Məhkəmə qərarları › İş №1(012)-750/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-750/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-750/2025 03.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1965-ci ildə Tovuz rayonu, Əlibəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Tovuz rayonu, Əlibəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs “Əməkdar artist” fəxri adının verilməsini təşkil edəcəyini yalandan vəd verib aldadaraq sonuncunun 03 mart 2023-cü il tarixdə Abşeron rayonu, Saray STQ, S.Qaziyeva küçəsində olan marketdə “MiliÖN” elektron ödəniş terminalı vasitəsilə ona məxsus 4169 7388 3941 4731 nömrəli “Kapital bank” kartına köçürdüyü 250 manat, 2023-cü ilin mart ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesində yerləşən X2 yaxınlığında nağd verdiyi 500 manat, 11 aprel 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi ev 1, 69 saylı yaşayış binasında olan “Araz” marketin içərisindəki “Mpay” elektron ödəniş terminalı vasitəsilə həmin karta köçürdüyü 500 manat, 28 aprel 2023-cü il tarixdə ünvan 2 ünvanda olan “Əsmənur” marketin içərisindəki “Mpay” elektron ödəniş terminalı vasitəsilə köçürdüyü 500 manat və 13 sentyabr 2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində olan “Əsləm” marketin içərisindəki “MilliÖN” elektron ödəniş terminalı vasitəsilə köçürdüyü 400 manat, cəmi vahid niyyətlə əhatə olunan qəsdlə 2150 manat pulunu alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs 2150 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, latın və kril qrafikalı azərbaycan əlifbası ilə sərbəst yazıb-oxumağı bacarır, heç bir yerdə işləmir, lakin fərdi əməklə məşğul olub ailəsini dolandırmışdır. Özünə məxsus 4169 7388 3941 4731 nömrəli “Kapital Bank” kartı vardır, həmin kart daima öz istifadəsində olmuş və həmin kartı ilə mobil telefonunda “Birbank” tətbiqində telefon nömrəsi ilə qeydiyyatdan keçmişdir. Zərərçəkmiş şəxs 2023-cü ildən tanımış, sonuncu ilə ortaq tanışları Yusif tanış etmişdir. Heç vaxt Nizami ilə ədavəti və narazılığı olmamışdır. Nizami ilə tanış olduqdan sonra biri-birinin telefon nömrəsini götürmüş və mütəmadi olaraq danışıb görüşmüşlər. Nizamini daha yaxından tanıdıqdan sonra öyrənmişdir ki, sonuncu musiqiçidir və “Əməkdar artist” fəxri adı almaq istəyir. Bir dəfə evli olub boşanmış və ikinici dəfə evlənmişdir. Nizami “Əməkdar artist” fəxri adının almasını israrla istədiyini görüb sonuncunu aldatmaq qərarına gəlmişdir. Belə ki, pulu olmamış və maddi cəhətdən imkanı zəif olmuşdur. Nizamiyə yalandan bildirmişdir ki, ikinci arvadının qohumları yüksək vəzifədə işləyir, onlarla münasibəti yaxşıdır, əlaqələrindən istifadə edərək “Əməkdar artist” fəxri adının verilməsini təşkil edə bilər. Həmin vaxt yanlarında Yusif və Nizaminin tanışı Fazil adlı şəxs olmuşdur. Nizami “Əməkdar artist” fəxri adının verilməsini necə təşkil edə biləcəyini soruşduqda yalandan bildirmişdir ki, arvadının yüksək vəzifədə işləyən qohumlarına deyərək həll edəcək və bunun üçün pul verməlidir. Nizami də buna görə pul verəcəyini bildirmişdir. Lakin aralarında konkret məbləğ barədə danışıq olmamışdır. 2023-cü ilin mart ayının əvvəllərində Nizamiyə zəng edərək yalandan demişdir ki, dediyi şəxslərin qəbulunda olacaq və təcili şəkildə pul verilməlidir ki, həmin pulla hədiyyə alacaq. Həmin pulu özünə istəmiş, belə ki, pul lazım olmuşdur. Özünə məxsus 4169 7388 3941 4731 nömrəli “Kapital Bank” kartının fotoşəkilini “WhatsApp” vasitəsilə Nizamiyə göndərmişdir. Həmin günü, yəni 03 mart 2023cü il tarixdə Nizami kartına 250 manat pul köçürmüş və qəbzin fotoşəkilini “WhatsApp” vasitəsilə göndərmişdir. 250 manat pulu kartından çıxarıb öz şəxsi məqsədləri üçün xərcləmişdir. 2023-cü ilin mart ayının sonlarında pul lazım olduğu üçün Nizamiyə zəng edərək görüşmək istədiyini demişdir. Həmin günü onlar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesində yerləşən X2 yaxınlığında çayxanada görüşmüşlər. Nizami onunla görüşə Yusif və Fazil ilə gəlmişdir. Həmin vaxt Nizamiyə inanması üçün yalandan 250 manat pulla hədiyyə alıb işini düzəldən şəxsə verdiyini bildirib həmin şəxs ilə yenidən görüşəyəyini deyib pul istəmişdir. Nizami də 500 manat pul vermiş və bir qədər söhbət etdikdən sonra oradan çıxıb getmişdir. Həmin pulu öz şəxsi işləri üçün xərcləmişdir. 11 aprel 2023-cü il tarixdə pul lazım olduğu üçün Nizamiyə zəng edərək yenidən pul istəmiş və karta pul köçürməyini bildirmişdir. Nizami də həmin günü kartına 500 manat pul köçürmüş və qəbzin fotoşəkilini “WhatsApp” vasitəsilə göndərmişdir. Pulu kartından çıxarıb öz şəxsi işləri ilə əlaqədar xərcləmişdir. 28 aprel 2023-cü il tarixdə pulu olmadığı üçün Nizamiyə zəng edərək işi üçün yenidən pul istəmiş və karta pul köçürməyini demişdir. Nizami də həmin günü kartına 500 manat pul köçürmüş və qəbzin fotoşəkilini “WhatsApp” vasitəsilə göndərmişdir. Həmin pulu kartından çıxarıb öz şəxsi məqsədləri üçün istifadə etmişdir. 13 sentyabr 2023-cü il tarixdə pul lazım olduğu üçün Nizamiyə zəng edərək işi üçün yenidən pul istəmiş və karta pul köçürməyini bildirmişdir. Nizami həmin günü kartına 400 manat pul köçürmüş və qəbzin fotoşəkilini “WhatsApp” vasitəsilə göndərmişdir. Nizamiyə yalandan söz vermişdir ki, tezliklə ona “Əməkdar artist” fəxri adı veriləcək. Bundan sonra Nizami mütəmadi olaraq mobil telefon vasitəsilə əlaqə saxlamış və görüşərək işi barədə soruşmuş, sonuncunu aldadıb yalandan tezliklə həll ediləcəyini bildirmişdir. Lakin sonradan Nizaminin telefon zənglərinə cavab verməmiş və telefonu söndürmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, ifadəsində qeyd etdiyi tarixilərdə Zərərçəkmiş şəxs ümumilikdə 2150 manat pul almışdır. Həmin pulu Nizamini aldadıb yalandan sonuncuya “Əməkdar artist” fəxri adının veriləcəyini təşkil edəcəyini bildirib almışdır. Nizami ilə danışıqlarında və pul alan zaman yanınların Yusif ilə Nizaminin dostu Fazil olmuşdur. Ümumiyyətlə Nizamiyə “Əməkdar artist” fəxri adının verilməsi səlahiyyəti olmamış və bu barədə kimləsə danışıb müraciət etməmişdir. Nizamiyə yalandan inanaması üçün arvadının yüksək vəzifədə işləyən qohumlarının olmasını və onlara hədiyyə aldığını demiş, faktiki olaraq belə şəxs olmamış və kiməsə hədiyyə almamışdır. 2150 manat pulu öz tək ələ keçirmiş, kimlərəsə verməmiş və öz şəxsi məqsədləri üçün xərcləmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, evlidir, təqaüdçüdür, musiqiçi və incəsənət xadimidir, ünvan 3 ünvanda qeydiyyatda olub yaşasa da ünvan 4 Bağlar 143 yaşayış sahəsində evi vardır. 2023-cü ilin mart ayında tanışı Yusifin vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Musa ilə tanış olan zaman sonuncu demişdir ki, bir dəfə evli olmuş və boşanmış, ikinci dəfə ailə həyatı qurmuş və ikinci arvadının qohumları yüksək vəzifədə işləyirlər. Musa özünü vəzifəli şəxslərə yaxın əlaqəli olan və işgüzar bir şəxs kimi təqdim etmişdir. Musiqiçi olduğuna görə fəxri ad almaq istəmişdir. Bununla bağlı Musa ilə söhbət edən zaman sonuncu köməklik edə biləcəyini bildirmişdir. Danışıqlarında yanında Yusif və Şahid2 iştirak etmişdir. Onlar da Musanın dediklərinin şahidi olmuşdur. Musa arvadının yüksək vəzifədə işləyən qohumlarının vasitəsilə fəxri ad almağına kömək etməsi üçün həmin şəxslərə hədiyyə veriləcəyini demişdir. İnanmış və pul verəcəyini bildirmişdir. 2023-cü ilin mart ayının əvvəllərində Musa zəng edərək demişdir ki, dediyi şəxslərin qəbulunda olacaq və təcili şəkildə pul verilməlidir ki, həmin pulla hədiyyə alacaq. Musa “WhatsApp” vasitəsilə kartını göndərmişdir. Həmin vaxt yanında Fazil olmuşdur. Həmin günü 03 mart 2023-cü il tarixdə Abşeron rayonu, Saray STQ, S.Qaziyeva küçəsində olan marketdə “MiliÖN” elektron ödəniş terminalı vasitəsilə Musanın kartına 250 manat pul köçürmüş və qəbzin fotoşəkilini sonuncuya göndərmişdir. 2023-cü ilin mart ayının sonlarında Musa zəng edərək görüşmək istədiyini demişdir. Həmin günü o, Musa, Fazil və Yusif Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesində yerləşən X2 yaxınlığında çayxanada görüşmüşlər. Həmin vaxt Musa pul istəmişdir ki, işi görən şəxs ilə görüşəcək. Musaya 500 manat pul vermiş və bir qədər söhbət etdikdən sonra çıxıb getmişlər. 11 aprel 2023-cü il tarixdə Musa zəng edərək yenidən pul istəmiş və karta pul köçürməyini bildirmişdir. Həmin günü Fazilin iştirakı ilə Musanın kartına Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi ev 1, 69 saylı yaşayış binasında olan “Araz” marketin içərisindəki marketdə “mpay” elektron ödəniş terminalı vasitəsilə 500 manat pul köçürmüş və qəbzin fotoşəkilini sonuncuya göndərmişdir. 28 aprel 2023-cü il tarixdə Musa zəng edərək yenidən pul istəmiş və karta pul köçürməyini bildirmişdir. Həmin günü Fazilin iştirakı ilə Musanın kartına ünvan 2 ünvanda olan “Əsmənur” marketin içərisindəki marketdə “mpay” elektron ödəniş terminalı vasitəsilə 500 manat pul köçürmüş və qəbzin fotoşəkilini sonuncuya göndərmişdir. 13 sentyabr 2023-cü il tarixdə Musa zəng edərək yenidən pul istəmiş və karta pul köçürməyini bildirmişdir. Həmin günü Fazilin iştirakı ilə Musanın kartına Abşeron rayonu, Saray qəsəbəsində olan “Əsləm” marketin içərisindəki marketdə “MilliÖN” elektron ödəniş terminalı vasitəsilə 400 manat pul köçürmüş və qəbzin fotoşəkilini sonuncuya göndərmişdir. Musa söz vermişdir ki, tezliklə ona fəxri ad, yəni “Əməkdar artist” veriləcək. Musaya inanmış və gözləmişdir. Lakin bir neçə ay keçməsinə baxmayaraq heç bir nəticə olmamışdır. Musadan soruşduqda sonuncu müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Musanın onu aldadıb ümumilikdə 2150 manat pulunu ələ keçirməsini başa düşdüyü üçün pulu geri qaytarmasını tələb etmişdir. Musa pulu qaytaracağına söz versədə aldadıb verməmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində daha sonra göstərmişdir ki, Musa ilə danışıqlarında Fazil və Yusif iştirak etmişdir. Çünki görüşlərində daima Yusif və Fazil yanında olmuşdur. Aralarında pulun verilməsi ilə bağlı əl yazma qəbz və yaxud müqavilə olmamışdır. Ancaq Musanın kartına köçürdüyü 1650 manat pulun qəbzi olmuşdur. Təqsirləndirilən şəxs verdiyi 2150 manat pul ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, arvadının qohumları yüksək vəzifədə işləyir və onların vasitəsilə ona fəxri ad verilməsinə kömək edəcək. Lakin həmin şəxsi və ya şəxsləri tanımamış, o, cümlədən görməmiş, Musa da konkret olaraq ad çəkməmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir. Onun barəsində heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi olmayacaq və məhkəməyə müraciət etməyəcəkdir. İbtidai istintaq şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, evlidir və təqaüdçüdür. Zərərçəkmiş şəxs yaxın tanışıdır, sonuncu musiqiçi olmaqla incəsəntxadimidir. Nizami ilə tez-tez görüşüb söhbət etmişlər. Görüşlərinin birində Nizami bildirmişdir ki, fəxri, yəni “Əməkdar artist” adı almaq istəyir və çətinlik çəkir. 2023-cü ilin mart ayında tanışı Nizami və sonuncunun tanışı Yusif adlı şəxs ilə görüşüb söhbət edən zaman sonuncu Təqsirləndirilən şəxs çağırıb onlar ilə tanış etmişdir. Musa ilə tanış olan zaman demişdir ki, bir dəfə evli olmuş və boşanmış, ikinci dəfə ailə həyatı qurmuş və ikinci arvadının qohumları yüksək vəzifədə işləyirlər. Musa özünü vəzifəli şəxslərə yaxın əlaqəli olan və işgüzar bir şəxs kimi təqdim etmişdir. Bu zaman Nizami fəxri ad almaq istədiyini Musaya demişdir. Bununla bağlı onlar söhbət edən zaman Musa Nizamiyə köməklik edə biləcəyini bildirmişdir. Musa arvadının yüksək vəzifədə işləyən qohumlarının vasitəsilə Nizaminin fəxri ad almasına kömək etməsi üçün həmin şəxslərə hədiyyə verilməli olduğunu demişdir. Nizami də heç bir problem olmadığını və pul verəcəyini bildirmişdir. 03 mart 2023-cü il tarixdə Nizami ilə Satay qəsəbəsində olan zaman Musa ona zəng edərək demişdir ki, dediyi şəxslərin qəbulunda olacaq və təcili şəkildə pul verilməlidir ki, həmin pulla hədiyyə alsın. Musa “WhatsApp” vasitəsilə Nizamiyə kartını göndərmişdir. Həmin günü Abşeron rayonu, Saray STQ, S.Qaziyeva küçəsində olan marketdə “MiliÖN” elektron ödəniş terminalı vasitəsilə Musanın kartına Nizami iştirakı ilə 250 manat pul köçürmüşdür. 2023-cü ilin mart ayının sonlarında Nizami ilə görüşərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesində yerləşən X2 yaxınlığında çayxanaya gəlmişlər. Yusif və Musa da oraya gəlmişdir. Həmin vaxt Musa Nizamidən pul istəmişdir ki, işi görən şəxs ilə görüşəcək. Nizami də Musaya 500 manat pul vermiş və bir qədər söhbət etdikdən sonra çıxıb getmişlər. 11 aprel 2023-cü il tarixdə Nizami ilə Saray qəsəbəsində olan zaman Musa zəng edərək yenidən pul istəmişdir. Həmin günü Nizami Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi ev 1, 69 saylı yaşayış binasında olan “Araz” marketin içərisindəki marketdə “mpay” elektron ödəniş terminalı vasitəsilə Musanın kartına 500 manat pul köçürmüşdür. 28 aprel 2023-cü il tarixdə Nizami ilə Yasamal rayonunda olan zaman Musa zəng edərək yenidən pul istəmişdir. Həmin günü Nizami Musanın kartına ünvan 2 ünvanda olan “Əsmənur” marketin içərisindəki marketdə “mpay” elektron ödəniş terminalı vasitəsilə 500 manat pul köçürmüşdür. 13 sentyabr 2023-cü il tarixdə Nizami ilə Saray qəsəbəsində yol gedən zaman Musa zəng edərək yenidən pul istəmiş və Nizami Abşeron rayonu, Saray qəsəbəsində olan “Əsləm” marketin içərisindəki marketdə “MilliÖN” elektron ödəniş terminalı vasitəsilə Musanın kartına 400 manat pul köçürmüşdür. Musa Nizamiyə söz vermişdir ki, tezliklə sonuncuya “Əməkdar artist” fəxri adı veriləcək. Lakin bir neçə ay keçməsinə baxmayaraq heç bir nəticə olmamış və məlum olmuşdur ki, Musa Nizamini aldadıb ümumilikdə 2150 manat pulunu ələ keçirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs 2150 manat pulu Zərərçəkmiş şəxs ona “Əməkdar artist” fəxri adının verilməsi üçün almışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, arvadının qohumları yüksək vəzifədə işləyir və onların vasitəsilə Nizamiyə fəxri ad verilməsinə kömək edəcək. Lakin həmin şəxsi və ya şəxsləri tanımamış, eyni zamanda görməmiş, Musa da konkret olaraq ad çəkməmişdir. İş üzrə Şahid1 zərərçəkənin izahatına oxşar izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 sentyabr 2024-cü il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus “Kapital Bank” kartının fotoşəkili və ödəniş qəbzlərinin surətləri götürülmüşdür. Cinayət işinə əlavə edilmiş 03 mart 2023-cü il tarixli “MilliÖN” elektron ödəmə sisteminin qəbzin surətindən görünür ki, saat 20:16:58-də Təqsirləndirilən şəxs 4169 7388 3941 4731 nömrəli “Kapital Bank” kartına 250 manat pul köçürülmüşdür. Cinayət işinə əlavə edilmiş 11 aprel 2023-cü il tarixli “mpay” elektron ödəmə sisteminin qəbzin surətindən görünür ki, saat 17:16-da Təqsirləndirilən şəxs 4169 7388 3941 4731 nömrəli “Kapital Bank” kartına 500 manat pul köçürülmüşdür. Cinayət işinə əlavə edilmiş 28 aprel 2023-cü il tarixli “mpay” elektron ödəmə sisteminin qəbzin surətindən görünür ki, saat 18:26-da Təqsirləndirilən şəxs 4169 7388 3941 4731 nömrəli “Kapital Bank” kartına 500 manat pul köçürülmüşdür. Cinayət işinə əlavə edilmiş 13 sentyabr 2023-cü il tarixli “MilliÖN” elektron ödəmə sisteminin qəbzin surətindən görünür ki, saat 16:08:33-də Təqsirləndirilən şəxs 4169 7388 3941 4731 nömrəli “Kapital Bank” kartına 400 manat pul köçürülmüşdür. Cinayət işində olan Təqsirləndirilən şəxs 4169 7388 3941 4731 nömrəli “Kapital Bank” kartına pul köçürmələrinə dair qəbzlər maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədinə əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Barəsində Tovuz rayon PŞ-nin icraatında CM-nin 178.1-ci maddəsi ilə cinayət işi olmuş müstəntiqin xx.xx.2023-cü il tarixli Qərarı ilə işin icraatına CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəyərək barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal olaraq nəzərə alır. Eyni zamanda cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam şəkildə ödəməsini,zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayət və tələbinin olmaması kimi cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını saat 21:00-dan növbəti gün, saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq, Tovuz rayonu ərazisi hüdudlarını tərk etməmək vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə tutulmuş, 16 mart 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdən, 16 mart 2025-ci il tarixədək tutulduğu iki gün müddət, bir günə iki gün hesabı ilə ona təyin edilmiş cəzadan 04 gün çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə müdafiəçiyə 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ona ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü və 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş cəzadan tutulduğu 02 gün, 04 gün hesab olunmaqla 04 gün müddət çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə üzərinə cəza çəkdiyi müddətdə yaşadığı ünvan 1 ünvanını saat 21:00-dan növbəti gün, saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq, Tovuz rayonu ərazisi hüdudlarını tərk etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Tovuz Rayon icra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat hüquqi yardıma görə ona 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ona ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar