Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-759/2023 01.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1956-cı ildə Laçın rayonu Mirik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Laçın rayonu Mirik kəndində qeydiyyatda olan və Abşeron rayonu, Pirəkəşkül hərbi şəhərciyi, ev 138, mənzil 51də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 iyul 2023-cü il tarixdə saat 21 radələrində qohumu, yəni bacısının əri Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Pirəkəşkül kəndindəki fərdi yaşayış evinin həyətində sonuncu ilə söhbət əsnasında biri-birinə qarşı nəlayiq sözlər işlətmələri səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib bir dəfə yumruqla sonuncunun sifət nahiyəsinin sağ tərəfindən qəsdən zərbə vuraraq Zərərçəkmiş şəxs sağ gözaltı almacıq nahiyəsinin qançırı-şişkinliyi, sağ almacıq nahiyəsinin qançır-şişkinlik fonunda əzilmiş-cırılmış yaraları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, özünü təqsirli bilir, Zərərçəkmiş şəxs onun bacısının yoldaşı, yəni onun yeznəsi olduğunu, Ərşad ailəsi ilə tez-tez əsassız olaraq mübahisələr etdiyini, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu Pirəkəşkül kəndində, Ərşadın yaşadığı evə getmiş, həyətdə oturaraq söhbət etdikləri zaman Ərşad əsassız mübahisə etməyə başlamış, bu səbəbdən aralarında söz mübahisəsi baş vermiş, Ərşad bacısının ünvanına nalayiq ifadələr işlətmiş, mübahisə zamanı o, əsəbləşərək Ərşadın yumruqla sifətinin sağ tərəfindən 1 dəfə vurmuş, bundan sonra mübahisə sakitləşməsi üçün oradan çıxıb getmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, şikayətçi olduğu Təqsirləndirilən şəxs onun qaynı olduğunu, tez-tez əsassız olaraq onunla mübahisələr etdiyini bildirmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu Pirəkəşkül kəndində, yaşadığı evin həyətyanı sahəsində stulda oturaraq dincəldiyi zaman Köçəri həyətə daxil olaraq ünvanına nalayiq ifadələr işlətməyə başlamış, sonuncudan nə səbəbə onu təhqir etdiyini soruşduqda aralarında söz mübahisəsi baş vermiş, mübahisə zamanı Köçəri yumruqla onun sifətinin sağ tərəfindən vurmuş, bu zaman o, xəsarət almış, bundan sonra aralarında baş vermiş mübahisə sakitləşməsi üçün küçəyə çıxmış, bir qədər sonra Köçəri çıxıb getmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmədə Şahid elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Abşeron rayonu Pirəkəşkül kəndində, tanışı Zərərçəkmiş şəxs evinə hava vuran aparata baxmaq üçün getmiş, həmin vaxt adı ona sonradan məlum olan Köçəri adlı şəxs Ərşadın evinə daxil olaraq sonuncunun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, Ərşad həmin şəxsdən nə səbəbə təhqir etdiyini soruşduqda aralarında söz mübahisəsi baş vermiş, mübahisə zamanı Köçəri adlı şəxs Ərşadın sifətinin sağ tərəfindən bir dəfə yumruqla vurmuş, bu zaman Ərşad xəsarət almış, bundan sonra o, darhal müdaxilə edib baş vermiş mübahisəni sakitləşdirmiş, sonra isə Köçəri oradan çıxıb getmişdir. Daha sonra baş vermiş mübahisənin təxminən 5-10 dəqiqə davam etdiyini, mübahisə zamanı Köçəri Ərşadın sifətinin sağ tərəfindən yumruqla bir dəfə vuraraq xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 1396 nömrəli rəyindən görünür ki, 1952-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - sağ gözaltı-almacıq nahiyəsinin qançırı-şişkinliyi, sağ almacıq nahiyəsinin qançır- şişkinlik sonunda əzilmişcırılmış yaraları bərk-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin (əl, ayaq və s.) təsirindən törənmişdir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİlnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi qızına göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 60 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-759/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-759/2023
01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver