Məhkəmə qərarları › İş №1(012)-748/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-748/2025

19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-748/2025 19.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2000-ci ildə Siyəzən rayonu, Kiçik Həmyə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Siyəzən rayonu, Həmyə ərazi dairəsi, Balaca Həmyə kəndində qeydiyyatda olan və yaşayan, barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-748/2025 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penedensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə evlənmək barədə razılaşaraq sonuncu ilə xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Sumqayıt şəhəri, Yaşma bağlarının ərazisində görüşüb onu evlənmək məqdsədilə əvvəlcə yaşadığı Siyəzən rayonu, Kiçik Həmyə kəndində yerləşən X2na məxsus evə gətirib orada üç gün birlikdə yaşadıqdan sonra, xx.xx.2024-cü il tarixdə X1 məxsus, sonuncunun kirayə verdiyi Abşeron rayonu, Qobu qəsəbəsi, Ə.Bayramov küçəsində yerləşən 16 saylı evin həyətindəki otağa apararaq orada qarşılıqlı razılıq əsasında Zərərçəkmiş şəxs ilə ilk dəfə xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində, bundan sonra birlikdə yaşadıqları həmin evdə xx.xx.2024-cü il tarixədək mütəmadi olaraq cinsi əlaqədə olmuş və eyni zamanda həmin müddət ərzində ayrı-ayrı vaxtlarda cinsiyyət orqanını Zəhra Mirzəliyevanın arxa keçəcək dəliyinə daxil etməklə seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o,Zərərçəkmiş şəxs qılzı ilə “İnstaqram” sosilkal şəbəkəsində 2023-cü ilin axırlarında tanış olmuşdur. O, özünə məxsus 070 866 44 14 mobil nömrəsi altında istifadə etdiyi telefonla internetdə “gecə.sessiz 099” adlı instaqram səhifəsi açıb istifadə edərkən onu qrupa daxil etmişlər. Orada yazışaraq Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Bir müddət sonra onunla Sumqaylt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, Zəhranın yaşadığı məhllədə görüşmüş və bundan sonra onunla həmin yerdə mütəmadi olaraq görüşmüşlər. Zərərçəkmiş şəxs 15 yaşın içində olduğunu və onun 8-ci sinifdə ozxuduğunu bilmişdir. Lakin onun oxuduğu məktəbə getməmiş, yəni məktəbə gedərkən və ya məktəbdən qayıdarakan onu ötürməmişdir. Zəhraya ondan on yaş böyük olduğunu demişdir. Lakin Zəhra onunla münasibətinə etiraz etməmişdir. 2024-cü ilin iyul ayının əvvəllərində Zəhra ilə onun yaşadığı evin yerləşdiyi məhəllədə görüşüb söhbət etdikləri vaxt atası Şahid2 onları görmüşdür. Zəhra gələn şəxsin onun atası olduğunu dedikdə o, dərhal Zəhradan aralanıb qaçmışdır. Sonradan ona məlum olmuşdur ki, atası Zəhranı danlamış və mobil telefon işlətməsini ona qadağan etmişdir. Ona görə də sonradan Zəhra ilə görüşə bilməmişdir. 17 avqust 2024-cü il tarixdə, axşam çağı Zəhra anasının mobil telefonu ilə ona yazaraq evdən qaçmaq niyyətini bildirmişdir. O, həmin vaxtlar Sumqayıt şəhərinin ərazisinə daxil olan Yaşma bağlarında toyuq fermasında işlədiyi üçün Zəhraya yazmışdır ki, evdən çıxsa Yaşma bağlarına gəlsin. Növbəti gün, yəni 18 avqust 2024-cü il tarixdə, saat 21 radələrində tanımadığı və yadında qalmamış nömrədən Zəhra ona zəng edərək evdən çıxdığını, hazırda Tağıyev qəsəbəsində parkda olduğunu demişdir. O, Zəhraya Yaşma bağlarına gəlməsini, onu 3 nömrəli avtobusun axırıncı dayanacağında gözləyəcəyini demişdir. Təxminən yarım saatdan sonra Zəhra ilə Yaşma bağlarında, sonuncu dayanacaqda görüşmüşlər. Onu yol maşını ilə öz yaşadığı Siyəzən rayonu, Kiçik Həmyə kəndində yerləşən evə gətirmişdir. X2, Zəhranın kimliyi ilə maraqlandıqda o, Zəhranı sevdiyini, onunla evlənmək istədiyini, ona görə də evlərinə gətirdiyini demişdir. Anası Zəhranı özü ilə bir otaqda yatırtmış, növbəti gün Zəhranın kimliyi, yaşadığı ünvanı, valideynləri, neçə yaşının olması və sair məlumatlarla maraqlandıqda Zəhranın 15 yaşında olmasını bilmiş, bu zaman Zəhranı gətirməsinə etirazını bildirmiş və ondan təkidlə tələb etmişdir ki, Zəhranı öz valideynlərinin yanına aparsın. Zəhranı evində saxlamağa və Zəhra ilə evlənməyə anasını razı sala bilmədiyindən 22 avqust 2024-cü il tarixdə, saat təxminən 22 radələrində Zəhra ilə birlikdə anası Kifayətin evindən çıxmışlar. Lakin Zəhra öz evlərinə qayıtmaq istəməmiş, o da Zəhranı öz evinə aparmamışdır. Qobu qəsəbəsində əvvəl olmuş, ona görə də, Hacı Oktay adlı şəxsin evinin həyətində kirayə evlər verdiyini bilmiş, odur ki, Zəhranı da götürüb Abşeron rayonu, Qobu qəsəbəsinə gətirmişdir. Qobu qəsəbəsində Hacı Oktay adlı şəxsin həyətində kirayə vermək üçün tikdirdiyi bir otaqlı həyət evini onun arvadından 170 manata kirayə götürmüşdür. Həmin gün Zəhra ilə bir otaqda yatsalar da, intim münasibətdə olmamışlar. Növbəti gün, yəni 23 avqust 2024-cü il tarixdə gecə vaxtı, saat 23 radələrində kirayədə qaldıqları evdə Zəhra ilə təbii yolla, yəni öz cinsi orqanını Zəhranın qadın sinsi orqanına daxil etməklə və eyni zamanda qeyri təbii yolla, yəni öz cinsi orqanını Zəhranın anus dəliyinə daxil etməklə cinsi əlaqədə olmuşdur. O, Zəhranın öz isytəyi ilə onunla cinsi əlaqədə olmuşdur. Zəhra onunla qeyri təbii yolla cinsi əlaqədə olmağına etiraz etməmişdir. Bundan sonra Hacı Oktayın evində 23 noyabr 2024-cü il tarixədək ər-arvad münasibətində olaraq yaşamışlar. Həmin müddətdə o, Zəhra ilə təbii və qeyri təbii yolla dəfələrlə cinsi əlaqədə olmuşdur. Onlar heç birisi valideynləri ilə əlaqə saxlamamışdırlar. Valideynləri onların harada yaşadıqlarını bilməmişdirlər. Yalnız o, xalası Sədaqətlə telefonda danışmış və Zəhra ilə bir ailə olaraq birlikdə yaşadıqlarından onun məlumatı olmuşdur. Sonradan Sədaqət, Zəhranın anası Rəhilə ilə əlaqə saxlayıb onların birlikdə yaşadıqlarını bildirmişdir. 23 noyabr 2024-cü il tarixdə Əflanla kirayə qaldıqları evi təhvil verib anasının yaşadığı ünvana, Siyəzən rayonu, Kiçik Həmyə kəndinə getmişdirlər. Həmyə kəndində yaşayarkan polis əməkdaşları anası Kifayətin evinə gəlmiş və Zəhra ilə onu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 2-ci polis bölməsinə gətirmişdirlər. Orada sənədləşmə aparıldıqdan sonra Zəhranı öz valideynlərinə təhvil vermişlər. Zəhra hazırda valideynlərinin yanında yaşayır. O, isə anasının yanında yaşayır, lakin arabir Zəhranın yaşadığı ünvana gedib onunla görüşürdü. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən onun barəsində azadlıqdan məhrum etmə cəzasının verilməməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə istifadə etdiyi 051 243 30 39 nömrəli anasına məxsus “Have” markalı mobil telefondan istifadə etməklə 2023-cü ilin axırlarında internet şəbəkəsində açdığı “Ziko Zara” adlı “İnstaqram” səhifəsində 2024-cü ilin yanvar ayında tanış olmuşdur. Belə ki, həmin vaxtlar anası evdə olarkan onun mobil telefonundan istifadə etmişdir. “İnstaqram” səhifəsində Əflan ona yazaraq tanış olmaq istədsiyini bildirmiş, o da Əflanın tanışlığını qəbul etmişdir. Bir müddət sosial şəbəkə üzərindən yazışaraq bir-birləri ilə əlaqə saxlamışlar. Sosial şəbəkə üzərindən bir-birlərini sevdiklərini bildirmişlər. Sonradan Əflanın Sumqayıt şəhərinin Yaşma bağlarında toyuq fermasında işlədiyi məlum olmuşdur. Yaşadığı H.Z.Tağıyev qəsəbəsinə yaxın olduğu üçün Əflan mütəmadi olaraq onun yaşadığı məhəlləyə gələrək görüşmüşlər. İlk dəfə Əflanla 2024-cü ilin fevral ayında görüşmüşlər. 2024-cü ilin iyul ayının əvvəllərində Əflanla məhəllədə görüşüb söhbət etdikləri vaxt atası Şahid2 onları görmüş, odur ki, bundan sonra atası və qardaşı Xanbala evdə onu danlamış və mobil telefondan istifadəsinə qadağa qoymuşlar. Bundan sonra anası öz mobil telefonunu ona verməmişdir. Bundan sonra o, Əflanla görüşə bilmədiyi və onunla əlaqə saxlaya bilmədiyi üçün evdən qaçmağı qərara almışdır. Anasına məxsus mobil telefonu ondan xəbərsiz götürərək Əflana zəng edib, evdən qaçmaq istədiyini ona bildirmişdir. Əflan ona yazmışdır ki, evdən çıxıb Yaşma bağları ərazisinə gəlsin. Odur ki, 18 avqust 2024-cü il tarixdə, saat 20 radələrində ailə üzvlərinin evdə olmadığı vaxt evdən çıxmış və H.Z.Tağıyev qəsəbəsindəki parka getmişdir. Orada bir nəfər tanımadığı yaşlı kişinin mobil telefonundan istifadə edərək Əflana zəng etmiş və evdən çıxdığını demişdir. Əflan ona Yaşma qəsəbəsinə gəlməsini tapşırmışdır. Odur ki, o, 3 saylı avtobusa əyləşib Yaşma bağlarına getmişdir. Orada onu Əflan qarşılamış və yol maşını ilə onun yaşadığı Siyəzən rayonu, Kiçik Həmyə kəndindəki evinə getmişlər. Əflan anasına onunla evlənmək istədiyini demişdir. Əflanın anası Kifayət onun yaşını soruşduqdan sonra azyaşlı olduğuna görə onların evlənməsinə icazə verməmişdir. Əflanın anası onu özü ilə birlikdə bir otaqda yatırtmışdır. Kifayət Əflana demişdir ki, onu öz valideynlərimin yaşadığı ünvana aparsın. 22 avqust 2024-cü il tarixdə, saat təxminən 22 radələrində Əflanla birlikdə onun anasının evindən çıxmışdırlar. Lakin o, öz evlərinə qayıtmaq istəməmişdir. Odur ki, Əflan onu Abşeron rayonu, Qobu qəsəbəsinə gətirmiş, Qobu qəsəbəsində Hacı Oktay adlı şəxsin həyətində kirayə vermək üçünolan bir otaqlı həyət evində qalmışdırlar. Həmin gün Əflanla bir otaqda yatsalar da, intim münasibətdə olmamışdırlar. Növbəti gün, gecə vaxtı, saat 23 radələrində kirayədə qaldıqları evdə Əflan onunla təbii yolla, yəni onun qadın cinsi orqanına öz kişi cinsi orqanını daxil etməklə və eyni zamanda qeyri təbii yolla, yəni onun anus dəliyinə öz kişi cinsi orqanını daxil etməklə cinsi əlaqədə olmuşdur. Əflan onunla öz isytəyi ilə cinsi əlaqədə olmuşdur. Əflanın onunla qeyri təbii yolla cinsi əlaqədə olmasına etiraz etməmişdir. Bundan sonra Hacı Oktayın evində 23 noyabr 2024-cü il tarixədək ərarvad münasibətində olaraq yaşamışdırlar. Həmin evdə yaşadıqları müddətdə Əflan onunla təbii və qeyri təbii yolla dəfələrlə cinsi əlaqədə olmuşdur. Onlar heç birisi valideynləri ilə əlaqə saxlamamışlar. Valideynləri onların harada yaşadıqlarını bilməmişlər. Yalnız Əflanın xalası Sədaqət Əflanla arabir telefonda danışmış və Əflanın onunla bir ailə olaraq birlikdə yaşadıqlarından məlumatlı olmuşdur. Sonradan Sədaqət onun anası Rəhilə ilə əlaqə saxlayıb onun Əflanla birlikdə yaşadıqlarını ona bildirmişdir. 23 noyabr 2024-cü il tarixdə Əflanla kirayə qaldıqları evi təhvil verib Əflanın anasının yaşadığı ünvana, Siyəzən rayonu, Kiçik Həmyə kəndinə getmişdirlər. Həmyə kəındində yaşayarkan polis əməkdaşları gəlmiş və Əflanla onu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 2ci polis bölməsinə aparmışdırlar. Orada sənədləşmə aparıldıqdan sonra onu öz valideynlərinə təhvil vermişlər. O, hazırda valideynlərinin yanında yaşayır. Əflan da anasının yanında yaşayır, lakin arabir onun yaşadığı ünvana gəlib görüşürlər. O, “İnstaqram” səhifəsində Əflanla tanış olarkan ona 14 yaşının olduğunu demişdir. Əflan da ona 24 yaşı olduğunu bildirmişdir. Əflanla tanış olarkan o, məktəbdə 8-ci sinifdə oxumuşdur. Birlikdə yaşadıqları zaman Əflan ona ad günündə, yəni xx.xx.2024-cü il tarixdə on beş yaşı tamam olarkan bir ədəd bjuteriya hədiyyə etmiş və tort almışdır. Əflanla onun bir-birlərini sevdiklərindən əvvəlcədən oxuduğu məktəb müəllimlərimin məlumatı olmamışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Hazırda hamilədir. Təqsirləndirilən şəxslə evlənəcəkdir. Təqsirləndirilən şəxs barəsində şərti cəza verilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X3 onun doğma qızıdır. Qızı Zəhra Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 6 saylı tam orta məktəbin 9-cu sinfində təhsil alır. Həyat yoldaşı və o işlədiyi üçün, onlar gündüzlər evdə olmamışdırlar. 2023-cü ildən etibarən onun mobil telefonunu qızı Zəhra axşamlar evdə olarkan götürüb internetdən istifadə etmişdir. O da Zəhranın internet şəbəkəsindən istifadəsində mənfi heç bir şey görmədiyi üçün ona məxsus mobil telefondan istifadəsinə etiraz etməmişdir. 2024-cü ilin iyul ayının axırlarında axşam vaxtı həyat yoldaşı Rövşən evə gəlib qızı Zəhranın məhəllədə tanımadlğı oğlanla söhbət etdiyini gördüyünü demiş və əsəbləşərək Zəhradan telefonu almağı və ona nəzarət etməyi ona tapşırmışdır. Zəhra evə gəldikdən sonra həyat yoldaşı Rövşən və o, Zəhranı danlamış, telefonu ondan alıb yerə çırpmış və telefon sınmışdır. Bundan sonra Zəhraya mobil telefon işlətməyi qadağan etmiş və ona nəzarəti gücləndirmişdir. Buna baxmayaraq Zəhra 18 avqust 2024-cü il tarixdə, saat 20 radələrində o və ailə üzvləri evdə olmadığı vaxt evdən çıxıb getmişdir. Axşam işdən gəldikdə Zəhranın evdə olmadığını görmüşdür. Zəhranın qonşuların və qohumların eviinə gedib-getməməsini araşdırmış, məlum olmuşdur ki, Zəhra qohum və qonşuların evinə getməmişdir. Həyat yoldaşı Rövşənə zəng edib Zəhranın evdə olmadlığını və onu tapa bilmədiyini söyləmişdir. Axşam vaxtı H.Z.Tağıyev qəsəbəsini gəzmiş, dəniz sahilinə getmiş, lakin Zəhranı tapa bilməmişdir. Sabahı gün Zəhra evə qayıtmadığına görə o, H.Z.Tağıyev qəsəbəsində yerləşən 2-ci polis bölməsinə gedib qızının itkin düşdüyü barədə şikayət etmişdir. Axşam vaxtı evdə olarkan mobil telefonuna baxdıqda ona iki tanımadığı nömrədən boş mesaj gəldiyini görmüşdür. Həmin nömrələrə zəng edib danışanın Musa olduğunu soruşmuşdur. Çünki Zəhra onu sevən oğlanın adının Musa olduğunu əvvəlcədən demişdir. Cavab verən şəxs bəli söyləmişdir. Həmin şəxsdən Zəhranın onunla olub-olmadığı barədə soruşmuş, həmin şəxs əvvəlcə Zəhranın onunla birlikdə olduğunu etiraf etməsə də, o, bununla əlaqədar polisə şikayət etdiyini dedikdə, həmin şəxs Zəhranın onun yanında olduğunu etiraf etmişdir. Həmin şəxsdən tələb etmişdir ki, Zəhranı öz evinə gətirsin. Həmin şəxs Zəhranı gətirəcəyinə söz versə də, gətirməmiş, o da növbəti gün polisə gedib mobil nömrələri polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşları araşdırıb ona məlumat vermişlər ki, həmin nömrələr Musaya yox, Təqsirləndirilən şəxs məxsusdur. Uzun müddət Zəhra və Əflanla əlaqə saxlaya bilmədiyi üçün polisdən Əflanın ünvanını alıb təxminən iki aydan sonra, 2024-cü ilin oktyabr ayında bacısı Leyla ilə birlikldə Əflanın anasının yaşadığı Siyəzən rayonu, Kiçik Həmyə kəndinə getmişdirlər. Əflanın anasından və həmin vaxt orada olan xalası Sədaqətdən Zəhra və Əflanın yerini bilib-bilmədikləri barədə soruşduqda onlar da Əflan və Zəhranın yerini bilmədiklərini söyləmişlər. Oradan qayıtdıqdan bir neçə gün sonra Əflanın xalası Sədaqət onun telefonuna səsli mesaj göndərib Əflanın və Zəhranın birlikdə olmalarını, hər ikisinin sağ və salamat olduqlarını bildirmişdir. xx.xx.2024-cü il tarixdə, axşam vaxtı polis əməkdaşı ona zəng edərək polis bölməsinə çağırmışlar. O, polis bölməsinə getmiş və məlum olmuşdur ki, qızı Zəhra və qızı ilə birlikdə yaşayan Əflanı polis bölməsinə gətirmişlər. Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsində onun iştirakı ilə qızı Zəhradan polis əməkdaşı tərəfindən izahat alınarkan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs, 16 yaşına çatmayan qızı Zərərçəkmiş şəxs ilə təbii və qeyri təbii yolla dəfələrlə cinsi əlaqədə olmuşdur. Orada Zəhradan izahat aldıqdan sonra ona təhvil vermişlər. O da Zəhranı öz evinə aparmışdır. Hazırda qızı Zəhra onun evində ailələri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun evində yaşamır, lakin arabir qonaq gəlib Zəhraya baş çəkir. Əflanın özü ilə və anası ilə Zəhranın 18 yaşı tamam olandan sonra Əflanla evlənmələrinə icazə vermələri barədə razılaşmışdırlar. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X3 onun doğma qızıdır. Zəhra Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 6 saylı tam orta məktəbin 9-cu sinfində təhsil alır. Həyat yoldaşı və o, işlədikləri üçün gündüzlər evdə olmurlar. Qızı Zəhranın Təqsirləndirilən şəxs ilə bir-birlərini sevdiklərindən əvvəlcədən məlumatı olmamışdır. Zəhranın evdən getdiyi gün o, Abşeron rayonu, Masazır kəndinin ərazisində yerləşən metal əritmə sexində işdə olmuşdur. 18 avqust 2024-cü il tarixdə, saat 22 radələrində həyat yoldaşı Rəhilə ona zəng edib demişdir ki, Zəhra evdə yoxdur, evdən çıxıb getmişdir. O, həmin vaxt sutkalıq müddətində, yəni 24 saat müddətində işdə olduğunda işdən çıxa bilməmişdir. Həyat yoldaşı Rəhiləyə dedmişdir ki, Zəhranı axtarıb tapsın və ona desin. Bundan sonra bir neçə dəfə Rəhiləyə zəng etmiş və Zəhranı tapıbtapmadığını soruşmuşdur, lakin Rəhilə Zəhranı tapa bilməmişdir. Növbəti gün səhər saat 08 radələrində işdən çıxıb evə gəlmiş, özü də Zəhranı H.Z.Tağıyev qəsəbəsində axtarmış, lakin Zəhranı tapa bilməmişdir. Həyat yoldaşı Rəhilənin polisə şikayəti əsasında Zəhra polis əməkdaşları tərəfindn axtarılmış və xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən qızı Zəhranın yeri müəyyən olunmuş həmin gün, axşam vaxtı yoldaşı Rəhlə Sumqayıt şəhər polis polis idarəsinin 2-ci polis bölməsinə çağırılmışdır. Polis bölməsinə getdikdn sonra Rəhiləyə məlum olmuşdur ki, Zəhra, Əflan adlı şəxslə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində kirayə ev tutaraq birlikdə yaşamışlar. Polis bölməsində qızı Zəhradan izahat alındıqdan sonra onu həyat yoldaşı Rəhiləyə təhvil vermişlər və Rəhilə Zəhranı öz evlərinə gətirmişdir. Hazırda qızı Zəhra onun ailəsində yaşayır. Təqsirləndirilən şəxs onun evində yaşamır, lakin arabir qonaq gəlir. Əflanın özü ilə və anası ilə razılaşmışdırlar ki, Zəhranın 18 yaşı tamam olandan sonra onların evlənməsinə icazə versinlər. O, Zəhranı hər hansı oğlanla söhbət edərkən və ya görüşərkən görməmişdir. Qızı Zəhranın Təqsirləndirilən şəxslə bir-birlərini sevdiklərini əvvəlcədən bilməmişdir. Lakin Zəhra mobil telefondan çox istifadə etdiyinə görə telefonu onun əlindən alıb yerə çırparaq sındırmış və mobil telefondan istifadəsinə qadağa qoymuşdur. Polis bölməsində araşrdırma aparılarkan qızı Zəhra məhkəmə tibbi ekspertizadan keçirildikdən sonra Təqsirləndirilən şəxs onun 16 yaşına çatmayan qızı Zəhra Mirzəliyeva ilə təbii və qeyri təbii yolla dəfələrlə cinsi əlaqədə olması ona məlum olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmiş, Zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanımaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X6 zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Bakı şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 547 nömrəli ekspert rəyindən görünür ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir:

1. Zərərçəkmiş şəxs bədən səthi üzərində, eləcə də arxa keçəcək nahiyəsində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi.

2. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftə artıqdır.

3. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək dəliyi nahiyəsində xəsarət və xəsarət izi aşkar olunmadıqda cinsi əlaqənin müddəti haqqında fikir söyləmək mümkün deyildir. DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, “Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Bakı şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 547 nömrəli ekspertiza rəyi və sair istintaq sənədləri sübut növü kimi qəbul edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-748/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-748/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və cinayət işi üzrə icraat təzələnmişdir. № İ-11410 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. № İ-51895 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, X10 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. № İ-11407 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, X10 “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi 7 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs həqiqətən Sumqayıt şəhər 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində ginekoloji kabinetdə hamilə kimi qeydiyyatdadır. Hazırda hamilə kimi qeydiyyatdadır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə cinayət məsuliyyətini müəyyən edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olmasını, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmasını, təqsirləndirilən şəxs qardaşı X7 Vətən müharibəsi iştirakçısı olmasını, “Vətən müharibəsi iştirakçısı” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, eyni zamanda zərərçəkmiş şəxsin hamilə olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı, ev dustaqlığında saxlanıldığı və digər müddətlər daxil edilir. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cəzasının yüngülləşdirən halları, hazırki ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, o, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən, ailəsi və yaxınlarından, habelə uyğunlaşdığı mühitdən ayrılmadan da islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə bilər. Bu səbəbdən də Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza şərti hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur və bu müddətin həddi altı aydan beş ilədəkdir. Qeyd olunan Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Bundan başqa Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəsini alanadək onun haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Siyəzən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 03 saata görə 18 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 15 saata görə 165 manat olmaqla, cəmi 183 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Siyəzən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 03 saata görə 18 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 15 saata görə 165 manat olmaqla, cəmi 183 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar