Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-744/2023 23.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1990-cı ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri M.Əsədov küçəsi dalan-3, ev 27-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 iyul 2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə ev-3, mənzil 34-də yaşayan qohumu Zərərçəkmiş şəxs mənzilində olarkən sonuncunun xahişi ilə “Samsunq” markalı mobil telefonunun yaddaş sistemində təmizləmə əməliyyatı aparan zaman həmin telefondakı “Bir bank” mobil proqramına daxil olaraq informasiya texnologiyasından istifadə etməklə Zərərçəkmiş şəxs "xxxx" ASC-yə aid 4169 7332 2322 7179 nömrəli “Bir Card” plastik kartının bank hesabından 1790 manat pulu, onun bu niyyətindən məlumatı olmayan tanışı Şahid1 "xxxx" ASC-yə aid 4169 7385 4955 0386 nömrəli katının bank hesabına, bundan sonra da özünə məxsus "xxxx" ASC-yə aid 4169 7385 4351 2192 nömrəli kartın hesabına köçürməklə gizli olaraq talayaraq Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxmnən 6 il olar ki, internet sosial şəbəkəsində elan vasitəsi ilə kondinsionerlərin satışı ilə məşğul olur. Belə ki, internet sosial şəbəkəsinin bir neçə saytında elan yerləşdirməklə müştərilərdən aldığı sifarişləri kondinsioner satışı ilə məşğul olan anbarlara göndərir və bundan sonra həmin müştəri bəzi hallarda kondinsionerin pulunu həmin kondinsioneri quraşdıran ustalar vasitəsi ilə, ya da kart vasitəsiilə onun bank hesabına göndərməklə ödəyirlər. O da həmin pulları kondinsioner satan anbar sahibinin və ustaların bank hesablarına göndərir. 08 iyul 2022-ci il tarixdə axşamüstü saat 17 radələrində Bakı şəhərində yerləşən anbardakı iş yerindən çıxıb, taksi ilə Xırdalan şəhərinə gəlib mağazadan bir ədəd qarpız alıb dayısı Farizgilə getmiş, həmin vaxtı evdə nənəsi Sahibə, dayısı arvadı Sevda və dayısı oğlu Rüfət evdə olmuş, Rüfət toya getməyə hazırlaşdığına görə bir neçə paltarı geyib onlara göstərmiş və sonra birini bəyənib həmin paltarla toya getmişdir. Bundan az sonra Sevda özünə məxsus “Samsunq” markalı mobil telefonunu ona verib, yaddaşının yükləndiyini deyib, ondan telefonun yaddaşını lazımsız fayllardan təmizləməyini xahiş etmiş, o da Sevdanın mobil telefonunda əvvəllər də belə təmizləmələr etdiyinə görə həmin telefonu alıb lazımsız faylları təmizləməyə başlamış, həmin vaxtı Sevdanın mobil telefonundakı “Bir bank” proqramına daxil olmuş və oradakı “Bir kart”ın balansında 1800 manat pul olduğunu görmüşdür. Həmin vaxtı ona sifariş verdiyi kondinsionerlərin pulunu ödəmək üçün pul lazım olduğuna görə Sevdanın kartında olan puldan 1790 manatı “Bir bank” proqramı vasitəsi ilə özünə məxsus "xxxx"a aid debit kart hesabına göndərib, həmin pulla kondinsionerlərin pulunu ödəmişdir. O, Sevdadan xəbərsiz həmin məbləğdə pulu öz kartına göndərdikdən dərhal sonra telefonundakı proqram vasitəsi ilə kartına həmin məbləğdə pulun gəlib-gəlmədiyini yoxlamış, pulun kartına gəlmədiyini görüb, həmin pulu bilmədən tanışı Şahid1 kartına göndərdiyini yəqin etmiş və dərhal həmin Xəyaləyə zəng edib, müştərinin ona göndərəcəyi pulu səhvən onun kartına göndərdiyini deyib, həmin pulu öz kartına göndərməsini xahiş etmişdir. Şahid1 də bir neçə dəqiqədən sonra həmin 1790 manat pulu onun debit kartına göndərmiş, bundan az sonra o da həmin pulu aldığı kondisionerlərin dəyərini ödəmək üçün kondinsioneri satan İmdad adlı şəxsin bank hesabına göndərmişdir. Bundan təxminən bir ay sonra o, dayısıgildə olarkən Sevda mobil telefonuna banka borcu olması barədə mesaj gəldiyini və kiminsə “Bir kart” kredit kartından 1790 manat pulu başqa bir karta köçürməsini deyib, bu barədə polisə şikayət etmək istədiyini bildirmiş, bu söhbətindən sonra o da Sevdagilin onun həmin pulu oğurladığını biləcəklərini hiss etmiş və ertəsi günü özündə olan +90 551 939 33 89 WhatsApp nömrəsi ilə Sevdanın mobil telefonuna tanımadığı adam kimi zəng edib, həmin pulu səhvən kartından başqa karta köçürdüyünü deyib, hissə-hissə qaytaracağını söyləmiş, Sevda da razılaşmışdır. Bundan az sonra Sevda onun +90 551 939 33 89 WhatsApp nömrəsinə başqa bir bank kartının şəklini göndərib, həmin pula görə 275 manat aylıq kredit pul ödənməsi barədə mesaj yazmış və həmin pulu göndərdiyi karta ödəməsini bildirmişdir. O da həmin kartın dayısı Şahid2 “Kapital” banka aid debit kartı olduğunu görüb öz kartından həmin kartın bank hesabına 275 manat pul göndərmiş və hər ay hissəhissə həmin karta pul ödəməklə 1790 manatı ödəyəcəyi barədə mesaj yazmış, Sevda da razılaşmış, bundan təxminən 1 ay sonra Sevda ona mesaj yazaraq 170 manat pul ödənməli olduğunu bildirmiş, o da həmin məbləğdə pulu ödəyəcəyini bildirmiş, lakin həmin ərəfədə maddi imkanı yaxşı olmadığına görə həmin pulu ödəyə bilməmiş, Sevda da kartından oğurluq olması barədə polisə şikayət etmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri 22-ci məhəllə ev-3, mənzil 34də yaşayır. 33 ildir ki, Sumqayıt şəhər 18 saylı uşaq bağçasında tərbiyəçi-müəllim işləyir. Əmək haqqını plastik kart vasitəsilə "xxxx" ASC-dən alır. 2021-ci ilin yanvar ayında yeni əmək haqqı kartını alarkən ona həmin kartla bərabər balansında hansısa məbləğdə pul olduğunu bilmədiyi “Bir Card” kredit kartı da verilmişdir. O, həmin kartdan istifadə etmədiyi üçün kartı aldığı vaxtdan çantasında saxlamış və heç kimə verməmişdir. 2022-ci ilin avqust ayınında tarixini dəqiq xatırlamadığı gündə yaşadığı evdə olduğu zaman ***-***-**- ** nömrəli mobil telefonuna tanımadığı nömrədən səsli mesaj gəlmiş, həmin mesajda onun 4169 7332 2322 7179 nömrəli “Bir Card” kartından “Kapital” banka borcunun olduğu bildirilmiş, həmin vaxtı o, banka heç bir borcu olmadığına görə buna əhəmiyyət verməmişdir. 20 avqust 2022-ci il tarixdə yaşadığı evdə olduğu vaxt yenə mobil telefonuna banka borcu olması barədə yazılı mesaj gəlmiş, lakin həmin vaxtı o, ailə üzvüləri ilə birlikdə rayona getmək üçün yola çıxdıqlarına görə banka gedə bilməmiş, 3 gün sonra geri qayıdıb “Kapital” bankın Xırdalan şəhərindəki filialına getmiş, həmin vaxtı bank əməkdaşları ona 08 iyul 2022-ci il tarixdə saat 17:58-də kiminsə onun həmin “Bir Card” kartından başqa kart hesabına 1790 manat pul göndərdiyini bildirmişlər. Həmin məbləğdə pul da bir ay müddətində kartın balansına qayıtmadığından onun banka borcu yaranmışdır. O, bu məlumatı aldıqdan sonra kartından pul oğurlayan şəxsi özü tapmaq qərarına gəlib, şikayət etməmişdir. Bundan bir neçə gün sonra tanımadığı bir qadın +90 551 939 33 89 WhatsApp nömrəsi ilə ona zəng edib, rəfiqəsinin səhvən onun həmin bank kartından 1790 manat pulu başqa karta göndərdiyini və rəfiqəsinin həmin məbləğdə pulu hər ay hissə-hissə ödəyəcəyini deyib, bu barədə şikayət etməməsini xahiş etmiş, o da həmin qadınına inanıb, razılaşaraq şikayət etməmiş və həmin pula görə 275 manat aylıq kredit ödənməsi barədə mesaj yazmış, həmiçinin həyat yoldaşı Şahid2 “Kapital” banka aid plastik kartın şəklini həmin qadına göndərib ödəniləcək pulu həmin kartın bank hesabına göndərməsini bildirmişdir. Az sonra kimsə həmin məbləğdə pulu Farizin bank hesabına göndərmişdir. Bundan bir neçə gün sonra o, banka 170 manat borcu olması barədə məlumatı almış və mobil telefon vasitəsi ilə həmin qadına bu barədə məlumat verib pulun ödənilməsini xahiş etmiş, həmin qadın da pulun ödəniləcəyini bildirmiş, lakin ödəməmiş, o da banka borcunun artacağını hiss edib, mobil telefonu ilə DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Ona dəymiş ziyan tam ödənildiyinə görə təqsirləndirilən şəxsdə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid2 Əlış oğlu təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Xırdalan şəhəri M.Hüseynzadə küçəsi ev-7, mənzil 5-də yaşayır. Ailəlidir, bir övlad anasıdır. Təqsirləndirilən şəxs təxminən 1 il olar ki, tanıyır. Belə ki, uşaqları eyni məktəbdə oxuduqlarına görə o, öz üşağını məktəbdə aparanda və məktəbdən götürəndə tez-tez Təqsirləndirilən şəxs ilə görüşdüyünə görə aralarında dostluq münasibəti yaranmış, sonuncu internet sosial şəbəkəsi vasitəsi ilə kondinsioner satışı ilə məşğul olduğuna görə Xəyalə bir neçə dəfə ondan borc istəmiş və həmin pulu kart hesabına köçürməsi üçün bank kartının şəkilini mobil telefonun WhatsApp xidməti vasitəsi ilə onun telefonuna göndərmiş, həmin pulların geri qaytması üçün o da öz kartının şəkilini Təqsirləndirilən şəxs göndərmişdir. 08 iyul 2022-ci il tarixdə axşamüstü o, yaşadığı evdə olduğu vaxt Həmin Xəyalə ona zəng edib, kondinsioner alan müştəriyə səhvən onun bank kartının şəkilini göndərdiyini, həmin müştərinin də aldığı kondinsionerə görə ödəyəcəyi 1790 manat pulu səhvən onun bank kartına ödədiyini deyib, ondan həmin məbləğdə pulu tez öz kartına göndərməsini xahiş etmiş, o da bu sözdən sonra dərhal mobil telefonundakı ”Bir bank” proqramını açıb baxmış və həqiqətən ona məxsus “Kapital” banka aid 4169 7385 4955 0386 nömrəli kart hesabına 1790 manat məbləğində pul gəldiyini görüb, tez həmin məbləğdə pulu Təqsirləndirilən şəxs onda şəkili olan “Kapital” banka aid 4169 7385 4351 2192 nömrəli kart hesabına göndərmiş, bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs ona zəng edib həmin məbləğdə pulun onun kart hesabına gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs qohumu Sevdanı tanımır, Təqsirləndirilən şəxs onun kart hesabına göndərdiyi 1790 manat pulu Sevdanın kartından oğurladığını polisə gəldiyi vaxtı bilmiş, Xəyalə ona həmin məbləğdə pulu kondinsioner alan müştərinin səhvən onun kartıma göndərdiyini demişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC-nin arayışından görünür ki, Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid 4169 7332 2322 7179 nömrəli “Bir Card” plastik kartının bank hesabından 1790 manat pul 08 iyul 2022-ci il tarixdə saat 17:58-də Şahid1 məxsus "xxxx" ASC-yə aid 4169 7385 4955 0386 nömrəli kartın bank hesabına köçürülmüş, bir neçə dəqiqədən sonra həmin məbləğdə pul Şahid1 məxsus "xxxx" ASC-yə aid 4169 7385 4955 0386 nömrəli kart hesabından Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə aid 4169 7385 4351 2192 nömrəli kartın bank hesabına göndərmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən və xx.xx.2014-cü il təv. Yusifli Leylan və xx.xx.2021-ci il təv. Yusif Yusifli onun himayəsində olması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi, zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza isə iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-744/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-744/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver