Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-764/2024 04.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Xanlıqlar kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Memar Əcəmi küçəsi, döngə-2, dalan-3, ev 1-də kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 133.2.1 və 133.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Memar Əcəmi küçəsi, döngə- 2, dalan-3, ev 1-də kirayədə yaşamağa başladığı vaxtdan bir neçə dəfə azyaşlı uşaqları xx.xx.2020-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və xx.xx.2021-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 süpürgənin dəstəyi və döşəmə silən taxta ilə mütamadi olaraq döymüş, xx.xx.2024cü il tarixdə saat 22 radələrində isə yaşadıqları evi zibillədiklərinə görə qaz sobasında qızdırılmış xörək qaşığını köməksiz vəziyyətdə olan azyaşlı oğlanları Əbəlfəz Baxşızadənin və Səccad Baxşızadənin sifətlərinə və bədənlərinin müxtəlif nahiyələrinə basmış, sonra isə onları döyərək, Zərərçəkmiş şəxs2 sol yanaq nahiyəsinin, hər iki əlinin arxa səthinin İİ dərəcəli termiki yanığı ilə, Zərərçəkmiş şəxs1 isə çənəaltı nahiyəniin İİ dərəcəli termiki yanığı, sol gözalıtı, döş qəfəsi, qarınüsütü, hər iki kürək, hər iki bazu, hər iki bud nahiyələrinin qançırı ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirərək güclü fiziki ağrı verməklə əzab vermə cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, əməlindən çox peşiman olduğunu, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunan ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 17 yaşında olarkən Qanuni nümayəndə ilə rəsmi qaydada nigaha daxil olmuş, birgə nigahdan xx.xx.2020-ci ildə Əbəlfəz, xx.xx.2021-ci ildə Səccad adlı oğulları anadan olmuşdur. 2021-ci ildə Turalla məhkəmə qərarı ilə boşanmış, həmin vaxta qədər Tural, o və uşaqları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşamışlar. Boşandıqdan sonra isə o, uşaqları da götürüb Qazax rayonu Xanlıqlar kəndinə anasının yaşadığı evə getmiş, məhkəmənin qərarı ilə Tural uşaqlara hər ay 410 manat aliment ödəməli olmuş, Tural isə həmin ödənişləri hissə-hissə etmiş, bir müddət Qazaxda qaldıqdan sonra 2023-cü ilin mart ayında yenidən uşaqlar ilə birlikdə Bakı şəhərinə qayıtmış və uşaqları ilə birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsində kirayədə yaşamağa başlamış, həmin vaxtdan Biləcəri qəsəbəsində yerləşən “ARMY” marketdə satıcı işləmişdir. 2023-cü ilin iyun ayında o, Xırdalan şəhərində “köhnə bazar” adlanan məhəllədəki paltar dükanında satıcı, sonra “Gülnar” restoranında ofisiant işləməyə başlamış, təxminən 2 ay olar ki, rəfiqəsi Şahid2 ilə birlikdə Xırdalan şəhəri ərazisində 5 nömrəli məktəbin arxasında fərdi tikilidə kirayə yaşamağa başlamış, Mehriban da Xırdalan şəhərindəki “Marina balıq evi” və “Bustro” kafelərində ofsiant işləmişdir. Təxminən 2 ay bundan əvvəl o, işlədiyi “Gülnar” restoranından uşaqlara baxmaq üçün işdən çıxmış, həmin vaxta qədər uşaqlarına dayə baxmış, lakin dayə artıq gələ bilmədiyinə görə uşaqlara baxmaq üçün isdən çıxmış, uşaqlara baxmaq onun əsəblərinə toxunmuş, onlar sözünə qulaq asmayanda qıcıqlanmışdır. Hətta o, keçmiş əri Turala da uşaqlaradan heç olmasa birini saxlamaq üçün aparmasını təklif etmişdir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində o, iki azyaşlı uşağı ilə birlikdə evdə olarkən uşaqları evin içərisinə ehtiyaclarını ödəyərək, nəcislərini biri-birinin paltarına, üz-gözlərinə yaxdıqlarını görüb əsəbləşmiş və onları fiziki cəzalandırmaq üçün mətbəxədən bir ədəd dəmir xörək qaşığını götürüb qaz plitəsində qazanda bişən yeməyi kənara qoyub, həmin qaşığı qazın istisində qızdırmış, sonra evin içərisində 3 yaşlı oğlu Səccada yaxınlaşaraq həmin qızmış qaşığı sonuncunun hər iki əlinin üstünə basmış, bundan sonra həmin qızmış dəmir qaşığı Səccadın sol üzünə sıxıb yandırmış, Səccad ağrılardan ağlamağa başlamış, o isə buna əhəmiyyət verməyib, 4 yaşlı oğlu Əbəlfəzə yaxınlaşıb, həmin qızdırılmış qaşığı Əbəlfəzin sifətinin sol hissəsinə basaraq yandırmış, bundan sonra əsəbinin soyumadığını hiss edib, hər iki uşağının bədən nahiyələrinə əli ilə zərbələr vurmuş, uşaqlar da ağalamağa başlamış, əsəbi soyuduqdan sonra hər iki uşağını çimizdirib yatırmış, uşaqların yanıq xəsarətləri, fiziki xəsarətləri olsa da həkim və təcili yardım çağırmamış, həmin vaxtı onunla kirayədə yaşayan Mehriban evdə olmamış, ertəsi günü işdən evə qayıdanda uşaqların acınacaqlı vəziyyətini görüb ona iradını bildirmiş, o da uşaqlarını Mehribanla birlikdə evdə qoyaraq şəxsi işi ilə bağlı getmiş, sonradan Mehribanın uşaqların acınacaqlı vəziyəti barədə anası Şəfiqəyə və keçmiş əri Turala məlumat verdiyini eşitmiş, az sonra polis əməkdaşları sonuncunun şikayəti əsasında onu Abşeron RPİ-nə aparmışlar. Əvvəllər də bir neçə dəfə əsəbləşdiyi vaxt azyaşlı uşaqlarını süpürgənin dəstəyi ilə döyərək əsəblərini sakitləşdirmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 133.2.1 və 133.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X4 ifadəsində göstərmişdir ki, hazırda anası ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi ev 37-də yaşayır. Fərdi əməklə məşğuldur, “Abad” şikrkətində paketçi işləyir. Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Onunla 2017-ci ildə evlənmişdir. Birgə nigahdan 2 azyaşlı övladıları var. Bir neçə il normal münasibətdə yaşasalar da xasiyyətləri uyğun gəlmədiyinə görə 2021-ci ilin avqust ayında rəsmi qaydada boşanmışlar. Həmin vaxtı azyaşlı oğlanları Əbəlfəz və Zərərçəkmiş şəxs2lər məhkəmə qərarı ilə anaları Fatmaya verildiyinə görə ona da hər ay 410 manat məbləğində aliment verməli olduğunu bildirmişlər. Bundan sonra Fatma uşaqlarını da götürüb Qazax rayonuna anası Şəfiqənin yanına getmiş və təxminən bir il altı ay orada yaşamışdır. Həmin müddətdə o da cəmi bir dəfə uşaqlarını görmək üçün imkan tapıb Qazax rayonuna gedib onlarla görüşmüş, qalan müddətlərdə isə mütəmadi olaraq mobil telefonla görüntülü danışmaqla onlarla ünsiyyətdə olub, alimentlərini də ödəmişdir. 2023-cü ilin aprel ayında Fatma anası ilə münasibətləri pisləşdiyinə görə uşaqları ilə birlikdə Qazaxdan Bakıya onun yanına gəlib, küçədə qaldığını və yaşamağa yeri olmadığını deyib, uşaqlarını saxlamasını təklif etmiş, o da Fatmaya məhkəmə qərarı ilə uşaqların sonuncuya verildiyini xatırladıb, bunu edə bilməyəcəyini söyləmiş və Fatmaya Biləcəri qəsəbəsindən kirayə ev tutmasına köməklik etmişdir. Təxminən 2 aydan sonra Fatma ona həm uşaqlara baxmasını, həm onların aliment pulunu bank kartına ödəməsini tələb etmiş, o da Fatmaya rəsmi olaraq uşaqlardan imtina edib, onları ona verməsini söyləmiş, sonuncu bununla razılaşmamış və onunla mübahisə etmiş, bundan az sonra ona Xırdalan şəhərində kirayədə yaşayan həmkəndlisi Şahid2 yanına gedəcəyini və sonuncu ilə birlikdə yaşayacağını bildirmişdir. Bundan bir müddət sonra o, uşaqlarının yanına getməyib, alimeniti Fatmanın bank kartına ödəmişdir. Fatma uşaqları ilə təxminən 7 ay Xırdalanda Mehribanla kirayədə yaşadığı müddətdə uşaqlarını ona göstərmədiyinə görə o, məcbur qalıb 2-3 dəfə Xırdalana onların yanına gedib uşaqları ilə görüşüb geri qayıtmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 16-17 radələrində işdə olduğu vaxt Fatmanın anası Şəfiqə onun mobil telefonuna zəng edib, qızı Fatmanın uşaqlarına işgəncə verərək qızdırılmış xörək qaşığı ilə onların bədənin müxtəlif nahiyələrinə dağ basdığını söyləyib, ondan uşaqları ilə maraqlanmasını xahiş etmiş, o da bunu eşidən kimi şikayət edəcəyini və Fatmanın buna görə cəzalandırılmasını tələb edəcəyini deyib telefonu söndürüb dərhal DİN-nin 102 xidmətinə zəng edib, bu barədə şikayət etmişdir. Təxminən 15 dəqiqədən sonra Abşeron RPİ-dən ona zəng edib hadisə barədə maraqlanıb, polisə dəvət etmişlər. O da polis idarəsinə gəlib, onlarla birlikdə uşqalarının kirayədə yaşadıqları evə gedib onların həqiqətən sifətinin və bədənlərinin müxtəlif nahiyələrdən qızdırılmış xorək qaşığı ilə dağlanmış yaralarını görmüş, həmin vaxtı polis əməkdaşı evdə olan Şahid2 uşaqlara qarşı bu hərəkəti kimin etdiyini soruşmuş, sonuncu da uşaqların anası Fatmanın etdiyini bildirmiş, bundan sonra o, uşaqları ilə birlikdə polis idarəsinə gəlib, izahat verib yaşadığı evə getmiş və xəsarət almış uşaqlarını ertəsi günü məhkəmə-tibbi ekspertzası müayinəsindən keçirmişdir. Böyük oğlu Əbəlfəzin sonradan ona dediyinə görə həmin günü onlar evi öz nəcisləri ilə zibillədiklərinə görə anası Fatma xörək qaşığını qaz sobasında qızdıraraq əvvəl Səccadın əllərinə və sifətinə, sonra da Əbəlfəzin boyununa və əllərinə basmışdır. Onlar boşandıqdan sonra Biləcəri qəsəbəsində kirayədə yaşadıqları müddətdə də Fatma mütəmadi olaraq uşaqlarını döyüb, onlara işgəncə vermiş, o, bunu həmin ərəfələrdə uşaqları ilə görüşərkən onların aldıları xəsarətlərdən hiss etmiş və buna görə Fatmaya dəfələrlə iradlarını bildirib narazılıq edərək, uşaqlara baxa bilmədiyinə görə onları rəsmi olaraq ona verməsini tələb etmişdir. Hazırda uşaqları ana nənələrinin himayəsindədirlər.Təqsirləndirilən şəxs səhvini başa düşdüyündən ondan şikayətçi deyildir, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İstintaq zamanı mütəxəssis-psixoloqun iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilərkən, azyaşlı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, anası Fatma və kiçik qardaşı Səccadla Xırdalan şəhərində Şahid2 evində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində evdə olarkən nəcisi gəldiyi vaxt bunu saxlaya bilməyib oynadıqları otağı batırmış, qardaşı Səccad da onun nəcisimi əli ilə özünün və onun üstünə yaxmış, həmin vaxtı anası Fatma mətbəxdən səsə gəlib onları görən kimi qışqırıb mətbəxədən dəmir qaşığı götürüb qaz plitəsində qızdıraraq əvvəl Səccadın əllərinin üstünə basmış, Səccad ağlasa da anası Fatma buna baxmayıb həmin qızmış dəmir qaşığı Səccadın sol üzünə basaraq yandırmış və bundan sonra onun üstünə gəlib, tutaraq əlindəki həmin qızdırılmış qaşığı sifətinin sol tərəfinə basıb yandırmışdır. Bunun ardınca anası Fatma Səccadı və onu əlləri ilə döyməyə başlamış, onlar ağlasaq da anası döyməkdə davam etmiş və bir neçə dəqiqədən sonra sakitləşib onları çimizdirib paltarlarını dəyişdirmişdir. Bundan sonra onlar yatmışlar. Ertəsi günü nənəsi Şəfiqə onlara zəng edəndə o, anası Fatmanın onu və qardaşı Səccadı döydüyünü deyib, sifətindəki yaranı nənəsinə göstərmiş, bundan az sonra atası Tural polislərlə gəlib qardaşı Səccadla onu aparmışdır. Anası Fatma əvvəllər də bir neçə dəfə qardaşı Səccadı və onu süpürgənin dəstəyi ilə döymüşdür. İstintaq zamanı mütəxəssis-psixoloqun iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilərkən, azyaşlı Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vernişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qazax rayonunun Xanlıqlar kəndində yaşayır. Komunal təssərüfat idarəsində xadimə işləyir. Rəsmi sənədlərdə adı Şəfiqə kimi yazılsa da qohum-əqraba və tanışları onu Günel kimi tanıyırlar. Qızı Təqsirləndirilən şəxs 2017-ci ildə xalasaı oğlu Turalla evlənmiş, birgə nigahdan 2 azyaşlı oğlanları olmuş, onlar bir neçə il normal münasibətdə yaşasalar da xasiyyətləri uyğun gəlmədiyinə görə 2021-ci ilin avqust ayında rəsmi qaydada boşanmışlar. Həmin vaxtı onların azyaşlı oğlanları Əbəlfəz və Zərərçəkmiş şəxs2lər məhkəmə qərarı ilə qızı Fatmaya verilmiş, bundan sonra sonuncu uşaqlarını da götürüb yaşamaq üçün Qazax rayonuna onun yanına gəlmiş və təxminən bir il altı ay uşaqları ilə birlikdə onun yanında yaşamışdır. Həmin müddətdə keçmiş kürəkəni Tural bir dəfə uşaqlarını görmək üçün Qazax rayonuna gəlmiş, qalan müddətlərdə isə mütəmadi olaraq mobil telefonla görüntülü danışmaqla uşaqları ilə ünsiyyətdə olmuşdur. O da qızı Fatma ilə Turalın barışmaları üçün hər ikisinə öyüd-nəsihət verirmiş, lakin qızı Fatma barışmaq istəmədiyini bildirmiş, bu səbəbdən də onun qızı Fatma ilə münasibəti pisləşməyə başlamışdır. 2023-cü ilin aprel ayında Fatma uşaqları ilə birlikdə Qazaxdan Bakıya gedib, kirayə ev tutub yaşamış, bir müddətdən sonra ona zəng edib, həmkəndlisi Şahid2 ilə birlikdə Xırdalan şəhərində kirayədə yaşadığını bildirmişdir. Bundan sonra o, demək olar ki, hər gün mobil telefonla zəng edib nəvələri ilə danışmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində o, növbəti dəfə qızı Fatma ilə görüntülü telefon əlaqəsi saxlamaq istəyərkən sonuncunun mobil telefonuna zıng çatmadığı üçün Fatma ilə birlikdə yaşayan həmkəndlisi Mehribanın mobil telefonuna videgörüntülü zıng etmiş, vaxtı telefonu nəvəsi Əbəlfəz açaraq sifətində və əllərində olan yanıq yaralarını ona göstərib, anası Fatmanın onu və qardaşı Səccadı evi nəcisləri ilə çirkləndirdiyinə görə döydüyünü söyləmiş, o da nəvələrinin xəsarətlərini görüb, qızı Fatmaya qarşı çox əsəbləşmiş və sonuncunun evdə olub-olmadığını soruşmuş, Əbəlfəz anası Fatmanın evdə olmadığını, lakin onlarla birlikdə yaşayan Mehribanın evdə olduğunu bildirmiş, o da Mehribandan Fatmanın harada olduğunu və nə üçün uşaqlarını bu hala saldığını soruşmuş, Mehriban da Fatmanın iş axtarmağa getdiyini, onun da işdən gəlib uşaqları həmin vəziyyətdə gördüyünü söyləmişdir. O da qızı Fatmanın bu hərəkətlərinin yenə də davam edəcəyindən qorxub, keçmiş kürəkəni Turala zəng edib, bu barədə bildirmiş və tez gedib uşaqlarını qızı Fatmanın yanından götürməsini xahiş etmişdir. Bundan az sonra da Turaldan polisə bu barədə məlumat verdiyini, polisin də Fatmanı bu hərəkətinə görə həbs edildiyini, uşaqların da onun yanında olduğunu eşitmişdir. X9 rayonunda onunla birlikdə yaşadıqları müddətdə də uşaqlarını nadinclik etdiyinə görə döysə də onlara bu cür işgəncə verdiyini görməmiş, lakin bir müddətdən sonra onlar Bakıya qayıdıb kirayədə yaşadıqları vaxtı o, mobil telefonu ilə nəvələri ilə danışarkən onlar ona Fatmanın onları süpürgənin dəstəyi ilə döydüyünü demişlər. İbtidai istintaqda iş üzrə şahid qismində tanınaraq dindirilmiş X2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, səhəttində problemlər olduğundan məhkəmədə iştirak edə bilmir, nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində tanınaraq dindirilmiş X2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Qazax rayonunun Xanlıqlar kəndində yaşayır. Hazırda işsizdir. 2024-cü ilin mart ayına kimi Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşamaqla Xırdalan şəhərində kafedə ofisyant işləmişdir. Həmin ərəfədə həmkəndlisi və qonşusu Təqsirləndirilən şəxs ona zəng edib, əri Turaldan boşandığını və uşaqları ilə birlikdə Qazax rayonunda anası Şəfiqənin evində yaşadığını, sonuncu ilə yola gedə bilmədiyi üçün Xırdalana şəhərinə onun yanına gəlib, birlikdə kirayədə yaşamaqla işləmək istədiyini bildirmiş, o da Fatmanı uşaqlıqdan tanıdığına və qonşu kimi yaxşı münasibətləri olduğuna görə köməklik etmək üçün onunla birlikdə kirayədə yaşamasına razılıq vermiş, bundan bir neçə gün sonra Fatma azyaşlı oğlanları Əbəlfəz və Səccadla birlikdə onun Xırdalan şəhəri “Köhnə bazar” adlanan məhəllədə kirayədə yaşadığı evə gəlmiş, həmin vaxtı o, Xırdalan şəhərində kafedə ofisyant işlədiyinə görə adətən evdən nahar vaxtı çıxıb, gecə saatlarında qayıtmış, Fatma da gəldiyi gündən sonra özü üçün münasib iş axtarmağa başlamışdır. 06 fevral 2024-cü ildə o, axşam Fatmaya zəng edib, işdən çıxdıqdan sonra Bakı şəhərində yaşayan dayısıqızıgilə qonaq gedəcəyini və gecəni orada qalacağını söyləyib, onu gözləməməsini bildirmişdir. Ertəsi günü paltarlarını dəyişib, kafedəki iş yerinə getmək üçün saat 14 radələrində dayısıqızıgildən taksi ilə Xırdalan şəhərində kirayədə yaşadığı evə getmiş, evin giriş qapısının yanında küçədə Fatma ilə rastlaşmış, həmin vaxtı sonuncu mobil telefonunu təmir etdirməyə getmək istədiyini deyib, onun gəldiyi taksiyə minib getmiş, o da kirayə yaşadıqları evə daxil olmuş, həmin vaxtı Fatmanın böyük oğlu Əbəlfəz onun yanına gəlib, bir gün əvvəl, yəni 06 fevral 2024-cü il tarixdə axşam vaxtı anası Fatmanın onu və kiçik qardaşı Səccadı döydüyünü deyib, boynunda olan yaranı ona göstərmiş, o da yaranın yanıq yarası olduğunu görüb, tez həmin vaxtı yatmış vəziyyətdə olan Səccadın yanına getmiş və sonuncunun sifətindəki, əlinin üstündəki yanıq izlərini görüb heyrətə gəlib həyacanlanaraq Əbəlfəzdən anası Fatmanın onları nə üçün döyməsinin səbəbini soruşmuş, Əbəlfəz də qardaşı Səccadla birlikdə evi öz nəcisləri ilə çirkləndirdiklərinə görə Fatmanın onları döydüyünü və xörək qaşığını qaz sobasında qızdıraraq onların sifətlərinə və əllərinə basaraq yandırdığını bildirmişdir. O da bunu eşidən kimi Fatmayə qarşı çox qəzəblənsə də sonuncunun mobil telefonu işləmədiyinə görə əlaqə saxlaya bilməmiş və işə getməyib Fatmanın evə gəlməsini gözləməyə başlamış, həmin günü saat 16 rədələrində Fatmanın Qazax rayonunda yaşayan anası Şəfiqədən onun mobil telefonuma videogörüntülü zəng gəlmiş, həmin vaxtı Əbəlfəz telefona yaxın olduğuna görə nənəsi Şəfiqənin zəng etdiyini görüb telefonu açıb, sonuncuya Fatmanın onları döydüyünü deyib, yarasının görüntüsünü göstərmiş, Şəfiqə də bunu görən kimi telefonda onunla danışıb, qızı Fatmanın harada olduğunu və nə üçün uşaqlarını bu hala saldığını soruşmuş, o da axşam dayısıqızıgildə qaldığını, Fatmanın uşaqlarını nə üçün döyüb, qızdırılmış qaşıqla dağladığını bilmədiyini və Fatmanın mobil telefonunu təmir etdirmək üçün getdiyini söyləmişdir. Bundan təxminən 2 saat sonra Fatma kirayədə yaşadıqları evə qayıtmış, o da Fatmadan azyaşlı uşaqlarını hansı səbəbdən döyüb, qızdırılmış qaşıqla onları dağlayaraq əzab-işgəncə verməsinin səbəbini soruşmuş, Fatma da ona guya uşaqların evi öz nəcisləri ilə çirkləndirdiyinə görə əsəbləşib, onların bir də belə bir hərəkət etməmləri üçün cəzalandıraraq döyüb, qızıdırılmış qaşıqla əllərini və sifətlərini yandırdığını bildirmiş, o da bunu eşidən kimi Fatmaya göstərdiyi səbəbin uşaqlarını bu hala salmaq üçün əsaslı bir səbəb olmadığını deyib, sonuncunu danlamağa başlamış, bir neçə dəqiqə mübahisə etdikdən sonra Fatma evdən çıxıb getmişdir. Bundan az sonra Fatmanın keçmiş əri Tural polis əməkdaşları ilə kirayədə yaşadıqları evə gəlib, uşaqlarını bu hala saldığına görə Fatmadan şikayət etdiyini deyib, oğlanları Əbəlfəzlə Səccadı götürüb polis əməkdaşları ilə birlikdə getmişdir. Ertəsi günü Fatmanın anası Şəfiqədən Fatmanın barəsində olan şikayətlə əlaqədar Abşeron RPİ-də həbs olunduğunu eşitmişdir. Birlikdə kirayədə yaşadıqları müddətdə dəcəllik etdiklərinə görə əvvəllər Fatma bir neçə dəfə də həmin uşaqlarını evdəki süpürgənin dəstəyi ilə döydüyünü görmuş və buna görə də Fatmaya etirazını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 133.2.1 və 133.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2024-cü il tarixdə saat 23:00-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 233 nömrəli ekspert rəyindən görünür ki, 2021-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol yanaq nahiyəsinin, hər iki əlin arxa səthinin 2-ci dərəcəli termiki yanığı yüksək hərarətin (qızmış əşyanın) təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 234 nömrəli ekspert rəyindən görünürü ki, 2020-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- çənəaltı nahiyənin 2-ci dərəcəli termiki yanığı yüksək hərarətin (qızmış əşyanın) təsirindən, sol gözaltı, döş qəfəsi, qarınüstü, hər iki kürək, hər iki bazu, hər iki bud nahiyələrinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilmələri mümkündür, çənəaltı nahiyənin termiki yanığı yüksək tempratura qədər qızıdırılmış əşyanın (cismin) yerli təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1891 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, zərərçəkmiş şəxslərin qanuni nümayəndəsinin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 133.2.1 və 133.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 133.2.1 və 133.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edildi. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayətin ictimai thlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini,onun cəzasını yüngülləşdirən halla yanaşı,cəzası ağırlaşdıran halın olmamasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və cəzanın məqsədlərinə nail olmanın mümkünlüyünü nəzərə laraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 133.2.1 və 133.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 133.2.1 və 133.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 (on beş) gün, yəni 22 may 2024-cü il tarixədək uzadılmışdır. ”Həbs” qətimkan tədbiri məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1 və 133.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-764/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-764/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver