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə vəşəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaşzamanı əl barmaqları ilə boyun üzvlərinin sıxılması, yumruq, təpik zərbələritəsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görəümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində iki azyaşlı uşağının olmasıdır. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxslə barışmışlar, sonuncunun ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Əməli törədən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclasında iştirak edərək əməli törətmiş şəxsə hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, müdafiəçiyə 110 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan işin icraatına xitam verilsin. Əməli törədən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 110 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar