Məhkəmə qərarları › İş №1(012)-75/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-75/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-75/2025 08.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1989-cu ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan olmaqla barəsində həbs qətimkan tədbiri seçilənədək həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 oktyabr 2022-cü il tarixdə, saat 14 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindəki otlaq sahəyə gəlib, oradan Zərərçəkmiş şəxs2 məxsus hər biri 1250(min iki yüz əlli) manat dəyirində olan dörd baş iribuynuzlu heyvanı (inəyi) gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 5000(beş min) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyətilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 noyabr 2022-ci il tarixdə, saat 15:00 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisindəki otlaq sahəyə gəlib, oradan Zərərçəkmiş şəxs5 qızma məxsus hər biri 800(səkkiz yüz) manat dəyəıində olan iki baş iribuynuzlu heyvanı(inəyi) gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1600( min altı yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyətilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinin yaxınlığındakı tövləyə nəfəslik üçün nəzərdə tutulmuş yerin ətrafını özü ilə gətiridiyi linglə sökərək qanunsuz tövləyə daxil olub, oradan hər biri 250(iki yüz əlli) manat dəyərində olan doqquz baş xırdabuynuzlu heyvanı(qoyunu) gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 2250( iki min iki yüz əlli) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyətilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 novabr 2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs4 Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən fermasındakı tövləyə qanunsuz daxıl olub oradan hər bırı hər birinin qiyməti 1500 manat olmaqla ümumi dəyəri 3000 manat olan iki baş iribuynuzlu hər birinin dəyəri 3000 manat olan inəyi, bir baş iri buynuzlu dəyəri 800 manat olan inəyi ümumilikdə dəyəri 6800 (altı min səkkiz yüz) manat olan üç baş iribuynuzlu heyvanı(inəyi) gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 6800 (altı min səkkiz yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ziyanı ödəmək imkanı olmadığını, əməlindən peşiman olduğunu, cəza təyinində bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. İbtidai isrintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında bacısı Məkkə Əlibalayev və onun ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər 2 dəfə məhkum olunmuş, sonuncu dəfə 2021-ci ilin mart ayında Binəqədi rayonu ərazisində yaşayış sahəsindən oğurluq etdiyinə görə Binəqədi rayon məhkəməsi tərəfindən 2 il müddətinə azadlıqdan məhrum edilmiş, 2022-ci ilin mart ayında cəzasının sonu ilə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra bir müddət fərdi əməklə məşğul olsa da, maddi vəziyyəti çətin olduğundan sonradan oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 13 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindəki otlaq sahədən piyada keçən zaman örüşdə iribuynuzlu heyvanların otladığını görmüş və həmin iribuynuzlu heyvanlardan bir neçəsini oğurlamaq qərarına gəlmişdir. Buna görə də ətrafa göz gəzdirib heç kimin olmadığına və heyvanların nəzarətsiz olduğuna əmin olduqdan sonra həmin heyvanlardan biri ağ rəngli, 3 isə qara rəngli olmaqla 4 baş iribuynuzlu heyvanları otladıqları yerdən Hökməli qəsəbəsinə gətirmək üçün həmin heyvanları qabağına qatıb Hökməli qəsəbəsi istiqamətində gətirmişdir. Oğurladığı həmin heyvanların qulaqlarına sarı rəngdə nişan(bilka) vurulmuşdur. Hökməli qəsəbəsinə gəldikdən sonra oğurladığı 4 baş inəyi qonşuluqdakı boş həyətə salmışdır. Həmin heyvanları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “heyvan bazarf’na aparıb satmaq niyyətində olmuş, buna görə də heyvanları həmin bazara aparacaq nəqliyyat vasitəsi tapmalıymış. Bu səbəbdən də 2 gün avtomobil axtarmış və nəhayət xx.xx.2022-ci il tarixdə yolun kənarına çıxıb yük maşını axtardığı vaxt tanımadığı şəxsin idarə etdiyi “Qazel” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı yük maşını ilə yoldan keçdiyini görüb onu saxlatdırmışdır. Həmin şəxslə danışıb ona özünə məxsus olan 4 baş iribuynuzlu heyvanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən heyvan bazarına satmaq üçün aparmaq lazım olduğunu bildirmişdir. Həmin şəxs ilk olaraq yol pulu kimi 70 manat pul istəsə də onlar danışıb 40 manata razılaşmışlar. Bundan sonra, həmin şəxsin “Qazel” markalı yük maşını ilə heyvanları saxladığı boş həyətə gəlmişlər. Orada oğurladığı heyvanları həmin “Qazel” markalı yük maşının yük yerinə mindirmiş və birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “heyvan bazarı”na getmişlər. Həmin gün, yəni xx.xx.2023cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “heyvan bazarı”na çatmışlar və bazara çatdıqdan sonra heyvanları yük maşınından düşürüb sürücüyə 40 manat yol pulu verib onu yola salmışdır. Bundan sonra bazarda heyvanların yanında durub satmağa başlamışdır. Belə ki, təxminən 1-2 saat ərzində bir nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşıb heyvanları neçiyə satdığını soruşmuşdur.Ona yaxınlaşan təxminən 35 yaşlarında, uca boylu, kafi köklükdə olan həmin kişiyə heyvanların özünə məxsus olduğunu və 4 baş heyvanı ümumilikdə 1800 manata satdığını bildirmişdir. Həmin kişiylə danışıb razılaşdıqdan sonra oğurladığı 4 baş inəyi ümumilikdə 1500 manata ona satmışdır. Bundan sonra 1500 manat pulu alıb yaşadığı evə qayıtmış və pulu şəxsi ehtiyaclarına xərcləmişdimr. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində mal-qara oğurlamaq üçün Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinə fermaların yaxın olduğu örüş sahəsinə gəlmişdir. Həmin vaxtı örüş sahəsində iki baş inəyin naxırdan ayrılıb kənarda otladığmı görmüş və heyvanlara yaxınlaşıb onları qovub örüş sahəsindən uzaqlaşdırmışdır. İki baş inəyi yol kənarında hasarlı boş sahəyə salıb saxlamış və yük maşını çağırmaq üçün getmişdir. Təxminən 10 dəqiqə sonra Qazel markalı yük maşını sifariş edib heyvanları saxladığı yerə qayıtmış və iki baş inəyi Qazel markalı maşının yük yerinə yükləyib Hökməli qəsəbəsinə gətirmişdir. Heyvanları Hökməli qəsəbəsində boş həyət sahəsində düzəltdiyi axura salmışdır. xx.xx.2023-cü il tarixdə bazar günü səhər saatlarında oğurladığı iki baş inəyi Qazel markalı avtomobil sifariş edib maşına yükləyib Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən mal bazarına aparıb orada tanımadığı bir nəfər şəxsə 1100 manata satmışdır. Əldə etdiyi puldan 40 manatı Qazelin sürücüsünə vermişdir. Əldə etdiyi pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa, həmin oğurluqdan əldə etdiyi 1500 manat pulu xərclədikdən sonra yenidən oğurluq etmək qərarına gəlmiş və buna görə də heyvan oğurlamaq üçün münasib və uyğun yer axtarmağa başlamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə yaşadığı evdən çıxıb gəzə-gəzə Abşeron rayonu Güzdək kəndinə gəlmişdir. Eşitmişdir ki, Güzdək kəndində heyvandarlıqla məşğul olan adam çoxdur. Güzdək kəndinə gəldikdən sonra kəndin küçələri ilə gəzişib ətrafa nəzər yetirib kimin harada və nə qədər heyvan saxladığını dəqiqləşdirməyə çalışmışdır. Kənddə gəzən zaman sonradan adını bildiyi Bəşir adlı şəxsin tövləsinin quruluşundan və ətrafdakı əşyalardan onun çoxlu sayda qoyun saxladığını yəqin etmişdir. Həmçinin də Bəşir adlı şəxsin qoyun saxladığı həmin tövlə oğurluq üçün daha əlverişli yerdə yerləşmişdir. Tövləni kənardan müşahidə edib arxa tərəfindən olan nəfəslik yerindən tövləyə daxil ola biləcəyini yəqin edib havanın qaralmasını gözləmişdir. Ətrafı gəzdikdə zibillik ərazidən mismar çıxaran ling tapmışdır. Həmin linglə nəfəsliyi qoparmaq niyyətində olmuşdur. Beləliklə, havanın qaralmasını gözləmiş və xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Bəşirin qoyun saxladığı həmin tövlənin yanına gəlib tövlənin arxasındakı nəfəsliyin kənarlarındakı daşları əlindəki mismar çıxaran linglə söküb tövləyə daxil olmuşdur. Tövləyə daxil olduqda orada təxminən 200 baş qoyun olduğunu görmüşdür. Həmin qoyunlardan 9 başını oğurlayaraq tövlədən çıxarmışdır. Qoyunları tövlədən çıxardıqdan sonra qabağına qatıb təxminən 40 dəqiqə yol getdikdən sonra avtomobil yolunun kənarına gəlmişdir. Daha sonra isə qoyunları yolun kənarına aparmış və orada ətrafı hasarlanmış boş ərazidə saxlamışdır. Həmin heyvanları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “heyvan bazarı”na aparıb satmaq niyyətində olmuşdur. Buna görə də heyvanları həmin bazara aparacaq nəqliyyat vasitəsi tapmalıymış, bu səbəbdən də yolun kənarına çıxıb yük maşını axtarmışdır. Həmin vaxt yoldan keçən tanımadığı şəxsin idarə etdiyi “Kamaz” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı yük maşının yoldan keçdiyini görüb onu saxlatdırmışdır. Sürücü ilə danışıb ona özünə məxsus olan 9 baş qoyunu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “heyvan bazarıına satmaq üçün aparmaq lazım olduğunu bildirmiş və onlar danışıb 35 manat yol puluna razılaşmışlar. Bundan sonra heyvanları yük maşının yük yerinə mindirmiş və birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “heyvan bazarın”na getmişlər. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “heyvan bazarı”na çatmışlar və bazara çatdıqdan sonra heyvanları yük maşınından düşürüb sürücüyə yol pulusunu verib onu yola salmışdır. Bundan sonra bazarda heyvanların yanında durub satmağa başlamışdır. Belə ki, təxminən 2-3 saat ərzində bir nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşıb heyvanları neçiyə satdığını soruşmuşdur. Ona yaxınlaşan təxminən 35 yaşlarında, bəstə boylu, arıq olan həmin kişiyə heyvanların özünə məxsus olduğunu və 1 baş heyvanı 90 manata satdığını bildirmişdir. Həmin kişiylə danışıb razılaşdıqdan sonra oğurladığı 9 baş qoyunun bir başını ona 90 manata, qalan 8 baş qoyunun hər birini isə 70 manata olmaqla ümumilikdə 650 manata ona satmışdır. Bundan sonra yaşadığı evə qayıtmış və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, həmin oğurluqdan əldə etdiyi 650 manat pulu xərclədikdən sonra yenidən oğurluq etmək qərarına gəlmiş və buna görə də heyvan oğurlamaq üçün münasib və uyğun yer axtarmağa başlamışdır. Belə ki, 27 noyabr 2022-ci il tarixdə saat 01 radələrində Bakı-Quba yolunun yaxınlığındakı, Abşeron rayonu, St.Sumqayıt qaçqınlar şəhərciyinə yaxın ərazidə yerləşən fermanın yaxınlığından keçən zaman həmin fermadakı tövlələrdən oğurluq etməy qərarına gəlmişdir. Buna görə də fermadakı tövlələrdən birinin qapısını açıb tövləyə daxil olmuşdur. Tövlədə bir neçə iribuynuzlu heyvan olmuşdur. Həmin heyanlardan iplə axura bağlanmış iki baş qara rəngli camışın iplərini üzərindəki bıçaqla axura bağlanmış hissədən kəsmiş və camışların iplərindən tutaraq tövlədən çıxarmışdır. Daha sonra isə camışları yolun kənarına aparmış və orada ətrafı hasarlanmış boş ərazidə saxlamışdır. Həmin heyvanları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “heyvan bazarı”’na aparıb satmaq niyyətində olmuşdur. Buna görə də heyvanları bazara aparacaq nəqliyyat vasitəsi tapmalı olmuşdur. Bu səbəbdən də yolun kənarına çıxıb yük maşını axtarmışdır. Həmin vaxt yoldan keçən tanımadığı şəxsin idarə etdiyi “Qazel” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı yük maşının yoldan keçdiyini görüb onu saxlatdırmışdır. Sürücü ilə danışıb ona özünə məxsus olan 2 baş camışı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “heyvan bazarı”na satmaq üçün aparmaq lazım olduğunu bildirmiş və danışıb 40 manat yol puluna razılaşmışlar. Bundan sonra “Qazel” markalı yük maşını ilə heyvanları saxladığı boş sahəyə gəlmişlər. Orada heyvanları “Qazel” markalı yük maşının yük yerinə mindirmiş və birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “heyvan bazarı”na getmişlər. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “heyvan bazarı”na çatmışlar və bazara çatdıqdan sonra heyvanları “Qazel” markalı yük maşınından düşürüb sürücüyə 40 manat yol pulu verib onu yola salmışdır. Bundan sonra bazarda heyvanların yanında durub satmağa başlamışdır. Belə ki, təxminən 2 saat ərzində bir nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşıb heyvanları neçiyə satdığını soruşmuşdur. Ona yaxınlaşan təxminən 45 yaşlarında, uca boylu, kafi köklükdə olan həmin kişiyə heyvanların özünə məxsus olduğunu və 2 baş heyvanı ümumilikdə 1600 manata satdığını bildirmişdir. Həmin kişiylə danışıb razılaşdıqdan sonra oğurladığı 2 baş camışı ümumilikdə 1300 manata ona satmışdır. Bundan sonra 1300 manat pulu alıb yaşadığı evə qayıtmış və pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində mal-qara oğurlamaq üçün Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinə femaların yaxın yerləşdiyi örüş sahəsinə gəlmişdir. Orada örüş sahəsində otlayan iki baş inəyi qovub yol kənarına gətirmiş və Qazel markalı maşın sifariş edib həmin heyvanları qazelin yük yerinə qaldırıb oradan Hökməli qəsəbəsinə düzəltdiyi axura gətirib salmışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında həmin heyvanları Maştağa qəsəbəsinə aparıb orada mal bazarında 1200 manata satmışdır. Əldə etdiyi pulun 40 manatını Qazelin sürücüsünə vermiş və qalan pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa, həmin oğurluqdan əldə etdiyi 1300 manat pulu xərclədikdən sonra yenidən oğurluq etmək qərarına gəlmiş və buna görə də heyvan oğurlamaq üçün münasib və uyğun yer axtarmağa başlamışdır. Belə ki, 10 may 2023-cü il tarixdə saat 12 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi ərazisindəki otlaq sahədən piyada keçən zaman örüşdə iribuynuzlu heyvanların otladığını görmüş və həmin iribuynuzlu heyvanlardan bir neçəsini oğurlamaq qərarına gəlmişdir. Buna görə də biri sarı- ala, biri qara-ala, biri isə qara rəngli olmaqla 3 baş iribuynuzlu heyvanları otladıqları yerdən Hökməli qəsəbəsinə gətirmək üçün həmin heyvanları qabağına qatıb Hökməli qəsəbəsi istiqamətində gətirmişdir. Hökməli qəsəbəsinə gəldikdən sonra oğurladığı 3 baş inəyi kənarları mişar daşlan ilə hasarlanmış boş həyətə salmışdır. Həmin heyvanları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “heyvan bazarı”na aparıb satmaq niyyətindəymiş. Buna görə də heyvanları həmin bazara aparacaq nəqliyyat vasitəsi tapmalıymış. Bu səbəbdən də yolun kənarına çıxıb yük maşını axtarmışdır. Həmin vaxt tanımadığı şəxsin idarə etdiyi “Qazel” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı yük maşını ilə yoldan keçdiyini görüb onu saxlatdırmışdır. Həmin şəxslə danışıb ona özünə məxsus olan 3 baş iribuynuzlu heyvanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “heyvan bazarı”na satmaq üçün aparmaq lazım olduğunu bildirmişdir. Həmin şəxs ilk olaraq yol pulu kimi 50 manat pul istəsə də danışıb 35 manata razılaşmışlar. Bundan sonra həmin şəxsin “Qazel” markalı yük maşını ilə heyvanları saxladığı boş həyətə gəlmişlər. Orada oğurladığı heyvanları həmin “Qazel” markalı yük maşının yük yerinə mindirmiş və birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “heyvan bazarı”na getmişlər. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “heyvan bazarı”na çatmışlar və bazara çatdıqdan sonra heyvanları yük maşınından düşürüb sürücüyə 35 manat yol pulu verib onu yola salmışdır. Bundan sonra bazarda heyvanların yanında durub satmağa başlamışdır. Belə ki, təxminən 1 saat ərzində bir nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşıb heyvanları neçiyə satdığını soruşmuşdur. Ona yaxınlaşan təxminən 50 yaşlarında, orta boylu, kafi köklükdə olan həmin kişiyə heyvanların özünə məxsus olduğunu və 3 baş heyvanı ümumilikdə 3000 manata satdığını bildirmişdir. Həmin kişiylə danışıb razılaşdıqdan sonra oğurladığı 3 baş inəyi ümumilikdə 2100 manata ona satmışdır. Bundan sonra 2100 manat pulu alıb yaşadığı evə qayıtmış və pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurluqları tək etmiş, gecə vaxtı etdiyi oğurluqlar vaxtı kimsə onu görməmiş, gündüz vaxtı isə kimsə ona görə bilər, lakin heç kim onun oğurluq etdiyini anlamamışdır. Həmçinin oğurluq zamanı ona heç kim köməklik etməmişdir. Oğurladıqları heyvanları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “heyvan bazarı”na özünə məxsus yük maşınları ilə aparan şəxslərə heyvanların özünə məxsus olduğunu və ehtiyacı olduğundan satmaq üçün apardığını bildirmişdir. Həmin şəxslər onun heyvanları oğurladığını bilməmişdir. Oğurladığı heyvanları satın almış şəxslər həmin heyvanların cinayət yolu ilə əldə edildiyindən məlumatlı olmamışdır. Həmin şəxslərə heyvanların özünə məxsus olduğunu bildirmişdir. Oğurladığı heyvanların kimə məxsus olmasından əvvəlcədən məlumatı olmamış, sonradan bilmişdir ki, 4 baş inək Səməd adlı şəxsə, 9 baş qoyun Bəşir adlı şəxsə, 2 baş camış Səyyaf adlı şəxsə, 3 baş inək isə Qoşqar adlı şəxsə, 4 baş inək isə Dursun adlı qadına məxsus olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayır. Təsərrüfatında 5 baş iri buynuzlu heyvanı olmuşdur. Həmin heyvanları yaşadığı evin həyətində tikdiyi tövlədə saxlamışdır. Heyvanları yaşadığı evin ətrafında otarmışdır. 10 may 2023-cü il tarixdə Bərdə rayonuna yas mərasiminə getmiş,həmin heyvanları isə otlamaq üçün arvadı tövlədən çıxartmış və evdən təxminən 500 metr kənara ötürmüşdür. Saat 14 radələrində iri buynuzlu heyvanlardan biri qayıtmış digər 4 baş heyvan isə qayıtmadığından arvadı bu barədə zəng edərək ona məlumat vermiş, ona heyvanların qayıdacağını və bu barədə narahat olmamağı bildirmişdir. Həmin gün saat 20 radələrində arvadı Zəminə Rəhimova yenidən ona zəng edərək heyvanlardan birinin də qayıtdığını lakin digər 3 baş heyvanın qayıtmadığını bildirmişdir. Həmin tarixdə saat 23 radələrində Bərdə rayonundan qayıtmışdır. 11 may 2023-cü il tarixdən 3 baş iri buynuzlu heyvan uzun müddət axtarsa da tapa bilməmişdir. Bundan sonra 16 iyun 2023-cü il tarixdə Abşeron RPİ-nin Qobu PB-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 6800 manat maddi ziyan dəymişdir. Heyvanlardan biri qara rəngli, 5 yaş, 450 kiloqram olmaqla 3000 manat dəyərində, digəri sarı-ala rəngli, 4 yaş, 500 kiloqram olmaqla 3000 manat dəyərində, sonuncu isə qara-ala rəngli, düyə, 2 yaş, 200 kiloqram olmaqla 800 manat dəyərində olmuşdur. Əvvəlcə heyvanlarının itdiyini zənn etdiyindən bu barədə müraciət etməmişdir. Lakin sonradan heyvanların oğurlandığına əmin olduğu üçün ərizə ilə müraciət etmişdir.Hadisədən sonra qonşu kameradan görüntünü diskə köçürmüşdür.Həmin görüntüdən də göründüyü kimi, ona məxsus iribuynuzlu heyvanları aparan şəxs bu təqsirləndirilən şəxsə oxşamır.Ona elə gəlir ki, mallarını oğurlayan şəxs bu şəxs deyil,məhkəmədən xahiş edir ki, ona dəyən ziyan ödənilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təxminən 7 il əvvəl Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində qardaşı Tahir Salahovun tikdiyi fermada onunla birlikdə iri buynuzlu heyvanlar yəni malqara və camış saxlayır. Fermada onunla yanaşı qardaşı Tahir Salahovunda heyvanları vardır. Həmin fermaya nəzarəti isə Şahid tapşırmış və ona aylıq 400 manat əmək haqqı vermişlər. 27 noyabr 2022-ci il tarixdə evdə olduğu zaman Şahid ona məxsus 2 baş camışın fermadan oğurlandığını və bu barədə 102 xidmətinə zəng edərək məlumat verdiyini bildirmişdir. Bundan sonra fermaya getmiş və camışlar fermada başlarından iplə bağlandığından naməlum şəxsin fermaya daxil olaraq camışın başına bağlanmış ipi kəsərək oğurladığı ona məlum olmuşdur. Hər iki camış 430 kilqoram olmaqla, 4 yaş və hər biri 1500 manat dəyərində olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 3000 manat maddi ziyan dəymişdir. Oğurlanmış 2 baş iri buynuzlu heyvan olan camış ona məxsus olmuşdur. Şahid heyvanları saxladıqları fermada 400 manat pul müqabilində nəzarətçi işləyir. Oğurlanmış 2 baş camış isə ona məxsus olmuşdur.Dəyən ziyanın ödənilməsini tələb edir. İş üzrə Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şşikayəti, tələbi olmadığını bildirmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 06 radələrindən sonrakı müddətdə yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən otlaq sahədən ona məxsus 4 ədəd iri buynuzlu heyvanları oğurlanmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindəki otlaq sahədən ona məxsus 3 baş qara rəngli, 1 baş ağ rəngli olmaqla, ümumilikdə 4 baş iribuynuzlu heyvan oğurlanmışdır. Oğurlanmış olan həmin heyvanların çəkisi, yaşı və digər əlamətlərini nəzərə almaqla hər birinin oğurlanan zaman bazar qiyməti 1250 manat olmuşdur. Bu səbəbdən də ona ümumilikdə 5000 manat maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin bu şəxs olmadığını bildirmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun 180 baş xırda butnuzlu hevanları vardır. Həmin heyvanları evinin yaxınlığında olan tövlədə saxlayır. xx.xx.2022-ci il tarixdə qoyunları tövləyə salmış və xx.xx.2022-ci il tarixdə səhər saat 07 radələrində qoyunları tövlədən çıxaranda görmüşdür ki, qoyunların 9 başı oğurlanıb. Tövlənin yan arxa tərəfinə keçib görmüşdür ki, orada olan nəfəsliyin aşağı hissəsinin daşlarını söküb oradan heyvanları çıxarıb oğurlamışlar. Oğurlanmış olan həmin heyvanların çəkisi, yaşı və digər əlamətlərini nəzərə almaqla hər birinin oğurlanan zaman bazar qiyməti 250 manat olmuşdur. Bu səbəbdən də ona ümumilikdə 2250 manat maddi ziyan dəymişdir. İbtidai istintaqda ş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində mal-qara fermasında iri buynuzlu heyvanlar saxlayırlar. Mal-qaranı hər gün adəti üzrə örüş sahəsinə buraxır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında 80 baş iri buynuzlu heyvanı örüş sahəsinə ötürmüşdür. Həmin gün axşam heyvanlardan iki baş inəyin heyvanların arasında olmadığını görmüşdür. Heyvanları axtarsa da tapa bilməmişdir. Örüş sahəsində yük avtomobilin təkər izləri olmuş, heyvanlar naməlum şəxs tərəfindən oğurlanmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə axşam saatlarında yenə iki baş inəyinin çöl sahədən oğurlandığını aşkar etmiş və bundan sonra polisə şikayət etmişdir. xx.xx.2022-ci il tarixdə oğurlanmış iki baş inəyin hər birinin 800 manat qiyməti olmuş, xx.xx.2022-ci il tarixdə isə oğurlanmış iki baş inəyin hər birinin qiyməti 600 manat olmuşdur. Oğurluq nəticəsində ona 2800 manat maddi ziyan dəymişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Laçın rayonu, Narışlar kəndində qeydiyyatda olmaqla, Bakı-Quba avtomobil yolunun Abşeron rayonu, Pirəkəşkül qəsəbəsindən keçən hissəsində yolun kənarında yerləşən Zərərçəkmiş şəxs4 məxsus fermada yaşayaraq sonuncuya məxsus heyvanlara nəzarət edir. Belə ki, həmin fermada Zərərçəkmiş şəxs4 və qardaşı Tahir Salahova məxsus iri buynuzlu heyvanlar, yəni mal-qara və camış saxlayır. xx.xx.2022-ci il tarixdə heyvanları fermanın həyətindəki tövləyə salıb qapısını isə örtmüşdür. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında heyvanları saxladığı tövləyə daxil olduqda tövlənin qapısının açıq olduğunu, 2 baş camışın isə iplə bağlandığı yerdə olmadığını, camışlarm bağlandığı ipin kəsilib camışlarm oğurlandığını aşkar etmişdir. Bu barədə ilk olaraq Səyyafa məlumat vermişdinir. Səyyaf gəldikdən sonra polisə məlumat vermişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər. İlkin ərizə və izahatında fikirlərini düzgün izah edə bilmədiyindən oğurlanmış heyvanların ona məxsus olduğunu bildirmişdir. Əslində isə heyvanlar ona məxsus deyil, sadəcə heyvanlara nəzarət etmişdir. Beləliklə Təqsirləndirilən şəxs istinad edilən cinayətlərin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi zərərçəkmiş şəxsin ifadəsi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli Qərarı ilə xx.xx.2026-cı il tarixli Amnistiya aktının 4-cü bəndinə əsasən cəzasından 06 ay çıxılaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2016cı il traixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəzanı yüngülləşdirən halların olmaması və ağırlaşdıran halların olmasını, ziyanın ödənilməməsini, təyin edilmiş cəzanın məhkumu islah etməsi və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Abşeron rayon Məhkəməsinin 17 iyun 2023-cü il tarixl qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 16 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, məhkəmə tərəfindən seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmənin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin və cəzaçəkmənin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar