Məhkəmə qərarları › İş №1(012)-740/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-740/2025

14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-740/2025 14.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Şikayətçi Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Abşeron rayonu, Masazır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Masazır ərazi dairəsi, Masazır kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 fevral 2025-ci il saal 19 radələrində ünvan 1 ünvanında yerləşən «Nənəmin qutabı» adlanan qutab evinin içərisində müştəri qisimində olarkən əvvəldən ona 40 (qırx) manat pul boıcıı olan digəı müştəri Zərərçəkmiş şəxs həmin məkanda onu təsadüfən görüb həmin pulu ondan tələb etməsi zamanı tərəflər arasında həmin səbəbdən şəxsi münasibətlər zəmııində yaranmış narazılıqla bağlı mübahisə baş verdikdə həmin miıbahisə əsnasında əsəbiləşib Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən əl, yumruqla sonuncunun sifət, göz nahiyələrinə, təpiklə isə ayaq, bədənindən zərbələr vuraraq Zərərçəkmiş şəxs sol alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, sol gözün ağlı qişasına qansızına, sol göz almasının kontuziyası (əzilməsi) ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs ilə uzun illərdir ki, qonşudur. Münasibəti demək olar ki, bir qonşu kimi normal olmuşdur. 2024-cü ilin fevral ayında o, Şəmsidən qaz sobası almış, aralarında olan razılaşmaya əsasən oŞəmsiyə soba üçün 80 manat pul ödəməli idi. O. sobanın 40 manatını aldığı gün, yerdə qalan 40 manatını isə pulu olan vaxt ödəyəcəyini bildirmiş və həmin vaxt sobanı alıb evə apararaq istifadə etməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində yaşadığı evdən çıxıb yaxınlıqda yerləşən qutab evinə qutab almaq üçün getmiş, içəri daxil olduqdan təxminən 10 dəqiqə sonra Şəmsi də qutab evinə daxil olmuşdur. Şəmsi onu görən kimi ona olan 40 manat pul borcunu niyə vermədiyini soruşmuşdur. O. isə qar yağdığı üçün işləyə bilmədiyini, bu səbəbdən pulu verə bilmədiyi cavabı vermişdir. Bu zaman Şəmsi onu nalayiq ifadələrlə təhqir etmişdir. Şəmsinin bu təhqirlərinə dözə bilməyib yumruqla onun göz nahiyəsindən bir dəfə vurmuşdur. Mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Bundan sonra sifariş verdiyi qutabları götürüb evə getmişdir. Həmin zaman qutab evində tanımadığı qutab bişirən qadın olduğunu, başqa şəxsin olmadığını, həmin şəxsin onların mübahisəsinə müdaxilə etmədiyini, mübahisə zamanı Şəmsinin onu vurmadığını göstərmişdir. Zərərçəkmiş şəxs ilə barışmışdır. İş üzrə Zərərçəkmiş şəxs şikayət və tələbi yoxdur. Barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Zərərçəkmiş şəxs nümayəndəsi Zərərçəkmiş şəxs Rauf oğlu ifadəsində göstərmişdir ki, Sadatov X3 Şəmsi Canalı oğlu ilə qonşuluqda yaşayır. 2024-cü ilin fevral ayında Ramil Zərərçəkmiş şəxs “İran sobası” satdığını öyrənib Zərərçəkmiş şəxs yaşadığı evə gəlmiş və sobanı almaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs həmin sobanı Ramilə 80 manat müqabilində satmağa razılıq vermişdir. Ramil sobanı götürüb getmiş və 80 manat pulu sonra verəcəyini bildirmişdir. 2024-cü ilin may ayında Ramil sobanın 40 manatını vermiş və yerdə qalan 40 manat pulu isə bu günədək verməmişdir. xx.xx.2025-ci il tarixdə saat 19 raddələrində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında yerləşən qutab evinə getmiş və orada qutab satıldığı üçün hərdən Zərərçəkmiş şəxs özü üçün qutab almışdır. Qutab evinə daxil olan zaman Ramili də orada görmüş və ondan sobanın pulunu istəmişdir. Həmin vaxt Ramil Zərərçəkmiş şəxs ilə kobud tərzdə danışaraq təhqir etmişdir. Bu səbəbdən aralarında borc pul üstündə sözlə mübahisə yaranmış və qutab evinin içərisində olan zaman Ramil Zərərçəkmiş şəxs yumruqla sol göz nahiyyəsindən, təpiklə isə ayağından vurmuşdur. Bundan sonra isə Ramil qutab evini tərk edib getmişdir. Daha sonra Zərərçəkmiş şəxs da oradan çıxıb yaşadığı evə getmişdir. Mübahisə vaxtı Ramili vurmadığını, hadisə zamanı hadisə yerində yalnız qutab bişirən qadının olduğunu göstərmişdir. Şikayətçi Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək məhkəmə iclasında xəstəliyi ilə əlaqədar iştirak edə bilməyəcəyini, aralarında barışıq olduğunu, şikayətini geri götürdüyünü bildirmiş, nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 410 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər –sol alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, sol gözün ağlı qişasına qansızına, sol göz almasının kontuziyası (əzilinəsi) küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş zamanı yumruq zərbəsi ilə vurulma nəticəsindəəmələgələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şikayətçi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə göndərilmiş teleqramdan görünür ki, Təqsirləndirilən şəxs ilə aralarında barışıq olmuş, şikayətini geri götürmüş, nəzərə alınmasını xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 11 saata görə 66 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 15 saata görə 165 manat olmaqla, cəmi 231 (iki yüz otuz bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 11 saata görə 66 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 15 saata görə 165 manat olmaqla, cəmi 231 (iki yüz otuz bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar