Məhkəmə qərarları › İş №1(012)-76/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-76/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-76/2021 03.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X1 iştirakı ilə xx.xx.1979-cu ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, döngə 18, ev 24-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə axşam saat 23 radələrində yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən yaşadığı evin həyətində onunla birlikdə yaşayan atası Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyyəsinə bir dəfə başı ilə, əlindəki kəlbətinlə isə bir dəfə sol gözünün üstünə qəsdən vuraraq sonuncuya qapalı kəllə beyin travması, sol göz orbitasının hematoması, sol gözün ağlı qişasının iç bucağına qansızma, sağ gözaltı nahiyyənin qançırından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs onun atasıdır. O, Xırdalan şəhəri Quşçuluq massivi döngə 18, ev 24-də yerləşən evdə ailəsilə birlikdə yaşadığını göstərmişdir. Həmin evdə onunla birlikdə atası Zərərçəkmiş şəxs yaşayır. Atası Mircəfər ilə arasında heç bir ədavət və düşmənçiliyiyoxdur. 06.2020-ci il tarixdə saat 23 radələrində, yaşadıqları evin həyətində atası ilə arasında mübahisə yaranmışdır. Həmin vaxtı o, atası ilə sözlə mübahisə etmiş və mübahisə zamanı atasını döyməmişdir. Atası yalan danışir, ona şər və böhtan atır. Həmin vaxt atası Zərərçəkmiş şəxs onun üzərinə gəldiyini görərkən onu əli ilə sağ çiyin nahiyyəsindən itələmiş və ondan uzaq olmasını, onu özündən çıxartmamasını söyləmşdir. Atası hər dəfə belə edir ki, onu özündən çıxartsın ki, sonuncunu vursun, sonra isə gedib polisə şikayət etsin. Mübahisə zamanı onların yanında əvvəl heç kim olmasa da, səslərinə həyat yoldaşı Şəbnəmin və az yaşlı oğlu Mirəfsər gəlib baş verənləri görmüşlər. Atası Zərərçəkmiş şəxs oğlunun öz evlərindən oğurluq etməsi ilə bağlı verdiyi məlumatlar yalandır. sonuncu öz evindən oğurluq etməmişşdir. Atasının oğurlandığı iddia etdiyi həmin alətlər ona da məxsus olmuş, həmin alətləri mütəmadi olaraq özüdə istifadə etmişdir. Atasının onun barəsində dedikləri hamısı şər böhtan xarakterlidir. Atası Mircəfər ilə aralarında baş vermiş mübahisə öz həyətlərində 5-10 dəqiqə davam etmiş və həmin vaxt kənar şəxslərdən səs-küyə heç kim gəlməmişdir. Mircəfərin həmin xəsarətləri harda, necə, hansı şəraitdə almasından heç bir məlumatı olmamışdır. Mircəfər həmin evə müxtəlif qadınlar gətrir və qsa müddət yaşadqdan sonra ayrılır. Həmin əməllərin ört basdır etmək üçün ona şər atır ki, ailəsi ilə birlikdə onu evdən qovsun. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Neman ilə aralarında heç bir ədavət və düşmənçiliyyoxdur. Neman mütəmadi olaraq onun evindən oğurluq etdiyi səbəbdən də aralarında mübahisə olur. xx.xx.2020-ci il tarixdə axşam saat 23 radələrində yaşadığı evə gəlib görmüşdür ki, oğlu Neman onun evindəki tikinti alətlərini töküb dağıtmışdır. Bunun üstündə onunla aralarında mübahisə olmuş mübahisə zamanı Neman başı ilə onun sifət nahiyyəsinə sonra isə əlindəki kəlbətinlə bir dəfə onun sol gözünün üstünə vuraraq onu yerə yıxmışdır. Aralarındakı mübahisə təxminən 10 dəqiqəyə yaxın davam etmiş və həmin vaxt ora heç kimi gəlməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2018-ci il tarixdə qaynatası Mircəfərin oğlu Neman tərəfindən döyülməsi ilə bağlı Azərbaycan Respubliksı DİN-nin 102 mərkəzi-zəng xidmətinə verdiyi məlumatın tam olaraq əsassızdır. Həyat yoldaşı Nemanın və qaynatası Mircəfərin arasında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2020-ci il tarixdə gündüz saatlarında həyat yoldaşı Neman həyətə metlax vurmuş, Qaynatası Mircəfər isə həmin vaxt evdə olmadığı üçün Nemanın həyətlərinə metlax vurduğun görməmişdir. Mircəfər həmin günü axşam saat təxminən 23 radələrində evlərinə gəlib həyətdə metlaxı görüb, Nemanla bu barədə mübahisə etməyə sözlə başlamışdır. Sonra isə Mircəfər Nemana demişdir ki, sən bu evdə heç nəyə əl vurma bu ev mənimdir sən isə müvəqqəti burda yaşayırsan. Həmin vaxt Neman atası Mircəfərlə sözlə mübahisə etmişdir. Neman mübahisə zamanı atası Mircəfəri döyməmişdir, Mircəfər yalan danışır və Nemana şər-böhtan atır. Sadəcə olaraq qaynatası Nemanın üstünə gəldiyi zaman, Neman onu əli ilə sağ çiyin nahiyyəsindən itələmişdir. Mübahisə zamanı orda olduğu zaman baş verənləri özü öz gözləri ilə görmüşdür. Az yaşlı oğlu Mirəfsər də orda olduğu üçün hər şeyi görmüşdür. Eyni zamanda qaynatası Mircəfərin yalan danışdığını, Nemanın heç vaxt öz evlərindən eləcədə başqa kiminsə evindən oğurluq etməmışdir Qaynatası Mircəfər ilə əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmasada, Nemanın anası rəhmətə gedəndən sonra qaynatası Mircəfər tez-tez evlərində mübahisə etmişdir. Məqəsədi də o olmuşdur ki, onları evdən çıxartsın həmin evə başqa bir qadın gətirib onunla orada yaşasın. Şahid1 baş verən mübahisələr ilə bağlı qaynatası Mircəfərin dəfələrlə Abşeron RPİ-nə ərizə ilə müraciət etdiyinidə qeyd etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 anası Şahid1 ifadəsində göstərdiklərini mahiyyəti üzrə tam təsdiq edərək ona oxşar ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 1139 saylı rəyi ilə müəyyən edilir ki, 1952-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-baş beyin sirkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol göz orbitasının hemoatoması, sol gözün ağlı qişasından iç bucağına qansızma, sağ gözaltı nahiyyənin qançırı bərk küt əşya(əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş zamanı kəlbətin, əl – yumruq, təpik və yaxud kəllə ilə vurulma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işində olan, Qədirov X2 Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə AR-sı CM-nin 236.1, 264 və 66.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2010-cu il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə 177.2.2, 234.1, 66.3, 66.5-ci maddələri ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı il tarixli Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2016-cıil tarixli qanun tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi CM-nin 177.1-ci maddəsinə tövsif edilməklə icraata xitam verilib, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 02 il 02 ay azadlıqdan məhrum etmə cəzasını çəkdiyindən xx.xx.2016cı il tarixdə azad edilmişdir. 01 il 02 ay 21 gün nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası isə saxlanılmışdır. Cinayət işində olan, 4 №-li MTİİTS-nin nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahid ifadələri və ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə onun cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmündə iddianın baxılmamış saxlanması səbəbləri göstərilir. Zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı təqdim etdiyi mülki iddia tələbinin araşdırılması və ona qiymət verilməsi hazırki cinayət işinə baxılan müddətdə mümkün olmadığından, habelə mülki iddiaçı iddiasını əsaslandıra biləcək heç bir tutarlı sübutu məhkəməyə təqdim etmədiyindən və mülki iddia tələbi üzrə əlavə araşdırma aparılması tələb olunduğundan, zərərçəkmiş şəxsin nümayəndəsinin mülki iddia tələbinin baxılmamış saxlanması məqsədə müvafiqdir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında tələb etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Abşeron rayonu vəkil bürosunun vəkili X4 göstərdiyi 15 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 90 (doxsan) manat Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB**********2300206123, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar