Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-77/2020 18.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1982-ciildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu Ş.İ.Xətai küçəsi, bina 32, mənzil 56-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə xx xxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs işlətdiyi Abşeron rayonu Saray qəsəbəsində "Əsli" marketin yaxınlığında yerləşən lombardda onunla razılığa gəlib hesablaşaraq 22.19 qram kütləli, 925 əyarlı gümüşdən hazırlanmış, üzərinə 750 əyarlı qızıl suya çəkilmiş, qaşları qiymətli qaşlara aid olmayan, kustar üsulla hazırlanmış 88 (səksən səkkiz) manat dəyərində olan sırğa cütü, üzük-klon dəstini qızıl məmulatları kimi təqdim edərək onu inandırıb aldadaraq, həmin qızıl məmulatlarını girov qoyub onun 900 (doqquz yüz) məbləğində pulunuələ keçirərək, Zərərçəkmiş şəxs 900 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdiki, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində olan zaman ona pul lazım olduğu üçün anasından ona yadigar qalan və üzərində gəzdirdiyi bir ədəd üzük, bir ədəd sırğa və bir ədəd klonu həmin qəsəbədə yerləşən lombard mağazasına gəlib orada işləyən qadınla sövdələşərək həmin qızılları girov qoyub əvəzində ondan 900 (doqquz yüz) manat pul almışdır. O, lombard mağazasına 20 yanvar metrosunda tanış olduğu İlkinlə birlikdə getmişdir. Bundan sonra həmin pulu götürüb çıxıb getmiş, təxminən 15-20 dəqiqə sonra lombardda işləyən qadın ona zəng edib lombarda qayıtmağı, onun verdiyi üzük, sırğa və klonun qızıl olmadığını, ona görədə onları götürüb pulunu geri qaytarmağı bildirmişdir. O, qızıl əşyalarının qızıl olmadığını həmin vaxt bilmişdir. Ona zəng edən lambardın işçisinə narahat olma pulunu gətirib verəcəm desədə oraya qayıtmamış, həmin pulları borcuna vermişdir. O, Milion vasitəsi ilə həmin xanıma 100 (yüz) manat pul göndərmiş, sonradan xanım ondan polisə şikayət edəcəyini bildirdiyindən qorxduğu üçün pulları gətirib ona verməmişdir. Lakin məhkəmə gedişatında ona vurulmuş 800 manat pulu Zərərçəkmiş şəxs qaytarmış, zərərçəkmiş şəxs isə notarial qaydada təsdiq olunmuş ərizə yazaraq onunla barışdığını, şikayətçi olmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Goranboy rayonu Balakürd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında övladları ilə birlikdə yaşayır. Saray qəsəbəsində "Əsli" marketin yaxınlığında lombard mağzasını icarəyə götürərək həyat yoldaşı ilə işlədir. xx.xx.2019cu il tarixdə saat 17:19 radələrində iki nəfər tanımadığı şəxs işlədiyi mağazaya daxil olub pul götürmək istədiklərini bildirərək bir cüt sarı rəngli sırğa, bir əd qadın üzüyü və bir ədəd klonu və şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, əvəzində isə qızıl əşyalarının girov götürməklə ona 900 (doqquz yüz) manat pul vermişdir. Sənədləşməni isə Təqsirləndirilən şəxs adına etmişdir. Həmin əşyalara baxsada əvvəlcə qızıl olduğunu düşünmüşdür. Verilən əşyaları 850 manat məbləğində dəyərləndirsədə onların təkidi ilə 900 (doqquz yüz) manat pul vermişdir. Təxminən 10 dəqiqə sonra qızıl adı ilə ona verilmiş əşyaların qızıl olmadığı məlum olmuş, dərhal Sahil adlı şəxsə zəng edib öz əşyalarını götürüb onun pulunu qaytarmasını xahiş etmişdir. Lakin Sahil adlı şəxs 10 dəqiqəyə gələcəyini desədə gəlmədiyi üçün DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs yanında gələn şəxs özünü ona İlkin kimi təqdim etmişdir. Dəfələrlə Sahilin istifadəsində olan telefonla əlaqə saxlayıb ondan pulunu istədikdə verəcəyini desə də Sahil pulunu qaytarmamışdır. Sahil təxminən xx.xx.2019-cu il tarixdə saat təxminən 17:05 radəsində ona məxsus “bir kart” kredit kartına 100 (yüz) manat pul göndərmiş, qalan 800 (səkkiz yüz) manat pulu isə məhkəmə gedişatında vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işinə əlavə olunmuş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2019cu il tarixli, 11725 saylı rəyindən görünür ki, tədqiqata tədim olunmuş 22,19 qram kütləli sırğa cütü üzük kulon dəsti 925 əyarlı gümüşdən hazırlanmışdır, üzərində 750 əyarlı qızıl suyu çəkilmişdir. Qaşları qiymətli qaşlara aid deyildir. Sırğa sırğa cütü üzük kulon dəsti kustar üsulla (sex üsulu) hazırlanmışdır. Cinayət işinə əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 14040/14041 saylı rəyindən görünür ki, aparılmış fiziki kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla ekspertiza tədqiqatına təqdim edilmiş 22,19 qram kütləli sırğa cütü üzük kulon dəstinin 2019-cu ilin aprel ayına pərakəndə satış qiyməti təxminən 88.00 manat müəyyən edilir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin ifadəsi və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 69.4-cü maddəsinə əsasən 1200 (min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə cərimənin məbləğini dövlət nəfinə tam olaraq ödənilmişdir. Cinayət işinə əlavə olunmuş Gəncə şəhər Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli, 221669/17 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 7(043)-47/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixdə tutulduğu nəzərə alınaraq, ödənilməmiş qalan 200 manat hissəsinin ödənilməsindən azad edilmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 1000 (min) manat məbləğində cəriməni xx.xx.2019-cu il tarixdə tam şəkildə dövlət büdcəsinə ödəmişdir. Cinayət işinə əlavə olunmuş, Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı onun ifadəsində göstərilənlər tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zidiyyətli ifadə verərək, təqsirli olmasını etiraf etməmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şübhəli şəxs qismində tutulduğu zaman Təqsirləndirilən şəxs özünün yazdığı ilkin izahatında və təqsirləndirilən şəxs qismində ifadə verdiyi zaman ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan dələduzluq, yəni zərərçəkmiş şəxsin əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə etdiyi hərəkəti təsdiq etmiş, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş, zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmaması və onunla barışması barədə notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ziddiyyətli ifadələr verməkdə məqsədi hər vasitə ilə cinayət məsuliyyətindən yaxa qurtarmaq, özünü müdafiə etmək olmuşdur. Təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilməsədə, Zərərçəkmiş şəxs onunla barışması və vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükəli törətməyən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri xitam olunmalıdır. Cinayət nəticəsində dəymiş ziyan 900 manat pul məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 90 (altmış) manat məbləğində pul, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 90 (altmış) manat məbləğində pul, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-77/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-77/2020
18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver