Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-772/2024 11.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Əməli törədən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Şikayət verən şəxs Zərərçəkmiş şəxs Fərahim qızının iştirakları ilə xx.xx.1998-ci ildə Beyləqan rayonu, Mayak qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Beyləqan rayonu, Mayak qəsəbəsində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni yaşayış massivi, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialları üzrə işə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs 21 aprel 2024-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, yeni yaşayış massivi fərdi yaşayış evində onunla qeyri rəsmi ər-arvad münasibətində olan tanışı X2 ondan artıq ayrı yaşamaq istəməsini bildirməsindən əsəbiləşib bununla bağlı Ayşən Xankişiyevə ilə aralarında yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib əvvəlcə qəsdən yumruq və təpiklə sonuncunun bud, ardınca yumruqla onun sifət, baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vuraraq Zərərçəkmiş şəxs sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan alın nahiyəsinin mərkəzi hissəsini və sol göz orbitasını əhatə edən sahənin dərialtı hematoması, burunun, sol bazunun və hər iki budun qançırları ilə müşahidə olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş əməli törədən şəxs Təqsirləndirilən şəxs özünü ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək bildirdi ki, X2 şikayəti ilə tanış olmuşdur. Ayşən Xankişiyevə onun qeyri-rəsmi ər-arvad münasibətində olduğu şəxsdir. Onunla 2022-ci ilin dekabr ayında işlədiyi kafedə tanış olaraq bu günə kimi qeyri rəsmi ər- arvad münasibətində bir evdə yaşayır. Onların qeyri-rəsmi münasibətdə olmağlarına baxmayaraq övladları yoxdur. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evdə olarkən Ayşən ona ayrılmaq istədiyini və onunla yaşamaq istəmədiyini demiş, o, isə Ayşənə ondan ayrılmayacağı cavabını verdiyi üçün aralarında bu səbəbdən sözlə mübahisələri yaranmış və əsəbiləşərək yumruğu ilə Ayşənin başına və təpiklə isə hər iki bud nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür. Baş vermiş mübahisənin 5-10 dəqiqə davam etdiyini, həmin vaxt evdə ikisindən başqa kənar şəxsin olmadığını, həmin vaxt Ayşənin onu vurmadığını və heç bir bədən xəsarəti yetirmədiyini, mübahisə zamanı o Ayşəni sadəcə yumruq və təpiklə vurduğunu, onun əlində hər hansı bir əşya və ya predmet olmadığını, yəni Ayşəni taxta ilə vurmadığını göstərmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəməyə ərizə təqdim edərək, əməlindən peşman olduğunu, özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs Fərahim qızı ilə barışdığını qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şikayət verən şəxs Zərərçəkmiş şəxs Fərahim qızı ifadəsində göstərmişdir ki, 2015-ci ildə X7 ilə ailə qurmuş, həmin nikahdan 3 azyaşlı övladı var. 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən nikahı pozulmuşdur. Məhkəmə tərəfindən 3 azyaşlı övladı uşaqlarının atası X4 himayəsinə verilmişdir. 2022-ci ilin dekabr ayında işlədiyi kafedə Təqsirləndirilən şəxs ilə tanış olaraq bu günə kimi qeyri rəsmi ərarvad münasibətində bir evdə yaşayır. Onların qeyri-rəsmi münasibətdə olmağlarına baxmayaraq övladları yoxdur. 21 aprel 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı evdə qonaq otağında olan zaman Təqsirləndirilən şəxs ondan ayrılmaq istədiyini bildirmiş, Kənan isə ona etiraz edərək onunla mübahisə etməyə başlamışdır. O, Kənana dəfələrlə onunla birlikdə yaşamaq istəmədiyini bildirəndə Kənan onun üzərinə gələrək yumruq və təpiklə onun əvvəlcə bud nahiyələrindən, ardınca yumruqla sifət, baş və qol nahiyələrindən vuraraq onu döyüb xəsarət yetirmişdir. Bədənində küt ağrılar hiss etdiyi üçün bundan sonra Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. Baş vermiş mübahisənin 5-10 dəqiqə davam etdiyini, mübahisə evdə olduğu üçün kənar şəxsin görmədiyini, Kənanın onu döyüb xəsarət yetirdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmasını göstərmişdir. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs ona yumruq və təpiklə zərbələr vurmuş, həmin vaxt onun əlində hər hansı bir əşya və ya predmet olmamışdır.Hazırda əməli törədən şəxslə barışmışlar, ona qarşı hər hansı şikayəti, tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli 805 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Fərahim qızının məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - alnının sol hissəsinin hematoması (dəri altına qansızması) sağ almacıq nahiyəsinin qançırı, üst çənədə İV dişin travmatik sınığı, üst dodağın selikli qişasının əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş zamanı yumruq zərbələri təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN- in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Şikayət verən şəxs Zərərçəkmiş şəxs Fərahim qızının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs Fərahim qızı ilə barışmışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxs Zərərçəkmiş şəxs Fərahim qızı ilə barışmışlar, Zərərçəkmiş şəxs Fərahim qızının ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-772/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-772/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver