Məhkəmə qərarları › İş №1(012)-746/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-746/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-746/2025 20.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü ildə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəki rayonu, kiçik Dəhnə kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “AAF park” yaşayış massivinin yaxınlığında fərdi həyət evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində sərxoş vəziyyətdə tanışı Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, T.İsmayılov küçəsi, 22 saylı evin 123 saylı mənzilində, birlikdə tikintidə işləyərkən gördükləri işin müqabilində iş gördürən şəxsdən aldığı 120 manat pulu sonuncuya vermədiyinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ilə dalaşaraq qəsdən bir dəfə ayaqqabı ilə burun nahiyəsinə, boğazından yapışaraq bir dəfə başı ilə ağız nahiyəsinə, yumruqlarla sağ və sol gözaltı nahiyələrinə və alın nahiyəsinə vuraraq Kağan Rəfıbəyliyə alın nahiyəsinin sol hissəsinin dərialtı hematoması, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözün üst və alt göz qapaqlarının qaçırşişkinliyi, sol gözaltı nahiyənin qançırı, üst dodağın selikli qişasının səthi əzilmiş yarası, boyun nahiyəsinin sol yan və arxa səthinin sıyrıqlarından ibarət sağlamlığın qısa müddətə pozumasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs 2024-cü ilin sentyabr ayından tanıyır. Kirayədə yaşadıqları evlər etyni küçədə yerləşir. Kağan hörgü ustası olduğu üçün, o da fəhləlik edib pul qazandığına görə birlikdə işləyib qazanc əldə etmişlər. Birlikdə işlədikləri zaman sonuncu dəfə iş gördürən şəxs Kağana 200 mamat borclu qalmış, sonradan o, həmin məbləğdə pulu tanışı Qorxmazın vasitəsi ilə aldıqdan sonra ehtiyacı olduğundan pulun yüz manatını xərcləmiş, yüz manatını isə, xx.xx.2024-cü il tarixdə Xırdalan şəhərində, “Təzə bazar” deyilən ərazidə Kağanla görüşərkən ona vermiş, pulun qüalan yüz manatını da sonra verəcəyini Kağana bildirmişdir. 05 yanvar 2025-ci il tarixdə günorta vaxtı Xırdalan şəhərində, xatırlamadığı kafedə yemək yeyərkən 300 qram spirtli içki qəbul etmiş, lakin sərxoş olmamışdır. Həmin gün günortadan sonra Kağanın evinə getmiş, həmin vaxt Kağan evdə olmamış, lakin o, Kağanın evində oturub çay içərkən Kağan da gəlmiş və birlikdə söhbət etmişlər. Söhbət zamanı Kağan ona birlikdə gördükləri işin haqqından aldığı puldan borclu qaldığı 100 manatı vertməsini tələb etmiş, o da pulunun olmadığını, pulu olanda verəcəyini söyləmişdir. Lakin Kağan ondan 100 manat pulu dərhal verməsini tələb etmiş, o da hirslənib pulu verməyəcəyini söyləmişdir. Kağan onunla mübahisə edib evdən çıxıb getməsini tələb etmiş, o da durub dəhlizdə ayaqqabılarını geyinərkən Kağan onu itələmiş, lakin o, yıxılmamış və əlində olan ayaqqabı ilə Kağanın sifətinə vurmuşdur. Ayaqqabı Kağanın ağız nahiyəsinə dəymiş və Kağanın ağzı qanamışdır. Bundan sonra Kağanın alın nahiyəsinə kəllə ilə vurmuş, Kağanın alnı şişmişdir. Kağan da onun gözünün altına kəllə ilə vurmuş, onun gözünün altı qanamışdır. Onlar əlbəyaxa olub dalaşarkan Kağanın həyat yoldaşı Fərqanə və Fərqanənin bacısı Rasimə onları aralamışlar. O da Kağanın evindən çıxıb getmişdir. Hadisə Kağanın yaşadığı evində bir neçə dəqiqə müddətində baş vermiş, hadisədən kənar şəxslər xəbvər tutmamış, hadisə yerinə kənar şəxslər gəlməmişlər. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkənlə barışdıqlarını və bu əsasda işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayından etibarən tanımış, onunla birlikdə müxtəlif şəxslərə məxsus fərdi ev tikintisində işləmişlər. O, hörgü ustası, Rəhman isə, onun yanında fəhlə olmuşdur. Axırıncı dəfə Sulutəpə qəsəbəsində fərdi evin tikintisində 2024-cü ilin noyabr ayında təxminən bir ay ərzində birlikdə işləmişlər. Gördükləri işin haqqından tikitini apartdıran şəxsin ona 200 manat borcu qalmışdır. Ona çatası həmin pulu tanışı Qorxmaz almış və Rəhmana vermişdir. Rəhman isə, ona çatası pulu gizlətmişdir. Rəhmanın pulu ona vermədiyini görüb bu barədə Qorxmazdan soruşmuş, Qorxmaz 200 manat pulu Rəhmana verdiyini bildirmişdir. Odur ki, o, Rəhmana zəng edib pulu ondan tələb etmiş, onlar 07 dekabr 2024-cü il tarixdə, saat 11 radələrində Xırdalan şəhərində yerləşən “təzə bazarda” görüşmüş, Rəhman ona 80 manat pul vermişdir. Rəhmandan pulun qalanını tələb etdikdə Rəhman, ehtiyacı olduğu üçün xərclədiyini bildirmiş, pulun qalanını 13 dekabr 2024-cü il tarixdə verəcəyini söyləmiş, o da razılaşmışdır. Lakin sonradan Rəhman onun pulunu həmin tarixdə verməmişdir. Rəhmanın bu hərəkətinə görə onunla sonradan birlikdə işləməmiş, ona görə də, Rəhman ondan narazı qalmışdır. 05 yanvar 2025-ci il tarixdə evdə olarkan həyat yoldaşı Fərqanənin bacısı X2 və onun evində olmuşlar . Həmin gün saat təxminən 17:30 radələrində Rəhman onun evinə gəlmiş, Rəhman qonaq otağına keçib əyləşmiş, Rəhmanın sərxoş olduğunu görmüşdür. Rəhmanla çay içib söhbət edərkən onun aqressiv olduğunu görmüşdür. Rəhman ondan nə üçün onunla birlikdə işləmədiyini soruşmuş, o da Rəhmanın ona qarşı dələduzluq edib 120 manat pulunu ələ keçirdiyini, ona görə də ona etibar etmədiyini bildirmişdir. Rəhmana demişdir ki, bundan sonra da onunla işləməyəcəkdir. Bu zaman Rəhman əsəbləşib səs tonunu qaldıraraq onun ünvanına “şərəfsiz” “oğraş” və saur bu kimi nalayiq ifadələr demişdir. O, Rəhmanı sakitləşdirməyə çalışmış və sərxoş olduğunu görüb onu evdən çıxararaq yola salmaq istəmiş, Rəhmanın qoluna girib qapıya gətirmiş və demişdir ki, get dincəl, sonra söhbət edərik. Rəhman evin dəhlizində ayaqqabısının bir tayını geyinmiş, ikinci tayını geyinərkən əlinə götürdüyü ayaqqabı ilə onun burnuna bir dəfə vurmuşdur. Sonra onun boğazından yapışaraq kəllə atmış, Rəhmanın kəlləsi onun dodaq nahiyəsinə dəymişdir. Sonra Rəhman onun sağ və sol gözaltı nahiyələrinə, alın nahiyəsinə yumruq zərbələri ilə vurmuşdur. Rəhman onu təpiklə vurarkan təpik həyat yoldaşı Fərqanənin qarın nahiyəsinə dəymişdir. Bundan sonra o da Rəhmanın sifətinə bir yumruq vurmuşdur. Evdə olan azyaşlı uşaqlar qışqırdığı üçün Rəhman evdən çıxıb getmişdir. Hadisə zamanı həyat yoldaşı Fərqanənin qarın nahiyəsi ağrımış, onun hamilə olmasından narahat olduğu üçün onu Bakı şəhər 1 saylı təcili tibbi yardınm xəstəxanasına aparmış və orada ona tibbi yardım göstərilmişdir. Hadisə onların mübahisə etməkləri birlikdə təxminən yarım saat müddətində baş vermiş, hadisə zamanı qonşulardan heç kim hadisə yerinə gəlməmişlər. Zərərçəkən Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qeyri- rəsmi həyat yoldaşıdır. Onunla birlikdə ünvan 1 ünvanında kirayədə yaşayırlar. Həyat yoldaşı Kağan ustalıq edib gündəlik çörək pulu qazanır. Rəhman adlı şəxs həyat yoldaşı Kağanın əlinin altında fəhlə işləmişdir. Rəhman onların evinə bir neçə dəfə qonaq gəlmişdir. Axırıncı dəfə Sulutəpə qəsəbəsində fərdi evin tikintisində işləyərkən tikitini aparan şəxs həyat yoldaşı Kağana 200 manat borclu qalmış, həmin pulu sonradan onlarla birlikdə işləyən Rəhmanın qohumu Qorxmaz adlı şəxsə vermiş, Qorxmaz isə aldığı 200 manat pulu qohumu Rəhmana vermişdir. Rəhman pulu aldıqdan sonra öz ehtiyaclarına xərcləyərək Kağandan gizlətmiş, Kağan bundan xəbər tutuduqdan sonra 07 dekabr 2024cü il tarixdə, Xırdalan şəhərində yerləşən “təzə bazarda” Rəhmanla görüşmüş və Rəhman ona 80 manat pul vermişdir. Pulun qalanın nə üçün vermədiyini soruşduqda Rəhman ehtiyacı olduğu üçün xərclədiyini bildirmiş, söz vermişdir ki, 13 dekabr 2024-cü il tarixdə 120 manat pulu Kağana verəcəkdir. Lakin sonradan Rəhman onun pulunu həmin tarixdə verməmişdir. Kağan zəng edib pulunu istədikdə Rəhman demişdir ki, 120 manat pulu ona verməyəcəkdir. Onun bu hərəkətinə görə həyat yoldaşı Kağan onunla sonradan birlikdə işləməmiş və Rəhman buna görə ondan narazı qalmışdır. 05 yanvar 2025-ci il tarixdə Kağan işdən tez gəlmişdir. Çünki bacısı X2 uşaqları ilə birlikdə onun evinə qonaq gəlmişlər. Həmin gün saat təxminən 17:30 radələrində qapı döyülmüş, bacısı Rasimə qapını açmışdır. Gələn qonağın Rəhman olduğunu görmüşlər. Rəhman qonaq otağına keçib əyləşmişdir. O, sərxoş olmuşdur. Rəhman çay içib söhbət edərkən Kağandan onunla nə üçün birlikdə işləmədiyi barədə soruşduqda Kağan Rəhmanın ona qarşı dələduzluq edib 120 manat pulunu ələ keçirdiyini, ona görə də ona etibar etmədiyimi bildirmişdir. Bu zaman Rəhman əsəbləşib səs tonunu qaldıraraq onun ünvanına “şərəfsiz” “oğraş” və sair bu kimi nalayiq ifadələr işlətmişdir. Kağan onu sakitləşdirməyə çalışdı və sərxoş olduğunu görüb evdən çıxararaq öz evinə yola salmaq istəmişdir. Kağan Rəhmanı yola salmaq istəyərkən dəhlizdə Rəhman ayaqqabısının bir tayını geyinmiş, ikinci tayını geyinərkən əlinə götürdüyü ayaqqabı ilə Kağanın sifətinə bir dəfə vurmuşdur. Sonra Kağanın boğazından yapışaraq ona kəllə atmış, onun kəlləsi Kağanın dodaq nahiyəsinə dəymişdir. Sonra Rəhman, Kağanın sağ və sol gözaltı nahiyələrinə, alın nahiyəsinə yumruq zərbələri ilə vurmuşdur. Rəhman Kağanı təpiklə vurarkan təpik onun qarın nahiyəsinə dəymişdir. Bundan sonra Kağan da Rəhmanın sifətinə bir yumruq vurmuşdur. Evdə olan azyaşlı uşaqlar qışqırdığı üçün Rəhman evdən çıxıb getmişdir. Hadisə zamanı onun qarın nahiyəsi ağrımış, Kağan, onun hamiləliyinin pozula biləcəyindən narahat olduğu üçün onu Bakı şəhər 1 saylı təcili tibbi yardınm xəstəxanasına aparmış və orada ona tibbi yardım göstərilmişdir. Hadisə bütövlükdə təxminən yarım saat çəkmişdir. Hadisə zamanı qonşulardan heç kim onların mənzilinə gəlməmiş və hadisədən xəbərləri olmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla da ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi üzrə alınmış “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 17 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- alın nahiyəsinin sol hissəsinin dərialtı hematoması, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözün üst və alt göz qapaqlarının qançır-şişkinliyi, sol gözaltı nahiyənin qançırı, üst dodağın selikli qişasının səthi əzilmiş yarası, boyun nahiyəsinin sol yan və arxa səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə , yəni xx.xx.2025-ci il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və s) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən Təqsirləndirilən şəxs barəsində alınmış tələbnamədən görünür ki, o, Şəki rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 04 il 06 ay azadlıqdan məhrum etmə cəzası 04 ilə endirilib, hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılmış, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarına əsasən 02 ay 05 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkənin, şahidin ifadəsi, ekspertiza rəyi, protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə zərərçəkənlə barışmışlar, sonuncunun ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar