Məhkəmə qərarları › İş №1(012)-745/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-745/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-745/2024 17.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1989-cu ildə Göyçay rayonu, Alpout kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, Göyçay rayonu, Alpout Ərazi Dairəsi, Alpout kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 6-cı Bayıl, fərdi yaşayış evində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına audio və video yazı aparılmaqla açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 aprel 2024-cü il tarixdə saat 11 radələrində azyaşlı övladları ilə birlikdə kirayədə yaşayan keçmiş arvadı Zərərçəkmiş şəxs qaldığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal ünvan 1 ünvanına azyaşlı övladlarını ziyarət etmək üçün gəldikdə həmin ünvanda şəxsiyyəti araşdırmaya «Nicat» kimi məlum olan başqa şəxsin olmasını görüb bununla bağlı Zərərçəkmiş şəxs bildirdiyi irada etiraz etməsindən əsəbiləşərək, Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən yumruqla sonuncunun sifət nahiyəsindən zərbə vurmuş, əli ilə Zərərçəkmiş şəxs boğazından tutub sıxmaqla yerə yıxaraq Zərərçəkmiş şəxs alt çənənin hər iki oynaq çıxıntısının və cisminin yerdəyişən sınıqları, çənə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ bud nahiyyəsinin qançırından ibarət sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs yekun protokol üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş avadıdır. Onunla 2013cü ildə ailə həyatı qurmuş və birgə nikahdan iki azyaşlı övladı var. Övladlarının birinin, yəni qızı Nəzrin Məmmədzadənin 11, oğlu Uğur Məmmədzadənin isə 9 yaşı var. Elanə ilə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün ondan ayrılmaq qərarına gəlmişdir. 2019-cu il tarixdə Göyçay rayon məhkəməsinin qərarı ilə Elanədən rəsmi qaydada boşanmış və ayrı yaşamağa başlamışlar. Uşaqları məhkəmə tərəfindən anası Elanənin himayəsinə verilmişdir. Lakin o hər dəfə uşaqlarını görmək üçün onların yaşadığı ünvana getmiş və heç bir mübahisə, narazılıq olmadan görmüşdür. 12 aprel 2024-cü il tarixdə saat 11 radələrində az yaşlı övladlarını görmək üçün Elanə və az yaşlı övladlarının yaşadığı Xırdalan şəhəri, “Kristal Abşeron-1” yaşayış kompleksində yerləşən ünvana getmiş və mənzilin qapısını döymüş. Elanə qapını bir az geç açmış,o bundan şübhələnməyə başlamış və qapını açan kimi ondan evdə kiminsə olub-olmadığını soruşmuş. Elanə ona evdə heç kimin olmadığını söyləmiş və təkidlə evdən çıxmağını bildirmişdir. O, isə bir az da bundan şübhələnməyə başlamış və içəri, yəni mətbəxə keçmişdir. Mətbəxtə masanın üzərində boş piyvə şüşələrini görmüş, artıq evdə başqa şəxsin də olduğunu bilib evin digər otağına keçib digər otağa baxmaq istəyəndə mətbəxin qapısının arxasından bir nəfər tanımadığı şəxsin (kişi) çıxıb mənzilin giriş qapısından çıxıb getmişdir. O, Elanəyə yaxınlaşıb həmin şəxsin kim olduğunu və onların yaşadığı ünvana hansı səbəbə gəldiyini soruşmuş, Elanə ona acıqla cavab verib “özüm bilərəm, kimin evə gəlib getdiyi sənlik deyil” bu sözləri deyərkən əsəbiləşib yumruqla Elanənın sifət nahiyəsinə zərbə vuraraq, ardınca əli ilə Elanənın boğazından tutub sıxaraq möhkəm formada onu itələyib yerə yıxmışdır. Elanə sərxoş vəziyyətdə olduğu üçün yerə yıxılmışdır. Bundan sonra ondan aralaşıb uşaqların yanına getmişdir. Elanə də telefonla DİN-nin 102 xidmətinə məlumat vediyi üçün, bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib hər ikisini Abşeron rayon polis idarəsinə gətirmişlər. Baş vermiş mübahisə təxminən 5-6 dəqiqə davam etmiş, həmin vaxt evdə az yaşlı övladları olsa da, onlar digər otaqda olduqları üçün baş verənləri görməmiş, eyni zamanda evdə tanımamış, yəni ilk dəfə gördüyü şəxsin təxminən 22-25 yaşlarında, orta boylu, dolu bədən qurluşlu şəxs olsa da, o Elanəni vuran zaman o artıq çıxıb getmiş, yəni onların mübahisələrini görməmiş, başqa kənar şəxs olmamış, Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. O, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal ünvan 1-də iki azyaşlıövladları ilə birlikdə yaşayıR. Təqsirləndirilən şəxs ilə 2012-cü ildə ailə həyatı qurmuş və birgə nikahdan iki azyaşlıövladı var. Övladlarının birinin, yəni qızı Nəzrin Məmmədzadənin 11, oğlu Uğur Məmmədzadənin isə 9 yaşı vardır. Şamil iləəvvəllər münasibətləri yaxşı olsa da, sonradan xasiyyəti uyğun gəlmədiyi üçün ondan ayrılmaq qərarına gəlmiş, 2019-cu il tarixdə Göyçay rayon məhkəməsinin qərarı iləŞamildən rəsmi qaydada boşanmış və ayrı yaşamağa başlamışdır. Uşaqları məhkəmə tərəfindən onun himayəsinə verilmişdir. Şamil ayrı yaşasa da, istədiyi vaxt gəlib uşaqları onun yaşadığı evdə görüb, sonra isəçıxıb getmişdir. Aralarında bununla bağlı heç bir mübahisə, narazılıq olmamışdır. 12 aprel 2024-cü il tarixdə saat 11 radələrində az yaşlıövladları və həmin vaxt ailəvi dostu olan Nicat adlı şəxslə yaşadığı Xırdalan şəhəri, Kristal Abşeron-1 yaşayış kompleksində yerləşən ünvanda olarkən Şamil evə gəlmiş və evə daxil olduqdan sonra Nicatı görüb əsəbləşmişdir. Şamil Nicatın kim olduğunu ondan soruşmuş, o da Şamilə bu barədə məlumat verməmişdir. Şamil bir az da əsəbiləşib onun üzərinə gəlmiş və yumruqla sifətinə zərbə vurub əli ilə boğazından tutub sıxaraq onu itələyib yerə yıxmışdır. O, yerə yıxılarkən sifətindən, yəni çənə nahiyəsindən və bədəninin müxtəlif nahiyyələrindən xəsarət almışdır. Həmin vaxt artıq Nicatın evdən çıxıb getmiş, bir neçə dəqiqədən sonra o DİN-nin 102 xidmətinə məlumat verdiyi üçün polis əməkdaşları gəlib onların hər ikisini Abşeron rayon polis idarəsinə dəvət edib gətirmişlər. Daha sonra isə o 1 saylı Kliniki Mərkəzə müraciət etmiş, həmin mübahisə təxminən 5 dəqiqə davam etmiş, mübahisə zamanı o, Şamili vurmamış, ona heç bir bədən xəsarəti yetirməmiş, mübahisəyə səbəb Şamilin onu qısqanması olmuş, onun Nicatla sadəcə dostluq münasibəti olmuş, Nicatın soyadı, ata adını, ünvanını bilmir. Baş verən mübahisə zamanı uşaqların digər otaqda olduqları üçün onlar mübahisələrini görməmişlər. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 826 nömrəli rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər–alt çənənin hər iki oynaq çıxıntısının və cisminin yerdəyişən sınıqları, çənə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ bud nahiyyəsinin qançırı bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görəümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarxli 2/19401 nömrəli tibbi müayinə protokolundan görünür ki, Zərərçəkmiş şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyəti aşkar edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı hazırlıq iclasında işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə aid olması, sadələşdirilmiş icraat materialı üzrə məhkəməyədək aparılmış araşdırma dövründə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmaması, iş üzrə icraatın dayandırılmasına səbəb olan halların olmaması, yekun protokolun prosessual formasına riayət edilməsi, məhkəməyədək icraatın hüquq pozuntularına yol verilmədən aparılması müəyyən edilmişdir. Lakin hazırlıq iclasında iş üzrə icraata xitam verilməsi üçün müvafiq əsaslar müəyyən edilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyib onunla barışdığını göstərmiş, cinayət məsuliyyətindən azad edilməsini, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, bu barədə ərizə vermişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödədiyini və barışdıqlarını göstərərək, təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, işin məhkəmə baxışına təyin edilməsi üçün zərurət qalmamışdır, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır; 39.1 və 39.1.11 -ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.5, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, cinayət qanununun tələbləri baxımından hazırlıq iclası mərhələsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın hazırlıq iclası zamanı mülki iddia verməmişdir, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut yoxdur, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 299, 300, 305 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar