Məhkəmə qərarları › İş №1(012)-758/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-758/2024

10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-758/2024 10.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Zərərçəkmiş şəxs qızının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixdə səhər saat 07 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində qısqanclıq zəmnində aralarında narazılıq olan arvadı Zərərçəkmiş şəxs qızının onun qardaşı X3 istifadə etməsi üçün ona verdiyi “Khazar LD” markalı, **-YX- *** dövlət qeydiyyat nişanlı avtomobilin açarını küçəyə atmasından əsəbləşərək həmin səbəbdən də ailə daxili münasibətlər münasibətlər zəmnində aralarında yaranmış narazılıq üstündə mübahisə edib həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edərək əvvəlcə qəsdən əl, yumruq zərbələri ilə sonuncunun baş nahiyyəsinə, ardınca evdəki dəmir materialdan olan məişət təyinatlı asılqanı götürüb həmin asılqanla Zərərçəkmiş şəxs baş, qol, kürək və ayaq nahiyələrinə ardıcıl vurmaqla Zərərçəkmiş şəxs başın təpə nahiyəsinin dərialtı hematoması, sol bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağı və sol bazu nahiyəsinin yuxarı 1/3-ni əhatə edən iri ölçülü qançır-şişkinliyi, bel nahiyəsinin sıyrığı, sol bud və sol baldır nahiyələrinin iri ölçülü qançırları ilə müşaiyət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs qızı onun həyat yoldaşıdır. Könül ilə 2002-ci ildən rəsmi olaraq ailə həyatı qurmuş və birgə nikahdan üç övladları vardır. 15 aprel 2024-cü ildə qardaşı X4 idarə etdiyi “Khazar” markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilini öz yaşadığı evin həyətində saxlamışdı və avtomobilin açarını saxlamağı üçün Zərərçəkmiş şəxs vermişdir. 16 aprel 2024-cü ildə saat 07 radələrində yaşadıqları evdə olan zaman həmin avtomobilin açarının harada olmasını Könüldən soruşduqda Könül əsəbləşərək açarı küçəyə atdığını bildirmişdir. Bu səbəbdə aralarında mübahisə yaranmış və bir-birinə qarşı alaiq ifadələr işlətmişdirlər. Yaranmış mübahisə zamanı sillə ilə Könülün baş nahiyəsinə bir dəfə vurmuş daha sonra yataq otağındakı dəmir metaldan olan paltar asılqanı ilə Könülün baş, qol, kürək və ayaq nahiyələrinə bir neçə dəfə zərbə vurmuşdur. Həmin vaxt oğlu Şahid onları sakitləşdirməyə çalışmış, daha sonra Könül avtomobilin açarını tapmaq adı ilə evdən çıxmış və bir neçə dəqiqə sonra polis əməkdaşları hadisə yerinə yaxınlaşıb onları Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə dəvət etmişdir.Hazırda zərərçəkmişlə barışmışdır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2002-ci ildən rəsmi olaraq ailə həyatı qurmuş və birgə nikahdan üç övladları vardır. 15 aprel 2024-cü il tarixdə axşam saatlarında evdə olarkən Təqsirləndirilən şəxs ona özünün başqa bir qadınla münasibətdə olması ilə bağlı kənd əhalisi arasında söz çıxarmamığını irad bildirmişdir. O, bu söhbəti özündən çıxarmadığını, başqa şəxslər özləri də onun başqa qadınla münasibətdə olmasını danışdığını bildirmişdir. Bu səbəbdən qısqanclıq zəmnində aralarında mübahisə yaranmışdır. Həmin gün qaynı X4 idarə etdiyi “Khazar” markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilini öz yaşadığı evin həyətində saxlamışdı və avtomobilin açarını Raciyə vermək üçün ona vermişdir. Mübahisə zamanı Raci onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün əsəbiləşib həmin avtomobilin açarını darvazadan bayıra atmışdır. Ertəsi gün 16 aprel 2024-cü ildə saat 07 radələrində yaşadıqları evdə olan zaman Raci həmin avtomobilin açarının harada olmasını soruşduqda o, əsəbiləşərək açarı küçəyə atdığını bildirmişdir. Bu səbəbdə aralarında mübahisə yaranmış və bir-birinə qarşı alaiq ifadələr işlətmişdirlər. Yaranmış mübahisə zamanı sillə ilə onun baş nahiyəsinə bir dəfə vurmuş daha sonra yataq otağındakı dəmir metaldan olan paltar asılqanı ilə onun baş, qol, kürək və ayaq nahiyələrinə bir neçə dəfə zərbə vurmuşdur. Həmin vaxt oğlu Şahid onları sakitləşdirməyə çalışmış, daha sonra o avtomobilin açarını axtarmaq adı ilə evdən çıxıb və DİN-nin “102” xidmətinə məlumat vermişdir. O, hazırda Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X6 Abşeron rayon şöbəsinin 16 aprel 2024-cü il tarixli, 731 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – başı təpə nahiyəsinin dərialtı hematoması, sol bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağı və sol bazu nahiyəsinin yuxarı 1/3-ni əhatə edən iri ölçülü qançırşişkinliyi, bel nahiyəsinin sıyrığı, sol bud və sol baldır nahiyələrinin iri ölçülü qançırları küt əşyanın(əşyalarından) təsirindən törənmişdir, yetirilmə müddəti xx.xx.2024-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Cinayət işinin icraata qəbul edilməsi haqqında 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə HK-1-890 nömrəli məhkəməyədək sadələşdirilmiş cinayət işi icraata qəbul edilərək, ibtidai istintaqı aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özünü sakit aparmış, qohumlarının və dostlarının hörmətini qazanmışdır.Nümayəndəliyə Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və şifahi ərizə, şikayət dail olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Göstərilən Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, iş üzrə Zərərçəkmiş şəxs ilə barışmış və bununla əlaqədar zərər çəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbininin olmamasına və cinayət işinin icraatına xitam verilməsinə dair ərizə təqdim etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 10 (on ) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar