Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-734/2025 17.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Ermənistan Respublikası, Sisiyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il saat 13 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs fəaliyyət qabiliyyəti olmayan «1 -ci qrup» uşaqlıqdan əlil olan bacısı X4ma olan davranışından narazı qalaraq bununla bağlı arvadı Zərərçəkmiş şəxs irad bildirərkən həmin səbəbdən tərəflər arasında ailə məişət zəmnində yaranmış narazılıqla əlaqədar mübahisə etdikdə həmin mübahisə əsnasında əsəbiləşib həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edərək əvvəlcə qəsdən əlləri ilə sonuncunun saçından tutub dartmaqla və qolundan burmaqla yerə yıxıb döşəmədə sürükləyərək, ardınca əl, yumruq zərbələri ilə başından ardıcıl vuraraq Zərərçəkmiş şəxs başın sağ gicgah-təpə nahiyəsinin geniş ölçülü hematoması, sağ bazunun orta 1/3-nin tış səthinin bir ədəd, sağ diz nahiyəsinin bir ədəd qançırları ilə müşahidə olunan dərəcəsinə görəsağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, onun barəsində şikayət edən şəxs Zərərçəkmiş şəxs onun arvadıdır. Belə ki, onun 1978-ci il təvəllüdlü, 1ci qrup əlil, Fiziki və psixi qüsurlu, həmçinin görmə qabiliyyəti zəif olan X3 onun doğma bacısıdır. Bacısı Elnarə anadangəlmə əlildir, onlarla birlikdə yaşayır. O, Zərərçəkmiş şəxs ilə 2012-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan 3 övladı var. Ailə qurarkən Günelə onun fiziki və psixi qüsurlu bacısı olduğunu, həmin bacısının da onlarla birlikdə yaşayacağını bildirmiş, Günel də buna razı olmuşdur. Son vaxtlar aralarında ailə daxili mübahisələri baş verir. Bunun da səbəbi Günelin onun qüsurlu bacısı Elnarə ilə yola getməməsi, onun evdə qalmasını istəməməsidir. O, da buna görə Günelə dəfələrlə irad tutmuşdur. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Elnarəni duş alması üçün hamama aparmış, sonra isə özü övladını məktəbə aparmışdır. Bir müddət sonra evə geri qayıtdıqda Elnarənin paltarsız şəkildə evin dəhlizində (koridor) olduğunu görmüş, nə üçün belə qaldığını soruşduqda Elnarə Günelin qazı bağladığını və soyuq suda duş ala bilmədiyini demişdir. Elnarənin bu sözündən sonra Günel onun üzərinə gedib yalan söylədiyini bildirmiş, o, də həmin vaxt əsəbiləşərək əlləri ilə Günelin saç və sağ qolundan tutub burmuş, həmin vaxtı Günel yerə yıxılmış, yerdə əl zərbələri ilə Günelin başından bir neçə dəfə vuraraq onu döymüş və mübahisələri başa çatmışdır. Bundan sonra Günel telefonla DİN-in “102” xidmətinə zəng edib məlumat verdiyini göstərmişdir. Hazırda zərərçəkmişlə barışmışdır. Barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. Əliyəddin Babayevlə 2012-ci il tarixdə ailə həyatı qurmuş və birgənikahdan 3 övladıvar. Həmin tarixdən Təqsirləndirilən şəxs bacısı, fiziki və əqli qüsurlu, 1 -ci qrup əlil Elnarə Babayeva onlarla birlikdə yaşayır, onun qəyyumu qaynı Əli Babayev olsa da, o ayrı evdə yaşayır və Elnarəyə onlar baxır. Əvvəllər Əliyəddinlə münasibətləri yaxşı olsa da, son zamanlar aralarında ailə münaqişələri baş verir və bu münaqişənin səbəbi Əliyəddinin bacısı Elnarə Babayevadır. Elnarə həmişə müxtəlif yalanlar danışaraq qardaşını ona qarşı qaldırır və yaşadığı evdə mübahisələri olur. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində onun azyaşlı övladı oğluƏlyəddini məktəbə aparmış, həmin vaxt evdə Elnarə sanitar qovşağından istifadə etmişdir. Biraz sonra Əlyəddin evə gəlmiş və Elnarə onu görən kimi onun qazı bağladığını və suyun soyuq olduğunu yalandan Əlyyədinə söyləmişdir. Əlyəddin də Elnarəyə inanıb bu sözlərdən sonra onun üzərinə gəlmiş və onunla mübahisə etməyə başlamışdır. O, Elnarənin yalan dediyini Əliyyədinə desə də, Əliyəddin ona inanmamış və mübahisə zamanıbir əli ilə onun saçından, digər əli ilə isə sağ qolundan tutub buraraq yerdə sürüməyə başlamışdır. Daha sonra isə əli ilə başından bir neçə dəfə vurmuşdur. Bundan sonra mübahisələri başa çatmışdır. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində yenə eyni mövzu üzərində Əlyəddin ilə aralarında sözlə mübahisə olmuş, mübahisə zamanı Əlyəddinin onu yenə döyməsindən 102 xidmətinə zəng edərək döyülməsi barədə məlumat verdiyini göstərmişdir. O, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını , ziyanın ödənildiyini qeyd etmişdir,odur ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəməyədək sadələdirilmiş icraat materialında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X6 Abşeron rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 433 saylı rəyinə əsasən 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərindəaşkar olunmuşxəsarətlər - başın sağ gicgah-təpə nahiyəsinin geniş ölçülü hematoması, sağ bazunun orta 1/3-nin tış səthinin bir ədəd, sağ diz nahiyəsinin bir ədəd qançırları-küt əşyamn(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə vəşəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaşzamanı əl zərbələri ilə vurulma nəticəsində eləcə də, başın arxa hissəsinin hər-hansı bərk küt əşyaya zərblə vurulması zamanı əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraatın başlanılması haqqında 02 mart 2025ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş cinayət işi icraata başlanılmaqla, təhqiqatı aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına görə Babayev X2 Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il ay 06 ay müddətinə qazancından 20% pul tutulmaqla islah işləri cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış,ziyanlıq ödənilmiş,ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Göstərilən Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4,39.1.6–39.1.11, 40.3 və 40.4-cümaddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, iş üzrə Zərərçəkmiş şəxs ilə barışmış və bununla əlaqədar zərər çəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbininin olmamasına və cinayət işinin icraatına xitam verilməsinə dair ərizə təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-734/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-734/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver