Məhkəmə qərarları › İş №1(012)-770/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-770/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-770/2025 20.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X10 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədilə 29 sentyabr 2024-cü il tarixdə, saat 06 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə piyada hərəkətdə olan zaman sonuncunun əlində tutduğu pul kisəsində pul olduğunu görüb Zərərçəkmiş şəxs qəsdən sinə nahiyəsindən itələməklə qarın və sağ bayır topuq nahiyələrinin sıyrıqları və sağ ayağın üst səthinin qançırı xəsarətləri ilə nəticələnən həyatı və sağlamlığı üçün təhlükəli olmayan fiziki zor tətbiq edib içərisində 806 manat pul olan 5 manat dəyərində pul kisəsini dartıb əlindən alaraq açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədilə həyatı və sağlamlığı üçün təhlükəli olmayan fiziki zor tətbiq edib Zərərçəkmiş şəxs içərisində 806 manat pul olan 5 manat dəyərində pul kisəsini dartıb əlindən alaraq soyğunçuluq etməmişdir. Belə bir əməli törətməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Lakin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs atası X5 vasitəsilə tanımışdır. Belə ki, 2024-cü ilin may ayında cəzaçəkmə müəssisəsindən çıxandan sonra atası Novruz Mahmudov ona Zərərçəkmiş şəxs adlı xanımla münasibətinin olduğunu və onların birlikdə Püstəxanıma məxsus ünvan 3 ünvanında yaşadıqlarını demişdir. Oda aradabir onlarla birlikdə, çox vaxt isə anasının yaşadığı ünvan 4 ünvanında yaşamışdır. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra hər hansı bir yerdə işləmədiyindən və gündəlik maddi təlabatını ödəmək üçün tez-tez pula ehtiyacı yaranmışdır. Püstəxanım ilə birlikdə alış-verişə gedərkən üzərində gəzdirdiyi pul kisəsində mütəmadi olaraq pul olduğunu görmüşdür. Bu səbəbdən Püstəxanımın pul kisəsindəki pulunu ələ keçirtmək üçün 29 sentyabr 2024-cü il tarixdə saat 05 radələrində sonuncunu yuxudan oyadıb pulunun olmadığını, bu səbəbdən birlikdə siqaret almaq üçün dükana getmək istədiyini bildirmişdir. Püstəxanım isə etiraz etməyərək pul kisəsində özü ilə birlikdə götürüb yaşadıqları ünvanın yaxınlığında yerləşən marketə doğru piyada olaraq hərəkət etməyə başlamışlar. Küçədə olduqları zaman o Püstəxanıma qəsdən ədədlə siqaret istədiyini bildirib kioska gedəcəklərini demişdir. Püstənxanımdan qəpiklə pul istəməkdə məqsədi isə sonuncunun üzərində olduğu pul kisəsini çıxartması olmuşdur. Püstəxanım ona üzərində qəpik pul olmadığını, ancaq kağız pulların olduğunu demiş və pul kisəsini açıb ona kağız pul vermək istəyərkən o dərhal Püstəxanımın əlindəki pul kisəsini alıb əli ilə sonuncunun sinə nahiyəsindən itələyib yerə yıxaraq dərhal oradan qaçıb uzaqlaşmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ildə X6 ilə dini nikah bağlayıb evlənmişdir. O sonuncu ilə evlənən zaman Novruz Məmmədov birinci arvadının öldüyünü, bir qızı və bir oğlunun olduğunu, 2000-ci il təvəllüdlü oğlu Təqsirləndirilən şəxs cinayət törədərək cəzaçəkmə müəssisəsində olduğunu qızının isə ailə həyatı qurub ailəsi ilə birlikdə yaşadığını bildirmişdir. 2023-cü ildə Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsindən çıxaraq onlarla birlikdə onun evində yaşamağa başlamışdır. 29 sentyabr 2024-cü il tarixdə saat 05 radələrində evdə yatdığı zaman Cavidan onu yuxudan oyadıb, pulunun olmadığını bu səbəbdən onunla birlikdə siqaret almaq üçün dükana getmək istədiyini demişdir. O isə getmək istəmədiyindən Cavidana atasından icazə almasını, icazə verərsə birlikdə gedə biləcəklərini bildirmişdir. Bundan sonra Cavidan onun mobil telefonu ilə Novruza zəng etmiş və Novruz icazə verdiyi üçün onlar birlikdə piyada olaraq evin yaxınlığındakı marketə doğru hərəkət etməyə başlamışlar. Küçədə olduqları zaman Cavidan ədədlə siqaret istədiyindən kioska gedəcəklərini bildirmiş və sonuncu ondan qəpik pul istəmişdir. O isə üzərində qəpik pul olmadığını anaq kağız pulların olduğunu demişdir. Bundan sonra əlində tutduğu pul kisəsini açıb içərisindən pul çıxartmaq istəyən zaman Cavidan pul kisəsini əlindən almış və əli ilə onun sinə nahiyəsindən itələyib yerə yıxaraq dərhal qaçıb oradan uzaqlaşmışdır. O yerə yıxılaraq qarın və topuq nahiyəsindən xəsarət almışdır. Bundan sonra o evə qayıdıb Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O polisə məlumat verdikdən sonra tanımadığı nömrədən ona bir nəfər şəxs zəng edərək küçədən pul kisəsi tapdığını, həmin pul kisəsinin içərisində maaş kartı və açar olduğunu demişdir. O isə həmin şəxsə əgər pul kisəsinin içərisində pul yoxdusa, istəmədiyini demişdir. Həmin şəxs maaş kartınında olduğunu ona bildirsə də, o həmin kartı artıq bağlatdırdığını bildirmişdir. Pul kisəsinin dəyəri 5 manat, içərisində isə 806 manat pul, Kapital banka aid maaş kartı və yaşadığı evin açarı olmuşdur. Maaş kartının içərisində isə pul olmamışdır. Ona dəymiş ziyandan 500 manat təqsirləndirilən şəxsin anası tərəfindən ödəniş edilmişdir. Təqsirləndirilən şəxsə aşağı cəza verilməsini xahiş etdi. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə fakta görə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmış, Zərərçəkmiş şəxs maddi ziyan vurulduğundan iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 2314 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Seyidağa qızının bədən səthində aşkar edilmiş xəsarətlər- qarın və sağ bayır topuq nahiyələrinin sıyrıqları sağ ayağın üst səthinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə təkanla itələnərək öz boyu hündürlüyündən yerin bərk səthinə (asvalt, beton və s.) dəyməsi nəticəsində əmələ gələ bilmələri mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, X1 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3 və 85.2-ci maddələri ilə təqsirli bilinərək 400 manat cərimə cəzası təyin edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 85.2; 69.4; 66.5 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 600 manat cərimə cəzası təyin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3 və 85.2-ci maddələri ilə təqsirli bilinərək 500 manat cərimə cəzası təyin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.4; 177.2.3; 177.2.4 və 70-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay şərti sınaq müddəti ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.4; 67.1; 69.3 və 68.2-ci maddələri ilə təqsirli bilinərək 03 il şərti sınaq müddəti ilə 04 il 07 ay 19 gün azadlıqdan məhrum etmə cəzsına məhkum edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 177.2.4; 71.5 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmış, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 03 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(012)-63/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 04 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədilə 29 sentyabr 2024cü il tarixdə, saat 06 radələrində Zərərçəkmiş şəxs təhlükəli olmayan fiziki zor tətbiq edib içərisində 806 manat pul olan 5 manat dəyərində pul kisəsini dartıb əlindən alaraq açıq talamaqla soyğunçuluq etməməsi ilə bağlı dediklərini onun özünümüdafiə kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokol, zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində müdafiəçinin iştirakının təmin edilməsi, o cümlədən vəkillə konfidensial görüşünün təmin edilməsi, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarında verdiyi ifadəsinə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar əsassızdır. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında qeyd etdiyi hallarla bağlı onun vəkillə konfidensial görüşündə və ya müvafiq orqanlara şikayətlə müraciət etməmişdir. Əksinə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. İş üzrə zərərçəkmiş şəxsin ifadəsi ilə təqsirləndirilən şəxsin özünün ifadəsi ilə də təsdiq olunur. Qeyd edilməlidir ki, müdafiə hüququnun təməl institutu kimi təqsirləndirilən şəxsin məhkəmə iclasında yalan ifadə verməsi heç bir halda onun məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Təqsirləndirilən şəxsin təqsirli olmaması barədə məhkəmə iclasında bildirdikləri iş materialları ilə təkzib olunmuş, bunun tam əksi olaraq zərərçıkmiş şəxsin ifadəsi cinayət əməlini Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair verdikləri ifadə iş materialları ilə uyğunluq təşkil etmişdir. Təqsirləndirilən şəxsə zərərçəkmiş şəxsə sual vermək imkanı yaradılsa da, zərərçəkmiş şəxs tərəfindən verilən ifadələrin həqiqətə uyğun olmasına şübhə yaradan hallar müəyyən edilməmiş, sübutun mötəbərliyinə əsaslı şübhələr yaranmamışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsn ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu zərərin əvəzini qismən ödəməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs əməlində residiv olmasını məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli isə həbsə alındığı vaxtdan – xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 02 saata görə 12 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 12 saata görə 132 manat olmaqla, cəmi 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın qalan hissəinin ödənilməsini təmin etmək üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməldir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 02 saata görə 12 manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 12 saata görə 132 manat olmaqla, cəmi 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar