Məhkəmə qərarları › İş №1(012)-747/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-747/2024

24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-747/2024 24.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs, xx.xx.2001-ci il Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MTK-da mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Məlikli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Çernyayevski küçəsi, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 aprel 2024-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Novxanı kəndi, İlqar Abdullayev küçəsi, “Oba” marketdən sağa döndükdə yolun sağ hissəsində (boş ərazi) etibarnamə əsasında idarə edib saxladığı “Mercedes Benz 190 Minik” markalı **- CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş ailə həyatı qurmaq istədiyi tanışı Zərərçəkmiş şəxs sonuncunun işlədiyi yerdən nəzərdə tutulmuş vaxtdan bir neçə dəqiqə gec çıxdığına görə qısqanclıq zəmnində danlayıb bununla kifayətlənməyərək əl, yumruq zərbələri ilə Zərərçəkmiş şəxs sifət, baş və bədən nahiyyələrinə qəsdən ardıcıl zərbələr vuraraq Zərərçəkmiş şəxs sağ almacıq sümüyünün göz orbitasına və burun keçəcəyinə doğru yerdəyişən sınığı ilə müşahidə olunan sağ gözün üst və alt göz qapaqlarına, sağ gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs 2020-ci ildən tanıyır. Zərərçəkmiş şəxs ilə Azərbaycan İqtisad Universitetinin Zaqatala Rayonunda yerləşən filialında təhsil almışdır. Həmin zamandan bu günə kimi aralarında olan sevgi münasibətlərindən hər ikisinin valideyinlərinin xəbəri olmuşdur. Əvvəllər aralarında mübahsiələri olsada ancaq dava-dalaşları olmamışdır. Lamiyə hər gün işdən saat 17:30-da çıxsa da, lakin sonuncu xx.xx.2024-cü il tarixdə işdən 5-10 dəqiqə gec çıxdığı üçün aralarında mübahisə yaranmışdır. O, işdən saat 18:00 radələrində çıxmış avtomobillə Lamiyənin yaşadığı Abşeron rayonu, Novxanı kəndində olan ünvana getmişdir. Həmin ünvanda olan zaman Lamiyənin mobil telefonuna zəng edərək, orada olmasını bildirmiş, onu avtomobilə çağırmışdır. Lamiyə evdən çıxaraq onun idarə etdiyi avtomaşının ön sağ oturacağında yanında əyləşmişdir. O, avtomobili sürərək, olduqları yerdən bir qədər aralanmışdır. Avtomaşında olan zaman Lamiyə işdən gec çıxdığı üçün onunla aralarında mübahisə yaranmış, mübahisə zəmnində o əsəbiləşərək yumruqla Lamiyyənin sifət və bədən nahiyyəsinə vuraraq, ona xəsarət yetirmişdir. Bundan sonra Lamiyənin burnu qanamağa başlamışdır. Biraz söhbət etdikdən sonra o Lamiyəni aparıb yaşadığı ünvanın qarşısında düşürtmüşdür. Baş verən hadisə xx.xx.2024-cü il tarixdə saat 20-21 radələrində Abşeron rayonu, Novxanı kəndində onun idarə etdiyi “Mersedes” markalı, dövlət qeydiyyat nömrə nişanı **-CU-*** olan avtomobilin salonunda baş vermişdir. Aralarında baş vermiş mübahisəyə səbəb Lamiyənin işdən gec çıxması olmuşdir. Hadisə baş verən zaman avtomaşında Lamiyə və ondan başqa heç kim olmamış, mübahisə təxminən 7-8 dəqiqə davam etmişdir. Mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs bədən, sifət və başına zərbə ilə vuraraq xəsarət yetirmişdir. Baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs ilə hazırda barışmışdır, zərərçəkmiş şəxsin şikayətinin olmadığını, onu vurmasına görə əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq onun döyülməyi barədə məlumat verən Şahid onun bacısıdır. Bacısının “102” xidmətinə verdiyi məlumat və Saray PB-də yazdığı şikayət ərizəsi ilə tanış olmuş, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs 2020-ci ildən tanıyır. Təqsirləndirilən şəxs ilə birlikdə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında təhsil almış, həmin vaxtdan aralarında sevgi münasibəti yaranmışdır. Bu barədə valideyinlərinin də məlumatı olmuşdur. O, hazırda 2023-cü ilin noyabr ayının 17-dən "xxxx" MMC-də satış və marketinq şöbəsində kiçik mütəxəssis vəzifəsində işləyir. İşlədiyi MMC-də iş rejmi saat 08:00-dan, saat 17:30-dır. Yəni, hər gün saat 17:30-da işdən çıxır, bu barədə Tunarında məlumatı var. Tunar çox qısqancdır. Onun qısqanc olmasına görə aralarında bir neçə dəfə mübahisələri olmuşdur. Tunar mütamadi olaraq o işdə olan zaman saat 17:30-da ona zəng vurur. Buna səbəb isə onun işdən gec çıxıbçıxmamağıdır. xx.xx.2024-cü il tarixdə saat 17:20-də Tunar ona zəng vurmuş və “telefonu adboy vermə, işini gör qutar mən sənin işdən çıxmağını gözləyirəm” demişdir. Onun işləri isə çox olduğu üçün o işdən saat 17:35-də çıxmış, bu səbəbdən də Tunar ilə aralarında telefonla danışan zaman mübahisə yaranmış, o, işinin çoxluğu ilə 5 dəqiqə gec çıxdığını söyləmişdir. Ancaq Tunar onu anlamaq istəməmişdir.Bundan sonra telefonun zəngini adboy vermiş, işdən çıxıb sərnişin avtobusu ilə evə gələn zaman fikirləşmişdir ki, Tunarın əsəbi sakitləşəndən sonra onunla danışar. Tunar telefon zənglərinə cavab verməsə də sonda telefon zənginə cavab vermiş və ona işdən çıxaraq onunla söhbət etməyə gəldiyini bildirmişdir. O, yaşadığı ünvana çatdıqdan bir müddət sonra Tunar yaşadığı ünvanın qarşısına gəlmiş və ona zəng edərək küçədə onu gözlədiyini demişdir. Buna görə də o evdən küçəyə çıxmış və Tunarın idarə etdiyi “Mersedes” markalı, dövlət qeydiyyat nömrə nişanı **-CU-*** olan avtomaşının ön sağ oturacağında, Tunarın yanında əyləşmişdir. Tunar avtomaşını idarə edərək ünvandan biraz aralaşmış və avtomaşını küçədə saxlamışdır. Söhbət əsnasında Tunar ona “mən sənə demişəm işdən vaxtında çıx” demiş, həmin zaman Tunar əsəbi olmuşdur. O, işinin çox olduğu üçün 5 dəqiqə gec çıxdığını desə də, Tunar sakitləşməmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Tunar yumruqla onu vurmağa başlamış, o başını tutmuş və Tunar onun bədən nahiyyələrinə hər iki əli ilə vurmağa başlamışdır. Daha sonra o başını qaldıran zaman Tunar yumruqla sifət nahiyyəsinə, başına bir neçə dəfə zərbə ilə vurmuşdur. Bu zaman onun burnundan qan axmağa başlamış, ancaq Tunar yenədə sakitləşməmişdir. Əksinə yenə də ona işdən vaxtında çıxmağını demişdir.O, Tunara burnunun sındığını və onu evə aparmasını söyləmiş, əvvəlcə Tunar onu evə aprmaq istəməsə də, sonradan onun əlindən tutaraq əlində olan qan izlərini silərək onu yaşadığı ünvanın qarşısına aparmış və “get evə 1 saatdan sonra gəlib səni götürəcəm” sözlərini demişdir. O, avtomaşından düşərək evə getmişdir. Həmin zaman evdə yalnız bacısı X3 olmuşdur. Bacısı ona kim tərəfindən döyüldüyünü soruşmuş, o da baş verənlər barəsində bacısına danışmışdır. Bacısı isə anası X2 zəng edərək bu barədə məlumat vermişdir. X4 Klinikasında tibb işçisi işlədiyi üçün ona “taksiyə əyləş gəl xəstəxanada səni gözləyirəm” dediyi üçün o taksi ilə anasının işlədiyi xəstəxanaya getmiş və orada ilkin olaraq mənə yardım göstərilmiş və məlum olmuşdur ki, onun burnu sınmışdır. Baş verən hadisənin xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Novxanı kəndi, İlqar Abdullayev küçəsində yaşadığı evin yaxınlığında tanıdığı Tunar adlı şəxsin idarə etdiyi “Mersedes” markalı, dövlət qeydiyyat nömrə nişanı **-CU-*** olan avtomaşının salonunda olduğunu, hadisə baş verən zaman yanlarında, yəni avtomaşında Tunar və ondan başqa heç kimin olmadığını, davadalaş və mübahisənin təxminən 10 dəqiqə davam etdiyini, mübahisənin heç kimin narahatçılığına səbəb olmadığını, Təqsirləndirilən şəxs yumruğu ilə onun bədən, sifət və baş nahiyyələrinə zərbə ilə vuraraq ona xəsarət yetirdiyini göstərmişdir. Daxil olmuş ərizədən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs onun bacısıdır. xx.xx.2024-cü il tarixdə bacı Lamiyə saat 19:00 radələrində işdən evə gəlmiş, həmin zaman anası işdə olmuşdur. Evdə yalnız o olmuşdur. Bir müddət sonra bacısıevə gələrək sevgi münasibətində olduğu Tunar gəlib onu küçədə gözlədiyini söyləyərək onunla görüşmək üçün evdən çıxıb getmişdir. Təxminən 20-25 dəqiqə sonra evə qayıtmış və evə qayıdan zaman bacısının sifət nahiyyəsinin şişərək qan izləri olduğunu görmüşdür. Bacısından nə olduğunu soruşmuş və bacısı Lamiyə də ona Tunar tərəfindən idarə etdiyi avtomaşında döyüldüyü cavabını vermişdir. Bundan sonra o anasına zəng vurmuş və bacısını anasının işlədiyi xəstəxanaya taksi vasitəsilə aparmışdır. Xəstəxanadan evə qayıdan zaman o, DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. Hadisənin yaşadığı ünvanın yaxınlığında baş verdiyini, hadisə zamanı evdə olduğunu, bacısı Lamiyənin döyüldüyünü evə gəldikdən sonra bildiyini göstərmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -“Məhkəməyədək sadələşdirilmiş icraat açılması və icraata qəbu edilməsi” haqqında 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmış və araşdırma aparılması üçün icraata qəbul edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 640 saylı ekspert rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər–sağ almacıq sümüyünün göz orbitasına və burun keçəcəyinə doğru yerdəyişən sınığı ilə müşahidə olunan sağ gözün üst və alt göz qapaqlarına, sağ gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyiküt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissəsinin (əl, baş və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. -“Zərərçəkmiş şəxs qismində tanınma” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. -Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. -Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, barəsində olan Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə sadələşdirilmiş icraat materialı üzrə özünü tam təqsirli bilir, həmin işin bəraətverici əsaslar olmadan xitam olunmasına etiraz etmir. Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4- cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin və zərərçəkmiş şəxsin ifadəsini tədqiq edərək, iş materiallarını araşdıraraq, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxslə barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razılığını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlindən səmimi peşman olmasını və cinayət təqibinə xitam verilməsi barədə müraciətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 25 (iyirmi beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar