Məhkəmə qərarları › İş №1(012)-755/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-755/2025

02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-755/2025 02.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X14 Ənvər qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Şikayətçi Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Şamaxı rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmuş, işləməyən, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan və Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 mart 2025-ci il saat 20 radələrində Abşeron rayonu, Müşfıqabad qəsəbəsi, yeni yaşayış massivində məhəllə arası yolda görüşə çağırdığı bacısı Şahid qeyri-rəsmi ər-arvad münasibətində olan tanışı Zərərçəkmiş şəxs etibarnamə əsasında istifadəsində olan ‘Toyota Prius” minik markalı, az ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sərnişin qismində qarşı sağ oturacaqda əyləşmiş halda sükan arxasında qarşı sol oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs başqa qadınla da, qeyrirəsmi ər-arvad münasibətində olub ünsiyyət saxlamasında günahlandırmaqla irad bildirərkən sonuncunun buna etiraz etməsindən əsəbiləşdikdə həmin səbəbdən aralarında şəxsi münasibətlər zəmnində yaranmış narazılıqla bağlı mübahisə baş verərkən həmin mübahisə əsnasında həmin ünvanda, həmin avtomobilin salonunda qəsdən əl, yumruq zərbələri ilə onun solunda sükan arxasında əyləşmiş Zərərçəkmiş şəxs göz, sifət və baş nahiyələrinə vuraraq, ardınca onun həmin yumruq zərbələrindən qorunmaq üçün sifətini əlləri ilə tutan Zərərçəkmiş şəxs əl nahiyələrinə də. eyni qaydada vurmaqla Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin sağ hissəsinin hematoması (dərialtına qansızması). sağ alt vəüst göz qapaqlarının şişkinlik halında qançırı, sağəlin İ barmağının orta falanqasının üst səthinin qançırıilə müşahidə olunan dərəcəsinə görəsağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, ailəlidir, ilk nikahından 2 övladı, yəni 2006-cı il təvəllüdlü X3 və 2007-ci il təvəllüdlü X6 doğulmuş, ikinci nikahından da iki azyaşlı övladı, 2010-cu il təvəllüdlü X4 və 2012-ci il təvəllüdlü X5 var. Barəsində şikayət edən Zərərçəkmiş şəxs onun bacısı Şahid əridir. Onların nikahı yoxdur. 23 mart 2025-ci il tarixdə saat 20 radələrində Elşadın yaşadığı Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən evinə gedərək onunla işi olduğunu deyərək, təklikdə görüşməsini xahiş etmişdir. Elşad ona etiraz etməmiş və Elşadın idarə etdiyi ‘Toyota Prius" markalı az ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilinə ön sağ oturacaqda, yəni sürücünün yanında əyləşib birlikdə Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivi ilə hərəkət etmişlər. Həmin qəsəbədə məhəllə arası yolda söhbət əsnasında Elşada “nəyə görə kənarda başqa qadınla qeyri-rəsmi münasibətinin olduğunu" soruşmuş, Elşad da bunun doğru olmadığını bildirmişdir. O. isə Elşada inanmayıb yalan danışdığını düşünərək anidən yumruğu iləElşadın üz nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Bundan sonra Elşad avtomobili saxlamış və o avtomaşından düşüb öz yaşadığı evə getdiyini göstərmişdir. Zərərçəkmiş şəxs ilə barışmışdır. Dəymiş ziyan ödənilmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Şahid ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayır, münasibətlərindən övladı yoxdur. Barəsində şikayət etdiyi X2 Şahmərdanovanın qardaşıdır. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olarkən İntizar evinə gələrək onunla işi olduğunu bildirmiş və onunla birlikdə getməyini istədi. O. da İntizarla razılaşmış və özünün etibarnamə əsasında idarə etdiyi “Toyota Prius" markalı Az ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivi istiqamətində hərəkət etmişdir. Avtomobildə olarkən İntizar ona nəyə görə kənarda başqa qadınla qeyri-rəsmi münasibətinin olduğunu soruşmuş, o da İntizara belə bir halın olmadığı cavabını vermişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanıİntizar yumruqla avtomobilin salonunda onun gözündən və başından zərbələr vurmuş, həmin vaxt o əliyləgözünü tutanda İntizarıyumruğu ilə onun sağəlinə dəvuraraq xəsarət yetirmişdir. Bundan sonra İntizar avtomobildən düşüb getmişdir. O, da avtomaşınını sürüb öz yaşadığı evinə getmişdir. Baş vermiş mübahisənin təxminən 2-3 dəqiqə Abşeron rayonu. Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivində məhəllə arası yolda avtomobilin içərisindəyarandığmı, avtomobildə yalnız ikisinin olduğunu göstərmişdir.Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Zərərçəkmiş şəxs isə onun qeyri-rəsmi ərarvad münasibətində olduğu şəxsdir. 23 mart 2025-ci il tarixdə saat 20 radələrində qardaşı İntizar onların yaşadığı ünvana gələrək Elşadla işi olduğunu deyib onunla birlikdə getməsini söyləmiş. Elşad İntizarla razılaşaraq idarə etdiyi “Toyota Prius” markalı az ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə evdən çıxıb getmişlər. Bir müddət keçdikdən sonra Elşad evə qayıdıb gəlmiş və Elşadın sifətində xəsarət olduğunu görüb nə baş verdiyini ondan soruşmuşdur. Elşad da baş vermiş hadisə barədə, yəni onun İntizar tərəfindən avtomobildə döyülərək xəsarət aldığını bildirmişdir. O. hadisənin hansı səbəbdən baş verdiyini soruşduqda Elşad ona İntzarın guya ki onun başqa qadınlarla qeyri-rəsmi münasibətdə olması ilə günahlandırıb buna görə onu döyüb xəsarət yetirmişdir. Buna görə də o telefonla DİN-nin "102" xidmətinə zəng edib bu barədə məlumat verdiyini göstərmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 641 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi başın ənsə nahiyəsinin sağ hissəsinin hematoması (dərialtına qansızması), sağ alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, sağ əlin İ barmağının orta falanqasının üst səthinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş zamanı yumruq zərbələri təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum edilmiş, Qobustan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il islah işləri cəzasına məhkum edilmiş, Qobustan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 və 49.3-cü maddələri ilə təqsirli bilinərək 06 ay 15 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 70-ci maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə, 02 il şərti sınaq müddəti təyin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci ildə qərarı ilə barəsində axtarış elan edilmiş, Bakı Apellyasiya Məhkəməsinin gətirilməsi barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmiş, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci ildə qərarı ilə Cinayət Məcəlləsinin 70-ci maddəsi xaric edilərək Cinayət Məcəlləsinin 69.3cü maddəsi ilə cəzası 02 il 03 ay 10 gün müəəyən edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü ildə qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Şikayətçi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Ondan şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Dəymiş ziyan ödənilmişdir. Bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 09 saata görə 54 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 15 saata görə 165 manat olmaqla, cəmi 219 (iki yüz on doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 09 saata görə 54 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 15 saata görə 165 manat olmaqla, cəmi 219 (iki yüz on doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar