Məhkəmə qərarları › İş №1(012)-760/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-760/2023

08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-760/2023 08.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X2 iştirakı ilə, xx.xx.1984-cü il ildə Sabirabad rayonu, Zəngənə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, işləməyən, Sabirabad Rayonu, Cavad Ərazi Dairəsi, Zəngənə Kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, H .Əliyev prospekti, ev 27-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 iyul 2023-cü il tarixdə saat 19 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanda yerləşən evdə arvadı Zərərçəkmiş şəxs ilə sonuncunun işlədiyi Abşeron rayon mərkəzi Xəstəxanasından evə həmişəki vaxtdan gec gəlməsi ilə bağlı onun irad bildirməsi səbəbindən ailə daxili münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib yumruq və sillə ilə sonuncunun sifət, təpiklə isə bədən nahiyələrinə qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs sol gözün göz qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşahidə olunan qançırları, sol gözaltı nahiyənin qançır-şişkinliyi, sol bud nahiyəsinin qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək ümumilikdə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs şikayəti ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onunla 2006-cı ildə ailə həyatı qurmuş, birgə nigahdan iki övladları var. Əvvəllər münasibətləri yaxşı olmuşdur. 12 iyul 2023-cü ıl tarixdə saat 19 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs işlədiyi Abşeron rayon mərkəzi xəstəxanasından evə gec gəldiyi üçün ona sözlə irad bildirmiş, bu səbəbdən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı əsəbləşərək Ramidənin sifətinə əliylə bir sillə vuraraq onu döymüşdür. Sonra isə evdən çıxıb getmişdir. Baş vermiş mübahisənin 3-5 dəqiqə davam etdiyini mübahisəni kənar şəxsin görmədiyini göstərmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onunla 2006-cı ildə ailə həyatı qurmuş, birgə nigahdan iki övladları var. Əvvəllər münasibətləri yaxşı olsa da, son vaxtlar Rusif əsassız yerə onunla mübahisə edir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində işdən evə gəlmiş və həmin vaxt həyat yoldaşı Rusif ona işlədiyi tibb müəssəsindən evə həmişəki vaxt deyil bir qədər gec gəlməsini deyib onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Rusif yumruqla onun sifətinə, təpiklə isə bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döyərək xəsarət yetirmişdir. Daha sonra isə onu evdən qovmuşdur. Baş vermiş mübahisənin 3-5 dəqiqə davam etdiyini, mübahisəni kənar şəxsin görmədiyini göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizası ilə əlaqədar "MTE və PA ETT Birliyi" X5 Abşeron rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 1418 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə- tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol gözün göz qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşahidə olunan qançırları, sol gözaltı nahiyənin qançır-şişkinliyi, sol bud nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görəümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 60 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar