Məhkəmə qərarları › İş №1(012)-768/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-768/2024

12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-768/2024 12.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçilər: Təqsirləndirilən şəxs3 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs1 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs2 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs4 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi: qanuni ümayəndəsi X2 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 iştirakları ilə xx xxxxxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şossesində yerləşən yaşayış evində qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxx 2000-ci ildə Abşeron rayonu, Masazır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs3 2024-cü ilin fevral ayının əvvələrində ünvan 3 ünvanında tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs1 qohumu Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır kəndi, A.Abdulhüseynov küçəsində yerləşən fərdi yaşayış evindən qızıl-zinət əşyalarını oğurlamaq məqsədi ilə razılığa gələrək onun təklifi ilə Təqsirləndirilən şəxs1 ona oğurluq edəcəyi evi göstərmiş, lakin həmin vaxt evin işıqlarının yanılı və evdə adam olduğu üçün oğurluğu edə bilməmiş, 11 fevral 2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs1 ona qohumunun evdə olmadığını bildirdikdən sonra sonuncu ona evə daxil olacağı pəncərəni və qızılların yerini başa saldıqdan sonra həmin gün saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus evin hasarını keçərək qanunsuz olaraq həyətə daxil olub, evin yan tərəfindəki birinci mərtəbədə yerləşən qonaq otağının pəncərəsini özü ilə götürdüyü vintaçanla açıb yaşayış sahəsinə daxil olub evin 2-ci mərtəbəsində yerləşən yataq otağındakı paltar dolabında qoyulmuş qızıl qablarının içərisindən 7000 manat dəyərində 750 əyarlı, 40 qram çəkidə və üzərində 5 karat briliant qaşlar olan italiyi istehsallı qızıl sırğa, üzük, qolbağ və boyunbağı dəstini, 1 ədəd 1500 manat dəyərində 585 əyarlı 17 qram çəkisi olan qızıl qolbağı, 1 ədəd 1200 manat dəyərində 750 əyarlı, 10 qram çəkidə «Versaçi» qızıl üzük və sırğa dəstini, 1 ədəd 280 manat dəyərində 585 əyarlı 5 qram çəkidə mirvari kulonu olan qızıl boyunbağını və 1 ədəd 20 manat dəyərində sadə qızıl olmayan üzüyü oğurlayaraq qızılları Təqsirləndirilən şəxs4 evinə gətirib orada Təqsirləndirilən şəxs1 vermiş, sonuncu həmin qızılları Rauf Əliyev, Təqsirləndirilən şəxs2, Şahid4 və Şahid1lə birlikdə Qəbələ rayonuna gedib orada satıb 12 fevral 2024-cü il tarixdə onun kart hesabına 500 manat pul köçürmüş və o, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs1 2024-cü ilin fevral ayının əvvələrində ünvan 3 ünvanında tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək qohumu Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır kəndi, A.Abdulhüseynov küçəsində yerləşən fərdi yaşayış evindən qızıl-zinət əşyalarını oğurlaması barədə söhbət edib razılığa gəldikdən sonra həmin vaxt Təqsirləndirilən şəxs3 oğurluq etməsi barədə təklifindən sonra sonuncuya oğurluq edəcək evi göstərmiş, lakin sonuncu həmin vaxt evin işıqlarının yanılı və evdə adam olması səbəbindən oğurluğu edə bilməmiş, 11 fevral 2024cü il tarixdə saat 19 radələrində qohumunun evdə olmadığını görüb bu barədə Təqsirləndirilən şəxs3 məlumat verib həmin evə daxil olacağı pəncərəni və qızılların yerini başa saldıqdan sonra sonuncu həmin gün saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus evin hasarını keçərək qanunsuz olaraq həyədə daxil olub, evin yan tərəfindəki birinci mərtəbədə yerləşən qonaq otağının pəncərəsini özü ilə götürdüyü vintaçanla açıb yaşayış sahəsinə daxil olub evin 2-ci mərtəbəsində yerləşən yataq otağındakı paltar dolabında qoyulmuş qızıl qablarının içərisindən 7000 manat dəyərində 750 əyarlı, 40 qram çəkidə və üzərində 5 karat briliant qaşlar olan italiya istehsalı olan qızıl sırğa, üzük, qolbağ və boyunbağı dəstini, 1 ədəd 1500 manat dəyərində 585 əyarlı 17 qram çəkisi olan qızıl qolbağı, 1 ədəd 1200 manat dəyərində 750 əyarlı, 10 qram çəkidə «Versaçi» qızıl üzük və sırğa dəstini, 1 ədəd 280 manat dəyərində 585 əyarlı 5 qram çəkidə mirvari kulonu olan qızıl boyunbağını və 1 ədəd 20 manat dəyərində sadə qızıl olmayan üzüyü oğurlayaraq həmin qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs4 evinə gətirib ona vermiş, o, həmin gün saat 23 radələrində Təqsirləndirilən şəxs4 Xırdalan şəhəri, Şahid4 prospektində yerləşən «AAF 102» rent a cardan kirayə götürdüyü «Hyundai Elantra» markalı avtomobillə Təqsirləndirilən şəxs4, sonuncunun arvadı Təqsirləndirilən şəxs2, qardaşı Şahid4 və tanışları Şahid1 ilə birlikdə Qəbələ rayonuna gedərək oğurlanmış qızıl-zinət əşyalarını Qəbələ şəhər bazarının yaxınlığında qızıl dükanına Təqsirləndirilən şəxs2 və özünün şəxsiyyət vəsiqələri ilə satılıb əldə olunan 3970 manat pulun 900 manatını karta köçürmə yolu ilə Təqsirləndirilən şəxs4 «rent a cara» olan borcunu və avtomobilin kirayə haqqına ödəmiş, 500 manat pulu isə Təqsirləndirilən şəxs3 kartına köçürmüş, qalan pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs2 2024-cü ilin fevral ayının əvvələrində ünvan 3 ünvanında əri Təqsirləndirilən şəxs4, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs1 qohumu Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır kəndi, A.Abdulhüseynov küçəsində yerləşən fərdi yaşayış evindən qızıl-zinət əşyalarını oğurlamaq məqsədi ilə razılığa gələrək həmin vaxt Təqsirləndirilən şəxs3 qızılları oğurlamaq barədə təklifindən sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 oğurluq edəcək evi göstərmiş, lakin həmin vaxt evin işıqlarının yanılı və evdə adam olması səbəbindən sonuncu oğurluq edə bilməmiş, 11 fevral 2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs1 qohumunun evdə olmaması barədə Təqsirləndirilən şəxs3 məlumat verərək həmin evə daxil olacağı pəncərəni və qızılların yerini başa saldıqdan sonra sonuncu həmin gün saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus evin hasarını keçərək qanunsuz olaraq həyədə daxil olub, evin yan tərəfindəki birinci mərtəbədə yerləşən qonaq otağının pəncərəsini özü ilə götürdüyü vintaçanla açıb yaşayış sahəsinə daxil olub evin 2-ci mərtəbəsində yerləşən yataq otağındakı paltar dolabında qoyulmuş qızıl qablarının içərisindən 7000 manat dəyərində 750 əyarlı, 40 qram çəkidə və üzərində 5 karat briliant qaşlar olan İtaliyi istehsallı qızıl sırğa, üzük, qolbağ və boyunbağı dəstini, 1 ədəd 1500 manat dəyərində 585 əyarlı 17 qram çəkisi olan qızıl qolbağı, 1 ədəd 1200 manat dəyərində 750 əyarlı, 10 qram çəkidə «Versaçi» qızıl üzük və sırğa dəstini, 1 ədəd 280 manat dəyərində 585 əyarlı 5 qram çəkidə mirvari kulonu olan qızıl boyunbağını və 1 ədəd 20 manat dəyərində sadə qızıl olmayan üzüyü oğurlayaraq qızılları onun evinə gətirib orada Təqsirləndirilən şəxs1 vermiş, Eymirbəy isə həmin qızılları əri Təqsirləndirilən şəxs4, qaynı Şahid4, tanışları Şahid1 və onunla birlikdə Qəbələ rayonuna gedərək Qəbələ şəhər bazarının yaxınlığında qızıl dükanına onun və Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqələri ilə satılıb əldə olunan 3970 manat pulu şəxsi ehtiyaclarına xərcləmişlər. Təqsirləndirilən şəxs4 2024-cü ilin fevral ayının əvvələrində ünvan 3 ünvanında arvadı Təqsirləndirilən şəxs2, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 ilə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs1 qohumu Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır kəndi, A.Abdulhüseynov küçəsində yerləşən fərdi yaşayış evindən qızıl- zinət əşyalarını oğurlamaq məqsədi ilə razılığa gələrək Təqsirləndirilən şəxs3 oğurluq etməsi barədə təklifindən sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 oğurluq edəcək evi göstərmiş, lakin sonuncu həmin vaxt evin işıqlarının yanılı və evdə adam olması səbəbindən oğurluq edə bilməmiş, 11 fevral 2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs1 qohumunun evdə olmaması barədə Təqsirləndirilən şəxs3 məlumat verib həmin evə daxil olacağı pəncərəni və qızılların yerini başa saldıqdan sonra sonuncu həmin gün saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus evin hasarını keçərək qanunsuz olaraq həyədə daxil olub, evin yan tərəfindəki birinci mərtəbədə yerləşən qonaq otağının pəncərəsini özü ilə götürdüyü vintaçanla açıb yaşayış sahəsinə daxil olub evin 2-ci mərtəbəsində yerləşən yataq otağındakı paltar dolabında qoyulmuş qızıl qablarının içərisindən 7000 manat dəyərində 750 əyarlı, 40 qram çəkidə və üzərində 5 karat briliant qaşlar olan İtaliya istehsalı olan qızıl sırğa, üzük, qolbağ və boyunbağı dəstini, 1 ədəd 1500 manat dəyərində 585 əyarlı 17 qram çəkisi olan qızıl qolbağı, 1 ədəd 1200 manat dəyərində 750 əyarlı, 10 qram çəkidə «Versaçi» qızıl üzük və sırğa dəstini, 1 ədəd 280 manat dəyərində 585 əyarlı 5 qram çəkidə mirvari kulonu olan qızıl boyunbağını və 1 ədəd 20 manat dəyərində sadə qızıl olmayan üzüyü oğurlayaraq qızılları onun evinə gətirib orada Təqsirləndirilən şəxs1 vermiş, sonuncu isə həmin qızılları Qəbələ rayonuna gedib orada satıb xərcləmələrini təklif etmiş, o, razılaşıb həmin gün saat 23 radələrində Xırdalan şəhəri Şahid4 prospektində yerləşən «AAF 102» Renta cardan «Hyundai Elantra» markalı avtomobili kirayəyə götürüb arvadı Təqsirləndirilən şəxs2, qardaşı Şahid4, tanışları Təqsirləndirilən şəxs1 və Şahid1 ilə birlikdə Qəbələ rayonuna gedərək orada arvadı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlanmış qızıl-zinət əşyalarını Qəbələ şəhər bazarının yaxınlığında qızıl dükanına Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqələri ilə satıb əldə olunan 3970 manat puldan 900 manatını karta köçürmə yolu ilə “Rent a car”a olan borcuna və avtomobilin kirayə haqqına ödəmiş, 500 manat pulu isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 kartına köçürmüş, qalan pulları isə şəxsi ehtiyaclarına xərcləmişlər. İşin halları və dəlilləri: Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin 11 sinifini bitirib ali məktəbə qəbul olunmaq üçün imtahanlarda iştirak edib yaxşı nəticə əldə etmişdir. Təqsirləndirilən şəxs4 uşaqlıqdan tanıyır. 06 fevral 2024-cü il tarixdə Raul ona zəng vuraraq, evlərinə çay içməyə dəvət etmiş, o, təklifi qəbul edərək, onun yaşadığı mənzilə getmiş və orada əvvəllər tanımadığı, lakin sonradan adının Eymirbəy olduğunu bildiyi Raulun tanışını görmüşdür. Raul onu Eymirbəylə tanış etdikdən sonra onlarla oturub birlikdə çay içərək, pulsuzluq və işsizlik barədə söhbət etmişlər. Raulun arvadı Məhin də həmin vaxt evdə olmuşdur. Eymirbəy Masazırda qohumunun yaşadığını və evində qızıl olmasını həmin qızılı oğurlamaqla satıb, pulunu xərcləyə biləcəklərini demişdir. Ona pul lazım olduğu üçün Eymirbəyə həm evin yerini göstərərsə, həmdə qızılların yerini başa salarsa həmin evdən qızılları oğurlaya biləcəyini təklif etmişdir. Razılığa əsasən evdən aşkar edilərək götürüləcək hər bir şey satılaraq birlikdə xərclənməli idi. Bundan sonra onlar, yəni o, Eymirbəy, Raul və Məhin həmin ünvana getmək üçün evdən çıxmışdırlar, bir qədər getdikdən sonra çox adamın şübhə çəkməsindən ehtiyat edib Raul və Məhin yoldan qayıtmışdırlar. Eymirbəy mənzili ona göstərib, həmin evin arxa tərəfdəki pəncərəsini açıb, oradan evə daxil ola biləcəyini, sözügedən qızılların isə 2-ci mərtəbədə yerləşən yataq otağındakı paltar şkafında olduğunu bildirmişdir. Həmin gün evin işıqları yanılı və evdə adam olduğu üçün evə girməmiş, razılaşmışdılar ki, oğurluğu evdə heç kəsin olmadığı vaxt etsin. Təxminən 5 gün sonra Eymirbəy ona zəng edərək, qohumunun evdə olmamasını, rayona getdiklərini bildirmişdir. 11 fevral 2024-cü il tarixdə axşam saatlarında Eymirbəylə danışıb, Raulun evində dördü görüşmüş, son olaraq onun gedib həmin evdən oğurluq edib Raulgilə gəlməsi barədə ortaq qərara gəlmişlər. Eymirbəy evlərinə getdikdən sonra ona telefonla zəng vurub, evdə heç kimin olmadığını bildirdikdə o, evin yanına gedərək, yan tərəfdən hasarı aşıb, həyətə daxil olmuşdur. O, özü ilə götürdüyü vintaçandan istifadə edərək, pəncərələri açmış, içəri keçərək pilləkənlə 2-ci mərtəbəyə qalxmışdır. Orada yataq otağına daxil olaraq, həmin otaqdakı paltar şkafının içərisindən qızıl qabını tapıb içərisində olan qızılları, bir ədəd ürək formalı qızıl qabının içərisindəki dəsti götürüb cibinə qoymuş və 1-ci mərtəbəyə enib, içəri daxil olduğu pəncərədən çıxıb, hasarı aşaraq küçəyə çıxıb oradan Raulun evinə getmiş və oğurladığı qızılları Eymirbəyə təhvil vermişdir. Əvvəldən olan razılığa əsasən ona Qəbələ rayonuna dincəlməyə getməyi, təklif etdikdə, o rayona gedə bilməyəcəyini satışdan əldə olunan vəsaitin onun hesabına göndərilməsini bildirmişdir. Ona gızıllar baha satılarsa 700-800 manat, ucuz satılarsa azı 500 manat pul verəcəklərini bildirmişdirlər. O, edilən təkliflə razılaşıb, yaşadığı ünvana getmişdir. 12 fevral 2024-cü il tarixdə Eymirbəy ona qızılı ucuz satdıqlarını, 500 manat pulu isə kartına köçürdüyünə dair səs ataraq, qəbzi ona göndərmişdir. 16 fevral 2024-cü il tarixdə Raul onu evlərinə dəvət etmiş, o, sonuncunun evinə gəlib çatdıqda polis əməkdaşları hər ikisini saxlayıb, idarəyə gətirmişlər. Sonda törətdiyi əməldən peşman olduğunu, oğurluq əməlini pula ehtiyacı olduğu üçün öz istəyi ilə etməsini, heç kəsin onu məcbur etmədiyini, evə daxil olarkən və qızılları götürərkən tək olduğunu, hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri tam ödəməsini və yetkinlik yaşına çatmamasını, abituriyent kimi yüksək nəticə göstərməsini, tələbə olmaq ehtimalının olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Raulu dostu Orxan vasitəsi ilə tanımış, Raulun maşın problemi ilə əlaqədar pula ehtiyacının olduğunu Rauldan öyrənmişdir. Bir neçə gün sonra Raulla zəngləşib onun evinə getmişdir. Raulun arvadı da bu zaman evdə olmuş, Raul onu arvadına təqdim etdikdən sonra birlikdə çay içərək, söhbətləşmişlər. Raul maşının sahibinə 1000 manat vermək üçün çıxış yolu axtarmış və oğurluq etmək fikrində olduğunu bildirmişdir. O da, özünün də pula ehtiyacı olduğu və Raula kömək məqsədi ilə Masazırda atasının bibisi oğlu Zərərçəkmiş şəxs yaşamasını, evin onun yaşadığı evlə qonşuluqda yerləşməsini və həmin evdə qızıl əşyalarının olduğunu bildirmişdir. Bundan sonra Raul Nihad adlı tanışına zəng vuraraq, onu evlərinə çağırmış, sonuncu gəldikdən sonra Raul pulsuzluqdan danışıb, oğurluqdan söhbət açmışdır. Nihad onun da pula ehtiyacı olmasını, əgər belə bir ev olarsa, gedib götürə biləcəyini demişdir. O, Nihada Masazırda qohumunun evində qızıl olduğunu dedikdə, sonuncu ona evin yerin ona göstərməklə, qızılların yerləşdiyi yeri başa salarsa, gedib götürə biləcyini demişdir. O, Nihad, Raul və sonuncunun arvadı Məhinlə birlikdə qohumu Anarın evi istiqamətində gəlmiş, lakin yarıyolda Raulla arvadı Məhinə “siz qayıdın mən Nihada həmin evi göstərəcəm” deyərək, onları geri qaytarmışdır. Raul və arvadı Məhin yari yoldan qayıtmış, onlar isə Anarın evinin yanına gəlmiş, evi Nihada göstərib, qızılların yataq otağında paltar şkafının içərisində olmasını bildirmişdir. Həmin vaxt Anargil evdə olduqları üçün geri qayıtmış, Nihad ona qohumunun evdə olmadığı vaxt xəbər verərsə gəlib qızılları oğurlaya biləcəyini bildirmişdir. O, 11 fevral 2024-cü il tarixdə axşamüstü saat 17 radələrində Raulgilə getmiş, həmin vaxt sonuncu ona bəlkə gedib qohumunun evinə baxsınlar, evdə adam olmazsa qızılları götürsünlər bildirdikdə o, razılaşaraq, Anarın evinə gedib hasardan baxdıqda sonuncuya məxsus mənzilin işıqlarının yanmadığını və evdə heç kim olmadığını görmüş və bu barədə Nihadla əlaqə saxlayaraq, bildirmişdir. O, Nihadla görüşərək, evə arxa tərəfdə olan pəncərədən daxil ola biləcəyini, qızılların isə 2-ci mərtəbədə yataq otağındakı paltar dolabında olduğunu dedikdə, sonuncu ona evə tək girib, qızılları götürəcəyini söyləmişdir. O, Raulgildə onu gözləyəcəyini demiş, təxminən 1 saat sonra Nihad evə gələrək, cibindəki qızılları verərək, onu heç kimin görmədiyini demişdir. Həmin qızıllar 1 ədəd qızıl qolbağ, qızıl sırğa, qızıl boyunbağı, qızıl qolbağ və qızıl üzükdən ibarət komplekt, 1 ədəd 2 ədəd qızıl üzük, 1 ədəd isə nazik qızıl boyunbağıdan ibarət olmuş, Məhin həmin qızılları götürüb cibinə qoymuşdur. Daha sonra onlar əvvəldən olan razılaşmaya əsasən qərara gəlmişlər ki, “Rent-a-car”dan maşın götürüb Qəbələ rayonuna getsinlər və qızılları orada satıb xərcləsinlər. Şübhə çəkməmək üçün qızılları Məhin və o, ya da Raul satmalı idi. Nihad rayona getmək istəmidiyini dedikdə, o, qızılı satıb, onun kartına 500-800 manat pul köçürəcəyini demişdir. Nihad onlarla razılaşıb getmiş, bir qədər sonra o, dostu Orxana zəng vuraraq, rayona gəzməyə gedəcəklərini və onlarla birlikdə getməyi təklif etmiş, lakin onlar sonuncuya oğurluqla bağlı heç bir söz deməmiş, sonuncu gəldikdən sonra Raul, Raulun qardaşı Hüseyn, Məhin, Orxan və o Xırdalan şəhərinə “At” heykəlinin yanına gəlib oradakı “Rent-a-car”dan Raulun sürücülük vəsiqəsi olduğu üçün “Hyundai Elantra” markalı avtomobili kirayələmişlər. Onlar oradan avtomobillə Qəbələ rayonuna gəlmiş, Vəndam kəndində 5 günlük 550 manat dəyərində ev tutub, gecə orada qalmışlar. Səhəri gün saat 10 radələrində Qəbələ rayon bazarına gedib orada qızıl dükanı tapmış, oğrlanmış qızıllardan olan qızıl boyunbağı, sırğa, üzük və qolbağ dəstini Məhinin şəxsiyyət vəsiqəsi ilə qızıl dükanına 2500 manata satmışlar. Həmin puldan avtomobilə görə Kamilin kartına Raul 900 manat, Nihadın kartına isə 500 manat pul köçürmüşdür. Vəndam kəndindəki evin şəraiti yaxşı olmadığı üçün həmin evin sahibinə 100 manat pul vermiş, internet vasitəsi ilə Qəbələ rayonu ilə İsmayıllı rayonu arasında olan kənddən ev tutub, bazarlıq edərək həmin evə getmişlər. Nahar etdikdən sonra Orxanla yenidən bazarlıq etmək üçün Qəbələ şəhərinə getmiş, orada Orxanla özünə şalvar, köynək və ayaqqabı alaraq, yenidən marketə gedərək, yeyəcəklər və içki almışlar. Oğurladıqları digər qızlları isə Orxanla birlikdə Qəbələ şəhərində digər qızıl mağazasında şəxsiyyət vəsiqəsini təqdim edərək, satmışdır. Həmin qızıların oğurluq olmasından Orxanın xəbəri olmamış, onların evə məxsus olmasını demişdir. Oradan evə gəlib, yemək yeyərək, spirtli içki qəbul etmişlər. O, Orxan, Raul və Məhin isə taksi ilə Masazıra gəlmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri tam ödəməsini, ilk dəfə cinayyət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək, bildirmişdir ki, o, 06 fevral 2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan və avtotəmir sexində işləyən dostu Orxanla sexdə görüşərkən yanında olan əvvəllər tanımadığı Eymirbəy adlı oğlanla tanış olmuşdur. Həmin gün axşamüstü Eymirbəy ona zəng vurub, harada olduğunu soruşmuş, o sonuncuya evdə olduğunu dedikdə, görüşmək istədiyini bildirmişdir. O da Eymirbəyə etiraz etməmiş, onunla görüşüb, evə çay içməyə dəvət etmişdir. Həmin vaxt arvadı, Məhin də evdə olmuş, onlar söhbət edərkən dostu Nihad da onlara gəlmiş və onu Eymirbəylə tanış etmişdir. Eymirbəy söhbət zamanı pula ehtiyacı olmasını və onun qonşuluğunda yaşayan qohumunun evində qızıl əşyaları olmasını, elə bir adam varsa evə girib qızılları götürməsini, oğurlanan qızılları, satıb pulunu xərcləyə biləcəklərinə dair fikir demiş, bu zaman Nihad isə bu işə görə ona pul verəcəyi təqdirdə, evin yerini ona göstərərsə və qızılların harda olmasını deyərsə gedib həmin qızılları oğurlaya bilər. Eymirbəy Nihada qohumunun evdə olmamasını, əgər istəyirsə gedib evi ona göstərməsini demiş və onlar birlikdə həmin evə baxmağa getmişlər. Təxminən yarım saat sonra onlar evə qayıdaraq, mənzilin işıqlarının yanmasını və evdə adam olduğu üçün evə girə bilmədiklərini demiş və Nihada evə haradan girmək lazım olduğunu və qızılın yerini başa salmış, qohumu evdə olmayan zaman məlumat verəcəyini demişdir. 11 fevral 2024-cü il tarixdə axşam saat 19 radələrində Eymirbəy onlara gəlib, qohumunun rayona getməsini deyərək, Nihadı çağırmış, sonuncu gələndən sonra ona qohumunun rayona getməsini və əgər istəyirsə evə girə biləcəyini demişdir. Nihad isə evə oğurluğa girməsinə razılıq verdiyi üçün Eymirbəy onunla getmişdir. Təxminən yarım saat sonra Eymirbəy gələrək, Nihada zəng vurmuş və həyətdən qohumunun evinə baxdıqda heç kimin olmadığını demişdir. Onlar evdə oturub gözləmiş, təxminən saat 21 radərində Nihad gələrək, cibindəki qızılları stolun üzərinə qoymuş və evdə yalnız qızılların olmasını və həmin qızılları da götürməsini demişdir. Eymirbəy qızılları götürüb, həmin qızılları burada satsalar şübhələnəcəklərini, Qəbələ rayonuna gedib qızılları orada satmaları və həmin pulla dincəlməyi təklif etdikdə Nihad ona rayona gedə bilməyəcəyini demişdir. Eymirbəy rayonda qızılı satıb 500 manat pulu kartına köçürəcəyini Nihata demiş, sonuncu isə razılaşaraq, getmişdir. Eymirbəy “Rent- a-car”dan avtomobil icarəyə götürərək, Qəbələyə getməyi təklif etmişdir. Dostları Orxana zəng vurub ona Qəbələyə dincəlməyə gedəcəklərini və onlarla birlikdə getməyi təklif etmiş, qardaşı Hüseynin evdə tək qalmaması üçün onu da birlikdə getmək üçün çağırmışlar. Oğurluq barədə Orxana və Hüseynə bildirməmiş, Eymirbəy evin qızılını sataraq, pulunu xərcləyəcəklərini demişdir. O, Xırdalan şəhərində daimi müştərisi olduğu Kamil adlı şəxsin “Rent-a-car”ını tanıdığı üçün Eymirbəy, Orxan, Hüseyn, Məhin və o Xırdalan şəhərində At heykəlinin yaxınlığındakı Kamilin işlətdiyi həmin yerə getmiş, sonuncuyla görüşüb maşın kirayələmək istədiyini bildirmişdir, Kamilə onun köhnədən 500 manat borcu olduğu üçün sonuncu maşın verməkdən imtina etmiş, Eymirbəy ona rayona gedib, sabah 500 manat borcunu və 5 günlük kirayələdikləri maşının pulunu ödəyəcəklərini demişdir. Kamil bundan sonra onun adına müqavilə yazıb, Hyunday Elantra markalı avtomobili kirayəyə vermişdir. Onlar həmin maşınla saat təxminən 24 radələrində Qəbələ rayonuna yola düşmüşlər. Onun sürücülük vəsiqəsi olduğundan avtomobili özü idarə etmiş, tanışları vasitəsi ilə qalmaq üçün Qəbələ rayonunun Vəndam kəndindən ev tapmışdır. Səhərə yaxın saat 05 radələrində Vəndam kəndinə çatıb, kirayələdikləri evin sahibinə zəng vuaraq evə getmişlər. Həmin evdə dincəlib saat 11 radələrində maşınla o, Eymirbəy və Məhin Qəbələ şəhərinə gedib, Məhin şəxsiyyət vəsiqəsini təqdim edərək, onda olan qızıl, sırğa, boyunbağı, qolbağ və üzük dəstini 2500 manata bazarın yanındakı qızıl mağazasına satmışdır. Eymirbəy həmin pulun 900 manat məbləğini avtomobilin borcunu və kirayə haqqını ödəməsi üçün Kamilin kartına, 500 manat məbləğini isə Nihadın kartına köçürmüş, qalan pulla marketdə alış-veriş edib, evə qayıtmışlar. Nahar edəndən sonra qaldıqları evin şəraiti yaxşı olmadığı üçün ev sahibi ilə danışıb, 100 manat verib həmin evdən çıxmışlar. O, internetə daxil olub, Qəbələ rayonunun kəndində ev taparaq, ev sahibi ilə danışıb həmin evə getmiş, orada bir az dincəlmişlər. Eymirbəy Orxanla alış-veriş etmək və qalan qızılları satmaq üçün Qəbələ şəhərinə getmişlər. 3-4 saat keçsə də sonuncular qayıtmadığı və telefonlarına zəng çatmadığı üçün “Rent-a-car”ın sahibi Kamillə danışıb, GPRS vasitəsi ilə onların Qəbələ şəhərində “Yello bank”ın yanında olmalarını müəyyən edib, Məhinlə birlikdə həmin ünvana getmişlər. Avtomobilin yanına çatdıqda Orxanla Eymirbəyin marketdən alış-veriş etdiklərini görmüş, özlərinə geyim, həmçinin yemək və içkilər almışlar. Həmin vaxt Eymirbəy qalan qızılları 1470 manata satıb, 300 manata özlərinə geyim aldıqlarını, 400 manat isə yeni tutduğu evin sahibinə verdiklərini demişdir. Bundan sonra evə qayıdaraq, yeyib-içmişlər. Səhərə yaxın saat 05 radələrində gəzmək üçün qardaşı Hüseynlə birlikdə kənd ərazisində hərəkətdə olarkən avtomobil yolda çökəyə salmamaq üçün daşlıq əraziyə çıxmış və avtomobilin alt tərəfi dəymiş və yanacaq çəni ilə sürət qutusu zədələnmişdir. Bundan sonra avtomobili orada saxlayıb, evə qayıtmışlar. Eymirbəyə evlərindən zəng olunduğunu buna görə qayıtmalı olduğunu bildirib taksi çağırmış, o isə gələn taksi sürücüsündən evakuator nömrəsi alıb kirayə götürdükləri Hyunday Elantra markalı avtomobili, evakuatorla Xırdalan şəhərinə göndərmişdir. Evakuator üçün Eymirbəy 300 manat pul ödəmiş, qardaşı isə Hüseyn evakuatorla Xırdalana qayıtmışdır. O, Eymirbəy, Məhin və Orxan isə taksi ilə evə gəlmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri tam ödəməsini və yaşını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək, hazırda heç yerdə işləmir. 11 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 ilə rəsmi nigaha daxil olaraq ailə qurmuş, hazırda boşandığı üçün valideyinləri ilə yaşayır. Raul həmin vaxt işsiz olmuşdur. Bir gün Raul dostu Eymirbəyin onunla görüşmək istədiyini bildirərək, evdən getmiş və təxminən 15 dəqiqə sonra sonuncu ilə birlikdə onlara gəlmişlər. Raul Eymirbəyin onun dostu olduğunu bildirərək, birlikdə çay içmiş, bir neçə saat keçməmiş Raulun dostu Nihad da onlara gəlmişdir. Onlar çay içdikdən sonra Eymirbəy onun qohumunun evində qızıl-zinət əşyaları olmasını, həmin qızılların yerini bildiyini və qızılları oğurlayıb sataraq, rayona dincəlməyə gedə biləcəkləri barədə təklif etmişdir. Raulun pula ehtiyacı olduğu və Raulu tək buraxmamaq üçün onlarla Emirbəyin dediyi mənzilə getmək üçün evdən çıxmışdır. Lakin yoldan o və Raul geri qayıtmışdırlar. Bir neçə saat sonra evdə adam olduğu üçün oğurluğun törədilməsinin başqa vaxta saxlanıldığını eşitmişdir. Oğurluqdan sonra qızıllar satılmalı borclar ödənildikdən sonra qalan pul hamıya bərabər şəkildə xərclənməli idi. 11 fevral 2024-cü il tarixdə axşam saat 17 radələrində Eymirbəy onlara gəlib, qohumu Anargilin evdə olmadığını, işıqlarının sönülü olduğunu demiş və Raula Nihada qızılları götürmələri üçünü Nihada zəng vurmasını, bildirmişdir. Eymirbəy onlardan çıxıb getmiş, təxminən 1 saat sonra gələrək, Nihadın qızılları oğurlamağa getdiyini demişdir. Həmin gün saat təxminən 20 radələrində Nihad onların evinə gəlib, cibindən qızıl əşyalarını çıxararaq, masanın üzərinə qoymuşdur. Həmin qızıllar 1 ədəd italyan qızılı olan qolbağ, 1 dəst üzərində qaşları olan sırğa, üzük, boyunbağı, qolbağ, 1 ədəd nazik qızıl boyunbağı, 1 ədəd isə sadə üzükdən ibarət olmuşdur. Nihad evə daxil olan zaman, onu görən olmadığını demiş, sonuncunun gətirdiyi həmin qızılları Eymirbəy cibinə qoyaraq, aparıb Qəbələ rayonunda satacaqlarını bildirmişdir. Nihad onlara işi olduğu üçün onlarla gedə bilməyəcəyini dedikdə Eymirbəy, qızılı satıb, ona 600- 700 manat göndərəcəyini əmin etmişdir. Bundan sonra qərara gəlmişlər ki, onlar “Rent-acar”dan maşın kirayələyib, gecə Qəbələyə getsinlər. Raul qaynı Hüseynə zəng vuraraq, rayona gedəcəklərini, evdə tək qalmamasını, onlarla birlikdə getməsini demiş, Eymirbəy də Orxan adlı dostunu çağırmışdır. Oğurluqla bağlı Hüseyn və Orxanın məlumatı olmamış, onlar birlikdə evdən çıxmış, həmin vaxt Orxan, Eymirbəy, Raul, Hüseyn birlikdə maşın götürməyə getmişlər. Gecə saat 24 radələrində onlar Qəbələ rayonuna getmiş, Raul və Eymirbəy Qəbələ rayonu Vəndam kəndində qalmaları üçün evi tutmuşdur. 12 fevral 2024cü il tarixdə onlar Qəbələ rayonunda bazarda yerləşən qızıl dükanına getmiş, Eymirbəy qızılları onun satmağını bildirmişdir. O, ilk öncə razılaşmasa da, lakin sonuncu “narahat olma nəsə olsa mənlikdir” deyə onu əmin etmişdir. Bundan sonra o, qızıl komplekti şəxsiyyət vəsiqəsi ilə qızıl mağazasına 2500 manata sataraq, pulu Eymirbəyə vermişdir. Bundan sonra Eymirbəy həmin pulun 1000 manat məbləğini “Rent-a-car”ın işçisinin kartına, 500 manat isə Nihadın kartına köçürmüş, birlikdə qaldıqları kirayə ev üçün isə sahibinə 450 manat pul ödəmiş, qalan pulla isə evə bazarlıq edərək, mənzilə gələrək, nahar etmişlər. Həmin evin şəraiti yaxşı olmadığı üçün başqa ev tapıb orada qalmaq barədə ortaq qərara gəlmişlər. Eymirbəy internet vasitəsi ilə Qəbələ rayonu ilə İsmayıllı rayonunun sərhədində yerləşən kənddə ev tapıb həmin evə baxmağa, oradan isə qalan qızılları Orxanla birlikdə satmağa getmişlər. X1rın anasına məxsus olmasını bildirmiş, təxminən 3-4 saat keçsə də onlar evə qayıtmadıqları və telefonlarına zəng çatmadığı üçün Raul “Rent-a-car”ın sahibinə zəng edib, kirayələdikləri maşının hansı ərazidə olmasını soruşmuşdur. Avtomobilin Qəbələ rayonunda “YELLO” bankın qarşısında olması barədə məlumat verdikdə o, Raulla həmin ünvana getmiş və Orxanla Eymirbəyin marketdə alışveriş etdiklərini görmüşlər. Eymirbəy qızılların qalan hissəsini 1400 manata satdıqlarını, 300 manat dəyərində özlərinə geyim aldıqlarını, 400 manat pulu isə yeni tutduqları evin sahibinə verdikləri barədə məlumat vermişdir. Bundan sonra evə qayıtmış, gecə Qəbələ rayonunda yerləşən mağazaya gedəndə Raul avtomobili çökəyə saldığı üçün yanacaq çənində nasazlıq yaranmış, bundan sonra evə gəlib, avtomobili Bakı şəhərinə aparmaq üçün evakuator çağırmışlar. Evakuator gəlib maşını yüklədikdən sonra onlar taksi tutub Bakı şəhərinə qaytmışlar. Eymirbəydə maşını gətirən evakuatora 300 manat pul vermiş, 700 manat isə sonuncuyla Orxan şəxsi ehtiyaclarına xərcləmişlər. Sonda törətdiyi əməldən peşman olduğunu, oğurlanan qızıllardan boyunbağını, qolbağı, sırğanı və üzük dəstini onun şəxsiyyət vəsiqəsi ilə Qəbələ rayonundakı qızıl mağazasına satıb, pulunu Eymirbəyə verməsini, qalanları isə Eymirbəyin özünün satmasını bildirmişdir. Hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri tam ödəməsini, yaşını və ilk dəfə məsuliyyətə cəlb olunmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 11 fevral 2024-cü il tarixdə saat 08 radələrində ailə üzvləri ilə birlikdə Lənkəran rayonuna gəzməyə gedən zaman evin qapı və pəncərəsini bağlamışdır. Qızıl-zinət əşyalarını özləri ilə aparmayıb, yataq otağındakı paltar dolabının içərisində qızıl qabında saxlamışlar. Həmin gün axşam saat 21:10 radələrində evə qayıtmış, evə daxil olduqda qonaq otağının pəncərəsinin açıq olmasını görmüş, buna görə dərhal evin 2-ci mərtəbəsində yataq otağında paltar dolabında saxladıqları qızılların yerində olubolmamasını yoxlamışlar. Həmin vaxt qızıl qabının içərisindəki qızıl əşyalarının bir hissəsinin oğurlanmasını aşkar etmiş, buna görə də DİN-nin 102 xidməti zəng mərkəzinə evində oğurluq olması barədə məlumat vermişdir. Sonradan hadisəni törədən şəxslər müəyyən edilmiş, dəymiş ziyan tam ödənilmiş, və təqsirləndirilən şəxsləri bağışlamışdır. Hər hansı iddia və tələbi, həmçinin şikayəti yoxdur. Məhkəmə iclasına dəvət olunaraq şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır kəndində avtotəmir sexində təmir işləri ilə məşğul olur. Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır. Eymirbəyin vasitəsi ilə Təqsirləndirilən şəxs4 ilə tanış olmuş, boş vaxtlarımda onlarla görüşüb vaxtını keçirmişdir. 11 fevral 2024-cü il tarixdə saat təxminən 22 radələrində Raul ona zəng vurub Qəbələ rayonuna istirahət etməyə getdiklərini bildirmiş və ona da rayona getməyi təklif etmişlər. O, təklifi qəbul etmiş və Eymirbəy, Raul, Raulun qardaşı Hüseyn, Məhin və o birlikdə rayona getmişdir. Rayondan qayıtdıqdan bir müddət sonra o, polis idarəsinə çağrılmış və oraya gəldikdə hadisədən xəbəri olmuşdur. Onun Eymirbəyin, Raulun, Məhinin və Nihadın oğurluq etmələrindən əvvəldən məlumatı olmamış, bu barədə ona deməmişlər. Onu rayona istirahətə getdikləi üçün çağırmışlar. Eymirbəy qızılı satanda anasına məxsus olduğunu və pul lazım olduğu üçün satdığını demişdir. Həmin qızıllardan ona heç nə verilməmiş, yalnız ona Eymirbəy tərəfindən 75 manat məbləğində köynək, şalvar və ayaqqabı alınmış, həmçinin birlikdə yeyib-içmişlər, baş vermiş oğurluq hadisəsində orada olmamış, Eymirbəy ona qızılın oğurluq olması barədə heç bir söz deməmişdir. Məhkəmə iclasına dəvət olunaraq şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Qəbələ şəhəri, Şahid4 küçəsində yerləşən özünə məxsus mağazada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. 12 fevral 2024-cü il tarixdə saat təxminən 11:30 radələrində mağazada olarkən iki nəfər oğlan gəlmiş, həmin oğlanlardan biri cibindən 1 ədəd qızıl boyunbağı, bir ədəd qolbağ, bir cüt sırğa və üzüyü təqdim edərək, həmin qızılları satmaq istədiyini və neçəyə ala biləcəyini soruşmuşdur. O, isə qızılları yoxlamış, həmin qızıllardan qızıl boyunbağının və qızıl qolbağın 583 əyarlı qızıl olduğu, sırğa və üzük dəstinin aşağı əyyarlı qızıl olduğu məlum olmuşdur. O, həmin oğlanın təqdim etdiyi boyunbağı və qolbağı 1450 manat pul verə biləcəyini, sırğa və üzüyün əyyarının aşağı yəni 275 əyyar olduğu üçün həmin qızılı 325 manat pul verə biləcəyini demişdir. O, qızılı şəxsiyyət vəsiqəsi ilə aldığını bildirikdən sonra qızılı təqdim edən oğlan şəxsiyyət vəsiqəsini ona vermiş, həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Eymirbəy qızıl boyunbağı və qızıl qolbağı satmaq istədiyini bildirib, sırğa və üzüyü özü ilə götürmüşdür. O, həmin qolbağ və boyunbağını tərəzidə çəkmiş, təxminən 30 qrama yaxın çəkisi olmuş, həmin qızıllara görə Eymirbəyə 1450 manat pul ödəmiş, bu barədə özündə olan jurnalda qeydiyyat aparıb həmin jurnala sonuncuya da imza etdirmişdir. O, həmin şəxslərin Qəbələ rayon sakinləri olmadığını görüb, onlardan haradan olmalarını soruşmuş, Eymirbəy Bakı şəhərindən istirahətə gəldiklərini və 10 gün Qəbələdə istirahət etdiklərini, pula ehtiyac olduğu üçün həmin qızılları satdığını bildirmişdir. Eymirbəydən aldığı qızılları Bakı şəhərindən gələn qızıl işi ilə məşğul olan müştəriyə 1475 manata satmışdır. O, qızılların oğurluq olmasını bilməmiş, Eymirbəy bir oğlanla mağazaya gələrək, Qəbələyə istirahətə gəldiklərini və pula ehtiyacları olduğundan özünə məxsus qızılları satmaq istədiyini bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid4 məhkəməyə ərizə ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini, keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid4 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Masazır kənd 3 saylı tam orta məktəbin 10-cu sinifini bitirmiş, hazırda işləmir. Raul 11 fevral 2024-cü il tarixdə saat təxminən 22 radələrində ona zəng vurub evə gəlməyi və onlarla birlikdə Qəbələ rayonuna gedəcəyini bildirmişdir. O, evə gələndə evdə qardaşı Raulun tanışları Eymirbəy və Orxan onlarda olmuşdur. Onlar, yəni Raul, Raulun arvadı Məhin o, Eymirbəy və Orxan b:dikdə Qəbələ rayonuna getmək üçün Xırdalan şəhərinə avtomobil kirayəyə götürməyə gedmişlər. Raulun tanışı X8 maşınını götürmüşdür. Kamil əvvəl r aşını vermək istəməmişdir. Raulun ona köhnədən 500 manat verəcəyi olmuş, Eymirbəy Kamilə demişdir ki, sabah Raulun borcunu və avtomobilin kirayə pulunu karta ödəyəcəkdir. Kamil isə etiraz etməyib Raulun adına sənəd yazıb maşını vermişdir. Onlar həmin maşınla Qəbələ rayonuna yollanmışlar. Raulun Qəbələdə tanışı olduğu üçün zəng vurub qalmaları üçün ev danışmışdır. Səhər saat 05 radələrində Raulun Qəbələ rayonu, Vəndam kəndində tapdığı evə gəlmişlər. Orada bir neçə saat dincəldikdən sonra Raul, Mehin və Eymirbəy demişlər ki, Qəbələ şəhərinə Eymirbəyin qızılını satmağa gedirlər. O, isə Orxanla evdə qalmış, təxminən 1 saat sonra onlar gəlmiş, yemək-içmək almışlar. Onlar evin şəraiti pis olduğu üçün həmin ev sahibi ilə danışıb 100 manat pul verib evdən çıxıb başqa ev axtarmışlar. Raul internet vasitəsi ilə Qəbələ rayonu ilə İsmayıllı rayonu arasında olan kənddən qalmaları üçün ev tapmış və onlar həmin evə getmişlər. X10 birlikdə Qəbələ şəhərinə alış- veriş üçün getmiş, o isə yorğun olduğum üçün yatmışdır. Oyananda artıq Eymirbəylə Orxan evdə olmuş, sonuncular özlərinə paltar, həmçinin yemək və içki almışlar. Axşam evdə çörək yemiş, səhər saat təxminən 05 radələrində Raul və o maşınla gəzməyə çıxmışlar. Qəbələ şəhəri istiqamətinə gedəndə kənd ərazisində Raul idarəetməni itirib maşını yolun kənarında daşlıq əraziyə salmış, bu səbəbdən maşında nasazlıq yaranmışdır. Avtomobili sürmək olmadığı üçün maşını orada saxlayıb evə qayıtmışlar. Raul maşını daşlığa saldığını və xarab olduğunu demiş, orada olanda Eymirbəyin anasının zəng vuraraq təcili evə qayıtmasını dediyi üçün Eymirbəy evə qayıtmaq üçün taksi çağırmışdır. Taksi gəldikdən sonra Raul evakuator nömrəsi tapıb çağırmış və Eymirbəy 300 manat maşını evakuatorla aparmaq üçün pul vermişdir. O, isə evakuatorla maşını Xırdalana gətirmiş, Raul, Mehin, Eymirbəy və Orxan isə taksi ilə gəlmişlər. Səhəri gün Raul “Rent-a-car”00a gedib Kamilə demişdir ki, atası ilə danışıb maşını təmir etdirəcəkdir. 16 fevral 2024-cü il tarixdə evdə olduqları zaman polis əməkdaşları onların evinə gəlib qardaşı Raulu və qardaşının həyat yoldaşı Mehini və onu polisə dəvət etmişlər. Polis idarəsinə gələndə məlum olmuşdur ki, Eymirbəy, Raul, Məhin və Raulun dostu Nihad əvvəlcədən planlaşdırıb Eymirbəyin qohununun evində olan qızılları oğurlamışlar. Qızılları evdən Nihadın oğurladığını və Eymirbəyə verdiyi, Eymirbəy isə onlarla birlikdə rayona gedib həmin qızılları satıb pulu xərcləmişdir. Göstərmişdir ki, həmin oğurluq hadisəsindən onun əvvəlcədən məlumatı olmamış, bu barədə ona heç kim deməmişdir. Eymirbəyin, Raulun, Məhinin və Nihadın oğurluqdan məlumatları olduğunu polisdə öyrənmiş, Orxan və ona bu barədə deməmişlər. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid2 məhkəməyə ərizə ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini, keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bildirmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid2 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Qəbələ şəhəri, Z.Əliyeva küçəsində yerləşən bazar ərazisində qızılzinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Vergi ödəyicisi kimi qeydiyyata durmuşdur. 12 fevral 2024-cü il tarixdə saat təxminən 09 radələrində dükkanda olan zaman bir nəfər qız və bir nəfər oğlan dükana gəlmiş, həmin qız özündə olan 1 ədəd qızıl boyunbağı, bir ədəd qolbağ, bir cüt sırğa və bir ədəd üzük dəstini təqdim edib həmin qızılları satmaq istədiyini və neçəyə alacağını soruşmuşdur. O, isə qızılları yoxlayıb həmçinin boyunbağının, sırğanın və üzüyün qaşlarını yoxlamışdır. Cəmi 33.32 qram qızılın təmiz çəkisi olmuş, brilliant qaşlar isə Belçika istehsallı 80 sotluq qaşlar olmuş, o, həmin qıza bildirmişdir ki, təqdim etdiyi dəsti 2500 manata ala bilər. Sonuncular razılaşdıqları üçün həmin qadına şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmiş, qadın şəxsiyyət vəsiqəsini ona verdikdən sonra məlum olmuşdur ki, həmin qız Təqsirləndirilən şəxs2dır. O, Məhinin şəxsiyyət vəsiqəsini və aldığı qızılları tərəzi üzərinə qoyub birlikdə foto şəklini çəkmiş və aldığı qızılların qeydiyyatını apardığı jurnalda Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və özünə məxsus qızıl kolye dəstini 2500 manata satması barədə yazaraq imza etmişdir. Bundan sonra 2500 manat pulu Məhinə vermiş, sonuncular dükandan çıxıb getmişlər. Məhin və onun yanında olan oğlan “Hyundai Elantra” markalı avtomobillə gəlmiş, onlar qızılı satarkən Məhin qızılın özünə məxsus olmasını bildirmiş, Təqsirləndirilən şəxs2 satdığı dəsti 18 fevral 2024-cü il tarixdə dükana gələn tanımadığı qadın müştəriyə 2630 manata satmışdır. Göstərmişdir ki, qızılların oğurluq omasını bilməmiş, Məhin bir nəfər oğlanla dükana gəlib ailə olduqlarını və pula ehtiyacları olduğundan özünə məxsus kolye dəstini satmaq istədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-ci maddələrinin tərkib əlamətləri olduğundan fakta bağlı ********* nömrəli cinayət işi başlanmışdır. - “Cinayət əməlinin tövsif edilməsi” haqqında 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-ci maddələrindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. - “Qanuni nümayəndənin təyin edilməsi haqqında” 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, X4 ********* nömrəli cinayət işi üzrə məhdud fəaliyyət qabiliyyətli oğlu xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi qismində təyin edilsin. - “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 16 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 16 fevral 2024-cü il tarixdə, saat 22:10 dəqiqədə Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 18 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 18 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Nəsibov X6 RPİ-nin MSY-dən azad olunmaqla, barəsində “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 mart 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. - “Təqsirləndirilən şəxsə yenidən ittiham etmək haqqında” 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrdə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 18 fevral 2024-cü il tarixdə seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 16 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 16 fevral 2024-cü il tarixdə, saat 19:10 dəqiqədə Təqsirləndirilən şəxs4 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 18 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Xəyyam Rüstəmovun xx.xx.2024-cü il tarixli vəsatəti təmin edilməmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə, MSY-dən azad olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 mart 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. - “Təqsirləndirilən şəxsə yenidən ittiham etmək haqqında” 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində 18 fevral 2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 16 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 16 fevral 2024-cü il tarixdə, saat 20:10 dəqiqədə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 18 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 18 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Xəyyam Rüstəmovun xx.xx.2024-cü il tarixli vəsatəti təmin edilməmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə, MSY-dən azad olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 mart 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. - “Təqsirləndirilən şəxsə yenidən ittiham etmək haqqında” 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 18 fevral 2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 16 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 16 fevral 2024-cü il tarixdə, saat 21:00 dəqiqədə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-157/2024 saylı, qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2024-cü il tarix, saat 23:10-dan hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 mart 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. - “Təqsirləndirilən şəxsə yenidən ittiham etmək haqqında” 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxslərin hər birinə isnad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə, cinayət işinin materiallarına və məhkəmə istintaqı dövründə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, ibtidai istintaq dövründə təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 cinayətin törədilməsində icraçı kimi yalnız özü iştirak etmiş, digər şəxslər yəni, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 isə cinayətin törədilməsində bilavasitə birgə icraçı kimi iştirak etməmiş, obyektiv tərəfinin icraçısı olmamış və köməkçiyə aid vəzifələri yerinə yetirməklə, köməkçi kimi iştirak etmişdirlər. Onlar cinayətin törədilməsi ilə əldə olunmuş əmlakı sataraq vəsaiti birlikdə xərcləmək barədə əvvəlcədən razılığa gəlsələr də mənzilə daxil olmada və ya rolların bölgüsünə uyğun olaraq hadisə yerində iştirak edərək cinayətin törədilməsinə bilavasitə köməklik göstərməmiş, cinayətin törədilməsini asanlaşdırmamışdılar, əksinə Təqsirləndirilən şəxs3 hadisə yerinə tək getmiş və onlar sonuncunu Təqsirləndirilən şəxs4 yaşadığı mənzildə gözləmişdirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.4-cü maddəsin əsasən “bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs, həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb olunur”. Odur ki, cinayətin icraçısı ilə eyni bir cinayətin törədilməsinə iştirak etmiş şəxsin əməli, onun yerinə yetirdiyi roldan asılı olaraq icraçının əməlinə müvafiq surətdə təşkilatçıdırsa – həmin Məcəllənin 32.3-cü maddəsinə, təhrikçidirsə - həmin Məcəllənin 32.4-cü maddəsinə, köməkçidirsə - həmin Məcəllənin 32.5-ci maddəsinə istinad olunmaqla icraçının (xüsusi subyektin) əməlinə müvafiq surətdə tövsif olunmalıdır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 05 may 2022-ci il tarixli qərarına əsasən cinayət hüquq normasında tövsifedici əlamət kimi göstərilmiş qabaqcadan əlbir olan bir qrup şəxs anlayışı hər hansı formada iştirakçılığı deyil, məhz qabaqcadan əlbir olan dəstənin cinayətin obyektiv cəhətinin icrasında birgə iştirakını nəzərdə tutur. Məsələn, əməl o halda Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilə bilər ki, özgənin əmlakını gizli olaraq talamada dəstə üzvlərindən ən azı iki nəfər iştirak etmiş olsun. Cinayətin obyektiv cəhətinin bir nəfər tərəfindən icra edildiyi, digər iştirakçıların isə başqa funksiyaları yerinə yetirdiyi halda, cinayət əməli qabaqcadan əlbir olan bir qrup şəxs əlaməti üzrə ittihamdan xaric edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ittihamdan xaric edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittiham üzrə oğurluq əməlinin törədilməsində bilavasitə iştirak etmiş icraçı olmadıqlarından və həmin əməlin tördədilməsində köməkçi olaraq funksiyaları yerinə yetirdiklərindən nəticə olaraq əməldə birgə iştirakçılıq istisna olduğundan onlara qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə verilmiş ittiham xaric edilməli, əməl düzgün olaraq həmin Məcəllənin 32,177.2.3 və 32,177.2.4-cü maddələrinə tövsif edilməlidir. Odur ki, məhkəmə tövsif edilən əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmadığı nəticəsinə gələrək, Məcəllənin Ümumi hissəsinin müddəalarının nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməsi qənaətindədir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Hazırki cinayət işində dörd nəfər təqsirləndirilən şəxs olduğundan məhkəmə cəza təyini məsələsini hər bir təqsirləndirilən şəxsə münasibətdə təhlil etməyi məqsədəmüvafiq hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmamışdır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 oğlu yetkinlik yaşına çatmayan olduğundan cəza təyin edilərkən həmçinin aşağıdakılar da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən cəzanın təyin olunmasının ümumi əsasları ilə, yəni törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, yeniyetmənin həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 428.2-ci maddəsinə əsasən cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 oğlunun törətmiş olduğu əmələ münasibətdə ona azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi ilə şəxsin islah olunması mümkündür. Qeyd olunduğu kimi yetkinlik yaşına çatmayanalara münasibətdə azadlıqdan məhrum etmə ağır cinayət törətməsi və ya zor tətbiq etməklə cinayət törətməsi halları olduğu təqdirdə təyin edilə biləcək cəza olaraq nəzərə alınmışdır. Hazırki halda isə Təqsirləndirilən şəxs3 tərəfindən törədilmiş olan əməl az ağır cinayətlər kateqoriyasına aid olmaqla, dəymiş zərər ödənilmişdir. Bundan əlavə məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs3 test imtahanlarında iştirak edərək yaxşı nəticə əldə etməsi, ali təhsil alaraq cəmiyyət üçün faydalı olmaq istəyi və əməlindən peşman olduğu müəyyən edilmişdir. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “ ... cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsdə şəxsi məsuliyyət hissini inkişaf etdirərək onu cəmiyyətə qaytarmaq və cəmiyyətdə faydalı rol oynamaqla uşağın düzgün inkişafına kömək etməkdir. Cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların islah olunması, daha ağır cəzaların tətbiqinin qarşısının alınması, onlar tərəfindən törədilən cinayətlərin residiv müəyyən edilərkən nəzərə alınmaması, yetkinlik yaşına çatmamanın cəzanı yüngülləşdirən hal olması kimi qaydalara əsaslanır. Yetkinlik yaşına çatmayan şəxsə təyin edilən cəzanın əsas məqsədi onun cəzalandırılması deyil, günahını dərk etməsi və gələcəkdə hüquqazidd əməllər törətməsinin qarşısının alınması, uşağın olduğu mühitdən çıxarılaraq qorunması, cinayət törətmənin həyat tərzinə çevrilməsinin qarşısının alınması, yəni uşağın sağlamlaşdırılmasıdır. Bu cür cəzalandırma hüquq və qanuni maraqlarının maksimum müdafiəsi və cəmiyyətə yenidən qazandırmaq məqsədi ilə onların fərdi profilaktik tərbiyəsinə yönəlmişdir. Belə vəziyyətdə dövlət, inancları tam formalaşmamış yetkinlik yaşına çatmayanların inkişafı və əməllərini vaxtında dərk etməsi, düzgün seçim etməsi və gələcəkdə düşünülməmiş hərəkət etməməsi üçün müvafiq tədbirlərdən istifadə edir. Bu yanaşma Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamından da irəli gəlir”. Göründüyü kimi yetkinlik yaşına çatmayanalara cəza təyin edilməsinin məqsədi cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsdə şəxsi məsuliyyət hissini inkişaf etdirərək onu cəmiyyətə qaytarmaq və cəmiyyətdə faydalı rol oynamaqla uşağın düzgün inkişafına kömək etməkdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədə müvafiq deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən cinayət əməlinin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini, ona qarşı heç bir şikayət, tələb və mülki iddianın olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3un əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayətin törədilməsində rolunu, eləcə də, özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yetkinlik yaşına çatmamasını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs3 onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şossesində yerləşən yaşayış evini tərk etməmək, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində “nəzarət altına vermə qətimkan” tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini, ona qarşı heç bir şikayət, tələb və mülki iddianın olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayətin törədilməsində rolunu, eləcə də, özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3-və 158.6-cı maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə həbsdə olduğu 04 ay 26 gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmaqla, bu müddət cəzadan çıxalaraq, qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs4 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs4 cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini, ona qarşı heç bir şikayət, tələb və mülki iddianın olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs4 onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3-və 158.6-cı maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini, ona qarşı heç bir şikayət, tələb və mülki iddianın olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini, qadın olmasını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3-və 158.6-cı maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 30 saat üçün nəzərdə tutulan 180 manat, digər Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 30 saat üçün nəzərdə tutulan 180 manat, digər Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 30 saat üçün nəzərdə tutulan 180 manat və təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs4 məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs3 qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə verilmiş ittiham xaric olunsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şossesində yerləşən ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə verilmiş ittiham xaric olunsun. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələrinə tövsif edilsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 həbsdə olduğu 04 ay 26 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 08 (gün) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs4 qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə verilmiş ittiham xaric olunsun. Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələrinə tövsif edilsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 8 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4a göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə verilmiş ittiham xaric olunsun. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 32.5, 177.2.3 və 32.5, 177.2.4-cü maddələrinə tövsif edilsin və ona 01 (bir) il, 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar