Məhkəmə qərarları › İş №1(012)-741/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-741/2024

09.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-741/2024 09.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs, xx.xx.1992-ci il Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Novruzlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 aprel 2024-cü il gecə saat 23 radələrində qeyri-rəsmi ərarvad münasibətində olmaqla son zamanlar münasibətinin pozulduğu Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən fərdi yaşayış evinə gəlib sonuncu ilə barışıb birlikdə yaşamaqda davam etmək istədiyini bildirərkən Zərərçəkmiş şəxs buna etiraz etməsindən əsəbiləşdikdə aralarında həmin səbəbdən şəxsi münasibətlər zəmnində yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən sonuncunun hər iki əl, qol nahiyələrindən tutub sıxaraq, ardınca əl, yumruq zərbələri ilə onun sifət, baş və bədəninin müxtəlif nahiyyələrinə ardıcıl zərbələr vuraraq Zərərçəkmiş şəxs sol dirsək oynağında hərəkət məhdudluğu ilə müşahidə olunan sol dirsək oynağı və sol said nahiyəsinin yuxarı 1/3-ni əhatə edən iri ölçülü qançır-şişkinliyi, başın ənsə nahiyyəsinin dərialtı hematoması, sol qulaq seyvanının, sol said nahiyyələrinin sıyrıqları, sol said və sol baldır nahiyyələrinin qançırları ilə müşaiyət olunan dərəcəsinə görəümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirmişdir ki, təxminən 1 i olar ki, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi münasibətdə yaşayır. Onların münasibətdən övladı yoxdur. Eyni zamanda o Güneldən əvvəl də ailəli olmamışdır. Demək olar ki, bu hadisəyə qədər Günel ilə onun arasında hər hansı bir mübahisə olmamış, hazırda da mehribandırlar, münasibətləri normal davam edir. Lakin xx.xx.2024-cü il tarixdə saat 22 raddələrində Günelə zəng edərək, onun yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evinə gələcəyini demiş, Günel isə telefonda ona cavab olaraq onun evinə gəlməməyini bildirmişdir. O, isə telefonu söndürüb, Günelin yaşadığı ünvana doğru taksi ilə hərəkət etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində o Günelin yaşadığı Masazır qəsəbəsində yerləşən evinə gəlmiş, qapını döymüş, Günel qapını açmış və o evə daxil olmuşdur. Evin mətbəx hissəsində Günel ona yenidən nə üçün gəldiyini deyərkən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o əsəbiləşib sağ əli ilə Günelin qulaq nahiyyəsindən vurmuş və əlləri ilə Günelin hər iki biləyindən tutub sıxmışdır. Bundan sonra mübahisələri başa çatmışdır. Mübahisələrinin təxminən 5-10 dəqiqə davam etdiyini, həmin vaxt evdə başqa kənar şəxsin olmadığını, mübahisədən sonra Günelin yaşadığı evi tərk edib getdiyini, həmin vaxt Zərərçəkmiş şəxs onu vurmadığını və heç bir xəsarət yetirmədiyini göstərmişdir. Baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs ilə hazırda barışdığını, zərərçəkmiş şəxsin şikayətinin olmadığını, onu vurduğuna görə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2003-cü il tarixdə X2 ilə ailə həyatı qurmuş, 2017-ci ildən onunla münasibətləri pozulduğu üçün ayrı yaşayır, lakin nigahları pozulmamışdır. Bu nigahdan üç az yaşlı övladı var. Təqsirləndirilən şəxs onun qeyri-rəsmi münasibətdə yaşadığı şəxsdir. Aralarında heç bir ədavət və düşmənçilik münasibətləri yoxdur. 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Elxan oğlu ilə tanış olmuş və onunla qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Samir onun yaşadığı ünvana gəlmişdir. Bu zaman o, ayrılmaq istədiyi üçün Samir onunla əsassız olaraq münaqişə etməyə başlamış və münaqişə zamanı Samir onun qollarından tutaraq sıxmağa başlamışdır. Həmçinin onun sifət və baş nahiyyəsinə bir neçə dəfə əli (sillə) ilə zərbələr endirmişdir. Münaqişə zamanı o Samiri vurmamışdır. Bundan Samir evdən getmişdir. Hadisə vaxtı həmin yerdə ikisindən başqa heç kim olmamışdır. Hazırda Samirlə barışmış, münasibətləri normaldır, heç bir şikayət və tələbi yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -“Məhkəməyədək sadələşdirilmiş icraat açılması və icraata qəbul edilməsi barədə” 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmış və araşdırılma aparılması üçün icraata götürülmüşdür. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 17 aprel 2024-cü il tarixli 676 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol dirsək oynağında hərəkət məhdudluğu ilə müşahidə olunan sol dirsək oynağı və sol said nahiyəsinin yuxarı 1/3-ni əhatə edən iri ölçülü qançır-şişkinliyi, başın ənsə nahiyyəsinin dərialtı hematoması, sol qulaq seyvanının, sol said nahiyyələrinin sıyrıqları, sol said və sol baldır nahiyyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissəsinin (əl,ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. -“Zərərçəkmiş şəxs qismində tanınma” barədə 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. -Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. -Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, barəsində olan Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə sadələşdirilmiş icraat materialı üzrə özünü tam təqsirli bilir, həmin işin bəraətverici əsaslar olmadan xitam olunmasına etiraz etmir. Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, lakin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4- cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin və zərərçəkmiş şəxsin ifadəsini tədqiq edərək, iş materiallarını araşdıraraq, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxslə barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razılığını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin əməlindən səmimi peşman olmasını və cinayət təqibinə xitam verilməsi barədə müraciətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində “qətimkan tədbiri” seçilməməsi nəzərə alınsın. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 25 (iyirmi beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar