Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-76/2022 25.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürsunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx xxxxxx 1975-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, hazırda ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 iyun 2021-ci il tarixdə saat 03 radələrində “AL market" mağazalar şəbəkəsinin Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 3201 nömrəli mağazasının qapısını özü ilə götürdüyü vint açan ilə açaraq içəri qanunsuz daxil olub, oradan 150 manat dəyərində dəmir pulları, hər birinin qiyməti 8.20 manat olmaqla ümumi dəyəri 16.4 manat olan 2 ədəd 0.5 litrlik 38%-lik “Mamedoff' araqlarını, hər birinin qiyməti 6.60 manat olmaqla ümumi dəyəri 19.8 manat olan 3 ədəd 0.5 litrlik 38%-lik “5İKOPb"markalı araqlarını. 1 ədədi 1.80 manat olmaqla ümumi dəyəri 18.0 manat olan 10 ədəd qırmızı rəngli “Argo" markalı siqaretləri, 1 ədədi 2.0 manat olmaqla ümumi dəyəri 20.0 manat olan 10 ədəd göy rəngli “Viceroy" markalı siqaretləri, 1 ədədi 3.90 manat olmaqla ümumi dəyəri 39.0 manat olan 10 ədəd ağ rəngli nazik “Sobranie” markalı siqaretləri. 1 ədədi 2.20 manat olmaqla ümumi dəyəri 22.0 manat olan 10 ədəd “İmperial Classic" markalı siqaretləri, 1 ədədi 1.80 manat olmaqla ümumi dəyəri 18.0 manat olan 10 ədəd qara rəngli qalın “Kingston" markalı siqaretləri, 1 ədədi 2.50 manat olmaqla ümumi dəyəri 25.0 manat olan 10 ədəd ağ rəngli “Winchester” markalı siqaretləri. 1 ədədi 3.40 manat olmaqla ümumi dəyəri 34.0 manat olan 10 ədəd ağ rəngli “Winston” markalı siqaretləri, 1 ədədi 3.90 manat olmaqla ümumi dəyəri 39.0 manat olan 10 ədəd göy rəngli nazik “Sobranie” markalı siqaretləri. 1 ədədi 2.50 manat olmaqla ümumi dəyəri 25.0 manat olan 10 ədəd “West" markalı siqaretləri gizli olaraq talamaqla zərərçəkmiş “Al market” mağazalar şəbəkəsinə ümumilikdə 426 (dörd yüz iyirmi altı) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 iyun 2021-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu. Qobu qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Uğur" aptekin qapısını özü ilə götürdüyü vint açan ilə açaraq qanunsuz olaraq içəri daxil olub oradan 1 ədəd 300 manat dəyərində istifadədə olmuş ağ rəngli “Lenova ideapad 330” markalı notbuku, 1 ədəd 250 manat dəyərində istifadədə olmuş qara rəngli “Lenova Vİ30" markalı notbuku. 1 ədəd 15 manat dəyərində istifadədə olmuş “TPlink WR840N" markalı moderni, hər birinin qiyməti 15 manat olmaqla 3 ədəd 45 manat dəyərində istifadədə olmuş kompüter cərəyan qidalandırıcı, 1 ədəd 2 manat dəyərində istifadədə olmuş mobil telefon qidalandırıcı, 1 ədəd 50 manat dəyərində istifadədə olmuş “Netum” markalı barkod oxuducu, 1 ədəd 40 manat dəyərində istifadədə olmuş “Nore” markalı mobil telefon, 1 ədəd 100 manat dəyərində sərt diski və 1 ədəd 40 manat dəyərində istifadədə olmuş “TVT TD-2004TS" markalı 4 kanallı DVR gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 842 (səkkiz yüz qırx iki) manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 iyul 2021-ci il tarixdə, saat 02 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, A.Həsənquliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi “Life parfum” adlı dükanın qapısının kilidini özü ilə götürdüyü vint açan ilə sındırmaqla açaraq qanunsuz olaraq içəri daxil olub oradan iki ədəd hər biri 8 manat olmaqla 16 manat dəyərində Çin istehsalı olan, üzərində “libo" yazıları olan, parlaq süni dəri kəmərli, qızılı rəngli qol saatı, bir ədəd 10 manat dəyərində üzərində “Xiandon" yazıları olan, süni dəri kəmərli, qızılı rəngli qol saatı, bir ədəd 8 manat dəyərində Çin istehsalı olan, üzərində “Meme” yazıları olan, parlaq süni dəri kəmərli, qızılı rəngli qol saatı, iki ədəd hər biri 15 manat olmaqla 30 manat dəyərində Çin istehsalı olan, üzərində markalanmasına dair heç bir məlumat olmayan elektron qol saatı, iki ədəd hər biri 10 manat olmaqla 20 manat dəyərində üzərində “Emporio Armani” yazıları olan, süni dəri kəmərli qol saatı, bir ədəd 10 manat dəyərində Çin istehsalı olan, üzərində “Rolex” yazıları olan, süni dəri kəmərli qol saatı, bir ədəd 10 manat dəyərində Çin istehsalı olan, üzərində “Rado" yazıları olan, süni dəri kəmərli qol saatı, bir ədəd 2 manat dəyərində üzərində “MEGAMERE" yazısı olan və içində ətir yağının qalığına xarakterik maye izi olan qızılı rəngli şüşə qab və içərisində qramı 5 manat olmaqla 500 manat dəyərində 100 qram ətir yağını, bir ədəd 0.50 manat dəyərində üzərində “Narcos Gold” yazısı olan və içində ətir yağma xarakterik maye qalığı olan plastik qab və içərisində qramı 3 manat olmaqla 210 manat dəyərində 70 qram ətir yağını, bir ədəd 0,50 manat dəyərində Çin istehsalı olan üzərində markalanmasına dair heç bir məlumat olmayan tünd göy rəngli kağız torbanı, hər biri 70 manat olmaqla 210 manat dəyərində üç ədəd maqnitli, “Tissot” markalı, qol saatlarını, hər biri 30 manat olmaqla 150 manat dəyərində 3 ədəd “sport” markalı qol saatlarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1177 (min yüz yetmiş yeddi) manat dəyərində ziyan vuraraq oğurluq etmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə olan cinayəti törətməkdə özünü təqsirli bilib, müdafiəsi üçün heç bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Ruhi əsəb xəstəliyindən əziyyət çəkir, konkret olaraq 2010-cu ildə və 2017-ci ildə “Şizofreniya” diaqnozu ilə 1 saylı X2 müalicə almışdır, hal-hazırda da müalicəsini davam etdirir. Həkim nəzarəti və xüsusi reseptlərlə aldığı güclü təsiredici dərman preparatları qəbul edir. 26 iyun 2021-ci il tarixdə gecə saat 03 radələrində evdə dərman preparatı qəbul edib ünvan 1 ünvanında yerləşən evinin həyətindən bayıra çıxmışdır. Siqaret çəkmək istəmiş, lakin siqareti olmadığı üçün yaşadığı məhəllədə evindən təxminən 200 metr aralıda yerləşən “Al market” adlı ticarət obyektinə gedib oradan siqaret götürmək fikrinə düşmüşdür. Bunun üçün də evdən özü ilə vintaçan götürüb dükanın qapısını açmışdır. Orada müşahidə kameraları olduğuna görə özünü gizlətmək üçün əynində olan köynəyi başına çəkib vint açan ilə qapını açıb içəri daxil olmuşdur. Mağazaya daxil olub siqaret yığılan rəfdən içərisində 10 ədəd olmaqla bir blok qırmızı rəngli “Argo” markalı siqareti, içərisində 10 ədəd olmaqla bir blok göy rəngli “Viceroy” markalı siqareti, içərisində 10 ədəd olmaqla bir blok ağ rəngli nazik “Sobranie” markalı siqaretləri, içərisində 10 ədəd olmaqla bir blok “İmperial Classic” markalı siqareti, içərisində 10 ədəd olmaqla bir blok qara rəngli qalın “Kingston” markalı siqareti, içərisində 10 ədəd olmaqla bir blok ağ rəngli “Winchester” markalı siqareti, içərisində 10 ədəd olmaqla bir blok ağ rəngli “Winston” markalı siqareti, içərisində 10 ədəd olmaqla bir blok göy rəngli nazik “Sobranie” markalı siqareti, içərisində 10 ədəd olmaqla bir blok “West” markalı siqareti götürmüşdür. Həmin siqaret bloklarını özü ilə aparmaq üçün mağazandan sellofan paket götürüb içərisinə doldurmuşdur. Daha sonra spirtli içki yığılan rəfə baxmışdır. Oradan 2 ədəd 0.5 litrlik 38%-lik “Mamedoff” araqlarını və 3 ədəd 0.5 litrlik 38%-lik “ƏKORĞQtaqkaĞ araqlarını da götürüb sellofan paketə qoymuşdur. Daha sonra marketin içərisində olan digər qapını təpiklə açıb içəri daxil olmuş, oradan 150 manat dəyərində dəmir pulları götürmüşdür. Mağazadan çıxmış, sonra “Al marketin“ təxminən 50 metr məsafədə yaxınlığında olan “Uğur aptekə” pul oğurlamaq üçün daxil olmaq qərarına gəlmişdir. Evdən özü ilə götürdüyü vint açan ilə həmin aptekin qapısını açmış, içəri daxil olmuşdur. Eyni qayda ilə aptekin də müşahidə kamerasına düşməmək üçün əynində olan köynəyi başına qaldırmışdır. Aptekin içərisini axtarsa da lakin orada pul tapa bilməmişdir. Ona görə də 1 ədəd ağ rəngli “Lenova” markalı notbuku, 1 ədəd qara rəngli “Lenova” markalı notbuku, 1 ədəd “TP-link” markalı moderni, 3 ədəd kompüter cərəyan qidalandırıcı, 1 ədəd mobil telefon qidalandırıcı, 1 ədəd “Netum” markalı barkod oxuducu, 1 ədəd “Hope” markalı mobil telefon və 1 ədəd “TVT” markalı 4 kanallı DVR aparatını götürüb aptekdən çıxmışdır. Həmçinin, kamerada hər hansı görüntünün qalması üçün aptekin müşahidə kamerasının sərt diskini götürmüşdür. Oğurladığı əşyaları qardaşı Rahim Soltanovun evinin həyətində olan toyuq hinində gizlətmişdir. Aptekin sərt diskini də orada yandırmışdır. Səhəri gün, yəni, 26 iyun 2021- ci il tarixdə saat 10 radələrində bibisi oğlu X4 onun yaşadığı evə gəlmişdir. Al marketdən oğurluq olmasını ona bildirmişdir. Həmin marketin müşahidə kameralarında görüntünün olmasını ona bildirmişdir. Ona görə də oğurladığı əşyaları gizlətdiyi yerdən geri qaytarmağı ondan tələb etmişdir. Naib öz avtomobilinə onu mindirib oğurladığı əşyaları gizlətdiyi yerə aparmağı bildirmişdir. O, qardaşıgildə gizlətdiyini və avtomobili həmin istiqamətdə sürməyi xahiş etmiş, o, özü tək gedib toyuq hinində gizlətdiyi siqaret və araqları götürmüşdür. “Al market”in sahibinə qaytarmaq üçün mağazaya getmişdilər. Mağazanın sahibi Kamrana qaytarmaq istəmişdilər. Lakin. Kamran həmin malları ondan qəbul etməmiş və polislərin iştirakı ilə qəbul edəcəyini bildirmişdir. Daha sonra Qobu PB-nə getmiş, orada əşyaları protokol ilə ondan götürmüşdülər. Bundan sonra səmimi etiraf edərək, “Uğur” aptekdən də oğurluq etdiyini bildirmiş, 27 iyun 2021-ci il tarixdə isə aptekdən oğurladığı əşyaları qardaşı Rahimgildən gətirib polislərə təqdim etmişdir. Daha sonra 2021-ci ilin iyul ayının əvvəllərində axşam vaxtı evdə yemək yeyərkən iki yüz qram araq içmiş və sərxoş olmuşdur. Hava isti olduğu üçün gecə saat təxminən 02 radələrində küçəyə çıxmış, siqaret çəkmək istəmiş, lakin siqareti olmamış, siqaret almağa pulu da olmamışdır. Evindən təxminən üç yüz metr aralıda yerləşən parfimeriya dükanından oğurluq ertmək qərarına gəlmiş, ona görə də, evdən vintburanı (atverkanı) götürüb həmin köşkə (butkaya) getmişdir. Aliminum qapının arasına vintburanın yastı ucunu keçirib aralamış və qapı açılmışdır. O, içəri girib oradan 20 (iyirmi) ədəd saat və iki flakonda ətir yağları götürüb, iki ədəd alman əşyaların qoyulduğu karton torbalara (hədiyyə paketlərinə) yığmışdır. Həmin saatların bir neçəsi Çin Respublikasının istehsalı olmuş, bəzilərinin markası olmamış, üç ədəd “tissot” markalı saatlar olmuşdur. Qalanlarının markasını xatırlamır. Oğurladığı əşyaları götürüb dükandan çıxmışdır. Çıxarkən qapını dartmış və qapı əvvəlki qaydada örtülmüşdür, cəftəsi yerinə keçmişdir. Oğurladığı əşyaları mərhum qardaşı X3 evinin çardağında gizlətmişdir. Qardaşının ailə üzvləri yatmış, ona görə də, xəbərləri olmamışdır. O, sonradan oğurladığı saatların bir neçəsini götürüb, Bakı şəhərində Dəmir yol Vağzalında tanımadığı şəxslərə satıb pulunu xərcləmişdir. Oğurladığı əşyalardan dörd ədəd qadın qol saatı, iki ədəd elektron saat, dörd ədəd kişi qol saatı, iki ədəd dibində ətir yağları olan qablar qalmışdır. İçində ətir yağları olan qablar aşıb dağılmış və içində qalıqları qalmışdır. Həmin əşyaları istintaqa təqdim etmişdir. O, konkret neçə ədəd saatları oğurlandığını bilmir, lakin saatların bir qismini satıb pulunu xərcləmişdir. İki ədəd flakonda olan ətir yağları dağılmışdır. Qablarını istintaq zamanı təqdim etmişdir. O, saatların birini 10 (on) manata satıb təxminən yüz manatdan çox pul əldə etmişdir. Nə qədər pul qazandığnı xatırlamır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu. Qobu qəsəbəsində 2 nömrəli məktəbin yanında dükanı vardır. Həmin dükanda ətriyyat və parfimeriya mallarının satışını həyata keçirir. Həmin dükanı icarəyə götürüb işlədir, qardaşı Kənan və özü satıcılıq edirlər. Dükan cəmi 9 kvadrat təşkil edir. Dükanın qarşı tərəfi aliminum materialdan olan şüşəbənddən ibarətdir. Qapısı açarla bağlanır, barmaqlıqları yoxdur. 08 iyul 2021-ci il tarixdə saat 09 radələrində dükana gəlib qapısını açarla açmış və içəri girmişdir. Qapıdan girərkən oğurluq olduğunu hiss etməmişdir. Lakin, bir neçə dəqiqədən sonra görmüşdür ki, qol saatlarının və ətirlərin bir qisminin yerində olmadığını görmüşdür. Bəzi əşyalar yerə tökülmüş, həmin vaxt oğurluq olmasını bilmişdir. Ona görə də, Qobu PB-nə oğurluq barədə müraciət etmişdir. Dükanından iki ədəd Çin istehsalı olan, üzərində “Libo” yazısı olan qızılı rəngli qol saatı, hər biri 10 (on) manat, cəmi 20 (iyirmi) manat, bir ədəd ’’Xiandon” markalı qızılı rəngli qol saatı, 10 (on) manat, bir ədəd Çin istehsalı olan, “Meme” yazısı olan , qızılı rəngli qol saatı, 10 (on) manat, iki ədəd Çin istehsalı olan, markası olmayan elektron qol saatı, hər biri 15 (on beş) manat, cəmi 30 (otuz) manat, iki ədəd üzərində “Emporio Arınam” yazısı olan dəri kəmərli qol saatı, hər biri 10 (on) manat olmaqla cəmi 20 (iyirmi) manat, bir ədəd Çin istehsalı olan, üzərində “Rolex” yazısı olan, qızılı rəngli qol saatı, 10 (on) manat, bir ədəd Çin istehsalı olan, üzərində “Rado” yazısı olan, qızılı rəngli qol saatı, 10 (on) manat, bir ədəd üzərində “Meqamere" yazısı olan, içərisində 100 milli ətir yağı, qramı beş manat olmaqla, cəmi 500 (beş yüz) manat, bir ədəd üzərində “Narkos Cold” yazısı olan içərisində 70 milli ətir yağı, qramı üç manat olmaqla, cəmi 210 (iki yüz on) manat, üç ədəd maqnitli, “Tissot” markalı, bir ədədi 70 (yetmiş) manat olmaqla cəmi 210( iki yüz on) manat, beş ədəd “sport” markalı qol saatı, hər biri 30 (otuz) manat olmaqla cəmi 150 (yüz əlli) manat təşkil edir. Bununla da ona 1180 manat maddi ziyan dəyməsini bildirmişdir. Hazırda dəymiş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Rəsmi olaraq, "xxxx" Holding MMC-nin "xxxx" market şəbəkələri üzrə hüquqşünası kimi işləyir. 11 yanvar 2021-ci il tarixdə "xxxx" Holding MMC-nin direktoru tərəfindən verilmiş etibarnamə ilə "xxxx" market mağazalar şəbəkəsi üzrə məhkəmə, polis və digər orqanlarda MMC-nin adından çıxış etmək səlahiyyəti verilmişdir. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən "xxxx" market MMC-nin 3201 nömrəli mağazasından baş vermiş oğurluq hadisəsi ilə bağlı 26 iyun 2021-ci il tarixdə həmin mağazanın müdiri Şahid Abşeron RPİ-nin Qobu PB-nə şikayət ərizəsi ilə tanış olmuş, bildirmişdir ki, həmin mağazadan spirtli içki yığılan vitrində 2 ədəd 0.5 litrlik 38%-lik "Mamedoff' və 3 ədəd 0.5 litrlik 38%-lik “flKOPLTmarkalı araqlar, hər birinin içərisində 10 ədəd olmaqla bir blok qırmızı rəngli “Argo” markalı, hər birinin içərisində 10 ədəd olmaqla bir blok göy rəngli “Viceroy” markalı, hər birinin içərisində 10 ədəd olmaqla bir blok ağ rəngli nazik “Sobranie” markalı, hər birinin içərisində 10 ədəd olmaqla “İmperial Classic” markalı, hər birinin içərisində 10 ədəd olmaqla qara rəngli qalın “Kingston” markalı, hər birinin içərisində 10 ədəd olmaqla ağ rəngli “Winchester” markalı, hər birinin içərisində 10 ədəd olmaqla ağ rəngli “Winston” markalı, hər birinin içərisində 10 ədəd olmaqla göy rəngli nazik “Sobranie” markalı, hər birinin içərisində 10 ədəd olmaqla “West” markalı siqaretlərin və 150 manat dəyərində dəmir pullarında oğurlanması barədə məlumatı olmuşdur. Ümumilikdə mağazaya 426 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda dəymiş ziyan ödənilmişdir. Şirkətin heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Qobu qəsəbəsində yerləşən “Uğur” aptekin müdiri kimi işləyir. O, həmin apteki hər gün saat 09 radələrində açıb, axşam saat 22 radələrində bağlayır. Bildirmişdir ki, 25 iyun 2021-ci il tarixdə apteki bağlayıb evə getmişdir. Səhəri gün yəni. 26 iyun 2021- ci il tarixdə aptekə gedən zaman aptekin qapısının açıq vəziyyətdə olmasını görmüşdür. İçəri daxil olan kimi 1 ədəd ağ rəngli “Lenova ideapad 330” markalı notbukun, 1 ədəd qara rəngli “Lenova Vİ30” markalı notbukun, 1 ədəd “TP-link WR840N” markalı modernin, 3 ədəd kompüter cərəyan qidalandırıcınm, 1 ədəd mobil telefon qidalandırıcının, 1 ədəd “Netum” markalı barkod oxuducunun, 1 ədəd “Nore” markalı mobil telefonun, 1 ədəd “TVT TD-2004TS” markalı 4 kanallı DVR-in və 1 ədəd 100 manat dəyərində sərt diskin oğurlanmasını görmüşdür. Həmçinin, orada aptekin müşahidə kamerasını lenta alan 60 manat dəyərində monitor da sındırılmışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə təxminən 2500 manat dəyərində maddi ziyan dəymişdir. O, həmin əşyaların hər birini istintaqdan təhvil almış, ona görə də ekspertizanın verdiyi rəylə razıdır. Ancaq oğurlanmış əşyalardan 1 ədəd 100 manat dəyərində sərt disk qaytarılmamışdır. 60 manatlıq monitor isə sındırılmış vəziyyətdə olmuşdur. Ekspertin verdiyi rəyə dair etirazı yoxdur. Hazırda dəymiş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, İki ildir ki, Rəsmi olaraq, Abşeron rayonu. Qobu qəsəbəsində yerləşən "xxxx" market MMC-nin 3201 nömrəli mağazasının müdiri kimi fəaliyyət göstərir. 26 iyun 2021-ci il tarixdə Abşeron RPİ-nin Qobu PB-nə şikayət ərizəsini yazmış və bildirilmişdir ki, işlətdiyi Al market mağazası səhər saat 08 radələrindən, axşam saat 22 radələrinə kimi fəaliyyət göstərir. 25 iyun 2021-ci il tarixdə həmişəki kimi mağazanı 22 radələrində bağlayıb evinə getmişdir. Səhərisi gün yəni, 26 iyun 2021-ci il tarixdə mağazanı açmaq istədikdə mağazanın qapısının açıq vəziyyətdə olmasını görmüşdür. İçəri daxil olmuş və vitrinə nəzər salmışdır. Spirtli içki yığılan vitrində 2 ədəd 0.5 litrlik 38%-lik “Mamedoff” və 3 ədəd 0.5 litrlik 38%-lik “İKOPb”markalı araqlar oğurlanmasını görmüşdür. Daha sonra mağazanın içərisinə nəzər salmış və başqa hər hansı əşyanın oğurlanmasını görməmişdir. O, mağazanın içərisində olan deponun qapısının da açıq qalmasını görmüşdür. Ora daxil olanda hər birinin içərisində 10 ədəd olmaqla bir blok qırmızı rəngli “Argo” markalı, hər birinin içərisində 10 ədəd olmaqla bir blok göy rəngli “Viceroy” markalı, hər birinin içərisində 10 ədəd olmaqla bir blok ağ rəngli nazik “Sobranie” markalı, hər birinin içərisində 10 ədəd olmaqla “İmperial Classic" markalı, hər birinin içərisində 10 ədəd olmaqla qara rəngli qalın “Kingston” markalı, hər birinin içərisində 10 ədəd olmaqla ağ rəngli “Winchester” markalı, hər birinin içərisində 10 ədəd olmaqla ağ rəngli “Winston” markalı, hər birinin içərisində 10 ədəd olmaqla göy rəngli nazik “Sobranie” markalı, hər birinin içərisində 10 ədəd olmaqla “West" markalı siqaretlərin də oğurlanmasının şahidi olmuşdur. Həmçinin, depoda saxladığı qabın içərisində 150 manat dəyərində dəmir pulların da oğurlanmasını görmüşdür. Həmin oğurluq hadisəsi zamanı ona təxminən 400-500 manat dəyərində maddi ziyan dəymişdir. O, daha sonra mağazanın müşahidə kameralarına baxmışdır. Bir nəfər şəxsin paltarını başına keçirməsini əlində vint açanla mağazanın qapısını 26 iyun 2021-ci il tarixdə saat 04 radələrində açaraq mağazaya daxil olmasını və mağazadan siqaret, spirtli içkilər və dəmir pulları oğurlamasını görmüşdür. Bundan sonra DİN-nin 102 xidmətinə və Qobu PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan iyun 2021-ci il tarixdə "xxxx" market mağazasından oğurluq olması faktı ilə bağlı hadisə yerinə baxış keçirilmiş və bu barədə fotocədvəl tərtib edilmişdir. 26 iyun 2021-ci il tarixdə “UĞUR” aptekdən oğurluq olması faktı ilə bağlı hadisə yerinə baxış keçirilmiş və bu barədə fotocədvəl tərtib edilmişdir. 08 iyul 2021-ci il tarixdə “Life Parfum” dükanından oğurluq olması faktı ilə bağlı hadisə yerinə baxış keçirilmiş və bu barədə fotocədvəl tərtib edilmişdir. 26 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən hər birinin içərisində 10 ədəd olmaqla bir blok qırmızı rəngli “Argo” markalı, hər birinin içərisində 10 ədəd olmaqla bir blok göy rəngli “Viceroy” markalı, hər birinin içərisində 10 ədəd olmaqla bir blok ağ rəngli nazik “Sobranie” markalı, hər birinin içərisində 10 ədəd olmaqla “İmperial Classic” markalı, hər birinin içərisində 10 ədəd olmaqla qara rəngli qalın “Kingston” markalı, hər birinin içərisində 10 ədəd olmaqla ağ rəngli “Winchester” markalı, hər birinin içərisində 10 ədəd olmaqla ağ rəngli “Winston” markalı, hər birinin içərisində 10 ədəd olmaqla göy rəngli nazik “Sobranie” markalı, hər birinin içərisində 10 ədəd olmaqla “West” markalı siqaretlər, 2 ədəd 0.5 litrlik 38%-lik “Mamedoff” və 3 ədəd 0.5 litrlik 38%-lik “Yakor” markalı araqlar baxış keçirilərək götürülmüşdür. 26 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən 1 ədəd ağ rəngli “Lenova” markalı, 1 ədəd qara rəngli “lenova” markalı noutbooklar, 1 ədəd ağ rəngli “Tp-link” wifı moderni, 3 ədəd cərəyan yükləyici, 1 ədəd isə mobil telefon üçün cərəyan yükləyici, lədəd skayner (barkod tanıdıcı) aparatı, 1 ədəd “hope” markalı mobil telefon və 1 ədəd qara rəngli “TVT’ diviyar baxış keçirilərək götürülmüşdür. 20 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və istintaq şöbəsinin müstəntiqi, polis polkovnik leytenantı Mehman Novruzov tərəfindən iki ədəd qızılı rəngli,“libo” markalı qadın qol saatı, bir ədəd qızılı rəngli, “Xiandon” markalı qadın qol saatı, bir ədəd qızılı rəngli, “MeMe” markalı qadın qol saatı, iki ədəd Çin Respublikasının istehsalı olan elektron saatları, iki ədəd “Emporio Armani” markalı, gümüşü və qara rəngli kişi qol saatı, bir ədəd “Rado” markalı kişi qol saatı və bir ədəd qara rəngli “Rolex” markalı kişi qol saatı, bir ədəd üstündə “MEGAMERE” yazısı olan və içində ətir yağının qalığına xarakterik maye izi olan qızılı rəngli şüşə qab və bir ədəd üstündə “Narcos Gold” yazısı olan və içində ətir yağma xarakterik maye qalığı olan plastik qab və həmin əşyaların qoyulduğu bir ədəd qara rəngli karton torba baxış keçirilərək götürülmüşdür. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 17 iyul 2021-ci il tarixli 9/4604 saylı rəyindən görünür ki, 1 ədəd istifadədə olmuş ağ rəngli “Lenova ideapad 330” markalı notbuk 300 manat, 1 ədəd istifadədə olmuş qara rəngli “Lenova Vİ30” markalı notbuk 250 manat, 1 ədəd istifadədə olmuş “TP-link WR840N” markalı modern 15 manat, 3 ədəd istifadədə olmuş kompüter cərəyan qidalandırıcı hər biri 15 manat olmaqla 45 manat, 1 ədəd istifadədə olmuş mobil telefon qidalandırıcı 2 manat, 1 ədəd istifadədə olmuş "Netum" markalı barkod oxuducu 50 manat, 1 ədəd istifadədə olmuş “Nore" markalı mobil telefon 40 manat, 1 ədəd istifadədə olmuş “TVT TD-2004TS” markalı 4 kanallı DVR 40 manatdır. Ekspertiza tədqiqatın təqdim edilmiş malların 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən cəmi 742,0 müəyyən edilir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 iyul 2021-ci il tarixli 9/4605 saylı rəyindən görünür ki, 2 ədəd 0.5 litrlik 38%-lik “Mamedoff’ araqları hər biri 8.20 manat olmaqla 16.4 manat, 3 ədəd 0.5 litrlik 38%-lik “ƏKORĞQtaqkak araqları hər biri 6.60 manat olmaqla 19.8 manat, 1 ədədi 1.80 manat olmaqla ümumi dəyəri 18.0 manat olan 10 ədəd qırmızı rəngli “Argo” markalı siqaretləri, 1 ədədi 2.0 manat olmaqla ümumi dəyəri 20.0 manat olan 10 ədəd göy rəngli “Viceroy” markalı siqaretləri, 1 ədədi 3.90 manat olmaqla ümumi dəyəri 39.0 manat olan 10 ədəd ağ rəngli nazik “Sobranie” markalı siqaretləri, 1 ədədi 2.20 manat olmaqla ümumi dəyəri 22.0 manat olan 10 ədəd “İmperial Classic” markalı siqaretləri, 1 ədədi 1.80 manat olmaqla ümumi dəyəri 18.0 manat olan 10 ədəd qara rəngli qalın “Kingston” markalı siqaretləri, 1 ədədi 2.50 manat olmaqla ümumi dəyəri 25.0 manat olan 10 ədəd ağ rəngli “Winchester" markalı siqaretləri, 1 ədədi 3.40 manat olmaqla ümumi dəyəri 34.0 manat olan 10 ədəd ağ rəngli “Winston" markalı siqaretləri, 1 ədədi 3.90 manat olmaqla ümumi dəyəri 39.0 manat olan 10 ədəd göy rəngli nazik “Sobranie” markalı siqaretləri, 1 ədədi 2.50 manat olmaqla ümumi dəyəri 25.0 manat olan 10 ədəd “West” markalı siqaretləri, ekspertiza tədqiqatın təqdim edilmiş malların 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti ümumi dəyəri təxminən 276 müəyyən edilir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 9/6966 saylı rəyindən görünür ki, iki ədəd hər biri 8 manat olmaqla 16 manat dəyərində Çin istehsalı olan, üzərində“libo” yazıları olan, parlaq süni dəri kəmərli, qızılı rəngli qol saatı, bir ədəd 10 manat dəyərində üzərində “Xiandon” yazıları olan, süni dəri kəmərli, qızılı rəngli qol saatı, bir ədəd 8 manat dəyərində Çin istehsalı olan, üzərində “Meme” yazıları olan, parlaq süni dəri kəmərli, qızılı rəngli qol saatı, iki ədəd hər biri 15 manat olmaqla 30 manat dəyərində Çin istehsalı olan, üzərində markalanmasına dair heç bir məlumat olmayan elektron qol saatı, iki ədəd hər biri 10 manat olmaqla 20 manat dəyərində üzərində “Emporio Armani” yazıları olan, süni dəri kəmərli qol saatı, bir ədəd 10 manat dəyərində Çin istehsalı olan, üzərində “Rolex” yazıları olan, süni dəri kəmərli qol saatı, bir ədəd 10 manat dəyərində Çin istehsalı olan, üzərində “Rado" yazıları olan, süni dəri kəmərli qol saatı, bir ədəd 2 manat dəyərində üzərində “MEGAMERE" yazısı olan və içində ətir yağının qalığına xarakterik maye izi olan qızılı rəngli şüşə qab, bir ədəd 0,50 manat dəyərində üzərində “Narcos Gold" yazısı olan və içində ətir yağına xarakterik maye qalığı olan plastik qab, bir ədəd 0,50 manat dəyərində Çin istehsalı olan üzərində markalanmasına dair heç bir məlumat olmayan tünd göy rəngli kağız torba ümumilikdə 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 107,00 manat müəyyən edilir. İş üzrə 1 ədəd ağ rəngli “Lenova” markalı, 1 ədəd qara rəngli “lenova” markalı noutbooklar, 1 ədəd ağ rəngli “Tp-link” wifı moderni, 3 ədəd cərəyan yükləyici. 1 ədəd isə mobil telefon üçün cərəyan yükləyici, lədəd skayner (barkod tanıdıcı) aparatı, 1 ədəd “hope” markalı mobil telefon və 1 ədəd qara rəngli “TVT' diviyar 26 oktyabr 2021-ci il tarixdə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs3 02 iyul 2021-ci il tarixdə qaytarılmışdır. Bundan başqa, iş üzrə hər birinin içərisində 10 ədəd olmaqla bir blok qırmızı rəngli “Argo” markalı, hər birinin içərisində 10 ədəd olmaqla bir blok göy rəngli “Viceroy” markalı, hər birinin içərisində 10 ədəd olmaqla bir blok ağ rəngli nazik “Sobranie” markalı, hər birinin içərisində 10 ədəd olmaqla “İmperial Classic” markalı, hər birinin içərisində 10 ədəd olmaqla qara rəngli qalın “Kingston” markalı, hər birinin içərisində 10 ədəd olmaqla ağ rəngli “Winchester” markalı, hər birinin içərisində 10 ədəd olmaqla ağ rəngli “Winston” markalı, hər birinin içərisində 10 ədəd olmaqla göy rəngli nazik “Sobranie” markalı, hər birinin içərisində 10 ədəd olmaqla “West” markalı siqaretlər, 2 ədəd 0.5 litrlik 38%-lik “Mamedoff” və 3 ədəd 0.5 litrlik 38%-lik “YAKOR” markalı araqlar 26 oktyabr 2021-ci il tarixdə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Bundan başqa, iş üzrə iki ədəd hər biri Çin istehsalı olan, üzərində “libo” yazıları olan, parlaq süni dəri kəmərli, qızılı rəngli qol saatı, bir ədəd üzərində “Xiandon” yazıları olan, süni dəri kəmərli, qızılı rəngli qol saatı, bir ədəd Çin istehsalı olan, üzərində “Meme” yazıları olan, parlaq süni dəri kəmərli, qızılı rəngli qol saatı, iki ədəd Çin istehsalı olan, üzərində markalanmasına dair heç bir məlumat olmayan elektron qol saatı, iki ədəd üzərində “Emporio Armani” yazıları olan, süni dəri kəmərli qol saatı, bir ədəd Çin istehsalı olan, üzərində “Rolex” yazıları olan, süni dəri kəmərli qol saatı, bir ədəd Çin istehsalı olan, üzərində ”Rado" yazıları olan, süni dəri kəmərli qol saatı, bir ədəd üzərində "MEGAMERE" yazısı olan və içində ətir yağının qalığına xarakterik maye izi olan qızılı rəngli şüşə qab. bir ədəd üzərində “Narcos Gold” yazısı olan və içində ətir yağına xarakterik maye qalığı olan plastik qab, bir ədəd Çin istehsalı olan üzərində markalanmasına dair heç bir məlumat olmayan tünd göy rəngli kağız torba 26 oktyabr 2021-ci il tarixdə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Bundan başqa, 07 avqust 2021-ci il tarixli DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən gələn tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-niıı 177.2.3-cü maddəsi ilə Abşeron rayon məhkəməsinin 21 avqust 2021-ci il tarixli hökmü ilə məhkum olunaraq, 1500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, 16 iyun 2015ci il tarixdə cəriməni tam ödəmişdir. Komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16 avqust 2021-ci il tarixli 1818 saylı rəyinə əsasən, psixiatrik ekspertizası üzrə; Təqsirləndirilən şəxs halhazırda Şizofreniya paranoid forma xroniki psixi xəstəlik aşkar olunur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk elmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, yoxlanılan şəxs onda aşkar edilən Şizofreniya paranoid forma diaqnozlu xəstəliklə əlaqədar Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəl il iy ini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Psixoloji ekspertizası üzrə; Təqsirləndirilən şəxs hadisəni törədərkən etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxsda özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs hadisəni törədən zaman güclü ruhi həyacan vəziyyətində olmamışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, 2-ci qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs oğlunun ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə 1 ədəd ağ rəngli “Lenova” markalı, 1 ədəd qara rəngli “lenova” markalı noutbooklar, 1 ədəd ağ rəngli “Tp-link” wifı moderni, 3 ədəd cərəyan yükləyici. 1 ədəd isəmobil telefon üçün cərəyan yükləyici, lədəd skayner (barkod tanıdıcı) aparatı, 1 ədəd “hope” markalı mobil telefon və 1 ədəd qara rəngli “TVT' diviyar 26 oktyabr 2021-ci il tarixdə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs3 02 iyul 2021-ci il tarixdə qaytarılmışdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs oğlunun təqdim etdiyi hər birinin içərisində 10 ədəd olmaqla bir blok qırmızı rəngli “Argo” markalı, hər birinin içərisində 10 ədəd olmaqla bir blok göy rəngli “Viceroy” markalı, hər birinin içərisində 10 ədəd olmaqla bir blok ağ rəngli nazik “Sobranie” markalı, hər birinin içərisində 10 ədəd olmaqla “İmperial Classic” markalı, hər birinin içərisində 10 ədəd olmaqla qara rəngli qalın “Kingston” markalı, hər birinin içərisində 10 ədəd olmaqla ağ rəngli “Winchester” markalı, hər birinin içərisində 10 ədəd olmaqla ağ rəngli “Winston” markalı, hər birinin içərisində 10 ədəd olmaqla göy rəngli nazik “Sobranie” markalı, hər birinin içərisində 10 ədəd olmaqla “West” markalı siqaretlər, 2 ədəd 0.5 litrlik 38%-lik “Mamedoff” və 3 ədəd 0.5 litrlik 38%-lik “YAKOR” markalı araqlar, bundan başqa, iş üzrə iki ədəd hər biri Çin istehsalı olan, üzərində “libo” yazıları olan, parlaq süni dəri kəmərli, qızılı rəngli qol saatı, bir ədəd üzərində “Xiandon” yazıları olan, süni dəri kəmərli, qızılı rəngli qol saatı, bir ədəd Çin istehsalı olan, üzərində “Meme” yazıları olan, parlaq süni dəri kəmərli, qızılı rəngli qol saatı, iki ədəd Çin istehsalı olan, üzərində markalanmasına dair heç bir məlumat olmayan elektron qol saatı, iki ədəd üzərində “Emporio Armani” yazıları olan, süni dəri kəmərli qol saatı, bir ədəd Çin istehsalı olan, üzərində “Rolex” yazıları olan, süni dəri kəmərli qol saatı, bir ədəd Çin istehsalı olan, üzərində ”Rado" yazıları olan, süni dəri kəmərli qol saatı, bir ədəd üzərində "MEGAMERE" yazısı olan və içində ətir yağının qalığına xarakterik maye izi olan qızılı rəngli şüşə qab, bir ədəd üzərində “Narcos Gold” yazısı olan və içində ətir yağına xarakterik maye qalığı olan plastik qab, bir ədəd Çin istehsalı olan üzərində markalanmasına dair heç bir məlumat olmayan tünd göy rəngli kağız torba sahibinə qaytarılmalıdır. Ekspertiza xərci 150 (bir yüz əlli) manat təqsirləndirilən şəxsdən tutulub AZ34CTRE********************nömrəli hesaba dövlət büdcəsinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Abşeron rayon İcra və Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs təqdim etdiyi hər birinin içərisində 10 ədəd olmaqla bir blok qırmızı rəngli “Argo” markalı, hər birinin içərisində 10 ədəd olmaqla bir blok göy rəngli “Viceroy” markalı, hər birinin içərisində 10 ədəd olmaqla bir blok ağ rəngli nazik “Sobranie” markalı, hər birinin içərisində 10 ədəd olmaqla “İmperial Classic” markalı, hər birinin içərisində 10 ədəd olmaqla qara rəngli qalın “Kingston” markalı, hər birinin içərisində 10 ədəd olmaqla ağ rəngli “Winchester” markalı, hər birinin içərisində 10 ədəd olmaqla ağ rəngli “Winston” markalı, hər birinin içərisində 10 ədəd olmaqla göy rəngli nazik “Sobranie” markalı, hər birinin içərisində 10 ədəd olmaqla “West” markalı siqaretlər, 2 ədəd 0.5 litrlik 38%-lik “Mamedoff” və 3 ədəd 0.5 litrlik 38%-lik “YAKOR” markalı araqlar, bundan başqa, iş üzrə iki ədəd hər biri Çin istehsalı olan, üzərində “libo” yazıları olan, parlaq süni dəri kəmərli, qızılı rəngli qol saatı, bir ədəd üzərində “Xiandon” yazıları olan, süni dəri kəmərli, qızılı rəngli qol saatı, bir ədəd Çin istehsalı olan, üzərində “Meme” yazıları olan, parlaq süni dəri kəmərli, qızılı rəngli qol saatı, iki ədəd Çin istehsalı olan, üzərində markalanmasına dair heç bir məlumat olmayan elektron qol saatı, iki ədəd üzərində “Emporio Armani” yazıları olan, süni dəri kəmərli qol saatı, bir ədəd Çin istehsalı olan, üzərində “Rolex” yazıları olan, süni dəri kəmərli qol saatı, bir ədəd Çin istehsalı olan, üzərində ”Rado" yazıları olan, süni dəri kəmərli qol saatı, bir ədəd üzərində "MEGAMERE" yazısı olan və içində ətir yağının qalığına xarakterik maye izi olan qızılı rəngli şüşə qab, bir ədəd üzərində “Narcos Gold” yazısı olan və içində ətir yağına xarakterik maye qalığı olan plastik qab, bir ədəd Çin istehsalı olan üzərində markalanmasına dair heç bir məlumat olmayan tünd göy rəngli kağız torba sahibinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd ağ rəngli “Lenova” markalı, 1 ədəd qara rəngli “lenova” markalı noutbooklar, 1 ədəd ağ rəngli “Tp-link” wifı moderni, 3 ədəd cərəyan yükləyici. 1 ədəd mobil telefon üçün cərəyan yükləyici, lədəd skayner (barkod tanıdıcı) aparatı, 1 ədəd “hope” markalı mobil telefon və 1 ədəd qara rəngli “TVT' diviyarın sahibi Zərərçəkmiş şəxs3 02 iyul 2021-ci il tarixdə qaytarılması nəzərə alınsın. Ekspertiza xərci 150 (bir yüz əlli) manat təqsirləndirilən şəxsdən tutulub AZ34CTRE********************nömrəli hesaba dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-76/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-76/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver