Məhkəmə qərarları › İş №1(012)-75/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-75/2022

21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-75/2022 21.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X5 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxx 1994-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Abşeron rayon məhkəməsinin 28 iyul 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, işləməyən, Abşeron rayonu Masazır kəndi N.Əsədov küçəsi ev 58-də qeydiyyatda olan və yaşayan, barəsində həbsetmənin əvvəli 01 mart 2016-cı il tarixdən hesablanmaqla 01 oktyabr 2016-cı il tarixədək həbs qətimkan tədbiri seçilmiş, 01 oktyabr 2016-cı il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, barəsində həbsetmənin əvvəli 19 sentyabr 2019-cu il tarixdən hesablanmaqla 17 fevral 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 7(103)348/2022 saylı qərarı ilə Abşeron Rayon Məhkəməsinin 28 iyul 2021 -ci il tarixli, 1(012)-423/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasından “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4, 9.2.2 və 9.3-cü bəndləri tətbiq edilərək azad edilmiş və məhkəmə iclas zalından dərhal azad olunmuş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə, 10 may 1996-cı ildə Abşeron rayonunda kəndində anadan olmuş, azərbaycanlı, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Masazır kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbsetmənin əvvəli 01 mart 2016-cı il tarixdən hesablanmaqla 01 oktyabr 2016-cı il tarixədək həbs qətimkan tədbiri seçilmiş, 01 oktyabr 2016-cı il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə, 10 oktyabr 1995-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Masazır kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə, 27 avqust 1999-cu il tarixdə Rusiya Federasiyası, Yaroslov vilayəti, Nekrasov rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Neftçala rayonu V.Ağayev küçəsi ev 39-da qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2021-ci il tarixdən həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilətəqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Abşeron rayonu Masazır kəndində yerləşən Laçın rayonu Çıraqlı kənd tam orta məktəbin plasmas pəncərəsini dəmir parçası ilə açmaqla qanunsuz içəri daxil olub, daha sonra məktəbin direktoru Zərərçəkmiş şəxs3 otağının qapısını sındırmaqla otağa girib, otaqdakı saxlanc yeri olan seyfindən 700 (yeddi yüz) manat pulu ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Abşeron rayonu Masazır kəndində yerləşən Masazır kənd 2 saylı tam orta məktəbin plasmas pəncərəsini dəmir parçası ilə açmaqla qanunsuz içəri daxil olub, daha sonra məktəbin direktorun otağının qapısını sındırmaqla həmin otağa girib, stolun üstündə olan 150 manat dəyərində bir ədəd “Toshiba” markalı, “Satellite C50-A528” modelli noutbuk kompyuteri ələ keçirib, zərərçəkmiş Masazır kənd 2 saylı orta məktəbə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Sumqayıt şəhəri ”Tuq zavod” qəsəbəsində yerləşən 42 saylı tam orta məktəbin pəncərəsini vintaçanla açaraq qanunsuz içəri daxil olub, oradan məktəbin akt zalındakı masanın üzərindən 700 manat dəyərində olan bir ədəd ”Toshiba” markalı notbuk kompyuteri ələ keçirib, zərərçəkmiş Sumqayıt şəhər 42 saylı tam orta məktəbinə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Abşeron rayonu Masazır kəndində yerləşən Ə.Vahid adına 1 saylı tam orta məktəbin 1-ci mərtəbəsinin plasmas pəncərəsini açmaqla qanunsuz içəri daxil olub, daha sonra məktəbin direktorun qəbul otağının qapısını sındırmaqla otağa girib, otaqda stolun üstündə olan 1095 manat dəyərində bir ədəd “Nexus” markalı noutbuk kompyuteri ələ keçirib, zərərçəkmiş Ə.Vahid adına 1 saylı tam orta məktəbinə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən Xırdalan şəhər 2 saylı tam orta məktəbin plasmas pəncərəsini özündə olan vint açanla açmaqla qanunsuz içəri daxil olub, daha sonra məktəbin direktoru Zərərçəkmiş şəxs1 otağının qapısını sındırmaqla otağa girib, otaqda stolun siyirməsində pul qabıda olan Zərərçəkmiş şəxs1 məxsus 2500 manat pulu və 130 manat dəyərində bir ədəd “Samsung duas” markalı, SM-G355/DS modelli, **********55083 və **********55080 imeyi kodlu mobil telefonu üstündəki 5 manat dəyərində sim nömrə kartı ilə birlikdə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2635 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən Xırdalan 1 saylı tam orta məktəbin plasmas pəncərəsini özündə olan vint açanla açaraq qanunsuz içəri daxil olub, daha sonra məktəbin direktoru X4 otağının qapısını sındırmaqla otağa girib oradan Kəmalə Yusifovaya məxsus 580 manat pulunu və 1300 manat dəyərində görüntü kamerasını ələ keçirib, zərərçəkmiş Kəmalə Yusifovaya ümumilikdə 1880 manat mələğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,843 qram, tiryəkdən kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxil olan narkotik vasitə heroini və bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 9,022 qram və bir ədəd qırmızı rəngli dəmir qutunun içərisində 06 ədəd şəffaf rəngli sellofan bükümlərdə, hər birinin çəkisi ayrı-ayrılıqda 0,993 qram, 0,835 qram, 0992 qram, 0,996 qram, 0,999 qram və 0,944 qram, ümumi təmiz çəkisi 14,781 qram, xaş-xaş bitkisindən kustar üsulla hazıralnmış, tünd qəhvəyi rəngli narkotik vasitə tiryəki 19 sentyabr 2019-cu il tarixdə, saat 04 radələrində Abşeron rayonu Masazır qəsəbəsində tanışı Təqsirləndirilən şəxs1 üzərində saxlamaq üçün alaraq əynindəki qara rəngli parça materialından olan pencəyin sağ döş cibində saxlamış, həmin tarixdə saat 05:20-də Abşeron rayonu Masazır kəndində olarkən həmin ərazidə xidmət aparan Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon Pİ-nə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli parça materialından olan pencəyin sağ döş cibində bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,843 qram narkotik vasitə heroin və 07 ədəd bükümlərdə ümumi təmiz çəkisi 14,781 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Abşeron rayonu Masazır kəndində yerləşən Laçın rayonu Çıraqlı kənd tam orta məktəbin plasmas pəncərəsini dəmir parçası ilə açmaqla qanunsuz içəri daxil olub, daha sonra məktəbin direktoru Zərərçəkmiş şəxs3 otağının qapısını sındırmaqla otağa girib otaqdakı saxlanc yeri olan seyfindən 700 (yeddi yüz) manat pulu ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Abşeron rayonu Masazır kəndində yerləşən Masazır kənd 2 saylı tam orta məktəbin plasmas pəncərəsini dəmir parçası ilə açmaqla qanunsuz içəri daxil olub, daha sonra məktəbin direktorun otağının qapısını sındırmaqla həmin otağa girib stolun üstündə olan 150 manat dəyərində bir ədəd “Toshiba” markalı, “Satellite C50-A528” modelli noutbuk kompyuteri ələ keçirib, zərərçəkmiş Masazır kənd 2 saylı orta məktəbə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Sumqayıt şəhəri ”Tuq zavod” qəsəbəsində yerləşən 42 saylı tam orta məktəbin pəncərəsini vintaçanla açaraq qanunsuz içəri daxil olub, oradan məktəbin akt zalındakı masanın üzərindən 700 manat dəyərində olan bir ədəd ”Toshiba” markalı notbuk kompyuteri ələ keçirib, zərərçəkmiş Sumqayıt şəhər 42 saylı tam orta məktəbinə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Abşeron rayonu Masazır kəndində yerləşən Ə.Vahid adına 1 saylı tam orta məktəbin 1-ci mərtəbəsinin plasmas pəncərəsini açmaqla qanunsuz içəri daxil olub, daha sonra məktəbin direktorun qəbul otağının qapısını sındırmaqla otağa girib, otaqda stolun üstündə olan 1095 manat dəyərində bir ədəd “Nexus” markalı noutbuk kompyuteri ələ keçirib, zərərçəkmiş Ə.Vahid adına 1 saylı tam orta məktəbinə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən Xırdalan şəhər 2 saylı tam orta məktəbin plasmas pəncərəsini Təqsirləndirilən şəxs2 özündə olan vint açanla açaraq qanunsuz içəri daxil olub, daha sonra məktəbin direktoru Zərərçəkmiş şəxs1 otağının qapısını sındırmaqla otağa girib, otaqda stolun siyirməsində pul qabıda olan Zərərçəkmiş şəxs1 məxsus 2500 manat pulu və 130 manat dəyərində bir ədəd “Samsung duas” markalı, SM-G355/DS modelli, **********55083 və **********55080 imeyi kodlu mobil telefonu üstündəki 5 manat dəyərində sim nömrə kartı ilə birlikdə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2635 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən Xırdalan 1 saylı tam orta məktəbin plasmas pəncərəsini Təqsirləndirilən şəxs2 özündə olan vint açanla açaraq qanunsuz içəri daxil olub, daha sonra məktəbin direktoru X4 otağının qapısını sındırmaqla otağa girib oradan Kəmalə Yusifovaya məxsus 580 manat pulunu və 1300 manat dəyərində görüntü kamerasını ələ keçirib, zərərçəkmiş Kəmalə Yusifovaya ümumilikdə 1880 manat mələğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Abşeron rayonu Masazır kəndində yerləşən Masazır kənd 2 saylı tam orta məktəbin plasmas pəncərəsini Təqsirləndirilən şəxs2 özündə olan vint açanla açaraq qanunsuz içəri daxil olub, daha sonra məktəbin direktorun otağının qapısını sındırmaqla həmin otağa girib stolun üstündə olan 150 manat dəyərində bir ədəd “Toshiba” markalı, “Satellite C50-A528” modelli noutbuk kompyuteri ələ keçirib, zərərçəkmiş Masazır kənd 2 saylı orta məktəbinə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan şəxsdən, satış məqsədi ilə 01 ədəd sellofan bükümün içərisində təmiz çəkisi 0,843 qram, tiryəkdən kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə heroini və bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 9,022 qram və bir ədəd qırmızı rəngli dəmir qutunun içərisində 06 ədəd şəffaf rəngli sellofan bükümlərdə, hər birinin çəkisi ayrı-ayrılıqda 0,993 qram, 0,835 qram, 0992 qram, 0,996 qram, 0,999 qram və 0,944 qram, ümumi təmiz çəkisi 14,781 qram, xaş-xaş bitkisindən kustar üsulla hazıralnmış, tünd qəhvəyi rəngli narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 19 sentyabr 2019-cu il tarixdə, saat 04 radələrində Abşeron rayonu Masazır kəndində həmin narkotik vasitələri saxlaması üçün tanışı Təqsirləndirilən şəxs2 vermiş, həmin tarixdə saat 05:20-də Təqsirləndirilən şəxs2 Abşeron rayonu Masazır kəndində Abşeron rayon Pİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-yə gətirilmiş və saat 06:20-də Təqsirləndirilən şəxs2 şəxsi axtarışı zamanı əynində olan qara rəngli pencəyin sağ döş cibindən 01 ədəd sellofan bükümün içərisində, təmiz çəkisi 0,843 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 07 ədəd bükümlərdə, ümumi təmiz çəkisi 14,781 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 06 yanvar 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri Yasamal rayonu M.Şərifzadə küçəsində yerləşən “Asan xidmət” mərkəzinin qarşısında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ sellofan bükümdə, ümumi təmiz çəkisi 1,446 qram kustar üsulla hazırlanmış açıq-qəhvəyi rəngli, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə heroini 60 manat müqabilində qanunsuz olaraq əldə edib və Abşeron rayonu Masazır kəndinə daşıyaraq üzərində saxlamış, həmin gün saat 18:50 radələrində Abşeron rayonu Masazır kəndində yeləşən “Şok” market adlanan mağazanın qarşısında Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib, şəxsi axtarışı keçirilən zaman həmin narkotik vasitə olan təmiz çəkisi 1,446 qram heroin əynindəki tünd yaşıl rəngli gödəkçəsinin sağ cibində aşkar edilərək götürülmüşdür.Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Əkbər və Namiq adlı şəxslərlə 2015-ci ilin yay aylarında Masazır qəsəbəsində olan Dostlar kafesində tanış olmuşdur.Onlar da onun kimi heç yerdə işləmirmişlər və maddi vəziyyətləri yaxşı deyilmiş. 2016-cı ilin fevral ayının əvvəllərində Namiq və Əkbər ilə söhbət zamanı demişdir ki, gəlin oğruluq edək. Biz qərara gəlmişlər ki, orta məktəblərdən oğurluq etsinlər. Ona görə 14 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə Abşeron rayonu Masazır kəndində yerləşən Laçın rayonu Çıraqlı kənd tam orta məktəbin yaxınlığına gəlmişlər, ətrafda heç kim olmamışdır.O, yerdən tapdığı dəmir parçası ilə məktəbin binasının plasmas pəncərəsini açmaqla iki nəfər də içəri girmişlər. Ondan sonra direktorun otağın qapısını da həmin dəmir parçası ilə açaraq otağa girib və otaqda olan bir seyfin qapısını dəmir parçası ilə sındırmışlar, lakin pul olmamış, digər seyfin qapısını isə otaqda tapdığı açarla açmış və seyfdə olan 700 manat pulu götürüb oradan çıxıb uzaqlaşmışlar. Götürdükləri pulu da Əkbər ilə bölərək, 200 manat Əkbərə vermiş, 500 manat isə özünə götürmüşdür. Həmin pulu da özünə yeyib-içməyinə xərcləmişdir. Bundan başqa 21 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə Abşeron rayonu Masazır kəndində görüşərək razılaşmışlar ki, birlikdə gedib Abşeron rayonu Masazır kəndində yerləşən Masazır kənd 2 saylı tam orta məktəbdən oğurluq etsinlər. Ona görə birlikdə həmin məktəbin yaxınlığına gəlmişlər və ətrafda heç kimin olmadığını görüb, yerdən tapdığı dəmir parçası ilə məktəbin plasmas pəncərəsini açıb, oradan içəri girmişlər. Sonra məktəbin direktorun otağının qapısını həmin dəmir parçası ilə sındırmaqla həmin otağa girmişlər, otağı axtarmışlar pul olmadığı üçün stolun üstündə olan bir ədəd “Toshiba” markalı noutbuk kompyuteri götürüb və Əkbər ilə Namiqə də demişdir ki, kompyuteri satıb pulunu bölərlər. Ondan sonra oradan uzaqlaşıb evlərinə getmişlər. Səhəri günü həmin kompyuteri Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən mağazada Pərviz adlı şəxsə 50 manata satmış, lakin həmin ərəfədə pula ehtiyyacı oğlduğu üçün Əkbər və Namiqə pul verə bilməmiş, həmin pulu xərcləmişdir. Kompyuteri alan Pərviz adlı şəxs də kompyuterin oğurluq olduğunu bilməmişdir. Bundan başqa 26 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə Masazır kəndində görüşüb razılaşmışlar ki, Abşeron rayonu Masazır kəndində yerləşən Ə.Vahid adına 1 saylı tam orta məktəbdən oğurluq etsinlər.Ona görə həmin məktəbin yaxınlığına gələrək, ətrafda heç kimin olmadığını görüb məktəbin binasının plasmas pəncərəsini yerdən tapdığı dəmir parçası ilə açaraq içəri daxil olmuşlar, daha sonra məktəbin direktorun qəbul otağının qapısını sındırmaqla otağa girmişlər və otağı axtarıb pul olmadığı üçün stolun üstündə olan bir ədəd “Nexus” markalı noutbuk kompyuteri götürüb oradan çıxıb getmişlər. Əkbər ilə də razılaşmışdır ki, kompyuteri satıb pulunu bölərlər. Həmin günün səhərisi kompyuteri 20 yanvar dairəsində tanımadığı şəxsə 100 manata satmış və pulundan 50 manat da Əkbərə vermişdir. Həmin kompyuteri alan şəxs onun oğurluq olduğunu bilməmişdir. Bundan başqa 27 fevral 2016-cı il tarixdə, saat 01 radələrində Əkbər ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsində görüşüb razılaşmışlar ki, Xırdalan şəhərində məktəblərin birindən oğurluq etsinlər. O, Əkbər ilə birlikdə idarə etdiyi VAZ-2107 markalı, ** BZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Xırdalan şəhəri 2 saylı orta məktəbin yaxınlığına gəlmişlər, avtomobili məktəbin yaxınlığında saxlamış, özləri avtomobildən düşüb məktəbin yan tərəfindən plasmas pəncərəni özü ilə götürdüyü vint açanla açıb içəri girmişlər. Məktəbin birinci mərtəbəsində direktorun otağının qapısını təpiklə vurub açıb həmin otağa girmişlər və otağı axtarmağa başlamışlar. Otaqda dolabda bir qadın pul kisəsi olmuş, həmin pul kisəsinin içərisində olan pulları götürmüş, həmin pulları saymış 2500 manat olmuşdur. Sonra otaqda stolun üstündə olan ağ rəngli “Samsunq duas” markalı telefonu da götürüb və məktəbin içərisindən çıxıb avtomobilə oturub oradan uzaqlaşmışlar.2500 manat puldan 2000 manat pulu və mobil telefonu özünə götürmüş, 500 manat pulu isə Əkbərə vermişdir.Ondan sonra bir-birindən ayrılmışlar. Səhərisi günü həmin telefonun üstündə olan nömrə kartını atmış, telefonu isə öz şəxsiyyət vəsiqəsinin sürətini təqdim etməklə Masazır qəsəbəsində Şahid5 adlı şəxsə 70 manata sataraq 50 manat almış, 20 manat isə Fərhad borclu qalmışdır.Fərhad həmin telefonun oğurluq olduğunu bilməmişdir. Bundan başqa 29 fevral 2016-cı il tarixdə, gecə saat 01 radələrində Əkbər ilə görüşüb qərara gəlmişlər ki, Xırdalan şəhərində 1 saylı orta məktəbdən oğurluq etsinlər.Ona görə idarə edtiyi avtomobillə Xırdalan şəhəri 1 saylı orta məktəbin yaxınlığına gəlmişlər, avtomobili məktəbin yaxınlığında saxlayıb, özü ilə avtomobildən düşüb məktəbin yan tərəfindən plasmas pəncərəni özü ilə götürdüyü vint açanla açıb içəri girmişlər. Məktəbin birinci mərtəbəsində direktorun otağının qapısını təpiklə vurub açmış və həmin otağa girib otağı axtarmağa başlamışlar.Otaqda divarda olan seyfin qapısını sındırıb içərisində olan 580 manat pulu götürmüş, məktəbdə quraşdırılmış kameranın cihazı direktorun otağında olmuş və onlar qərara gəlmişlər ki, kameranın yaddaşını da götürsünlər ki, onları tapa bilməsinlər.Əkbər kameranın yaddaş qurğusunu sındırıb içərisində olan yaddaş cihazını götürmüş və məktəbdən çıxıb avtomobilə oturub oradan uzaqlaşmışlar.Həmin yaddaş cihazınını yolda xatırlamadığı yerdə atmışlar. 580 manat puldan da 380 manatını özünə götürmüş, 200 manat Əkbərə vermişdir.Pulları da kafe və barlarda xərcləmişdir. Bundan başqa, xx.xx.2016-cı il tarixdə, saat 21:00 radələrində yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs3 mobil telefonuna zəng vurub, Masazır qəsəbəsindəki “Dostlar” adlı çay evində görüşüb çay içmişlər. Əkbər ona demişdir ki, gedək Sumqayıt şəhərindəki Tuq zavod qəsəbəsi ərazisindəki 42 saylı orta məktəbə girək, həmin məktəbdə pul və ya digər qiymətli əşyalar varsa oğurlayaq. O, da Əkbərlə razılaşmış və onlar tanımadıqları taksi avtomobilinə əyləşib Sumqayıt şəhəri, Tuq zavod qəsəbəsinə gəlmişlər. Əvvəlcə məktəbin ətrafını gəzib orada heç kəsin olmadığı məlum olmuşdur. Həmin vaxtı o, Əkbər ilə məktəbin daş hasarından məktəbin həyətinə tullanmışlar, və məktəbin sol tərəfində yaşayış binaları olduğundan, məktəbin sağ tərəfinə keçib otaqların birinin pəncərəsini Əkbərdən aldığı vint açanla açıb içəri girmişlər. Həmin vaxtı saat 01:00 radələri olarmış. Onlar məktəbin bir neçə otağının qapısının şüşəsini sındırmışlar ki, əlini həmin yerdən salıb qapını açsınlar. Lakin həmin otaqlarda elə qiymətli əşyalar olmadığndan onlar heç nə oğurlaya bilməmişlər. Məktəbin bəzi otaqlarını isə təpiklə vurub açmaq istəmiş, ona görə də həmin otaqların qapılarının kilid yerləri sınmışdır. Daha sonra onlar məktəbin akt zalın yaxınlaşmışlar və o, akt zalının qapısının bağlı olduğunu görüb təpiklə qapıya vurmuş və qapının kilid hissəsi sınaraq açılmışdır. Onlar akt zalına girmişlər və Əkbər akt zalında stolun üstündə olan “Toshiba” markalı notbııku götürmüş, o, Əkbərə demişdir ki, həmin notbuku ona versin, satacaq, pulundan ona da verəcək. Əkbər onunla razılaşmış və notbuku ona vermişdir. Sonra onlar məktəb direktorunun kabinetinin qapısına tərəf yaxınlaşmışlar və o, otağın qapısının şüşəsini sındırmışdır ki, cəftəni aralayıb içəri girsin. Lakin cəftə çox aralı olduğundan əli cəftəyə çatmamış, ona görə də qapını aça bilməmişdir. Ona görə də məktəbə girdiyi pəncərədən həyətə çıxmışlar və direktorun otağının pəncərəsinə yaxmalaşıb, Əkbərin ona verdiyi vintaçanla otağın plastik pəncərəsini aralayaraq açıb, sonra pəncərədən direktorun kabinetinə girmişdir. Həmin vaxtı Əkbər də onun arxasınca pəncərədən otağa girmişdir. O, otaqda olan stolun siyirməsini açıb, siyirmədə otaqda olan dəmir seyfin açarını götürüb və həmin açarla otaqdakı dəmir seyfin qapısını açmış, seyfin içərisində ancaq sənədlər olmuş, ona görə də heç nə oğurlamamışdır. Əkbər isə həmin vaxt direktorun otağına bitişik otaqdakı stolun siyirməsini axtarırmış, lakin Əkbərin nəsə oğurlayıb-oğurlamadığını bilməmişdir. Sonra Əkbərlə məktəbə daxil olduqları pəncərədən çölə çıxıb, Bakı-Sumqayıt yolunun kənarına gəlib oradan tanımadıqları taksi avtomobilini saxlatdırıb Masazır qəsəbəsinə gəlib, öz evlərinə getmişlər. Həmin gün saat 09:00-da yuxudan durub 42 saylı məktəbdən oğurladığı “Toshiba” markalı notbuku sellofan torbaya qoyub marşurut avtomobili ilə Bakı şəhərinə getmiş və 20 Yanvar metrosunun yaxınlığından keçib gəzə gəzə münasib kompüter satılan mağaza axtarmışdır ki, oğurladığı “Toshiba” markalı notbuku satsın. O, gəzə-gəzə 3-cü mikrorayon dairəsi ərazisindəki mobil telefonların və kompüterlərin satıldığı mağazasına gəlib, orada işləyən tanımadığı, sonradan adının Azər olduğunu bildiyi şəxsə özünə məxsus “Toshiba” markalı notbukun olduğunu, həmin notbuku ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Azər kompyuterə baxıb, notbukun adaptorunun harda olduğunu soruşmuş, o, Azərə notbukun adaptorunun evdə uşaqlar tərəfindən xarab edildiyini demişdir. Azər ondan notbuku neçəyə satmaq istədiyimi soruşmuş, o, Azərə notbuku 200 manata satmaq istədiyini demiş, Azər ona notbuku 80 manata ala biləcəyini dediyi üçün o, da razılaşmışdır. Azər ona notbuku almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməyini demiş və o, şəxsiyyət vəziqəsini Azərə vermişdir. Azər onun şəxsiyyət vəsiqəsinin surətini çıxarmış və şəxsiyyət vəsiqəsinin surətinə notbuku satmağı ilə əlaqədar imza etmişdir. Sonra notbuku Azərə vermiş, Azər isə ona 80 manat pul vermişdir. Həmin gün axşam saat 19:00 radələrindfə o, Masazır qəsəbəsindəki “Dostlar” adlı çay evində Əkbər ilə görüşüb, satdığı “Toshiba” markalı notbukun 80 manat pulundan 30 manatını Əkbərə vermişdir. Bundan başqa qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1iç onun dostudur. 19 sentyabr 2019-cu il tarixdə gecə saatlarında Taleh onun işlədiyi Masazır kəndində yerləşən avtoyuma məntəqəsinə gəlib maşın yuduzduraraq gecə saatlarında onu da götürüb maşınla gəzməyi təklif etmişdir. O, da Talehə razılıq vermişdir. 19 sentyabr 2019-cu il tarixdə, saat 04 radələrində Taleh markasını xatırlamadığı avtomobil ilə onu Masazır kəndi ərazisindən götürüb, avtomobilə oturub bir qədər getdikdən sonra Taleh ona şüşə adlanan narkotik vasitə qəbul etməyi təklif etmişdir.O, da razılaşmış və sonra Taleh ilə işlədiyi avtoyuma məntəqəsinin yaxınlığına gəlib, maşından düşüb bir qədər kənarlaşıb, daha sonra avtomobilə qayıtmış, onlar avtomobildə hər iki nəfər şüşə adlanan narkotik vasitə qəbul etmişlər.Daha sonra o, Talehə əgər avtomobil ilə gəzəcəyiksə Gənclər şəhərciyi yaşayış kompleksində dostunun olduğunu və onu da götürməyi təklif etmişdir. Taleh də onunla razılaşmışdır. Lakin, Taleh ona, onu polis əməkdaşları tez-tez saxladığı üçün üzərində olan narkotik vasitələri onun saxlamasını təklif etmişdir.O, da Talehin verdiyi bir ədəd qırmızı rəngli dəmir qutuda, iki ədəd sellofan bükümdə olan narkotik vasitələri alıb əynindəki parça materialından olan qara rəngli pencəyinin sağ döş cibinə qoymuşdur. Bundan sonra onlar bir qədər hərəkət etmişlər, bu zaman post patrul xidməti əməkdaşları onları saxladaraq, Abşeron rayon Pİ-nə getməyi bildirmişlər. O, həmin vaxt üzərində narkotik vasitə olduğunu və narkotik vasitənin Talehə məxsus olduğunu bildirmişdir. Daha sonra onu Abşeron rayon Pİ-nə gətirib xidməti otaqların birində müdafiəçinin iştirakı ilə və video çəkiliş ilə onun üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi elan olunmuşdur. Onun hüquq və vəzifləri izah olunduqdan sonra özü könüllü üzərində olan narkotik vasitələri təqdim etmişdir. Həmin 1 ədəd sellofan bükümdə heroin, 1 ədəd sellofan bükümdə və dəmir qutuda olan tiryəki təqdim edərək tanışı Talehdən saxlamaq məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin narkotik vasitələr elektron tərəzidə çəkilərək müvafiq ekspertiza üçün qablaşdırılaraq götürülmüşdür. Onun cibindən aşkar edilərək götürülmüş heroin və tiryəki dostu Taleh saxlamaq məqsədi ilə ona vermişdir. Lakin, Talehin həmin narkotik vasitəni kimdən və nə məqsədlə əldə etdiyini bilmir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs3 ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Namiq adlı oğlanı təxminən 1-2 ildir ki, tanıyır, Namiq qonşu məhəllədə yaşayır. Təqsirləndirilən şəxs2 isə 3-4 ay olmuşdur ki, tanıyır. Masazır qəsəbəsində olan Dostlar kafesində Mülkədar və Namiq oturub söhbət edirmişlər, Mülkəbar demişdir ki, gedəyin Xırdalan şəhərində orta məktəblərdən oğurluq edək. Ona görə 14 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə Abşeron rayonu Masazır kəndində yerləşən Laçın rayonu Çıraqlı kənd tam orta məktəbin yaxınlığına gəlmişlər, ətrafda heç kim olmamış, Mülkədar yerdən tapdığı dəmir parçası ilə məktəbin binasının plasmas pəncərəsini açmaqla iki nəfər də içəri girmişlər. Ondan sonra direktorun otağın qapısını da həmin dəmir parçası ilə açaraq otağa girib və otaqda olan bir seyfin qapısını dəmir parçası ilə sındırmışlar, lakin pul olmamış, digər seyfin qapısını isə otaqda Mülkədar tapdığı açarla açmış və seyfdə olan 700 manat pulu götürüb, oradan çıxıb uzaqlaşmışlar. Götürdükləri pulu da Mülkədar ilə bölərək, Mülkədar ona 200 manat vermiş, 500 manat isə Mülkədar özünə götürmüşdür. Həmin pulu da özünə yeyib-içməyinə xərcləmişdir. Bundan başqa 21 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə Abşeron rayonu Masazır kəndində görüşərək razılaşmışlar ki, birlikdə gedib Abşeron rayonu Masazır kəndində yerləşən Masazır kənd 2 saylı tam orta məktəbdən oğurluq etsinlər. Ona görə birlikdə həmin məktəbin yaxınlığına gəlmişlər və ətrafda heç kimin olmadığını görüb, Mülkədar yerdən tapdığı dəmir parçası ilə məktəbin plasmas pəncərəsini açıb oradan içəri girmişlər. Sonra məktəbin direktorun otağının qapısını həmin dəmir parçası ilə sındırmaqla həmin otağa girmişlər, otağı axtarmışlar pul olmadığı üçün stolun üstündə olan bir ədəd “Toshiba” markalı noutbuk kompyuteri Mülkədar götürmüş və onlara demişdir ki, kompyuteri satıb pulunu bölərlər. Lakin Mülkədar ona heç bir pul verməmişdir. Bundan başqa, 26 fevral 2016-cı il tarixdə, saat 01 radələrində tanışı Mülkədar ilə Masazır kəndində görüşüb razılaşmışlar ki, Abşeron rayonu Masazır kəndində yerləşən Ə.Vahid adına 1 saylı tam orta məktəbdən oğurluq etsinlər.Ona görə həmin məktəbin yaxınlığına gələrək, ətrafda heç kimin olmadığını görüb məktəbin binasının plasmas pəncərəsini Mülkədar yerdən tapdığı dəmir parçası ilə açaraq içəri daxil olmuşlar, daha sonra məktəbin direktorun qəbul otağının qapısını sındırmaqla otağa girib, otağı axtarıb pul olmadığı üçün stolun üstündə olan bir ədəd “Nexus” markalı noutbuk kompyuteri Mülkədar götürüb oradan çıxıb getmişlər. Mülkədar demişdir ki, kompyuteri satıb pulunu bölərik. Həmin günün səhərisi Mülkədar ona 50 manat pul verib, demişdir ki, kompyuteri satıb onun puludur. Bundan başqa, 27 fevral 2016-cı il tarixdə, saat 01 radələrində Mülkədar ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsində görüşüb razılaşmışlar ki, gedib Xırdalan şəhərində məktəblərin birindən oğurluq etsinlər. Mülkədar ilə birlikdə onun idarə etdiyi VAZ-2107 markalı, 44BZ044 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Xırdalan şəhəri 2 saylı orta məktəbin yaxınlığına gəlmişlər. Mülkədar avtomobili məktəbin yaxınlığında saxlamış və özləri avtomobildən düşüb məktəbin yan tərəfindən plasmas pəncərəni Mülkədar özündə olan vint açanla açıb içəri girmişlər. Məktəbin birinci mərtəbəsində direktorun otağının qapısını təpiklə vurub açmış və onlar həmin otağa girib və otağı axtarmağa başlamışlar. Otaqda dolabda bir qadın pul kisəsi olmuş, Mülkədar həmin pul kisəsinin içərisində olan pulları götürmüş, həmin pulları saymış və 2500 manat pul olmuşdur. Sonra otaqda stolun üstündə olan ağ rəngli “Samsunq duas” markalı telefonu da Mülkədar götürmüş və məktəbin içərisindən çıxıb avtomobilə oturub oradan uzaqlaşmışlar.2500 manat puldan 2000 manat pulu və mobil telefonu Mülkədar özünə götürmüş, 500 manat pulu isə ona vermişdir.Ondan sonra bir-birindən ayrılmışlar. Bundan başqa, 29 fevral 2016-cı il tarixdə, gecə saat 01 radələrində Mülkədar ilə görüşüb qərara gəlmişlər ki, gedib Xırdalan şəhərində 1 saylı orta məktəbdən oğurluq etsinlər.Ona görə Mülkədarın idarə etdiyi avtomobillə Xırdalan şəhəri 1 saylı orta məktəbin yaxınlığına gəlmişlər, Mülkədar avtomobili məktəbin yaxınlığında saxlamış və özləri avtomobildən düşüb məktəbin yan tərəfindən plasmas pəncərəni Mülkədar özü ilə götürdüyü vint açanla açıb içəri girmişlər.Məktəbin birinci mərtəbəsində direktorun otağının qapısını Mülkədar təpiklə vurub açmış və həmin otağa girib, otağı axtarmağa başlamışlar.Otaqda divarda olan seyfin qapısını sındırıb içərisində olan 580 manat pulu Mülkədar götürmüş, məktəbdə kamera quraşdırıldığı üçün kameranın cihazı direktorun otağında olmuş və onlar qərara gəlmişlər ki, kameranın yaddaşını da götürsünlər ki, onları tapa bilməsinlər.O, kameranın yaddaş qurğusunu sındırıb içərisində olan yaddaş cihazını götürmüşlər və məktəbdən çıxıb avtomobilə oturub oradan uzaqlaşmışlar.Həmin yaddaş cihazınını yolda xatırlamadığı yerdə atmışlar. 580 manat puldan da 380 manatını Mülkədar götürmüş, 200 manat ona vermişdir.Pulları da kafe və barlarda xərcləmişdir. Bundan başqa, xx.xx.2016-cı il tarixdə, saat 21:00 radələrində yaşadığı evdən çıxıb Masazır qəsəbəsindəki “Dostlar” adlı çay evinə getmiş və evdən çıxarkən özü ilə vintaçan da götürmüşdür. Belə ki, qərara gəlmişdir ki, Ceyranbatan qəsəbəsində və ya Sumqayıt şəhərindəki məktəblərdən birinə girib oğurluq etsin.Çayxanada olarkən Təqsirləndirilən şəxs2 onun mobil telefonuna zəng dib harada olduğunu soruşmuş, o, Mülkədara Masazır qəsəbəsindəki “Dostlar” adlı çay evində olduğumu bildirmişdir. Az sonra Mülkədar “Dostlar” çay evinə gəlmiş və Mülkədara demişdir ki, gedək Sumqayıt şəhərindəki Tuq zavod qəsəbəsi ərazisindəki 42 saylı orta məktəbə girək, həmin məktəbdə pul və ya digər qiymətli əşyalar varsa oğurlayaq. Mülkədar onunla razılaşmış və tanımadıqları taksi avtomobilinə əyləşib Sumqayıt şəhəri, Tuq zavod qəsəbəsinə gəlmişlər. Əvvəlcə məktəbin ətrafını gəzib orada heç kimin olmadığını görüb, Mülkədar ilə birlikdə məktəbin daş hasarından məktəbin həyətinə tullanmışlar, məktəbin sol tərəfində yaşayış binaları olduğundan, məktəbin sağ tərəfinə keçib otaqların birinin pəncərəsindən içəri girmişlər. Onlar məktəbin sağ böyür tərəfinə gəlmişlər, Mülkədar ondan vintaçan olub-olmamasını soruşmuş, o, Mülkədara özündə vintaçan olduğunu bildirib vintaçanı ona vermişdir. Mülkədar həmin vintaçanla məktəbin sağ böyür tərəfində olan plastik pəncərəni aralayıb açmış, əvvəlcə Mülkədar, sonra isə özü pəncərədən məktəbin içərisinə girmişlər. Həmin vaxtı saat 01:00 radələri olmuşdur.Onlar məktəbin bir neçə otağının qapısının şüşəsini sındırmışlar ki, əlini həmin yerdən salıb qapını açsınlar. Lakin həmin otaqlarda elə qiymətli əşyalar olmadığından onlar heç nə oğurlaya bilməmişlər. Məktəbin bəzi otaqlarını isə təpiklə vurub açmaq istəmişlər, ona görə də həmin otaqların qapılarının kilid yerləri sınmışdır. Daha sonra onlar məktəbin akt zalına yaxınlaşmışlar, Mülkədar akt zalının qapısının bağlı olduğunu görüb təpiklə qapıya vurub qapını açaraq akt zalına girmişlər və o, akt zalında stolun üstündə olan “Toshiba” markalı notbuku götürmüşdür. Mülkədar ona demişdir ki, həmin notbuku ona versin, notbuku satıb pulundan ona verəcək. O, da Mülkədarla razılaşıb və notbuku ona vermişdir. Sonra onlar məktəb direktorunun otağın qapısına tərəf yaxınlaşıb, Mülkədar otağın qapısının şüşəsini sındırmışdır ki, cəftəni aralayıb içəri girsin. Lakin cəftə çox aralı olduğundan əli cəftəyə çatmamış, ona görə də qapını aça bilməmişlər.Ondan sonra onlar məktəbə girdikləri pəncərədən həyətə çıxıb, direktorun otağının pəncərəsini Mülkədar ona verdiyi vintaçanla otağın plastik pəncərəsini aralayaraq açmış və pəncərədən otağa girmişlər. Mülkədar ilə direktorun otağını axtarsalar da otaqda elə qiymətli əşyalar tapa bilməmişlər. O, həmin vaxtı direktorun otağına bitişik otaqda olan stolun siyirməsinə baxdıqda 21 manat pul olduğunu görüb, həmin 21 manat pulu götürmüşdür. Lakin Mükədara heç nə deməmişdir. Sonra Mülkədarla məktəbə daxil olduqları pəncərədən çölə çıxıb, Bakı-Sumqayıt yolunun kənarına gəlib oradan tanımadıqları taksi avtomobilini saxlatdırıb həmin taksi avtomobil ilə Masazır qəsəbəsinə gəlmişlər və öz evlərinə getmişlər. Sonradan o, Mülkədardan oğurladıqları “Toshiba” markalı notbuku nə etdiyini soruşduqda Mülkədar ona notbuku hələ də satmadığını bildirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs4 ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək cinayət törətmədiyini göstərdi. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, Əkbər adlı oğlanı təxminən 1-2 ildir ki, tanıyır, Əkbər qonşu məhəllədə yaşayır. Təqsirləndirilən şəxs2 isə 3-4 ay idi ki, tanıyır. 2016-cı ilin fevral ayında bir neçə gün evdə qalmamış, Əkbərin evində qalmışdır.Həmin günlərdə bir gecə Masazır qəsəbəsində olan Dostlar kafesində Mülkədar və Əkbər ilə oturub söhbət edirmişlər, Mülkədar demişdir ki, gedəyin Masazır qəsəbəsində 2 saylı orta məktəbdən oğurluq edək. Saat təxminən 01 radələri olmuş, onlar Masazır qəsəbəsində 2 saylı orta məktəbə tərəf gedəndə Mülkədar demişdir ki, həmin məktəbdə pul var və həmin pulu oğurlayaq, aramızda bölək. Onlar məktəbə arxa tərəfdən yaxınlaşıb, Mülkədar yerdən bir dəmir parçası tapıb plasmas pəncərəni açmış və üç nəfər də pəncərədən içəri girmişlər. Məktəbdə direktorun otağının qapısını Mülkədar təpiklə vurub açmış, onlar həmin otağa girmişlər və Mülkədar ilə Əkbər otağı axtarmağa başlamışlar, o, isə onların yanlarında durmuşdur. Otaqda pul olmadığı üçün stolun üstündə olan noutbuk kompyuterini Mülkədar götürüb, demişdir ki, satıb pulu böləcəyik. Onlar oradan çıxıb o, Əkbər ilə onların evinə getmiş, Mülkədar da kompyuteri özü ilə aparmışdır. Aradan 2-3 gün sonra Mülkədar demişdir ki, kompyuteri aparıb bir mağazada satıb və pulu da xərcləyib. Ondan sonra o, daha Mülkədar və Əkbər ilə görüşməmiş, onların nə etdiklərindən xəbəri olmamışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 il olar ki, narkotik vasitələrdən qəbul edir.Narkotik vasitə olan heroini əridərək siqaret kimi çəkib qəbul edir. İstifadə etdiyi narkotik vasitələri Bakı şəhəri Yasamal rayonunun ərazisindən tanımadığı şəxslərdən alırmış.06 yanvar 2020ci il tarixdə, saat təxminən 15 radələrində Bakı şəhəri Yasamal rayonunda yerləşən Asan xidmətin inzibati binasının qarşısında olan avtobus dayanacağında olduğu zaman, təxminən 30-35 yaşlı bir nəfər kişi ona yaxınlaşaraq narkotik vasitə istəyib-istəmədiyini ondan soruşmuş, o, da həmin şəxsə narkotik vasitə istifadəçisi olduğunu bildirib, narkotik vasitə istədiyini demişdir. Həmin şəxs ona ağ sellofanda olan bir bükümdə narkotik vasitə olan heroin verərək, 60 manata satdığını bildirmişdir. O, da həmin şəxsə 60 manat verərək həmin narkotik vasitəni ondan almış və əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sağ cibinə qoyub, marşrut ilə Abşeron rayonu Masazır qəsəbəsinə gəlmiş və saat təxminən 18:50 radələrində Masazır qəsəbəsində “Şok” marketin qarşısında olan zaman iki nəfər polis geyimində və bir nəfər isə mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq, istintaq çağırışından yayındığını, həmçinin narkotik vasitələrin qəbulu ilə məşğul olduğundan şübhələndiyini bildirərək, onu Abşeron RPİ-nə dəvət etmişlər. O, da etiraz etməmiş və onlarla Abşeron rayon Pİ-nə gəlmiş, heç cür də imkan olmamışdır ki, üstündə olan narkotik vasitəni atsın. Polis idarəsində xidməti otaqda video çəkilişin müşahidəsi ilə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirlərək hüquqları izah edilmişdir. Həmçinin ona üzərində saxlanılması qadağan olunan hər hansı bir əşya olduğu halda onu təqdim etməyi bildirilmişdir. O, da əynində olan tünd yaşıl rəngdə gödəkçəsinin sağ cibində olan bir bükümdə narkotik vasitə olan heroini təqdim edərək, həmin mükümün içərisində narkotik vasitə olan heroin olduğunu və həmin gün Bakı şəhəri Yasamal rayonun ərazisindən öz istifadəsi üçün aldığını bildirmişdir. Həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, zərfi özü və orada iştirak edən şəxslər imza etmişlər. Qeyd etmişdir ki, narkotik vasitə aldığı həmin şəxsin şəxsiyyətini bilmir, təxminən 30-35 yaşlı, 180 sm boyu, arıq bədənli, əynində qara gödəkçə və qara şalvar olmuş, başqa əlamətlərini xatırlamır. Masazır qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 təxminən 2 ildir ki, tanıyır, onunla arasında heç bir qərəzli münasibəti olmamışdır.Mülkədar ilə birlikdə avtomobil yuyulma məntəqəsində işləmişdir.19 sentyabr 2019-cu il tarixdə o, tanışı Əlidən onun icarəyə götürdüyü Hundai markalı, ** OR *** qeydiyyat nişanlı avtomobili sürmək üçün almışdır.Həmin avtomobil ilə Mülkədarın yaşadığı məhəlləyə getmiş və orada Mülkədar ilə görüşmüş, Mülkədar avtomobilinə oturmuş və o, həmin vaxt az miqdarda narkotik vasitə olan heroini tanımadığı şəxsdən almışdır və həmin narkotik vasitəni Mülkədar ilə birlikdə qəbul etmişlər.Ondan sonra Mülkədar demişdir ki, gedək onun tanışı Qalibi götürüb bir az gəzib fırlanaq.Ona görə Abşeron rayonu Gənclər şəhərciyinə gəlmişlər və Qalib də avtomobilə oturmuş, avtomobili idarə edərək VAZ adlanan dairədən gedib fırlanıb Abşeron rayonu Masazır qəsəbəsinə girmişlər, bu zaman PPX-in əməkdaşları onları saxlamışlar. Orada Polis əməkdaşları Mülkədardan şübhələndiyinə görə Mülkədarı Polis idarəsinə aparmışlar, onunla Qalibi isə buraxmışlar.O, Qalibi avtomobildən düşürdəndən sonra Masazır qəsəbəsində yenə həmin PPX-in əməkdaşları onu saxlayıb, Abşeron rayon Pİ-nə gətirmişlər və onun barəsində olan inzibati material ilə saxlanılmış və məhkəmə barəsində inzibati həbs seçmişdir.Qeyd etmişdir ki, o, Mülkədara saxlaması üçün narkotik vasitə verməmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, anket məlumatlarında göstərilən ünvanda ailə üzvlərilə birlikdə yaşayır və 13 ildir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Laçin rayonu Çıraqlı kənd tam orta məktəbin direktoru işləyir. 14 fevral 2016-cı il tarixdə səhər 07 radələrində ona məktəbin mühafizəçisi Adil Qurbanov məlumat vermişdir ki, məktəbdən oğurluq olub.O, da dərhal məktəbə gəlmiş və görmüşdür ki, naməlum şəxslər məktəbin yan tərəfindən plasmas pəncərəsini açaraq, onun iş otağının qapısını da sındırılaraq açmışlar. Otaqda olan iki ədəd seyfdən birinin qapısının qıfılı sındırılaraq açılmış, digərini isə otaqda olan açarla açılmış və seyfdən 700 manat onun şəxsi pulu oğurlanmışdır.Lakin, o həmin vaxt heç yerə müraciət etməmiş, 02 mart 2016-cı il Abşeron rayon Pİ-nə gələrək ərizə ilə müraciət etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, Abşeron rayonu Polis İdarəsində polis serjantı işləyir 06 yanvar 2020-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi H.Aslanov küçəsində yaşayan Təqsirləndirilən şəxs1 Abşeron rayonu Masazır qəsəbəsində üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olması barədə məxfi mənbədən məlumat əldə edilmiş, polis İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş qərara əsasən Təqsirləndirilən şəxs1 cinayət əməllərinin ifşa etmək üçün ətrafında əməliyyat tədbirləri keçirilməsində Abşeron rayonu Polis İdarəsinin CAŞ-də əməliyyat müvəkkili Şahid6 və Şahid8 ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. Tərəfindən bu istiqamətdə keçirtdikləri əməliyyat tədbiri zamanı 06 yanvar 2020-ci il tarixdə, təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs1 Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Şok” marketin qarşısında olduğunu müəyyən edib və ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər. Həmin vaxt onlar mülki geyimdə olmuşlar. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitədə saxlamaqda şübhəli olduğunu və onlarla Abşeron rayon Polis İdarəsinə gəlməsini bildirmişlər.Taleh də etiraz etməmiş və onlarla Polis idarəsinə gəlmişdir. Polis İdarəsinin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı, polis kapitanı Məmməd Cəfərovun iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmazdan əvvəl aparılacaq vidio çəkilişlə əlaqədar etirazının olub-olmadığı ondan soruşulduqda, Təqsirləndirilən şəxs1 buna etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üstündə narkotik vasitə və cinayət xarakterli hər hansı əşya varsa onları təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki tünd yaşıl rəngli gödəkçənin sağ cibində olan bir bükümü təqdim edərək, içərisində narkotik vasitə heroin olduğunu, özünə qəbul etmək üçün həmin gün Bakı şəhəri Yasamal rayonun ərazisində tanımadığı şəxsdən 60 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 cinayət xarakterli başqa heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 üzərində aşkar edib götürülmüş həmin bir ədəd bükümdə olan narkotik vasitə zərfə qoyulub, qablaşdırılmış və zərf möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və protokolu imzalarla təsdiq etmişlər. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, o, 13 ildir ki, Xırdalan şəhəri 2 saylı tam orta məktəbin direktoru işləyir.Onun iş otağı məktəbin birinci mərtəbəsində yerləşir.27 fevral 2016-cı il tarixdə, saat 04 radələrində ona məktəbdən mühafizəçi Balamirzə Balayev məlumat vermişdir ki, məktəbdən oğurluq olub.O, da dərhal məktəbə gəlmiş və görmüşdür ki, naməlum şəxslər məktəbin yan tərəfindən plasmas pəncərəni açıraq, katibənin otağının qapısının açarını sındırılmışlar, sonra isə onun iş otağının qapısının da açıb ora da girmişlər.Otaqda stolun üstündə ona məxsus 150 manat dəyərində “Samsung duas” markalı **********55083 və **********55080 imeyi kodlu mobil telefonu üstündə olan 5 manat dəyərində sim nömrə kartı ilə birlikdə və dolabda pul kəsənin içərisində olan ona məxsus 2500 manat pulu oğurlanmışlar.Lakin, o həmin vaxt məlumat verməmişdir. 01 mart 2016-cı il tarixdə Abşeron RPİ-nə gələrək ərizə ilə müraciət etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X4 məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, o, 13 ildir ki, Xırdalan şəhəri 1 saylı tam orta məktəbin direktoru işləyir.Onun iş otağı məktəbin birinci mərtəbəsində yerləşir. 29 fevral 2016-cı il tarixdə, səhər 06:30 radələrində ona məktəbdən məlumat vermişlər ki, məktəbdən oğurluq olub.O, dərhal məktəbə gəlib görmüşdür ki, naməlum şəxslər məktəbin yan tərəfindən plasmas pəncərəsi açaraq, katibənin otağının dəmir qapısının açarı sındırılmış, sonra isə onun iş otağının qapısı da sındırılaraq açılmışdır. İş otağında divarda olan seyfin qapısının qıfılı da sındırılaraq oradan ona məxsus şəxsi pulu olan 580 manat oğurlanmışdır.Bundan başqa öz şəxsi pulu ilə aldığı 1300 manat dəyərində görünüş kamerasının cihazı otağından çıxarılmış və məktəbin içərisində yerə atılmış, sınıdırlmış içərisində olan görüntü hissəsi oğurlanmışdır.Lakin, həmin vaxt heç yerə məlumat verməmişdir.01 mart 2016-cı il Abşeron rayon Pİ-nə gələrək ərizə ilə müraciət etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışında tədqiq edilən ifadələrindən görünür ki, Şahid6 və Şahid8 ifadələrində məhkəmə baxışında şahid qismində dindirilən Şahid7 ifadəsində olan xüsussatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Nümayəndə2 Köşəri oğlunun oğlunun məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, o, 2010-cu il tarixdən Abşeron rayonu, Masazır kənd 2 saylı tam orta məktəbin təsərrufat üzrə direktor müavini vəzifəsində işləyir. Məktəbin direktorunun iş otağında bir ədəd “Toshiba” markalı noutbuk kompyuter istifadə olunur.Həmin kompyuter 2007-ci ildən məktəbdə istifadə olunur. 21 fevral 2016-ci il tarixdə gecə həmin noutbook kompyuteri naməlum şəxslər tərəfindən məktəbin 1-ci mərtəbəsində yerləşən tualet otağının plasmasdan hazırlanmış pəncərəsini açıb oradan içəri daxil olmaqla məktəb direktorunun otağının qapısını sındıırmaqla içəri daxil olaraq oradan masanın üstündən oğurlanmışdır.Həmin “Toshiba” markalı noutbuk kompyuterinin dəyəri 400 manat olmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Nümayəndə1 oğlunun məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, o, 2006-cı il tarixdən Ə.Vahid adına Abşeron rayonu, Masazır kənd 1 saylı tam orta məktəbin təsərrufat üzrə direktor müavini vəzifəsində işləyir.Məktəbin direktorunun katibəsinin otağında bir ədəd “Nexus” markalı noutbuk kompyuter 2007-ci ildən məktəbdə istifadə olunurmuş. 2016-cı ilin fevral ayının 25-dən 26-na keçən gecə həmin noutbook kompyuter naməlum şəxslər məktəbin 1-ci mərtəbəsində yerləşən plasmasdan hazırlanmış dəhliz pəncərəsini açıb oradan içəri daxil olmaqla məktəb direktorunun qəbul otağına olan plasmasdan olan qapısını açıb içəri daxil olaraq orada masanın üstündə olan həmin “Nexus” markalı kompyuteri oğurlamışlar. Həmin kompyuterin dəyəri 1095 manat olmuşdur.Məktəbdən bir ədəd noutbookdan başqa heç bir əşya oğurlanmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Nümayəndə3 Raul oğlunun oğlunun məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, o, 15 sentyabr 2007-ci il tarixdən Sumqayıt şəhər 42 saylı orta məktəbdə direktor müavini vəzifəsində işləyir. xx.xx.2016-cı il tarixdə, saat 07:30 radələrində məktəbə gələndə məlum olmuşdur ki, gecə naməlıum şəxslər məktəbə girib bir neçə sinif otaqlarının qapılarının şüşələrini sındırmışlar.Həmn vaxtı məktəbin direktoru Şahid1 Sumqayıt şəhər 2-ci PB-nə zəng vuraraq məlumat vermişdir.Az keçməmiş 2-ci PB-nin əməkdaşları məktəbə gələrək hadisə yerinə baxış keçirmişlər.Baxış zamanı məlum olmuşdur ki, məktəbin sinif otaqlarının şüşələri və qıfıl yerləri sındırlmışdır.Naməlum şəxslər məktəbin akt zalından bir dədə “Toshiba” markalı noutbuk kompyuter və katibə makinaçı işləyən Şahid2 Əlisalm qızını otağındakı stolun siyirməsindən onun şəxsi 21 manat pulunu oğurlamışlar. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Şahid1 məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, o, xx.xx.2013-cü il tarixdən Sumqayıt şəhər 42 saylı orta məktəbin direktoru vəzifəsində işləyir.xx.xx.2016-cı il tarixdə, saat 07:30 radələrində işlədiyi məktəbə gəlmişdir.Həmin vaxtı məktəbin mühafizəçisi Baxşəliyeva Sənubər ona bildirmişdir ki, naməlum şəxslər məktəbə daxil olaraq bir neşə otağın pəncərəsini sındırmış, akt zalında olan məktəbə məxsus bir ədəd “Toshiba” markalı noutbook kompyuteri və katibə işləyən Könülün stolunun siyirməsindən 21 manat pulu oğurlanmışdır.O, dərhal Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə zəng vuraraq oğurluq barədə məlumat vermişdir.Az sonra polis əməkdaşları məktəbə gələrək hadisə yerinə baxış keçirdilər.Baxış zamanı məlum oldu ki, məktəbin bir neçə otağının pəncərəsini sındırılmış, bəzi otaqların isə qıfılı sındırılmış və məktəbin akt zalından isə bir ədəd “Toshiba” markalı nootbook kompyuteri oğurlanmışdır. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, həmin kompyuter 2014-cü ildə Sumqayıt şəhər təhsil şöbəsi tərəfindən 42 saylı orta məktəbə verilmişdir.Həmin vaxtı kompyuterin qiyməti 1230 manat olmuşdur.Bir neçə il işləndiyi üçün hal hazırda qiyməti 700 manat təşkil edir.Bundan başqa məıktəbin 5 otağının qapısının qıfılları sındırılmış, doqquz otağın qapısının şüşələri sındırılmışdır.Nətisədə qapının qıfıllarının sındırılması nəticəsinə 50 manat, sinif otaqlarını pəncərəsi sındırılması nəticəsində 30 manat, cəmi 80 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı şahid qismində tanınaraq dindirilmiş Şahid2 məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, o, 2014-cü ilin noyabr ayından Sumqayıt şəhər 42 saylı orta məktəbdə katibə makinaçı işləyir.xx.xx.2016-cı il tarixdə ozünün şəxsi 21 manat pulunu işlədi otaqda stolun siyirmə qoyduğu pulu unutmuş və evinə getmişdir. Səhəri gün xx.xx.2016-cı il tarixdə, saat 07:30 da məktəbə gəlmiş və ona məlum olmuşdur ki, naməlum şəxslər məktəbdən oğurluq ediblər.Məktəbin pəncərəsini açmaq yolu ilə işəri daxil olaraq bir neçə pəncərə şüşəsini sındırımışlar, sinif otaqlarının qıfıllarını sındılrmışlar. Məktəbin direktoru Şahid1 məktəbdə oğurluq olması barədə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə zəng vuraraq məlumat vermişdir. Az sonra 2-ci PB-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Məlum olmuşdur ki, məktəbin sinif otaqlarının pəncərələrin şüşələri və eləcə qapıların qıfılları sındırılmışdır. Həmçinin akt zalından bir ədəd “Toşhiba” markalı noutbook kompyuter və stolun siyiməsindən onun 21 manat pulu oğurlanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, o, təxminən 7 ilə yaxın müddədir ki, Bakı şəhəri 3-cü mikrorayon dairəsində icarəyə götürdüyü mağazada mobil telefonların və kompyuterlərin alqı-satqısı ilə məşğul olur.2016-cı il ilin fevral ayının ortalarında əvvəllər tanımadğı cavan bir oğlan mağazaya gələrək bildirmişdir ki, yaşadığı evin kirayə haqqını ödəyə bilmədiyi üçün özünə məxsus “Toshiba” markalı noutbuk kompyuterini satır.O, kompyuterin hansı qiymətə satdığı ilə maraqlandıqda həmin oğlan bildirmişdir ki, 200 manata satır.O, həmin oğlana demişdir ki, qiymətini çox baha deyir, işlənmiş bu tip noutbukları 120 manata satır. Həmin kompyuterin qidalandırıcısı olmamışdır.Həmin oğlanın deməsinə görə evdə körpə uşaqları adaptoru sındırmışdır.Kompyuteri 80 manata satmağa razılaşdığı üçün məbləği ödəyib kompyuteri alaraq, sonra 22 manata qidalandırıcı alıb noutbookun üstünə əlavə edib 120 manata mağazada satışa qoymuşdur.Sonralar isə kompyuteri tanımadğı müştəriyə satmışdır.Həmin noutbook kompyuterinin cinayət yolu ilə əldə edildiyini, yəni oğurluq olduğunu bilməmişdir. Qeyd etmişdir ki, kompyuteri ona satan şəxsin şəxsiyyət vəsiqəsinin kserosürətini çıxarıb özündə saxlamışdır. İbtidai istintaq zamanı şahid qismində tanınaraq dindirilmiş Şahid4 məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, o, təxminən 9 aya yaxın müddətdir ki, Xırdalan şəhəri H.Əliyev prospekti 45 saylı ünvanda yerləşən icarəyə götürdüyü mağazada mobil telefonların və kompyuterlərin alqı-satqısı ilə məşğul olur.2016-cı ilin fevral ayının son günlərində tanımadığı, lakin sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 mağazaya gələrək bildirmişdir ki, pula ehtiyacı olduğu üçün özünə məxsus “Toshiba” markalı noutbuk kompyuterini satır.O, kompyuterə baxdıqda müəyyən etmişdir ki, proqramlaşma ilə bağlı nasazlığı vardır.Ona görə də həmin noutbuku ondan 50 manata ala biləcəyini demişdir.Həmin şəxs də bu qiymətə razılaşdıqdan sonra 50 manat pul verib kompyuteri almışdır.Sonra həmin kompyuteri 80 manata satışa qoymuşdur.Bundan sonra 02 mart 2016cı il tarixdə Abşeron rayon Pİ-nin polis əməkdaşları mağazaya gələrək bildirmişlər ki, həmin şəxsdən almış olduğu noutbuk heç də həmin şəxsin olmamış, kompyuter məktəbdən oğurlamışdır. Həmin noutbuk kompyuterin cinayət yoli ilə əldə edildiyini oğurluq olduğunu bilməmişdir. Kompyteri ona satan Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin kserosürətini çıxarıb özündə saxlamışdır.Həmin “Toshiba” markalı kompyuteri polis əməkdaşlarına təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində tanınaraq dindirilmiş Şahid5 məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, o, 2015-ci il ilin yanvar ayandan Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığı müddətdə 2015-ci ilin yay aylarında Masazır qəsəbəsdinə fərdi yaşayış evlərinin inşasında fəhlə kimi işlədiyi zaman X3 tanmışdır.Bunda sonrakı vaxtlarda Mülkədar ilə aralarında münasibət yaranmışdır. 2016-cı il fevral ayının sonlarında o, Yevlax şəhərindən Abşeron rayonu Masazır qəsəbəsinə gəlmişdir.Orada “Zeynəb” ticarət mərkəzinin yaxınlığında Mülkədarla rastlaşmış, söhbət əsnasında Mülkədara demişdir ki, mobil telefonu xarab olub, ucuz qiymətə telfon almaq istəyir. Mülkədar da bildirmişdir ki, soraqlaşar əgər ucuz qiymətə telefon satan olsa ona bidirəçəkdir.Bu söhbətdən təxminən 2 gün qonra yenə də Masazır qəsəbəsində “Zeynəb” ticarət mərkəzinin yaxınlığında Mülkədar ona demişdir ki, tanışları mobil telefon satmaq üçün ona vermişlər, əgər istəyirsə həmin mobil telefonu ona sata bilər. O, da telefona baxıb bəyənmiş və Mülkədar ilə telefonu 70 manata razılaşaraq, 50 manat pulu olduğu üçün həmin pulu Mülkədara vermiş, qalan 20 manatını da bir neçə gündən sonra verəcəyini demişdir.Mülkədar da onunla razılaşmışdır. Mülkədar da ona “Samsung” markalı mobil telefonu vermişdir.Sonra mobil telefonu götürüb yaşadığı evə gəlmiş və telefona baxanda görmüşdür ki, telefon kodlaşdırılıb və bu səbəbdən də telefonu aça bilməmiş, fikirləşmişdir ki, telefonun kodunu Mülkədardan öyrənib açar. Daha sonra Yevlax rayonuna gəlmişdir. Rayonda olarkən onun mobil telefon nömərəsinə Abşeron RPİ-nin polis əməkdaşlarının zəng edərək onu Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron rayon Pİ-də olarkən ona məlum olmuşdur ki, Mülkədardan almış olduğu mobil telefon oğurluqdur və Mülkədar həmin “Samsung” markalı mobil telefonu cinayət yolu ilə əldə etmişdir.Qeyd etmişdir ki, Mülkədardan almış olduğu “Samsung” markalı mobil telefonun oğurluq olduğunu bilməmişdir. Həmin mobil telefonu istintaqa təqdim ertmişdir. İbtidai istintaq zamanı şahid qismində tanınaraq dindirilmiş X8 məhkəmə baxışında tədqiq edilən ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin PPX-də polis nəfəri işləyir. 19 sentyabr 2019-cu il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində iş yoldaşı X11 ilə Abşeron rayonu Masazır qəsəbəsində xidmətdə olmuşlar. Saat təxminən 05:30 radələrində “Hyundai” markalı, 10OR291 qeydiyyat nişanlı avtomobilin dayandığını və içərisində sürücüdən başqa bir nəfərin olduğunu görüb onlara yaxınlaşıb özlərini təqdim edərək, onlardan sənədlərini təqdim etməklərini xahiş etmişlər. Həmin şəxslər üzərində heç bir sənəd olmadıqlarını bildirib özlərini şübhəli aparırmışlar. Ona görə onlar həmin şəxsləri rayon Pİ-nə dəvət etmişlər və həmin şəxsləri avtomobillə birlikdə Polis İdarəsinə gətirimişlər. Polis İdarəsində həmin şəxslərdən biri Təqsirləndirilən şəxs2, avtomobili idarə edən şəxs isə Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs1 avtomobili idarə etməyə heç bir sənədi olmamış, onun barəsində inzibati material olduğu üçün aidiyyəti üzrə onun barəsində tədbir görülmüşdür. Digər şəxs Təqsirləndirilən şəxs2 isə sorğu zamanı üzərinə şəxsi axtarış aparılmazdan əvvəl aparılacaq vidio çəkilişlə əlaqədar etirazının olubolmadığı ondan soruşulduqda, Təqsirləndirilən şəxs2 buna etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üstündə narkotik vasitə və cinayət xarakterli hər hansı əşya varsa onları təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə təhqiqatçı İlkin Ağayev tərəfindən müdafiəçinin və onların iştırakı ilə şəxsi axtarış və götürmə aparılmış, onun əynində olan qara rəngli pencəyin sağ döş cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə oxşar maddə, bir ədəd bükümdə narkotik vasitə tiryəkə oxşar maddə və bir ədəd qırmızı rəngli dəmir qutuda isə 5 ədəd bükümdə narkotik vasitə tiryəkə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin maddələr narkotik vasitədir və tanışı Təqsirləndirilən şəxs1 məxsusdur, saxlanılmamışdan bir qədər əvvəl Taleh ilə birlikdə narkotik vasitə qəbul etmişlər, sonra Taleh avtomobili sənədsiz idarə etdiyi üçün polis əməkdaşlarının ona saxlayacağından ehtiyyat edərək həmin narkotik vasitələri müvəqqəti saxlamaq üçün ona vermişdir. Təqsirləndirilən şəxs2 üzərində aşkar edib götürülmüş həmin narkotik vasitələr zərfə qoyulub, qablaşdırılmış və zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokolu imzalarla təsdiq etmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan götürmə protokolundan görünür ki, Şahid4 təqdim etdiyi bir ədəd “Toshiba” markalı Satellite C50-A528 modelli noutbuk kompyuteri götürülmüşdür. İş materiallarında olan götürmə protokolundan görünür ki, Şahid5 təqdim etdiyi bir ədəd ”Samsung” markalı” SMG355/DS modelli telefonu götürülmüşdür. İş materiallarında olan götürmə protokolundan görünür ki, Xırdalan şəhəri 1 saylı tam orta məktəbdə keçirilmiş baxış zamanı 01 ədəd “Avtech” markalı, DVR-nin (görünüş kamerasının) CD-DVD hissəsi götürülmüşdür. İş materiallarında olan tanınma protokolundan görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 Köşəri oğlu Şahid4 götürülmüş “Toshiba” markalı Satellite C50- A528 modelli noutbuku tanıyaraq həmin notbukun Masazır kənd 2 saylı orta məktəbə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəşünaslıq ekspertizasının 01 aprel 2016-cı il tarixli, 6828 saylı rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2016-cı ilin fevral ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 01 ədəd “Toshiba” markalı Satellite C50-A528 modelli noutbuk – 150 manat, 01 ədəd ”Samsunq” markalı” SMG355/DS modelli telefon - 130 manat, 01 ədəd “Avtech” markalı, DVR-nin (görünüş kamerasının) CD-DVD hissəsi - 35.0 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası SN-nin ambulator məhkəmə-psixiatrik ekspertizasının 25 aprel 2016-cı il tarixli, 663 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 ambulator şəraitdə hazırki psixi vəziyyətini düzgün qiymətləndirmək mümkun deyil.Belə ki, ekspertizanın gedişində Təqsirləndirilən şəxs3 psixi funksiyalarını tam və hərtərəfli müayinə etmək mümkün olmamışdır. Tibbi sənədlərdə göstərilmiş Təqsirləndirilən şəxs3 əqli gerilik dərəcəsini müəyyən etmək, həmçinin davranışında aqqravasiya və simulyasiya əlamətlərinin olub-olmamasını aydınlaşdırmaq məqsədi ilə onun stasionar şəraitdə daha əsaslı, uzun müddətli və dinamik müayinəsi tələb olunur.Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs3 stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İş materiallarında olan Azərbaycan Respublikası SN-nin stasionar məhkəmə-psixiatrik ekspertizasının 28 avqust 2016-cı il tarixli, 117 saylı rəyində göstərilmişdir ki, ekspert komssiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 Sükür oğlunda “Yüngül Kəmağıllıq (X2)” müəyyən edilir. Cinayət işi materiallarının, tibbi sənədlərin və hal-hazırki psxiatrik müayinənin hər tərəfli nəticəsində ekspet komissiyası belə nəticəyə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini, ictimai təhlükəlililiyini dərk etmək və onların idarə etmək iqtidarında olmuşdur.Buna görə də onun əməli AR-nın CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür.Yəni ona ittiham olunan əməl barəsində “Anlaqlı” hesab olunmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, yoxlanılan şəxsdə müəyyən edilən “Yüngül Kəmağıllıq” anlaqlılığı istisna etməyən psixi pozuntusu olduğu üçün, cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dək etmək və həmin əməli tam idarə etmək iqtidarında olmamışdır.Buna görə də Təqsirləndirilən şəxs3 AR-nın CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür.Onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin MEM-nin məhkəmədaktiloskopik ekspertizasının 07 oktyabr 2016-cı il tarixli, 21394 saylı rəyində göstərilmişdir ki, təqdim edilmiş 1,2,3 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri, 4,5,6,9 saylı daktilolentlərin səthindəki ovuc izləri, 10 saylı daktilolentin səthindəki “a” “b” ovuc izləri, 10 saylı daktilolentin səthindəki “c” əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs2 sağ əlinin şəhadət barmağından, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sol əlinin çeçələ barmağından, 3 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sol əlinin şəhadət barmağından, 4, 5, 6 saylı daktilolentlərin səthindəki ovuc izləri onun sol əlinin hipotenar hissəsindən, 9 saylı daktilolentdəki ovuc izi və 10 saylı daktilolentdəki “b” ovuc izi onun sağ əlinin hipotenar hissəsindən, 10 saylı daktilolentin səthindəki “c” əl-barmaq izi onun sağ çeçələ barmağından qalmışdır. İş materiallarında olan Sumqayıt şəhəri “Tuq zavod” qəsəbəsində yerləşən 42 saylı orta məktəbdən götürülmüş Təqsirləndirilən şəxs2 məxsus 1, 2, 3, 4, 5, 6, 9 və 10 saylı daktilolentlərdəki əl-barmaq izləri, Xırdalan şəhəri 1 saylı tam orta məktəbdə baxış zamanı götürülmüş 01 ədəd “Avtech” markalı, DVR-nin (görünüş kamerasının) CD-DVD hissəsi, iş üzrə Şahid4 təqdim etdiyi bir ədəd “Toshiba” markalı Satellite C50-A528 modelli noutbuk kompyuteri, Şahid5 təqdim etdiyi bir ədəd ”Samsung” markalı” SMG355/DS modelli telefonu, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş və təhqiqatdan sonra qalıq qalan 0,743 qram narkotik vasitə olan heroin, 14,431 qram tiryək, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və təhqiqatdan sonra qalıq qalan 1,357 qram narkotik vasitə olan heroin mühüm sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs2 əl-barmaq izləri olan 1, 2, 3, 4, 5, 6, 9 və 10 saylı daktilolentlər cinayət işinin istintaq materiallarına əlavə edilsin, Xırdalan şəhəri 1 saylı tam orta məktəbdə baxış zamanı götürülmüş 01 ədəd “Avtech” markalı, DVR-nin (görünüş kamerasının) CD-DVD hissəsi, Abşeron rayonu Masazır qəsəbəsi 2 saylı tam orta məktəbə məxsus bir ədəd “Toshiba” markalı Satellite C50-A528 modelli noutbuk kompyuteri, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş və təhqiqatdan sonra qalıq qalan 0,743 qram narkotik vasitə olan heroin, 14,431 qram tiryək, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş və təhqiqatdan sonra qalıq qalan 1,357 qram narkotik vasitə olan heroini saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd ”Samsung” markalı” SMG355/DS modelli telefonu isə ona qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 19 sentyabr 2019-cu il tarixli, 23834 saylı məhkəmə-kimyəvi ekspertizası rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən...” sözlər və imzalar olan zərfdəki, 01 ədəd selofan bükümünün içərisində təmiz çəkisi – 0,843 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 07 ədəd bükümlərdə ümumi çəkiləri – 14,781 qram olan maddələr xaş-xaş bitkisindən kustar üzulla hazırlanmış narkotik vasitə tiryəkdirlər və onların xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizanın 16 oktyabr 2019-cu il tarixli, 2458 saylı ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 06 yanvar 2020-ci il tarixli, 38 saylı məhkəmə-kimyəvi ekspertizası rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanmış...” sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,446 qram olan açıq-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizanın 12 fevral 2020-ci il tarixli, 350 saylı ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 16 mart 2020-ci il tarixli, 4286 saylı məhkəmə-kimyəvi ekspertizası rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti №76” ştamp əksi olan paketdəki, vət. Təqsirləndirilən şəxs2 götürülmüş qəhvəyi rəngli narkotik vasitə olan heroin, üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti №68” ştamp əksi olan paketdəki, vət. Təqsirləndirilən şəxs1 götürülmüş açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə fərqlidir. İş materiallarında olan zərərçəkmiş şəxslər Nümayəndə3, Zərərçəkmiş şəxs3, Nümayəndə1, Zərərçəkmiş şəxs1, X4, Nümayəndə2 yazdıqları ərizələrdən görünür ki, onların Təqsirləndirilən şəxs3 şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin təmiz halda 0,15 qram, narkotik vasitə olan tiryək təmiz halda 0, 05 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə baxışı və ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlikləri, özlərinin məhkəmə zamanı verdiyi ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 məhkəmə baxışında özünü təqsirli bilməməsi barədə göstərdikləri, ona elan edilmiş ittiham üzrə təqsirli olması iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş bir-biri ilə uzlaşan sübutların məcmusu ilə təsdiq olunduğu üçün, qeyri səmimi ifadə olmaqla özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən iş üzrə ittiham hökmü çıxarılmalı və təqsirləndirilən şəxslər təqsirli olduqları müvafiq maddələrin sanksiyaları həddlərində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 Abşeron rayon məhkəməsinin 09 aprel 2014-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Abşeron rayon İcra şöbəsinin 11 oktyabr 2016-cı il tarixli, xx/xx- 1972/16-5 saylı məktubunda göstərilmişdir ki, Abşeron rayon məhkəməsinin 09 aprel 2014cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2000(iki min) manat məbləğində cərimə cəzasına məhkum olunmuş, “28 may Respublika günü münasibətilə Anmistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndinin təsiri altına düşmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 7(103)348/2022 saylı qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 7(008)- 656/2022 saylı qərarı ləğv edilmiş, Abşeron Rayon Məhkəməsinin 28 iyul 2021 -ci il tarixli, 1(012)-423/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 barəsində “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4, 9.2.2 və 9.3-cü bəndləri tətbiq edilərək cəzadan azad edilmiş, məhkum Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal azad olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasınavə ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 təqsirləndirildiyiAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azdlıqdan məhrum etmə növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə xx.xx.2016cı il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2016-cı il tarixə və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 11 ay 29 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalından həbs edilməli, onun cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanı nümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan təhqiqatdan sonra qalıq qalan 0,743 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 14,431 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədə Təqsirləndirilən şəxs3 məhkumluğu barədə hər hansı bir məlumat göstərilməmişdir. Məhkəmə onun zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, vurulmuş ziyanın onun tərəfindən ödənilməsini, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasınavə ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət işi üzrə xx.xx.2016cı il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2016-cı il tarixədək barəsində həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2016-cı il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 07 ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün 01 il 02 ay hesablanmaqla ona qəti cəza təyin edilməli və onun cəzaçəkmə müddətinin başlanğıcı qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, Abşeron rayonu, Bakı şəhəri ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanında qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməldir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədə Təqsirləndirilən şəxs4 məhkumluğu barədə hər hansı bir məlumat göstərilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, vurulmuş ziyanın qaytarılmasını yüngülləşdirən hal kimi qiymətləndirərək, ağırlaşdırıcı halın olmamasını, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs4 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 hazırki cinayət işi üzrə xx.xx.2016cı il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2016-cı il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 həbsdə saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün 04 gün müddət hesablanmaqla ona qəti cəza təyin edilməli və onun cəzaçəkmə müddətinin başlanğıcı qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, Abşeron rayonu, Bakı şəhəri ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanında qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməldir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədə Təqsirləndirilən şəxs1 məhkumluğu barədə hər hansı bir məlumat göstərilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmamasını, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasınavə ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azdlıqdan məhrum etmə növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məqsədləri Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən hal-hazıra kimi həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil edilməli, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu 01 ay 28 gün təyin edilmiş cəzadan çıxılmalı və onun cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanı nümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan təhqiqatdan sonra qalıq qalan 1,357 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 358,02 (üç yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulmalıdır. Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan baxış zamanı götürülmüş 01 ədəd “Avtech” markalı, DVR-nin (görünüş kamerasının) CD-DVD hissəsi Xırdalan şəhəri 1 saylı tam orta məktəbin, Abşeron rayonu Masazır qəsəbəsi 2 saylı tam orta məktəbə məxsus bir ədəd “Toshiba” markalı Satellite C50-A528 modelli noutbuk kompyuteri həmin məktəbin nümayəndəsinə qaytarılmalıdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd ”Samsung” markalı” SMG355/DS modelli telefonun ona qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 55 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X10 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz ) manat, Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat manat məbləğində, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X9 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsi müddətinin başlanğıcı tutulduğu xx.xx.2022-ci iltarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan təhqiqatdan sonra qalıq qalan 0,743 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 14,431 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 07 (yeddi) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 01 (bir) il 02 (iki) ay müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 04 (dörd) ay müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3cü maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü oğlunun həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 10 (on) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsi müddətinin başlanğıcı tutulduğu xx.xx.2021-ci il iltarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılsın . Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan təhqiqatdan sonra qalıq qalan 1,357 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmün həmin hissədə icrası Abşeron Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 358,02 (üç yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulsun. Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan baxış zamanı götürülmüş 01 ədəd “Avtech” markalı, DVR-nin (görünüş kamerasının) CD-DVD hissəsi Xırdalan şəhəri 1 saylı tam orta məktəbin, Abşeron rayonu Masazır qəsəbəsi 2 saylı tam orta məktəbə məxsus bir ədəd “Toshiba” markalı Satellite C50-A528 modelli noutbuk kompyuteri həmin məktəbin nümayəndəsinə qaytarılsın. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd ”Samsung” markalı” SMG355/DS modelli telefonun ona qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 55 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X10 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz ) manat, Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X7 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat manat məbləğində, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X9 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdənəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar