Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-764/2025 19.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələri üzrə prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.2001-ci ildə Sabirabad rayonu, Şəhriyar kəndində anadan olmuş, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmayan, Zəngilan rayonu Zəngilan şəhəri, Keçikli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində yaşayan,hazırda cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə cəzasını çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 14:30 radələrində Abşeron rayonu Fatmayı kəndin ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı1) daxil edilmiş, bir ədəd şəffaf selofan bükümdə, 0,574 qram çəkidə qəhvəyi rəngli toz formasında maddə kustar üsulla hazırlanmış nakroik vasitə heroini 30 manat müqabilində əldə edib Abşeron rayonu Fatmayı kəndi, Fatmayı bağlar yoluna daşımış və üzərində saxlamış, həmin gün yəni xx.xx.2025-ci il tarixdə saat 15:11 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Fatmayı kəndi, Fatmayı bağlar yolunun üzərində yerləşən “200 Plus” kafenin yaxınlığında saxlanılmaqla orada videoçəkilişlə saat 15:11-dən 15:19-dək üzərinə baxış keçirilən zaman onun üzərində olan qara rəngli şalvarının sağ yan cibindən təmiz çəkisi 0,574 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək,istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu nəzərə alıb, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, anket məlumatında göstərdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. O, bildirmişdir ki, təxminən 5-6 ay müddətdir ki, narkotik vasitə heroin istifadə edir və narkotik vasitəni fərqli şəxslərdən alır. Belə ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında “İnstagram” sosial şəbəkəsində tanış olduğu şəxslə həmin gün saat 14:30 radələrində Abşeron rayonu Fatmayı kəndi ərazisində görüşüb həmin şəxsdən 30 manat müqabilində narkotik vasitə olan heroin almışdır. Həmin yerdən Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsinə getmək üçün avtomobil yoluna çıxmaqdan ötrü piyada hərəkətə başlamışdır. xx.xx.2025-ci il tarixdə saat 15:11-də Abşeron rayonu Fatmayı kəndi, Fatmayı bağlar yolunun üzərində yerləşən “200 Plus” kafenin yaxınlığında piyada hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu, bununla bağlı onlarda əməliyyat məlumatının olduğunu demişdirlər. Daha sonra onun üzərinə video çəkilişlə baxış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynində olan qara rəngli şalvarın sağ yan cibində 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin narkotik vasitə olan heroin qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. O, bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə saat 14:30-14:45 radələri arasında Abşeron rayonu Fatmayı kəndi ərazisində tanımadığı şəxsdən 30 manat müqabilində almışdır. Daha sonra onu polis əməkdaşları Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə aparmışdırlar və orada ona hüquq və vəzifələrim izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Mehdiabad PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bildirmişdir ki, Zəngilan rayonu Zəngilan şəhəri, Keçikli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin Mehdiabad PB-nin rəisi Ceyhun Qasımov tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmişdir. Mehdiabad PB-nin əməliyyat müvəkkilli polis kapitanı Şahid2 və Mehdiabad PB-nin əməliyyat müvəkkilli polis baş leytenantı Şahid3 həmin qrupa üzv təyin olunmuşdur. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat 15:11-də qrup iştirakçıları ilə Abşeron rayonu, Abşeron rayonu Fatmayı kəndi, Fatmayı bağlar yolunun üzərində yerləşən “200 Plus” kafenin yaxınlığında piyada hərəkət edərkən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışdırlar və özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib video çəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparacaqlarını bildirmişdirlər. Təqsirləndirilən şəxs heç bir etriraz etmədən onlarla razılaşmışdır. Beləliklə, tərəflərindən Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən götürülmüş sellofan bükümdə olan qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər kütlə qablaşdırılmış, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən qablaşdırma imzalanmışıdr. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olduğunu, həmin narkotik vasitəni həmin gün yəni xx.xx.2025-ci il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanıdığı şəxsdən saat 14:30 radələrində Abşeron rayonu, Fatmayı kəndi ərazisində görüşərək həmin şəxsə 30 manat pul ödəməklə aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış bitdikdən sonra Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasına aparılmış, orada Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən götürülmüş predmet olan zərflərə baxış keçirilmiş və yenidən kağız zərfdə qablaşdırılaraq ekspertiza təyin edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Mehdiabad PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bildirmişdir ki, Zəngilan rayonu Zəngilan şəhəri, Keçikli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə Mehdiabad PB-nin əməliyyat müvəkkilli polis kapitanı Şahid1 tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin Mehdiabad PB-nin rəisi Ceyhun Qasımov tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmişdir. Mehdiabad PB-nin əməliyyat müvəkkilli polis kapitanı X5 qrupa rəhbər, o, və Mehdiabad PB-nin əməliyyat müvəkkilli polis baş leytenantı Şahid3 həmin qrupa üzv təyin olunmuşdur. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat 15:11-də qrup iştirakçıları ilə Abşeron rayonu, Abşeron rayonu Fatmayı kəndi, Fatmayı bağlar yolunun üzərində yerləşən “200 Plus” kafenin yaxınlığında piyada hərəkət edərkən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışdırlar və özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib video çəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparacaqlarını bildirmişdirlər. Təqsirləndirilən şəxs heç bir etriraz etmədən onlarla razılaşmışdır. Beləliklə, tərəflərindən Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən götürülmüş sellofan bükümdə olan qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər kütlə qablaşdırılmış, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən qablaşdırma imzalanmışıdr. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olduğunu, həmin narkotik vasitəni həmin gün yəni xx.xx.2025-ci il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanıdığı şəxsdən saat 14:30 radələrində Abşeron rayonu, Fatmayı kəndi ərazisində görüşərək həmin şəxsə 30 manat pul ödəməklə aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış bitdikdən sonra Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasına aparılmış, orada Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən götürülmüş predmet olan zərflərə baxış keçirilmiş və yenidən kağız zərfdə qablaşdırılaraq ekspertiza təyin edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Mehdiabad PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bildirmişdir ki, Zəngilan rayonu Zəngilan şəhəri, Keçikli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə Mehdiabad PB-nin əməliyyat müvəkkilli polis kapitanı Şahid1 tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin Mehdiabad PB-nin rəisi Ceyhun Qasımov tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmişdir. Mehdiabad PB-nin əməliyyat müvəkkilli polis kapitanı X5 qrupa rəhbər, o, və Mehdiabad PB-nin əməliyyat müvəkkilli polis kapitanı Şahid2 həmin qrupa üzv təyin olunmuşdur. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat 15:11-də qrup iştirakçıları ilə Abşeron rayonu, Abşeron rayonu Fatmayı kəndi, Fatmayı bağlar yolunun üzərində yerləşən “200 Plus” kafenin yaxınlığında piyada hərəkət edərkən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışdırlar və özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib video çəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparacaqlarını bildirmişdirlər. Təqsirləndirilən şəxs heç bir etriraz etmədən onlarla razılaşmışdır. Beləliklə, tərəflərindən Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən götürülmüş sellofan bükümdə olan qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər kütlə qablaşdırılmış, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən qablaşdırma imzalanmışıdr. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olduğunu, həmin narkotik vasitəni həmin gün yəni xx.xx.2025-ci il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanıdığı şəxsdən saat 14:30 radələrində Abşeron rayonu, Fatmayı kəndi ərazisində görüşərək həmin şəxsə 30 manat pul ödəməklə aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış bitdikdən sonra Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasına aparılmış, orada Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən götürülmüş predmet olan zərflərə baxış keçirilmiş və yenidən kağız zərfdə qablaşdırılaraq ekspertiza təyin edilmişdir. Şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibində 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizaları mərkəzinin məhkəmə-fiziki-kimyəvi ekspertizasının 09 .01.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən”sözləri yazılmış zərfdə aşkar olunan maddə 0,574 qr. ag kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizaları mərkəzinin məhkəmə-fiziki-kimyəvi ekspertiza şöbəsinin aparıcı ekspert vəzifəsində çalışır. Təqsirləndirilən şəxs götürülmüş 01 büküm narkotik vasitə olan heroinə bənzər kütlələrin narkotik vasitə olub-olmaması, əgər narkotik vasitədirsə onların növünün və çəkisinin müəyyən edilməsi üçün qəbul edilmiş qərarın icrası 09 yanvar 2025-ci il tarixdə ona həvalə edilmişdir. Elə həmin gün tərəfindən tədqiqat aparılaraq həmin 01 ədəd bükümdə ikan kütlənin narkotik vasitə olan heroin olması barədə rəyi tərtib etmişdir. Tərəfindən tərtib olunmuş 09 yanvar 2025-ci il tarixli 6/75 nömrəli rəyi bundan əvvəl işlədiyi başqa bir rəyin üzərində tərtib etmiş, həmin gün bir neçə narkotik vasitə və psixotrop maddə onun tərəfindən tədqiq edilmiş, ona görə də rəydə mexaniki səhv olmuşdur. Həmin rəyə əlavə edilmiş 09 yanvar 2025-ci il tarixli aktda göstərildiyi kimi, həmin çəki “Təqsirləndirilən şəxs üzərindən” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,574 qramolan kütlə narkotik vasitə heroindir. Ona görə də rəydə “psixotrop maddə metamfetamin” yazılmış sözlər “narkotik vasitə heroin” kimi qeyd olnmalıdır. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxş tərəfindən alınmış xx.xx.2025-ci il tarixli, 1297 №-li eksprt rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN, KANNABİOİDLƏRİN və psixostimulyatorların BİRGƏ qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin məcburi müalicə tətbiq edilməməsi qaydalarının 3.4-cü bəndinə (könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə narkomaniyadan məcburi müalicə tətbiq olunmaması) uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. xx.xx.2025-ci il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. İstintaq materiallarına əlavə edilmiş bir ədəd DVD diskdə 1 ədəd qovluq vardır. DVD diskinə köçürülmüş 08 dəqiqə 49 saniyəlik video görüntü xx.xx.2025-ci il tarixdə saat 15:11-dən 15:19-dək olan müddət ərzində olan anı fiksə etmişdir. Qeyd olunan qovluqdakı görüntüyə baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:10 radələrində Abşeron rayonu Fatmayı kəndi, Fatmayı bağlar yolunun üzərində yerləşən “200 Plus” kafenin yaxınlığında Abşeron RPİnin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə, qəhvəyi rəngli, toz formasında, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş, həmin kütlə elektron tərəzi üzərinə qoyularaq çəkisinin selofan torba ilə birlikdə 1,10 qram olduğu müəyyənləşmiş, kağız zərfdə qablaşdırılıb möhürləndikdən sonra üzəri iştirakçılar tərəfindən imzalanıb polis əməkdaşları tərəfindən götürülümş, daha sonra əməkdaşlar tərəfindən üzərinə baxış keçirilmiş hər hansı əşya və predmet tapılmamışdır. DVD diskinə köçürülmüş 08 dəqiqə 23 saniyəlik video görüntü xx.xx.2025-ci il tarixdə saat 16:10-dan 16:19-dək olan müddət ərzində olan anı fiksə etmişdir.Diskə baxış zamanı məlum olmuşdur ki, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru İsmət Musayev tərəfindən Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinin CA üzrə əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid2 tərəfindən təqdim edilmiş 01 ədəd ağ rəngli kağız zərfə baxış keçirilmişdir. Baxış zamanı təhqiqatçı İsmət Musayev kağız zərfi açaraq içərisində olan 01 ədəd şəffaf sellofan bükümdə kütləyə iştirakçılarla birlikdə baxış keçirib həmin kütlənin qəhvəyi rəngli, toz formalı, narkotik vasitə heroinə bənzər kütlə olmasını müəyyən edir, yenidən həmin kütləni içərisindən çıxarıldığı zərflə birlikdə başqa zərfə qoyaraq qablaşdırıb, üzəri DİN-in müvafiq möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürür. Bundan sonra təhqiqatçı İsmət Musayev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diskinə baxış keçirilməyə başlanılır. DVD diskinə əvvəldən sonadək birlikdə baxıldıqdan sonra videoçəkiliş sonlandırılır. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İşdə olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1(008)-548/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.Cəzasının əvvəli 05 may 2025-ci il tarixdən hesablanmış, cəzasını ümumi rüjimli cəzaçəkmə müəssisəsində çəkməsi göstərilmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində bir azyaşlı övladının olmasıdır. Azərbaycan Respublikası CM-in 61.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən eləcə də cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətli hesab edilməlidir. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində Sabunçu rayon Məhkəməsinin 1(008)-548/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilən 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.5 maddəsinə əsasən qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 10.01 2025-ci il tarixdə barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs barəsində ümumilikdə 02 gün tutma olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət cəza müddətindən çıxılmalı və cəzaçəkmə müddətinin başlanğıcı onun əvvəlki hökmlə cəza çəkməyə başladığı 05 may 2025-ci il tarixdən hesablanmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs hazırda cəza çəkməsi və barəsində Sabunçu rayon Məhkəməsinin 1(008)-548/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə ona narkomaniyadan məcburi müalicə təyin edilməsi nəzərə alınmalıdır. Hazırkı iş üzrə barəsində seçilmiş “polisin nəzrəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,524 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv olunmalıdır. Bundan başqa, iş üzrə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut iş materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərci - məhkəmə ekspertizası üzrə 81 manat Təqsirləndirilən şəxs tutulmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, məhkəmə prosesində cəmi 30 saat hüquqi müdafiəyə görə iş üzrə əvvəlki məhkəmə iclasında iştiurak edən Abşeron rayon Vəkil Bürosunun vəkili X1 165 manat və Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 165 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına onlara ödənməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı)ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə barəsində Sabunçu rayon Məhkəməsinin 1(008)-548/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib ona təyin edilmiş 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı çinayət işi üzrə tutulduğu 02 gün ona təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəlİ xx.xx.2025-ci il tarixdən hesablansın. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzrəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin 1(008)-548/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi və barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,524 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 81 manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutulsun. Məhkəmə prosesində cəmi 30 saat hüquqi müdafiəyə görə iş üzrə əvvəlki məhkəmə iclasında iştiurak edən Abşeron rayon Vəkil Bürosunun vəkili X1 165 manat və Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 165 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına onlara ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-764/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-764/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver