Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-754/2025 14.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də direktor müavini, əməyin mühafizəsi üzrə təhlükəsizlik/ekologiya və keyfiyyət xidmətinin rəisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, X6 küçəsi, Kristal AA MTK, blok 1, mənzil 56 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Sumqayıt şəhəri ərazisində qeyri qida sahəsi açıb istehsalla məşğul olmaqla əldə edəcəkləri gəliri aralarında bölüşdürəcəyi barədə tanışı Zərərçəkmiş şəxs yalan vəd verib aldatmış, bu niyyətlə xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Rate” restoranında 12.000 manat nağd pul vəsaitini alıb ələ keçirib vədinə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs 12.000 (on iki min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, hazırda "xxxx" kənd təsərrüfat şirkətində mühafizə rəisi vəzifəsində işləyir. Bundan başqa meyvə ticarəti ilə məşğul olmuş, həmin meyvəni respublika ərazisindən almış və Qaradağ rayonu ərazisində “Meyvəli” adlanan ərazidə satışı həyata keçirmişdir. Meyvə işini "xxxx" şirkəti adı altında davam etmişdir Zərərçəkmiş şəxs və X2 ortaq tanışları olan Şahid2 vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan Bələdiyyəsində, Seymur Cahangirov isə santexnik mağazasında işləmiş, belə ki, "xxxx" kənd təsərrüfat şirkətində mühafizə rəisi işləmişdir. Tanışı Rövşən ona təklif etmişdir ki, meyvə biznesinə vəsait qoysun və mən də həmin işlə məşğul olsun, əldə etdiyi gəliri bölüşdürsünlər. Bunun üçün də Rövşənin təklifi ilə razılaşmış, belə olan halda Elməddin adlı tanışı “Meyvəli” bazarında "xxxx" MMC adı altında meyvə biznesi ilə məşğul olmuşdur. Həmin vaxtı Elməddinə təklif etmişdir ki, o da dostu Rövşənlə birlikdə bu şirkət adı altında meyvə biznesinə pul yatırıb bu işlə şərik olaraq işləmək istəyirlər. Belə olan halda Elməddin onunla razılaşmış, bunun üçün də "xxxx" MMC-ni Elməddinin adından çıxarıb Rövşənin oğlu Ağaxanın adına rəsimləşdirmiş, Rövşən hissə hisə olaraq 70000 manat, o isə 20000 manat "xxxx" MMC adı altında meyvə biznesinə pul qoymuşdur. Elməddin isə bu biznesə pul qoymamış, razılığa əsasən əldə olanan gəlir o, Rövşən və Elməddin arasında bölmüş, bundan sonra Rövşən ona demişdir ki, öz tanışı olan Renat da bu biznesə yatırım edib onlarla şərik olmaq istəyirlər. Belə olan halda o da buna razılıq vermiş, belə olan halda 2023-cü ilin fevral ayı ərzində hissə hissə olaraq Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Rövşənə məxsus “Rate” restoranında Renaddan 119000 manat pul almışdır. Həmin pulu da meyvə biznesinə qoymuş, beləliklə də 2023-cü ilin yanvar ayından fevral ayına qədər olan müddət ərizində meyvə işinə o, 20000 manat, Rövşən 70000 manat və Renad isə 119000 manat vəsait qoymuşlar. Bu işdən aylıq əldə olunan gəlir o, Rövşən, Elməddin və Renad arasında bölünmüş, 2023-cü ilin aprel ayının əvvəllərində Rövşən ona bildirmiş, Seymur adlı tanışı da meyvə biznesinə qoşulmaq istəyir və ona məslət bilmişdir ki, Seymur da öz növbəsində meyvə biznesinə müəyyən yatırım etsin. O, Rövşəndən Seymurun bu işə nə qədər yatırım etməsini soruşmuş və bildirmişdir ki, 100000 manat yatırım edə bilər. Belə olan halda o buna razılıq vermiş, belə olan halda 2023-cü ilin aprel ayının əvvəllərində Seymurla Abşeron rayonu, Xırdalan şəhəri ərazində ona məxsus “Tikinti materialları” mağazasının qarşısında görüşmüşlər. Görüş zamanı ona öz məşğul olduğu biznes barədə məlumat vermiş və biznesdə şərikləri barədə Seymura məlumat vermiş, Seymur onun dedikləri ilə razılaşaraq biznesə şərik olaraq daxil olmaq istədiyini bildirmiş, bu məqsədlə 2023-cü ilin aprel ayının əvvəllərində X3 rayonu, Xırdalan şəhəri ərazində ona məxsus tikinti materialları mağazasının qarşısında avtomobilin içərisində ondan ilkin olaraq 70.000 manat pul almış və Seymur bildiritşdir ki, 30000 manatı da 3-4 günə verəcəkdir. Bundan sonra Rövşənə zəng edərək Seymurdan 70000 manat aldığını bildirmiş, Rövşən görüşməyi bildirmiş və ona evlərinə gəlməyi bildirmişdir. Bunun üçün də Rövşənin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, X6 küçəsində yerləşən fərdi yaşayış evinə getmiş, Rövşənlə görüşmüş və görüş zamanı Rövşən ona demişdir ki, Seymurdan aldığı 70000 manatı ona versin. O bunun səbəbini soruşduqda Rövşən bildirmişdir ki, bu biznesə qoyduğu puldan 70000 manatı götürür, bunun əvəzinə Seymur biznesə daxil olur, bundan sonra əldə olunan gəlirlər isə o, Elməddin və Seymur arasında bölünür, Rövşən biznesə qoyduğu pulun qalanını da qısa müddətdə ona qaytarmağı və bununla da şəriklikdən tam çıxmacağım bildirmişdir. Bunun üçün də o 70000 manatı Rövşənə vermiş və bununla da Seymur biznesə şərik olmuşdur. Bu barədə Seymur Cahangirovla görüşdükdə ona məlumat verib demişdir ki, Rövşənin qalan pulunu da ödəyəcəkdir və sonuncu şəriklikdən uzaqlaşacaqdır. 2023-cü ilin aprel ayının ortalarında X3 rayonu, Xırdalan şəhəri ərazində olan özünə məxsus tikinti materialları mağazasının qarşısında görüşüb ondan 30.000 manat pul almışdır. Ümumlikdə Seymurdan 100000 manat pul almış olmuş, həmin 30.000 manat pul ilə Azərbaycan Respublikasının müxtəlif rayon-larmdan meyvə alışını həyata keçirib “Meyvəli” bazarında və müxtəlif marketlərdə, yəni “Oba, Bravo, Araz” və s. bu kimi marketlərdə satışını həyata keçirib gəlir əldə etmişdir. Əldə olunan gəlir o, Elməddin və Seymur Cahangirov arasında bölünmüş, həmçinin Rövşənin pulunun bir hissəsi də biznesdə qaldığı üçün ona da pay ayrılmışdır. Belə ki, 2023-cü ilin fevral ayından 2023-cü avqust ayına kimi olan müddət ərizində o 5.000 manat, Rövşən 30.000 manat, Renad 25.0 manat, Elməddin 10000 manat, Seymur isə 18.000 manat qazanc götürmüşdür. 2023-cü ilin avqust ayından sonra qazanc çox az olmuş, lakin qazancın az olmasına baxmayaraq sonrakı 3 ay ərzində Seymura aylıq az da olsa qazanc vermişdir. Buna baxmayaraq Seymur qazancın az olmasına narazılıq edib pulunu geri qaytarmağı istəmiş, ona hazırda qoyulmuş pulun biznesə yatırım edilməsini deyib, ilkin olaraq pulunun 30.000 manatını qaytarmış, qalanını isə başqa bir şəxsi onun yerinə şərik edib qaytaracağıma söz vermişdir. Hazırkı müddətədək Seymurdan aldığı puldan gəliri ilə birlikdə təxminən 60000 manatını qaytarmışdır. Bundan sonra fikirləşmişdir ki, başqa bizneslə də məşğul olsun və bunun üçün də Rövşənlə məsləhət etmişdir ki, qeyri qida məsullarının istehsalı ilə məşğul olsunlar. Bunun üçün də dostu Sultana məxsus “Eco Safe” şirkətindən istifadə etmək qərarına gəlmiş, bu barədə Sultana demiş, Sultan da onunla razılaşmışdır. Bunun üçün də Sumqayıt şəhərində emal sexi aşmaq qərarına gəlmiş, həmin emal sexində 25-30 qramlıq bədən və baş üçün nəzərdə tutulmuş təmizlik gelləri, sabunlar və şampunlar olacaqdır. Həmin xammal Türkiyə Respublikasından ölkəmizə idxal olunmalı, Sumqayıt şəhərində yerləşən 200 kv.metr sahəni əhatə edən emal istehsalat sexində hazırlanaraq müqavilə əsasında ölkənin müxtəlif otellərinə satılacaqdı. Lakin bu fəaliyyətə başlamaq üçün vəsait olmadığından Rövşənlə məsləhət etmiş, 2024-cü ilin mart ayında Rövşən ona demişdir ki, Zərərçəkmiş şəxs adlı tanışı vardır və sonuncu bu biznesə pul qoymaq istəyir. 15 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Rövşənə məxsus “Rate” restoranında görüşmüş və ona bu iş barədə məlumat verərək ondan 100.000 manat pul almışdır. Həmin ərəfədə meyvə biznesində gəlir nisbətən az olduğundan Rövşən həmin biznesdən uzaqlaşmaq istəmiş, bu səbəbdən də qərara gəlmişdir ki, Zauru həmin biznesə şərik etsin və Rövşənə ortaq biznesin gəlirindən qalıq qalmış 22.0 manat pulu, Renatı biznesdən çıxarmaq üçün onun pulundan qalıq qalmış 66.000 manat borcu Zaurun pulundan ödəsin. Bununla da Rövşən və Renat şəriklikdən çıxsın və Zauru özünə şərik etsin, eyni zamanda Zaurun pulundan qalan 12.000 manat pulun üzərinə özü əlavə pul qoyub Sumqayıt şəhərində qeyri qida sahəsi ilə məşğul olmaq üçün istehsalat sexi açıb Zaurla şərikli işləsinlər. Razılıqları əsasında o Zaura meyvə biznesindən aylıq 2500 manat gəlir verə biləcəyimi bildirmiş, Zaur da onun təklifləri ilə razı olduğu üçün onunla görüşüb əl verib ayrılmışlar. Zaurun iştirakı ilə Rövşənlə və Renatla görüşmək istəsə də, sonuncu Rövşənlə və Renatla arasında olan məsələni özü həll etməyi bildirmiş və çıxıb getmişdir. Belə olduqda Rövşənə zəng vurub onu çağırmış və şəriklikdən çıxması üçün ortaq gəlirdən qalıq qalmış 22.000 manat pulu ona ödəyib şəriklikdən çıxarmışdır. Eyni zamanda Renata borclu qaldığı 66.000 manat pulu ödəmiş və sonuncunu da şəriklikdən çıxarmışdır. Bununla da Rövşənlə və Renatla arasında meyvə biznesi ilə bağlı olan iş birliyinə son qoyulmuşdur. Zaurdan alıb meyvə biznesinə qoyduğu pulla bağlı ona hissə-hissə olmaqla ümumilikdə 20.000 manat gəlir vermişdir. Zaurun pulun qalıq qalmış 12.0 manat pulun üzərinə özü 18.000 manat pul qoyub istehsalat sexi açmalı olmuş və bununla bağlı bütün sənədləri də hazırlamışdır. Bununla da Zaurla aralarında olan razılığa əsasən 2024-cü iyun ayından etibarən Zaura geri qida sahəsində olan şərikliyi ilə bağlı ona gəlir verəcəkdi. Lakin sonradan yaranmış maddi sıxıntıları ilə bağlı Zaurla şərikli işini qura bilməmiş və onun həmin işlə bağlı ona verdiyi 12.000 manat pulu xərcləmişdir. Sonradan Zaur onun qeyri qida sahəsi yaratmaqla bağlı qoyacağı yarıtımı xərclədiyi barədə məlumat aldığı üçün aralarında narazılıqlar yaranmış və onunla olan şərikliyindən imtina edib həm meyvə biznesinə qoyduğu 88.000 manat pulu və həm də qeyri qida sahəsi yaratmaqla bağlı ona verdiyi 12.000 manat pulu geri tələb etməyə başlamışdır. Göstərmişdir ki, Zauru meyvə biznesinə şərik salmağı üçün 88.000 manat pul yatarım ediləcəyini və bununla da Rövşəni və Renatı şəriklikdən çıxarıb onu özünə ortaq edəcəyini əvvəlcədən bilmiş və məhz həmin məbləği meyvə biznesinə yarıtım etmək üçün ondan alıb Rövşənə və Renata ödəcəyini Zaur qabaqcadan bilmişdir. Lakin qalan 12.000 manat pulu isə Zaurla şərikli qeyri qida sahəsi açmağı və şərikli gəlir əldə edəcəyini ona vəd etmiş, həmin işi qura bilməyib ona bununla bağlı verdiyi 12.000 manat pulu xərclədiyi üçün Zaurun onunla münasibəti pisləşmiş və pullarını geri tələb etməyə başlamışdır. Zaurla şərikli meyvə biznesi qurub gəlir əldə etmiş və ona qısa müddət ərzində ümumilikdə 20.000 manat gəlir vermişdir. Zərərçəkmiş şəxslə tam barışmışdır, dəymiş zərəri tam ödəmişdir. Qanunvericilikdə nəzərdə tutulan 25% məbləği dövlət xəzinədarlığına ödəmişdir. Onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 6-7 ildir ki, ortaq tanışlarının vasitəsi ilə tanımış, həmin şəxsin əvvəllər “PashaPay”-də işləməsi barəsində məlumatı olsa da, orada hansı vəzifədə işləməsindən məlumatı olmamışdır. Onunla yaxın münasibəti olmamış, 2024-cü ilin aprel ayında Təqsirləndirilən şəxs ona zəng edərək görüşmək istəməsini bildirmiş, onunla Xırdalan şəhərində yerləşən Rate restoranında görüşmüş, görüş zamanı Rəşad ona demişdir ki, qeyri-qida biznesi ilə məşğul olmaq istəyir və qeyri-qida zavodu Sumqayıt şəhərində yerləşdir. Ona təklif etmişdir ki, həmin həm meyvə biznesinə və həm də qeyri qida biznesinə 100000 manat pul yatırım etsin və ona həmin biznesdən hər ay 2000-3000 manat qazanc verəcəkdir. O Rəşada demişdir ki, bu barədə düşünüb qərar verər. Bundan sonra özlüyündə qərar vermişdir ki, Rəşad dediyi təklif sərfəlidir. Bunun üçün də xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Rate” restoranında Rəşadla görüşmüş, bir daha Rəşadı sorğu sual edərək iş barəsində soruşmuş, Rəşad ona görəcəyi iş prosesi ilə bağlı ətraflı məlumat vermiş və demişdir ki, qeyri-qidanm istehsal olduğu zavod Sumqayıt şəhərində yerləşir, həmin qeyri qidanı həmin zavoddan ucuz qiymətə alaraq respublikasın rayonlarına çatdıracaq və qazanc əldə edəcəklər. Həmçinin şərikli pul qoyub yeni istehsal yeri açacaşlar. Bundan sonra 100.000 manat pulu sayıb Rəşada vermişdir. Rəşad pulu alıb saymış və onlar əl verib görüşmüşlər. Rəşad ona demişdir ki, 2024-cü ilin uyun ayından ilk ay olaraq 2000 manat, növbəti aylarda isə hər ay 3000 manat qazanc verəcəkdir. Bundan sonra sağollaşıb ayrılmış, 2024-cü ilin iyun ayı gəlib çatmış, lakin Rəşad ona dediyi məbləğdən az miqdarda qazanc vermiş, o bu barədə Rəşaddan soruşanda sonuncu ona bəhanələr gətirməyə başlamış, guya hələ tam qazanc əldə edə bilməyib, onun üçün də dediyi pulu verə bilmir. Bundan sonra Rəşad barəsində maraqlandıqda məlum olmuşdur ki, sonuncu başqa Seymur adlı şəxsdən də meyvə biznesi qurmaq üçün pul alıb və hazırda aralarında narazılıq vardır. Belə olan halda aldanıldığını başa düşmüş və pulunu ondan geri tələb etməyə başlamışdır. Həmçinin də məlum olmuşdur ki, Rəşad onlardan əvvəl Renadla da şərik olub və ondan 119000 manat pul alaraq onunla da meyvə biznesinə şərik etmişdir. Bundan sonra 2024-cü ilin avqustsentyabr ayları ərzində onun pulundan 20.0 manat qaytarmışdır. Göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla şərikli biznes qurmaq üçün aldığı 100.000 manat pulun 88.000 manatını meyvə biznesinə qoyacağını və tanışı Rövşəni və Renatı şəriklikdən çıxarıb onu özünə şərik edəcəyini bildirmiş, qalan pulu isə qeyri qida sahəsi açıb şərikli qazanc əldə edəcəyini demişdi. Lakin Rəşad meyvə biznesini işlədib gəlir versə də, qeyri qida sahəsinə qoyulacaq pulu xərclədiyinə görə aralarında narazılıq yaranmış və buna görə də sonuncunun ona yalan danışdığını və onu aldatdığını başa düşmüş, buna görə də onunla şərikli işini pozub verdiyi pulları tələb etməyə başlamışdır. Bu səbəbdən də Rəşadın ona verdiyi 20.000 manat pulu biznesdə olan gəliri kimi hesablamışdır. Hazırda 12000 manatdan söhbət gedir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı bütünlüklə ödədiyi üçün təqsirləndirilən şəxsdən heç bir şikayəti, iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxsi bağışlamışdır. Cinayət işinə xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində şübhəli şəxs kimi tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178..3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin madddə ilə ittiham elan edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-827/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli tutulduğu xx.xx.2024-cü il tarix, saat 20:15-dən hesablanmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(012)-53/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-827/2024 saylı qərarına əsasən əvvəli tutulduğu xx.xx.2024cü il tarixdən hesablanmaqla 04 ay müddətinə seçilmiş “həbs” qətimkan tədbiri eyni müddətə-xx.xx.2025-ci il tarixədək “ev dustaqlığı” ilə əvəz olunmuşdur. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcələsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş, iş üzrə şübhəli və təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahid ifadələri, həmçinin əhəmiyyət kəsb edən digər sənədlər iş materialları ilə ziddiyyət yaratmadığından sübut növü kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, zərərçəkmiş şəxslərə dəymiş 12000 manat zərərin 25%-i, yəni 3000 manat Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanı bütünlüklə ödədiyi üçün ondan heç bir şikayəti, iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Təqsirləndirilən şəxsi bağışlamışdır. Cinayət işinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətdən görünür ki, zərərçəkmiş şəxslə barışılmışdır, dəymiş zərəri tamamilə ödənilmişdir. Qanunvericilikdə nəzərdə tutulan 25% məbləği dövlət xəzinədarlığına ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 39.1.11 -ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət təqibinə xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və əvvəllər barəsində bu əsasla məsuliyyətdən azad olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsulliyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73, Cinayət Prosessual Məcəlləsinin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №1(012)-754/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-754/2025
14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver