Məhkəmə qərarları › İş №1(012)-746/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-746/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-746/2024 09.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Əməli törədən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Şikayət verən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialları üzrə işə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə saat 11 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə sonuncunun ona çay süzüb verməməsi, habelə ailə daxili digər narazılıqlar səbəbindən mübahisə edərək həmin ailə daxili münaqişə zəmnində yaranmış mübahisə vaxtı Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən sonuncunun hər iki əl, qol nahiyələrindən tutub sıxaraq əl, yumruq zərbələri ilə onun sifət, baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla itələyərək yerə yıxıb, yerdə də, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən ardıcıl təpik zərbələri vuraraq ona sağ diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağı nahiyəsinin qançır-şişkinliyi, sıyrıqları, sağ bazu, sağ sağrı nahiyələrinin qançırları, sol dirsək oynağı, sol said nahiyələrinin, sol əlin arxa səthinin sıyrıqları ilə müşaiyət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş əməli törədən şəxs Təqsirləndirilən şəxs özünü ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək bildirdi ki Zərərçəkmiş şəxs ilə 2021-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan bir övladı var. Bahar ilə münasibəti əvvəl yaxşı olsa da, son vaxtlar onun dediyi sözlərə məhəl qoymayaraq öz bildiklərini etdiyi üçün aralarında münasibəti pisləşmişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yaşadığı evdə olan zaman Bahardan çay süzüb gətirməsini istəmiş, bu zaman Bahar onun ünvanına nalayiq ifadələr işlədərək çay süzməyəcəyini bildirmişdir. Bu mövzuda onunla aralarında sözlə mübahisə baş vermiş, mübahisə vaxtı Bahar üzərinə gəldiyi üçün onun hər iki qollarından tutub sıxaraq sifət nahiyəsinə sillə ilə bir dəfə vurub onu itələyib yerə yıxmışdır. Daha sonra Bahar yerdən durub barəsində polisə şikayət edəcəyini deyib çıxıb getmişdir. Baş vermiş mübahisənin Saray qəsəbəsi, C.Cabbarlı küçəsi ev 23 ünvanında yerləşən yaşadıqları evdə təxminən 5 dəqiqə davam etdiyini, mübahisəyə səbəb Bahardan çay süzüb gətirməsini dedikdə onun ünvanına nalayiq ifadələr işlədərək çay süzməyəcəyini bildirməsi olmuş, münaqişə vaxtı yanlarında başqa şəxs olmamış, hadisə zamanı Zərərçəkmiş şəxs onu hər hansı formada vurmamışdır. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəməyə ərizə təqdim edərək, əməlindən peşman olduğunu, özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şikayət verən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. Onunla 2021-ci ildə ailə qurmuş, birgə nikahdan bir övladı var. Kənan ilə münasibəti yaxşı olsa da, son vaxtlar əsaslı səbəblər olmadan onunla aralarında mübahisələr baş verdiyi üçün halhazırda boşanmaq ərəfəsindədir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yaşadığı evdə olan zaman Kənan əsaslı səbəb olmadan onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməyə başlamış, o da Kənandan onu və ailə üzvlərini təhqir etməsinin səbəbini soruşduqda Kənan “əcəb edib” ünvanlarına nalayiq ifadələr işlətdiyini bildirmişdir. Bu mövzuda onunla aralarında sözlə mübahisə baş vermiş, mübahisə vaxtı Kənan qollarından tutub sıxaraq sifət və baş nahiyələrinə bir neçə dəfə sillə və yumruqla zərbələr vurmuşdur. Zərbələrin təsirindən yerə yıxılmış, yerdə olan zaman Kənan təpiklə bir neçə dəfə bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Bu zaman onun barəsində polisə şikayət edəcəyini bildirdikdə onu buraxıb evdən çıxıb getmişdir. Buna görə də o, telefonla DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Təqsirləndirilən şəxs ilə mübahisələri Saray qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 24 ünvanında yerləşən yaşadığı evdə təxminən 5-10 dəqiqə davam etmiş, mübahisəyə səbəb Kənanın onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi olmuş, münaqişə vaxtı yanında heç kim olmamış, mübahisə zamanı Təqsirləndirilən şəxs hər hansı formada vurmamışdır. Hazırda əməli törədən şəxslə barışmışlar, ona qarşı hər hansı şikayəti, tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli 764 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 rəyindən görünür ki, 2000-ci il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sağ diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağı nahiyəsinin qançırşişkinliyi, sıyrıqları, sağ bazu, sağ sağrı nahiyələrinin qançırları, sol dirsək oynağı, sol said nahiyələrinin, sol əlin arxa səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışmışlar, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, həmin Məcəllənin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPMin 43-cü maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar