Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-770/2024 04.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Astara rayonu, Pensər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, Astara rayonu, Kijəbə qəsəbə ərazi dairəsi, Ojakəran kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs sonuncunun qardaşı X1 Latviya Respublikasına getmək üçün viza düzəldəcəyinə dair yalan vəd verib inandıraraq Zərərçəkmiş şəxs 2022-ci ilin iyun ayında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Firuzə” restoranında 500 manat, bundan bir neçə gün sonra yenidən həmin restoranda 1200 manat, 15 iyul 2022-ci il tarixdə ona məxsus "xxxx" ASC-nə aid 4169 7385 0418 2746 nömrəli kart hesabına mobil tətbiq vasitəsilə köçürülən 500 manat, 09 dekabr 2022ci il tarixdə həmin kart hesabına mobil tətbiq vasitəsilə köçürülən 100 manat və sonuncu dəfə isə 27 dekabr 2022-ci il tarixdə eyni kart hesabına Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 95 ünvanında yerləşən “Araz” marketdəki ödəniş terminalı vasitəsilə köçürülən 800 manat, ümumilikdə 3100 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərər çəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ildə tanıdığı X2 və sonuncunun tanışı Ramin adlı şəxsin Almaniya Federativ Respublikasına getmək istəməsi ilə bağlı viza tələb olunmuş, o, bu məsələnin həll edilməsində həmin şəxslərə köməklik göstərmişdir. Vaqif xarici ölkəyə gedib qayıtdıqdan sonra bir il müddət keçdiyindən Latviya Respublikasına getmək üçün yenə də viza tələb olunmuş, 2022-ci ilin may ayında Vaqifin qardaşı Famin onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq Vaqifə viza düzəltməsini xahiş etmiş, o, Faminə vizanı qısa müddət ərzində düzəldəcəyinə dair vəd vermiş, həmçinin bunun üçün Famindən 3100 manat pul istəmiş, Famin də onunla razılaşmışdır. 2022-ci ilin iyun ayında Famindən Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Firuzə” adlı restoranda ilkin olaraq 500 manat pul almışdır. Bir neçə gün sonra isə Famin ona yenə də “Firuzə” restoranında 1200 manat pul vermişdir. O, 2022-ci ilin iyun ayı ərzində Famindən “Firuzə” restoranında ümumilikdə 1700 manat pul almış və həmin vaxt yanlarında heç kəs olmamışdır. Bundan başqa Famin qalan 1400 manat pulu ona məxsus "xxxx" ASC-nə aid 4169 7385 0418 2746 saylı kart hesabına göndərmişdir. Belə ki, Famin ona məxsus 4169 7385 0418 2746 saylı kart hesabına 500 manat, 09 dekabr 2022-ci il tarixdə 100 manat, 27 dekabr 2022-ci il tarixdə 800 manat pul göndərmişdir. O, Zərərçəkmiş şəxs sonuncunun qardaşı X1 xarici ölkəyə getmək üçün viza düzəltmək məqsədilə ümumilikdə 3100 manat pul almış, lakin verdiyi vədinə əməl etməmişdir. Buna görə də 2023-cü ilin aprel ayında 800 manat, 2023-cü ilin may ayında 600 manat olmaqla, Faminə ümumilikdə 1400 manat pul qaytarmışdır. Qalan 1700 manat pulu isə tezliklə qaytaracağına söz vermişdir. Hazırda zərərçəkənə dəyən ziyanı tam olaraq ödəmişdir. Ona görə də, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. O, məhkəmə iclasında ərizə ilə müraciət edərək, iş üzrə özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, ona vurulmuş ziyanı tam ödədiyini bildirərək cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2021-ci ildə qardaşı Vaqif Veysəlov və sonuncunun Ramin adlı tanışı Almaniya Federativ Respublikasına getmək istəyərkən viza tələb olunmuş, o, bu məsələnin həll edilməsini Təqsirləndirilən şəxs xahiş etmiş, Təqsirləndirilən şəxs da xarici ölkəyə getmək üçün viza düzəldilməsi məsələsində onlara köməklik göstərmişdir. Vaqif xarici ölkəyə gedib qayıtdıqdan sonra bir il müddət keçdiyinə görə Latviya Respublikasına getmək üçün yenə də viza tələb olunmuş, o, 2022-ci ilin may ayında Nurlanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq Vaqifə viza düzəltməsini xahiş etmiş, Nurlan ona vizanı qısa müddət ərzində düzəldəcəyinə dair vəd vermiş, həmçinin bunun üçün ondan 3100 manat pul istəmiş, o da Nurlanla razılaşmışdır. 2022-ci ilin iyun ayında Nurlan əlaqə saxlayaraq ondan ilkin olaraq 500 manat pul istəmiş, o, işlədiyi Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Firuzə” restoranında Nurlana 500 manat pul vermiş, bir neçə gün sonra Nurlan ondan 1200 manat pul istəmiş, o, yenə də “Firuzə” restoranında Nurlana 1200 manat pul vermişdir. Nurlan 2022-ci ilin iyun ayı ərzində ondan “Firuzə” restoranında ümumilikdə 1700 manat pul almış və həmin vaxt yanlarında heç kəs olmamışdır. Sonrakı müddətdə Nurlan ondan qalan 1400 manat pulu tezliklə verməsini xahiş etmiş və pulu göndərməsi üçün ona özünə məxsus "xxxx" ASC-nə aid 4169 7385 0418 2746 saylı kart hesabını təqdim etmişdir. O, Nurlanın təqdim etdiyi 4169 7385 0418 2746 saylı kart hesabına 15 iyul 2022-ci il tarixdə mobil tətbiq vasitəsilə 500 manat, 09 dekabr 2022-ci il tarixdə mobil tətbiq vasitəsilə 100 manat və 27 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 95 ünvanında yerləşən “Araz” marketdəki ödəniş terminalı vasitəsilə 800 manat pul göndərmişdir. O, qardaşı X1 Latviya Respublikasına getmək üçün viza düzəldilməsi məqsədilə, sonuncu dəfə 27 dekabr 2022ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 95 ünvanında yerləşən “Araz” marketdəki ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus 4169 7385 0418 2746 saylı kart hesabına 800 manat pul göndərməklə, Təqsirləndirilən şəxs ümumilikdə 3100 manat pul vermiş, lakin sonradan Nurlanın onun etibarından istifadə edərək yalan vəd verib 3100 manat pulunu dələduzluq yolu ilə ələ keçirtməsini başa düşmüşdür. Buna görə də Nurlandan dəfələrlə pulunu geri qaytarmasını tələb etmiş, Nurlan isə pulu tezliklə qaytaracağına söz vermişdir. Nurlan 2023-cü ilin aprel ayında 800 manat, 2023-cü ilin may ayında 600 manat pulu ona məxsus bank kartına göndərərək ona ümumilikdə 1400 manat pul qaytarmış, qalan 1700 manat pulu isə müxtəlif bəhanələr gətirərək qaytarmaqdan boyun qaçırtmış, bu səbəbdən də Nurlan barəsində şikayət etmək qərarına gəlmişdir. Qardaşı Vaqif və tanışı X3 hal-hazırda Almaniya Federativ Respublikasının Berlin şəhərindədirlər. Nə zaman qayıdacaqları barədə məlumatı yoxdur. O, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs heç bir halda şikayətçi olmadığını, aralarındakı münasibətlərə (pul məsələsi) hələ istintaq dövründə aydınlıq gətirdiklərini bildirərək, işə xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitram olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri-mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-770/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-770/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver