Məhkəmə qərarları › İş №1(012)-745/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-745/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-745/2025 25.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3, onun qanuni nümayəndəsi X1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaş, əvvəllər məhkum olunmayan, Abşeron rayonu Xırdalan şəhəri, Nizami küçəsi döngə 4, dalan 2-ci ev 9 A-da qeydiyyatda olmaqla, yaşayan barəsində“yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə, xx.xx.2005-ci il tarixdə Bərdə rayonunda anadan olan, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaş, subay, əvvəllər məhkum olunmayan, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhələlllə ev 10, m 37-də qeydiyyatda olmaqla, yaşayan barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə, xx.xx.2009-cu il tarixdə Bərdə rayonunda anadan olan, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı,subay, əvvəllər məhkum olunmayan, Bərdə rayonu, Samux kəndində qeydiyyatda olmaqla, yaşayan barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 şəxslərin əmlakını talama barədə tanışı Təqsirləndirilən şəxs2 ilə razılığa gələrək, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə birlikdə xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Səmayə” şadlıq evinin yaxınlığına gəlib, orada küçə ilə hərəkət edən Zərərçəkmiş şəxs1 Allahşükür oğlunun əlində saxladığı üzərində 4 (dörd) manat dəyərində ***-***-**-** GSM mobil nömrəsi, 4 (dörd) manat dəyərində ***-***-**-** GSM mobil nömrəsi olan bir ədəd 900 (doqquz yüz) manat dəyərində, “Redmi Note 13 Pro” markalı mobil telefon aparatını sonuncunun əlindən alıb qaçaraq, açıq talayıb həmin telefonu xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar metrostansiyasının yaxınılığında mağazanın satıcısı əvvəlcədən tanımadıqları Şahid1, Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsini təqdim etməklə birlikdə 170 (yüz yetmiş) manata satıb,əldə etdiyi pulları öz aralarında bölüb xərcləməklə Zərərçəkmiş şəxs1 Allahşükür oğluna ümumilikdə 908 (doqquz yüz səkkiz) manat məbləğində ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən şəxslərin əmlakını talama barədə tanışı Təqsirləndirilən şəxs3 ilə razılığa gələrək, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə birlikdə xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində ünvan 1 ünvanın yaxınlığında "Rahat market" arxasına gəlib, orada küçə ilə hərəkət edən Zərərçəkmiş şəxs2 əlində saxladığı üzərində 4 (dörd) manat dəyərində ***-***-**-** GSM mobil nömrəsi, 4 (dörd) manat dəyərində ***-***-**-** GSM mobil nömrəsi olan bir ədəd 450 (dörd yüz əlli) manat dəyərində, “Samsung-Galxy” markalı SM A135 F /DSN model mobil telefon aparatını sonuncunun əlindən alaraq özgənin əmlakını açıq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 458 (dörd yüz əlli səkkiz) manat məbləğində ziyan vuraraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 şəxslərin əmlakını talama barədə tanışı Təqsirləndirilən şəxs1 ilə razılığa gələrək, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə birlikdə xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Səmayə” şadlıq evinin yaxınlığına gəlib, orada küçə ilə hərəkət edən Zərərçəkmiş şəxs1 Allahşükür oğlunun əlində saxladığı üzərində 4 (dörd) manat dəyərində ***-***-**-** GSM mobil nömrəsi, 4 (dörd) manat dəyərində ***-***-**-** GSM mobil nömrəsi olan bir ədəd 900 (doqquz yüz) manat dəyərində, “Redmi Note 13 Pro” markalı mobil telefon aparatını sonuncunun əlindən Təqsirləndirilən şəxs1 açıq talamaqla alıb qaçdıqdan sonra həmin telefonu xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar metrostansiyasının yaxınılığında mağazanın satıcısı əvvəlcədən tanımadıqları Şahid1, şəxsiyyət vəsiqəsini təqdim etməklə birlikdə 170 (yüz yetmiş) manata satıb,əldə etdiyi pulları öz aralarında bölüb xərcləməklə Zərərçəkmiş şəxs1 Allahşükür oğluna ümumilikdə 908 (doqquz yüz səkkiz) manat məbləğində ziyan vuraraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs3 şəxslərin əmlakını talama barədə tanışı Təqsirləndirilən şəxs1 ilə razılığa gələrək, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə birlikdə xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində ünvan 1 ünvanın yaxınlığında "Rahat market" arxasına gəlib, orada küçə ilə hərəkət edən Zərərçəkmiş şəxs2 əlində saxladığı üzərində 4 (dörd) manat dəyərində ***-***-**-** GSM mobil nömrəsi, 4 (dörd) manat dəyərində ***-***-**-** GSM mobil nömrəsi olan bir ədəd 450 (dörd yüz əlli) manat dəyərində, “Samsung-Galxy” markalı SM A135 F /DSN model mobil telefon aparatını sonuncunun əlindən Təqsirləndirilən şəxs1 açıq talamaqla alıb, qaçdıqdan sonra həmin mobil telefonu satıb, əldə etdiyi pulları öz aralarında bölmək üçün Təqsirləndirilən şəxs1 özündə saxlayıb özgənin əmlakını açıq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 458 (dörd yüz əlli səkkiz) manat məbləğində ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, əməlindən peşiman olduğunu, zərərçəkənə dəyən ziyanı tam ödədiklərini, aralarında razılıq əldə edildiyini nəzərə alaraq, cəza təyinində bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dostu Pünhanı təxminən üç il olar ki tanımış, Pünhan onun qonşuluğunda yaşamış, təxminən bir ay olar ki, Pünhan ilə tez-tez görüşməyə başlamış və boş vaxtlarını bir yerdə keçirmiş, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Pünhan ilə yaşadığı məhəllədə görüşmüş və bir neçə saat birlikdə gəzdikdən sonra Xırdalan şəhərində yerləşən H.Əliyev adına parka gedib, orada gəzmiş, həmin günü yəni xx.xx.2024-cü il tarixdə saat 19 radələrində pula ehtiyacı olduğu üçün hər ikisi birlikdə cinayət etmək qərarına gəlmiş bu, məqsdələ xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Səmayə” şadlıq sarayının yaxınlığına gəlmiş bu, zaman o, “Səmayə” şadlıq sarayının yaxınlığında təxminən 50 yaşlarında olan kişinin əlindən mobil telefonu alıb, qaçmaq üçün həmin kişiyə tərəf yaxınlaşmış, Pünhan isə ondan təxminən 14 metr aralıda dayanmış və onun etdiyi hərəkətləri görmüş o, tanımadığı həmin kişiyə yaxınlaşan zaman kişinin əlində olan mobil telefonla oyun oynadığını görmüş, bu zaman qəflətən həmin tanımadığı kişinin əlindən mobil telefonu açıq şəkildə alıb qaçmağa başlamış, Pünhan da yolun hərəkət hissəsini keçib, onun arxasınca qaçmış, daha sonra bir yerdə görüşüb, cinayət yolu ilə əldə etdikləri əmlakı həmin günü yəni xx.xx.2024-cü il tarixdə saat 21 radələrində 20 yanvar metrostansiyasının yaxınlığında mobil telefon mağazalarının birinə 170 (yüz yetmiş) manata Pünhanın şəxsiyyət vəsiqəsinin surəti ilə satıb, əldə etdikləri pulları Pünhan ilə birlikdə xərcləmişdir. Bu, hadisədən sonra ikinci cinayət əməlini xx.xx.2024-cü il tarixdə saat təxminən 21 radələrində Pünhanın əmisi oğlu olan Rəvan ilə birlikdə etmiş, həmin günü yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində Rəvan ilə Pünhanın yaşadığı məhəllədə görüşmüş, bir neçə saat birlikdə gəzdikdən sonra Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən“Ana-bala” parkının yaxınlığına gəlmiş, daha sonra həmin zaman tanımadığı təxminən 20 yaşlarında olan şəxsin (oğlanın) yol ilə hərəkət etdiyini görüb, həmin şəxsin əlində olan “Samsung A13” markalı mobil telefonunu qəflətən əlindən açıq şəkildə alaraq, qaçmağa başlamış, daha sonra isə Rəvanda onun arxasınca qaçmış, bundan sonra isə cinayət yolu ilə əldə etdiyi əmlakı özündə saxlayıb, özü istifadə etmiş, xx.xx.2024-cü il tarixdə isə onu polis əməkdaşları saxlayıb, polis idarəsinə gətirdikdən sonra isə etdiyi cinayət əməlləri barədə məlumat verdiyini bildirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, əməlindən peşiman olduğunu, zərərçəkənə dəyən ziyanı tam ödədiklərini, aralarında razılıq əldə edildiyini nəzərə alaraq, cəza təyinində bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Pünhan onun qohumudur və o, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində nənəsi ilə birlikdə Bərdə rayonundan Pünhangilə qonaq gəlmiş, İbrahimi isə Pünhanın dostu olaraq tanımış, xx.xx.2024-cü ildə saat təxminən 19 radələrində İbrahim ilə Pünhanın yaşadığı məhəllədə görüşmüş bir neçə saat birlikdə gəzdikdən sonra Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Ana-bala parkının yaxınlığına gəlmiş, daha sonra həmin zaman İbrahim tanımadığı təxminən 20 yaşlarında olan şəxsin (oğlanın) yol ilə hərəkət etdiyini görüb, həmin şəxsin əlində olan “Samsung A13” markalı mobil telefonunu qəflətən əlindən açıq şəkildə alaraq, qaçmağa başlamış, bundan sonra isə o da İbrahimin arxasınca qaçmış, daha sonra isə cinayət yolu ilə əldə etdikləri əmlakı İbarhim özündə saxlayıb, özü istifadə etmiş, xx.xx.2024-cü il tarixdə onları polis əməkdaşları saxlayıb, polis idarəsinə gətirdikdən sonra etdikləri cinayət əməli barədə məlumat verdiytini bildirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, əməlindən peşiman olduğunu, zərərçəkənə dəyən ziyanı tam ödədiklərini, aralarında razılıq əldə edildiyini nəzərə alaraq, cəza təyinində bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dostu İbrahimi təxminən üç il olar ki tanımış, İbrahim onun qonşuluğumda yaşamış, təxminən bir ay olar ki, İbrahim ilə tez-tez görüşməyə başlamış və boş vaxtlarını bir yerdə keçirmiş, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində İbrahim ilə yaşadığı məhllədə görüşmüş, bir neçə saat birlikdə gəzdikdən sonra Xıradalan şəhərində yerələşən H.Əliyev adına parka gedib oranıda gəzmiş, həmin günü yəni xx.xx.2024-cü il tarixdə saat 19 radələrində pula ehtiyacı olduğu üçün birlikdə cinayət etmək qərarına gəlmiş, bu məqsədlə hər ikisi xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Səmayə” şadlıq sarayının yaxınlığına gəlmiş, həmin zaman İbrahim adlı dostu “Səmayə” şadlıq sarayının yaxınlığında olan təxmiən 50 yaşlarında olan kişinin əlindən mobil telefonu alıb, qaçmaq üçün kişiyə tərəf yaxınlaşmış, bu zaman o, İbrahimdən təxminən 14 metr aralıda olmuş və İbrahimin etdiyi hərəkətləri görmüş, İbrahim həmin kişiyə yaxınlaşan zaman kişi əlində olan mobil telefonda oyun oynamış, bu zaman qəflətən İbrahim həmin tanımadıqları kişinin əlindən mobil telefonu açıq şəkildə alıb qaçmağa başlamış, həmin zaman o, yolun hərəkət hissəsini keçib İbrahimin arxsınca qaçmağa başlamış, daha sonra bir yerdə görüşüb, cinayət yolu ilə əldə etdikləri əmlakı həmin günü yəni xx.xx.2024-cü il tarixdə saat 21 radələrində 20 yanvar metrostansiyasının yaxınlığında mobil telefon mağazalarının birinə 170 (yüz yetmiş) manata şəxsiyyət vəsiqəsinin surəti ilə satıb əldə etdikləri pulu birlikdə xərclədiklərini bildirmişdir. İbtidai istintaqda zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Allahşükür oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saat təxminən 07 radələrində yaşadığı evdən çıxıb işlədiyi iş yerinə getmiş, Həmin günü yəni xx.xx.2024-cü il tarixdə saat 18 radələrində iş yerindən çıxıb, yaşadığı evə getmək üçün Xırdalan şəhərinə gəlmiş o, xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Səmayə” şadlıq evinin yaxınlığında olan zaman istfadə etdiyi və 2024-cü ilin mart ayında Baku Elektronics mağazalar şəbəkəsindən kreditə 900 (doqquz) yüz manata aldığı bir ədəd Redmi Note 13 Pro markalı mobil telefonuna əlində baxan zaman bir nəfər təxminən 16-20 yaşlarında olan oğlan onun arxasından gəlib, əlində olan mobil telefonunu əlindən alaraq qaçaraq getmiş, bundan sonra o, həmin oğlanın arxasınca qaçaraq telefonunu ondan almaq istəsədə, lakin həmin şəxsə çata bilməmiş, həmin tanımadığı şəxs ondan uzaqlaşıb getdikdən sonra baş vermiş hadisə ilə əlaqədar olaraq DİN-in 102 zəng mərkəzinə zəng edərək məlumat vermiş, daha sonra Abşeron RPİ-nə gəlib baş vermiş hadisə ilə əlaqədar olaraq ərizə ilə polisə müraciət etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 Allahşükür oğlu ərizə ilə üraciət edərək dəyən ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyini, onlara qarşı şikayəti, tələbi olmadığını bildirmişdir. İstintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saat təxminən 20:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə H.Z.Tağıyev küçəsi ev 149 B yaxınlığında yerləşən “Rahat” marketin arxasında olan zaman ona məxsus olan Samsung A13 markalı mobil telefonu ilə göndərən zaman əlinə olan həmin mobil telefon aparatını tanımadığı şəxs ona yaxınlaşıb qəflətən mobil telefonun əlinən alaraq qaçmağa başlamış, şəxslərdən biri ilə Ana bala parkının ortasında üz-üzə gəlmiş, qalan iki nəfərini isə üzünü dəqiq olaraq görə bilməmiş, həmin şəxslərin arxasınca ilə qaça bilməmiş, çünki üzərində notbuuk və pul var olduğu üçün qaçmamış, həmin şəxslər sürətli qaçdığı üçün onlara çata bilməyəcəyini fikirləşmiş, həmin mobil telefonunun indiki qiyməti 450 manat olmuşdur. Zərərçəkmiş şəxs2 ərizə ilə üraciət edərək dəyən ziyanın təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyini, onlara qarşı şikayəti, tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2-aydır ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən mobil telefon mağazalarının alışı və satışı mağazasında işləməyə başlamış, iş vaxtı həftənin bütün günü olmaqla səhər saat 10-da başlayıb, həmin günü saat 22:00 radələrində qurtarmış, xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində həmişə olduğu kimi işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən mobil telefon mağazasına gəlib, öz işinə başlamış, həmin günü yəni xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində işlədiyi iş yerinə yəni mobil telefon mağazasına iki nəfər 16-20 yaşlarında olan oğlan daxil olub, bir ədəd Note-13 Pro markalı mobil telefon aparatını təqdim edib, həmin mobil telefon aparatını 170 (yüz yetmiş) manata satmaq istədiklərini bildirmiş, həmin zaman o, mobil telefona baxıb, həmin mobil telefonun işlək vəziyyətdə olduğunu və istifadə üçün yararlı olduğunu görüb, həmin mobil telefon aparatına 170 (yüz yetmiş) manat pul verə biləcəyimi bildirmiş, həmin şəxslərdə onunla razılaşmış, bundan sonra o, həmin şəxslərin ona təqdim etdikləri AA 56099545 seriyalı Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surəti ilə Note-13 Pro markalı mobil telefon aparatını 170 (yüz yetmiş) manata almış, daha sonra həmin şəxslər çıxıb getmiş, o isə həmin mobil telefon aparatına əlavə olaraq bir ədəd 20 manat dəyərində olan cəriyan ötürücüsünü də əlavə edib bu, hadisədən təxminən 2-3 gün sonra tanımadığı şəxsə 310 (üç yüz ona) manata satmış, bir müddət sonra isə o, həmin mobil telefon mağazasının alışı və satışı yerindəın çıxıb mobil telefon ustası kimi fəaliyyət göstərməyə başlamış, daha sonra isə ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə ona satılan bir ədəd Note- 13 Pro markalı mobil telefon aparatı cinayət yolu ilə əldə olunmuş mobil telefon aparatı olmuşdur. İbtidai istintaqda iş İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ildən DİO-da, 2023-cü ildən isə tutduğu vəzifədə xidmət etmiş, xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman vətəndaş Zərərçəkmiş şəxs2 DİN-in 102 zəng xidmətinə zəng edərək, Abşeron rayonu, Xirdalan şəhəri, “Rahat” marketin yaxınlığında tanımadığı şəxs tərəfindən mobil telefonu əlindən alınaraq, hadisəni törədən şəxsin isə hadisə yerindən uzaqlaşdığı barədə məluamt vermiş, göstərilən inzibati ərazidə xidmət apardığından daxil olmuş məlumat əsasında idarənin əməliyyat qrupu ilə birlikdə hadisənin baş verdiyi yerdə olmuş, hadisə yerinin yaxınlığında və digər təhlükəsizlik kamerlarına tərəfindən baxış keçirilmiş və keçirilmiş təxirə salınmaz əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, göstərilən cinayət əməlini xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaş, subay əvvəllər məhkum olunmayan, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi döngə 4, dalan 2-ci ev 9 A-da qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs1 və onun tanışı xx.xx.2009-cu il təvəllüdlü, Bərdə rayonunda anadan olan, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaş, subay, əvvəllər məhkum olunmayan, Bərdə rayonu, Samux kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs3 birlikdə qrup təşkil edərək törətmişlər. Hər iki şəxs tərəfindən müəyyən olunaraq Abşeron RPİ-nə dəvət olunmuş, keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı olaraq isə Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə dostu xx.xx.2005-ci il tarixdə Bərdə rayonunda anadan olan, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaş, subay, əvvəllər məhkum olunmayan, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhələlllə ev 10, m 37-də qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əl bir olaraq qrup təşkil edib, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Səmayə” şadlıq evinin yaxınlığında vət.Zərərçəkmiş şəxs1 Allahşükür oğluna qarşı da soyğunçuluq edib sonuncunun əlində olan mobil telefonu alaraq qaçdığı və həmin mobil telefon aparatını isə dostu Pünhan ilə birlikdə 20 yanvar metrosunun yaxınılığında mobil telefon mağazalarının birinə 170 manata satıb, əldə etdikləri pulu öz istifadələri üçün xərcləmələri müəyyən olunmuş, hər üç şəxsin şəxsiyyəti müəyyən edildikdən sonra həmin şəxslər ilə müvafiq istintaq hərəkətlərinin aparılması üçün Abşeron RPİ-nin İŞ-nə təqdim edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid3 və Abşeron RPİ-nin CŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və xx.xx.2025-ci il tarixli 3-16-16/2-9/705/2025 saylı rəy ilə müəyyən olunmuşdur ki, -təqdim olunmuş 01 ədəd işlək vəziyyətdə olan Samsung-Galxy markalı SM A135 F /DSN model mobil telefon–120 manat. Nəzəri qaydada -01 ədəd ***-***-**-** saylı GSM mobil nömrə (dublikat)-4,00 manat, -01 ədəd ***-***-**-** saylı GSM mobil nömrə (dublikat)-4,00 manat müəyyn edilir. İş üzrə keçirilmiş məhkəmə psixiatirik ekspertizasının xx.xx.2025-ci il tarxili rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 əməli törədərkən öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs2 halhazırda da, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. -Təqsirləndirilən şəxs2 xəstəliyi onunla istintaq hərəkətləri aparmasına mane olmur.Təqsirləndirilən şəxs2 hal-hazırda psixi vəziyyəti onunla istintaq hərəkətləri aparmasına imkan verir.- Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özlərinin tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxslərin bu hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 bu əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə bu əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi üzrə ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirləndirildikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında 13 dekabr 2010-cu il tarixli Qərarından görünür ki, “Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbı hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilık dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağıılaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.2 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cinayətin yetkinlik yaşına çatmayan yaşında törədilməsi və cinayət nəticəsində dəymiş olan ziyanın tamamilə ödənilməsi onun məsuliyyətini yüngülləşdirən halları hesab edilməlidir. Təqsirləndirilən şəxs1 məsuliyyətin ağırlaşdıran halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş olan ziyanın ödənilməsi onun məsuliyyətini yüngülləşdirən halı hesab edilməlidir.Məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 cinayət nəticəsində dəymiş olan ziyanın ödənilməsi onun məsuliyyətini yüngülləşdirən halı hesab edilməlidir, məsuliyyəti ağırlaşdıran halı müəyyən edilməmişdir. İşdə olan Təqsirləndirilən şəxs2 ambulator kitabçasından çıxarışdan görünür ki, onda üzvi mənşəli emosional labil( astenik) pozgunluq müşahidə edilir. Bundan başqa, onun barəsində olan digər ambulator çıxarışdan görünür ki, keçirilmiş qəza ilə əlaqədar sol alın gicgah nahiyyəsində titan lövhə bərkidilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmayan şəxslər olmaqla habelə, Təqsirləndirilən şəxs2 səhhətinin vəziyyətini, ilk dəfə olaraq az ağır cinayət törətmələrini, zərərçəkmiş şəxslərlə barışmalarını, onlara dəyən ziyanı tam ödəmələrini və zərərçəkənlərin onlara qarşı heç bir tələb və şikayətinin olmamasını,cəzanı ağırlaşdıran halın olmamasını əməllərindən peşiman olmalarını, cəza çəkmədən islah olunmalarını mümkün sayaraq, ədalət və humanizm prinsiplərinə uyğun olaraq təqsirləndirilən şəxslərin təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin maddəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının həmin Məcəllənin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini qanunun tələblərinə uyğun sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxara bilər. Eyni Məcəllənin 70.2ci maddəsinə əsasən məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd edilən əsaslar həmçinin, Azərbaycan Respublikası Prezidentinin "Penitenısiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017cı nil tarixli Sərəncamında da öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Qanunun bu tələbini nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ittiham elan edilərək, təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx.xx.2024-cü il tarixdə Abşeron rayon məhkəməsinin hakimi tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədibirinin seçilməsindən imtina edilmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə göstərilən cinayət işi üzrə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Abşeron rayon prokuroru tərəfindən təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün təqdimatla məhkəməyə müraciət edilmiş, xx.xx.2024-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində Abşeron rayon məhkəməsinin hakimi tərəfindən 3-ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixdə həbs qətimkan tədbiri Abşeron rayon məhkəməsinin hakimi tərəfindən dəyişdirilərək “ev dustaqlığı” ilə əvəz edilmişdir.Məhkəmə tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə göstərilən cinayət işi üzrə Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixdə barəsində 3-ay müddətində həbs qətimkan tədbiri seçilməsi üçün Abşeron rayon prokurorluğuna vəsatət verilmiş, lakin həmin tarixdə Abşeron rayon prokuroru tərəfindən vəsatətin təmin edilməməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs3 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir.Təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbiri məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş olan “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu və “ev dustaqlığ”ında olduğu cəmisi 05 ay 28 gün müddət, Təqsirləndirilən şəxs1 tutulduğu 02 gün və Təqsirləndirilən şəxs3 tutulduğu 02 gün müddət onlara təyin edilmiş cəzalarından çıxılmalıdır. İş üzrə maddi sübüt olan bir “Samsung-Galxy” markalı SM A135 F /DSN model mobil telefon aparatının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə Zərərçəkmiş şəxs1 Allahşükür oğluna dəymiş olan 908 (doqquz yüz səkkiz) manat maddi ziyan ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübüt kimi tanınan X2 istintaq orqanına təqdim etdiyi bir ədəd Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətinin arxasına yazılmış olan qeydlər olan sənəd surəti iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məhkəmə xərci təqsirləndirilən şəxs lər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qaydada tutulub dövlət büdcəsinə köçürülməlidir. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Sumqayıt şəhər Probasiya şöbəsinə və Bərdə rayon Probasiya şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs2 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 hər birinə 30 saat olmaqla 330 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinsin, ona 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzasından çıxılsın, üzərində 02 (iki) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla,ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinsin, ona 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu və “ev dustaqlığ”ında olduğu cəmisi 05 ay 28 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində 02 il 09 ay 02 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla,ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş olan “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzasından çıxılsın, üzərində 02 (iki) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübüt olan bir “Samsung-Galxy” markalı SM A135 F /DSN model mobil telefon aparatı Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs1 Allahşükür oğluna dəymiş olan 908 (doqquz yüz səkkiz) manat maddi ziyan ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübüt kimi tanınan X2 istintaq orqanına təqdim etdiyi bir ədəd Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətinin arxasına yazılmış olan qeydlər olan sənəd surəti iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məhkəmə xərci təqsirləndirilən şəxs lər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qaydada tutulub dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Sumqayıt şəhər Probasiya şöbəsinə və Bərdə rayon Probasiya şöbəsinə həvalə olunsun.. Təqsirləndirilən şəxs2 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 hər birinə 30 saat olmaqla 330 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar