Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-739/2025 06.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Şikayətçi Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Cəbrayıl rayonu, Daşveysəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, işləməyən, Cəbrayıl rayonu, Minbaşı ərazi dairəsi, Daş Veysəlli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Qobu qəsəbəsi, Z.Tağıyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il səhər saat 07 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Z.Tağıyev küçəsində yerləşən fərdi qaydada «dayəlik» fəaliyyəti ilə məşğul olan arvadı Zərərçəkmiş şəxs ilə arasında sonuncunun fərdi qaydada «dayə» kimi işləməyə davam etməsi ilə bağlı fikir ayrılığı, habelə ailə daxili qısqanclıq zəmnində yaranmış mübahisə əsnasında əsəbiləşib həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən əl, yumruq zərbələri ilə Zərərçəkmiş şəxs sifət və bədəninin müxtəlif nahiyələrinə ardıcıl vurub, ardınca saçından əli ilə tutaraq itələyib başını qəsdən evin divarına vurmaqla Zərərçəkmiş şəxs sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan göz yarığının daralması ilə nəticələnən sol gözün alt və üst göz qapaqlarının qançır-şişkinliyi ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2007-ci ildən ailə həyatı qurmuş, həmin evlilikdən iki övladı, 2008-ci il təvəllüdlü X2 və 2009-cu il təvəllüdlü X3 doğulmuşdur. Evli olduğu müddətdə bir neçə dəfə Zərərçəkmiş şəxs başqa şəxslərnən danışdığını görüb onunla aralarında sözlə mübahisələri olmuşdur. Hazırda Zərərçəkmiş şəxs Binəqədi rayonu ərazisində Şüküfə adlı qadının evində dayə işləyir. xx.xx.2025-ci il tarixdə Tünzalə evdən işə getmək adı ilə getmiş, lakin sonradan o evdə olanda Tünzalənin işlədiyi evin sahibi Şüküfə adlı qadın ona zəng edib Tünzalənin işə nəyə görə gəlmədiyini soruşmuşdur. O, da Şüküfəyə Tünzalənin evdən çıxıb gedib iş yerinə getdiyini bildirmişdir. Bundan sonra o, Tünzalə ilə telefonla əlaqə saxlayıb harada olduğunu soruşmuş, Tünzalə də ona yalandan işdə olduğunu söyləsə də, onun sözlərinə inanmamışdır. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Tünzalə evə gəldikdə ondan hansı səbəbdən yalan danışdığını və işdən geç gəldiyini soruşduqda aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı, Tünzaləyə bildirmişdir ki, bir daha işə getməyəcəksən. Sonra isə gedib yatmışdır. xx.xx.2025-ci il tarixdə səhər saat 6-7 radələrində yatdığı zaman Tünzalə ona yaxınlaşıb işə gedəcəyini bildirmiş və o da Tünzaləyə seçim etməli olduğunu təklif edərək “seç ya iş, ya mən” söyləmişdir. Bundan sonra aralarında mübahisə baş vermiş, mübahisə zamanı Tünzalə qışqırıb onu özündən çıxartdığı üçün əsəbiləşib əlləri ilə Zərərçəkmiş şəxs saçından tutub evin divarına tərəf itələmiş və baş divara dəymişdir. Bundan sonra Tünzalə evi tərk edib çıxıb getmişdir. Baş vermiş mübahisənin təxminən 10 dəqiqə davam etdiyini, hadisə zamanı evdə başqa şəxsin olmadığını, hadisə zamanı Zərərçəkmiş şəxs ona heç bir xəsarət yetirmədiyini göstərmişdir. İş üzrə Zərərçəkmiş şəxs şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi olaraq dayəliklə məşğul olur. Təqsirləndirilən şəxs ilə 2007-ci ildən ailə həyatı qurmuş, həmin evlilikdən iki övladı, 2008-ci il təvəllüdlü X2 və 2009-cu il təvəllüdlü X3 var. Boşanma ərəfəsində olduğu Təqsirləndirilən şəxs əsassız olaraq onu qısqanır. xx.xx.2025-ci il tarixdə işdən evə gec gəldiyi üçün Sadətlə aralarında mübahisə yaranmış və Sadət ona bir daha işə getməyəcəyini söyləmişdir. Bir müddət mübahisə etdikdən sonra gedib yatmışdır. xx.xx.2025-ci il tarixdə səhər saat 6-7 radələrində yuxudan durub işə getməyə hazırlaşarkən işə getməzdən əvvəl Sadətə yaxınlaşıb bu barədə məlumat vermiş və Sadət ona işə getməyinə pis fikir bildirib onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs sakitləşməyini istəsə də, lakin Təqsirləndirilən şəxs onu sakitləşdirmək istədiyinə baxmayaraq daha da, əsəbiləşib özündən çıxmış və üzərinə gələrək əl zərbələri ilə sifətindən və bədəninin müxtəlif yerlərindən vurmağa başlamışdır. Bundan sonra Sadətin əlindən çıxmaq istəyəndə Təqsirləndirilən şəxs saçından tutub onu qəsdən itələməklə başını evin divarına vurmuş, başı divara dəydikdən sonra xəsarət almışdır. Daha sonra isə evi tərk edib getmişdir. Evi tərk edib getdikdə sol gözünə qan yığıldığını görmüş və daha sonra polis bölməsinə gəlib Sadət barəsində şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 333 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan göz yarığının daralması ilə nəticələnən sol gözün alt və üst göz qapaqlarının qançır-şişkinliyiküt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə vəşəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görəsağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şikayətçi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Ondan şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə müvafiq olaraq 132 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məhkəmə iclasları zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə müvafiq olaraq 132 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5
Məhkəmə qərarları › İş №1(012)-739/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-739/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver