Məhkəmə qərarları › İş №1(012)-736/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-736/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-736/2025 23.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Tovuz rayonu, Aşağı Öysüzlü kəndi anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, Tovuz rayonu, Aşağı Öysüzlü Ərazi Dairəsi, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, “ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 mart 2025-ci il saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “ünvan 1 ünvanda qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı Zərərçəkmiş şəxs ona azyaşlı övladı X2 orta təhsildəki davamiyyəti ilə bağlı yaranmış problemlərə biganə yanaşması ilə bağlı irad bildirməklə evi tərk etməsini tələb etməsi səbəbindən aralarında həmin səbəbdən şəxsi münasibətlər zəmnində yaranmış narazılıq üstündə mübahisə etdikdə həmin mübahisə əsnasında həmin ünvanda əsəbiləşib Zərərçəkmiş şəxs üzərinə hücum edərək əvvəlcə qəsdən əli ilə Zərərçəkmiş şəxs saçından tutaraq başını evin divarına vurub, ardınca sağ qolundan əli ilə tutaraq sonuncunu geriyə doğru qəsdən itələməklə sağ qolu üstə yerə yıxıb sağ qol (dirsək) nahiyəsindən xəsarət almasına səbəb olaraq, habelə artıq yerə yıxdığı Zərərçəkmiş şəxsnm sağ qol, dirsək və bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vurmaqda davam edərək Zərərçəkmiş şəxs sağ dirsək oynağının küt travması, sağ dirsək nahiyəsinin şişkinlik halında qançırı, sağ dirsək sümüyünün tac çıxıntısının qapalı, yerdəyişən sınığı ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun nüddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək Zərərçəkmiş şəxsnm sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin əməlləri aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdə X7 ilə ailə həyatı qurmuş və bu nikahdan 2017-ci il təvəllüdlü X10 və 2015-ci il təvəllüdlü X8 olmuşdur. 2024-cü ilin sonlarında o X7 ilə aralarında olan münasibətə son qoymaq üçün ondan boşanmışdır. Zərərçəkmiş şəxs ilə il yarımdır ki, qeyi-rəsmi-münasibətdə olmuş, münasibətin ilk vaxtlarında aralarında hər şey qaydasında olmuş, lakin sonradan isə maddi durumla bağlı aralarında mübahisələr yaranmağa başlamışdır. 03 mart 2025-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvan 2 ünvanda olan zaman Nigar evə gəlmiş, Nigar azyaşlı qızı X2 təhsildən geri qaldığı üçün məktəbdən arayış tələb olunduğunu ona bildirmişdi, o da bir sıra problemlərdən dolayı məsələni həll edə bilməmişdir. Nəticədə isə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Nigar ona yaşadığı evi tərk etməsini bildirmiş, o da sonuncuya yaşadığı evdən çıxıb getməyəcəyini və burada birlikdə qalacağını bildirmişdir, nəticədə isə Nigarla arasında mübahisə yaranmışdır. O Nigarın saçından tutub divara tərəf itələyən zaman Nigarın başı divara dəymiş, daha sonra o Nigarın sağ qolundan yapışıb onu otaqdan çıxaran zaman Nigar yerə yıxılmış, nəticədə sağ qolundan xəsarət almışdır. Daha sonra isə ona məlum olmuşdur ki, Nigar evdən çıxıb gedərək baş vermiş mübahisə ilə bağlı onun barəsində polisə şikayət etmişdir. Hazırda törətdiyi əməldən peşman olmuşdur, Zərərçəkmiş şəxs ilə barışmışdır, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2007-ci ildə X3 ilə ailə həyatı qurmuş, bu nikahdan 2009-cu il təvəllüdlü X4, 2011-ci il təvəllüdlü X9 və 2013-cü il təvəllüdlü X11 doğulmuşdur. Tofiq Adışovla 2019-cu il tarixdə Abşeron rayon məhkəməsinin qərarı ilə rəsmi qaydada boşanmışdır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə il yarımdır ki, qeyi-rəsmi ərarvad münasibətindədir. Münasibətləri əvvəllər normal olsa da, sonradan maddi durumla bağlı aralarında sözlə mübahisələri yaranmağa başlamışdır. 03 mart 2025-ci il tarixdə saat 18 radələrində qızı X5 məktəbdən götürüb oradan yaşadığı ünvan 3 ünvana gətirmiş və həmin vaxt Qərib evdə olmuşdur. X15 təhsildən geri qalmasına görə məktəbdən arayış tələb olunmasını Qərib bilsə də, bu məsələyə biganə yanaşdığı üçün aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Qəribə yaşadığı evi tərk etməsini demiş, lakin Qərib yaşadığı evdən çıxıb getməyəcəyini və onunla birlikdə yaşayacağını söyləmişdir. Yaranmış mübahisə zamanı Qərib ona yaxınlaşıb əli ilə saçından tutaraq başını divara çırpdıqdan sonra sağ qolundan tutub geri itələyərək onu yerə yıxan zaman aldığı zərbənin təsirindən sağ qolundan da xəsarət almışdır. Yerdə olan zaman Qərib təpiklə sağ qoluna və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirmişdir. O, da baş verən mübahisədən sonra polis idarəsinə gələrək Qərib barəsində şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. İş əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının ilə əlaqədar “MTE və PA ETT Birliyi” X19 Abşeron rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 442 nömrəli rəyindən görünür ki, 1989cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- sağ dirsək oynağının küt travması, sağ dirsək nahiyəsinin şişkinlik halında qançırı, sağ dirsək sümüyünün tac çıxıntısının qapalı yerdəyişən sınığı küt əşyanın(əşyaların) təsirindən törətmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş zamanı təkan, yəni itələnərək sağ qolu üstə yıxılması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Cinayət işində olan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığı üçün barəsindəki iş üzrə icraata xitam verilməsin xahiş etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs oğlu tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, barışdıqlarına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Təqsirləndirilən hadisənin baş verməsindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmişlə barışdığını, buna görə də barəsində olan cinayət işinə xitam verilməsin xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs X12 barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs X6 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi 10 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına 60 (altmış) manat məbləğdə pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Abşeron rayonu vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 60 (altmış) manat Abşeron rayonu vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan edilildiyi tarixdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar