Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-737/2025 17.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə ünvan 3ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, əlilabad rayonu, Şabanlı kəndi ünvanında qeydiyyatda olmaqla ünvan 1nında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 09 mart 2025-ci il gecə saat 05 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanda alkoqollu içkinin təsiri altında olarkən qısqanclıq, valideynlərinin ailəyə müdaxilə etmələri ilə bağlı fikir ayrılığı səbəbindən aralarında pisləşmiş münasibət olan arvadı Zərərçəkmiş şəxs nigahlarına xitam verilməsini məqsədə uyğun söyləməklə, ona məlum olmadan bank kartından istifadə etməsinə görə irad bildirdikdə tərəflər arasında həmin səbəblərdən ailə daxili münasibətlər zəmnində yaranmış narazılıqla bağlı mübahisə baş verdikdə həmin mübahisə əsnasında əsəbiləşib həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edərək əvvəlcə evdə olan dəmir materialdan olan stulu əlləri ilə yuxarı qaldırıb həmin stulla Zərərçəkmiş şəxs özünü qorumaq üçün qarşıya verdiyi sol əl, qolundan qəsdən zərbə vuraraq, ardınca əl, yumruqla sonuncunun sifət, baş nahiyələrinə, təpik, ayaqla isə bədəninin müxtəlif nahiyələrinə qəsdən ardıcıl zərbələr endirərək Zərərçəkmiş şəxs sol təpə nahiyəsinin, eləcə də sol mil-bilək oynağında bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sol mil-bilək oynağı nahiyəsinin hematomaları, sol əlin 2-ci barmağının proksimal falanqasının travmatik çıxığı və sol əlin 2-ci barmağının əzilmiş-cırılmış yarası ilə müşahidə olunan dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2004-cü il tarixdə ailə həyatı qurmuş, bu nikahdan 2005-ci il təvəllüdlü Ağalı Aidə, 2011-ci il təvəllüdlü Ağalı Aysel, 2016-cı il təvəllüdlü Ağalı Amil və 2018-ci il təvəllüdlü Ağalı Ramil dünyaya gəlmişdir. İlk əvvəllər normal olaraq ailə həyatı yaşasalar da, daha sonra münasibətləri pozulmağa başlamışdır. Buna səbəb kimi isə Elnurənin ailəsinin onun ailə işlərinə müdaxilə etməsi olmuşdur. 09 mart 2025-ci il tarixdə saat 05:10-da yaşadığı evdə olan zaman Elnurənin mobil telefonunda “Birkart” şəkli görmuş və onun kimə məxsus olmasını soruşmuşdur. Elnurə kartın ona məxsus olmasını, lakin bir müddət əvvəl itirdiyi üçün banka zəng eləyib bağlatdırdığını bildirmişdir. O, da Elnurəyə onun yalan danışdığını deyib, əsəbiləşərək aralarında bu səbəbdən mübahisə yaranmışdır. Mübahisə zamanı o mətbəxdə olan stulu qaldırıb Elnurənin başına vurmaq istədikdə Elnurə sol əlini stulun qarşısına tutduğu üçün zərbə onun sol əlinə dəymiş və daha sonra isə o əli (sillə) ilə Elnurənin üz nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Bir neçə dəqiqə sonra Elnurə mətbəxdən çıxaraq evin 2-ci mərtəbəsinə qalxmış vəo da evi tərk edib getmişdir. Həmin günün səhəri evə qayıtdıqda Elnurə vəövladlarının evdən çıxıb getdiyini görmüşdür. Mübahisə zamanı Zərərçəkmiş şəxs ona qarşı heç bir fiziki təzyiq göstərmədiyini və xəsarət yetirmədiyini, hadisə zamanı stul qırıldığı üçün evə qayıtdıqda stulun qalıqlarının Elnurə tərəfindən tullandığını bildiyini göstərmişdir. Hazırda zərərçəkmişlə barışmışdır. Barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2004-cü il tarixdərəsmi qaydada nikah bağlamış və bu nikahdan 2005-ci il təvəllüdlü Ağalı Aidə, 2011-ci il təvəllüdlü Ağalı Aysel, 2016-cı il təvəllüdlü Ağalı Amil və 2018-ci il təvəllüdlü Ağalı Ramil doğulmuşdur. İlk əvvəllər normal olaraq ailə həyatı yaşasalar da, daha sonra Qəhrəmanın mütəmadi olaraq spirtli içki qəbul etməsi, eləcə də, ailəsinin (valideyinləri) onun ailəsinə müdaxilə etməsi, həmçinin digər qadınlarla qeyri rəsmi münasibətdə olması olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 05:10 radələrində yaşadığı evdə olan zaman yatarkən həmin vaxt əri Qəhrəman spirtli içkinin təsiri altında evə gələrək onu yuxudan oyadıb onunla söhbət etmək istədiyini bildirmiş, o da onun xahişini nəzərə alıb evin mətbəxinə keçmişdir. Əvvəlcə Qəhrəman ona boşanmağlarını təklif etmiş, o da Qəhrəmana etraz etməyərək heç bir problemin olmadığını, boşanırlarsa normal şəkildə boşanmağı təklif etmişdir. Daha sonra Qəhrəman onun adına “Birkart” kartının olduğunu və hal-hazırda harada olmasını soruşmuş, o da kartın bir neçə ay bundan əvvəl itdiyini vəbuna görə kartı bağlatdırdığı cavabını verdikdə Qəhrəman ona mənə yalan danışdığını deyərək mətbəxdə olan dəmir (oruracaq) stulu əlinə alaraq qəsdən başına vurmaq istədikdəo sol əlini müdafiə olunmaq üçün qarşıya vermiş və həmin vaxt Qəhrəman stulu onun sol əlinin şəhadət barmağından, qolundan vurmaqla ona xəsarət yetirmişdir. Daha sonra isə əli ilə sifət, baş, təpiklə isə bədəninmin müxtəlif nahiyələrindən vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra Qəhrəmanın onun əlindən qaçaraq evin 2-ci mərtəbəsinə qalxmışdır. Daha sonra otağın qapısını bağlamış, lakin Qəhrəman yuxarı qalxmamışdır. Həmin tarixdə saat 11.00-da övladlarını da götürüb evdən çıxıb getdiyini, baş vermiş mübahisənin təxminən 3-5 dəqiqə davam etdiyini, hadisə olan zamanı evdə böyük qızından başqa digər övladları olsa da, onlar hadisə olan otaqda, yəni mətbəxdə olmadıqlarını, hadisə zamanıyatdıqlarını, evdə başqa şəxsin olmadığını, hadisə zamanı Qəhrəmanın onu vurduğu dəmir stul qırıldığıüçün o səhər evdən çıxanda onu dəqiq xatırlamadığı məişət tullantılarıüçün nəzərdə tutulan yeşiyə atdığını şikayət və tələbi ona xəsarət yetirən əri Qəhrəmanın cinayət məsuliyyətinə cəlb edilməsindən ibarət olduğunu göstərmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydada təsdiqlənmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin də olmadığını bildirmiş, qeyd olunanları nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək sadələdirilmiş icraat materialında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X3 Abşeron rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 497 saylı rəyinə əsasən 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni səthində aşkar edilmiş xəsarətlər– sol təpə nahiyəsinin, eləcə də sol mil-bilək oynağında bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sol mil-bilək oynağı nahiyəsinin hematomaları, sol əlin 2-ci barmağının proksimal falanqasının travmatik çıxığı və sol əlin 2-ci barmağının əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs tərəfindən dəmir parçası ilə vurulma zamanı, eləcə də kənar şəxsin bədən hisəsinin təsirindən yarana bilərdilər, dərəcəsinə görəhəm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraatın başlanılması haqqında 10 mart 2025ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş cinayət işi icraata başlanılmaqla, təhqiqatı aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Xasiyyətnamədən görünür ki, Ağalı X2 rayonu, Şabanlı kəndi ünvanında qeydiyyatdadır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin də olmadığını bildirmiş, qeyd olunanları nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, zərərçəkmiş şəxslə barışdıı üçün məhkəmədən barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Göstərilən Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, iş üzrə zərərçəkmiş şəxs ilə barışmış,dəymiş ziyan tamamilə ödənilmiş və bununla əlaqədar zərər çəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbininin olmamasına və cinayət işinin icraatına xitam verilməsinə dair ərizə təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-737/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-737/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver