Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-77/2022 17.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməyən, Laçın rayonu, Sonasar kəndində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 9, mənzil 64-də yaşamış, Abşeron Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 26.08.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 avqust 2021-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant şəhərciyində yerləşən kişi salonunun plastikdən olan qapısını yerdən götürdüyü dəmir parçası ilə açmaqla içəri qanunsuz daxil olaraq, oradan vətəndaş Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 25 manat olan ümumi 50 manat dəyərində 2 ədəd saçqırxanı, bir ədəd 5 manat dəyərində saç qayçısını, bir ədəd 5 manat dəyərində saç düzəldən qayçını, bir ədəd 250 manat dəyərində saçqırxanı, bir ədəd 10 manat dəyərində qara rəngli «Sokany» markalı 8898 modelli saç fenini, bir ədəd 80 manat dəyərində qayçını, hər birinin dəyəri 1 manat olan ümumi 2 manat dəyərində 2 ədəd sadə darağı, hər birinin dəyəri 1 manat olan ümumi 4 manat dəyərində 4 ədəd şotka darağı, hər birinin dəyəri 1 manat olan ümumi 2 manat dəyərində 2 ədəd sadə şotkanı, hər birinin dəyəri 2 manat olan ümumi 4 manat dəyərində 2 ədəd ülgücü gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 412 manat dəyərində ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq etdiyinə və narkotik vasitələrin qanusuz saxladığıma görə məhkum olunmuş və 1 il 3 ay müddətinə həbs cəzasına məhkum edilmişdir. Cəzasını 5 saylı cəzaçəkmə müəssisəsində çəkmiş və 2020-ci ilin 24 noyabr tarixində cəzadan azad edilmiş, hazırda heç bir yerdə işləmir. Yaşadığı şəhərcikdə təxminən evindən 500-700 metr aralıda kişi salonu fəaliyyət göstərir, həmin kişi salonunu işlədən şəxsi tanımır və onula heç bir ədavəti, düşmənçiliyi yoxdur. 23 avqust 2021-ci il tarixdə yaşadığı ərazidə olmuş, maddi vəziyyəti pis olduğu üçün oğurluq etməyi qərara almışdır. Bu məqsədlə yaşıdığı ərazidə gəzişərkən şəhərcikdə yerləşən əvvəllər tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs məxsus kişi salonuna girib oradan oğurluq etməyi qərara almış, bu məqsədlə 24 avqust 2021-ci il tarixdə gecə saat 04 radələrində yaşadığı Qarant şəhərciyində yerləşən kişi salonunun qarşısına gəlmişdir. Yerdən götürdüyü dəmir parçası ilə həmin kişi salonuna yaxınlaşmış, kişi salonunun giriş qapısı plastikdən olmuş, ətrafa baxmış, kənar şəxslərin olmadığına əmin olub dəmir parçası ilə kişi salonuna yaxınlaşmış və plastik qapının qıfıl yerinə dəmir parçasını salıb sıxaraq qapını açmış və salona daxil olmuşdur. Kişi salonunda olan daraqları, üzqırxanları, feni, qayçıları götürüb paketə yığmış və cəld salonu tərk etmişdir. Oğurladığı əşyaları götürüb yaşadığı evə qayıtmış, evdə heç kəs olmamış, ailə üzvləri hüzür mərasimi ilə əlaqədar evdə olmuşlar. Səhəri günü oğurladığı daraqları, ülgücləri, feni, qayçıları götürüb Binəqədi rayonuna Çentralnı deyilən yerə aparmış, orada yerləşən kişi salonuna girib həmin əşyaları orada işləyən bərbər adını sonradan bildiyi Mahmud adlı şəxsə təqdim etmiş, həmin şəxsə əşyaların ona borc pul əvəzinə verildiyini demiş və satmaq istədiyimi bildirmişdir. Həmin Mahmud adlı şəxs satmaq istədiyi əşyaların oğurluq olub-olmadığını soruşmuş, lakin həmin əşyaları oğurladığı barədə həmin bərbərə bir söz deməmişdir. Oğurladığı bir ədəd elektrik maşinkasını isə Binəqədi rayonu ərazisində üzdən tanıdığı şəxsə 20 manata satmış, həmin maşinkanı satdığı şəxsə də onun oğurluq olması barədə bir söz deməmiş, əldə etdiyi pulları öz şəxsi tələbatım üçün xərcləmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant şəhərciyində yerləşən binanın birinci mərtəbəsində kişi salonu işlədir. Hər gün səhər saat 10 radələrində salonu açıb gün ərzində müştərilərə xidmət edir və axşam saat 22 radələrində salonu bağlayıb evinə gedir. 23 avqust 2021-ci il tarixdə də həmişə olduğu kimi səhər saat 10 radələrindən axşam saat 22 radələrinədək salonda işdə olmuş və müştərilərə xidmət göstərmiş, saat 22 radələrində salonu bağlayıb evinə getmişdir. 24 avqust 2021-ci il tarixdə səhər saat 10 radələrində salonu açmaq üçün gəldikdə salonun giriş qapısının açıq olduğunu görmüş, belə ki, salonun giriş qapısının qıfılı sındırılmış vəziyyətdə olmuşdur. Bundan sonra salona daxil olduqda orada gündəlik müştərilə xidmət göstərərkən istifadə etdiyi bir ədəd saç qırxanın, bir ədəd fenin, 8 ədəd müxtəlif ölçülü darağın, 2 ədəd ülgücün oğurlandığını aşkar etmış və baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə məlumat vermişdir. Göstərmiqdir ki, işlətdiyi kişi salonundan hər birinin dəyəri 25 manat olan ümumi 50 manat dəyərində 2 ədəd saç qırxan, bir ədəd 30 manat dəyərində saç qayçısı, bir ədəd 20 manat dəyərində saç düzəldən qayçı, bir ədəd 250 manat dəyərində saç qırxan, bir ədəd 70 manat dəyərində fen, bir ədəd 80 manat dəyərində qayçı, ümumi 20 manat dəyərində 8 ədəd müxtəlif ölçülü darağ, hər birinin dəyəri 5 manat olan ümumi 10 manat dəyərində iki ədəd ülgüc oğurlanmış və baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 530 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 4-5 il olar ki, Bakı şəhəri, Binəqədi rayonu, Çentralnı deyilən yerdə yerləşən bərbərxanada bərbər kimi fəaliyyət göstərir. İşlədiyi bərbərxanada iki bərbər işləyir, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. 24 avqust 2021-ci il tarixdə həmişə olduğu kimi işlədiyi bərbərxanada olmuşdur. Həmin günü axşam radələrində, təxminən saat 17-18 radələrində Təqsirləndirilən şəxs işlədiyi bərbərxanaya gəlmiş, Təqsirləndirilən şəxs ilk dəfə bərbərxanaya gəlsə də, özünü peşman olmuş şəxs kimi göstərmiş və özünü bərbər kimi təqdim edərək artıq işindən bezikdiyini deyib bir daha bu işi işləmək fikri olmadığını bildirmiş, əlində olan bərbər alətlərini ona göstərib həmin alətlərin də özünə məxsus alətlər olduğunu demişdir. Seymur adlı şəxs həmin alətləri dəyərindən çox aşağı satdığını bildirib həmin əşyaları ondan almağı xahiş etmiş, onu ilk dəfə gördüyü üçün əvvəlcə təqdim etdiyi malların oğurluq olub-olmaması ilə bağlı maraqlanmış, lakin Seymur onu tam əmin etmişdir ki, özü bərbər olduğundan həmin əşyalar onun özünə məxsusdur. Onun gətirdiyi əşyalara baxdıqda onların uzun müddət istifadədə olmuş əşyalar olduğunu görmüş, həmin əşyalardan özündə olmasına baxmayaraq, Seymur təqdim etdiyi əşyaları özü üçün ehtiyat alət kimi almağı qərara almış, buna baxmayaraq həmin Seymur adlı şəxsdən bir daha həmin əşyaların oğurluq olub-olmaması ilə bağlı maraqlanmış, Seymur onu bir daha əmin edib əşyaların özünə məxsus olduğuna inandırmış və o da sonuncunun sözlərinə inanıb Seymurun təklif etdiyi 15 manat müqabilində həmin işlənmiş əşyaları, yəni qayçıları, daraqları, bir ədəd qara rəngli istifadə olunmuş feni, pamazokları ondan almışdır. Seymur isə ondan pulu alaraq halallaşmış və bir daha ona satdığı mallarla bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bildirib çıxıb getmişdir. 26 avqust 2021-ci il tarixdə işlədiyi bərbərxanada olarkən polis əməkdaşları oraya gəlmiş və onun Seymurdan aldığı əşyaların oğurluq olduğunu bildirmişlər. Belə olduqda həmin əşyaların oğurluq olmasından xəbərsiz olduğunu bir daha polis əməkdaşlarına demiş və ona satılmış daraqları, feni, ülücləri, qayçıları polis əməkdaşlarına könüllü təhvil vermişdir. Göstərmişdir ki, əşyaları Seymurdan almazdan əvvəl ondan malların oğurluq olub-olmadığı barədə dəfələrlə soruşmuş, lakin Seymur hər dəfə özünün bərbər olduğunu deyərək bu işdən bezikdiyini və bir daha bərbər işləməyəcəyini deyərək əşyalarını dəyər-dəyməzinə satdığını ona demiş, o da sonuncunun sözlərinə inanıb həmin əşyaları ondan almış, əşyaların oğurluq olması barədə heç bir məlumatı olmamış və Seymur adlı şəxs əvvəllər ona hər hansı əşya satmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.10.2021-ci il tarixli, 9/6375 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 2021-ci ilin avqust ayına -- 2 ədəd sadə saç qayçısı – 10 manat (2x5m); 1 ədəd qara rəngli «Sonaky» markalı, 8898 model saç feni- 10 manat; 2 ədəd sadə daraq – 2 manat (2x1m); 4 ədəd sadə şotka daraq – 4 manat (4x1m); 2 ədəd qatlanan ülgüc – 4 manat (2x2m); 2 ədəd sadə şotka – 2 manat (2x1m) müəyyən edilir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 2 ədəd sadə saç qayçı,1 ədəd qara rəngli «Sonaky» markalı, 8898 model saç feni, 2 ədəd sadə daraq, 4 ədəd sadə şotka daraq, 2 ədəd qatlanan ülgüc, 2 ədəd sadə şotka maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 06.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24.11.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Abşeron rayon polis idarəsinin 26.08.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 26.08.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26.08.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd sadə saç qayçı,1 ədəd qara rəngli «Sonaky» markalı, 8898 model saç feni, 2 ədəd sadə daraq, 4 ədəd sadə şotka daraq, 2 ədəd qatlanan ülgüc, 2 ədəd sadə şotka ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə 50 (əlli) manat məhkəmə-əmtəəşünaslıq ekspertizanın xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, məhkəmə istintaq zamanı təqsirləndirilən şəxs X2 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 26.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd sadə saç qayçı,1 ədəd qara rəngli «Sonaky» markalı, 8898 model saç feni, 2 ədəd sadə daraq, 4 ədəd sadə şotka daraq, 2 ədəd qatlanan ülgüc, 2 ədəd sadə şotka ibtidai istintaq zamanı saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə 50 (əlli) manat məhkəmə-əmtəəşünaslıq ekspertizanın xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından məhkəmə istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi oğlunun 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-77/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-77/2022
17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver