Məhkəmə qərarları › İş №1(012)-771/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-771/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-771/2025 12.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru X5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 nümayəndəsi X8, Təqsirləndirilən şəxs X6 və onun müdafiəçisi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1984-cü ildə Füzuli rayonu Qorqan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Məmmədli kəndi, Göy Qurşağı-Məmmədli yaşayış kompleksi ev 4, mənzil 1-də qeydiyyatda olan, Abşeron rayonu, Məmmədli kəndi, Göy Quurşağı-Məmmədli yaşayış kompleksi ev 6/2, mənzil 109 ünvanında yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, X12 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs1 sonuncunun oğlu X15 Socar şirkətinə sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 10 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Kürdəxanı şosesində yerləşən “Göy Qurşağı” yaşayış massivi ev 4/1, mənzil 1 ünvanında 5.000 manat pul alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 5.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən “SOCAR”a işə düzəltməsi məqsədi ilə qonşusu Zərərçəkmiş şəxs2 2024-cü ilin mart ayında 600 manat və 1500 manat olmaqla ümumilikdə ilkin 2100 manat, sonuncu dəfə isə 13 aprel 2024-cü il tarixdə isə 1300 manat və 1700 manat olmaqla ümumilikdə 3000 manat pulu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Kürdəxanı şosesində yerləşən “Göy Qurşağı” yaşayış massivi, ev 6/2, mənzil 97 ünvanında yerləşən ona məxsus olan mənzildə olan zaman sonuncunun kartına göndərməklə və bir hissəsini də nağd şəkildə olmaqla ümumilikdə 5100 manat pulu almaqla sonuncu da verdiyi vədlərə əməl etməyərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda 5100 (beş min yüz) manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X12 ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə qonşuluqda yaşayır. Onunla bir qonşu kimi həmişə normal münasibəti olmuşdur. Leyladan dəqiq tarixlər yadında deyil, bir neçə dəfə faizə borc pullar götürüb qaytarmışdır. Sonuncu dəfə təxminən 2022-ci il tarixdə Leyladan 3.000 manat faizə pul almış, həmin pulu faizi ilə birlikdə 5.000 manat qaytarmalı idi. X9 borc aldığı 1.300 manat pulu da Leyladan faizə aldığı pulu qaytarmışdır. Zahirxan adlı tanışından xahiş etmişdi ki, Neymət adı ilə Leyla ilə danışsın və bildirsin ki, guya onun müdiridir, Leyladan aldığı pulu Neymətə vermişdir. Məqsədi isə bu idi ki, Leyla Zahirxanla danışdığı müddət ərzində bir az vaxt qazansın və Leylaya olan faiz borcunu geri qaytara bilsin. Leyladan onun oğlunu işə düzəltmək üçün pul almamış, həmçinin Zahirxanla Leylanın oğlunu işə düzəltmək adı ilə aldadıb pulunu ələ keçirmək barədə heç bir razılaşması olmamışdır. Eyni zamanda Leyladan aldığı puldan Zahirxana hər hansı bir məbləğdə pul verməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 4 ilə yaxındır ki qonşuluqdan tanımışdır. Yaxın münasibətləri son 1 il olar ki başlamışdır. Samirə bütün sirrlərini onunla bölüşürdü. Samirə 2024-cü ilin aprel ayının əvvəllərində onun yaşadığı evinə gəlib ondan xahiş etmişdir ki, ərinə yalandan desin ki, guya onu ali təhsilli olduğundan Socara işə düzəldə bilər. Bu məqsədlə ərindən 3000 manat alıb 1700 manatını özünə götürüb 1300 manatını da ona verəcəkdir. Həmin zaman pula ehtiyacı olduğundan və onunla yaxın münasibətləri olduğu üçün Samirə ilə razılaşmışdır. Samirə onun yaşadığı evinə gəlib telefonu ilə öz telefonuna işlə bağlı mesajlar yazırdı ki, evdə ərinə göstərib onu inandıra bilsin. Samirə ondan öz adına olmayan kart nömrəsi istəmiş, buna görə də, sonuncuya tanışı bir xanımın adına olan 5239-1517-0976-3513 kart nömrəsini göndərmişdir. 13 aprel 2024-cü il tarixdə 1300 və 1700 manat olmaqla iki dəfəyə Samirə həmin karta pulu göndərmiş, kartın sahibi tanışı Şükufə adlı xanım kartdan 3000 manatı çıxarıb ona vermişdir. Həmin puldan 1700 manatını Samirəyə verib 1300 manatını özünə götürmüşdür. 1300 manatı özünə götürməkdə məqsədi Leyladan faizə aldığı borcuna görə idi və həmin pulu sonuncuya vermişdir. Təxminən 10 gün keçmişdi ki, Samirə ona sevgilisindən hamilə olduğunu demiş və ondan uşağı götüzdürmək üçün həkim tapmağa köməklik etməyini xahiş etmişdir. Bundan sonra yaxınlıqda bir ginekoloq Lybov adlı həkim qadınla danışmış, Samirə ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu ərizisində yerləşən “Funda” özəl klinikasına getmiş və sonuncu orada uşağını aldırmışdır. Təxminən bir həftə sonra Samirə abort üçün ərindən ümumi yoxlanış adı ilə 200 manat pul almışdır. Əri də Samirənin hara getməsini araşdırıb xəstəxanadan öyrənmişdir ki, uşaq aldırıb. Oradan Samirə ilə ərinin aralarında söhbətlər açılmış, Samirə də hər şeyi ona ərinə danışmışdır. Həyatında başqa birinin olmasını və hamilə olduğu üçün gedib aldırdığını demişdir. Həmin günün səhəri Samirə onun yaşadığı evə gəlib onun telefonuna nömrə yazıb sevgilisi Qalib olduğunu və ona yazmağını xahiş etmişdir. Samirənin sözləri ilə Qalib adlı şəxsə yazmışdır ki, Samirəyə yazıb zəng etməsin, əri Azər hər şeyi bilib. Sonradan Samirənin əri Azər ona zəng edərək verdiyi 3000 manat pulu istədikdə Azərə pulu verəcəyini demiş, belə ki, Samirə 1-2 gün idarə etməyini xahiş etmişdi. 1-2 idarə etsə də, sonradan Samirə heç bir hərəkət etmədiyi üçün Azərə hər şeyi demişdir. Sonradan Leylanın yaşadığı evində birlikdə söhbət edən zaman hadisələrin əvvəldən necə olduğunu başlayıb danışdıqda Samirə onun üstünə yürüyüb əlindəki telefonunu alıb içərisində olan bütün yazışmaları silmiş, Leylaya telefonda olan sübut əhəmiyyətli bütün yazışmaları Samirənin sildiyini demişdir. Onların dedikləri ilə razılaşmadığı üçün həmin şəxslər ondan polisə şikayət etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X10 4 ildən artıq müddətdir ki, qonşuluqdan tanıyır. Aysel ilə aralarında sıx münasibətləri yarandıqdan sonra sonuncu onun işlədiyi lombarda müxtəlif vaxtlarda qızıllar qoyub pul götürmüşdür. Ancaq Aysel ödənişlərini etmədiyi üçün qızılları satılmışdır. Hazırki vaxtadək Aysel bir neçə dəfə ondan pullar alıb qaytarmamışdır, ancaq həmin məsələlər araların borc məsələləri olmuşdur. Aysel evində olan zaman Neft şirkətində işləyən ərinin neft şirkətində tendr udduğunu və işçilər lazım olduğunu demişdir. Ən əsası ondan mühasib vəzifəsində işləməyə adam tapmağa köməklik etməyini xahiş etmişdir. Təxminən 10 gün keçmişdi ki, Aysel onun yaşadığı evində olanda ona oğlu Abbasın ali təhsilli olduğunu və həmin yerdə ərinin sürücüsü olmasını istədiyini demiş, Aysel isə bu barədə ərinə deyəcəyini bildirmişdir. Bir neçə gündən sonra Aysel onun yaşadığı evə gəlib ərinin şəriki olduğunu və işə düzəlməsi üçün 5.000 manat pul lazım olduğunu dedikdə onunla razılaşmışdır. 10 noyabr 2023-cü il tarixdə yaşadığı evdə olan zaman Ayselə 5000 manat pul vermişdir. Aysel də tezliklə Abbasın neft şirkətində sürücü vəzifəsinə işə düzələcəyinə söz vermişdir. Bundan sonra Rusiya Federasiyasının Lelenqrad şəhərinə 40 günlük qohumugilə qonaq getmiş, orada olduğu müddətdə Ayselin dələduz olduğunu bilmişdir. Həmçinin, orada olan zaman Ayselin əri ona zəng edərək Ayselin onun cibindən 3.000 manat pul oğurladığını demişdir. Sonradan Ayseldən oğlunun məsələsini soruşduqda sonuncu həmin 5.000 manat pulu işlədiyi mağazanın müdiri Neymət adlı şəxsə verdiyini, lakin pulu ala bilmədiyini dedikdə onda nə üçün pulu Neymət adlı şəxsə verməsini soruşmuş, Aysel də 2 günlük borca istədiyi üçün verdiyini və halhazırda qaytarmadığını demişdir. Sonradan Ayselin pul verdiyi müdir Neymət adlı şəxs ona zəng edib və smslər yazaraq Ayseldən pulu onun götürdüyünü və Ayselə qaytaracağını demişdir. Onunla dəfələrlə danışıqlarına baxmayaraq Aysel və Neymət pulunu qaytarmamışdır. Ayseldən ona verdiyi pulu tələb etdikdə isə nə oğlunun işini düzəltmiş, nə də pulunu qaytarmadığı üçün bu barədə polisə müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, X12 ilə 6 ildir qonşu olmuşlar. 2023- cü ilin avqust ayından Aysel ilə münasibəti yaranmışdır. Aysel 2023-cü ilin sonlarında onun ali təhsilli olduğunu bilib ona işləməyini tövsiyə etmiş, sonra ona bildirmişdir ki, xalası Xuraman Quliyeva adlı qadın qəzet redaktorudur və onu Socara işə düzəldə bilər. Aysel ilə razılaşmış, Aysel işə düzəldəcəyi adı ilə müxtəlif vaxtlarda ondan pul almağa başlamışdır. Belə ki, guya işi ilə bağlı müxtəlif prosedurlar həyata keçirilməsi bəhanəsi ilə Aysel işə düzəldəcəyi adı ilə 2024-cü ilin mart ayında 600 manat və 1500 manat olmaqla ümumilikdə ilkin 2100 manat, sonuncu dəfə isə onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Kürdəxanı şosesində yerləşən “Göy Qurşağı” yaşayış massivi, ev 6/2, mənzil 97 ünvanına 13 aprel 2024-cü il tarixdə gələrək ona demişdir ki, artıq işlə bağlı əmr çıxacaq və bunun müqabilində 3000 manat pul həmin adama çatmalıdır. Aysel ona 5239- 1517-0976-3513 nömrəli kart kodunu verərək bu karta pul göndərməli olduğunu demişdir. O, həmin karta 13 aprel 2024-cü il tarixdə 1300 manat və 1700 manat olmaqla ümumilikdə 3000 manat pulu evdə olan zaman göndərmişdir. Lakin, Aysel onu aldadıb ümumilikdə 5.100 manat pulunu alıb ələ keçirmişdir. Ayseldən pulu geri istədikdə isə sonuncu müxtəlif bəhanələr gətirib pulunu verməmişdir. Zərərçəkən sonuncu məhkəmə iclasında dəyən ziyanın hələ də ödənilmədiyini bildirib, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1 ilə yaxındır ki, tanıyır. Tanışlığı əvvəl taksi fəaliyyəti ilə məşğul olduğuna görə avtomobilinə Ayselin sərnişin kimi əyləşməsi vaxtından yaranmışdır. Daimi Təqsirləndirilən şəxs getdiyi yerlərə aparıb- gətirdiyi üçün tanımağa başlamışdır. Təqsirləndirilən şəxs öz problemlərindən ona danışan zaman bir nəfər Zərərçəkmiş şəxs1 adlı qadından oğlunu işə düzəldəcəyi adı ilə aldığı 5000 manat pulu qaytara bilmədiyini demiş və bununla bağlı ona kömək etməyini xahiş etmişdir. Aysel ona guya onun müdiri olmağını, Leyla adlı xanımla danışmağını, ona Ayselə vaxt verməyini, qaytara bilmədiyi təqdirdə guya 5000 manat pulu özünün verəcəyini deməyini istəmişdir. Bundan sonra, Leyla xanımın nömrəsini alıb ona Whatsapp vasitəsilə mesaj yazıb danışmağa başlamışdır. Leyla xanıma Ayselin müdiri olduğunu və Ayselin aldığı 5000 manat pulu sonuncunun ona borc verdiyini, həmin pulu özünün qaytaracağını demiş və vaxt istəmişdir. Sadəcə Ayselə görə hər dəfə müxtəlif bəhanələr gətirərək Leyla xanımla yazışmış, insanlıq naminə köməklik olsun deyə Ayselin yaxını kimi danışıb köməklik etmək istəmişdir. Leyla xanıma bankdan kredit götürəcəyini, tez zamanda qaytaracağı barədə mesajlar yazmışdır. Həmçinin, Leyla xanıma adını Neymət kimi demişdir. Sonra Ayselin başqa şəxslərə də verəcəkləri olduğunu görüb bu söhbətlərin arxasınca getməmişdir. Aysel ona özünü öldürəcəyini dediyi üçün qorxub Leyla xanıma açıb hər şeyin düzgününü demişdir. Təqsirləndirilən şəxs bu cür kömək etməkdə heç bir maddi marağı olmamışdır. Bir tanış kimi onun dediyi kimi edib, guya Ayselin Leyladan oğlunu işə düzəltmək üçün aldığı 5000 manatı gətirib sonuncunun ona verdiyini demişdir. Qeyd olunanlarla bağlı Ayseldən hər hansı bir məbləğdə pul almamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə iclasında iş materiallarında olan Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Şahid bildirir ki, "Leyla xanım bayaqdan Aysel xanımda zəng vurur, getdim pul götürməyə alınmadı, 1-ci günə kimi mənə möhlet verin bankdan pul götürüb sizə 500 manat pul verəcəm narahat olmayın". X1 bildirir ki, "Leyla xanım nə götürmüşəmsə pulların hamısını sizdən mən götürmüşəm, istiyirsiz məni 15-ci PB-nə verin, vəsiqəmi də götürüb gedirəm kredit götürməyə iki gün ərzində maaşı da alacam hətda Nemətin pulu da bağlanır, istiyirsiz məni tutdurun, mən götürmüşəm mən verəcəm, Nemət yad pul verəsi deyil". "Whatsapp" yazışmalarına baxış zamanı müəyyən olunmuşdur ki, "Nemət Aysel" adı ilə qeyd edilmiş şəxslə Whatsapp yazışmaları zamanı "Nemət Aysel" adı ilə qeyd edilmiş şəxs Leyla xanım deyə müraciət edərək, müxtəlif vaxtlar verib pulu qaytaracağını, borcunun Ayselə olduğunu və pulu ona qaytaracağını bildirir. Məhkəmə iclasında iş materiallarında olan Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd CD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, "+994 55 *** ** ** "saylı mobil nömrə ilə qeyd edilmiş şəxslə Whatsapp yazışmaları zamanı "+994 55 *** ** ** " nömrə istifadəçisi ilə Zərərçəkmiş şəxs2 aralarında sonuncunu işə düzəltmə ilə bağlı danışıqlar vardır. Samirə Novruza şəxsiyyət vəsiqəsinin və pulları göndərməsi ilə bağlı qəbzlərin fotoşəkillərini həmin nömrənin istifadəçisinə göndərir. Həmçinin qeyd olunan nömrənin istifadəçisi Zərərçəkmiş şəxs2 işinin düzəldiyini, narahat olmamasını bildirir. X12 xx.xx.2024-cü ildə Azərbycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli şəxs kimi tutulmuş, xx.xx.2024-cü ildə təqsirləndirilən şəxs X12 barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Abşeron rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin müvafiq qərarına əsasən həmin tarixdə tutulmuşdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkənlərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxs X6 cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs X6 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi iş materialları ilə təkzib olunur, sonuncunun ifadəsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, X1nun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza təyini prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən, qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən, qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X2 rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrilə təqsirli bilinərək, 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci ildə tarixli Amnistiya qərarının 5 və 30-cu hissəsinə cəzası 01 il azaldılmışdır. xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxmışdır. Təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxs X7 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, X11 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cüil tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Abşeron rayon Məhkəməsi tərəfindən X7 barəsində hazırkı cinayət işi üzrə məhkəmə tərəfindən axtarış elan edilməklə onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan tutma protokolundan görünür ki, X12 xx.xx.2025-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-ə təhvil verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, onun cəzaçəkmə müddətinin əvvəli tutulduğu 15 sentyabr 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs X12 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə iclaslarında təqsirləndrilən şəxsin hüquqlarını müdafiə edən Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə müdafiəsi üçün 20 saat vxat sərfinə görə 220 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X7 hazırkı cinayət işi üzrə tutulduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X12 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə bağlı tutulduğu 15 sentyabr 2025-ci il tarixdən hesablansın. X6 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə müdafiəsi üçün 20 saat vaxt sərfinə görə 220 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar