Məhkəmə qərarları › İş №1(012)-760/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-760/2025

20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-760/2025 20.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şabran rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 19 dekabr 2024-cü ildə saat 06 radələrində Bakı- Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 13cü kilometrində idarə etdiyi HYUNDAİ HD72 yük markalı 99JG187 dövlət qeydiyyat nişanlı avtomobillə sutkanın qaranlıq vaxtı faraların yaxın işıqlarında 3 zolaqlı yolun orta zolağı ilə Quba rayonu istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda yolun hərəkət hissəsində hərəkətsiz vəziyyətdə olan piyadanın olmasını nəzərə alaraq əvvəlcədən həmin piyada ilə təhlü' təsiz yan məsafəsini təmin etmək üçün zəruri tədbir görməli, lazım gəldikdə həmin piyadaya çatmadan avtomobilin dayandırılmasını təmin etməli, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X9» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını alma|a texniki imkanı olsa da ala bilməyib yolun orta zolağında hərəkətsiz vəziyyətdə dayanmış piysda 1976- cı il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurulmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, alın sümüyünün, sağ almacıq sümüyünün və burun sümüyünün sınıqları, sağ almacıq və burun nahiyələrinin əzilmişcırılmış yaraları xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 19 dekabr 2024-cü ildə saat 06 radələrində sutkanın qaranlıq vaxtı Bakı- Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 13-cü kilometrində 3 zolaqlı yolun orta zolağı ilə idarə etdiyi HYUNDAİ HD72 yük markalı 99JG187 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində faraların yaxın işıqlarında 70 km/saat sürətlə hərəkətdə olarkən qarşıda yolun ortasında dayanmış piyada kişini görmüşdür. Piyadanı vurmamaq üçün onun sağ və ya sol tərəfindən keçmək istəmiş, amma sağ və solunda nəqliyyat vasitələri hərəkət etdiyindən tormoz və heç bir tərəfə manevr etməyərək idarə etdiyi avtomobilin qabaq orta hissəsi ilə həmin piyadanı vurmuşdur. Zərbənin təsirindən piyadanın baş nahiyəsi avtomobilin qabaq alın şüşəsinə dəyərək piyada avtomobilin qarşısında yerə yıxılmışdır. Bundan sonra tormoz edib avtomobili yolun sağ zolağına çəkib dayandırmışdır. Avtomobildən düşüb «103» və «102» xidn ətlərinə zəng etmişdir. Piyadaya yaxınlaşıb nəbzini yoxladıqda nəbzi vurduğunu, nəfəs aldığını hiss etmişdir. Piyadanı yolun ortasından yolun sağ kənarına çəkmişdir. Hadisə vaxtı idarə etdiyi avtomobildə sərnişin qismində olan, yəni işlədiyi MMC-nin adını bilmədiyi əməkdaşı da avtomobildən düşüb müntəzəm olaraq «103» xidmətinə zəng etmişdir. Təxminən 15-30 dəqiqə müddətinə hadisə yerinə TTY avtomobili ilə həkim briqadası gəlmişdir. Həkim briqadası həmin kişini TTY avtomobili ilə Sumqayıt şəhər TTY Xəstəxanasına aparmışlar. Özü hadisə yerində qalmış, hadisə yerinə YPX əməkdaşı gəldikdə sənədlərini ona təqdim etmişdir. Bundan sonra Sumqayıt şəhərinə gedərək orada tibb müəssisəsində sərxoşluğu yoxlanılmışdır. Məlum olmuşdur ki, vurduğu piyada xəstəxanaya çatdırıldıqda ölmüşdür. Bundan sonra hadisə yerinə qayıtmış və müstəntiqə piyadanın vurulduğu yeri göstərmişdir. Hadisə zamanı sərxoş olmamış, idarə etdiyi avtomobildə təxminən 70 kq yük, yəni çörək olmuşdur. Avtomobildə iş yoldaşından başqa sərnişin olmamışdır. Bundan başqa o, ifadəsinə əlavə olaraq bildirmişdir ki, həmin hadisə zamanı piyadanın da təqsiri vardır. Belə ki, hadisə baş verən zaman piyada hərəkət etməmiş, yerində dayanmışdır. Həmçinin hadisə zamanı sulu qar yağdığı üçün yer sürüşkən olmuşdur. Təkrar ekspertiza təyin edilsə də o, həmin ekspertizanın da düzgün aparılmadığını, ekspertiza rəyinə etiraz etdiyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs Novruz oğlu himayəsində azyaşlı uşağının olmasını, ailədə yeganə gəlir gətirən şəxsin özünün olmasını, himayəsində xəstə anasının olmasını, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd göstərsə də qarşı tərəf çox məbləğdə pul tələb etdiyi üçün barışıq əldə olunmadığını,əgər azadlıqda qalarsa zərərçəkmiş şəxsin ailəsinə yardım edə biləcəyini bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağı hissədə olan ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasına dəvət edilərək, mərhum zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Yaqub xx.xx.1976-cı ildə Quba rayonunun Əliməırmədoba kəndində doğulmuşdur, həmin kənddə qeydiyyatda olmaqla orada yaşamışdır. Yaqub 1999-cu ildə X2 ilə evlənərək rəsmi nikaha daxil olmuş və birgə nikahlarından 3 uşağı vardır, kiçik uşağının 18 yaşı vardır. Yaqub 2024-cü ili naprel ayından etibarən Bakı şəhərində tikintidə usta işləmiş və kirayədə yaşamışdır. Sonuncu dəfə Yaqubla onun ölümündən təxminən 10 gün əvvəl telefonla əlaqə saxlamışdır. 19 dekabr 2024-cü ildə saat 08 radələrində qardaşı Yaqubun Bakı şəhərində avtomobillə vurulması və onun Sumqayıt şəhər TTY Xəstəxanasında olması barədə xəbər sayıtmda məlumat almışdır. Xəstəxanada olan tanışı ilə zəngləşib qardaşının orada olmadığını bildirmişdir. Onun sözlərindən belə başa düşmüşdür ki, qardaşı ölüb və meyiti ola bilsin ki, Bakı şəhərinə morqa aparılıb. Nəhayət həmin gün saat 21-22 radələri arası qapılarına tanımadığı adamlar 2 avtomobildə gəlmişlər. Həmin şəxslər qardaşını vuran avtomobilin sürücüsünün yaxın adamları olduğunu bildirmişlər. Onların deməsinə görə meyitin morqda olduğunu başa düşmüşdür. Saat 23 radələrində yaşadığı kənddən çıxıb Respublika Xəstəxanasının morquna getmiş və qardaşının meyitinin morqda olması məlum olmuşdur. Meyit müayinə olunmuş və onlara təhvil verilərək səhəri gün yaşadığı kəndin qəbiristanlığında meyiti dəfn etmişlər. Hazırda məlumdur ki, qardaşı Yaqubu Təqsirləndirilən şəxs idarə etdiyi HYUNDAİ HD72 yük markalı 99JG187 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən vurmuş və qardaşı aldığı xəsarətlərdən ölmüşdür. Hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən onlara yardım göstərilməmişdir. O, mərhumun yasından sonra onun 15000 manat məbləğində borclarını ödəmişdir.Qeyd edir ki, təqsirləndirilən şəxs onlara hər hansı məbləğdə yardım etməmiş, ümumiyyətlə ziyanı ödəməyə və barışığa səy göstərməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ziyan ödəniləcəyi təqdirdə onunla barışıq əldə olunacağını, hazırda ondan şikayətçi olduğunu bildirərək barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Şahid ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 19 dekabr 2024cü il tarixdə saat 06 radərlərində Təqsirləndirilən şəxs idarə etdiyi HYUNDAİ HD72 markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin kabinasında sağ tərəfdə sərnişin qismində oturub Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 13-cü kilometrində, yəni körpünün üstündə 3 zolaqlı yolun orta zolağı ilə Quba rayonu istiqamətində hərəkət etmişlər. Cavidan avtomobili təxminən 70 km/saat sürətlə idarə etmiş, hava qaranlıq olub və sulu qar yağırmış. Bu zaman qarşıda yolun ortasında hərəkətsiz və ayaq üstə dayanmış piyada kişini görmüş və bu anda sərnişini olduğum avtomobilin qabaq orta hissəsi ilə həmin piyada vurulmuşdur. Piyadanın baş nahiyəsi avtomobilin qabaq alm şüşəsinə dəyərək piyada avtomobilin qarşısında yerə yıxılmışdır. Bundan sonra Cavidan tormoz edib avtomobili yolun sağ zolağında dayandırmışdır. Cavidan və özü avtomobildən düşüb «103» və «102» xidmətlərinə zəng etmişlər. Cavidan piyadaya yaxınlaşıb nəbzini yoxlamışdır. Piyada nəfəs almış, amma hərəkət etməmişdir. Piyadanı yolun ortasından yolun sağ kənarına çəkmişlər. Bir neçə dəfə «103» xidmətinə zəng etmiş və 15-20 dəqiqə müddətinə hadisə yerinə TTY avtomobili ilə həkim briqadası gəlmişdir. Həkim briqadası həmin kişini TTY avtomobili ilə Sumqayıt şəhər TTY Xəstəxanasına aparmışlar. Bundan sonra avtomobilin yükü, yəni çörəklər başqa avtomobilə yüklənərək Sumqayıt şəhərinə aparmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 19 dekabr 2024cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 tərəfindən “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 19 dekabr 2024-cü il tarixli 6965 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır;

3. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında 19 dekabr 2024-cü il tarixli protokoldan, protokola əlavə edilmiş sxemdən və fotocədvəldən görünür ki, hadisə Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayon ərazisindən keçən 13-cü kilometrliyində baş vermişdir. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt beton örtüklü olmaqla, düzdür. Yol örtüyünün vəziyyəti yaşdır. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet götürülməmişdir;

4. “Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınma haqqında” 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs Müsayib oğlunun ölməsi faktı üzrə qardaşı X3 hüquqi varis qismində tanınmışdır;

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 X10nin Abşeron rayon şöbəsindən verilən 11 yanvar 2025-ci il tarixli 194 nömrəli rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalar, alın sümüyünün, sağ almacıq sümüyünün və burun sümüyünün sınıqları, sağ almacıq və burun nahiyələrinin əzilmiş-cızılmış yaraları həyati əlamətlərə malik olmaqla mərhumun ölümündən əvvəl, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə piyadanın hərəkətdə olan nəqliyyat vasitəsinin hissələri ilə vurulması zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan AĞİR zərər vurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb – baş beyinin yumşaq qişaları altına və beyin toxumasına qansızmalarla müşayiət olunan alın, sağ almacıq və burun sümüklərinin sınıqları fonunda kəlləbeyin travması olmuşdur. Meyit əlamətləri inkişaf dərəcəsinə görə demək olar ki, meyitin meyitxanadakı (xx.xx.2024, saat 12:00) müayinəsindən təxminən 4-8 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyidindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 1,2 %-dir. Bu da cədvəl üzrə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 29 dekabr 2024-cü il tarixli arayışından görünür ki, X4 əvvəllər məhkum olunmamışdır.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin 30 iyul 2025-ci tarixli məlumatına əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə (xx.xx.2027-ci il tarixədək etibarlı olan) AC 534680 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır;

8. “Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının” 06 mart 2025-ci il tarixli, 8/03 saylı rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində HYUNDAİ HD72 yük markalı 99JG187 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X9» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil edir;

9. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur;

10. “Qətimkan qətimkan tədbiri seçilməsi haqqında” haqqında 13 mart 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;

11. “Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının” 20 oktyabr 2025-ci il tarixli, 8/2116 saylı rəyindən görünür ki;  Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə piyada HYUNDAİ HD72 markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə vurulmuşdur.  HYUNDAİ HD72 markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsində olan zədələr piyadanın dayanmış vəziyyətdə vurulması hadisəsi ilə ziddiyət təşkil etmir.  HYUNDAİ HD72 yük markalı 99JG187 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X9» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.  Hadisə yerinin müayinə protokolundan görünür ki, hadisə baş verən yol şəhər elektrik işıqları ilə işıqlandırılmışdır. Həmçinin protokolda göstərilmişdir ki, avtomobilin sürücünün yerindən farları işığında görünüş vəziyyəti uzaq işıqda 100 metr, yaxın işıqda isə 50 metrdir. Nəqliyyat basitələrinin fararalarının konstruktiv quruluşuna əsasən texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələrinin fara işıqları sutkanın qaranlıq vaxtı işıqlandırılmayan yol sahəsində qarşısını ən azı 50 metr məsafədə, uzaq işıqlarında isə ən azı 100 metr məsafəni işıqlandırır. Müayinə protokolundan məlum olduğu kimi hadisə baş verən yolun şəhət elektrik işıqları ilə işıqlandırılması nəzərə alınmaqla qeyd edilir ki, sürücü Əliyevin HYUNDAİ HD72 markalı avtomobilin yaxın işıqlarında hərəkət hissəsində dayanmış vəziyyətdə olan piyadanı 50 metrdən artıq, uzaq işıqlarında isə 100 metrdən artıq məsafədə görməli idi. Mövcud hadisədən məlum olur ki, piyada dayanmış vəziyyətdə olarkən HYUNDAİ HD72 markalı avtomobili ilə vurmuşdur. Qeyd edilir ki, dayanmış vəziyyətdə olan hər hansı bir obyekt kinetik enerjiyə malik olmadığından onun hərəkət surəti 0-a bərabər olur. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir.

12. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşağı vardır.

Əməlin tövsifi və digər hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan ( tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir. Qeyd olunan Məcəllənin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağırzərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “X9” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin iştirakçıları:1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinədair tələblərini bilməli vəyerinəyetirməlidirlər;2) yol hərəkətinin nizama salınmasında istifadəolunan nizamlayıcının vəsvetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərindəistifadəolunan səs vəişıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına vənəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar;3) yol hərəkətiüçün təhlükəsizşərait yaratmalı,öz hərəkətləri vəya hərəkətsizliyi ilədigər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinəvəbaşqaəmlaka zərər vurmamalıdırlar;4) yolörtüyünüzədələməməli vəyaçirkləndirməməli, yol nişanlarınıçıxarmamalı, qarşısınıkəsməməli, zədələməməli,özbaşına yol nişanları, svetoforlar vəhərəkətin təşkilinin digər texniki vasitələrini quraşdırmamalıdırlar;5) hərəkətəmaneçilik törədənəşyalarıvəya materiallarıataraq, boşaldaraq vəya yolda qoyaraq yol hərəkətiniçətinləşdirməməli vəya onun təhlükəsizliyiüçün qorxu törətməməlidirlər (bu cür maneənin vəya təhlükənin yaranmasına yol verməmək mümkün olmadıqda, onların mümkün qədər tez aradan qaldırılmasıüçün lazımi tədbirlər görməli, bunu dərhal etmək mümkün olmadıqda isə,əl altında olan vasitələrlədigər hərəkət iştirakçılarının xəbərdar edilməsini vəAzərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təmin etməlidirlər); 6)yol hərəkəti qanunvericiliyinəriayət olunmasıbarədəAzərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarınıyerinəyetirməlidirlər;7)nəqliyyat, yol, kommunal vədigər müəssisəvətəşkilatların vəzifəlişəxsləri, yolda hər hansıbir işaparan fəhlələr, eləcədədigərşəxslər müəyyən edilmişyol hərəkəti qaydalarına təsir göstərəbiləcək maneələr yaratmaqdan vəbaşqa hərəkətlərdənçəkinməlidirlər. “X9” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 64-ci maddəsinin İ hissəsinə əsasən qadağan nişanlarıyol hərəkəti iştirakçılarının hərəkətlərinəmüəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “X9” Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “X9” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, “X9” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi hadisə ilə bağlı olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, travmvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. Yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “X9” Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün həmin Məcəllənin 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Bu cinayətin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan törədilərək başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır cinayətlər kateqoriyasına aid edilir. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib qanunvericiliyin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması halı ifadələr, hadisə yerinə baxış keçirilməsi protokolu, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirildiyindən təqsirləndirilən şəxsin əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsində bildirdiyi xüsusat üzrə təkrar ekspertiza təyin edilmiş, “Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının” 20 oktyabr 2025-ci il tarixli, 8/2116 saylı rəyi daha aydın şəkildə Təqsirləndirilən şəxs tərəfindən hadisə baş verən zaman onun qarşısını almağa texniki imkanı olduğu qeyd edilmişdir. Odur ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında yol nəqliyyat hadisəsinin baş verməsində piyadının təqsirli olması barədə dediyi halları məhkəmə özünü müdafiə xarakterli, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün bildirilən ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin hərəkətlərində ittiham olunduğu maddədə nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar Təqsirləndirilən şəxs əməlində müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, qanunvericiliyin tələbləri baxımından hesab edir ki, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməməsini, ona qarşı şikayətin olmasını,vurulmuş ziyan üzrə hər hansı ödəniş edilməməsini və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. İstinad olunan maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini yol hərəkəti qaydalarını kobud pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və həmin cəza əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. İstinad olunan maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini yol hərəkəti qaydalarını kobud pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və həmin cəza əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə qeyd edir ki, maddi sübut kimi tanınmış “HYUNDAİ HD72” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalıdır Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 185 (bir yüz səksən beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir.“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 10 saatın hər iş saatının 6 manatdan, 20 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 280 manat (10 saat x 6 AZN + 20 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 20 noyabr 2025-ci il tarixdən hesablansın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 185 (bir yüz səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin İş üzrə maddi sübut kimi tanınmış “HYUNDAİ HD72” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə həmin əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 280 (iki yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən onun elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar