Məhkəmə qərarları › İş №1(012)-766/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-766/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-766/2024 30.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, hakim Səfiyeva Cəmilə İbrahim qızı Qurbanova Səkinə Nadir qızının katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 iştirakı ilə, Xüsusi ittihamçı X3 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət işi başlanmasına dair şikayətinə üzrə Abşeron rayon məhkəməsinin inzibati binasında keçirilən məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİM: Xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 AR CM-nın 147.1-ci və 148-ci maddələrini ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyası həcmində cəzalandırılmasını xahiş etmişdir.xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayəti öyrənib hesab edirəm ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Xüsusi ittihamçı X5 təkrarən məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 məhkəmə iclasında xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.8-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Barəsində şikayət verilən şəxs X2 məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 300.5, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Xüsusi ittihamçı X3 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət işi başlanmasına dair şikayətin icraata qəbul olunmasından imtina edilsin. Barəsində şikayət verilən şəxs X2 məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar