Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-743/2025 14.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Şikayət vermiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1998-ci il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Dağ Kəsəmən Ərazi Dairəsi, Dağ Kəsəmən kəndində qeydiyyatda olan və Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evndə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yekun protokola əsasən Təqsirləndirilən şəxs 16 mart 2025-ci il gecə saat 02:30 radələrində alkoqol sərxoşluğu vəziyyətində Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhmanov küçəsinə görüşə çağırdığı qohumu Zərərçəkmiş şəxs bir az əvvəl Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kafedə təşkil olunmuş ad günü məclisini tez tərk edərək getməsinə görə irad bildirdikdə həmin səbəbdən tərəflər arasında şəxsi münasibətlər zəmnində yaranmış narazılıqla bağlı mübahisə baş verərkən həmin mübahisə əsnasında əsəbiləşib həmin məkanda Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən əl, yumruq zərbəsi ilə sonuncunun sifət (göz) nahiyyəsinə vuraraq Zərərçəkmiş şəxs sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz orbitasının hematoması ilə müşahidə olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, ifadəsində göstərdi ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs onun doğma bibisi oğludur. Hadisə baş verən günü yəni, 15 mart 2025-ci il tarixdə qeyri-rəsmi münasibətdə olduğu “Səbinə” adlı şəxsin ad günü münasibəti ilə Mehdiabad qəsəbəsində kafelərin birində keçirilən məclisdə Xəqani də iştirak etmiş və sonuncu həmin vaxt kafeni xoşlamadığını və bununla bağlı iradını bildirib kafeni tərk edib çıxıb getmişdir. O, Xəqaninin əməlini yanlış hesab etdiyindən 16 mart 2025-ci il gecə saatlarında onun yaşadığı evə gedərək, ona söhbət etmək üçün küçəyə çıxmasını söyləmiş, bir neçə dəqiqə keçməmiş sonuncu onun yanına gəldikdə hərəkətlərinin doğru olmadığını bildirmişdir. Xəqani onun izahını düzgün anlamadığından ona qarşı nəlayiq ifadə işlədərək, “nə etmişəmsə yaxşı etmişəm deyə” demişdir. O, Xəqanin dediyi sözlərdən əsəbləşərək, içkinin təsirindən onun üz nahiyəsinə yumruqla zərbə vurmuş, sonuncu şikayət edəcəyini deyib oradan getmişdir. Bir müddət sonra xəbər tutmuşdur ki, Xəqani onun barəsində DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Aralarında baş vermiş mübahisə Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhmanov küçəsində heç kimin olmadığı vaxtda baş verərək, təxminən 2-3 dəqiqə etmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı tam ödəyərək, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncunun şikayətinin olmadığını bildirməklə cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə şikayət vermiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun dayısı oğludur. Baş vermiş hadisəyə səbəb İlkinin həmin vaxt içkil olması olmuşdur. Belə ki, 15 mart 2025-ci il tarixdə İlkinin qeyri-rəsmi münasibətdə olduğu Səbinə adlı şəxsin ad günü münasibəti ilə Mehdiabad qəsəbəsində yerləşən kafelərin birində yemək yedikləri zaman İlkin ona söz atdığı üçün aralarında sözlə mübahisələri yaranmış, sonuncunun hərəkətləri onun xoşuna gəlmədiyi üçün yaşadığı evə gəlmişdir. O, 16 mart 2025-ci il tarixdə, gecə saatlarında Digah qəsəbəsində yaşadığı evdə olarkən İlkin ona zəng edərək, söhbət etmək üçün küçəyə çağırmış, o əvvəlcə buna razı olmasa da, sonuncu ona üzrxahlıq etmək üçün görüşmək istədiyini söylədiyindən deyilən yerə gəlmişdir. İlkin içkili olduğundan içkinin təsirindən onun ünvanına nəlayiq ifadələr işlətməklə, mübahisə yaratmağa çalışmışdır. İlkin ona qarşı əsəbi davranışlar nümayiş etdirərək. yumruq zərbəsi ilə sifət nahiyəsindən vuraraq sağ gözündən xəsarət yetirmişdir. Bundan sonra o, ilk olaraq telefonla DİN-nin “102” xidmətinə zəng edərək, məlumat vermiş, daha sonra isə Mehdiabad PB-nə gedib ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdiyini göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, onların arasında barışıq əldə olunmuşdur. Sonuncuya qarşı şikayəti və tələbi olmadığından barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:
1. “Məhkəməyədək sadələşdirilmiş icraat açılması və icraata qəbul edilməsi barədə” 17 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır;
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 18 mart 2025ci il tarixli 619 nömrəli rəyindən görünür ki, 1990-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ göz orbitasının hematoması küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədən hissəsinin təsirindən yarana bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir;
3. “Zərərçəkmiş şəxs qismində tanınma” barədə” 14 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş” 25 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 08 iyul 2019-cü il tarixli, 1-1(093)-164/2019 hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, həmin hökm Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilərək, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təolunmuş cəza 06 ay sınaq müddəti ilə şərti hesab edilmişdir;
5. “Sübutların qiymətləndirilməsi” haqqında 25 mart 2025-ci il tarixli qərardan görünür ki, tərəflərin ailəsində yaşanan münaqişəli münasibətlər nəzərə alınaraq onlar tərəfindən gələcəkdə törədilə biləcək hüquqazidd hərəkətlərin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmiş, məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanmış dindirmə protokolları, ekspert rəyi və digər sənədlər sübut əhəmiyyətli olduğundan sübut növü hesab edilmişdir.
6. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmklə, aralarında barışıq əldə olunduğunu bildirərək, sonuncunun barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsinə etiraz etmir.
7. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs qarşı dəymiş ziyanı ödəyərək, barışıq əldə etdiyini bildirərək, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etdi.
Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, lakin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4- cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimai xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin və şikayət vermiş şəxsin ifadəsini tədqiq edərək, iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxslə barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razılığını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını və cinayət təqibinə xitam verilməsi barədə müraciətini, həmçinin ona qarşı irəli sürülmüş ittiham üzrə ilk dəfə məsuliyyətə cəb edilməsini nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxs Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “qətimkan tədbiri” seçilməməsi nəzərə alınsın. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 25 (iyirmi beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov